Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-118/2020 25.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 117.2.3-cü maddələri ilə təqsirli bilinərək 3200 (üç min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Xaçmaz rayon Məhkəməsinin x xxxxxxx 2018-ci il tarixli qərarına əsasən Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3200 manat məbləğində cərimə cəzasının çəkilməmiş hissəsi 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, hazırkı günə çəkilməmiş cəzası 2 ay 01 gün təşkil edən, Xaçmaz şəhəri, Müşkür küçəsi, ev 14, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə heroini üstündə saxlamış, Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində yerləşən “Topxana” restoranının qarşısında saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 0,273 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Tutulmamışdan bir neçə ay əvvəl Xaçmaz şəhərində köhnə avtobazanın həyəti ilə yol gedərkən içərisində narkotik vasitə heroin olan sellofan büküm tapmış, həmin bükümün içərisində heroinin bir hissəsini limon kislotası ilə şüşənin üzərində qızdırıb şiprislə çəkərək boğaz nahiyəsinə vurmuşdur. Heroinin qalan hissəsini isə sonra istifadə etmək üçün saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə, günorta saatlarında yaşadığı evdən çıxarkən narkotik vasitə olan heroin selofan bükümdə üzərində olmuşdur. Həmin tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində yerləşən “Topxana” restoranının qarşısında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və onu Xudat polis bölməsinə dəvət etmişlər. Xudat polis bölməsində hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı ona izah olunmuş və o, etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı müdafiəçinin və hal şahidlərinin yanında ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməsini təklif etmişdir. O, könüllü olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd selofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin selofan bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuşdur ki, o, bu kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini bir müddət əvvəl tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan həmin selofan büküm qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə bütün iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə heroinin olduğu selofan bükümün qablaşdırılmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinə daxil olmuş əməliyyat məlumatları raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bölmənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin manqa komandiri Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində yerləşən “Topxana” restoranın qarşısında olduğunu müəyyən etmiş və xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinə gəlmişdir. Xudat polis bölməsində dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı Təqsirləndirilən şəxs izah olunmuş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, Xəyyam Şeydayev tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmaqla hüquqlarının dövlət hesabına müdafiə olunması üçün müdafiəçi kimi Xaçmaz rayon Vəkil bürosunun vəkili Şahin Mütəllimov təqdim edildikdən sonra üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd selofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin selofan bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini bir müddət əvvəl Xaçmaz şəhərində yerləşən köhnə avtobazanın həyətindən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan həmin büküm qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, sonra isə hal şahidləri və o da daxil olmaqla bütün iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə heroinin olduğu selofan bükümün qablaşdırılmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanını tamlığını təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinin manqa komandiri Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, xx xxxxx 2020ci il tarixdə, saat 23:30 radələrində Xudat polis bölməsinin qarşısından keçdiyi zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis bölməsində olan bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirmək istədiklərini və ondan şəxsi axtarış keçirilən zaman hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq polis bölməsinə gəlmişdir. Burada ondan başqa tanımadığı digər hal şahidi də olmuşdur. Ona və həmin hal şahidinə polis əməkdaşları tərəfindən əvvəcədən qanunvericiliklə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən şəxsə, yəni polis bölməsində tanıdığı Təqsirləndirilən şəxs hal şahidlərinin iştirakı ilə üzərində şəxs axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs buna heç bir etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl özünü Xaçmaz rayon Polis Şöbəsinin təhqiqatçısı kimi təqdim edən Xəyyam adlı polis əməkdaşı Təqsirləndirilən şəxs vəkilinin yanında qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edərək təklif etmişdir ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd selofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin selofan bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini bir müddət əvvəl Xaçmaz şəhərində yerləşən köhnə avtobazanın həyətindən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan həmin selofan büküm qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, sonra isə o da daxil olmaqla digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə heroinin olduğu selofan bükümün qablaşdırmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi halları təsdiq etmişdir. İş materillarında olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş foto şəkillərdən görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin inzibati binasında narkotik vasitələrin saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs kimi bilinən Xudat polis bölməsinə gətirilmiş və üzərində narkotik vasitənin olmasını etiraf etmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, həmin şəxsin əynində qara rəngində, dəri materialdan olan gödəkçə, qara şalvar, qara ayaqqabılar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs özü şalvarının sağ qabaq cibindən bir ədəd şəfaf sellofanda olan, sarımtıl torpaq rəgində və toz şəklində olan narkotik vasitəyə oxşar bir bükümdə olan heroini təqdim edərək bildirmişdir ki, həmin heroindən özü istifadə edir. Qeyd olunan heroini bir neçə müddət öncə yol ilə piyada gedərəkən tapdığını bildirmişdir. İş materiallarında Azərbayсan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertzasına dair xx xxxxx 2020-ci il tarixli, 6/478 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,273 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi 0,273 qram təşkil etmiş, tədqiqata sərfdən sonra qalıq çəki 0,223 qram təşkil edir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürlülmüş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 0,223 qram saxlanılması üçün Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxx 2020-ci il tarixli, 1123 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “TİRYƏK” alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən “NARKOMANİYA” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Komunal Təsərrüfat İdarəsinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(067)- 149/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3200 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 7(067)-114/2018 saylı qərarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 7(067)-114/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(067)-149/2017 saylı hökmü ilə təyin edilmiş 3200 manat cərimə cəzasının çəkilməmiş hissəsi 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(067)-149/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3200 manat cərimə cəzasına məhkum olunmuş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 7(067)-114/2018 saylı qərarı ilə ona Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(067)-149/2017 saylı hökmü ilə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş məhkum Təqsirləndirilən şəxs cəzası xx xxxxxxx 2020-ci il tarixdə başa çatır, xx xxxxxx 2020-ci il tarixə çəkilməmiş 02 ay 01 gün təşkil edir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx xxxx 2020-ci il tarixli, 273 saylı məktubundan, xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı, 104515 saylı nikah haqqında şəhadətnamənin, AA1106162 saylı və AA1106160 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, ailə tərkibi arvadı X3, uşaqları- 2016-cı ildə anadan olmuş X11, X12, anası X2 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx xxxx 2020-ci il tarixli, 70 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə heroini üstündə saxlamış, Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində yerləşən “Topxana” restoranının qarşısında saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 0,273 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə heroini üstündə saxlamış, Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində yerləşən “Topxana” restoranının qarşısında saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 0,273 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3 və 68.1.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-ci maddələrinə uyğun olaraq Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(067)-149/2017 saylı hökmü ilə ona təyin edilmiş 3200 manat cərimə cəzasının Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 7(067)-114/118/2018 saylı qərarı ilə əvəz olunduğu 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 02 ay 01 gün hissəsinin hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla tamamilə birləşdirilərək üzərində qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və həmin tarixli qərardan, Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(067)-73/2020 saylı qərarının surətindən, müstəntiqin xx xxxxx 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(067)-73/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, müstəntiqin xx xxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsindəseçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan ədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs Şıxməmməd oğlunun üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 0,223 qram təşkil edən narkotik vasitə heroin məhvedilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 109 manat 90 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X1 rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Xəyyam Şeydayevin xx xxxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 30 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(067)-118/2020 saylı qərarı əsasında isə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 7 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğindəhaqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dövlət hesabına göstərdiyi cəmi 30 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 180 manat, məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 7 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 42 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Şıxməmməd oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şıxməmməd oğluna Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3200 manat cərimə cəzasının Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək hazırkı günə çəkilməmiş qalan 02 ay 01 günü hazırkı hökm üzrə ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla tamamilə birləşdirilərək üzərində qəti cəza 1 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şıxməmməd oğlunun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şıxməmməd oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs Şıxməmməd oğlunun üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 0,223 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 109(bir yüz doqquz) manat 90 (doxsan) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dövlət hesabına göstərdiyi cəmi 30 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 180 (bir yüz səksən) manat, məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 7 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 42 (qırx iki) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdətutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-118/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-118/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver