Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-112/2024 03.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə Quba rayonunun Hacıqayıb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, özünün deməsinə görə subay, məhkumluğu olmayan, Quba rayonunun Hacıqayıb kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0,64 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşıyıb Şahid5 yaşadığı Xaçmaz şəhəri, Günəşli küçəsində yerləşən nömrəsiz evdə 02 fevral 2024cü il tarixdə, saat 18 radələrində 0,24 qramını Şahid5 3 manata satıb qalan 0,4 qramını üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 02 fevral 2024-cü il tarixdə, saat 22:50-23:00 müddətində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükümdə 0,4 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış, habelə qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, gecə növbəsində olmaqla çörək sexində işləmişdir. O, iş növbəsindən çıxaraq dostu Mirbabagilə getmiş, bu vaxt onun üzərində narkotik vasitə olmuş, Mirbabagilin evində sonuncu ilə birlikdə onun üzərində saxladığı narkotik vasitədən çəkərək istifadə etmişlər, o, Mirbabanın evindən çıxan zaman isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin bildirdi ki, o, Şahid5lə hər ikisi cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşlar, hər ikisi cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir-biri ilə əlaqə saxlayaraq görüşməyə başlamışlar. O və Mirbaba əvvəldən öz aralarında narkotik vasitə istifadə etmələri barədə danışmışlar. O, Mirbabaya narkotik vasitəni satmamış, həmin 3 manat pulu Mirbaba ona siqaret alması üçün vermişdir. O, Mirbabaya verdiyi qurudulmuş marixuana narkotik vasitəsini Quba şəhərində ASAN xidmətin qarşısında, parkda siqaret qutusunun içərisində olmaqla yerdən tapmışdır. Ona həmin narkotik vasitəni heç kim satmamış və verməmiş, təsadüfən yerdən tapmışdır. Həmin narkotik vasitəni yerdən siqaret qutusunun içərisində taparkən narkotik vasitə qutunun içərisində 04 bükümdə olmuş, tapdıqdan sonra həmin narkotik vasitədən özü də istifadə etmiş, daha sonra isə Mirbaba ilə birlikdə istifadə etmişdir. O, saxlanıldığı gün, işdən çıxandan sonra, axşam saat 9-10 radələrində Mirbabaya görüşərək çay içmək üçün zəng etmiş, o, telefonla danışarkən Mirbabaya narkotik vasitə gətirdiyini bildirməmiş, Mirbaba da ona narkotik vasitə gətirməsini deməmiş, onlar Mirbabanın evində görüşmüşlər, Mirbabaya evdə görüşəndə narkotik vasitə gətirdiyini bildirmişdir. Həmin vaxt Mirbabanın evində başqa kimsə olmamış, yalnız ikisi olmuşdur. O, Mirbaba ilə sonuncuya zəng etdiyi həmin gündən təxminən üç-beş gün əvvəl görüşmüş, görüşərkən o, Mirbabaya sonuncu üçün narkotik vasitə gətirəcəyini bildirmiş, lakin Mirbaba ondan narkotik vasitəni hansı qiymətə alacağını dediyini xatırlamır. Mirbaba ona 3 manat pulu sonuncunun evində görüşüb narkotik vasitə qəbul etdikdən sonra vermiş, lakin o, Mirbabaya narkotik vasitəni satmamış, onun siqareti olmadığı üçün narkotik vasitədən istifadə etdikdən və narkotik vasitənin bir qədərini Mirbabaya verdikdən sonra sonuncu ona siqaret alması üçün 3 manatı vermişdir. O, Mirbabadan 3 manat pulu siqaret almaq üçün götürmüşdür. Həmin vaxt onun üzərində pulu olmamışdır, Mirbaba ilə o, pulları olmayanda bir-birinə pul ilə köməklik etmişlər. Onun tapdığı qurudulmuş marixuana 04 bükümdə olmuş, tapdıqdan sonra 02 bükümü istifadə etmiş, üzərində 02 büküm qalmış, Mirbabanın evində görüşərkən həmin iki bükümdən birini Mirbaba ilə istifadə etmişlər, lakin tam istifadə etməmişlər, bir qədəri qalmış və həmin bir qədərini Mirbabaya vermiş, digər bir büküm isə onun üzərində qalmış, Mirbabagildən çıxanda polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində olan 01 büküm narkotik vasitə aşkar edilmişdir. O, bundan əvvəl Mirbaba ilə görüşdükdə birlikdə narkotik vasitə istifadə etməmişlər, polis tərəfindən saxlanılanda ilk dəfə olmuşdur ki, Mirbaba ilə birlikdə narkotik vasitə istifadə etmişlər. O, Quba Rayonlararası Psixonevroloji Mərkəzdə olmamışdır, o, qulağının birinin zəif eşitməsilə əlaqədar əlillik dərəcəsi almaq istəmiş, lakin sənədlərini itirdiyindən, əlillik dərəcəsi almamışdır. O, narkotik vasitədən hərdən istifadə edir, istifadə etdiyi narkotik vasitə isə yalnız marixuana olmuşdur. O, məhkəmə iclasında elan edilmiş onun iş materiallarında olan ifadəsində 03 manata narkotik vasitəni Mirbabaya satması xüsusatı ilə razı deyil. Əlavə olaraq bildirdi ki, O, Mirbabanın ona verdiyi 03 manat pul ilə o, saxlanılanadək siqareti artıq almışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək həmin ifadədən müəyyən edilir ki, o, Quba rayonu, Hacıqayıb kəndində ailəsi ilə birlikdə yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır, əvvəllər Azərbaycan Respublikası CM-nin 152 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. O, cəzaçəkmə müəssisəsindən 2020-ci ilin avqust ayında azad olunmuş, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra hərdən tapanda narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. 01 fevral 2024-cü il tarixdə Quba şəhərində piyada gəzən zaman yerdən bir ədəd siqaret qutusu tapmış, həmin siqaret qutusunu açıb içərisinə baxanda içərisində təxminən 8-10 ədəd siqaret dənəsi və iki ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. O, həmin bükümləri götürüb əynində olan şalvarın cibinə qoymuş, siqaretləri isə çəkməyə başlamışdır. O, cəzaçəkmə müəssisəsində olarkən orada Xaçmaz rayon sakini Şahid5 ilə tanış olmuşdur. Şahid5lə onun yaşadığı rayonlar qonşu olduğuna görə bir-birlərinə yerli kimi yanaşmış və demək olar ki, birgə vaxt keçirmişdirlər. Onlar cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra da münasibət saxlamağa davam etmiş, Şahid5lə tez-tez görüşmüşlər. O bir müddət əvvəl Mirbabadan borc pul almış və 02 fevral 2023-cü il tarixdə Mirbabaya olan borcunu qaytarmağa Xaçmaz rayonuna gəlmişdir. Bu məqsədlə 02 fevral 2024-cü il tarixdə, saat 17 radələrində Mirbabanın yaşadığı Xaçmaz-Niyazabad kənd yolunun kənarında yerləşən evə tərəf gedib istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid5 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib onu çölə çağırmışdır. Bu zaman Mirbaba ondan narkotik vasitə nəşə, yəni marixuana olub-olmamasını soruşduqda, o da Şahid5 üzərində iki dəfəlik istifadə üçün iki ədəd bükümdə nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin bükümlərdən birini Mirbabaya 3 manata sata biləcəyini demiş, Mirbabanın yaşadığı evə keçib, bükümü orada Mirbabaya satmışdır. Şahid5 ondan bir büküm marixuananı 3 manata almış, o da sonra evə qayıtmaq üçün oradan getmişdir. Həmin üzərində olan bükümlər Quba şəhərindən siqaret qutusunda tapdığı bükümlər olmuşdur. Həmin gün Mirbabanın yaşadığı evdən çıxdıqdan sonra saat 21:50 radələrində Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları onu saxlayıb üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağı və qanunsuz olaraq satmağı barədə məlumat əldə etdiklərini bildirib onu Xaçmaz RPŞ-nə dəvət etmişdirlər. Polisə Mirbabanın məlumat verdiyini düşünüb polislərə etiraz etməyib onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, şübhəli şəxs kimi tutumuş, müdafiə hüquqları təmin edilmiş və üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı o, tanışı Mirbaba adlı şəxsə bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana satdığını etiraf etmişdir. Həmin bükümləri Quba şəhərindən tapmışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir. xx.xx.2024-cü il tarixdə Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 əməliyyat yolu ilə Xaçmaz rayonu, Ağçay kəndində qeydiyyatda olmaqla, Xaçmaz şəhəri, Günəşli küçəsində yerləşən nömrəsiz evdə yaşayan Şahid5 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Şahid2 tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Şahid5 ifşa olunması məqsədilə o və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinə, yəni onlara hüquq və vəzifələri, tədbir zamanı davranış xətti izah edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 20:30-da onlar Şahid5 Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində olmasını müəyyən etmiş və həmin yerdə Şahid5 yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Şahid5 Xaçmaz RPŞ-nə dəvət etmişdirlər. Bundan sonra Şahid5 etiraz etməyərək onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Şahid5 hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, sonra videoçəkilişlə Şahid5 üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuş, Şahid5 buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid5 üzərindəkiləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Şahid5 könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümə baxan zaman onun içərisində narkotik vasitə olan marixuanya bənzər bitki kütləsinə bənzər kütlənin olması müşahidə edilmişdir. Daha sonradan həmin bükümün içərisində kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana olması müəyyən edilmişdir. Şahid5 həmin bükümü yaşadığı Xaçmaz şəhəri, Günəşli küçəsində yerləşən nömrəsiz evdə 02 fevral 2024-cü il tarixdə, saat 18 radələrində Şaiq adlı şəxslə görüşüb 3 manat qarşılığında almasını və üzərində istifadə etmək məqsədilə saxlamasını göstərmişdir. Bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış zamanı hər-hansı qanunsuz əşya aşkar edilməmişdir. Həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şahid5 üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin bildirdi ki, o, yalnız Mirababa Ağayevin üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Polis şöbəsində Mirbabadan üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi soruşulduqda Mirbaba cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 3 manat müqabilində Təqsirləndirilən şəxs almışdır. Mirbaba Şaiqə siqaret pulu kimi 3 manat verərək narkotik vasitəni aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onlar Şahid5 saxlayaraq polis şöbəsinə gətirdikdə Təqsirləndirilən şəxs də Mirbabanın yanında olmuş, lakin o, Şaiqi həmin vaxtlar tanımadığından sonuncunu saxlamamış, Mirbabanı saxlayaraq polis şöbəsinə gətirmişlər, Şahid5 barəsində həm oğurluq etməsi, həm də narkotik vasitə ilə bağlı əməliyyat məlumatı olmuşdur. Polis şöbəsində Mirbaba üzərindən aşkar edilmiş narkotik vasitəni Şaiqdən aldığını bildirdikdən sonra o, polis əməkdaşlarına bildirdmişdir ki, o, Mirbabanı saxlayanda Şaiq də yanında olmuş, bundan sonra digər polis əməkdaşları gedərək Şaiqi də saxlayaraq polis şöbəsinə gətirmişlər. Mirbaba polis şöbəsində onlara bildirmişdir ki, 3 manatı Şaiqə sonuncunun özü üçün siqaret alması üçün vermişdir. O, Şaiqin üzərinə şəxsi axtarışda iştirak etməmişdir. Mirbabanın üzərindən bir bükümdə olmaqla az miqdarda marixuana aşkar edilmiş, Mirbaba bildirdmişdir ki, o, həçmin narkotik vasitəni almamışdır, belə ki, Şaiq özü ilə iki bükümdə marixuana gətirmiş, həmin bükümlərdən birində olan marixuanın yarısını ikisi çəkərək istifadə etmiş, istifadə etdikləri bükümdə qalan yarısını Şaiq ona vermiş, o isə Şaiqə siqaret pulu olaraq 03 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir. xx.xx.2024cü il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 əməliyyat yolu ilə Quba rayonu, Hacıqayıb kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Şahid4 tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 21:50-də onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində olmasını müəyyən etmiş və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Şaiqi Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərindəkiləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümə baxan zaman onun içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinə bənzər kütlənin olması müşahidə edilmişdir. Daha sonradan həmin bükümün içərisində kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni aldığını və üzərində satmaq məqsədilə daşıdığını qeyd edərək, həmin bükümlərin iki ədəd olmasını, bükümün birini Xaçmaz rayon sakini olan dostu Şahid5 ilə sonuncunun yaşadığı Xaçmaz şəhəri, Günəşli küçəsində yerləşən nömrəsiz evdə 02 fevral 2024-cü il tarixdə, saat 18 radələrində görüşüb Şahid5 marixuananı hədiyyə verib, qalan 01 bükümü üzərində saxlamasını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı hər-hansı qanunsuz əşya aşkar edilməmişdir. Həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ilk olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni aldığını, daha sonra isə yerdən tapdığını bildirmişdir. Şaiq əvvəlcə bildirmişdir ki, narkotik vasitəni satmaq məqsədilə almış, lakin sonra narkotik vasitəni dostu Mirbaba ilə çəkdiyini və sonuncuya verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsindən müəyyən edilir ki, o, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitəni Mirbabaya nəyin müqabilində verdiyini soruşmuşlar, Şaiq isə cavabında hədiyyə, pay olaraq verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, əvvəllər cinayət törətdiyinə görə məhkum olunmuş, cəza çəkdiyi zaman cəzaçəkmə müəssisəsində iş üzrə təqsirləndirilən şəxs Şaiq Fətəliyəvlə tanış olmuş, aralarında münasibət yaranmış və cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra bir-biri ilə münasibətlərini davam etdirmişlər. Şaiq Xaçmaz şəhərində çörək sexində işləmiş, Şaiq ondan borc olaraq 10 manat pul istəmiş, onun özündə pul olmadığından o öz anasından pul alaraq Şaiqə vermişdir. Bundan 3-4 gün keçəndən sonra o, Şaiqdən borc verdiyi həmin pulu istəmiş, sonuncuya demişdir ki, həmin pul evin, anasının puludur, geri qaytarmalıdır. Şaiq isə pulu indi gətirəcəyini bildirərək onun yaşadığı evə gəlib həmin pulu ona vermiş, Şaiq həmçinin özü ilə gətirdiyi narkotik vasitədən ona vermiş, o da 3 manat pulu Şaiqə verərək demişdir ki, “axşam işdəsən, siqaret almalı olarsan”. Yəni Şaiq ona narkotik vasitəni satmamış, o, 3 manat pulu Şaiqə sonuncunun özü üçün siqaret alması üçün vermişdir. Həmçinin bildirdi ki, o, əvvəllər bir dəfə narkotik vasitə istifadə etmişdir. Şaiqdə narkotik vasitə olduğunu bilməmişdir. Şaiq ona narkotik vasitəni heç nəyin müqabilində vermişdir, borc aldığı pulu qaytararkən ona narkotik vasitə də vermişdir. O, Şaiqdə narkotik vasitənin olduğunu bu şəkildə bilmişdir ki, sonuncu cibindən pulu çıxararaq ona verəndə cibində narkotik vasitənin olduğunu görmüş və Şaiqdən özü çəkməsi üçün istəmişdir. Onlar əvvəllər də bir-birinə köməklik etmək məqsədilə pul vermişlər. Şaiq ona narkotik vasitəni satmaq adı ilə verməmiş, sadəcə, narkotik vasitəni ona vermiş, o da Şaiqə öz təşəbbüsü ilə 3 manat pul vermişdir. İbtidai istintaq zamanı tərtib edilmiş iş materiallarında olan ifadəsinə onun Şaiqdən narkotiki neçəyə satmasını soruşması, Şaiqin isə üç manata satdığını bildirməsi barədə xüsusatla razı deyil, onlar arasında belə danışıq olmamışdır, Şaiq ona narkotik vasitəni heç nəyin müqabilində vermiş, bundan sonra o özü Şaiqə siqaret pulu olaraq 3 manat pul vermişdir. Şaiq ona narkotik vasitəni verəndən sonra o, Şaiqdən bunun qarşılığında nə verə biləcəyini soruşmuş, Şaiq isə cavabında “siqaretim yoxdur, siqaret pulu verərsən” demiş, buna görə də o, 3 manat pulu Şaiqə vermişdir. O, Şaiqin hansı siqaret çəkdiyini, həmin siqaretin qiymətini bilmiş, Şaiq ondan konkret olaraq hər hansı məbləğdə pul istəməmiş, siqaret pulu istəmiş, o da siqaretin dəyəri qədər pul vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam olaraq oxumuş və imzalamışdır. Onunla Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzləşdirilərkən sonuncu onun üzünə demişdir ki, narkotik vasitəni ona 3 manata satmışdır, bundan sonra o da Şaiqin ona narkotik vasitəni pul müqabilində satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı on manat borc pulu qaytararkən cibindən pulları çıxaranda əlində pullarla birlikdə bükmüdə nəyinsə olduğunu görmüş, o, Şaiqdən həmin bükümlərdə nəyin olduğunu soruşmuş, Şaiq narkotik vasitə olduğunu bildirmiş, o, Şaiqdən həmin narkotik vasitədən bir qədərini ona verə bilib-bilməməsi barədə soruşmuş, Şaiq verə biləcəyini demiş, bundan sonra o, Şaiqdən pulunun olub-olmaması ilə maraqlanmış, sonuncu isə pulnun olmadığını bildirmiş və bundan sonra o, Şaiqin ona borcunu qaytardığı 10 manat puldan 03 manatını Şaiqə siqaret pulu olaraq vermişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu Ağçay kəndində qeydiyyatda olmağına baxmayaraq, Xaçmaz şəhəri Yeni planlarda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, təxminən 3-4 ildir ki, narkotik vasitə marixuanadan istifadə etmiş, cəzaçəkmə müəssisəsində olarkən orada Quba rayon sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxslə onun yaşadığı rayonlar qonşu olduğuna görə bir-birilərinə yerli kimi yanaşmış və demək olar ki, birgə vaxt keçirmişdirlər. Onlar cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra da münasibət saxlamağa davam etmiş, tez-tez görüşmüşdürlər. Təqsirləndirilən şəxs ona borcu olduğu üçün 02 fevral 2024-cü il tarixdə, saat 17 radələrində o, yaşadığı məhəllədə olduğu zaman istifadəsində olan ***-***-**-** saylı nömrəyə tanışı Şaiq ***-***-**-** saylı nömrədən zəng edib görüşə çağırmış, onun yanına gəlmişdir. Borcunu verdikdən sonra o, Təqsirləndirilən şəxs narkotik vasitə nəşə, yəni marixuana olub-olmamasını soruşduqda Şaiq 3 manata 1 büküm narkotik vasitə (nəşə) sata biləcəyini demişdir. O, Şaiqə 3 manat pulu verdikdən sonra bir büküm narkotik vasitə olan qurudulmuş marixuananı ondan almış, Şaiq pulu alaraq çıxıb getmişdir. O, Şaiqdən aldığı həmin 1 ədəd içində narkotik vasitə olan bükümü əynindəki boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 02 fevral 2024-cü il tarixdə, saat 20:30 radələrində yaşadığı Xaçmaz şəhəri Yeni planlarda olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirib və üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğundan onu RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışıb və polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-də müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. O, etiraz etməkdikdən sonra Xaçmaz rayon polis şöbəsində üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkili Avçixan Avçıxanovun iştirakı ilə vidoçəkilişlə keçirilən şəxsi axtarış zamanı o, könüllü olaraq əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümü, 2 ədəd kağız parçalarını və şalvarının sağ yan cibindən 7 manat pulu çıxarıb və otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Onun təqdim etdiyi 1 ədəd kağız büküm açıldıqda içərisində yaşılımtıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin 1 ədəd bükümdəki kütlənin nə olmasını və haradan əldə etməsini polis əməkdaşları ondan soruşduqda o, həmin bükümdəki kütlənin narkotik vasitə (nəşə), yəni marixuana olduğunu və həmin 1 ədəd bükümdəki narkotik vasitə marixuananı tanışı Şaiq adlı şəxsdən 3 manat pula istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd bükümdəki yaşılımtıl rəngli narkotik vasitə həmin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə bükümlə birlikdə ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfə imza etmişdirlər. Bundan sonra üzərindən aşkar edilmiş 2 ədəd kağız parçaları və 7 manat pul onun özünə qaytarılmışdır. Üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokol ilə tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli raportdan və həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-yə Şahid5 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli raportdan, şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan müəyyən edilir ki, Şahid5 xx.xx.2024-cü il tarixdə, saat 20:30-da Xaçmaz şəhəri, Günəşli küçəsində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X3 RPŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Şahid5 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Şahid5 üzərindəki əşyaları təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əyinində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümü, 2 ədəd kağız parçalarını və sağ yan cibindən 7 manat pulu çıxarıb və otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Şahid5 təqdim etdiyi 1 ədəd kağız büküm açıldıqda onun içində yaşılımtıl rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin 1 ədəd bükümdəki kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda Şahid5 həmin bükümdəki kütlənin narkotik vasitə, yəni marixuana olduğunu və həmin 1 ədəd bükümdəki narkotik vasitəni Şaiq adlı şəxsdən 3 manat pula istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş bir ədəd bükümdəki yaşılımtıl rəngli narkotik vasitəyə bənzər kütlə həmin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Şahid5 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə bükümlə birlikdə ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfə imza edilmişdir. Bundan sonra Şahid5 üzərindən aşkar edilmiş 2 ədəd kağız parçaları və 7 manat pul əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarışın videoçəkilişi Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Nemət Xurşudov tərəfindən qeydə alınmışdır. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli raportdan, şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:50-də Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X3 RPŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid3, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əyinində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 qutu «Veqas» markalı siqareti, boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd alışqanı və 1 ədəd kağız bükümü çıxarıb və otaqdakı masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kağız büküm açıldıqda onun içində yaşılımtıl rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin 1 ədəd bükümdəki kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə (nəşə), yəni marixuana olduğunu və həmin gün 2 ədəd bükümdəki narkotik vasitələri Rizvan adlı şəxsdən 10 manat pula aldığını və bükümlərdən 1 ədədini tanışı Mirbabaya verdiyini bildirir. Aşkar edilmiş bir ədəd bükümdəki yaşılımtıl rəngli narkotik vasitəyə bənzər kütlə həmin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 0,67 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə bükümlə birlikdə ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfə imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qutu «Veqas» markalı siqaret və 1 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarışın videoçəkilişi Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Nemət Xurşudov tərəfindən qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/193 nömrəli ekspert rəyindən müəyyən edilir ki, üzərində “Şahid5 üzərindən aşkar edilmiş...’’ sözləri yazılmış zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,24 qram və üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,4 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata marixuanadan - hər obyektdən 0,02 qram olmaqla - cəmi 0,04 qram sərf edildikdən sonra qalıq 0,173 qram təşkil etmişdir. Tədqiqata metamfetamindən 0,01 qram sərf edildikdən sonra qalıq 0,6 qram təşkil etmişdir. İş materiallarında olan 10 fevral 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 19 aprel 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Şahid5 üzərlərindən aşkar edilərək götürülmüş 02 ədəd kağız bükülüdə olmaqla hər birinin çəkisi 0,24 qram və 0,4 qram - ümumilikdə təmiz çəkisi 0,64 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq çəkisi 0,6 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 20 fevral 2024-cü il tarixli, 1129 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı həqiqətən də Təqsirləndirilən şəxs 3 manata alması təsdiqini tapmışdır. Şahid5 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması faktı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs konkret olaraq digər şəxslərə narkotik vasitə və ya psixotrop maddələrin satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsində və satmasında ona köməklik edən şəxs və ya şəxslərin olması müəyyən edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 5(067)- 31/2024 saylı qərarından müəyyən edilir ki, Şahid5 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 5(067)- 32/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 02 fevral 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 19 aprel 2024-cü il tarixli qərardan və həmin tarixli “İnzibati icraatın başlanması haqqında” qərardan müəyyən edilir ki, Şahid5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə cinayət təqibinin başlanması rədd edilmiş, onun barəsində Xaçmaz RPŞ-nin müstəntiqinin vəsatəti təmin edilərək Xaçmaz rayon prokurorunun qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati icraat başlanmışdır. Sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, X5 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1-maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Şahid5 məhkəmə iclaslarında verdikləri ifadələrə tənqidi yanaşaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Şahid5 üzərinə 02 fevral 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın videoçəklişindən müəyyən edilir ki, şəxsi axtarış zamanı Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitəni ona iş üzrə Təqsirləndirilən şəxs 3 manat müqabilində satdığını bildirmişdir. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan müəyyən edilir ki, həmin tarixdə Şahid5 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, Şahid5 Təqsirləndirilən şəxs 3 manat müqabilində bir büküm qurudulmuş marixuananı ona sata biləcəyini, onun da razılaşaraq 3 manata bir bükümdə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını sonuncunun üzünə demiş, Təqsirləndirilən şəxs də Şahid5 dediklərinin düz olduğunu qeyd edərək bildirmişdir ki, həqiqətən də, Mirbaba ondan narkotik vasitə istəmiş, o da özündə olan narkotik vasitə qurudulmuş marixuananı 3 manata Mirbabaya sata biləcəyini demiş və sonuncu ondan narkotik vasitəni 3 manat verərək almışdır. Üzləşmə zamanı Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə polis şöbəsində məsuliyyətdən boyun qaçıra biləcəyini düşünərək narkotik vasitəni Mirbabaya hədiyyə etdiyini demişdir. Üzləşdirmə protokolu həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi olmuş Şahin Mütəllimov tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid5 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində əvvəlcə təqsirləndirilən şəxsin ona narkotik vasitəni satmadığını, 3 manat pulu təqsirləndirilən şəxsə öz təşəbbüsü ilə siqaret pulu olaraq verdiyini bildirmiş, sonra isə bildirmişdir ki, o, təqsirləndirilən şəxsdən ona narkotik vasitə verməsini xahiş etmiş və təqsirləndirilən şəxsdən narkotik vasitənin müqabilində nə istədiyini soruşduqda, sonuncu ondan narkotik vasitənin müqabilində siqaret pulu istəmiş, o da təqsirləndirilənə 3 manat pul verərək narkotik vasitəni almışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilk olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni Rizvan adlı şəxsdən aldığını bildirmiş, daha sonra isə ifadəsində narkotik vasitəni yerdən tapdığını, Rizvan adlı şəxsin adını qərəzli olaraq bildirdiyini demişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Şahid5 məhkəmə iclaslarındakı ifadələrində bildirdikləri (narkotik vasitəni satmaması barədə) xüsusatlar ziddiyyətli olmaqla iş materialları ilə təkzib edilir və bu xüsusatları özünü müdafiə xarakteri daşıyır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 02 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 8-ci bəndində izah edilir ki, həmin Qanunda (1.0.11) şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 9-cu bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən, hökmün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə (CM-nin 152.1, 306.1, 234.1) məhkum olunmuş, bundan əvvəl (axırıncı dəfə) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənildikdən sonra törətdiyindən CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Quba rayon İHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs əməyi sevəndir. Yaşadığı kənddə keçirilən məclis və mərasimlərdə iştirak edir. Ailə üzvləri ilə münasibətləri yaxşıdır. Barəsində Nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini (cəzasını) yüngülləşdirən halı, barəsində cəzasını ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 02 fevral 2023-cü il tarixli protokoldan (22:40) və tutulmadan azad edilməyə dair 03 fevral 2023-cü il tarixli qərardan (20:00) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin 04 fevral 2024-cü il tarixli, 4(067)-14/2024 saylı qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə maddi sübut olmaqla ekspertizaya təqdim edilmiş 02 ədəd bükümdə olan 0,24 qram və 0,4 qram, olmaqla ümumilikdə çəkisi 0,64 qram narkotik vasitə - qurudulmuş marixuanadan tədqiqata cəmi 0,04 qram sərf edildikdən sonra qalıq 0,6 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs və iş üzrə Şahid5 üzərindən aşkar edilərək götürülmüş cəmi 02 ədəd bükümdə olmaqla, ekspertiza tədqiqatından sonra ümumilikdə təmiz qalıq çəkisi 0,6 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs və iş üzrə Şahid5 üzərindən aşkar edilərək götürülmüş, 02 (iki) ədəd bükümdə olmaqla ekspertiza tədqiqatından sonra ümumilikdə təmiz qalıq çəkisi 0,6 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs və Şahid5 üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 02 (iki) ədəd DVD disk (hər diskdə 01 ədəd videofayl) cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablansın Barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs və iş üzrə Şahid5 üzərindən aşkar edilərək götürülmüş, 02 (iki) ədəd bükümdə olmaqla ekspertiza tədqiqatından sonra ümumilikdə təmiz qalıq çəkisi 0,6 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs və Şahid5 üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 02 (iki) ədəd DVD disk (hər diskdə 01 ədəd videofayl) cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-112/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-112/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver