Məhkəmə qərarları › İş №1(067)-119/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-119/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-119/2021 30.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxx 1991-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, əməllərində cinayətlərin residivi olan, Xaçmaz rayonu Xudat şəhəri Ə.Vahid küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 01 fevral 2020-ci ildə cəza müddəti sona çatdığına görə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 2021-ci ilin may ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətindəki yardımçı tikilinin damında bir ədəd dibçəkdə qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş və bu fakt 26 may 2021-ci il tarixdə saat 18:00-18:10 müddətində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdəki yardımçı tikilinin damında bir ədəd dibçəkdə 12 (on iki) ədəd nəm vəziyyətdə ümumi çəkisi 0,668 qram olan əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır və rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olur. Təxminən 2014-cü ildən arabir narkotik vasitə qurudulmuş marixuanadan çəkməklə istifadə edir. 2016-cı ildə narkotik vasitələrdən istifadə etdiyinə və satdığına görə Xaçmaz Rayon Məhkəməsi tərəfindən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2020-ci ilin fevral ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra narkotik vasitələrdən istifadə etməmişdir. 2021-ci ilin mart ayının axırlarında yaşadığı evə gedən zaman yolun kənarında yerləşən zibilxanın qarşısında qara rəngli sellofan büküm diqqətini cəlb etmiş və ayağı ilə həmin bükümü vurarkən içərisində nəyinsə olduğunu hiss etmişdir. Bükümü götürüb ağzını açdıqda içərisində 14 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğunu görmüş və onları götürüb yaşadığı evə gətirərək həyətdə gizlətmişdir. 2021-ci ilin may ayının əvəllərində özünün istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə həmin toxumları pinqivin torbadan və skoçla bərkidib dibçək kimi düzəltdiyi qabda əkərək yaşadığı evin arxa tərəfində yerləşən yardımçı tikilinin damına qoymuşdur. Bundan sonra əkdiyi həmin toxumları suvarmağa və onlara qulluq etməyə başlamışdır. 26 may 2021-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları gələrək əvvəlcə özlərini təqdim etmiş, sonra isə ona narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu demiş və buna görə də yaşadığı evin həyətinə baxış keçirəcəklərini bildirmişlər. O, yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və həyətdə narkotik tərkibli bitkilər əkib-becərdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aqronumun iştirakı ilə video çəkilişlə yaşadığı evin həyətinə baxış keçirilmiş və baxış zamanı o, həyətdəki yardımçı tikilinin damından içərisində narkotik tərkibli çətənə bitkilərinin şitilləri olan bir ədəd dibçəyi polis əməkdaşlarına təqdim etmişdir. Bununla bağlı polis əməkdaşları tərəfindən sənədləşmə aparılmış və həmin çətənə bitkilərinin şitilləri müyvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə nə evdə ailə üzvlərinin, nə də başqa heç kimin məlumatı olmamış və bu barədə heç kimə heç nə deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 26 may 2021-ci il tarixdə Xudat şəhəri Ə.Vahid küçəsi ev 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirməsi barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla bölmə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4, Xudat PB-nin polis nəfərləri, polis serjantı Şahid3 və Şahid4 qrupun tərkibinə daxil edilmiş və keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçiriləcək baxışın görüntülərini videoçəkilişlə qeydə almaq bölmənin manqa komandiri, polis baş serjantı Şahid2 həvalə olunandan və Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 mütəxəssis qismində bölməyə dəvət ediləndən sonra həmin tarixdə saat 18 radələrində hamı birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs özü onları qarşılamış, ona narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğunu və buna görə də evin həyətinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və onları həyətə dəvət etmişdir. Bundan sonra ona yaşadığı evdə və ya evin həyətində narkotik vasitələr, narkotik tərkibli bitkilər və ya qanunla qadağan olunmuş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini və bu məqsədlə yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmişdir. Bundan sonra o, onları evin arxa tərəfində yerləşən yardımçı tikilinin yanına dəvət etmiş və tikilinin üstündə olan plastmast qabı göstərib onun içərisindəki bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu demişdir. Təqsirləndirilən şəxs göstərdiyi plastmast qab tikilinin üstündən götürülmüş və baxış zamanı onun içərisində 14 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki şitillərinin əkilib-becərildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən aqronom Şahid5 aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərildiklərini bildirmişdir. Bundan sonra həyətdəki tikililərə baxış keçirilməsi davam etdirilmiş, lakin oradan başqa narkotik vasitə, narkotik tərkibli bitki və digər cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq bir ədəd kağız zərfə qablaşdırılmış və ağzı möhürlənmişdir. Faktla bağlı təhqiqatçı Fehruz Qasımov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi prosesinin video görüntüləri manqa komandiri Şahid2 tərəfindən əvvəldən axıra kimi video çəkilişlə qeydə alınmışdır Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid4 və məhkəmədə ifadəsi elan olunmuş Şahid3, Şahid1 ifadəsi ilə anoloji ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 ifadəsində göstərmişdir ki, 26 may 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 mütəxəssis təyin olunmasına dair qərarına əsasən Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət olunmuş və təhqiqatçı Fehruz Qasımov ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xudavt şəhəri Ə.Vahid küçəsi 4 ünvanında yerləşən evin həyətinə baxış keçirəcəklərini demişdir. O, etiraz etməyib razılıq vermiş, bundan sonra həmin tarixdə saat 18 radələrində Xudat PB-nin əməkdaşları polis kapitanı Şahid1 oğlu, polis baş serjantı Şahid2, polis serjantı Şahid3, polis serjantı Şahid4 və təhqiqatçı Fehruz Qasımovla birlikdə qeyd olunan ünvana getmişdir. Orada onları bir şəxs qarşılamış və həmin şəxsin Təqsirləndirilən şəxs olması orada ona məlum olmuşdur. Şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğunu və buna görə də evin həyətinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməyib onları həyətə dəvət etmiş, bundan sonra ona yaşadığı evdə və ya evin həyətində narkotik vasitələr, narkotik tərkibli bitkilər və ya qanunla qadağan olunmuş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini və bu məqsədlə yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmişdir. Bundan sonra o, onları evin arxa tərəfində yerləşən yardımçı tikilinin yanına dəvət etmiş və tikilinin üstündə olan plastmast qabı göstərib onun içərisindəki bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu demişdir. Təqsirləndirilən şəxs göstərdiyi plastmast qab tikilinin üstündən götürülmüş və baxış zamanı onun içərisində 14 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinin əkilibbecərildiyi müəyyən edilmişdir. Polis əməkdaşlarının təklifi ilə o, həmin bitkiləri nəzərdən keçirtmiş, onların diblərinin yumşaldılmış, suvarılmaqla nəm hala gətirilmiş, alaq otlarından təmizlənmiş və digər aqrotexniki qulluqlar göstərilməklə becərilmiş vəziyyətdə olduğunu müəyyən etmişdir. Buna görə də aşkar olunmuş bitki şitillərinin əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri olması və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərilməsi barədə rəy yazaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra həyətdəki tikililərə baxış keçirilməsi davam etdirilmiş, lakin oradan başqa narkotik vasitə, narkotik tərkibli bitki və digər cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq bir ədəd kağız zərfə qablaşdırılmış və ağzı möhürlənmişdir. Faktla bağlı təhqiqatçı Fehruz Qasımov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi prosesinin video görüntüləri polis nəfəri Şahid2 tərəfindən əvvəldən axıra kimi video çəkilişlə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 27 may 2021-ci il tarixli, 7/169 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində «…5) Təqsirləndirilən şəxs…» yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofanda ümumi sayı 12 (on iki) ədəd nəm vəziyyətdə ümumi çəkisi – 0,668 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Qalan 02 (iki) ədəd bitki nümunəsi inkişafının cücərmə fazasında olduğuna görə onun hansı növ bitkiyə aid olmasını müəyyən etmək mümkün olmadı. Aqronomun rəyinə əsasən təqdim edilmiş bitki cücərtilərinə və çətənə (kannabis) bitki şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2021-ci il tarixli, 1773 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən həmçinin Xaçmaz rayon Məhkəməsindən alınmış hökmün surətinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 fevral 2020-ci ildə cəza müddəti sona çatdığına görə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, əməllərində cinayətlərin residivi vardır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünürk ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 01 fevral 2020-ci ildə cəza müddəti sona çatdığına görə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 2021-ci ilin may ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətindəki yardımçı tikilinin damında bir ədəd dibçəkdə qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş və bu fakt 26 may 2021-ci il tarixdə saat 18:00- 18:10 müddətində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdəki yardımçı tikilinin damında bir ədəd dibçəkdə 12 (on iki) ədəd nəm vəziyyətdə ümumi çəkisi 0,668 qram olan əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını və t.rətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətdiyinə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır və məhkəmə bunu ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Belə ki, CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Plenumunun Qərarının 25-ci bəndində izah olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən, yəni 30 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olduğundan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, 0,668 qram təşkil edən 12 (on iki) ədəd çətənə bitkisi şitilləri, habelə maddi sübut hesab edilməyən inkişafının cücərmə fazasında olduğuna görə hansı növ bitkiyə aid olmasını müəyyən etmək mümkün olmayan 02 (iki) ədəd bitki nümunəsi məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, X1, KOD 210005 Müxbir hesab 41NABZ******************** SVİFT BİK CTREAZ 22, hesab № AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində sejilmiş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə ijlas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş məcburi qaydada və əvəzsiz olaraq dövlət əmlakı müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 26 may 2021-ci il tarixdən 28 may 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində sejilmiş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə ijlas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olduğundan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, 0,668 qram təşkil edən 12 (on iki) ədəd çətənə bitkisi şitilləri, habelə maddi sübut hesab edilməyən inkişafının cücərmə fazasında olduğuna görə hansı növ bitkiyə aid olmasını müəyyən etmək mümkün olmayan 02(iki) ədəd bitki nümunəsi məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, X1, KOD 210005 Müxbir hesab 41NABZ******************** SVİFT BİK CTREAZ 22, hesab № AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş məcburi qaydada və əvəzsiz olaraq dövlət əmlakı müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmasın. İş üzrə mülki iddianın verilməməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində) Xaçmaz Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar