Məhkəmə qərarları › İş №1(067)-119/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-119/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-119/2022 26.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X10, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 müdafiəçisi Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Müdafiəçi1 Feyzi oğlunun iştirakları ilə, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X11 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində polis əməkdaşları ona məruzə etmişdir ki, xidməti vəzifələrini yerinə yetirən zaman X8 adlı şəxs onları təhqir etmişdir. X8 tərəfindən deyilmiş təhqiramiz sözlər polis əməkdaşları üzərində olan səs yazma qurğusu vasitəsi ilə qeydə alınmışdır. Buna görə də polis əməkdaşları həmin şəxsi raportla növbətçi hissəyə təqdim etmişdirlər. O, X1 otağa gedərək, polis şöbəsinə müvafiq raport yazmaq üçün anket məlumatlarını qeydə almışdır. Müvafiq sənədləşdirmə işlərindən sonra həmin gün X8 sərbəst buraxılmışdır. Bir müddət sonra X8 Xaçmaz rayon prokurorluğuna böhtan xarakterli şikayət ərizəsi ilə müraciət etmişdir ki, güya polis şöbəsində o təhqir edilmiş, güya mən ona təhqiredici sözlər demişəm. Halbuki belə hal baş verməmişdir. X5 əsassız və böhtan xarakterli şikayəti Xaçmaz Rayon Prokurorluğunda araşdırılmış və xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi “haqqında qərar ilə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanası rədd edilmiş və qərarın 2-ci bəndi ilə X7 həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, yuxarı prokurora və ya rayon məhkəməsinə şikayət etmək hüququnun olması izah edilmişdir. Lakin X8 qeyd olunan qərardan rayon prokuroruna, yuxarı prokurora və ya rayon məhkəməsinə şikayət etmək hüququ olduğu halda kütləvi informasiya vasitələrində və internet resurslarında onun barəsində böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Belə ki, Xural internet televiziyasının “Youtube” sosial Şəbəkəməhifəsində yayılmış X5 27 iyun 2022-ci il tarixli (https://www.youtube.com/watch?v=kab2kQqphUY&feature~youtu.be) və xx.xx.2022- ci il tarixli (https://www.voutube.com/watch?v=YiİFf2GWfAc) müsahibələrində bildirmişdir ki, güya Elçin onu kobud söyüşlərlə təhqir etmiş, ona zərbələr vurmuş, bu zaman Axisqa türkü olması məsələsinə görə də güya o təhqir edilmişdir, guya Axısqa türklərinə qarşı Elçinin münasibəti pis olmaqla vəzifə səlahiyyətindən istifadə edərək onları təhqir edərək, onlara düşmənçilik münasibəti bəsləməklə onları təqib edir, bərabərlik hüququnu pozur. Həmçinin güya Elçin və digər polis əməkdaşları bu hərəkəti əlavə olaraq ona görə edirlər, ki ondan və mağaza sahibi olan digər sahibkarlardan rüşvət kimi aylıq pul almaq istəyirlər. Güya polis əməkdaşları hər ay mağaza sahiblərindən rüşvət kimi pul alırlar. Halbuki X5 dedikləri tamamilə yalan və böhtan xarakterlidir və bu hal Xaçmaz rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi “haqqında qərarı ilə də təsdiq edilir. X3 vəzifə səlahiyyətlərindən sui istifadə, təhqir və milliyyətə görə ayrı seçkilikdə təqsirləndirərək ona böhtan atmışdır. Halbuki X8 özü xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına qarşı təhqiredici söz dediyi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün idarəyə gətirilmişdir. Bu zaman ona qarşı hər hansı təhqiredici söz işlənilməmiş, milliyyət məsələsi qabardılmamışdır. Milliyyət məsələsi biz polis əməkdaşları tərəfindən heç vaxt qabardıla da bilməz. Onlar milliyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir vətəndaşa, əcnəbiyə və ya vətəndaşı olmayan şəxsə eyni münasibət bəsləyirlər. Lakin X8 Axısqa türkü olması ilə əlaqədar bu məsələni özü qabardaraq müsahibədə onu güya türk xalqlarından biri olan Axısqa türklərinə qarşı pis münasibəti olan, onlara qarşı ayrı-seçkilik edən, təqib edən və bərabərlik hüququnu pozan şəxs kimi təqdim etmişdir. X5 böhtan xarakterli məlumatı onun şərəf və ləyaqətini ləkələmiş, onu nüfuzdan salmışdır. Onu güya hər hansı millətə, xüsusən də türk millətinə qarşı şəxs kimi təqdim etməsi, ona böhtan ataraq güya onu təhqir etməkdə və digər ağır cinayətlər törətməkdə günahlandırması Elçinin mənəvi sarsıntı yaşamağına və işgüzar nüfuzuna ciddi xələl yetirilməsinə səbəb olmuşdur. X4 böhtan ataraq, əsassız və qanunsuz olaraq onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsinə nəzərdə tutulmuş təqib (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda), 154.2-ci maddəsində nəzərdə tutulmiş bərabərlik hüququnu pozma (irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 283.2.1 və 283.2,-cü maddələrində nəzərdə tutulmuş milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasma və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.2-ci maddəsinə nəzərdə tutulmuş rüşvət alma (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) kimi ağır cinayətlərdə günahlandırmışdır. X8 bu böhtan xarakterli məlumatları və onu ağır cinayətlərdə ittiham etməsi mənim şərəf və ləyaqətini ləkələmiş, məni nüfuzdan salmışdır. Odur ki, pozulmuş hüquqlarının bərpası və adımın təmizə çıxarılması üçün X8 barəsində qanunvericiliyə uyğun tədbir görülməsini zəruri hesab edirəm. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayətinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Göründüyü kimi güya onu kobud söyüşlərlə təhqir etməklə, ona zərbələr vurmaqla, vəzifə səlahiyyətindən sui istifadə etməklə bağlı X2 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsinə nəzərdə tutulmuş təqib (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda), 154.2-ci maddəsində nəzərdə tutulmiş bərabərlik hüququnu pozma (irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 283.2.1 və 283.2.- cü maddələrində nəzərdə tutulmuş milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasma və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.2-ci maddəsinə nəzərdə tutulmuş rüşvət alma (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) kimi ağır cinayətlərdə İttiham etməklə X8 bu böhtan xarakterli məlumatları və onu ağır cinayətlərdə ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan RespublİküSl Alİ Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi “Youtube” sosial şəbəkənin Azərbaycan Respublikasında hüquq ünvanı olmadığı üçün təqsirləndirilən şəxs X5 Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşaması nəzərə alınmaqla işə Xaçmaz rayon məhkəməsində baxılması zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin Konstitusiyanın 25 ci maddəsinin İ hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquqi vardır. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Konstitusiyanın 57-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, habelə ayrı-ayı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 45.4-cu maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və onun müdafiəçisi Müdafiəçi1 Feyzi oğlu qanunauyğun qərar verilməsini xahiş etdilər. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə aşağıdakılar göstərilir - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (maddə 293.3.1); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) (maddə 293.3.2); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (maddə 293.3.3); şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi (maddə 293.3.4); cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş (maddə 293.3.5); şikayətin verildiyi tarix (il, ay və gün) və yer (maddə 293.3.6); şikayəti vermiş şəxsin imzası (maddə 293.3.7). Göründüyü kimi, qeyd olunan maddələrdə Xüsusi ittiham qaydasında şikayətin forma və məzmunu ilə bağlı tələblər və hansı hallarda məhkəmənin xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etməsi göstərilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Xüsusi ittiham qaydasında şikayət düzgün tərtib edilməmiş, xüsusi ittiham qaydasında şikayət verən və barəsində şikayət verilən şəxs haqqında məlumatlar natamam və düzgün şəkildə göstərilməmişdir. Belə olan təqdidə xüsusi ittiham qaydasında şikayət bu şəkildə icraata qəbul edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş X11 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar