Məhkəmə qərarları › İş №1(067)-114/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-114/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-114/2022 31.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Şakir oğlunın, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1971-ci ildə Qubadlı rayonunun, Diləli Müskanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, Qubadlı rayonunun, Diləli Müskanlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 41A məhəllə, ev 1V mənzil 29da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci ildə saat 10:30-da Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 12-ci kilometrliyində idarə etdiyi «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı Tirsan TSN-3 S-Ş 12.5 yarımqoşqulu yük avtomobili ilə 60 km/saat sürətlə Xaçmaz rayonu istiqamətində körpü ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cii bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib, buzlu-yol şəraitində avtomobilin təhlükəsiz hərəkətini təmin etməyərək idarəetməni itirdiyindən avtomobili sürüşərək yolun sağ kənarında hərəkət hissəsində dayanmış X8, Zərərçəkmiş şəxs2, eləcə də yolun sağ kənarında hərəkət hissəsində dayanmış X9 məxsus «Lada-21902- 010-51» markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X9 baş beyin toxumasının yoxluğu, alm sümüyünün böyük ölçüdə sınığı, başın küt travması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs2 Xİİ döş fəqərəsinin sınığı və bel nahiyəsinin əzilməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, «Lada-21902-010- 51» markalı avtomobilin içərisində olan sərnişin Zərərçəkmiş şəxs1 qızma baş beyin silkələnməsi ilə müşaiyət olunmuş sol almacıq sümüyünün, sağdan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-X-Xİ qabırğaların sınıqları, alın- gicgah, təpə nahiyələrinin əzilmiş yaraları, sol orbital hematoma kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsilə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, Qubadlı rayonundan məcburi köçkündür, birinci Qarabağ müaharibəsi veteranıdır. Öhdəsində 88 yaşlı anası və birinci qrup əlil bacısı vardır. Onun BE CE DE kateqoriyalı sürücülük hüququ olmaqla etibarnamə əsasında günəmuzd Şahid6 məxsus olan “Mercedes-Benz Axor 1840” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun “Tirsan TSN-3 S-Ş 12.5” sisterna markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqusuııu idarə edir. Həmin yük avtomobili və onun yarımqoşqusu faktiki Şahid6 məxsusdur. O, həmin avtomobil ilə Bakı şəhərindən Xaçmaz rayonu ərazisində yerləşən özəl yanacaqdoldurma məntəsində yanacaq daşıyır. xx.xx.2021-ci il tarixdə, saat 08:20 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "xxxx" QSC-dən idarə etdiyi “Mercedes-Benz Axor 1840” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun “Tirsan TSN-3 S-Ş 12.5” sisterna markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı sestirna yarımqoşqusuna 17500 litr benzin və 22500 litr dizel yanacaqı doldurub Xaçmaz rayonuna yola düşmüşdür. İdarə etdiyi avtomobildə tək olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə idi. O, hər hansı bir spirtli içki, narkotik vasitə və ya güclü təsiredici vasitə qəbul etməmişdir. Həmin günü saat 10:30 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə Xaçmaz rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən həmin gecə qar yağmış, lakin yol örtüyü quru idi, yolda hər hansı bir buzlaşma yox idi. Onun qarşısında və arxasında hər hansı bir nəqliyyat vasitəsi hərəkət etmirdi. O, qarşıda olan körpüyə yaxınlaşan zaman görmüşdür ki, körpünün üzəri parıldayır və başa düşmüşdür ki, körpünün üzəri buzdur. Buna görə də idarə etdiyi avtomobilin tormozunu basmışdır ki, sürəti azaltsın. Lakin artıq körpünün üzərinə qalxmağa az qaldığımdan və buzun üzərinə çıxacağını görüb tormozu buraxmfışdır. O, idarə etdiyi avtomobil ilə körpünün üzərinə qalxıb yolun buzlaşmış hissəsinə daxil olanda yükün ağırlığı idarə etdiyi yük avtomobilinin hərəkət sürətini artırmış və onun avtomobili körpünün üzərində sürüşməyə başlamışdır. O, sükanı ələ alıb körpünün üzərində düzgün hərəkətini təmin etməyə çalışmış, bu zaman görmüşdür ki, körpüdən sonra yolun sağında və solunda sonradan markalarına və qeydiyyat nişanlarına fikir verdiyi minik avtomobilləri və həmin avtomobillərin yanında adamlar dayanmışdır.Körpünün qutaracağında yol daraldığından və onun həmin avtomobilləri vurmaq təhlükəsi yarandığından idarə etdiyi avtomobilin sükanını qismən sola burmuşdur. Həmin zaman onun avtomobili sürüşmə vəziyyətində artıq körpünü keçmişdir.Sükanı sola burduğundan idarə etdiyi avtomobilin yarımqoşqusu yükün ağırlığından sürüşüərək yük avtomoilinin soluna qayçılanıb buzun üzərində fırlana-fırlana qarşıya getməyə başlamışdır. Sonradan bilmişdir ki, idarə etdiyi yük avtomobilinin yarmqoşqusunin sağ arxa küncü yolun sağ hissəsində dayanmış X9 məxsus “Lada- 21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə, Şahid2 məxsus “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilə, Zərərçəkmiş şəxs2 Mehyeddin oğluna məxsus “Opel-Astra” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə, Şahid3 məxsus “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir.Həmin avtomobillər toqquşduqdan sonra idarə etdiyi yük avtomobili idarə olunmaz vəziyyətdə düzünə hərəkət edib qarşıda olan çökək sahəyə düşüb dayanmışdır. O, yerə düşəndə görmüşdür ki, yük avtomobili “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilni özü ilə bərabər çökək sahəyə salmış, toqquşduğu digər nəqliyyat vasitələri isə hərəsi bir yanda qalmışdır. Hadisə nəticəsində sürücülərdən Samir İsgəndərov hadisə yerində ölmüşdür. Sürücülərdən Zərərçəkmiş şəxs2 Mehyeddin oğlu, Şahid3 və “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin qadınlar və yerdə olan Samir İsgəndərovun qarşdaşı xəsarət almışdır. Onlar dərhal xəsarət alan şəxsləri Xaçmaz rayon MX-na yola salmışlar. Hadisə yerində ona əlavə olaraq məlum olmuşdur ki, toqquşduğu avtomobilər yolun buzlu və sürüşkən olması ilə bağlı ondan 10-15 dəqiqə əvvəl bir-birləri ilə toqquşmuşlar və orada yolun sağında dayanmışlar ki, hadisə yerinə polis və sığorta əməkdaşları gəlsinlər. Hadisə yerinə gəlmiş polis əməkdaşları və müstəntiq onların iştirakı ilə hadisə yerinə baxış keçirmişlər.Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Maddi durumunun ağır olmasını, himayəsində yaşlı və yataq xəstəsi olan anasının, xəstə bacısının və zərərçəkmişlərlə barışmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X14 ifadə verərək göstərmişdir ki, X2 qardaşı idi. Samirin özünə məxsus “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili var idi. xx.xx.2021-ci il tarixdə, qardaşı Samir İsgəndərov, onun arvadı Zərərçəkmiş şəxs1, dayısı qızı Şahid5 və Familin qaynı arvadı Şahid1, qardaşı X7 idarə etdiyi “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna qohumunun yas mərasiminə gələndə Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə körpünün üzəri buz olması ilə bağlı bir neçə avtomobil toqquşmuş, həmiçinin qardaşı Samir də idarə etdiyi avtomobil ilə qarşıda olan “Mercedes Benz-230” markalı avtomobil ilə toqquşmuş, onlar dayanıb sığorta işçilərin və polis əməkdaşlarının ora gəldiyini gözləyən vaxtı Xaçmaz şəhəri istiqamətində hərəkət edən «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı benzin daşıyan yük avtomobili körpünün üzərində sürüşərək yolun sağında dayanmış nəqliyyat vasitələrini vurmuş, nəticədə qardaşı Samir İsgəndərov hadisə yerində ölmüş, digərləri isə xəsarət almışdır. Qardaşı Samiri xx.xx.2021 -ci il tarixdə, Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin və tələbinin olmadığını, onunla barışdığını bildirərək, bu xüsusatların nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus olan «Opel Astra» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O, fərdi əməklə məşğu olur. xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində idarə etdiyi «Opel Astra» markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb Xaçmaz şəhərinə gedərkən idarə etdiyi avtomobildə tək olmuş, yük və sərnişin olmamışdır. O, hər hansı bir spirtli içki qəbul etməmişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Gecə qar yağsa da yolun asfalt örtüyünün üzəri qar olmamış, yəni yol quru idi. Həmin vaxtı onun qarşısında hər hansı bir avtomobil hərəkət etməsə də arxasında isə sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi «Opel Astra» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etmişdir. Həmin vaxtı görmüşdür ki, qarşıda yolda körpünün üzərində buzlaşma olmuş, buna görə də sürət həddini 20-30 km/saat sürətinə salıb körpünün üzərində hərəkətini davam etdirmişdir. Körpünün üzərindən keçib qurtaran zaman arxada hərəkət edən «Opel Astra» markalı avtomobil buzun üzərində sürüşüb gəlib onu yüngül vurmuşdur. O, idarə etdiyi avtomobili yolun sağında onu vuran avtomobil isə yolun solunda saxlamışdır. Onlar yerə düşüb DYP əməkdaşlarının və sığorta işçilərinin gəlməsini gözləmişlər. Onlar xəsarət almamışlar. Onlar dayandıqdan 5-10 dəqiqə sonra yolda hərəkət edən «Lada» markalı avtomobil buzda sürüşüb yolda hərəkət edən «Mercedes Benz» markalı avtomobil ilə toqquşmuşdur. «Lada» markalı avtomobildə sürücüdən başqa biri kişi, digər üçü qadın olan sərnişinlər var idi. Həmin avtomobilin sürücüləri də yerə düşmüşlər. Aradan bir az keçdikdən sonra körpünün üzərində hərəkət edən «X25» markalı avtomobilin, yanacaqdaşıyan avtomobilin buzda sürüşərək, qayçılanaraq onların üzərinə gəldiyini görmüşlər.Onlar qaçmağa başlamışlar. Lakin həmin yanacaq dolduran yük avtomobili onların avtomobillərini və onu vurmuşdur. Nəticədə o, xəsarət alıb yerə yıxılmışdır.Yanacaqdolduran avtomobil qarşıya gedib çökək sahəyə düşmüşdür. Eyni zamanda qarşıda yolun kənarında olan «VAZ-2107» markalı avtomobili vurmuşdur. O, aldığı xəsarətlərə görə TTY avtomobili ilə Xaçmaz rayon MX-na aparılmışdır.Təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin və tələbinin olmadığını, onunla barışdığını bildirərək, bu xüsusatların nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən 3 saylı Bakı «Asan xidmət» mərkəzində Notariat ofisi tərəfindən tərtib olunaraq məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, X15 onun qaynı idi. Samirin özünə məxsus “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili var idi. xx.xx.2021-ci il tarixdə, saat 08:40 radələrində o, əri Şahid4, xalası X10 və qardaşının arvadı Şahid1 ilə birlikdə qaynı X7 idarə etdiyi “Fada-21902-010- 51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna qohumunun yas mərasiminə yola düşmüşlər. Avtomobili Samir idarə etmişdir. Famil qabaq sərnişin oturacağında, onlar isə arxa sərnişin oturcağmda əyləşmişlər. Saat 10:20 radələrində onlar Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olmuşlar. Gecə qar yağmağına baxmayaraq asfalt örtüyünün üzəri quru idi. Onlar orada olan körpünün üzərinə qalxıb körpünü keçmək istəyərkən görmüşlər ki, körpünün qutaracağmdan sonra yol-nəqliyyat hadisənin baş verdiyini yolun hərəkət hissəsində və hərəkət hissəsinin sağında bir neçə minik avtomobillərinin dayanmışdır.Həmin avtomobillərdən biri, yəni, sonradan qeydiyyat nişanına fikir verdiyi “Mercedes Benz-230” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Samir həmin avtomobili görən kimi onunla toqquşmamaq üçün idarə etdiyi avtomobilin tormozunu vurmuşdur. Həmin hissədə yolun asfalt örtüyünün üzəri buzlu və sürüşkən olduğundan onların avtomobili sürüşüb furlanaraq arxa sol küncü “Mercedes Benz-230” markalı avtomobilin arxa hissəsinə dəymiş və daha sonra qabağa gedərək yolun sağında olan dəmir məhəccərə dəyib dayanmışdır. Famil və Samir avtomobildən yerə düşmüşlər. Onlar isə yerə düşməyərək avtomobilin içərisində oturmuşlar. Onlar polisin və sığortanın gəlməyini gözləmişlər. Aradan 5-10 dəqiqə keçmişdir ki, Xaçmaz şəhəri istiqamətində hərəkət edən və sonradan markasını və qeydiyyat nişanının öyrəndiyi «Mercedes Benz A xor 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı benzin daşıyan yük avtomobili körpünün üzərində sürüşməyə və “qayçı” formasına düşərək qarşıya hərəkət edərək gəlib onların avtombillərini vurmuşdur. Nəticədə onlar xəsarət alaraq Xaçmaz rayon MX-na düşmüşlər. Samir isə həadisə yerində vəfat etmişdir. Məhkəmədə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, BC kateqoriyalı sürücülük hüququ olmaqla özünə məxsus olan “Mercedes Benz- 230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil idərə edir. xx.xx.2021-ci il tarixdə, saat 10.15 radələrində idarə etdiyi “Mercedes Benz- 230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə Xaçmaz rayonu istiqamətində hərəkətdə olmuşdur. İdarə etdiyi avtomobildə tək olmuş, ondan başqa hər hansı bir sərnişin və yük yox idi. Həmin gecə qar yağmış, lakin yol örtüyü quru idi. qarşıda körpünün üzərinə qalxanda görmüşdür ki, körpünün üzəri qar və buzludur və qarşıda körpünün qutaracağmda iki “Opel” markalı avtomobillər toqquşublar. Həmin avtomobillərdən biri yolun sol tərəfində, digəri isə yolun sağ tərəfində dayanmış, sürücülər isə yerdə idi. O, hərəkət sürə,tini gzaldıb təxminən 30-40 km/saat sürətinə salmışdır. Həmin toqquşan avtomobilərə çata-çatda arxadan hərəkət edən və sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə körpünün üzərinə qalxdığından sürüşüb idarə etdiyi avtomobili vurmuşdur. O, idarə etdiyi avtomobili saxlayıb yerə düşmüş və öz avtomobilinin vurulma yerlərini üzərində olan telefonum ilə şəkillərin çəkmişdir. Onu vuran “Lada-21902-01051” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və onun yanında olan və sonradan sürücünün qardaşı olduğu şəxs yerə düşmüşdür. Həmin avtomobilin arxa oturacağında üç qadm əyləşmişdir. Onlar hadisə yerinə DYP əmakdaşlarınm gəlməsini gözləmişlər. Təxminən 10 dəqiqə sonra Xaçmaz istiqamətində hərəkət edən və sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı benzin daşıyan yük avtomobili körpünün üzərində sürüşməyə və “qayçı” formasına düşərək qarşıya hərəkət edərək bizim üzərimizə gəldiyini görmüşdür.O, yük avtomobilinin üzərinə gəldiyini görən kimi dərhal avtomobilinin yanından qaçaraq aralanmışdır. Benzin daşıyan yük avtomobilinin arxa hissəsi yolun sağında dayanmış “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili, onun avtomobilini, yolun sağında dayanmış sarı rəngli “Opel” markalı avtomobili, aşağıda yolun sağında dayanmış “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili, yerdə olan sürücüləri və sürücünün qardaşım vurmuşdur. Daha sonra yük avtomobili onun idarə etdiyi “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili də özü ilə ilə sürüyərək qarşıya gedib çökək sahəyə düşərək dayanmışdır.Vurulmuş sürcülərdən olan “Lada-21902-010-51” markalı avtomobilin sürücüsü hadisə yerində ölmüş, həmin avtomobildə olan sərnişinlər və “VAZ-21074” markalı avtombilin sürücsü ilə sarı rəngli “Opel” markalı avtomobilin stirücsü xəsarət alaraq xəstəxanaya müraciət etmişlər. O, hadisə nəticəsində hər hansı bir xəsarət almamışdır. Hadisə yerinə gələn polis əməkdaşları hadisə yerində müayinə aparmışlar. Hadisədən əvvəl hər hansı bir spirtli içki, güclü təsiredici vasitə qəbul etməmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə idi. Məhkəmədə iclasında Şahid3 ifadə verərək göstərmişdir ki, B kateqoriyalı sürücülük hüququ olmaqla özünə məxsus olan “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. xx.xx.2021-ci il tarixdə, saat 10:30 radələrində idarə etdiyi “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə Xaçmaz rayonu istiqamətində hərəkətdə idi. İdarə etdiyi avtomobildə tək idi, ondan başqa hər hansı bir sərnişin və yük yox idi. Həmin gecə qar yağmış, lakin yol örtüyü quru idi. Qarşıda körpünün üzərinə qalxanda görmüşdür ki körpünün üzəri qar və buzludur və qarşıda körpünün qutaracağmda sonradan markalarına və qeydiyyat nişanlarına fikir vediriyi “Lada-21902- 010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil, “Opel-Astra” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil və “Opel Astra” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduqlarını, “Opel Astra” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun solunda digər avtomobilər isə hərəkət yolunun sağ hissəsində dayandığım görmüşdür. O, idarə etdiyi avtomobili toqquşan avtomobilləri keçdikdən sonra qarşıda yolun sağında, ehtiyyat hissədə saxlamışdır. Yerə düşərək avtomobillərin toqquşma yerinə yaxınlaşmışdır. “Lada-21902-010-51 ” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və onun yanında olan və sonradan sürücünün qardaşı olduğu şəxs yerdə idi. Həmin avtomobilin arxa oturacağında üç qadın əyləşmişdir. “Opel-Astra” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil və “Opel Astra” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yerdə idi. O, onlara yaxınlaşıb köməyə ehtiyaclarının olub-olmamasını soruşmuşdur. Həmin şəxslər demişlər ki, onlar DYP əməkdaşları gözləyirlər, köməyə ehtiyacları yoxdur. O, avtomobilinə doğru addımlayanda arxadan səs gəlmiş və geri dönəndə sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı benzin daşıyan yük avtomobili körpünün üzərində sürüşərək və “qayçı” formasına düşərək və qarşıya hərəkət edərək onların üzərinə gəldiyini görmüşdür. O, yük avtomobilinin üzərinə gəldiyini görən kimi dərhal qaçaraq aralanmaq istəmişdir. Lakin benzin daşıyan yük avtomobilinin arxa hissəsi yolun sağında dayanmış “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili, “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili, “Öpel-Astra” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, sonuncu “Opel Astra” markalı avtomobil zərbənin təsirindən ona dəyərək onu yerə yıxmış, daha sonra isə həmin yük avtomobili onun “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilini vuraraq qarşıya gedib çökək sahəyə düşüb dayanmışdır. Yük avtomobili çökək sahəyə düşəndə “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili də özü ilə ilə sürüyərək çökək sahəyə salmışdır. O, daha sonra görmüşdür ki, toqquşma nəticəsində “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilim sürücüsü hadisəi yerində ölmüş, sərnişinlər xəsarət almış, həmçinin “Opel-Astra” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücsü də xəsarət almışdır. Onlar Xaçmaz rayon MX-na müraciət etmişlər. Məhkəmədə iclasında Şahid4 ifadə verərək göstərmişdir ki, X1 qardaşı idi. Qardaşı Samirin özünə məxsus “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili var idi. xx.xx.2021-ci il tarixdə, saat 08.40 radələrində o, arvadı Zərərçəkmiş şəxs1, dayısı qızı Şahid5 və qayım arvadı Şahid1 qardaşı X7 idarə etdiyi “Lada-21902- 010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna qohumunun yas mərasiminə yola düşmüşlər. Avtomobili Samir idarə etmişdir. O, qabaq sərnişin oturacağında, digərləri isə arxa sərnişin oturcağmda əyləşmişlər. Saat 10:20 radələrində onlar Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olmuşlar. Gecə qar yağmağına baxmayaraq asfalt örtüyünün üzəri quru idi. Onlar orada olan körpünün üzərinə qalxıb körpünü keçmək istəyərkən görmüşlər ki, körpünün qutaracağmdan sonra yol-nəqliyyat hadisənin baş verdiyini yolun hərəkət hissəsində və hərəkət hissəsinin sağında bir neçə minik avtomobillərinin dayanmışdır. Həmin avtomobillərdən biri, yəni, sonradan qeydiyyat nişanına fikir verdiyi “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı görmüşdür. Samir həmin avtomobili görən kimi onunla toqquşmamaq üçün idarə etdiyi avtomobilin tormozunu vurmuşdur. Həmin hissədə yolun asfalt örtüyünün üzəri buzlu və sürüşkən olduğundan onların avtomobili sürüşüb fırlanaraq arxa sol küncü “Mercedes Benz-230” markalı avtomobilin arxa hissəsinə dəydi və daha sonra qabağa gedərək yolun sağında olan dəmir məhəccərə dəymişdir. O və Samir avtomobildən yerə düşmüşlər. Yerə düşəndə görmüşlər ki, onlardan əvvəl yolun həmin hisssəsində iki “Opel” markalı avtomobil toqquşmuşdur. “Mercedes Benz-230” markalı avtomobilin sürücüsü yerə düşüb demişdir ki, «gözləyək sığorta işçiləri gəlsin». Onlar orada dayanıb polis əməkdaşlarının ora gəlməsini gözləməyə başlamışlar. Qadınlar isə avtomobildən düşməmişlər. Aradan 5-10 dəqiqə keçmişdir ki, Xaçmaz şəhəri istiqamətində hərəkət edən «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı benzin daşıyan yük avtomobili körpünün üzərində sürüşməyə və “qayçı” formasına düşərək qarşıya hərəkət etməyə başladığım görmüşlər. Həmin zaman o və Samir yerdə olmuşlar. Eyni zamanda digər nəqliyyat vasitələrinin sürücüləri, həmçinin orada dayanan avtomobilərinin sürücüləri də orada yolun sağında dayanmışlar. Benzin daşıyan yük avtomobilinin arxa hissəsi yolun sağında dayanmış birinci onların avtomobili və daha sonra digər avtomobilləri və bir az aşağıda dayanmış “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Yük avtomobili onların avtomobilini vuran an onların avtomobili ona dəyib onu kənara tullamışdır. Yük avtomobili qarşıya gedib çökək sahəyə düşərək dayanmışdır. “Mercedes Benz- 230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili də özü ilə aparıb həmin çökək sahəyə salmışdır. O, ayağa qalxıb bir təhər onların avtomobilinə yaxınlaşan zaman görmüşdür ki, toqquşma nəticəsində qardaşı Samir ölmüşdür. Məhkəmədə iclasında Şahid7 ifadə verərək göstərmişdir ki, “B” kateqoriyalı sürücülük hüququ olmaqla özünə məxsus olan “Opel Astra” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. xx.xx.2021 -ci il tarixdə, saat 10.00 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən avtomobildə tək olmuş, ondan başqa hər hansı bir sərnişin və yük yox idi. Fləmin gecə qar yağmış, lakin yol örtüyü quru idi. Qarşısında onunla eyni istiqamətdə sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi “Opel-Astra” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etmişdir. Aralarında təxminən 15 metr məsafə var idi. Onlar qarşıda körpünün üzərinə qalxanda körpünün üstünün qar və buzlu olduğunu görmüşdür. O və qarşıda hərəkət edən “Opel-Astra” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin sürətini azaltmışlr. Təxminən hərəkət sürətini 20km/saata salmışdır. O, idarə etdiyi avtomobil ilə qarşıda körpünün üzərindən keçib qu taran an gözlənilmədən idarə etdiyi avtomobil sürüşməyə başlamış və avtomobilim idarə olunmaz vəziyyətədə qarşıya gedərək qarşıda hərəkət edən “Opel Astra” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə yüngül formada dəymiş və onların arasında azca sürtünmə baş vermişdir. Yol buzlu və sürüşkən olduğundan o, idarə etdiyi avtomobili çəkib yolun solunda saxlamış və onunla toqquşan “Opel Astra” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də qarşıda yolun sağında saxlamışdır. Onlar yerə düşüb öz aralarında danışmış və yol polis əməkdaşının gəlməsini gözləmişlər. Təxminən aradan 20 dəqiqə sonra körpüdə hərəkət edən digər avtomobillər, yəni, sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil qarşıda hərəkət edən “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşdurjıapw yerə yaxm yerdə vurmuşdur. Toqquşan hər iki avtomobil yolun sağında dayanmışlar. Bu toqquşmadan sonra hər iki avtomobilin sürücüsü yerə düşmüşlər və onlar da polis əməkdaşlarının ora yaxınlaşmasını gözləmişlər. “Lada- 21902-010-51” markalı avtomobilin içərisinə üç nəfər qadm sərnişin əyləşmişdir. Aradan 10 dəqiqə keçmişdir ki, Xaçmaz istiqamətində hərəkət edən «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı benzin daşıyan yük avtomobili körpünün üzərində sürüşməyə və “qayçı” formasına düşərək qarşıya hərəkət etməyə başlamışdır. Həmin zaman artıq o, yolun sol kənarında dayanmış, benzin daşıyan yük avtomobilinin arxa hissəsi yolun sağında dayanmış yuxarıda qeyd etdiyi avtomobilləri və bir az aşağıda dayanmış “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili, yerdə olan sürücüləri vurmuşdur. Daha sonra yük avtomobili qarşıya gedib çökək sahəyə düşərək dayanmışdır. “Mercedes Beıız-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili də özü ilə aparıb həmin çökək sahəyə salmışdır. Vurulmuş sürcülərdən olan- “Lada-21902-010-51” markalı avtomobilin sürücüsü hadisə yerində ölmüş, həmin avtomobildə olan sərnişinlər və digər sürücülər xəsarət alaraq xəstəxanaya müraciət etmişlər. O, hadisə nəticəsində hər hansı bir xəsarət almamış və benzin daşıyan yük avtomobili onun avtomobili ilə toqquşmamışdır. Hadisə yerinə gələn polis əməkdaşları hadisə yerində müayinə aparmışlar. Hadisədən əvvəl hər hansı bir spirtli içki içməmiş və avtomobil texniki əhətdən saz vəziyyətdə idi. Məhkəmədə iclasında ifadəsi elan olunmuş Şahid6 ifadəsindən görünür ki, “Mercedes-Benz Axor 1840” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun “Tirsan TSN-3 S-Ş 12.5” sisterna markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu vardır. Həmin yük avtomobili və onun yarımqoşqıısu faktiki jyf məxsus olsa da yük avtomobili onun adında, yarımqoşqu isə qohumu X16 adında qeydiyyatdadır. O, “Mercedes-Benz Axor 1840” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun “Tirsan TSN-3 S-Ş 12.5” sisterna markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu etibarnamə əsasında günəmuzd Təqsirləndirilən şəxs sürməyə vermişdir. Təqsirləndirilən şəxs həmin yük avtomobili ilə Bakı şəhərindən Xaçmaz rayonuna dizel və benzin daşınması ilə məşqul idi. 25 dekabr 2021-ci il tarixdə ona məlumat vermişlər ki, həmin günü saat 10:30 radələrində Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 12-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz Axor 1840” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun “Tirsan TSN-3 S-Ş 12.5” sisterna markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Yalama istiqamətində hərəkətdə olan zaman yol buzlu oğlduğundan sürüşərək yolun kənarında dayanmış bir neçə nəqliyyat vasitəsini vurmuş, nəticədə bir nəfər ölmüş və bir neçə nəfər xəsarət almışdır. O, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb bu barədə danışanda sonuncu da baş vermiş hadisəni təsdiq etmişdir. Məhkəmədə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, X15 onun anasının dayısı oğlu idi. Onun özünə məxsus “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili var idi. xx.xx.2021-ci il tarixdə, saat 08.40 radələrində o, baldızının əri Şahid4, baldızı Zərərçəkmiş şəxs1, yoldaşının xalası Əsgərova X4 Samir Həsənağa oğlunun idarə etdiyi “Lada-21902010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən çıxıb Xaçmaz ra.yonuna qohumunun yas mərasiminə yola düşmüşlər. Avtomobili Samir idarə etmişdir. Famil qabaq sərnişin oturacağında, onlar isə arxa sərnişin oturcağmda əyləşmişlər. Saat 10.20 radələrində onlar Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olmuşlar. Gecə qar yağmağına baxmayaraq asfalt örtüyünün üzəri quru idi. Onlar orada olan körpünün üzərinə qalxıb körpünü keçmək istəyərkən görmüşlər ki, körpünün qutaracağmdan sonra yol-nəqliyyat hadisənin baş verdiyini yolun hərəkət hissəsində, və hərəkət hissəsinin sağında bir neçə minik avtomobillərinin dayanmışdır. Həmin avtomobillərdən biri, yəni, sonradan fikir verdiyi “Mercedes Benz-230” markalı avtomobilin dayandığını görmüşlər. Samir həmin avtomobili görən kimi onunla toqquşmamaq üçün idarə etdiyi avtomobilin tormozunu vurmuşdur. Həmin hissədə yolun asfalt örtüyünün üzəri buzlu və sürüşkən olduğundan onların avtomobili sürüşüb furlanaraq arxa sol küncü “Mercedes Benz-230” markalı avtomobilin arxa hissəsinə dəymiş və daha sonra qabağa gedərək yolun sağında olan dəmir məhəccərə dəymişdir. Famil və Samir avtomobildən yerə düşmüş, onlar isə avtoıuobidən düşməmişlər. Onlardan əvvəl yolun həmin hisssəsində iki “Opel” markalı avtomobil toqquşmuşdur. “Mercedes Benz-230” markalı avtomobilin sürücüsü yerə düşüb demişdir ki, «gözləyək sığorta işçiləri gəlsin». Onlar orada dayanıb polis əməkdaşlarının ora gəlməsini gözləməyə başlamışlar. Aradan 5-10 dəqiqə keçmişdir ki, Xaçmaz şəhəri istiqamətində hərəkət edən sonradan markasını və qeydiyyat nişanını bildiyi «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı benzin daşıyan yük avtomobili körpünün üzərində sürüşməyə və “qayçı” formasına düşərək qarşıya hərəkət edib birinci onların avtomobilini və daha sonra digər avtomobilləri və bir az aşağıda dayanmış “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Nəticədə onlar xəsarət almışlar. Ora yığışanların köməkliyi ilə yerə düşəndə görmüşlər ki, Samir zərbənin təsirindən hadisə yerində ölmüş, Famil isə xəsarət almış, eyni zamanda digər sürücülərdən də xəsarət alanlar var idi. Yük avtomobili qarşıya gedib çökək sahəyə düşərək dayanmış və “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili də özü ilə aparıb həmin çökək sahəyə salmışdır. Məhkəmədə iclasında ifadəsi elan olunmuş şahid X3 ifadəsindən görünür ki, X15 onun bibisi oğlu idi. Samirin özünə məxsus “Lada-21902-010-51 ” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili var idi. xx.xx.2021-ci il tarixdə, saat 08.40 radələrində o, bibisi oğlu Şahid4, bacısı qızı Zərərçəkmiş şəxs1, bacısı gəlini Şahid1 Fərənıəz qızı X7 idarə etdiyi “Lada-21902-010-51” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna qohumunun yas mərasiminə yola düşmüşlər. Avtomobili Samir idarə etmişdir. Famil qabaq sərnişin oturacağında, onlar isə arxa sərnişin oturcağmda əyləşmişlər. Saat 10.20 radələrində onlar Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissədə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olmuşlar. Gecə qar yağmağına baxmayaraq asfalt örtüyünün üzəri quru idi. Onlar orada olan körpünün üzərinə qalxıb körpünü keçmək istəyərkən görmüşdür ki, körpünün qutaracağmdan sonra yol-nəqliyyat hadisənin baş verdiyini yolun hərəkət hissəsində, və hərəkət hissəsinin sağında bir neçə minik avtomobillərinin dayanmışdır. Həmin avtomobillərdən biri, yəni, sonradan fikir verdiyi “Mercedes Benz-230” markalı avtomobilin dayandığını görmüşlər. Samir həmin avtomobili görən kimi onunla toqquşmamaq üçün idarə etdiyi avtomobilin tormozunu vurmuşdur. Həmin hissədə yolun asfalt örtüyünün üzəri buzlu və sürüşkən olduğundan onların avtomobili sürüşüb fırlanaraq arxa sol küncü “Mercedes Benz-230” markalı avtomobilin arxa hissəsinə dəymiş və daha sonra qabağa gedərək yolun sağında olan dəmir məhəccərə dəymişdir. Famil və Samir avtomobildən yerə düşmüş, onlar isə avtomobidən düşməmişlər. Onlardan əvvəl yolun həmin hisssəsində iki “Opel” markalı avtomobil toqquşmuşdur. “Mercedes Benz-230” markalı avtomobilin sürücüsü yerə düşüb demişdir ki, «gözləyək sığorta işçiləri gəlsin». Onlar orada dayanıb polis əməkdaşlarının ora gəlməsini gözləməyə başlamışlar. Aradan 5-10 dəqiqə keçmişdir ki, Xaçmaz şəhəri istiqamətində hərəkət edən sonradan markasını və qeydiyyat nişanını bildiyi «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı benzin daşıyan yük avtomobili körpünün üzərində sürüşməyə və “qayçı” formasına düşərək qarşıya hərəkət edib birinci onların avtomobili və daha sonra digər avtomobilləri və bir az aşağıda dayanmış “VAZ-21074” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Nəticədə onlar xəsarət almışlar. Ora yığışanların köməkliyi ilə yerə düşəndə görmüşlər ki, Samir zərbənin təsirindən hadisə yeridnə ölmüş, Famil isə xəsarət almış, eyni zamanda digər sürücülərdən də xəsarət alanlar var idi. Yük avtomobili qarşıya gedib çökək sahəyə düşərək dayanmışdır və “Mercedes Benz-230” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili də özü ilə aparıb həmin çökək sahəyə salmışdır. İş materiallarına əlavə olunmuş BDYPİ Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016- 66067-122 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə (xx.xx.2025-ci il tarixədək etibarlı olan) AC 215736 nömrəli «BE CE DE» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X5 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş 046968 saylı müharibə veteranı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsi veteranıdır. İş materiallarına əlavə olunmuş 076967 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində birinci qrup əlil olan bacısı X17 vardır. İş materiallarında olan X19 surətindən görünür ki, Təqsirləndirilən şəxs Qubadlı rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 58 №-li rəydən görünür ki, müayinə zamanı mərhum X7 meyitinin üzərində həyati xəsarətlər-həyat ilə bir araya sığmayan xəsarət - baş beyin toxumasının yoxluğu, alın sümüyünün böyük ölçüdə sınığı, başın küt travması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Göstərilən xəsarət həyati olub, ölümündən az əvvəl bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Ölümünə səbəb həyat ilə bir araya sığmayan xəsarət olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 2-3 saat əvvəl baş vermişdir. S.H.İsgəndərovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 798 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - Xİİ döş fəqərəsinin sınığı və bel nahiyəsinin əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənməklə, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 801 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşaiyət olunmuş sol almacıq sümüyünün, sağdan İİİ-İV-V-Vİ- Vİİ-Vİİİ- X-Xİ qabırğaların sınıqları, alm-gicgah, təpə nahiyələrinin əzilmiş yaraları, sol orbital hematoma bərk küt əşya (əşyalar) təsirindən törənməklə, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 58 №-li rəydən görünür ki, müayinə zamanı mərhum X7 meyitinin üzərində həyati xəsarətlər-həyat ilə bir araya sığmayan xəsarət - baş beyin toxumasının yoxluğu, alın sümüyünün böyük ölçüdə sınığı, başın küt travması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Göstərilən xəsarət həyati olub, ölümündən az əvvəl bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Ölümünə səbəb həyat ilə bir araya sığmayan xəsarət olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 2-3 saat əvvəl baş vermişdir.S.H.İsgəndərovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8/1406 nömrəli rəydən görünür ki, «X25 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 64 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafı, şahid ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-cı maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını, həmçinin zərərçəkmiş şəxslərin onunla barışmalarını, birinci Qarabağ müharibəsi veteranı olmasını və himayəsində birinci qrup əlil olan bacısının olmasını, məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən İbrahimov Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, lakin Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X13, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X13, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Vüsalə Qasımova..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar