Məhkəmə qərarları › İş №1(067)-116/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-116/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-116/2021 17.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1972-ci ildə Quba rayonunun Kələnov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Hacıəlibəy kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 7200,00 manat məbləğində pul, hüquqi yardıma görə 210 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7440,00 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 iyun 2019-cu il tarixli 2(067)-1684/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində 29 iyun 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli, 3(067)-587/2020 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 07 dekabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada bildiriş (xəbərdarlıq) verilməsinə və Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 90/2020 nömrəli, 27 avqust 2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 dekabr 2020-ci il tarixədək 7440,00 manat məbləğində borcu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildən iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs meyvə satışı və tədarükü ilə məşğul olan sahibkar kimi tanımışdır. Kənd sakinlərinin bağlarından gilas alaraq Zərərçəkmiş şəxs satmış və qarşılıqlı fəaliyyət göstərmişlər. Zərərçəkmiş şəxs 2018-ci ildə bəzi meyvələri geri qaytardığından ona borcu yaranmışdır. Bundan sonra 05 oktyabr 2018-ci il tarixdə Quba regional "ASAN” xidmət mərkəzində notarial qaydada təsdiq olunmuş 7200,00 manat məbləğində borcunun olması barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən borc 15 dekabr 2018-ci il tarixə kimi Zərərçəkmiş şəxs qaytarılmalı idi. Müəyyən edilmiş müddətdə borcu qaytara bilmədiyindən Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən 7200,00 manat məbləğində pul, hüquqi yardıma görə 210 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7440,00 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, borcu tam ödəyə bilmədiyindən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra da heç bir ödəniş etməmişdir. Belə ki, o, zərərçəkmişə borclu olduğu məbləğdən hissə-hissə 1000-2000 manat ödəmək istəsə də, zərərçəkmiş şəxs borclu olduğu pulun tam ödənilməsini tələb etmişdir. Onun yay aylarında aylıq gəliri təxminən 1500,00-2000,00 manat, qış aylarında isə 500,00-1000,00 manat olur. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, iş üzrə Təqsirləndirilən şəxs sahibkar kimi meyvə işi ilə məşğul olan şəxs kimi tanıyır. 05 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Quba regional "ASAN" xidmət mərkəzində 7200,00 manat məbləğində borcunun olması barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs borcu 15 dekabr 2018-ci il tarixə kimi qaytarılmalı idi. Borcu qaytara bilmədiyindən məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən 7200,00 manat məbləğində pul, hüquqi yardıma görə 210 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7440,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs tələbi icra etmədiyindən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra da Təqsirləndirilən şəxs borcun tam ödənilməsi ilə bağlı heç bir cəhd göstərməmişdir. O, borcun tam ödənilməsini tələb etdiyini, hissə-hissə ödənilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 Fəxrəddin oğlu ifadəsində göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1684/2019 saylı 10 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 7200,00 manat məbləğində pul, hüquqi yardıma görə 210 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7440,00 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra vərəqəsi 19.09.2019-cu il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Sonradan borclu Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından 24 yanvar 2020-ci il tarixdə borclunun axtarılması barəsində qərar qəbul edilərək icra olunması üçün Xaçmaz rayon polis şöbəsinə göndərilmişdir. 29.06.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs tapılaraq Xaçmaz rayon icra və probasiya şöbəsinə gətirilmiş, həmin vaxt borcu ödəməkdən yayındığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli, 3(067)-587/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan məhkəmənin borcun ödənilməsinə dair qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında xəbərdarlıq edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün işin Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilməsini xahiş etmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün tərəflərindən Ədliyyə Nazirliyi İsintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(067)- 1684/2019 saylı qətnaməsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 7200 manat məbləğində pul, hüquqi yardıma görə 210 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(067)- 1684/2019 saylı icra vərəqəsinin və Xaçmaz rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(067)-1684/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin “tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(067)- 1684/2019 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, hüquqi vəzifəsi və məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildirişi şəxsən qəbul etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra və probasiya şöbəsində verdiyi 10 oktyabr 2019-cu il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, izahatında 10.06.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs cəmi 7440 manat məbləğində pulu ödəməli olduğunu, həmin icra sənədinin icrası ilə bağlı bildirişi və icraata başlamaq haqqında qərarın surətini aldığını, qeyd olunan borcunu ödəməkdən boyun qaçırmadığını bildirmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra və probasiya şöbəsində verdiyi 29 iyun 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında bildirmişdir ki, 10.06.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu olduğu cəmi 7440 manat məbləğində pulu bir dəfəyə ödəyə bilmir, ancaq buna baxmayaraq hər ay hissə-hissə olmaqla ödəniş etmiş, lakin tələbkar pulu götürməkdən imtina etmişdir. Borcu ödəməkdən imtina etmir, hər ay hissə-hissə olmaqla ödəniş edə bilər. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin inzibati xəta haqqında 29 iyun 2020-ci il tarixli protokolunun təsdiqlənmiş surətindən və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)-587/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs üzrsüz səbəbdən icra vərəqəsini icra etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Kamilov X3 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra və probasiya şöbəsində verdiyi 19 avqust 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, o, izahatında bildirmişdir ki, o, məhkəmənin qeyd olunan qərarı ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra ona tələbin icrası ilə bağlı yeni müddət verilsə də, o heç bir ödəniş etməmişdir. Ona həmin tarixdə məşğulluq mərkəzində işsiz kimi qeydiyyata durmağı barədə təklif verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli 8(067)-90/2020 saylı qərardadından müəyyən edilir ki, Xaçmaz rayon icra və probasiya şöbəsinin təqdimatına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat təmin edilmişdir. İş materiallarında olan 19 oktyabr 2020-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Zalov X5 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 10.06.2019-cu il tarixli, 2(067)-1684/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs ona borclu olduğu məbləğdən heç bir ödəniş etmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat verilməsini xahiş etmişdir. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli bildirişin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs bildiriş göndərilərək ona sonuncu dəfə xəbərdarlıq olunmuşdur ki, ödəməli olduğu 7440 manat məbləğində borcu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəsin. Əks təqdirdə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəkdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 7200,00 manat məbləğində pul, hüquqi yardıma görə 210 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7440,00 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 iyun 2019-cu il tarixli 2(067)-1684/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində 29 iyun 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli, 3(067)-587/2020 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 07 dekabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada bildiriş (xəbərdarlıq) verilməsinə və Xaçmaz Rayon Məhkəməsinin 8(067)-90/2020 nömrəli, 27 avqust 2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 dekabr 2020-ci il tarixədək 7440,00 manat məbləğində borcu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Hacıəlibəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə cəmiyyət arasında özünü işgüzar, layiqli bir vətəndaş kimi göstərmiş, yaşıdları və kənd sakinləri arasında xüsusi hörmətə malikdir. Hacıəlibəy kəndində yaşadığı müddət ərzində barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan şəxsin tutulması barədə 31 may 2021-ci il tarixli protokoldan, 01 iyun 2021-ci il tarixli iltizamdan və müvəqqəti saxlama yerindən azad edilmə barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar