Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-113/2023 15.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, iki yetkinlik yaşına çatmayan uşağı olan, rəsmi olaraq işləməyən, Xaçmaz şəhəri, İ.Rəsulov küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtdan Xaçmaz rayonu, Gülalan kəndi ərazisində, “Orxan market” adlı ərzaq mağazasını Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində keçdikdən sonra, Xaçmaz- Niyazoba avtomobil yolunun sağ kənarında, həmin yoldan Niyazoba kəndi istiqamətində 400 metr aralı məsafədə yerləşən bağ sahəsində narkotik tərkibli əkilib-becərilməsi qadağan olunmuş, xeyli miqdarda, yəni 09 (doqquz) ədəd çətənə (kannabis) bitkisini qanunusuz olaraq aqrotexniki qaydada qulluq etməklə əkib, yetişdirərək kultivasiya etmişdir. Belə ki, 09 sentyabr 2022-ci il tarixdə qeyd olunan ünvana saat 16:00-dan 16:20-dək olan vaxt ərzində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilən zaman 09 (doqquz) ədəd kultivasiya olunmuş nəm vəziyyətdə, ümumi çəkisi 2615 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə,yetişdirmə) etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkumluğu olmamışdır. İki övladı vardır. Övladlarının biri 8 yaşında, digəri isə 10 yaşındadır. Onun babasından ona Xaçmaz rayonunun Gülalan kəndi ərazisində yerləşən bağ sahəsi qalmışdır. Həmin bağ sahəsi 30 sot ölçüdədir və orada müxtəlif meyvə ağacları vardır. O, iki il olar ki, tapanda narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin sentyabr ayında Gülalan kəndi ərazisində yerləşən gölün ətrafında gəzən zaman orada çətənə bitkilərinin olduğunu görmüş və istifadə etmək üçün həmin bitkilərin hissələrindən və toxumlarından yığmışdır. Bitkilərin hissələrini qurudub istifadə etdikdən sonra toxumlarını da özündə saxlamışdır. 2022-ci ilin aprel ayının sonlarında Gülalan kəndi ərazisində yerləşən bağ sahəsində, orada olan tikilinin arxasında gün düşən yerdə münasib yer hazırlayıb həmin toxumlardan 14 ədədini torpağa basdırmışdır, toxumları torpağa basdırdıqdan sonra onlara mütəmadi olaraq su verib cücərməsini gözləmişdir. Həmin toxumlardan 09 ədədi inkişaf etmişdir. Bir müddət sonra bitkilər cücərmişdir. O, bundan sonra bitkilərin diblərini yumşaldıb diblərinə gübrə və peyin, onların diblərinə mütəmadi olaraq su vermişdir. Ancaq bitkilər yaxşı inkişaf etməmişdir. 09 sentyabr 2022-ci il tarixdə həmin bağ sahəsində olan zaman onu kimlərinsə bağ sahəsinin hasarından çağırdılqlarını eşitmiş və bağ sahəsinin giriş qapısının yanına gəlmişdir. O, bağ sahəsindən küçəyə çıxanda gələn şəxslər polis əməkdaşları olduqlarını bildirib onun narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməyi barədə X7 məlumat daxil olduğunu və buna görə də bağ sahəsində videoçəkilişlə baxış keçirmək istədiklərini bildirmişdirər. O da buna etiraz etməmiş və bağ sahəsində narkotik tərkibli çətənə itkilərini əkib yetişdirdiyini bildirmişdir. Baxış prosesinda iştirak edən şəxslər özlərini təqdim etmiş və həmin bitkiləri göstərməsi təklif olunmuşdur. O, baxışda iştirak edən şəxsləri bağ sahəsinə dəvət edib həmin bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən aqronom Şahid3 həmin bitkiləri göstərib narkotik tərkibli çətənə bitkiləri olduqlarını, diblərinə su verilib yumşaldıldığını, aqrotexniki qaydada qulluq göstərildiyini, gün düşən yerdə əkildiyini, boylarının 1 metrdən 2 metrədək olduğunu bildirmişdir. Bundan sonra həmin bitkilər sayılmış və 9 ədəd olması müəyyən olunmuşdur. Bitkilər aqronom tərəfindən bir-bir kökündən çıxarılıb bir daha sayıldıqdan sora bir ədəd kisəyə yığılıb qablaşdırılmış, möhürlənmiş, baxış prosesi əvvəldən axıradək videoçəkiliş vasitəsi ilə qeydə alınmış və baxış prosesi başa çatdırılmışdır. O, həmin çətənə bitkilərini özünün şəxsi istehlakı üçün əkib-becərmiş, o, heç kimə narkotik vasitə satmamış, belə bir niyyəti olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirir. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu, ailə vəziyyətinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 09 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Gülalan kəndində yerləşən özünə məxsus bağ sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə X7 daxil olmuş məlumatı raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bu qərar işlədiyi bölmənin rəisi tərəfindən təsdiq edildikdən sonra daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə müvafiq tədbirlərin keçirilməklə narkotik tərkibli bitkiləri əkib-becərdiyi yerə baxış keçirilməsindən ötrü ondan, Yalama PB-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 09 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Gülalan kəndinə getmişdir. Orada Təqsirləndirilən şəxs bağ sahəsinin hasarına çatıb dayanmışdır. Onlar həmin bağ sahəsinə çatıb bağın hasarından Təqsirləndirilən şəxs yanlarına dəvət edib, özlərini təqdim etdikdən sonra Xaçmaz RPŞ-nin Yalama PB-nə həmin bağ sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın doğru olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bağ sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirmişdir. Onlar Təqsirləndirilən şəxs icazəsi ilə bağ sahəsinə daxil olmuş və Aydın Hüsyenov onları narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirdiyi yerə aparmışdır. Onlar həmin yerə çatıb baxış keçirən zaman orada kökü üstə yaş vəziyyətdə 09 ədəd çətənə bitkisinə bənzər bitki kollarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri göstərib bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, həmin bitkiləri gələcəkdə marixuana əldə etmək üçün 2022-ci ilin aprel ayının sonlarında əkib yetişdirmiş, diblərini sulamış, otlardan təmizləmiş, mütəmadi olaraq qulluq göstərmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis Şahid3 həmin bitkilərə baxaraq çətənə bitkiləri olduqlarını, bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, gündüşən yerdə əkildiyini, boylarının 1 metrdən 2 metrədək olduğunu bildirmişdir. Həmin bitkilər baxışda iştirak edən şəxslərin iştirakı ilə aqronom tərəfindən sayılmış və 09 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aqronom- mütəxəssis Şahid3 tərəfindən həmin bitkilər bir-bir kökündan çıxarılaraq bir ədəd kisəyə yığılıb, qablaşdırılmış, qablaşmanın üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin Yalama PB-nin manqa komandiri, polis baş serjantı Azər Dadaşov tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. O, 2003-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil istismar idarəsinin aqronomnəzarətçisi işləyir. 09 sentyabr 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün polis bölməsinə getmişdir. Polis əməkdaşları ilə birlikdə 09 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Xaçmaz rayonu, Gülalan kəndində yaşayan, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Gülalan kəndində yerləşən bağ sahəsinə getmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs ona məxsus bağ sahəsində narkotik tərkibli çətənə bitkilərini qanunusuz olaraq əkib, yetişdirməsi barədə polisdə məlumat olduğunu və bu məlumatın yoxlanılmasından ötrü polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilməsi zərurəti yarandığını izah etmişdirlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməyərək polis əməkdaşlarını bağ sahəsinə dəvət etmişdir. O da polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs bağ sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs bağ sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirdiyini bildirmiş və həmin bitkiləri əkib yetişdirdiyi yerləri göstərmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri öz şəxsi istifadəsi üçün nəşə, yəni qurudulmuş marixuana əldə etmək məqsədilə özü tək əkib qulluq göstərərək yetişdirdiyini bildirmişdir. O, aqronom-mütəxəssis kimi həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpaqda peyin olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirmişdir. Həmin bitkilərin hamısı bir-bir kökündən çıxarılaraq sayılmış və bitkilərin 9 ədəd olması müəyyən edilmişdir. Aşkar edilmiş 9 ədəd narkotik tərkibli çətənə bitkiləri müstəntiq tərəfindən qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. O da daxil olmaqla bütün iştirakçılar qablaşdırmanın üzərinə imza edərək tamlığını təsdiq etmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və baxış keçirilməsinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid1, həmin polis bölməsinin polis nəfəri Şahid2, həmin polis bölməsində manqa komandiri X6, Xaçmaz Mənzil Kommunal Təsərrüfat İdarəsində aqronom işləyən Şahid3 və Təqsirləndirilən şəxs iştirakları ilə Xaçmaz rayonunun Gülalan kəndi ərazisində iş üzrə Təqsirləndirilən şəxs məxsus baş sahəsində baxış keçirilmişdir. Həmin bağ sahəsi Xaçmaz rayonu, Gülalan kəndi ərazisində, “Orxan market” adlı ərzaq mağazasını Niyazabad kəndi istiqamətində keçdikdən sonra, Xaçmaz-Niyazabad avtomobil yolunun sağ kənarında, həmin yoldan Niyazabad kəndi istiqamətində 400 metr aralı məsafədə yerləşir. Xaçmaz- Niyazoba avtomobil yolundan sağa dönüb, daşlıq yol ilə təxminən 400 metr düzünə getdikdən sonra, Təqsirləndirilən şəxs bağ sahəsinin hasarına çatıb dayanmışlar. Onlar həmin bağ sahəsinə çatıb bağın hasarından Təqsirləndirilən şəxs yanlarına dəvət edib ona özlərini təqdim etdikdən sonra, ona Xaçmaz RPŞ-nin Yalama PBnə həmin bağ sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərin əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın doğru olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin bağ sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirmişdir. İştirakçılar Təqsirləndirilən şəxs icazəsi ilə ona məxsus bağ sahəsinə daxil olur və o, onları narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirdiyi yerə aparır. Onlar həmin yerə çatıb baxış keçirən zaman orada kökü üstə yaş vəziyyətdə 09 ədəd çətənə bitkisinə bənzər bitki kollarının olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bitkiləri göstərib bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, həmin bitkiləri gələcəkdə marixuana əldə etmək üçün 2022-ci ilin aprel ayının sonlarında əkib yetişdirmiş, diblərini sulamış, otlardan təmizləmiş, mütəmadi olaraq qulluq göstərmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis Şahid3 həmin bitkilərə baxaraq çətənə bitkiləri olduqlarını, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, gündüşən yerdə əkildiyini, boylarının 1 metrdən 2 metrədək olduğunu bildirmişdir. Həmin bitkilər baxışda iştirak edən şəxslərin iştirakı ilə aqronom tərəfindən sayılır və 09 ədəd olması müəyyən edilir. Bundan sonra aqronom-mütəxəssis Şahid3 tərəfindən həmin bitkilər bir-bir kökəndan çıxarılaraq bir ədəd kisəyə yığılıb qablaşdırılır, qablaşmanın üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilir. Baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin Yalama PB-nin manqa komandiri Azər Dadaşov tərəfindən videoçəkiliş vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli “Torpağa və bitkilərə baxış keçirilməsi barədə” mütəxəssis rəyindən müəyyən edilir ki, 09 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonu, Gülalan kəndi ərazisində yerləşən, Təqsirləndirilən şəxs məxsus bağ sahəsinə baxış keçirərəkən aşkar edilmiş hündürlüyü 1 metrdən 2 metrədək olan müxtəlif ölçülü, kökü üstündə 09 (doqquz) ədəd bitki əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik təbiətli çətənə bitkiləridir. Həmin çətənə bitkilərinin dibləri yumşaldılmış, alaq otlarınadan təmizlənmiş, su verilərək dibləri nəm halına gətirilmiş və diblərinə peyin verilmişdir. Bu bitkilərin əkildiyi torpaq sahəsində xüsusi torf şəkilli torpaqlar toplanmışdır ki, həmin torpaq narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitlidir. Aşkar edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli, 7/1004 nömrəli ekspert rəyindən müəyyən edilir ki: 1. tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən aşkar olunmuş...” sözləri yazılmış sintetik torbada 09 (doqquz) ədəd, nəm vəziyyətdə, ümumi çəkisi 2615 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 2. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkilərindən təqdqiqata cəmi 0,9 qram sərf edildikdən sonra qalıq 2614,1 qram təşkil etmişdir. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 27 aprel 2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus, Xaçmaz rayonunun Gülalan kəndi ərazisində yerləşən bağ sahəsindən aşkar edilərək götürülmüş 09 (doqquz) ədəd, çəkisi 2615 qram təşkil etmiş narkotik təbiətli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2614,1 qram təşkil etmiş həmin çətənə (kannabis) bitkiləri Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 06 dekabr 2022-ci il tarixli, 7381 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonu, Gülalan kəndində yerləşən bağ sahəsində aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkib yetişdirməsi müəyyən edilmiş, lakin narkotik tərkibli bitkləri haradan, kimdən əldə etməsi və nə vaxtdan əkib, yetişdirməsi barədə və satması barədə məlumat daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinin videoçəkilişin köçürüldüyü 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. Elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cımadəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 19-cu bəndində izah edilir ki, 237-ci maddədə nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir.Əkmə dedikdə - qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başadüşülməlidir.Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə - narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı isə aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 09 (doqquz) ədəd olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli arayışdan, EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, evli olmasını, iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutmadan azad olunmasına dair 11 sentyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus, Xaçmaz rayonunun Gülalan kəndi ərazisində yerləşən bağ sahəsindən aşkar edilərək götürülmüş 09 (doqquz) ədəd olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2614,1 qram təşkil etmiş narkotik təbiətli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞnin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs məxsus, Xaçmaz rayonunun Gülalan kəndi ərazisində yerləşən bağ sahəsindən aşkar edilərək götürülmüş 09 (doqquz) ədəd olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2614,1 qram təşkil etmiş narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus bağ sahəsində keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3200 (üç min iki yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlandığı müddət nəzərə alınsın və üzərində qəti olaraq 3000 manat cərimə cəzası saxlanılsın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs məxsus, Xaçmaz rayonunun Gülalan kəndi ərazisində yerləşən bağ sahəsindən aşkar edilərək götürülmüş 09 (doqquz) ədəd olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2614,1 qram təşkil etmiş narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus bağ sahəsində keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 86 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-113/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-113/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver