Məhkəmə qərarları › İş №1(067)-115/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-115/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-115/2021 28.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1962-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkim olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə 24 avqust 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi lüləsi kustar üsülla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş təklüləli odlu ov tüfəngini üzərində saxlamaqla gəzdirmiş və bu fakt 26 mart 2021 -ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 14-də dəvət edilib Xaçmaz RPŞ-nin inzibati binasında onun üstünə saat 14:50-15:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli gödəkçənin altında sol tərəfdə gizlədib saxladığı sellofan torbanın içərisində bir ədəd konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş, 16 kalibirli, «H7K-5» modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsülu ilə istehsal edilmiş, «37034» nömrəli, yivsiz, «hamar» təklüləli, odlu silah hesab edilən, istifadəyə (atəşə) yararlı ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqla gəzdirmişdir. Təqsirləndirilən şəxs oğlunun qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Xaçmaz şəhəri ərazisində metal qırıntılarını toplayıb satmaqla məşğuldur. 14 mart 2021-ci il tarixdə saat 09 radələrində metal toplamaq məqsədilə Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən avtomobil təmiri sexinin arxa tərəfində gəzərkən orada olan kolların arasından bir ədəd selofan torba tapmışdır. Torbanı açıb baxdıqda içərisində bir ədəd lüləsi və qundağı kəsilmiş tək lüləli ov tüfəngi olduğunu görmüşdür. Tapdığı təklüləli ov tüfəngini atmamış və avtomobil təmiri sexinin arxa tərəfində olan kolların arasında gizlədib yığdığı dəmirləri əl arabası ilə Xaçmaz şəhəri Bakı prospektinə gətirib metal qəbulu məntəqəsinə təhvil vermişdir. 26 mart 2021-ci il tarixdə saat 12 radələrində ov silahını gizlətdiyi yerə getmiş və həmin ov tüfəngini gizlətdiyi yerdən çıxarıb əynində olan gödəkçənin altında gizlədərək Xaçmaz şəhəri, Mehdi Hüseynzadə küçəsinə gəlmiş, saat 14 radələrində həmin küçədə olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli şəxs qismində tutulmuş, sonra isə polis əməkdaşları ona bildirmişlər ki, video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəkdir. Bundan sonra polis əməkdaşları ona üzərində olan əşyaları çıxarıb təqdim etməsinı təklif etmişlər. O, əynində olan gödəkçənin altında gizlədib saxladığı ağ rəngli sellofan torbanı çıxarıb masanın üstünə qoymuşdur. Sonra təhqiqatçı onun təqdim etdiyi sellofan torbanı onun və müdafiəçinin iştirakı ilə açıb içində olan lüləsi və qundağı kəsilmiş tək lüləli ov tüfəngini görüb ondan həmin ov tüfəngini haradan və nə məqsədlə əldə etdiyini soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, lüləsi və qundağı kəsilmiş tək lüləli ov tüfəngi onundur, bir müddət əvvəl Xaçmaz-Quba avtomobil yolunun kənarında olan avtomobil təmiri sexinin arxasında olan kolluqdan tapmışdır və həmin yerdə də gizlədib saxlamışdır. Sonra təqdim etdiyi tək lüləli ov tüfəngi sellofan torbanın içərisinə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da həmoin protokola imza etmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 26 mart 2021-ci il tarixdə dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət X5 şəhəri, M.Hüseynzadə küçəsi, ev 25-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 26 mart 2021-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, X1 əməliyyat müvəkkili Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı Elvin Həsənovun iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması X6a həvalə olunmuşdur. Həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X6 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları təqdim etsin. X4 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin altında gizlədib saxladığı sellofan torbanı çıxarıb açaraq içərisindən başqa bir ağ rəngli sellofan torba çıxarıb masanın üstünə qoymuşdur. X6 Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanı açdıqda içərisində bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi olduğunu görmüşlər. X6 Təqsirləndirilən şəxs həmin ov tüfəngini haradan və nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bir müddət əvvəl Xaçmaz-Quba avtomobil yolunun kənarında olan avtomobil təmiri sexinin arxasında olan kolların arasında tapdığını bildirmişdir. X6 tərəfindən aşkar olunmuş ov tüfəngi Təqsirləndirilən şəxs özünün, vəkilin və onların iştirakı ilə sellofan torbanın içərisinə qoyularaq qablaşdırılıb protokol tərtib edilmiş və iştirakçılarda ov tüfənginin qablaşdırıldığı sellofan torbanın üstünə yapışdırılan kağızın üstünə və bununla bağlı yazılmış protokola imza etmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntüləri əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X1 əməliyyat müvəkkili Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilən və ifadəsi məhkəmə iclasında elan olunaraq araşdırılmış X1 əməliyyat müvəkkili Şahid3 Əbülhəsən oğlu eyni məzmunlu ifadə verərək şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin altında gizlədib saxladığı sellofan torbanın içərisində bir ədəd lüləsi və qundağı kəsilmiş təklüləli ov tüfəngi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 27 mart 2021-ci il tarixli 21/223R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 37034 nömrəli silah, keçmiş SSRİ dövlətində, 1938-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibirli İJ-5 modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulla kəsilmişdir və hal-hazırda təyinatını itirmiş 16 kalibirli ov tüfənginin kəsiyidir (obrezidir), texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının 26 may 2021-ci il tarixli 3/812 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah 16 kalibirli olmaqla «EDK-5» modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsülu ilə istehsal edilmiş, «37034» nömrəli, yivsiz, «hamar» təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, istifadəyə (atəşə) yararlıdır. İş materiallarında olan 1 ədəd diskdən və elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqında 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə baxış keçirilərkən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan gödəkçənin altından çıxarıb təqdim etdiyi selofan torbanın içərisində bir ədəd lüləsi və qundağı kəsilmiş təklüləli ov tüfəngi olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan maddi sübutun tanınması barədə 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan maddi sübutun tanınması barədə 17 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 16 kalibirli olmaqla «H)K-5» modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsülu ilə istehsal edilmiş, «37034» nömrəli, yivsiz, «hamar» lüləsi və qundağı kəsilmiş təklüləli odlu ov tüfəngi maddi sübut hesab olunaraq saxlanılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Xaçmaz rayon Xalq məhkəməsinin 05 iyun 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsi maddəsinin 3-cü hissəsi, 220-2-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək Cinayət məcəlləsinin 38-ci maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, 19 fevral 2007-ci ildə Bakı şəhər, Qaradağ rayon məhkəməsinin 29 yanvar 2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən çəkilməmiş qalan 01 ay 18 gün cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmiş, 19 mart 2007-ci il tarixdə şərti cəzasının sonu ilə azad olunmuş, Xaçmaz rayon məhkəməsinin 08 noyabr 2013-cü tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinarak 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 10 may 2017-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 02 ay 05 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, 17 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi lüləsi kustar üsülla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş təklüləli odlu ov tüfəngini üzərində saxlamaqla gəzdirmiş və bu fakt 26 mart 2021 -ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14-də dəvət edilib Xaçmaz RPŞ-nin inzibati binasında onun üstünə saat 14:50-15:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli gödəkçənin altında sol tərəfdə gizlədib saxladığı sellofan torbanın içərisində bir ədəd konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş, 16 kalibirli, «H7K-5» modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsülu ilə istehsal edilmiş, «37034» nömrəli, yivsiz, «hamar» təklüləli, odlu silah hesab edilən, istifadəyə (atəşə) yararlı ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqla gəzdirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb iсraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 16 kalibrli, «ИЖ-5» modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, “37034” nömrəli, yivsiz (hamar) təklüləli, lüləsi və qundağı kəsilmiş odlu silah olan ov tüfəndi dövlət nəfinə müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 64 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 16 kalibrli, «ИЖ-5» modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, “37034” nömrəli, yivsiz (hamar) təklüləli, lüləsi və qundağı kəsilmiş odlu silah olan ov tüfəndi dövlət nəfinə müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar