Məhkəmə qərarları › İş №1(067)-115/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-115/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-115/2024 02.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə o, Xaçmaz şəhəri, Bakı prospektində saxlanılıb xx.xx.2024-cü il tarixdə saat 23:00-dən 23:15-dək olan müddətdə Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı 02 ədəd kibrit qutusunda ümumilikdə təmiz çəkisi 11,70 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir il olarkı narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə çəkir. Xaçmaz rayonu, Maşıoba kəndində yaşayan X4 tanıyır, lakin onunla heç bir yaxın dostluq münasibəti olmamışdır. 2023-cü ilin sentyabr ayında Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən gölə balıq tutmaq üçün getmişdir. Gölün ətrafında 3 ədəd çətənə bitkisi görmüş, o, çətənə bitkilərini tanıdığı üçün onların yarpaqlarını qopardıb üzərində saxlamışdır. Sonra isə həmin yarpaqları qurutmuş və özünə istifadə etmək üçün marixuana hazırlamışdır. Əldə etdiyi marixuananın bir qismini istifadə etmişdir, bir qismi isə qalmışdır. 30 yanvar 2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərinə getməli olmuşdur. Buna görə marixuananı 2 ədəd kibrit qutusuna yığıb cibində saxlamışdır ki, özü ilə aparsın. O, həmin gün saat 22 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Yaşıl bağ» adlı restoranın yaxınlığında olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələri qanunsuz əldə etməkdə, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-in inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. O, əynində olan qara gödəkçənin sol iç cibindən 01 ədəd fənəri, 01 ədəd ətir qabını, sağ yan cibindən «Pramida» markalı siqaret qutusunu, şalvarının sol arxa cibindən 01 ədəd cib dəsmalını, sağ yan cibindən isə 01 ədəd alışqanı çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibində iki ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar olunmuşdur. Müstəntiq onun üzərində aşkar olunmuş kibrit qutularını tək-tək açıb içərisində olan yaşıl rəngli bitki kütləsinin nə olduğu, haradan əldə etdiyini soruşmuş, o da bildirmişdir ki, kibrit qutularında olan yaşıl rəngli bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur. Müstəntiq onun üzərində aşkar olunmuş kibrit qutularında olan yaşıl rəngli bitki kütləsi qurudulmuş marixuana və «Pramida» markalı siqaret qutusunu ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyub çəkdikdən sonra müstəntiq tərəfindən üzərində aşkar olunmuş 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuana və “Pramida” markalı siqaret qutusu içərisində olan siqaret dənələri və tütün qırıntıları ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün maddi sübut kimi qötürülmüşdür. O, zərfin üzərinə və bununla bağlı yazılmış protokola imza etmişdir, 01 ədəd fənər, 01 ədəd ətir qabı, 01 ədəd alışqan, 01 ədəd cib dəsmalı isə götürülməyərək özünə qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin X8 əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 rəhbərliyi altında onunda iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər və xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Yaşıl Bağ” restoranın yaxınlğında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞnin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı ona izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 01 ədəd fənər, 01 ədəd ətir qabı, sağ yan cibindən «Pramida» markalı siqaret qutusunu, şalvarımın sol arxa cibindən 01 ədəd cib dəsmalını, sağ yan cibindən isə 01 ədəd alışqanı çıxarıb masanın üstünə qoyaraq təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən iki ədəd kibrit qutusu aşkar olunmuş və həmin kibrit qutularını tək-tək açıb içərisinə baxıldıqda qurudulmuş marixuanaya bənzər yaşımtıl rəngli bitki kütlələri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan yaşımtıl rəngli bitki kütləsinin nə olduğu, haradan əldə etdiyini soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, iki ədəd kibrit qutusunda olan yaşımtıl rəngli bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur və Xaçmaz rayonu, Maşıoba kəndində yaşayan X3 100 manata alaraq öz istifadəsi üçün üzərində saxlamışdır. Sonra müstəntiq «Pramida» markalı siqaret qutusunu açdıqda içərisində siqaret dənələrinin, 01 ədəd plastmas borucuğun və tütün qırıntılarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşımtıl rəngli bitki kütlələri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və yaşıl rəngli bitki kütlələrinin, yəni qurudulmuş marixuananın kibrit qutusu ilə birlikdə çəkilərinin 9,45 qram və 8,26 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşımtıl rəngli bitki kütlələri olan iki ədəd kibrit qutusu və içərisində siqaret dənələri və tütün qıtıntıları olan “Pramida” markalı bir ədəd siqaret qutusu maddi sübut kimi müstəntiq tərəfindən götürlmüş və ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdi. Protokorl ucadan oxunduqdan sonra, protokolun döğru olmasını Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd fənər, 01 ədəd ətir qabı, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalı isə götürülməyərək onun özünə qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan “toplanmış sübutların hüquqi qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində ondan aşkar edilmiş narkotik vasitənin Coşqun Qədirovdan aldığını bildirmişdir. Lakin bu fakt ibtidai istintaq zamanı sübuta yetirilmədiyindən, X5 barəsində olan cinayət işi Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Belə olan halda, məhkəmə şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs onun üzərinə baxış keçirilərkən narkotik vasitəni Coşqun adlı şəxsdən aldığını bildirdiyindən, şahid qismində iştirak etmiş polislər də bu faktı məhkəmədə təsdiq etmişlər. Lakin sonradan ibtidai istintaqın araşdırılması zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Coşqun Qədirovdan alması faktı sübuta yetirilmədiyindən, bu xüsusata ibtidai istintaq orqanı tərəfindən hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, qeyd olunan xüsusata yenidən hüquqi qiymət verilməsinə lüzum yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz RPŞnin İB-nin müstəntiqi, polis kapitanı Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024- cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli dəri gödəkçə, göy rəngli şalvar və qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması barədə məlumat daxil olduğunu bildirilərək hüqüq və vəzifələri izah oldunmuş, daha sonra isə iştirakçılar və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş, Xaçmaz rayon vəkil bürosunun vəkili X6 ona təqdim olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuş ki, üzərində olan əşyaları özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd fənəri, 01 ədəd ətir qabım, sağ yan cibindən «Pramida» markalı siqaret qutusunu, şalvarının sol arxa cibindən 01 ədəd cib dəsmalını, sağ yan cibindən isə 01 ədəd alışqanı çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan gödəkçənin sol yan cibində iki ədəd kibrit qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutuları tək-tək açılmış və hər iki kibrit qutusunun içərisində yaşıl rəngli bitki kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, kibrit qutularında olan yaşıl rəngli bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur. Sonra «Pramida» markalı siqaret qutusu açılmış və siqaret qutusunun içərisində siqaret dənələrinin, 01 ədəd plastmas borucuğun və tütün qırıntılarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kibrit qutularında olan yaşıl rəngli bitki kütlələri və «Pramida» markalı siqaret qutusu ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyulub çəkilmişdir, yaşıl rəngli bitki kütlələrinin kibrit qutusu ilə birlikdə çəkilərinin 9,45 qram və 8,26 qram, «Pramida» markalı siqaret qutusunun isə içərisində olan siqaret dənələri və tütün qırıntıları ilə birlikdə 7,26 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 02 ədəd kibrit qutularında olan yaşıl rəngli bitki kütlələri və Pramida» markalı siqaret qutusu içərisində olan siqaret dənələri və tütün qırıntıları ilə birlikdə-özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, 01 ədəd fənər, 01 ədəd ətir qabı, 01 ədəd alışqan, 01 ədəd cib dəsmalı isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini köçürüldüyü 01 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə xx.xx.2024-cü il tarixdə təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs oğu videogörüntüdə olan şəxsin özü olmasını və törətdiyi cinayət əməlini etiraf edərək bitdimişdir ki, videogörüntüdə şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur və öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 31 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/173 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...” yazılar və imzalar olan zərfdəki 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 5,26 qram və 6,44 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi təmiz çəkisi 11,70 qramdır. Tədqiqata sərf edildi 0,04 qr, qalıq 11,66 qram. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 1135 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyi aşkar olunmur. Hal- hazırda Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qımılqışlaq Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş İctimai Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə o, Xaçmaz şəhəri, Bakı prospektində saxlanılıb xx.xx.2024-cü il tarixdə saat 23:00-dən 23:15-dək olan müddətdə Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı 02 ədəd kibrit qutusunda ümumilikdə təmiz çəkisi 11,70 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərabaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzas;nı yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini), üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan və müstəntiqin 01 fevral 2024-cü il tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 01 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 11,62 qram marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 11,62 qram marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar