Məhkəmə qərarları › İş №1(067)-115/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-115/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-115/2023 22.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1997-ci ildə Xaçmaz rayonunun Qaraçay-Cek kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraçaycek kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 01 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Xaçmaz rayonunun Qaraçay-cek kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı kəmərlə arvadı Zərərçəkmiş şəxs sağ baldır və hər iki əlin ovuc nahiyəsindən bir neçə dəfə qəsdən vurması nəticəsində sonuncuya hər iki ovuc səthinin səthi əzilmiş yaraları, sağ baldır nahiyəsinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, Zərərçəkmiş şəxs ilə xx.xx.2018-ci il tarixdən evlidir və onun bu evlilikdən iki övladı var. Onun Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuşdur. Lakin təxminən 2023-cü ilin aprel ayından bu münasibətlər pisləşmişdir. Belə ki, son vaxtlar işi ilə bağlı evə gec gəlir və Ayişə səbəbsiz yerə qısqanclıq zəminində onunla mübahisə edir. Buna görə də aralarında mübahisələr baş verir. Belə mübahisələrdən biri də xx.xx.2023-cü il tarixdə baş vermişdir. Belə ki, həmin tarixdə, saat 16:15 radələrində o, işdən evə gəlmişdir. Bir az dincəldikdən sonra saat 18:30 radələrindən evdən çıxmaq istəyən zaman paltarlarının hazır olubolmadığını Ayişədən soruşmuşdur. Ayişə isə ona paltarlarının hazır olmadığını demişdir. Buna görə də o, Ayişəyə irad bildirmişdir. Ayişə isə onun paltarlarını başqalarının hazırlamalı olduğunu demişdir. O, Ayişənin bu sözünə əsəbiləşmiş və evin yataq otağında Ayişəni döymüşdür. Belə ki, o, Ayişəni itələyərək yerə yıxmış, daha sonra isə belindən çıxardığı kəmərlə Ayişənin baldır nahiyələrinə bir neçə dəfə zərbə endirmişdir. Həmçinin Ayişə əli ilə kəməri tutmaq istəyən zaman sonuncu ovuc nahiyələrindən xəsarət almışdır. Bundan sonra onun anası Şahid araya girmiş və onu uzaqlaşdırmışdır. O isə həmin vaxtdan etibarən Ayişəni danışdırmamşdır. Nəticədə isə Ayişə onun atası Səfa Mustafayevdən xahiş etmişdir ki, Ayişəni Quba rayonunun Mirzəqışlaq kəndində yaşayan dayısı Zaur Teymurovun evinə aparsın. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində isə atası X5 Zaur Teymurovun evinə aparmışdır. Həmçinin bildirmişdir ki, o, Xaçmaz RPŞ-də verdiyi, iş materiallarında olan ifadəsini təsdiqləyir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. O, Təqsirləndirilən şəxs ilə xx.xx.2018-ci il tarixindən evlidir və onun bu evlilikdən iki övladı var. Onun Təqsirləndirilən şəxs ilə münasibətləri əvəllər normal olsa da, 2021-ci ilin ilk aylarından bu münasibətlər pisləşmişdir. Belə ki, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs ailəsinə qarşı biganə qalmış və evə gec gəlməyə başlamışdır. Buna görə də aralarında son vaxtlar tez-tez mübahisələr baş verir. Bu mübahisələrdən biri də xx.xx.2023-cü il tarixdə baş vermişdir. Belə ki, həmin tarixdə, saat 16:15 radələrində Səyyar işdən evə gələrək bir müddət dincəldikdən sonra saat 18:30 radələrində evdən getmək istəmişdir. Bu zaman Səyyar ondan paltarlarının hazır olubolmadığını soruşmuşdur. O isə Səyyara paltarlarının hazır olmadığını və paltarlarını başqalarının hazırlamalı olduğunu bildirmişdir. Onun bu sözünə Səyyar əsəbiləşmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı evin yataq otağında Səyyar onu döymüşdür. Belə ki, Səyyar ilk öncə itələyərək onu yerə yıxmış, daha sonra isə belindən çıxardığı kəmərlə baldır nahiyələrinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmçinin o, həmin vaxt əli ilə kəməri tutarkən onun ovuc nahiyələri də xəsarət almışdır. Həmin vaxt evdə olan qayınanası Şahid araya girmiş və Səyyarı ondan uzaqlaşdırmışdır. Mübahisədən sonra o, evdən çıxıb getmək istəmişdir. Lakin sonradan gələn qayınatası Səfa Mustafayev onu razı salmış və evdən getməyə qoymamışdır. Lakin həmin gündən etibarən Səyyar onu danışdırmamışdır. O, Səyyarın bu hərəkətlərinə dözə bilməyib qayınatası Səfa Mustafayevdən xahiş etmişdir ki, onu Quba rayonunun Mirzəqışlaq kəndində yaşayan dayısı Zaur Teymurovun evinə aparsın. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində qayınatası Səfa Mustafayev onu dayısı Zaur Teymurovun evinə aparmışdır. Həmin vaxtdan etibarən o, dayısı Zaurun evində qalmışdır. O, Səyyarın ona qarşı etdiyi bu hərəkətləri barədə dayısı Zaura danışdıqdan sonra Zaur Teymurov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, o, Xaçmaz RPŞ-də verdiyi, iş materiallarında olan ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs onun gəlinidir. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə xx.xx.2018-ci il tarixdən evlidir və onların bu evlilikdən 2 övladı var. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuşdur. Lakin təxmini 2023-cü ilin aprel ayından bu münasibətlər pisləşmişdir. Belə ki, son vaxtlar Səyyar işi ilə bağlı evə gec gəlir və Ayişə səbəbsiz yerə qısqanclıq zəminində Səyyarla mübahisə edir. Buna görə də aralarında mübahisələr baş verir. Belə mübahisələrdən biri də xx.xx.2023-cü il tarixdə vermişdir. Belə ki, həmin tarixdə, saat 16:15 radələrində Səyyar işdən evə gəlmişdir. Ancaq bir müddət sonra, saat 18:30 radələrində oğlu Səyyar və gəlini Ayişənin yataq otağından mübahisə səslərini eşitmiş və buna görə də onların otağına keçmişdir. Bu zaman Səyyar əlində kəmərlə Ayişəni döyürmüş və Ayişə yerə yıxılmış vəziyyətdə olmuşdur. O isə mübahisənin böyüməməsi üçün araya girmiş və Səyyarı uzaqlaşdırmışdır. Ancaq həmin vaxtdan etibarən Səyyar və Ayişə bir-birləri ilə küsülü qalmışdır. Nəticədə isə Ayişə onun əri Səfa Mustafayevdən xahiş etmişdir ki, onu Quba rayonunun Mirzəqışlaq kəndində yaşayan dayısı Zaur Teymurovun evinə aparsın. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində isə əri X7 X2 evinə aparmışdır. İş materiallarında olan 11 may 2023-cü il tarixli şifahi ərizə protokolundan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində, əri Təqsirləndirilən şəxs onu yaşadıqları Xaçmaz rayonunun Qaraçaycek kəndində yerləşən evin yataq otağında belindən çıxardığı kəmərlə döydüyünü bildirmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonunun Qaraçay-cek kəndində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində yerləşir. Fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş ikilaylı dəmir darvazadandır və qırmızı rənglidir. Darvaza girişindən təxmini 15 metr məsafədə solda yerləşən evə daş-çınqıllı yol var və fərdi yaşayış evi yolun solunda yerləşir. Fərdi yaşayış evi birmərtəbəli olmaqla çiy kərpicdən tikilmiş və yarı hissəsi sementlə örtülmüşdür. Fərdi yaşayış evinə giriş təklaylı dəmir qapıdandır və evin girişi qonaq otağına açılır. Qonaq otağından əlavə iki yataq otağı da mövcuddur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs giriş qapısı ilə üzbəüz solda yerləşən yataq otağını əli ilə göstərərək xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində həmin otaqda əri Təqsirləndirilən şəxs kəmərlə onu döydüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 11 may 2023-cü il tarixli, 212 №-li rəyindən müəyyən edilir ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – hər iki əlin ovuc səthinin səthi əzilmiş yaraları, sağ baldır nahiyəsinin hematoması bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 01 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Xaçmaz rayonunun Qaraçay-cek kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı kəmərlə arvadı Zərərçəkmiş şəxs sağ baldır və hər iki əlin ovuc nahiyəsindən bir neçə dəfə qəsdən vurması nəticəsində sonuncuya hər iki ovuc səthinin səthi əzilmiş yaraları, sağ baldır nahiyəsinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Mustafayeva (Məmmədova) Ayişə Zahir qızı evli olmaqla, onların birgə nikahından iki azyaşlı uşaqları var. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, notarial qaydada tərtib edilmiş ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət əməli nəticəsində ona vurulmuş ziyanın ödənildiyini, buna görə də onun təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, həmçinin onun əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar