Məhkəmə qərarları › İş №1(067)-115/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-115/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-115/2020 28.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Səfərli oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, təqaüdçü, Qarabağ müharibəsi iştirakçısı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2019-cu ilin noyabr ayının sonlarında, saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz şəhəri, Sabir küçəsi, 12 nömrəli ünvanda yerləşən evin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasarın üstündən açmaq yolu ilə qanunsuz içəri keçib həyətdəki talvarın altında olan 200 (iki yüz) manat dəyərində, 1930-cu illərdə Rusiyada istehsal olunmuş, 10 (on) litr həcmində, istifadə edilmiş vəziyyətdə, mis materiallı bir ədəd od samovarını gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə, ümumi vahid niyyətlə xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri, D.Bünyadzadə küçəsi, 2 nömrəli ünvanda yerləşən evin həyətyanı darvaza qapısının sağ tərəfindəki bir tay dəmir materiallı kilidlənməyən qapını açmaq yolu ilə qanunsuz içəri keçib həyətyanı sahədən hər biri 40 manat olmaqla 80 manat dəyərində 2 (iki) ədəd diri çəkisi 4,5 kq olan erkək cinsli hindquşunu, xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində eyni üsulla daxil olaraq həmin həyətyanı sahədən hər biri 40 manat olmaqla 160 manat dəyərində 4 (dörd) ədəd diri çəkisi 4,5 kq olan erkək cinsli hindquşunu, xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində eyni üsulla daxil olaraq həmin həyətdəki talvarın altında olan 130 (yüz otuz) manat dəyərində, 1954-cü ildə Rusiyada istehsal olunmuş, 10 (on) litr həcmində, istifadə edilmiş vəziyyətdə, mis materiallı bir ədəd od samovarını gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 370 (üç yüz yetmiş) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 20:30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən evin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasarın üstündən aşmaq yolu ilə qanunsuz keçib həyətdə yerləşən toyuq damının qapısını açıb içəri daxil olaraq oradan hər biri 45 manat olmaqla 135 manat dəyərində 3 (üç) ədəd diri çəkisi 4 (dörd) kq olan erkək cinsli və hər biri 30 manat olmaqla 360 manat dəyərində 12 (on iki) ədəd diri çəkisi 3 (üç) kq olan dişi cinsli hindquşunu gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 495 (dörd yüz doxsan beş) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2020-ci ilin yanvar ayının əvvəllərində, günorta saatlarında Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri, D.Bünyadzadə küçəsi, 2 nömrəli ünvanda yerləşən evinin yanında – dəmir yolu xəttinin alt hissəsində yerləşən torpaq sahəsinə dəmir torlu hasarın açılmış hissəsindən keçmək yolu ilə içəri qanunsuz daxil olaraq oradan 30 manat dəyərində 1 ədəd 1,3 metrlik 300 mm diametrli dəmir materiallı borudan iki hissəyə bölünərək hazırlanmış- 2 ədəd iri və xırda buynuzlu heyvanlara yem vermək üçün nəzərdə tutulmuş oxuru, hər biri 60 manat olmaqla 180 manat dəyərində 3 ədəd 8 metrlik 76 mm diametrli dəmir materiallı borunu və 35 manat dəyərində 1 ədəd 3,5 metrlik 120 mm diametrli çuqun materialı borunu gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 245 (iki yüz qırx beş) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2019-cu ilin noyabr ayının ortalarında, saat 11 radələrində qaynatasıgildən 2-3 küçə qonşu küçədə yerləşən Xaçmaz şəhəri, Sabir küçəsindən keçərkən həmin küçədə yerləşən evlərdən birində sakitçilik və darvaza qapısında kilid olduğunu görmüş, pula ehtiyacı olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa baxmış, heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə mişar daşından hörülmüş hasarın üstündən aşaraq keçmiş, həyətdə olan toyuqlardan əlinə keçən ikisini tutaraq talvarın altından götürdüyü balaca sintetik kisəyə qoymuş, sonra hasarın üstündən aşaraq küçəyə çıxmış və Xaçmaz şəhərində yerləşən toyuq bazarının qarşısına gəlib oğurladığı iki ədəd toyuğu tanımadığı bir şəxsə öz malı kimi təqdim etməklə hər birini 6 manatdan olmaqla 12 manata satmışdır. 2019-cu ilin noyabr ayının sonlarında, saat 11 radələrində həmin evin qarşısından təsadüfən keçərkən sakitçilik və darvaza qapısında kilid olduğunu görüb oradan yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həmin evin həyətinə mişar daşından hörülmüş hasarın üstündən aşıb keçərək həyətdəki talvarın altında olan od samovarını götürmüş və daxil olduğu yerdən geri qayıdaraq küçəyə çıxmışdır. Oradan xeyli məsafə uzaqlaşdıqdan sonra heç kimin olmadığı sakit bir yerə gəlib oğurladığı həmin samovarı bir qədər əzmişdir ki, istifadəyə yararsız adı ilə aparıb metal qəbulu məntəqəsinə metal kimi sata bilisin. O, Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Cavanşir adlı şəxsin metal qəbulu məntəqəsinə getmiş və samovarı öz malı kimi təqdim edərək orada işləyən adını bilmədiyi şəxsi inandırmışdır. Həmin şəxs samovarı götürüb tərəzidə ölçərəkən ümumi çəkisi 7 kiloqrama yaxın gəlmiş və bir kiloqramının dəyəri 6 manatdan olmaqla satdığı 7 kq-a yaxın mis metalın əvəzində ona 40 manat pul vermişdir. Toyuqlar və samovarı satıb əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcələmişdir. 2019-cu ilin dekabr ayının ilk günlərində, saat 16 radələrində Xaçmaz şəhəri ərazisindən keçən dəmir yolu xəttinin üst tərəfində yerləşən adını bilmədiyi küçələrdən birində yaşayan Telmanın evinin qarşısından keçərək piyada gedən zaman sakitçilik olduğunu müşahidə etmiş, pula ehtiyacı olduğu üçün Telmanın evindən əlinə nə keçərsə oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə ətrafa baxmış, heç kimin olmadığına əmin olduqdan sonra həmin evin darvaza qapısının sağ tərəfində yerləşən, sadə dəmir materialdan müvəqqəti istifadə üçün hazırlanmış, bir tay qapını aralayıb həyətə daxil olmuş evin sağ divarı ilə hasarın arasındakı yerdən evin arxasında yerləşən həyətyanı bağ sahəsinə keçəndə orada müxtəlif sayda toyuq-cücə, hindquşu, ördək və qazların olduğunu görmüş, hinquşularını gəldiyi yerdən, yəni evlə hasarın arasındakı dar yoldan sürüb evin qarşısına çıxarmaqla ikisini tutmuş və onları həyətdən götürdüyü boş sintetik kisəyə qoyub daxil olduğu qapıdan tez küçəyə çıxmışdır. Oğurladığı iki ədəd hindquşunu Xaçmaz şəhərində yerləşən toyuq bazarının qarşısında tanımadığı şəxsə öz malı kimi təqdim edərək hər birini 35 manata olmaqla 70 manata satmışdır. Bir gün keçdikdən sonra günün eyni vaxtında və eyni üsulla Telmanın həyətinə daxil olub daha 4 ədəd hindquşunu özü ilə apardığı sintetik kisələrə qoyaraq oğurlamış və həmin hindquşularını da Xaçmaz şəhərində yerləşən toyuq bazarının qarşısında tanımadığı ayrı-ayrı şəxslərə öz malı kimi təqdim edərək hər birini 35 manatdan satmışdır. Növbəti gün, saat 16 radələrində eyni üsulla Telmanın həyətinə daxil olmuş və hindquşuları oğurlayan zaman orada talvarın aktında gördüyü od samovarını da götürüb daxil olduğu yerdən geri qayıdaraq küçəyə çıxmışdır. Heç kimin olmadığı sakit bir yerə gedərək oğurladığı həmin samovarı bir qədər əzib istifadə üçün yararsız hala salmış və metal kimi satmaq üçün Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Cavanşir adlı şəxsin metal qəbulu məntəqəsinə getmişdir. Orada işləyən adını bilmədiyi şəxsə samovarı öz malı kimi təqdim edərək inandırmışdır. Həmin şəxs samovarı götürüb tərəzidə ölçərəkən ümumi çəkisi 7 kiloqrama yaxın gəlmiş və bir kiloqramının dəyəri 6 manatdan olmaqla satdığı 7 kq-a yaxın mis metalın əvəzində ona 40 manat pul vermişdir. Samovarı satıb əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 20:30 radələrində yaşadığı evdən çıxaraq Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən mədrəsədə oxuyan oğlu Babanın yanına gedərkən həmin kənddə yaşayan sinif yoldaşı Zərərçəkmiş şəxs3 evinin həyətindən hindquşlarının səsini eşitmiş və pula ehtiyacı olduğu üçün həmin hindquşlarını oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə ətrafa və Cavidin həyətinə baxmış, heç kimin olmadığına əmin olduğdan sonra Cavidin həyətinin mişar daşından hörülmüş hasarının üstündən aşaraq həyətə keçmiş, oğurlayacağı hindquşlarını aparmaq üçün həyətdə gözünə sataşan üç ədəd sintetik kisəni və saman iplərini götürmüş və həyətdəki hinə girərək əlinə keçən hindquşlarından tutub Cavidin həyətinin aşağı tərəfinə, yəni hindən 5-6 metr aralıda yerləşən dərənin yanına apararaq orada hər kisəyə 4 ədəd olmaqla ümumilikdə 12 ədəd hindquşu yığmış və kisələrin ağzını saman ipləri ilə bağlamışdır. İçərisində hindquşları olan kisələri götürüb Cavidin həyətinin hasarlanmayan hissəsindən çıxaraq çayın yatağına düşmüş və həmin kisələri çayın kənarındakı kolluğa daşıyaraq yığmışdır. Sonra geri qayıdaraq hindən daha 3 ədəd hindquşunu götürüb kisələrin yanına gəlmiş və əlindəki 3 ədəd hindquşu ilə dərədə, yəni içərisində hindquşları olan kisələri gizlətdiyi kolluğun dibində dayanıb bir qədər yorğunluğunun çıxmasını gözləmişdir. Bir neçə dəqiqə keçmişdir ki, Cavidin qışqıraraq arvadı Vüsaləni evdən həyətə çağırmasını və həyətə düşərək hinə baxan Vüsalənin isə Cavidə “hindquşları yoxdur” deməsini eşitmişdir. Bundan sonra Cavidin DİN-nin "102" xidmətinə zəng edərək onlara məxsus hindquşularının oğurlanması barədə məlumat verdiyini eşidən kimi əlindəki 3 ədəd hindquşu ilə çaya tullanmış və çayın içi ilə qaçaraq oradan uzaqlaşmışdır. İçərisində hindquşuları olan kisələr ağır olduğu üçün özü ilə apara bimədiyinə görə onlar çayın yatağındakı gizlətdiyi kolluqda qalmışdır. Çayın içərisindən çıxaraq bir qədər də çayın kənarı ilə gedəndən sonra əlindəki hindquşuları ağırlıq etdiyi üçün onları telefon xətlərinə görə qazılmış quyuya atmış və planlaşdırmışdır ki, bir neçə saat sonra sakitçilik yaranan zaman gəlib həmin hindquşularını quyudan götürərək gedər. O, həmin hinquşularını telefon xətlərinə görə qazılmış quyuya atdıqdan sonra yoluna davam edib çayın aşağı tərəfinə gələrək yolun kənarındakı yarım tikilinin yanında dayanmış və görmüşdür ki, uzaqdan bir avtomobil gəlir. Mişar daşlarının arasında gizlənmişdir ki, onu görməsinlər. Həmin avtomobil təxminən 30 metr gedəndən sonra geriyə dönərək ona tərəf gəlmiş və polis əməkdaşları avtomobildən düşərək onu saxlamış və Xaçmaz rayon Polis Şöbəsinə aparmışlar. Az sonra Cavid də polis şöbəsinə gəlmiş və hindquşlarını oğurlayan şəxsin o, olduğunu bilmişdir. O, törətdiyi oğurluq əməlini etiraf etmiş və Cavidə 3 ədəd hind quşunu yaşadığı evin yaxınlığındakı quyuya atdığını demişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində, günorta saatlarında Telmanın evinin yanında, küçənin əks tərəfində, dəmir yolu xəttinin alt hissəsində yerləşən ona məxsus torpaq sahəsinin yanından dəmir yolu xətti tərəfdən piyada təsadüfən keçən zaman həmin torpaq sahəsində üzüm ağacı tənəkinin altına yerə sallanmaması üçün qoyulmuş 3 ədəd 76 mm diametrli dəmir borunu və həmin boruların altında dirək kimi basdırılmış 1 ədəd 120 mm diametrli çuqun borunu görərək oğurlamaq qərarına gəlmiş, bu məqsədlə dəmir yolu xətti tərəfdən torpaq sahəsinə dəmir torlu hasarın açılmış hissəsindən daxil olmuş və həmin boruları götürüb yerlə sürtməkə oradan çıxararaq dəmir yolu xəttinin alt tərəfinə yığmışdır. Sonra geri qayıdaraq həmin torpaq sahəsində yerləşən tövlənin qarşısındakı talvarın altında olan 2 ədəd 1,3 metrlik 300 mm diametrli, dəmir materialdan ibarət iri və xırda buynuzlu heyvanlara yem vermək üçün nəzərdə tutulmuş oxurları götürmüş və onları da aparıb dəmir yolu xəttinin alt tərəfində yığmışdır. Əvvəlcə 3 ədəd 76 mm diametrli dəmir boruları yerlə sürtərək X5 alt tərəfində, “köhnə şeytan bazarı” adlanan ərazidə yerləşən, Xaçmaz şəhər sakini Anar adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə aparmışdır. Burada alıcı kimi işləyən, əvvəllər Xaçmaz şəhər sakini kimi tanıdığı Səlim adlı şəxsə apardığı boruları öz malı kimi təqdim edərək təcili pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Səlim ondan boruları haradan gətirdiyini dəqiqləşdirmək üçün sorğu-sual edən zaman öz həyətindən gətirdiyini bildirmişdir. Səlim ona inanıb həmin dəmir boruları metal kimi qəbul edərək tərəzidə ölçmüş və bu boruların ümumi çəkisi 45 kq olmuşdur. Bir kiloqramı 20 qəpikdən olmaqla satdığı 45 kq dəmir dəmir metalın əvəzində Səlim ona 9 manat pul vermişdir. O, pulu sayaraq götürmüş və Səlimlə sağollaşaraq boruları yığıdığı yerə qayıtmışdır. Boruları yığdığı yerə çatmağa təxminən 300 metr məsafə qalmış yolun kənarında dayanmış VAZ 2106 markalı taksi avtomobilinə yaxınlaşmışdır ki, qalan çuqun borunu və oxurları bu avtomobillə aparsın. Həmin taksinin sürücüsünə, yəni əvvəllər tanıdığı Xaçmaz rayonu, Qaraqurtlu kənd sakini Namikə yaxınlıqda dəmiryolu xəttinin kənarında qardaşıgildən gətirib yığdığı çuqun borunu və dəmir oxurları Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Cavanşirin metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmiş, onunla 3 manata razılaşaraq çuqun borunu və oxurları Namikin avtomobilinin arxa yük hissəsinə yığmışlar. Çuqun boru yerləşmədiyi üçün sındırıb hissələrə ayıraraq avtomobilin yük yerinə qoymuşdur. Sonra oradan Cavanşirin metal qəbulu məntəqəsinə getmişlər. Borunun sındırılmış hissələrini və oxurları boşaltdıqdan sonra Namikə 3 manat zəhmət haqqı verərək yola salmışdır. Həmin çuqun borununun sındırılmış hissələrini və oxurları metal qəbulu məntəqəsinə öz malı kimi təqdim edərək satmış və əvəzində cəmi 13 (on üç) manat pul almışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 göstərdi ki, 2019-cu ilin sentyabr ayında yaşadığı evin həyətində, evin binasına bitişik olmaqla pilləkənin üzərini örtən talvar tikdirmişdir. Sonuncu dəfə 2019-cu ilin oktyabr ayının axırlarında özünə məxsus od samovarını da həyətində çay qaynatmış və həmin samovarı talvarın altına qoymuşdur. 2019-cu ilin dekabr ayının əvvəllərində samovardan istifadə etmək lazım olmuş, amma samovarı yerində tapmamışdır. Bir ay müddətində samovarı evdə və yaşadığı küçədə insanlardan soraqlaşaraq axtarsa da, yenə tapa bilməmişdir. Başa düşmüşdür ki, 2019-cu ilin oktyabr ayının sonlarından həmin ilin dekabr ayının əvvələrinə kimi olan müddət ərzində həmin samovar naməlum şəxslər tərəfindən oğurlanmışdır. Buna görə də xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə gedərək müraciət etmişdir. Bundan başqa 2019-cu ilin noyabr ayında həyətindən hər biri 8 manat dəyərində və diri çəkisi 2 kq olan iki ədəd toyuq da oğurlanmışdır. Lakin toyuqların oğurlanması barədə polisə şikayət etməmişdir. Toyuqlar və samovar eyni vaxtda oğurlanmamışdır. Polis Şöbəsinə şikayət etdikdən sonra aparılmış tədbirlər nəticəsində onun evindən oğurluğu Təqsirləndirilən şəxs etdiyi ona məlum olmuşdur. Ona oğurluq nəticəsində 200 (iki yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və həmin şəxsdən tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində arvadı Məhrubə ilə işdən evə gəldikdə gəlinləri Aygün onlara 10 ədəd erkək cinsli hindquşundan 2-sinin olmadığını demişdir. Onlar bir daha hindquşuları saymış və həqiqətən də 2 ədəd erkək cinsli hindquşunun olmadığını müəyyən etmişlər. Düşünmüşlər ki, həmin 2 ədəd hindquşu qonşuların həyətinə keçmişdir. Amma nə qədər axtarsalar da, hindquşlarını tapa bilməmişlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Məhrubə ilə işdən evə gələndə Aygün onlara saat 16-17 radələri arasında uşaqları bağçadan götürdüyü vaxt daha 4 ədəd erkək cinsli hindquşunun yoxa çıxdığını bildirmişdir. Onlar artıq hindquşularının oğurlanmasından şübhələnməyə başlamışlar. xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Məhrubə ilə işdən evə gələndə Aygün onlara saat 16-17 radələri arasında uşaqları bağçadan götürdüyü vaxt həyətlərində yerləşən talvarın altında olan od samovarının aparıldığını bildirmişdir. Başa düşmüşlər ki, oğurluq edən onları tanıyan eyni adamdır. Ancaq bu barədə polisə məlumat verməmişdir. İstəmişdir ki, həyətindən oğurluq etmiş şəxsi özü müəyyən edərək dəymiş maddi ziyanını alsın. 2020-ci ilin yanvar aynın əvvəllərində evinin yanında yerləşən torpaq sahəsinə baxarkən burada əkilmiş üzüm ağacı tənəkini yerə sallanmış vəziyyətdə olduğunu, tənəkin yerə sallanmaması üçün altına qoyduğu 3 ədəd 76 mm diametrli, 8 metrlik dəmir boruların yerində olmadığını görmüşdür. Həmçinin həmin boruların altında dirək kimi basdırılmış 1 ədəd 120 sm diametrli 3,5 metrlik çuqun boru da olmamışdır. Bundan sonra torpaq sahəsinə və oradakı köhnə tövləyə baxış keçirmişdir ki, başqa nələrin oğurlanmasını müəyyən etsin. Tövlənin qarşısındakı talvarın altında olan 1 ədəd 1,3 metrlik 300 mm diametrli, dəmir materiallı borudan iki hissəyə bölünərək hazırlanmış- 2 ədəd 1,3 metrlik 300 mm diametrli, dəmir materialdan ibarət iri və xırda buynuzlu heyvanlara yem vermək üçün nəzərdə tutulmuş oxurların yerində olmadığını aşkar etmişdir. O, oğurlanmış boruları tapmaq üçün Xaçmaz şəhərində yerləşən metal qəbulu yerlərinə baxmağa başlamışdır. X5 alt tərəfində, “köhnə şeytan bazarı” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsində ona məxsus 76 mm diametrli, 8 metrlik dəmir boruların xırda hissələrini görmüşdür. Həmin boruları yaşıl rəngə boyadığı üçün rəngindən tanımışdır. Orada satıcı işləyən, adını bilmədiyi şəxs ona həmin boruları “İbiş” ləqəbli Xaçmaz şəhər sakini İmran adlı şəxsin gətirərək öz malı kimi satdığını və boruları kəsibdoğradıqdan sonra əksər hissəsini metal kimi Bakıya göndərdiyini bildirmişdir. Qalan iki ədəd dəmir boru hissəsi material kimi yararsız olduğundan onları götürmədən həmin metal qəbulu məntəqəsindən çıxaraq Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Cavanşir adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə getmişdir. Burada ona məxsus çuqun borunu və oxurları görərək müəyyən əlamətlərindən tanımışdır. Onlar kəsilibdoğranaraq istifadə üçün tam yararsız hala salınmış, onları yalnız metal kimi istifadə etmək olarmış və ona görə də onları götürməmişdir. Orada satıcı işləyən, adını bilmədiyi şəxs ona həmin borunu və oxurları İmran adlı şəxsin gətirdiyini bildirmişdir. O, İmran adlı şəxsi axtarsa da tapa bilmədiyindən xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Polis Şöbəsinə şikayət etdikdən sonra aparılmış tədbirlər nəticəsində onun əmlaklarını oğurlayan şəxsin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Ona dəymiş ümumilikdə 674 manat dəyərində ziyan təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və ziyanını tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 20:50 radələrində tövlədəki mal-qaraya ot vermək məqsədilə həyətə düşmüş və görmüşdür ki, hind quşlarının olduğu hinin qapısı açıqdır, hindquşlarından biri də həyətdə gəzir. O, bu vəziyyətdən şübhələnərək dərhal həyat yoldaşı Vüsaləni çağırmış, Vüsalə həyətə düşüb əlindəki fanarla hinə baxaraq ona saxladıqları 22 ədəd hind quşundan təxminən yarısının olmadığını bildirmişdir. O, həyəti gəzsə də, hind quşlarını tapa bilməmişdir. Həyətin giriş darvaza qapsının bağlı olduğunu görəndən sonra başa düşmüşdür ki, hind quşları çay tərəfdən aparılmışdır. Vüsalə fanarı çayın yatağına, yəni dərəyə tuşlayaraq ona demişdir ki, “hindquşlarını kisələrə yığıb kolluqda gizlədiblər”. Vüsalənin fanarı tuşladığı çayın kənarındakı kolluğa baxanda orada olan 3 ədəd bağlı sintetik materiallı kisənin tərpəndiyini görmüşdür. Dərhal Azərbaycan Respublikasının DİN-nin "102" xidmətinə zəng edərək ona məxsus hindquşularının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra həyətyanı torpaq sahəsinin hasarlanmayan hissəsindən çıxaraq dərəyə, yəni çayın yatağına düşmüş və çayın kənarındakı kolluqda olan 3 ədəd kisəni açıb baxan zaman hər kisədə 4 ədəd hindquşunun olduğunu görmüşdür. O, ətrafa nəzər salaraq baxanda görmüşdür ki, çayın aşağısına doğru olmaqla çayın kənarında hindquşu tükləri var. Buna görə də düşünmüşdür ki, hindquşularını kisələrə yığan şəxs onlar həyətdə danışan zaman səslərini eşidərək çayın aşağısına doğru qaçıb gedərkən əlində də bir neçə hindquşu aparmışdır. Az sonra yaşadığı ünvana gələn Xaçmaz rayon Polis Şöbəsinin polis əməkdaşlarına hindquşularını oğurlayan şəxsin qaçdığı istiqamət barədə məlumat vermişdir ki, onlar avtomobil ilə həmin şəxsin çıxacağı yola getsinlər və bu şəxsi tutaraq saxlasınlar. Az keçməmiş, polis əməkdaşları ona zəng edərək həmin şəxsi yaxınlıqdakı ərazidə tutub saxladıqlarını bildirmiş və onu da Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində görmüşdür ki, hindquşlarını oğurlayan şəxs sinif yoldaşı– Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxsdur. İmran törətdiyi oğurluq əməlini etiraf edərək qaçarkən əlində apardığı üç ədəd hindquşundan ikisini onun yaşadığı kənddəki küçəyə, birini isə telefon xətlərinə görə qazılmış quyuya atdığını bildirmişdir. O, izahatını verdikdən sonra İmranın dediyi əraziyə getmiş və həmin hindquşlarından birini tapıb evə gətirmişdir. Növbəti gün küçədə hindquşlarından birinin itlər tərəfindən parçalanmış cəsədini aşkar etmiş, digər birini isə ümumiyyətlə, tapa bilməmişdir. Ona dəymiş ümumilikdə 495 manat dəyərində ziyan təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və ziyanını təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, X5 alt tərəfində, “köhnə şeytan bazarı” adlanan ərazidə yerləşən, Xaçmaz şəhər sakini Anar adlı şəxsə məxsus metal qəbulu məntəqəsində alıcı kimi işləyir. Məntəqədə ondan başqa alıcı kimi işləyən şəxs yoxdur. Xaçmaz şəhərində və ətraf ərazilərdə yaşayan insanlardan müxtəlif metal məmulatlarını ucuz qiymətə alaraq məntəqəyə yığır, fəhlələr tərəfindən yığılan metal məmulatları yük avtomobilinə yükləndikdən sonra Anar Bakı şəhərinə aparıb metal zavoduna təhvil verərək nisbətən baha qiymətə satır. 2020-ci ilin yanvar ayının əvvəllərində işdə tək olduğu zaman “İbiş” ləqəbi ilə Xaçmaz şəhər sakini kimi tanıdığı İmran yerlə sürükləyərək gətirdiyi 3 ədəd 76 mm diametrli, 8 metrlik dəmir boruları öz malı kimi təqdim edərək təcili pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. O, İmranın satacağı dəmir boruların özünə məxsus olmasını dəqiqləşdirmək üçün onu bir qədər sorğu-sual etmişdir. İmran and içərək satacağı boruların özünə məxsus olmasını, həyətindən gətirdiyini bildirmişdir. O, İmrana inanıb həmin dəmir boruları metal kimi qəbul edərək tərəzidə ölçmüş və bu boruların ümumi çəkisi 45 kq olmuşdur. Bir kiloqramı 20 qəpikdən olmaqla satdığı 45 kq dəmir metalın əvəzində İmrana 9 manat pul vermişdir. İmran pulu sayaraq götürmüş və onunla sağollaşaraq çıxıb getmişdir. İmranın satdığı boruları kəsib-doğrayaraq balaca hissələrə ayırmışdır ki, onları gələcəkdə Bakıya aparmaq üçün avtomobilin yük hissəsinə yığmaq rahat olsun. Bir neçə gün sonra İmrandan alınan dəmir boruları digər yerlərdən də yığılan metallarla birlikdə satmaq üçün Bakı şəhərinə göndərmişlər. Ancaq məntəqədə qalan metallar arasında İmranın satdığı boruların iki ədəd balaca hissəsi qalmışdır. Yəni avtomobilin yük yeri dolduğu üçün onlar məntəqəyə yığılan metalın hamısını Bakıya göndərə bilməmişlər. İmranın gəlişindən 1-2 həftə sonra o, işdə tək olduğu vaxt Zərərçəkmiş şəxs2 iş yerinə gələrək özünə məxsus dəmir boruların oğurlandığını, oğurlanmış boruları tapmaq üçün Xaçmaz şəhərində yerləşən metal qəbulu yerlərinə baxdığını və onun işlədiyi metal qəbulu məntəqəsinə də baxmaq istədiyini bildirmişdir. Telman məntəqədəki metal məmumlatlarının arasında olan yaşıl rəngə boyanmış iki ədəd dəmir boru hissəsini görərək özünə məxsus olmasını və rəngindən tanıdığını bildirərək həmin boruları kimdən aldığını soruşmuşdur. O, yaşıl rəngli boruları İmran adlı şəxsin gətirərək öz malı kimi satdığını, boruları kəsib-doğradıqdan sonra əksər hissəsini metal kimi Bakıya göndərdiyini bildirmişdir. Qalan iki ədəd dəmir boru hissəsi material kimi yararsız olduğundan Telman onları götürməmişdir. Bir müddət sonra qalan iki ədəd yaşıl rəngli borular məntəqəyə yığılan digər metal məmulatları ilə birlikdə fəhlələr tərəfindən avtomobilə yüklənərək Bakıya göndərilmişdir. İmranın ona satdığı dəmir boruların oğurluq yolu ilə əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus VAZ 2106 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin yanvar ayının əvvəllərində, günorta saatlarında yaşadığı kəndin yanında, dəmir yol xəttinin yaxınlığında dayanıb müştəri gözlədiyi zaman Xaçmaz şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yaxınlıqda, elə dəmir yolu xəttinin kənarında qardaşıgildən gətirib yığdığı çuqun borunu və dəmir oxurları Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Cavanşirin metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmiş, o, metal boruları 3 manata aparacağını bildirmiş, İmran onunla razılaşandan sonra həmin yerə gedərək çuqun borunu və dəmir oxurları avtomobilinin arxa yük hissəsinə yığmışlar. Çuqun boru yerləşmədiyi üçün İmran onu sındırıb hissələrə ayıraraq avtomobilin yük yerinə qoymuşdur. Sonra Cavanşirin metal qəbulu məntəqəsinə getmişlər. Borunun sındırılmış hissələrini və dəmir oxurları boşaltdıqdan sonra İmran ona 3 manat zəhmət haqqı verərək yola salmışdır. İmranın onun avtomobililə apardığı çuqun borunun və dəmir oxurların oğurluq yolu ilə əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən X2 məxsus metal qəbulu məntəqəsində qəbuledici işləyir. Cavanşir Mirzəyev özü isə təşkilati işləri apararaq məntəqəyə ümumi rəhbərlik edir və tez-tez də məntəqədə olur. Xaçmaz şəhərində və ətraf ərazilərdə yaşayan insanlardan müxtəlif metal məmulatlarını nisbətən ucuz qiymətə alaraq məntəqəyə yığır və Bakı şəhərinə aparıb metal zavoduna təhvil verərək nisbətən baha qiymətə satırlar. 2019-cu ilin noyabr ayının sonlarında, günorta saatlarında işdə olduğu zaman Xaçmaz şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs əzilərək istifadə etmək üçün yararsız hala düşmüş 10 litrlik mis materiallı od samovarını əlində məntəqəyə gətirərək öz malı kimi təqdim edib təcili pula ehtiyacı olduğundan satdığını bildirmişdir. O, İmranın satacağı samovarın özünə məxsus olmasını dəqiqləşdirmək üçün onu bir qədər sorğu-sual etmiş, İmran and içərək satacağı samovarın özünə məxsus olduğunu, atasından qaldığını, əzildiyi üçün satmaq istədiyini bildirmişdir. O, İmrana inanıb həmin samovarı mis metal kimi qəbul edərək tərəzidə ölçmüş və səhv etmirsə, samovarın ümumi çəkisi 7 kiloqrama yaxın gəlmiş və bir kiloqramının dəyəri 6 manatdan olmaqla satdığı 7 kq-a yaxın mis metalın əvəzində İmrana 40 manat pul vermişdir. İmran pulu sayaraq götürmüş və onunla sağollaşaraq çıxıb getmişdir. Təxminən iki həftə sonra, yəni 2019-cu ilin dekabr ayının əvvəllərində İmran məntəqəyə gələrək yenə də bir az əzilmiş formada olan 10 litrlik samovar gətirmiş və bu samovarın da atasından qaldığını, düzəltmək mümkün olmadığı üçün satmaq istədiyini bildirmişdir. İmran onu inandıraraq demişdir ki, evlərində atasından qalan daha bir neçə samovar var, yaxşılarını təmir etdirəcək, evin zirmzəmisində digər əşyaların arasında qalaraq əzilənləri isə satır. O, İmranın gətirdiyi bu samovarı da mis metal kimi qəbul edərək tərəzidə ölçmüş və səhv etmirsə, bunun da ümumi çəkisi 7 kiloqrama yaxın gəlmiş və bir kiloqramının dəyəri 6 manatdan olmaqla satdığı 7 kq-a yaxın mis metalın əvəzində İmrana 40 manat pul vermişdir. İmran pulu sayaraq götürmüş və onunla sağollaşaraq çıxıb getmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində, günorta saatlarından sonra İmran həmkəndlisi Namikin idarə etdiyi VAZ 2106 markalı taksi avtomobili ilə məntəqəyə gəlmiş və avtomobilin yük hissəsindən sındırılaraq parçalanmış çuqun boru hissələrini və 1 ədəd 1,3 metrlik 300 mm diametrli, dəmir materiallı borudan iki hissəyə bölünərək hazırlanmış- 2 ədəd 1,3 metrlik 300 mm diametrli, dəmir materialdan ibarət iri və xırda buynuzlu heyvanlara yem vermək üçün nəzərdə tutulmuş oxurları məntəqəyə boşaldıb taksi sürücüsü Namiki yola salmışdır. İmran sındırılaraq parçalanmış çuqun boru hissələrini və iki ədəd dəmir oxuru öz malı kimi təqdim edərək evindən gətirdiyini bildirmişdir. İmran ona əvvəllər də mis metal kimi samovar satdığı üçün İmrana inanmışdır. İmrandan dəmir oxurları və çuqun borunun sındırılaraq parçalanmış hissələrini eyni qiymətə, yəni bir kiloqramı 20 qəpikdən alaraq onları tərəzidə ölçərkən ümumi çəkisi 65 kiloqram təşkil etmiş və əvəzində İmrana 13 manat pul vermişdir. İmranın metal kimi satdığı samovarlar, parçalanmış çuqun boru hissələri və dəmir oxurlar məntəqəyə yığılan digər metal məmulatları ilə birlikdə fəhlələr tərəfindən avtomobilə yüklənərək Bakıya göndərilmişdir. İmranın ona satdığı samovarların, parçalanmış çuqun boru hissələrinin və dəmir oxurların oğurluq yolu ilə əldə etməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və həmin protokola əlavə edilmiş foto şəkillərdən müəyyən olunur ki, Xaçmaz rayon Qaraqurtlu kəndində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətində yerləşən hindir. Hinin dam örtüyü şifir materialdan və yan tərəfləri palçıqdan suvanmışdır. Hinin giriş qapısı taxtadan olmaqla 1x2 metr ölçüdədir. Hinin sağ yan tərəfində yanları açıq dəhliz vardır. Hindən sağ tərəfdə, təxminən 15 metr məsafədə su arxı keçir. Bxış zamanı iştirak edən Zərərçəkmiş şəxs3 hinin giriş qapısını göstərərək bildirmişdir ki, o, xx xxxxxx 2019cu il tarixdə, təxminən saat 20:00 radələrində, fərdi təsərrüfatında saxladığı iri buynuzlu heyvanlara ot vermək üçün həyətə getdikdə toyuq hinin qapısının açıq olduğunu və hind quşunun birinin həyətdə gəzdiyini görmüşdür. O, dərhal həyat yoldaşı Vüsaləni çağırmış, sonuncu gəlib hindəki hind quşlarını saydıqdan yarısının olmadığını ona bildirmişdir. O, həyəti gəzərkən həyətin kənarından keçən su arxının kənarında 3 kisənin olduğunu, kisələrin yanında isə 1 nəfər şəxsin olduğunu görmüş, hava qaranlıq olduğu üçün onu tanıya bilməmişdir. Həmin şəxs onu görən kimi su arxına girmiş və qaçmağa başlamışdır. O, kisələrə baxan zaman, hər kisədə 4 dənə hind quşunun olduğunu görmüş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Su arxından 2-3 nəfər şəxsin hərəkət addımlarını eşitdiyi üçün 102 xidmətinə belə məlumat vermişdir. Məlumat verdikdən sonra ona məlum olmuş ki, hind quşlarını oğurlamaq istəyən şəxs Xaçmaz şəhər sakini kimi tanımış Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs qaçan zaman özü ilə 3 dənə hind quşunu aparmış və yaxınlıqda yerləşən quyuya atmışdır. O, həmin hindquşlarından birini tapıb gətirmiş, birini küçə itləri parçalamış və digərini isə tapa bilməmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş foto şəkillərdən müəyyən olunur ki, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi ev 12 yerləşn Zərərçəkmiş şəxs1 evidir. Yaşayış evinin ümumi ərazisi mişar daşı ilə hasara alınmışdır. Həyətin giriş qapısı iki laylı olmaqla, dəmir materialdandır. Həyətə daxil olduqda yer xırda daşlı olmaqla, düz quru və hamardır. Həyətdə damörtüyü şifir materialdan olan 1 mərtəbəli yaşayış evi var və ön tərəfi cənub istiqamətindədir. Ecin giriş qapısı dəmir materialdan olmaqla 3x1 metr ölçüdədir. Yaşayış evi 3 otaqdan, mətbəxdən və sanitar qovşaqdan ibarətdir. Evin ön tərəfində dam örtüyü şifir materialdan olan, yan tərəfləri açıq dəhliz vardır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 ilə evinin giriş qapısının sağ tərəfini əli ilə göstərərək bildirmişdir ki, Azpetrol LTD MMC-də kassir işləyir. 2019-cu ilin sentyabr ayında yaşadığı evin qarşısında dəhliz tikməyə başlamış, maddi vəziyyəti yaxşı olmadığı üçün dəhlizi düzəldə bilməmişdir. Dəhliz tikilən zaman o evin qarşısında samovarı qoyub çay qaynatdırmışdır. Axırıncı dəfə samovarı 2019-cu ilin oktyabr ayının axırlarında qaynatmış və evin giriş qapısının sağ tərəfinə qoymuşdur. 2019-cu ilin dekabr ayının əvvəllərində samovarı qoyduğu yerdə tapa bilməmişdir. O, 1 ay qonşusu Raminin evində qalan ustaların samovar götürübgötürməməsini, Ramindən soruşmaq üçün onu gözləmiş, lakin samovar barəsində Raminə bildirdikdə, cavabında Ramin ona hal-hazıra kimi cavab verməmişdir.Həmçinin 2019-cu ilin oktyabr-noyabr aylarında yaşadığı evin həyətində saxladığı toyuqlardan ikis də oğurlanmışdır. Ona görə də o, Xaçmaz rayon Polis Şöbəsinə gələrək evindən oğurluq olması barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet və iş aşkar edilməmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş foto şəkillərdən müəyyən olunur ki, Xaçmaz şəhəri, D.Bünyadzadə küçəsi, ev 2 yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evdir. Yaşayış evinin ümumi ərazisi mişar daşı ilə hasara alınmışdır. Həyətin giriş qapısı iki laylı olmaqla, dəmir materialdandır. Həyət daxil olduqda yer beton olmaqla düz, quru və hamardır. Həyətdə dam örtüyü şifir materialdan olan 1 mərtəbəli yaşayış evi var və ön tərəfi şərq istiqamətindədir. Evin giriş qapısı dəmir materialdan olmaqla 3x1 metr ölçüdədir. Yaşayış evi 3 otaqdan, mətbəxdən və sanitar qovşaqdan ibarətdir. Evin sol yan tərəfində 5 sot həyəti vardır, həyətdə qaz, toyuq, hind quşları və s. heyvanlar saxlayır. Evin ön tərəfində isə dam örtüyü şifir materialdan olan, yan tərəfləri açıq dəhliz vardır. Yaşayış evinin ön tərəfində kənarları məftil toru ilə hasara alınmış meyvə bağı vardır. Bağın giriş hissəsindədam örtüyü şifir materialdan olan mal tövləsi vardır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, evdə olmadığı zaman fərdi təsərrüfatında saxladığı 2 ədəd hind quşları, xx xxxxxx 2019-cu il tarixdə, günorta radələrində də 4 ədəd hind quşları və xx xxxxxx 2019-cu il tarixdə isə evinin dəhlizində qoyduğu 10 litrlik samovar oğurlanmışdır. Həmin vaxt o polisə məlumat verməmişdir. Fikirləşmişdir ki, ola bilsin hind quşları qonşuya keçib. O, ətraf yerləri nə qədər axtarsa da hind quşlarını tapa bilməmişdir. Bundan əlavə, 2020-ci ilin yanvar ayının əvvəllərində isə, meyvə bağına qoyduğu 3 ədəd 76 diametrli, 8 metrlik dəmir borular, 1 ədəd 120 diametrlik 3.5 metrlik çuqun borular və 2 ədəd 300 diametrli oxurlar oğurlanmışdır. O, bu dəfə də şikayət etmək istəməmişdir. Lakin, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə gələrək evindən oğurluq olması barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet və iz aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli, 2513 nömrəli məlumatından görünür ki, samovar Mərkəzə təqdim edilmədiyindən, eləcə də onun modeli, markalanması, yararlılıq dərəcəsi, komplektliyi və digər texniki göstəriciləri barədə müvafiq məlumatlar olmadığından, eləcə də 90 il əvvəl istehsal olunan samovar tarixi bədii muzey əhəmiyyəti kəsb etdiyi vəəntiq əşyalara aid olduğu ehtimal olunduğundan tədqiqat və qiymətləndirmə aparmamaq mümkün olmamışdır. Ona görə də Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış od samovarının dəyəri onun öz ifadəsində göstərdiyi qiymət, yəni 200 (iki yüz) manat qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 9/157 nömrəli ekspert rəyindən görünür ki, 3 (üç) ədəd diri çəkisi 4 (dörd) kq olan erkək cinsli hindquşuları 135 (yüz otuz beş) manat və 12 (on iki) ədəd diri çəkisi 3 (üç) kq olan dişi cinsli hindquşuları 360 (üç yüz altımış) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 9/1014 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd diri çəkisi 4,5 kq olan erkək cinsli hindquşu 40 (qırx) manat, 1 ədəd 1954-cü ildə Rusiyada istehsal olunmuş, 10 (on) litr həcmində, istifadə edilmiş vəziyyətdə, mis materiallı od samovarı 130 (yüz otuz) manat, 1 ədəd 1,3 metrlik 300 mm diametrli dəmir materiallı boru 30 (otuz) manat, 1 ədəd 8 metrlik 76 mm diametrli dəmir materiallı boru 60 (altımış) manat, 1 ədəd 3,5 metrlik 120 mm diametrli çuqun materialı boru 35 (otuz beş) manat təşkil edir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2019-cu ilin noyabr ayının sonlarında, saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz şəhəri, Sabir küçəsi, 12 nömrəli ünvanda yerləşən evin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasarın üstündən aşmaq yolu ilə qanunsuz içəri keçib həyətdəki talvarın altında olan 200 (iki yüz) manat dəyərində, 1930-cu illərdə Rusiyada istehsal olunmuş, 10 (on) litr həcmində, istifadə edilmiş vəziyyətdə, mis materiallı bir ədəd od samovarını gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə, ümumi vahid niyyətlə xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri, D.Bünyadzadə küçəsi, 2 nömrəli ünvanda yerləşən evin həyətyanı darvaza qapısının sağ tərəfindəki bir tay dəmir materiallı kilitlənməyən qapını açmaq yolu ilə qanunsuz içəri keçib həyətyanı sahədən hər biri 40 manat olmaqla 80 manat dəyərində 2 (iki) ədəd diri çəkisi 4,5 kq olan erkək cinsli hindquşunu, xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində eyni üsulla daxil olaraq həmin həyətyanı sahədən hər biri 40 manat olmaqla 160 manat dəyərində 4 (dörd) ədəd diri çəkisi 4,5 kq olan erkək cinsli hindquşunu, xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində eyni üsulla daxil olaraq həmin həyətdəki talvarın altında olan 130 (yüz otuz) manat dəyərində, 1954-cü ildə Rusiyada istehsal olunmuş, 10 (on) litr həcmində, istifadə edilmiş vəziyyətdə, mis materiallı bir ədəd od samovarını gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 370 (üç yüz yetmiş) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 20:30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən evin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasarın üstündən aşmaq yolu ilə qanunsuz keçib həyətdə yerləşən hinin qapısını açıb içəri daxil olaraq oradan hər biri 45 manat olmaqla 135 manat dəyərində 3 (üç) ədəd diri çəkisi 4 (dörd) kq olan erkək cinsli və hər biri 30 manat olmaqla 360 manat dəyərində 12 (on iki) ədəd diri çəkisi 3 (üç) kq olan dişi cinsli hindquşunu gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 495 (dörd yüz doxsan beş) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2020-ci ilin yanvar ayının əvvəllərində, günorta saatlarında Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri, D.Bünyadzadə küçəsi, 2 nömrəli ünvanda yerləşən evinin yanında – dəmir yolu xəttinin alt hissəsində yerləşən yerləşən torpaq sahəsinə dəmir torlu hasarın açılmış hissəsindən keçmək yolu ilə içəri qanunsuz daxil olaraq oradan 30 manat dəyərində 1 ədəd 1,3 metrlik 300 mm diametrli dəmir materiallı borudan iki hissəyə bölünərək hazırlanmış - 2 ədəd iri və xırda buynuzlu heyvanlara yem vermək üçün nəzərdə tutulmuş oxuru, hər biri 60 manat olmaqla 180 manat dəyərində 3 ədəd 8 metrlik 76 mm diametrli dəmir materiallı borunu və 35 manat dəyərində 1 ədəd 3,5 metrlik 120 mm diametrli çuqun materialı borunu gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 245 (iki yüz qırx beş) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnın 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olumasına və ailəsinin həyat şəraitinə təsirini geniş müzakirə etmiş və nəzərə almışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşmançılıq hissi keçirməsini, 2 yetkinlik yaşına çatmayan uşaq atası olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, müstəntiqin həmin tarixli qərarından, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-58/2020 saylı qərarının surətindən, müstəntiqin xx xxxx 2020-ci il tarixli qərarından və həmin tarixli polisin nəzarəti altına vermə haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-58/2020 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbirinin tədbirinin seçilməsindən imtina olunmaqla xx xxxx 2020-ci il tarixdə məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Müstəntiqin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində polisin nəzarəti altın vermə haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsiniun 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş“polisin nəzarəti altına vermə haqqında iltizam” növündə qətimkan tədbiri tədbiri dəyişdirilərək “həbs”növündə qətimkan tədbiri ilə əvəz olunmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(067)-132/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryək əldə edərək saxlamaqda təqsirləndirildiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət təqibi ilə bağlı Xaçmaz rayon Prokurorunun təqdimatı əsasında məhkəmənin qeyd olunan qərarı ilə barəsində 1 (bir) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evin həyətinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü və maddi sübut hesab hesab edilərək cinayət işinə əlavə olunmuş iki ədəd disklər cinayət işində saxlanılmalıdır. İş üzrə digər maddi sübut yoxdur və mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Səfərli oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanlarını Təqsirləndirilən şəxs tələb etdiklərini bildirsələr də cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Səfərli oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə ekspertiza xərci olan 100 manat pul təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı İlkin Abdullayevin qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X1 rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Cavid Kərimlinin xx xxxx 2020-ci il tarixli qərarı əsasında 72 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(067)-115/2020 saylı qərarı əsasında isə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 7 iş saatı sərf etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğindəhaqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dövlət hesabına göstərdiyi cəmi 72 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 432 manat, məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 22 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 132 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsxx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılısın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” növündə qətimkan tədbiri tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunsun. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat pul təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dövlət hesabına göstərdiyi cəmi 72 iş saatı hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 432 (dörd yüz otuz iki) manat, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 22 iş saatı hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 132 (bir yüz otuz iki) manat pul ödənilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Səfərli oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxsya qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar