Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-118/2021 23.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü ildə Xaçmaz rayonu Aşağıoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu Aşağıoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla daşımış, 14 aprel 2021-ci il tarixdə saat 18:00-da Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində saxlanılaraq Xudat PB-nə gətirilib saat 20:00-20:15 müddətində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 6,537 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd gümüşü rəngli folqa bükümündə aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır və rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olur. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş və narkotik vasitəni tanıyır. Xaçmaz rayonu İstisu qəsəbəsində əvvəllər bir neçə dəfə ayrı-ayrı şəxslərin həyətyanı torpaq sahələrində fəhləlik etməklə işləmiş və buna görə də 14 aprel 2021-ci il tarixdə saat 12 radələrində evdən çıxıb iş axtarmaq üçün Xaçmaz rayonu İstisu qəsəbəsinə getmişdir. İstisu qəsəbəsində əvvəl işlədiyi yerlərə baş çəkmiş, lakin iş tapa bilmədiyi üçün saat 18 radələrində qəsəbədən çıxıb üzü Nabran kəndi istiqamətində piyada getməyə başlamış və həmin vaxt yolun kənarındakı işıq dirəyinin yanında üzərində kiçik ölçülü daş olan bir ədəd gümüşü rəngli bükülü olduğunu görmüşdür. Həmin vaxt ətrafda heç kim olmamış, o, əvvəlcə bükülünün yanından 1-2 addım keçib getsə də, sonradan bükülünün içərisində nə olması ilə maraqlandığından geri dönmüş və dirəyin yanından həmin bükülünü götürmüşdür. Gümüşü rəngli folqadan ibarət olan bükülünü açıb baxanda onun içərisində narkotik vasitə marixuana olduğunu görmüş və əvvəllər də marixuanadan istifadə etdiyi üçün rahatlıqla onu tanımışdır. Həmin bitki kütləsinin marixuana olmasını dəqiq bilmək üçün elə oradaca kolluğa çəkilmiş, cibində olan siqaretdən bir ədədinin içərisindəki tütünü boşaldıb içərisinə həmin bitki kütləsindən dolduraraq çəkmiş və onun marixuana olduğuna tam əmin olmuşdur. Bundan sonra qalan marixuananı elə həmin gümüşü rəngli folqaya bükərək cibinə qoymuş və oradan uzaqlaşmağa başlamışdır. Həmin yerdən bir neçə metr aralanandan sonra iki nəfər polis əməkdaşının ona tərəf yaxınlaşdığını görmüş və üstündə narkotik vasitə olduğundan qorxub qaçmaq istəmişdir. Lakin aralarındakı məsafə yaxın olduğundan qaça bilməmiş və polis əməkdaşları onu saxlamışlar. Daha sonra polis əməkdaşları özlərini ona təqdim edərək onun kimliyi ilə maraqlanmış və kolluqda nə etdiyini soruşmuşlar. Buna görə də o, məcbur qalıb polis əməkdaşlarına həqiqəti söyləmiş və narkotik vasitə qəbul etmək üçün kolluğa girdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona birlikdə polis bölməsinə getməyi təklif etmiş, o, etiraz etməmiş və polis əməkdaşlarının göstərişinə tabe olub onlarla birlikdə Xudat PB-nə gəlmişdir. Bölmədə ona hüquq və vəzifələri izah olunandan, habelə hüquqlarının qorunmasından ötrü müdafiəçi təqdim olunandan sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, şalvarının cibinə qoyaraq saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və bununla bağlı protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra o, həmin protokolu, həmçinin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin qablaşdırıldığı zərfin tamlığını öz imzası ilə təsdiq etmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 14 aprel 2021-ci il tarixdə saat 18 radələrində Xudat PB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində xidmətdə olduqları zaman şəxsiyyəti sonradan müəyyən edilmiş Xaçmaz rayonu Aşağıoba kənd sakini Təqsirləndirilən şəxs İstisu- Nabran avtomobil yolunun kənarındakı kolluqdan çıxdığını və onları görən kimi özünü şübhəli apararaq qaçmaq istədiyini müşahidə etmişlər. Lakin aralarındakı məsafə az olduğundan onlar dərhal Təqsirləndirilən şəxs saxlamış, özlərini təqdim edəndən sonra ondan yolun kənarındakı kolluqda nə etdiyini və onları görən kimi niyə qaçmaq istədiyini soruşmuşlar. O, narkotik vasitə qəbul etmək üçün yolun kənarındakı kolluğa girdiyini, üstündə narkotik vasitə olduğundan onları görəndə qorxduğunu və ona görə də qaçmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürüb özləri ilə birlikdə Xudat PB-nə gətirmiş və onun barəsində raportla bölmə rəhbərliyinə məruzə etmişdir. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş və onun barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilərək hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarının qorunmasından ötrü Təqsirləndirilən şəxs təqdim olunmuş və ona üstünə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Keçiriləcək şəxsi axtarışın görüntülərini video çəkilişlə qeydə almaq üçün Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid2 dəvət olunandan sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üstündə marixuana olduğunu etiraf etmiş və əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü falqa bükülü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bükülü açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə marixuana olduğunu etiraf etmiş, narkotik vasitəni haradan əldə etməsi, hansı məqsədlə üstündə saxlaması və ondan kiməsə satıb-satmaması soruşulduqda isə o, həmin narkotik vasitəni 14 aprel 2021-ci il tarixdə Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində yerdən tapdığını və özünün istifadəsi üçün üstündə saxladığını, lakin ondan heç kimə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa narkotik vasitə və digər cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə yenidən bükülərək bir ədəd kağız zərfə qablaşdırılmış və ağzı möhürlənmişdir. Faktla bağlı X7 tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri Şahid2 tərəfindən əvvəldən axıra kimi video çəkilişlə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 Şahid1 ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 14 aprel 2021-ci il tarixdə saat 20 radələrində Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 ona videoçəkiliş vasitəsi ilə Xaçmaz rayonu Aşağıoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçiriləcəyini və həmin prosesin video görüntülərini çəkiliş vasitəsi ilə qeydə almaq lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin gün qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğuna görə Xudat PB-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində saxlanılaraq bölməyə gətirildiyi ona məlum olmuşdur. X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunandan və hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X5 təqdim olunandan sonra ona videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra ona üstündə narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üstündə marixuana olduğunu etiraf etmiş və əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü falqa bükülü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bükülü açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə marixuana olduğunu etiraf etmiş, narkotik vasitəni haradan əldə etməsi, hansı məqsədlə üstündə saxlaması və ondan kiməsə satıb-satmaması soruşulduqda isə o, həmin narkotik vasitəni 14 aprel 2021-ci il tarixdə Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində yerdən tapdığını və özünün istifadəsi üçün üstündə saxladığını, lakin ondan heç kimə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa narkotik vasitə və digər cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə yenidən bükülərək bir ədəd kağız zərfə qablaşdırılmış və ağzı möhürlənmişdir. Faktla bağlı X7 tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi prosesinin video görüntülərini əvvəldən axıra kimi video kamera vasitəsi ilə qeydə almış və sonradan həmin video görüntüləri 01 ədəd CD diskə köçürərək X7ə təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 14 aprel 2021-ci tarixli, 7/349 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü rəngli folqa bükülüdə təmiz çəkisi – 6,537 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanununun İ saylı Siyahının 12-ci bəndinin “a” altbəndinə əsasən narkotik vasitə hesab edilən marixuananın (kannabis) qurudulmuş halda şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram təşkil edir. Azərbaycan Respublikası Məhkəmə-Narkoloji ekspertizasının 05 iyun 2021-ci il tarixli, 1770 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin 13 noyabr 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinə əsasən bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görəbu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə də, qanunverici normalarının tələblərinə uyğun olaraq müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu 02 iyun 2005-ci il tarixdə ödənilmişdir və o, 2021-ci ildə yeni cinayəti törədərkən məhkumluğu olmayan hesab olunur. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Seyidlikəndyeri kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla daşımış, 14 aprel 2021-ci il tarixdə saat 18:00-da Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində saxlanılaraq Xudat PB-nə gətirilib saat 20:00-20:15 müddətində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 6,537 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd gümüşü rəngli folqa bükümündə aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə saat 12:30-da tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6,437 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 78,82 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6,437 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 78,82 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-118/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-118/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver