Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-119/2024 17.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1998-ci ildə Xaçmaz rayonunun Maşı-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Maşıoba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Qımılqışlaq kəndində saxlanılıb həmin gün saat 23:10-dan 23:20-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı iki ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 9,658 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu küçədə saxlayaraq polis şöbəsinə gətirmişlər, üzərində axtarış aparmışlar, lakin üzərindən heç nə tapmamışlar, onun üzərində narkotik vasitə olmamış, əməliyyatçı Şahid1 iki ədəd kibrit qutusunda narkotik vasitəni onun üzərinə qoyaraq ona bildirmişdir ki, videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitə istifadəçisi olduğunu desin. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. O, üzərinə narkotik vasitənin qoyulmasının səbəbini bilmir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlumatlıdır, əməliyyatçı ona üzərindən narkotik vasitənin aşkar olunması, ona məxsus olması və istifadəçisi olmasını deməsini bildirmiş, o da ifadəsini həmin formada vermişdir. İbtidai istintaq orqanında onun üzərində şəxsi axtarış keçiriləndə müdafiəçi iştirak etmiş, müdafiəçi ondan fiziki və ya psixi təzyiq edilib-edilməməsi barədə soruşmuş, o isə qorxduğu üçün cavabında heç bir təzyiq edilmədiyini bildirmişdir. Polis əməkdaşları onu küçədə saxlayarkən o, velosipedlə marketə gedən olmuşdur. O, ibtidai istintaq zamanı ilkin olaraq narkotik vasitəni Ramid Nəsrullayevə satdığı barədə etirafedici ifadə vermişdir, belə ki, polis əməkdaşlarının təzyiqi ilə Ramid narkotik vasitəni ondan aldığını bildirmiş, o da eyni təzyiqlər səbəbindən Ramidə narkotik vasitə satdığını bildirmişdir, sonra isə araşdırma aparılandan, ekspertiza keçiriləndən sonra onun narkotik vasitə satmadığı müəyyən edilmişdir. Bundan sonra o, narkotik vasitəni satış məqsədilə deyil, özünün istifadəsi üçün üzərində saxlaması barədə ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq orqanında verdiyi ifadəsinə (xx.xx.2024-cü il tarixli) münasibətdə ona verilən suallara cavab olaraq bildirdi ki, əməliyyatçı ona təzyiq göstərmiş, ona daha ağır maddə ilə ittiham irəli sürüləcəyini deyərək narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlamasını etiraf etməsini bildirmiş, o da əməliyyatçının (Əfqanın) dediyi kimi etmişdir. Onun üzərində narkotik vasitə olmasa da, üzərindən aşkar edildiyini və özünün şəxsi istifadəsi üçün saxlaması barədə ifadə verməsinin səbəbi onun qorxması olmuşdur. Cinayət əməlini boynuna almağa qorxaraq məcbur olmasının səbəbini bilmir. Onun yanında Əfqandan başqa digər əməliyyatçılar da olmuşdur. Polis əməkdaşlarının onu döymələri barədə verilən suala o, “belə də” cavabını verir. Məhkəmə iclasında üzərində şəxsi axtarışın keçirilməsinin qeydə alındığı videoçəkilişə münasibətdə bildirdi ki, polis əməkdaşları onu axşam saat 8-ə işləmiş saxlamışlar, təxminən saat 8 tamamda polis şöbəsinə çatmışlar, polis şöbəsində axşam saat təxminən 11-12 radələrinədək saxlayaraq döymüşlər. Belə ki, əməliyyatçı Şahid1 polis şöbəsində otaqda onun ayaqlarını bağlamış, otaqda olan payanı ayaqlarına keçirərək onu asılı vəziyyətdə saxlamış, üzərinə iki kibrit qutusunda marixuananı qoyaraq həmin narkotik vasitənin ona məxsus olmasını, əkməsini, satmasını bildirməyə məcbur etmişdir. Onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman və iki gün polis şöbəsində saxlanıldığı müddətdə qeyd etdiyi təzyiqlərə məruz qalması barədə şikayət etməməsinin səbəbi həmin müddətdə polis şöbəsində, ona təzyiq etmiş şəxslərin yanında olmaqla qorxması olmuşdur. İki gündən - polis şöbəsindən çıxdıqdan sonra qeyd etdiyi təzyiqlərə məruz qalması barədə şikayət etməmişdir, şikayət etməməklə səhv etmişdir. O, törətdiyi cinayət əməlinə görə peşmandır, ilk dəfədir cinayət törədir, bir daha bu kimi əməllərə yol verməcəyinə söz verir, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında 20 aprel 2024-cü il tarixdə verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Maşıoba kəndində yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Xaçmaz rayonu, Qımılqışlaq kəndində olan zaman polis işçiləri ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımasında və satmasında şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. O da razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Onlar şöbəyə gəldikdən sonra o, əməliyyatçılara etiraf etmişdir ki, üzərində 02 qutu içərisində qurudulmuş marixuana vardır, belə ki, həmin marixuananı Qusar rayonunda olan zaman tapmışdır. Əməliyyat müvəkkilləri ona demişlər ki, videoçəkilişdə və izahatında Ramid Nəsrullayevə qurudulmuş marixuana satmasını deməlidir, yoxsa onu daha ağır maddə ilə məhkəməyə göndərəcəklər. O da qorxduğu üçün şəxsi axtarış zamanı və izahatında Ramid Nəsrullayevə 02 ədəd kibrit qutusunda qurudulmuş marixuana satdığını bildirmişdir. Həmin gün şəxsi axtarış zamanı üzərində marixuana olmasını etiraf edib əynindəki qış gödəkçəsinin sağ yan cibində olan iki ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutularına baxılan zaman içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Üzərinə şəxsi axtarış davam etdirilmiş, qanunsuz heç nə aşkar edilməmişdir. Sorğu zamanı o, Ramid Nəsrullayevə qurudulmuş marixuana satmasını demişdir. Həmin kibrit qutuları marixuana kütləsi ilə birlikdə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. Lakin əslində o, Ramid Nəsrullayevə heç vaxt marixuana satmamış, ümumiyyətlə marixuana əldə etməmiş, Ramidlə də heç vaxt telefonla danışmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur, öz istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Lakin o, Ramid Nəsrullayevə heç vaxt narkotik vasitə satmamış, Ramidlə ümumiyyətlə heç bir əlaqəsi olmamışdır. O, çətənə kolu da yetişdirməmişdir, ifadəsində (xx.xx.2024) dedikləri doğru deyildir, o, qorxduğu üçün bu məzmunda ifadə vermiş, o, 2023-cü ilin aprel ayından oktyabr ayının sonlarınadək Rusiya Federasiyasında olmuşdur, bu da onun narkotik vasitə əkmədiyini, ilk ifadəsinin yanlış olduğunu sübut edir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid3 göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkilidir. O, X4 üzərində keçirilmiş şəxsi axtarış prosesində iştirak etmiş, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bu məlumatdan sonra polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək saxlanılmasından ötrü o və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində olması müəyyən edilmiş, onlar Təqsirləndirilən şəxs həmin ərazidə saxlayaraq polis şöbəsinə gətirdikdən sonra müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunsuz predmetlər varsa çıxararaq təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərindən 02 adəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuş, həmin qutuların içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni özü əkərək əldə etdiyini bildirmişdir. Bundan sonra, videoçəkiliş zamanı müstəntiq Təqsirləndirilən şəxs narkotik vasitə satıb-satmadığı barədə soruşmuş, Təqsirləndirilən şəxs isə 02 ədəd kibrit qutusunda marixuana Ramid Nəsrullayevə də satdığını bildirmişdir. Sonradan, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, bu barədə onun dəqiq məlumatı yoxdur, lakin onun iştirak etdiyi şəxsi axtarış prosesi zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını bildirmişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs atası, üç əmisi narkotik vasitələrə görə həbs edilmiş, əmisi sonuncu dəfə 470 ədəd çətənə bitkisini becərdiyi üçün həb edilmiş, Təqsirləndirilən şəxs barəsində də əvvəldən narkotik vasitə satması barədə əməliyyat məlumatı olmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq edilməmiş, müdafiəçinin iştirakı ilə videoçəkiliş zamanı özü könüllü olaraq narkotik vasitə satmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin sonrakı ifadəsində videoçəkilişdən əvvəl sonuncuya əməliyyatçı tərəfindən təzyiq edilərək videoçəkiliş zamanı narkotik vasitə satmasını bildirməyə məcbur edilməsi barədə bildirdikləri yalandır, təqsirləndirilən şəxsin bu xüsusatı özünü müdafiəsi üçün deməsi də mümkündür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkilişi bir dəfə aparılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, şəxsi axtarış zamanı könüllü olaraq narkotik vasitə satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın videoçəkilişi bir dəfə aparılmışdır. Təqsirləndirilən şəxsin sonrakı ifadəsində videoçəkilişdən əvvəl sonuncuya əməliyyatçı tərəfindən təzyiq edilərək videoçəkiliş zamanı narkotik vasitə satmasını bildirməsini, əksə təqdirdə, daha ağır maddə ilə ittiham olunacağını deməklə məcbur edilməsi barədə bildirdikləri yalandır, narkotik vasitə satması ilə bağlı ittihamdan daha ağır hansı ittiham ola bilər ki? Ramid Nəsrullayevin üzərinə şəxsi axtarış keçirilərkən sonuncu bildirmişdir ki, üzərindən aşkar olunmuş iki kibrit qutusunda olan qurudulmuş marixuananı 100 manata Təqsirləndirilən şəxs almışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir. 30 yanvar 2024-cü il tarixdə Xaçmaz RPŞ-yə Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini X4 narkotik vasitələri saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onlar sonuncunu Xaçmaz şəhəri, Bakı prospektində saxlamışlar, R.Nəsrullayevin üzərindən marixuana narkotik vasitəsi aşkar edilmiş, sonuncu həmin narkotik vasitəni 100 manata qonşu Maşıoba kəndində yaşayan Coşqun adlı şəxsdən aldığını bildirmişdir. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs Qımılqışlaq kəndi ərazisində olduğu müəyyən edilərək Xaçmaz RPŞ-yə gətirilmiş, üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmçinin ona məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onlar Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə saxlayaraq polis şöbəsinə gətirmişlər, saxladıqları vaxt Təqsirləndirilən şəxs yanında başqa kimsə olmamışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəllər narkotik vasitələrin dövriyyəsi barədə əməliyyat məlumatı olmamış, o, Ramid Nəsrullayevin verdiyi məlumatdan sonra Təqsirləndirilən şəxs ilk dəfə olaraq görmüşdür. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləməklə polis kapitanı rütbəsindədir. X4 əməliyyat-axtarış tədbirlərində iştirak etməsə də, Ramidin üzərinə şəxsi axtarış zamanı videoçəkilişi o etmişdir, Ramidin üzərindən narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitəni tanışı Coşqun adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. Bununla yanaşı, Xaçmaz rayonu, Maşıoba kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qərar qəbul olunmuş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X9 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu Qımılqışlaq kəndində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindəki 02 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz əkdiyi ağacdan əldə etməsini, həmçinin əldə etdiyi qurudulmuş marixuanadan tanışı X6 100 manata 2 qutu satmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, qanunsuz başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş iki ədəd kibrit qutusuna baxılan zaman içərisində kəskin spesifik iyli bitki kütləsi, narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən iki ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana maddi subut kimi ekspertizaya təqdim edilməsindən ötrü götürülərək bir ədəb kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs, o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Şahidlər Şahid2 və Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, onların həmin ifadəsi Şahid3 ifadəsi ilə oxşar məzmunludur. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli raportdan və həmin tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-yə X4 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli raportdan, şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan müəyyən edilir ki, X7 xx.xx.2024-cü il tarixdə, saat 22:00-da Xaçmaz şəhəri, Bakı prospektində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X3 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Şahid3, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında X4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Ramid Nəsrullayevə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması barədə məlumat daxil olduğu bildirilərək hüquq və vəzifələri izah olunmuş, daha sonra isə iştirakçılar və hüquqlarının müdafiəsi məqsədilə dəvət olunmuş Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ona təqdim olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olundu ki, üzərində olan əşyaları özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Ramid Nəsrullayev əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd fənəri, 01 ədəd ətir qabını, sağ yan cibindən «Pramida» markalı siqaret qutusunu, şalvarının sol arxa cibindən 01 ədəd cib dəsmalını, sağ yan cibindən 01 ədəd alışqanı çıxarıb masanın üstünə qoyur. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Ramid Nəsrullayevin üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan gödəkçənin sol yan cibində iki ədəd kibrit qutusu aşkar olunmuşdur. Aşkar olunmuş kibrit qutuları tək-tək açılmış və hər iki kibrit qutusunun içərisində yaşıl rəngli bitki kütləsi olması müəyyən edilmişdir. Ramid Nəsrullayevdən üzərində aşkar olunmuş kibrit qutularındakı yaşıl rəngli bitki kütləsinin nə olduğu, haradan əldə etdiyi soruşulduqda o, bildirdi ki, kibrit qutularında olan yaşıl rəngli bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur və Xaçmaz rayonu, Maşıoba kəndində yaşasan Təqsirləndirilən şəxs 100 manata almışdır. Sonra «Pramida» markalı siqaret qulusu açılmış və siqaret qutusunun içərisində siqaret dənələrinin, 01 ədəd plastmas borucuğun və tütün qırıntılarının olması müəyyən edilmişdir. Ramid Nəsrullayevin üzərində aşkar olunmuş kibrit qutularında olan yaşıl rəngli bitki kütlələri və «Pramida» markalı siqaret qutusu ayrı-ayrılıqda ektron tərəzinin üzərinə qoyulub çəkilmiş, yaşıl rəngli bitki kütlələrinin kibrit qutusu ilə birlikdə çəkilərinin 9,45 qram, 8,26 qram, «Pramida» markalı siqaret qutusunun isə içərisində olan siqaret dənələri və tütün qırıntıları ilə birlikdə 7,26 qram olması müəyyən edilmişdir. Ramid Nəsrullayevin üzərində aşkar olunmuş 02 ədəd kibrit qutularında olan yaşıl rəngli bitki kütlələri və «Pramida» markalı siqaret qutusu içərisində olan siqaret dənələri, 01 ədəd plastmas borucuq və tütün qırıntıları ilə birlikdə özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. 01 ədəd fənər, 01 ədəd ətir qabı, 01 ədəd alışqan, 01 ədəd cib dəsmalı isə götürülməyərək Ramid Nəsrullayevə qaytarılmışdır. Ramid Nəsrullayevin üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/173 nömrəli ekspert rəyinin surətindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Ramid Nəsrullayev.....” yazılar və imzalar olan zərfdə 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 5,26 qram; 6,44 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 11,70 qramdır. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli raportdan, şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00-da Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X1 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2, , , Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs bildirildi ki, üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindəki 02 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olmasını bildirdi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz əkdiyi ağacdan əldə etməsini, həmçinin əldə etdiyi qurudulmuş marixuanadan tanışı X6 100 manata 2 qutu satmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildi, qanunsuz başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş iki ədəd kibrit qutusuna baxılan zaman içərisində kəskin spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarışın videoçəkilişi Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/181 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş marixuanaya bənzər kütlə...” yazı və imzalar olan zərfdə 02 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi - 4,492 qram və 5,166 qram olmaqla ümumi təmiz çəkisi 9,658 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana narkotik vasitəsindən tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 9,558 qram təşkil etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 3-16-16/2-7/337 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş MEM-nə məxsus 1№-li qəhvəyi rəngli kağız paketdə üzərində “Ramid Nəsrullayev.....” yazılar və imzalar olan zərfdə 2 ədəd kibrit qutusunda və MEM-nə məxsus 2№-li qəhvəyi rəngli kağız paketdə üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş marixuanaya bənzər kütlə” yazılar və imzalar olan zərfdə 2 ədəd kibrit qutusunda olan marixuanalar bir-birindən fərqlənir. Tədqiqata təqdim edilmiş marixuana narkotik vasitələrindən (hər obyektdən 0,02 qram) tədqiqata cəmi 0,08 qram sərf edildikdən sonra Təqsirləndirilən şəxs aşkar edilmiş marixuanadan) qalıq 9,518 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya- Kommunikasiya İdarəsi tərəfindən cavab olaraq 12 mart 2024-cü il tarixdə verilmiş telefon danışıqlarına dair məlumatların əks olunduğu 01 ədəd DVD diskdən, diskə baxış keçirilməsi protokolundan müəyyən edilir ki, diskdə olan fayllarda 077 511-34-20 və 051 233-80-04 saylı mobil nömrələrdən iş üçün əhəmiyyət kəsb edən mesaj göndərilmədiyi, həmin mobil nömrələr arasında hər hansı telefon danışığının olmadığı məlum olmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 mart 2024-cü il tarixli protokoldan müəyyən edilir ki, təqsirləndirilən şəxs X7 həmin (sonrakı) ifadəsində bildirmişdir ki, o, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə çəkir. Xaçmaz rayonu Maşıoba kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, lakin onunla heç bir yaxın dostluq münasibəti olmayıb. 2023-cü ilin sentyabr ayında o, Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən gölə balıq tutmaq üçün getmişdir. Gölün ətrafında 3 ədəd çətənə bitkisi görmüş, o, çətənə bitkilərini tanıdığı üçün onların yarpaqlarını qopardıb üzərində saxlamışdır. Sonra isə həmin yarpaqları qurutmuş və özünə istifadə etmək üçün marixuana hazırlamışdır. Əldə etdiyi marixuananın bir qismini istifadə etmiş, bir qismi isə qalmışdır. O, 30 yanvar 2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərinə getməli olmuşdur. Buna görə marixuananı 2 ədəd kibrit qutusuna yığıb cibində saxlamışdır ki, özü ilə aparsın. O, saat 22 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Yaşıl bağ» restoranının yaxınlığında olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələri qanunsuz edə etməkdə, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz PPŞ-nə dəvət etmişlər. O etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Şöbədə ona polis əməkdaşları tərəfindən təzyiqlər olmuş, onu məcbur etmişlər ki, narkotik vasitəni Coşqundan aldığını desin, əks halda, onu külli miqdarda narkotik vasitə ilə sənədləşdirəcəklərini bildirmişlər Buna görə o, başqa yolunun olmadığını görüb razılaşmışdır. Bundan sonra əməliyyatçılar ona demişlər ki, onun üzərinə şəxsi axtarış keçiriəcəklər, videoçəkiliş zamanı da Coşqundan aldığını deyərsən. Bundan bir neçə dəqiqə sonra müstəntiq gəlmiş, Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. O, əynində olan qara gödəkçənin sol iç cibindən 01 ədəd fənəri, 01 ədəd ətir qabını, sağ yan cibindən «Pramida» markalı siqaret qutusunu, şalvarının sol arxa cibindən 01 ədəd cib dəsmalını, sağ yan cibindən isə 01 ədəd alışqanı çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra şəxsi axtarışda iştirak edən polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibində iki ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar olunmuşdur. Müstəntiq üzərində aşkar olunmuş kibrit qutularını tək-tək açıb içərisində olan yaşıl rəngli bitki kütləsinin nə olduğu, haradan əldə etdiyini soruşmuş, o da etiraf edərək bildirmişdir ki, kibrit qutularında olan yaşıl rəngli bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, Xaçmaz rayonu, Maşıoba kəndində yaşayan Təqsirləndirilən şəxs 100 manata almışdır. Sonra müstəntiq «Piramida» markalı siqaret qutusunu açmş və siqaret qutusunun içərisində siqaret dənələrinin, 01 ədəd plastmas borucuğun və tütün qırıntılarının olması müəyyən edilmişdir. Müstəntiq üzərindən aşkar olunmuş kibrit qutularında olan yaşıl rəngli bitki kütləsi qurudulmuş marixuana və «Pramida» markalı siqaret qutusunu ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyub çəkisini ölçdükdən sonra müstəntiq tərəfindən üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuana və “Pramida” markalı siqaret qutusu içərisində olan siqaret dənələri və tütün qırıntıları ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün maddi sübut kimi qötürüldü. O, zərfin üzərinə və bununla bağlı yazılmış protokola imza etmişdr. 01 ədəd fənər, 01 ədəd ətir qabı, 01 ədəd alışqan, 01 ədəd cib dəsmalı isə götürülməyərək özünə qaytarılmışdır. Lakin o, faktiki olaraq Coşqundan narkotik vasitə almamış, onunla ümumiyyətlə zəngləşməmiş, əvvəl verdiyi ifadəsində bildirdiyi sözləri polis işçilərinin qorxusundan demişdir. Çünki onun xəstəliyi var, döyülmək istəməmişdir. O, ümumiyyətlə Coşqunun mobil telefon nömrəsini heç vaxt bilməmiş, onunla heç vaxt telefon danışığı olmamışdır, telefonu smartfon tipli də olsa, ona heç vaxt hər hansı tətbiq vasitəsi ilə də zəng etməmişdir. İş materiallarında olan 17 mart 2024-cü il tarixdə müdafiəçi tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus pasportun 48-ci səhifəsinin surətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarından xaricə getmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İş materiallarında olan 19 mart 2024, 25 mart 2024 və 08 aprel 2024-cü il tarixlərdə müvafiq olaraq, şahidlər Şahid1, Şahid2 və Şahid3 (əlavə) dindirilmələri protokollarından və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Xaçmaz Rayon Prokurorluğunun 23 aprel 2024-cü il tarixli qərarından müəyyən edilir ki, adları qeyd olunan şahidlər (əməliyyat müvəkkilləri) əlavə olaraq dindirilmişlər, onlar Ramid Nəsrullayev, həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirildikdən sonra da sonunculara qarşı nə onlar tərəfindən, nə də digər polis əməkdaşları tərəfindən heç bir psixoloji təzyiq göstərilmədiyini, heç bir fiziki güc istifadə olunmadığını, yəni R.Nəsrullayevin və Təqsirləndirilən şəxs heç bir qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Prokurorluqda aparılmış araşdırma ilə X4 və Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi, fiziki və ya psixi zorakılığa məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. İş materiallarında olan “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 21 aprel 2024-cü il tarixli qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli (hazırkı) cinayət işi ayrılmışdır. İş materiallarında olan 17 mart 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan, “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutusunda ümumi çəkisi 9,658 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra 9,518 qram çəkidə qalıq qalmış həmin narkotik vasitə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 01 mart 2024-cü il tarixli, 1377 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, X4 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı öz şəxsi istifadəsi üçün əldə etmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə etməsi, habelə əldə etdiyi həmin narkotik vasitənin bir hissəsini Ramid Nəsrullayevə 100 manat pul müqabilində satması məlum olmuşdur. Təqsirləndirilən şəxs başqa kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 5(067)- 21/2024 saylı qərarının surətindən müəyyən edilir ki, X4 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 5(067)- 26/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, satması və istifadə etməsi barədə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında 31 yanvar 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 20 aprel 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olması sübuta yetirilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinə hissəvi xitam verilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında özünü təqsirli bilməyərək ifadəsində üzərində narkotik vasitə olmaması, onun üzərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması, ona fiziki və psixi təzyiqlər edilərək cinayət əməlini boynuna almasına məcbur edilməsi barədə bildirdiyi xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır, həmin xüsusatlar hər hansı sübutla öz təsdiqini tapmamış, əksinə, şahidlərin ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə təkzib edilir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 9,658 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qımılqışlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 2014-cü ildə Xaçmaz rayon Qımılqışlaq kənd tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ildə hərbi xidmətə getmiş, 2018-ci ildə hərbi xidmətini başa vuraraq eytiyata buraxılmışdır. 2018-ci ildə Xaçmaz rayon Peşə Liseyinə daxil olmuş, 2019cu ildə həmin liseyi əl-elektrik qaynaqçısı ixtisası üzrə bitirmişdir. Subaydır. O, çox əməksevərdir. Spirtli içkilərə və pis əməllərə meylli deyildir. Özündən böyüklərə və kiçiklərə qarşı səmimidir. Onun barəsində Qımlqışlaq İƏD-yə heç bir sorğu və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan, Xaçmaz Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli 4(067)-11/2024 saylı qərarından, 01 may 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə həbsdə saxlama müddəti başa çatdığından həbsdən azad edilmişdir. Bununla da o, 03 (üç) ay müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma müddəti, yəni 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) ay müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,518 qram narkotik vasitə - qurudulmuş marixuana Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,518 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 142 (yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) ay ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,518 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 142 (yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-119/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-119/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver