Məhkəmə qərarları › İş №1(067)-114/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-114/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-114/2024 06.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə qetməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs mərhum anası X4 məxsus Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququ verən sənədləri onun adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin avqust ayının 15-də Zərərçəkmiş şəxs şəxsən Xaçmaz şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən ofisində 2.500 (iki min beş yüz) manat, 2022-ci ilin oktyabr ayında sonuncunun tanışı Şahid vasitəsilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında 400 (dörd yüz) manat və 2022-ci ilin noyabr ayında yenə də tanışı Şahid vasitəsilə Xaçmaz Rayon Polis Şöbəsinin qarşısında 400 (dörd yüz) manat məbləğində nağd pul vəsaitini alıb aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 3.300 (üç min üç yüz) manat məbləğində maddi ziyan vurub dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ona müraciət edərək anasından qalmış torpaq və evi öz adına keçirtmək istədiyini bildirmişdir. O,da sənədlərə baxaraq sənədləşmə işlərini həll edə bilcəyini demişdir.Bunun müqabilində Zərərçəkmiş şəxs 3300 manat pul götürmüşdür. Lakin sonradan məlum olmuşdur ki, həmin əmlaklar bələdiyyənin hesabında olduğu üçün Ehtiram adına keçirdə bilməyəcək və pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs götürdüyü pulu xərcləmişdir. Zərərçəkmiş şəxsdən götürdüyü pulu tam olaraq ödəmiş, törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhəri, H.Əliyev prospekti, ev 80 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və üç övladı var. 2013-cü ildən 2018-ci ilə kimi Rusiya Federasiyasında yerləşən X1 hüquqşünaslıq fakültəsində oxumuşdur. Hüquqşünaslıq fakültəsində oxuduğuna görə də sənədləşmə işlərini yaxşı bilir. Ali təhsil aldıqdan sonra da Xaçmaz rayonunda hüquq məsləhətçisi kimi çalışmağa başlamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində tanışı Xaçmaz rayon sakini İlham onunla telefon əlaqəsi saxlayaraq Ehtiram adlı bir tanışının olduğunu və onun anasının vəfat etdiyini, buna görə də anasına məxsus əmlakı öz adına keçirtmək istədiyini söyləmiş, o da İlhamı və tanışını söhbət etmək məqsədilə Xaçmaz şəhərində yerləşən ofisinə dəvət eləmişdir. Beləcə 2022-ci ilin avqust ayının ortalarında İlham və tanışı Ehtiram onun Xaçmaz şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən ofisinə gəlmiş, söhbət zamanı Ehtiram ona demişdir ki, mərhum anasından ona Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsini var və həmin yerləri öz adına keçirtmək istəyir. Söhbət zamanı Ehtiram ona demişdir ki, onun bir bacısı var və o, Kipr Respublikasında yaşayır və işləri ilə əlaqədar Azərbaycan Respublikasına gələ bilmir, buna görə də onun iştirakı olmadan evi və həyəti onun adına sənədləşdirə bilibbilməyəcəyini ondan soruşmuş, o da həmin zaman fikirləşmişdir ki, məhkəmə yolu ilə həmin torpaq sahəsi ilə evi onun adına sənədləşdirə bilər. Və bu işin müqabilində Ehtirama təxminən 3.000 manat xərcinin çıxacağını söyləmiş, sonuncuda onunla razılaşmışdır. Bundan əlavə ona söyləmişdir ki, o, Rusiya Federasiyasında yaşayır, əgər ona əlavə pul lazım olarsa İlhamla əlaqə saxlayıb ondan götürsün. Elə həmin vaxtı, yəni 2022-ci ilin avqust ayının ortalarında Xaçmaz şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən ofisində 2.500 manat pulu Ehtiramdan almış və Ehtirama da söyləmişdir ki, yenə ondan əlavə pul alacaq. Qeyd edir ki, o, özü hüquqşünas olduğuna görə fikirləşirmiş ki, asanlıqla evin və torpağın sənədlərini dəyişdirə bilər, əgər dəyişdirə bilməsə də Ehtiramın pulunu gələcəkdə qaytarar. Həmin vaxtlarda maddi imkanım aşağı imiş və borcları da çox imiş. Buna görə də Ehtiramdan aldığı pulları borclarına ödəmiş, Ehtiramla söhbət zamanı ona bildirmişdir ki, həmin ilin sonuna qədər onun sənədlərini düzəldəcək. Bundan əlavə onu da qeyd edir ki, o, hələ Ehtiramla ilkin söhbət zamanı ona qeyd etmişdi ki, bu işin müqabilində onun 3.000 manata yaxın xərci çıxacaq, Ehtiram da ona pul lazım olarsa İlhamdan almağı barədə ona xəbərdarlıq etmişdir. Buna görə də iki dəfə hər birində 400 manat olmaqla İlhamdan ümumilikdə 800 manat pul götürmüşdür. Birinci 400 manatı 2022-ci ilin oktyabr ayının -xatırlamadığı günün də İlhamın yaşadığı Xaçmaz şəhəri, Atatürk küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında almış, ikinci dəfə isə 400 manatı 2022-ci ilin noyabr ayının yenə də xatırlamadığı günün də Xaçmaz RPŞ-nin inzibati binasının qarşısında almışdır. Aldığı həmin pulları da borclarına ödəmişdir. Beləliklə o, Ehtiramdan ümumilikdə 3.300 manat pul almışdır. Ehtiramdan pulu ilk aldığı gündən etibarəndə həmin torpağın və evin sənədlərini Ehtiramın adına sənədləşdirməyə çalışsa da onu eləyə bilməmiş, sənədləri düzəldə bilməyəcəyini anladıqdan sonra da fikirləşmişdir ki, pulu olan kimi Ehtiramın pulunu qaytarar. Ancaq elə olmuşdur ki, Ehtiramın pulunu qaytara bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun, Qusarçay kəndində anadan olaraq orada yaşamış, hal-hazırda Rusiya Federasiyasında yaşadığı üçün Rusiya Federasiyasının vətəndaşıdır. Təqsirləndirilən şəxs müraciət edərək Azərbaycan Respublikasının qanunlarını bilmədiyi üçün valideyinlərindən ona və bacısına qalmış torpaq və evi vərəsəlik qaydasında adına keçirtməsində köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona 2-3 aya qeyd olunan əmlakları vərəsə kimi onun və bacısının adına keçirtməyi köməklik edəcəyini bildirərək bunun müqabilində ondan 3300 manat pul almışdır. Lakin uzun müddət 6 ay 1 il keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs valideyinlərinə məxsus əmlaklarını onun adına keçirtmədiyini görmüş və onun yanına gedərək sənədləri ondan götürmüş lakin pulu hal-hazırda verə bilməyəcəyini bildirmişdir. O, 3-5 ay gözlədikdən sonra Təqsirləndirilən şəxs yanına gedərək pulunu geri istədikdə Nizami ona pulu xərclədiyini bildirmişdir.Bundan sonra o, buradə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən 3300 manat zərərin ona tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 1996-cı ildən etibarən Rusiya Federasiyasının vətəndaşıdır və Rusiya Federasiyasının Tver vilayətində yaşamaqla ticarətlə məşğuldur. Qeyri-rəsmi nikahdadır və iki övladı var. Orta məktəbi Azərbaycan Respublikasında Xaçmaz rayon Qusarçay kənd orta məktəbində Azərbaycan dilində təhsil almışdır. Bundan əlavə də qeyd edir ki, sərbəst şəkildə Azərbaycan dilində oxuyub-danışa bilir. Normalda ildə ən azı 2 dəfə Azərbaycana gəlirmiş. 2011-ci ilin yanvar ayının 2-də anası X5 xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Qeyd edir ki, rəhmətlik anasının adına Xaçmaz rayonu, Qusarçay kəndində bir həyətyanı sahə və birdə fərdi yaşayış evi varmış. O da həmin əmlakları anası öldükdən öz adına keçirmək istəmiş, ancaq qeyd edir ki, sənədləşmə işlərindən başın çıxmırmış. Bundan əlavə qeyd edir ki, doğma bacısı Kəmalə Flətəmova artıq uzun müddətdir ki, Kipr Respublikasında yaşayır. Onunlada onun mütəmadi şəkildə ünsiyyəti yoxdur. Bir neçə dəfə ona sənədləşmə işləri üçün Azərbaycana dəvət eləsədə sonuncu hər dəfəsində gələcəm deyədeyə onu yola verirmiş. O da buna görə istəmişdir ki, bacısının icazəsi olmadan evi öz adıma keçirsin. Bundan əlavə qeyd edir ki, Şahid artıq 15 ilə yaxındır ki, tanıyır və onunla da münasibətlərim yaxşıdır. Günlərin bir günü İlhamla söhbət edən zaman İlhama evin sənədləşmə işləri barədə danışmış, söhbət zamanı İlham ona söyləmişdir ki, onun Nizami adlı bir dostu var və o, bu tip işlərlə məşğuldur. O da İlhama təklif eləmişdir ki, həmin şəxsi onunla tanış eləsin. 2022-ci ilin avqust ayında sənədləşmə işlərini həll etmək məqsədilə o, Azərbaycana gəlmiş, 2022-ci ilin avqust ayının 15-də o, İlhamla görüşərək Nizaminin Xaçmaz şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən ofisinə getmişlər. Ofisdə olan zaman Nizami ilə söhbət etmiş və ona mərhum anasından qalmış torpaq və evi öz adıma keçirmək istədiyini, ancaq bacısı ölkə xaricində olduğuna görə onun icazəsi olmadan işini həll etmək istədiyini söyləmişdir. Nizamidə ona sənədləşmə işini məhkəmə vasitəsilə həll edə biləcəyini, ancaq bunun üçün 3.000 manata yaxın pul lazım olduğunu söyləmişdir. O da İlhamla razılaşaraq evin və torpağın sənədləri ilə birlikdə 2.500 manat pulu İlhamın yanında Nizaminin ofisində həmin günü ona vermiş, Nizamidə ona söz vermişdir ki, həmin ilin sonuna kimi işi həll edəcək. O da Nizamiyə inanmışdır. Bundan əlavə onu da qeyd edir ki, Nizami ona demişdir ki, ola bilsin yenidən ondan əlavə pul istəsin. 2022-ci ilin avqust ayının 18-də isə o, Azərbaycan Respublikasını tərk eləmiş, tərk eləyən zaman da dostu İlhama 1.000 manat pul vermişdir ki, birdən Nizamiyə pul lazım olsa ona verər. Bundan əlavə qeyd edir ki, o, həmişə Azərbaycana gəlib-gedəndən sonra İlhama əlavə pul verir ki, onun adımdan saxlasın. Çünki burda həm torpaq, həmdə ki, ev var. Birdən təcili nəyəsə pul lazım olsa İlhamda onun adından həmin puldan istifadə eləsin. Elə olmuşdur ki, Nizami İlhamdan hissə-hissə olmaqla 800 manat pulu almış, hər dəfəsində İlham Nizamiyə pul verəndə İlham onun razılığını almışdır. Belə ki, İlham Nizamiyə ümumilikdə 2 dəfə ayrıayrılıqda 400 manat olmaqla bir dəfə 2022-ci ilin oktyabr ayında, ikinci dəfə isə 2022-ci ilin noyabr ayında xatırlamadığı günlərdə vermişdir. O, ümumilikdə Nizamiyə 3.300 manat pul vermiş, ancaq buna baxmayaraq Nizami nə onun sənədlərini düzəltmiş, nədə ki, pulunu geri qaytarmışdır. Hər dəfəsində pulunuda istədikdə bugün-sabah deyə-deyə onu yola verirmiş. 2023-cü ilin iyul ayında isə Nizami evin və torpağın sənədlərini ona geri qaytararaq avtoqəzaya düşdüyünü, xərcinin çox olduğunu, buna görə də qısa zaman ərzində pulunu geri qaytaracağını söyləməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməyərək onu yenə də aldatmışdır. Bundan əlavə vaxtılə Şahid verdiyi 1.000 manat pulu isə sonuncunun Nizamiyə verdiyi 800 manatı verdikdən sonra yerdə qalan 200 manatını ona geri qaytardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və dörd övladı var. Özü hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs uzun müddətdir ki tanıdığı şəxsdir, onunla da onunla da münasibətləri yaxşı olmuşdur. Ehtiram uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və həmin dövlətin vətəndaşlığını qəbul etmişdir. Xatırlamadığı tarixdə Ehtiramın anası vəfat etmişdir və anasının adına Azərbaycan Respublikasında 1 həyət evi və 1 də torpaq sahəsi varmış. Belə ki, 2022-ci ilin avqust ayında Ehtiram Azərbaycan Respublikasında olan zaman ona mərhum anasından əmlak qalmasını və həmin əmlakları öz adına sənədləşdirmək istəməsini söyləmişdir. Ehtiram ondan sənədləşmə işlərini aparması üçün ona köməklik göstərəcək şəxsi tapmağını xahiş etmiş və o da tanışı olan Nizami adlı şəxsin sənədləşmə işləri ilə məşğul olduğunu bildirmişdir. Qeyd edir ki, Nizamini də Xaçmaz rayon sakini kimi uzun müddətdir ki, tanıyır və onunla da münasibətləri normaldır. Belə ki, bu vaxta kimi Nizami bir neçə dəfə dost-tanışının sənədləşmə işlərini həll etmişdir. Fikirləşmişdir ki, yəqin bu səfərdə ona kömək edə bilər. Ehtiram da Nizami ilə görüşmək istədiyi üçün o, Ehtiram ilə birlikdə Nizaminin Xaçmaz şəhərində yerləşən obyektinə 2022-ci ilin avqust ayının 15-də getmiş, Nizamini Ehtiram ilə tanış etmiş və sonuncuda ona dediklərini Nizamiyə demiş və Nizamidən köməklik edib-edə bilməcəyini soruşmuşdur. Belə ki, Ehtiram sənədləri Nizamiyə göstərərək, anasına məxsus olan evi və torpaq sahəsini öz adına keçirmək istəməsini bildirmiş, Nizami isə sənədlərə baxaraq sənədləşmə işlərini həll edə biləcəyini, ancaq bunun üçün 3.000 manata yaxın pul lazım olduğunu, ola bilsin gələcəkdə də əlavə pul lazım ola biləcəyini bildirmişdir. Bundan əlavə sənədlərində ilin sonuna kimi düzələcəyini bildirmişdir. Beləliklə də Nizami ilə Ehtiram öz aralarında razılaşmışlar. Elə həmin günü, yəni 2022-ci ilin avqust ayının 15-də Ehtiram onun yanında Nizamiyə ofisində 2500 manat pul vermişdir. Ehtiram Rusiya Federasiyasında yaşadığı üçün, 2022-ci ilin yay aylarının sonunda Rusiyaya dönməli imiş. Buna görə də onda 1000 manat pul saxlayaraq Nizami pul istədik də ona verməyini bildirərək, Rusiya Federasiyasına qayıtmışdır. 2022-ci ilin oktyabr ayında Nizami ona zəng edərək, 400 manat pul lazım olduğunu bildirmiş və o, Ehtiramın onda olan 1000 manat pulundan Nizamiyə istədiyi 400 manat pulu yaşadığı evin yaxınlığında vermişdir. Daha sonra 2022-ci ilin noyabr ayının xatırlamadığı günündə sənəd hazırlanması üçün Nizami yenidən ona zəng edərək əlavə 400 manat pul lazım olduğunu bildirmiş, o da ona istədiyi məbləği Xaçmaz rayon polis şöbəsinin qarşısında vermişdir. Nizami ondan pul istəyərkən Ehtirama bu barədə məlumat vermiş və onun razılığı ilə pulu Nizamiyə vermişdir. Nizami Ehtiramdan pul almasına baxmayaraq onun üçün heç bir sənədləşmə işini həll etməmişdir. Cari ilin iyun ayında Ehtiram Azərbaycan Respublikasına gəlmiş və öz işləri ilə maraqlanmışdır. O, daha öncə Nizami ilə görüşüb işləri həll edə bilmirsə pulları geri verməsini, nə onu, nə də özünü pis vəziyyətə salmamasını bildirmişdir. Belə ki, Ehtiram Nizamini onun vasitəçiliyi ilə tanımış və ona etibar etdiyi üçün 3300 manat pulu Nizamiyə əmlakın sənədləşdirilməsi üçün vermişdir. Nizami ona Ehtiram ilə görüşdükdə pulları geri qaytaracağını bildirmiş, o, şəxsi işləri ilə əlaqədar Moskva şəhərinə getdiyi vaxt Ehtiram Azərbaycana gəlmiş və Nizami ilə görüşmüşdür. "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə Ehtiram onun ilə əlaqə saxlayaraq, Nizami ilə görüşməsini, Nizaminin ona pulları şəxsi işləri ilə əlaqədar xərcləməsini və 1 ay ərzində aldığı pulları geri qaytaracağını söylədiyini bildirmişdir. Daha sonra aldığı məlumata əsasən Nizami müxtəlif bəhanələr gətirərək, Ehtiramın pulunu geri qaytarmamışdır. Bundan əlavə vaxtılə Ehtiramın ona verdiyi 1.000 manat pulu isə Nizamiyə 800 manatı verdikdən sonra yerdə qal-an 200 manatını Ehtiramın özünə geri qaytardığını qeyd etmişdir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 06 mart 2024-cü il tarixli məcburi gətirilmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınması üçün dəfələrlə Xaçmaz RPŞnin İB-nə dəvət olunsada o, istintaqa gəlməkdən boyun qaçırtdığına görə onun barəsində məcburi qaydada Xaçmaz RPŞ-nin İstintaq Bölməsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından həmin şəxsin tutularaq istintaqın sərancamına verilənə kimi cinayət təqibi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, 15 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Xaçmaz RPŞ-nə gələrək özünü İstintaq Bölməsinə təqdim etdiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin secilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005-ci il təvəllüdlü X8, 2010-cu il təvəllüdlü X6 və 2016-cı il təvəllüdlü X7 adlı övladları var. İs materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohumqonşular ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. X3 əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi iləcinayət təqibiqiq başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görürünr ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3300 manat ziyan ona ödənildiyi üçün ondan heç bir şikayətinin və tələbi yoxdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 06 noyabr 2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdıqlarını, zərərçəkən şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar