Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-112/2025 02.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X10 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xaçmaz rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əməllərində cinayətlərin residivi olan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmaqla 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və 04 may 2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq, məhkumluğu Ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən əldə edərək üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 05 mart 2025-ci il tarixdə saat 16:20-16:29 müddətində ünvan 2 ünvanının qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan tünd-göy rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə 0,559 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 20 ünvanında yaşayır. Onu 06 mart 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evdən Xaçmaz RPŞyəaparılmışdır. O, videoçəkilişlərlə və ibtidai istintaq zamanı yazılmış ifadələrlə razı deyil. Belə ki, onun üzərində saxlanıldığı vaxt narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən narkotik vasitə ona təqdim edilərək çəkiliş zamanı gödəkçəsinin cibindən çıxarıb təqdim etməsini tələb etmişlər. Bundan sonra polis əməkdaşlarının tələbini yerinə yetirmiş, Xaçmaz şəhəri, X.Şükürov küçəsində üzərinə şəxsi axtarış keçirilən zaman gödəkçəsinin cibindən narkotik aşkar olunmuşdur. O, polis əməkdaşları tərəfindən təzyiq altında qalıb üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonuncu dəfə tutulandan 2-3 gün əvvəl isə narkotikdən istifadə etmişdir. Həmçinin bundan əvvəl narkotiklə əlaqədar olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib azadlığa çıxdıqdan sonra xəstəliyi ilə əlaqədar müalicə ala bilməmiş və daha sonra bununla əlaqədar Narkoloji Mərkəzlə telefon əlaqəsi saxlamış, onu metadon suyu ilə müalicə proqramına yazdırmışlar. Bundan ötrü qardaşına etibarnamə vermişdir ki, onun üçün həmin metadon suyunu Narkoloji Mərkəzdən gətirsin. Lakin narkotikdən asılılığı olduğundan müalicə heç bir nəticə verməmişdir. Hazırda ailəlidir, iki uşağı var və onun himayəsindədirlər. O heç vaxt narkotikin təbliğatı və ya satışı ilə məşğul olmamışdır. Xroniki tromboz xəstəliyindən əziyyət çəkir. Həmin xroniki tromboz xəstəliyinə görə ayağının birini kəsmək istəsələr də tromb olması səbəbindən damarın qırılacağını ehtimal edib ayağını kəsməmişlər. Lakin digər ayağının isə üç barmağını həmin xəstəliyə görə kəsmişlər. Barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə, təqsirini etiraf etməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları, o cümlədən məhkəmə qərarı əsasında əldə olunmuş mobil telefon nömrələri üzrə anten məlumatları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən təqsirləndirilən şəxsin təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi kimi qiymətləndirilir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə əvvəllər narkotik istifadəçisi kimi tanıdığı Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatdan sonra onlar Təqsirləndirilən şəxs yerinin Xaçmaz şəhəri, Xudbəddin Şükürov küçəsində olmasını müəyyənləşdirərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsinə və üzərində daşımasına görə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək üzərində narkotik vasitə olan heroinin olduğunu bildirmiş və üzərindəki narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitə elektron tərəzidə çəkilərkən çəkisinin 0,65 qram olması müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 və Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanması və icraatına qəbul edilərək istintaqı aparılması barədə qərar qəbul olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan, audio-video diskdən və “Əməliyyat –axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokol”dan (cild 01, vərəq 08-12) müəyyən edilir ki, 05 mart 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən 01 ədəd zərf təhqiqata təqdim edilərək həmin zərfin içərisində olan sellafon bükümün Təqsirləndirilən şəxs götürüldüyü və bükümdə narkotik vasitə olan heroin kütləsi olduğu bildirilmişdir. Təqdim edilmiş 01 ədəd zərf möhürlənmişdir və üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə,
1. Təqsirləndirilən şəxs, 2. Şahid1, 3.Şahid3, 4. Şahid2” sözləri yazılaraq imza ediljmişdir. Zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və zərfdə olan sellafon bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunan 01 ədəd sellafon bükümün özünə məxsus olmasını, içərisində narkotik vasitə olan heroin kütləsi olmasını və həmin kütləni xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, X.Şükürov küçəsində yerləşən zibilxananın yaxınlığından tapmasını və gələcəkdə özünün istifadə etməsi üçün saxlamasını bildirmişdir. Təqdim olunan 01 ədəd sellafon bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasınıngörüntülərinin əks olunduğu bir ədəd “DVD” diskə baxış keçirilən zamanyoxlamanın əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə fasiləsiz qeydə alınması müəyyən edilmiş və görüntülərin köçürüldüyü 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 26) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə, saat 17:20-dətutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 06 mart 2025-ci il tarixli, 6/985 nömrəli ekspert rəyindən (cild 01, vərəq 37) müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 58” möhür əksi, “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,559 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,509 qram qalmışdır. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 48) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 4(067)-39/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 71) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış diskə 07 mart 2025-ci il tarixdə baxış keçirilərkən sonuncunun üzərində 01 ədəd bükümdə narkotik vasitə heroin olmasının görüntüləri öz əksini tapmış, baxış zamanı görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. Ona görə də Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış vidoegörüntünün köçürüldüyü bir ədəd “DVD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən 10 mart 2025-ci il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,559 qram çəkidə narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,509 qram çəkidə olan narkotik vasitə heroin saxlanmasından ötrü Xaçmaz RPŞ-yə təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 73, 108) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,509 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Eyni zamanda keçirilən baxış video görüntülərinin köçürüldüyü 01 (bir) ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 5(067)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixliqərarından (cild 01, vərəq 76) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli “Əməliyyat tapşırığı”ndan və xx.xx.2025-ci il tarixli “Raport”dan(cild 01, vərəq 77, 94) müəyyən edilir ki, faktla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumatlar daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin narkotik vasitə olan heroini haradan əldə etməsi barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən və Xaçmaz rayon məhkəməsinin 1(067)-158/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən (cild 01, vərəq 83, 95) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmaqla 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkm edilmiş və 04 may 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 12 aprel 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də “Narkomaniya” diaqnozu ilə həkim-narkoloqun qeydiyyatındadır, həkim-psixatrın qeydiyyatında yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞin 1615 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən (cild 01, vərəq 102) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Xaçmaz RİHB-nin Komunal Təsərrüfatı İdarəsi tərəfindən təqdim edilmiş 197 nömrəli, xx.xx.2025-ci il tarixli ”Arayış”dan (cild 01, vərəq 106) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə tərkibi üzvləri bunlardır: 1993-cü il təvəllüdlü həyat yoldaşı X8; 2013-cü il təvəllüdlü qızı X3 və 2018-ci il təvəllüdlü qızı X4. - Xaçmaz RİHB-ninKomunal Təsərrüfatı İdarəsitərəfindən təqdim edilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 107) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddətdə özünü müsbət xarakterli gənc kimi göstərmişdir. Həmyaşıdları arasında nüfuz qazanmışdır. Orta təhsillidir, ailəlidir və iki övladı vardır. Yaşadığı müddət ərzində onun barəsində Xaçmaz Mənzil Komunal Təsərüfatı İdarəsinə heç bir şikayət daxil olmamışdır. - xx.xx.2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan (cild 01, vərəq 116) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən icraatında olan ********* nömrəli cinayət işindən aşkar edilmiş xeyli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılaraq ayrıca icraatına qəbul edilmişdir. - Məhkəmə istintaqı zamanı Xaçmaz Rayon Məhkəməsinin 1(067)-112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə ********* №-li cinayət işi üzrə şahid qismində cəlb edilmiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş 051 316-83-73 və digər şahid qismində cəlb edilmiş Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş 055 261-09-99 mobil telefon nömrələri üzrə 05-06 mart 2025-ci il tarixlər üzrə anten əhatə dairələrinə dair məlumatlar Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya idarəsindən, habelə "xxxx" MMCdən və "xxxx" MMC-dən keçirilməsinə dair qərar qəbul olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə daxil olmuş cavab məktubundan müəyyən olunur ki, ********* saylı nömrə sorğulanan müddətdə Bakcell şəbəkəsində istifadə edilməmişdir. Nömrə xx.xx.2019-cü il tarixdə, saat 03:00-da Bakcell şəbəkəsindən Azercell şəbəkəsinə daşınmışdır. - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə daxil olmuş cavab məktubundan müəyyən olunur ki, ********** saylı nömrə xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə keçmişdir. Hər hansı inzibati ərazi vahidi və ya onun hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar maneə mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olması dəyişə bilər. - Xaçmaz RPŞ-dən Xaçmaz rayon məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, PŞ-da istifadə olunan videomüşahidə sistemində yaddaş qurğularının informasiyanı saxlama müddəti texniki imkanlara uyğun olaraq məhduddur və yalnız müəyyən dövr ərzində məlumatların arxivlənməsi mümkündür. Aparılan müvafiq texniki araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində iştirak edən Təqsirləndirilən şəxs 05-06 mart 2025-ci il tarixlərinə aid video yazılar yaddaş sistemində artıq saxlanmadığından həmin videogörüntülərin bərpası və təqdim olunması texniki cəhətdən mümkün olmamışdır. - Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hər iki aşağı ətrafın posiflebitik sindromu, sol aşağı ətrafın xroniki venoz çatışmazlığı və sol ayağın İİ, İİİ barmaqların amputasiyası diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Qanunun 21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,559 qram yəni xeyli miqdarda olmuşdur. Qeyd olunan siyahılara əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən və Xaçmaz rayon məhkəməsinin 1(067)-158/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmaqla 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkm edilmiş və 04 may 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nin Komunal Təsərrüfatı İdarəsi tərəfindən təqdim edilmiş 197 nömrəli, xx.xx.2025-ci il tarixli ”Arayış”dan (cild 01, vərəq 106) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə tərkibi üzvləri bunlardır: 1993-cü il təvəllüdlü həyat yoldaşı X8; 2013-cü il təvəllüdlü qızı X3 və 2018-ci il təvəllüdlü qızı X4. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nin Komunal Təsərrüfatı İdarəsi tərəfindən təqdim edilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 107) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddətdə özünü müsbət xarakterli gənc kimi göstərmişdir. Həmyaşıdları arasında nüfuz qazanmışdır. Orta təhsillidir, ailəlidir və iki övladı vardır. Yaşadığı müddət ərzində onun barəsində Xaçmaz Mənzil Komunal Təsərüfatı İdarəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hər iki aşağı ətrafın posiflebitik sindromu, sol aşağı ətrafın xroniki venoz çatışmazlığı və sol ayağın İİ, İİİ barmaqların amputasiyası diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi.
Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, yəni iki azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halı, yəni əməllərində cinayətlərin residivi olmasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli 05 mart 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,509 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından həbsə alınsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,509 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Aynur Əliyeva