Məhkəmə qərarları › İş №1(067)-12/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-12/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-12/2022 26.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxxx 1964-cü ildə Xaçmaz rayonunun Tikan-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonunun Tikan-oba kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə, xx xxxxxx 1999-cu ildə Siyəzən rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 18 mart 2021-ci il tarixdə saat 08:00-da Xaçmaz rayonu Tikan-Oba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, Şahid3 məxsus 26 yanvar 2021-ci il tarixli AR- İİ№213842 saylı etibarnamə əsasında ona verilmiş 1 ədəd “Mariner-55” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan ZB-11 adlı taxta qayıqdan istifadə etməklə Xəzər dənizinə girib 3 ədəd istifadəsi qadağan edilmiş hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torları suda qurmuş və həmin tarixdə saat 15:00dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 ilə birlikdə hər biri 220 manat olan 2 ədəd nərə, hər biri 275 manat olan 2 ədəd dəniz sıfı, hər biri 33 manat olan 12 ədəd kütüm və hər biri 11 manat olan 140 ədəd adi siyənək balığını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 2926 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 15:00-da sahilə çıxarkən Təqsirləndirilən şəxs2 qayıqdan düşərək hadisə yerindən qaçmış, o isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onlardan 1 ədəd “Mariner-55” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan ZB-11 adlı taxta qayıq, 2 ədəd nərə, 2 ədəd dəniz sıfı, 12 ədəd kütüm və 140 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 18 mart 2021-ci il tarixdə saat 08:00-da Xaçmaz rayonu Tikan-Oba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, Şahid3 məxsus 26 yanvar 2021-ci il tarixli AR-İİ№213842 saylı etibarnamə əsasında Təqsirləndirilən şəxs1 verilmiş 1 ədəd “Mariner-55” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan ZB-11 adlı taxta qayıqdan istifadə etməklə Xəzər dənizinə girib 3 ədəd istifadəsi qadağan edilmiş hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 50x50 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torları suda qurmuş və həmin tarixdə saat 15:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 ilə birlikdə hər biri 220 manat olan 2 ədəd nərə, hər biri 275 manat olan 2 ədəd dəniz sıfı, hər biri 33 manat olan 12 ədəd kütüm və hər biri 11 manat olan 140 ədəd adi siyənək balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 2926 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 15:00-da sahilə çıxarkən qayıqdan düşüb qaçmış, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onlardan 1 ədəd “Mariner-55” markalı mühərriklə təchiz edilmiş bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan ZB-11 adlı taxta qayıq, 2 ədəd nərə, 2 ədəd dəniz sıfı, 12 ədəd kütüm və 140 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək cinayət işinin 18 noyabr 2021-ci il tarixli məhkəmə iclasındakı ifadəsində göstərdi ki, o, 18 mart 2021-ci il tarixdə, səhər saatlarında Siyəzən rayonunun Yenikənd kənd sakini olan digər Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmaq məqsədi ilə Xaçmaz rayonunun Tikan-Oba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və etibarnamə əsasında Şahid3 götürdüyü mühərrik ilə təchiz edilmiş 01 ədəd taxta qayıqdan isțifadə edərək dənizə çıxıb orada “jika” adlandırılan sintetik sapdan toxunmuș 3 ədəd toru suda qurmuşlar. Bir neçə saatdan sonra torlara düşmüş balıqları qayığa yığıb sahilə çıxmışlar. Sahilə çıxanda qayığı traktora yedəkləyərək dartıb dəniz kənarında olan qamışlı gölməçəyə aparmaq istəyərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara yaxınlaşmışlar. Bu zaman Təqsirləndirilən şəxs2 qayıqdan düşüb qaçmışdır. Ekologiya idarəsinin əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdikləri mühərrik ilə tachiz edilmiș taxta qayığa baxış keçirərkən qayığın içərisində olan Xəzər dənizindən tutduqları 02 ədəd nərə, 02 ədəd dəniz sıfı, 12 ədəd kütüm və 140 ədəd adi siyənək balıqlarını așkar edib götürmüşlər. Həmçinin bildirmişdir ki, onların Xəzər dənizində balıq tutmaq üçün balıqovlama biletləri olmamışdır. Qayığı qoşduqları traktor həmişə dəniz sahilində olmuş, sürücüsünü tanımamış, balıq ovladıqları vaxtların hər dəfəsində traktor sürücüləri eyni şəxs olmamışdır. Saxlandıqları gün küləkli olduğundan külək torları dənizdə aparmışdır, ona görə də saxlanılarkən qayıqda torlar olmamışdır. Həmin tarixli məhkəmə iclasında həmçinin bildirmişdir ki, 18.03.2021-ci il tarixdən əvvəl dənizə balıq ovlamaq üçün dörd-beş dəfə çıxmış, əvvəllər ovladıqları balıqlar zalom balıqları olmuş, 18.03.2021-ci ildə isə nərə balığı da ovlamışlar. Hazırkı cinayət hadisəsi ilə əlaqədar saxlanılanda onlar iki nəfər olmuş – o və Təqsirləndirilən şəxs2, qayığın sahibi Şahid3 onlarla olmamışdır. 18.03.2021-ci il tarixdə saxlanılarkən o və Məhəbbət Şahid3 qayığı ilə təxminən bir ay olmuşdur ki, balıq ovlamaq üçün Xəzər dənizinə girmişlər. Şahid3 onlarla balıq ovlamağa getməmişdir. Onlar hər dəfə 20-25 ədəd balıq ovlayaraq Pərvizə vermiş, sonuncu isə onlara hər dəfəsində 5-10 manat pul vermişdir. Balıq ovladıqları beş dəfədən üçündə balıqları Pərvizə vermişlər və həmin balıqlar zalom balıqları olmuşdur. Onlar balıqları ovlayaraq Pərvizə vermişlər, sonuncu isə balıqları satıb onlara maaş vermişdir. Cinayət işinin növbəti məhkəmə iclaslarında isə bildirdi ki, o, Təqsirləndirilən şəxs2la ovladıqları balıqları Şahid3 verməmişlər, ovladıqları balıqları dəniz sahilində müştərilərə satmışlar. 18.11.2021-ci il tarixli məhkəmə iclasında isə ovladıqları balıqları Şahid3 vermələri və bunun müqabilində zəhmət haqqı olaraq Şahid3 onlara 5-10 manat pul verməsi barədə bildirməsinin səbəbini bilməmiş, lakin bir daha bildirir ki, onlar ovladıqları balıqları Pərvizə verməmişlər. Onlar qayığı Pərvizdən icarəyə götürərək özləri üçün balıq ovu ilə məşğul olmuşlar. Mülki iddianı qəbul etdiyini bildirərək vurulmuş ziyanın məbləğindən 700 (yeddi yüz) manat ödədiyini, qalan məbləği isə gələcəkdə ödəyəcəyini bildirmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, ailəli olmaqla maddi vəziyyətinin pis olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək cinayət işinin 18 noyabr 2021-ci il tarixli məhkəmə iclasındakı ifadəsində göstərdi ki, o, hazırkı cinayət hadisəsini törədəndə balıq ovu ilə bir ay idi ki, məşğul olmağa başlamışdır. O həmişə balıqçılar üçün üç-beş manat qazanca görə fəhləlik etmişdir. 18 mart 2021-ci il tarixdə də çörək pulu qazanmaq üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə Xəzər dənizinə balıq ovuna çıxmışlar. Həmin gün qayıqla Şahbaz və o, dənizdən sahilə yaxınlaşmış və qayığı traktor yedəklə dartaraq sahilə çıxarmışdır. Belə ki, traktor qayığı dartıb apararaq dəniz kənarında yerləşən “balotaya” buraxır, onlar qayığı iplə bərkidirlər ki, üzərək harasa uzaqlaşmasın. Həmin gün də qayığı “balotada” o, iplə bərkitməklə məşğul olduğu vaxt aralı məsafədən bir avtomobilin saxladığını, həmin avtomobildən bir neçə nəfərin düşdüyünü, səs-küy gəldiyini görmüş və bir qədər qorxmuş, ona görə də oradan uzaqlaşmışdır. Sonradan qayıdanda görmüşdür ki, balıqları və s. götürülərək aparılmışdır. Həmçinin bildirmişdir ki, 18.03.2021-ci il tarixədək həmin bir ay ərzində dənizə balıq ovlamaq üçün 3-4 dəfə çıxmış, ümumiyyətlə, balıq ovlamaqla məşğul olmağa yeni başlamışdır. Həmin traktor qayığı dartıb yaxınlaşdıraraq dənizə çıxmağa kömək etmiş, lakin traktorçunu tanımamış, hər dəfə başqa şəxs olmuşdur. Həmin tarixli məhkəmə iclasında həmçinin bildirmişdir ki, balıq ovlmaqla məşğul olmağa başlamazdan əvvəl o, həmkəndlisi və qonşuluğunda yaşayan, balıqçılıqla məşğul olan Şahid3 həyətində fəhlə kimi işləmiş – balıq torlarını təmizləməklə məşğul olmuş, Pərviz bunun müqabilində ona pulunu gündəlik ödəmişdir. O və Təqsirləndirilən şəxs1 balıq ovlayarkən istifadə etdikləri qayıq Şahid3 məxsus olmuş, 18.03.2021-ci il tarixdən bir gün əvvəl bir yeşik zalom balığını tutaraq şəxsən Pərvizin özünə təhvil vermişlər, balıq ovlaya bildilər-bilmədilər Pərviz zəhmət haqqı kimi onlara hər gün on manat pul vermiş, yaşadığı Siyəzən rayonundan Xaçmaz rayonuna gəlib balıq ovlasa da, hər gün Siyəzən rayonuna qayıtmamış, Pərvizin Xaçmaz rayonundakı evində qalmışdır. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən də balıları Şahid3 üçün ovladığını, sonuncunun fəhləsi olduğuqlarını bildirmişdir. Cinayət işinin növbəti məhkəmə iclaslarında isə bildirdi ki, 18.11.2021-ci il tarixli məhkəmə iclasında o, balıqları Pərvizə verdiklərini deməmiş, həmin iclasda bildirmişdir ki, Pərvizin həyətində fəhlə kimi işləyəndə onlara Pərviz buna görə pul vermiş, lakin Pərvizə balıq verməmişlər və Pərviz onlara pulu sonuncu üçün balıq tutmağa görə verməmiş, sadəcə, balıqları ovladıqdan sonra Pərvizin həyətinə gətirmişlər, o və Şahbaz ovladıqları balıqları dəniz sahilində tanımadıqları müştərilərə satmışlar. 18.03.2021-ci il tarixədək balıq ovu üçün dənizə üç dəfə çıxmışlar, həmin üç dəfədən birində balıq ovlaya bilmişlər və həmin balıqları dəniz sahilində tanımadıqları müştərilərə satmışlar. Əvvəlki iclasda ola bilsin ki, əvvəl ovladıqları balıqları Pərvizin həyətinə apardıqlarını demiş, lakin bunu balıqları Pərvizə vermək anlamında deməmişdir. Ola bilsin ki, sualları düzgün başa düşməmiş, dövlət ittihamçısı sualları tez-tez verib onu çaşdırmış, həmin iclasda dedikləri isə yadında qalmamışdır. Belə ki, onun xəstəliyi ilə əlaqədar çaşqınlığı olur. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırkı cinayət əməlini maddi imkansızlıq səbəbindən etdiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi X13 ifadəsində göstərdi ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Balıqçılıqla məşğul olan vətəndaşlar mütəmadi olaraq qanunsuz balıq ovu ilə məşğul olur və ekologiya idarəsinin əməkdaşları tərəfindən belə şəxslərin yaxalanması çətinliklə başa gəlir. Ona görə ki, idarənin suda üzən nəqliyyat vasitələri, xidməti avtomobilləri yoxdur. Hazırkı iş üzrə təqsirləndirilən şəxs də dənizdən sahilə çıxdıqda saxlanılmışdır. Təqsirləndirilənlərdən Təqsirləndirilən şəxs2 idarənin əməkdaşlarını görərək qaçıb gizlənmişdir. İş üzrə təqsirləndirilən şəxslər balıq ovu zamanı istifadə etdikləri torlar qəti qadağan olunmuş torlardır. Bu torların gözləri balaca olsa da, lakin bu cür torlara nərəkimilər də düşür. Belə ki, həmin torlar “leska” adlandırılan torlardır, həmin torlara nərəkimilərin kiçik ölçülüləri, yəni tam yetişməyənləri də düşür, həmin torda burularaq məhv olurlar. Ona görə də Xəzər dənizində irihəcmli nərə balıqlarının sayı çox azalmışdır. Bu kimi balıqların yol kənarlarında, bazarlarda satışına da rast gəlinir və idarə tərəfindən buna qarşı mübarizə aparılır. Həmçinin bildirdi ki, “jilka” adlandırılan torla balıq ovlamaq qadağandır, hətta şəxsin balıqovlamaya dair icazəsi olmuş olsa belə, həmin torlarla balıq ovlamaq qadağandır. Hazırkı iş üzrə təqsirləndirilən şəxslərin qanunsuz balıq ovlamaları ilə bağlı əvvəlcədən əməliyyat məlumatının olubolmaması barədə xəbərinin olmadığını bildirərək qeyd etmişdir ki, hətta əməliyyat məlumatı olanda da elə hallar olur ki, həmin məlumat sızır və qanunsuz balıq ovlayanlar dənizdə başqa istiqamətdə gedərək sahilə çıxırlar və onları yaxalamaq olmur. Kiçik həcmli üzən nəqliyyat vasitələrinin qeydiyyatı olur, həmin nəqliyyat vasitələri ilə dənizə sərbəst çıxıla bilir, bu, gəzinti məqsədilə də ola bilər. Şəxs qanunsuz balıq ovladıqda, lakin məlumatı olanda ki, onu sahildə saxlayacaqlar, tutduğu balıqları dənizə atır və sahilə çıxaraq gəzməyə çıxdığını bildirir. Ona görə də bu kimi şəxsləri saxlamaqda çətinliklər olur. Traktorun dənizin sahilində sadəcə dayanması isə qanundan kənar deyildir. Mülki iddianı müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 cinayət işinin 23 noyabr 2021-ci il tarixli məhkəmə iclasındakı ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus həmin qayığı istifadə edərək qazanc əldə etmələri üçün ondan istəmişlər. O da həmin qayığı onlara şifahi olaraq icarəyə vermişdir. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, Məhəbbət və Şahbaz onda qayığın olduğunu bilmişlər, onlar qayığı ondan istəyəndə o imtina etməmişdir, çünki istəmişdir ki, Şahbaz və Məhəbbət də çörək pulu qazansınlar. Təqsirləndirilən şəxslərə qayığı verəndə sonunculardan balıq ovlamaq üçün icazələrinin olub-olmadığını soruşmamış, o, onlara sadəcə qayıqla bağlı etibarnamə vermişdir. Təqsirləndirilənlərlə qayığın icarə haqqını isə 200 manata razılaşmışlar, lakin sonuncular üç-dörd gündən sonra hazırkı cinayət işi ilə əlaqədar tutulduqlarından ona icarə haqqı verilməmişdir. İbtidai istintaqdakı ifadəsində Məhəbbətin və Şahbazın ona həmin qayığa görə 400 manat icarə haqqı verdiklərini bildirməsi kimi qeyd olunsa da, təqsirləndirilənlər ona pul verməmişlər, çünki onlar qayığı dörd-beş gün idi ki, istifadə etməyə başlamışlar. Həmçinin bildirdi ki, təqsirləndirilənlərə verdiyi həmin qayıq ona atasından, babasından qalmış, əlli ildir ki, istifadə olunur və həmin qayığın mülkiyyət sənədləri vardır. Həyətində həmişə təsərrüfatla məşğul olan işçilər olmuş, 3 ha ərazidə təsərrüfatı, meyvə ağacları vardır, işçilər gündəlik on manata fəhləlik etmişlər. Təqsirləndirilən şəxs2 da əvvəllər onun həyətində təsərrüfat işləri görmüşdür. Həyətində görülən işlərə görə gündəlik pul vermişdir. Bir il olmuşdur ki, qayığını təqsirləndirilən şəxslərə etibarnamə əsasında vermiş, həmin bir il müddət ərzində təqsirləndirilənlərin qayıqdan dörd-beş dəfə istifadə etdiklərindən ona görə məlumatlı olmuşdur ki, faktiki olaraq qayıq onun həyətində olmuşdur. Təqsirləndirilən şəxslər onun həyətinə ovlayaraq balıq gətirməmişlər. Təqsirləndirilən şəxslər ovladıqları balıqları özləri satmışlar, o satmamışdır və təqsirləndirilənlərin balıqları kimlərə satmasından o, məlumatsız olmuşdur. O özü də balıq ovu ilə məşğul olmuşdur, ümumiyyətlə, onlar “jilka” torlarla işləmir, sap torlarla işləyirlər. Təqsirləndirilənlər saxlanılarkən onlarda torlar aşkar olunmamışdır və sonuncuların balıq tutduqları torlar “jilka” torlar olmamış, sap torlar olmuşdur. Belə ki, təqsirləndirilən şəxslər hazırkı cinayət işi ilə əlaqədar saxlanılan gün o, qayığına görə polisə getmiş və müstəntiqdən, təqsirləndirilənlərin özlərindən maraqlanmış, müstəntiqin yanında istintaqın gedişatını, izahatları oxumuş, fotolarda da “jilka” torların əks olunmadığını bilmişdir, onu həmin sənədlərlə müstəntiq Emin Nəsirli tanış etmiş, bundan başqa da təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 müstəntiq tərəfindən onun yanında dindirilmişdir. Cinayət işinin 16 dekabr 2021-ci il tarixli məhkəmə iclasında isə bildirdi ki, işin əvvəlki məhkəmə iclasında ibtidai istintaq zamanı cinayət işinin materialları ilə tanış olduğunu, iş materiallarında “jilka” torunun mövcudluğunu təsdiq edən sənədlərin olmadığını, Təqsirləndirilən şəxs1 onun yanında müstəntiq tərəfindən dindirildiyini bildirməsi ilə bağlı dedikləri ola bilsin ki, səhvən olmuşdur. O, hazırkı cinayət işinin materiallarını görməmiş, təqsirləndirilən şəxslər onun yanımda ifadə verməmişlər, müstəntiq tərəfindən ayrı-ayrılıqda dindirilmişlər. Təqsirləndirilən şəxslərdə “jilkadan” hazırlanmış torların olmadığını, iş materiallarındakı fotolarda təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 olmasını iş materiallarından öyrənməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş mütəxəssis vəzifəsində işləyir. İşlədiyi həmin idarənin əməkdaşları ilə birlikdə iş üzrə təqsirləndirilən şəxslər qayıqla dənizdən sahilə çıxanda sonunculara yaxınlaşmışlar, həmin qayıqda iki nəfər olmuş, təqsirləndirilənlərdən cavan olanı qaçmış, yaşlı olanı isə tutub saxlamışlar. Hadisə yerində baxış keçirmişlər, bununla bağlı çəkilişlər də vardır. Təqsirləndirilən şəxslərin ovladıqları balıqların sayı təxminən 154-156 ədəd, nərə, sıf, kütüm, siyənək balıqları olmuşdur. Həmin balıqlar onlar tərəfindən götürülmüşdür. Həmçinin bildirdi ki, reyd zamanı dənizdə qayığı aşkar etmişlər, sahilə çıxanda qayıqdakılardan Təqsirləndirilən şəxs1 yaxalamış, Təqsirləndirilən şəxs2 isə qayıqdan düşüb qamışlığa qaçmış, Təqsirləndirilən şəxs1 da qaçmaq istəmiş, lakin əynində kombinezon olduğu üçün qaça bilməmişdir. O, əvvəldən piyada gəlib qamışlığın kənarında durmuş, qayıq sahilə çıxmış, traktora qoşulmuş, traktor qayığı sahilə çıxarmışdır. O, traktorçunu yalnız üzdən tanımışdır. Təqsirləndirilən şəxsləri saxlanılarkən ilk dəfə idi görmüşdür. Şahid3 öz qayığı vardır, sonuncu özü də dənizə çıxıb balıq ovlamaqla məşğul olmuşdur. Hadisə yeri yaşayış məntəqəsindən uzaq olduğu üçün hal şahidi dəvət edə bilməmişlər, lakin videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş mütəxəssis-mühafizə yegəri vəzifəsində işləyir. 2021-ci ilin mart ayında onların dəniz kənarında keçirdikləri reyd zamanı balıqçı qayığı sahilə çıxmışdır. Onlar həmin qayığa yaxınlaşanda qayıqda olanlardan biri qaçmış, digərini isə saxlamışlar. Hadisə yerində baxış keçirmişlər, balıqovlama bileti olmadan qanunsuz balıq ovalandığını aşkar etmişlər. Ovlanmış həmin balıqlar təxminən 156 ədəd olmuşdur. Həmin balıqlar götürülərək sənədləşdirilmişdir. Həmçinin bildirdi ki, onlar reyd zamanı dəniz kənarına “NİVA” markalı avtomobil ilə getmişlər. Onlar təqsirləndirilən şəxslərə yaxınlaşanda traktor qayığı sahilə çəkib çıxarmaqda olmuş və onlar çatanda artıq dayanmışdır. O, həmin traktorçunu tanımır. Onlar maddi sübutları sənədləşdirməklə məşğul olduqlarından traktorçudan fikirləri yayınmış, tarktorçunun isə hadisə yerindən nə vaxt getdiyini xatırlamamışdır. Hadisə yerində sənədləşmə işini idarənin əməkdaşı Şahid1 icra etmiş, video-fotoçəkilişləri də İkram etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş mütəxəssis-mühafizə yegəri vəzifəsində işləyir. Reyd zamanı iş üzrə təqsirləndirilən şəxslər qayıqla dənizdən sahilə çıxanda onlardan birini, yəni Təqsirləndirilən şəxs1ı tutub saxlamışlar, digəri isə qaçaraq uzaqlaşmışdır. Qayığa baxış keçirəndə nərə, sıf, kütüm, siyənək balıqları aşkar edilmişdir. Həmçinin bildirdi ki, onlar reyd zamanı dəniz kənarına avtomobil ilə getmişlər, lakin avtomobili təxminən bir kilometr aralıda saxlayıb təqsirləndiriləni saxladıqları yerin yaxınlığındakı qamışlıqda gizlənib gözləmişlər. Onlar yaxınlaşanda traktor yedək ilə qayığı sahilə çıxarmaqda olmuşdur. Qayıqda cəmi iki nəfər, traktorçu isə tək olmuşdur. Onlar traktorçunun kimliyini araşdırmamışlar. O, təqsirləndirilənlərin kimin üçün balıq ovladıqlarını bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 2021-ci ilin mart ayında qanunsuz balıq ovu ilə əlaqədar onlar tərəfindən Xaçmaz rayonunun Tikan-Oba kəndi istiqamatində Xəzər dənizinin sahilində reyd keçirilmişdir. Onlar təqsirləndiriləni saxladıqları yerə avtomobili aralıda saxlayaraq piyada getmişlər, çünki qanunsuz balıq ovu ilə məşğul olanlar uzaqdan avtomobili görən kimi qaçırlar. Onlar hadisə yerinə çatanda qayıq artıq dənizdən sahilə çıxmışdır. Həmin qayıqda iki nəfər olmuş, onlardan biri onları görüb qaçıb uzaqlaşmış, digərini isə saxlamışlar. Həmin qayığa baxış keçirilərkən qayıqda balıqlar aşkar olunmuşdur. Həmçinin bildirdi ki, reyd zamanı dörd nəfər olmuşlar, getdikləri avtomobili hadisə yerindən təxminən beş yüz metr kənarda saxlamışlar. Onlar yaxınlaşanda traktor qayığı sahilə çıxarmış və qayıq traktora qoşulu vəziyyətdə olmuşdur. Onlar videoçəkilişlə yaxınlaşanda traktorçu traktordan düşərək çıxıb getmişdir. Həmin traktorçunun kimliyini öyrənməmişlər, müstəntiqə də bu barədə heç nə bildirilməmişdir, lakin fotoşəkillərdə traktorun görüntüsü əks olunmuşdur. Qanunsuz balıq ovu ilə məşğul olanları aşkar etdikdə o, sənədləşmə işini aparır, həmin şəxslər saxlanılanda hal şahidləri dəvət olunmalıdır, lakin iş üzrə təqsirləndirilənləri saxladıqları yer çöllük ərazi, yaşayış massivindən beş kilometr aralı yer olduğundan hal şahidi tapa bilməmişlər, hal şahidi olmayanda video-fotoçəkilişdən istifadə edirlər, hazırkı cinayət işi ilə əlaqədar hadisə yerində videoçəkiliş edilmiş və həmin çəkiliş onun tərəfindən aparılmışdır. Videoçəkilişin köçürüldüyü diskin müstəntiqə təqdim edilib-edilmədiyini xatırlamamış, videoçəkiliş barədə ondan soruşan olmadığı üçün, həmçinin müstəntiq tərəfindən soruşulmadığı üçün bu barədə bildirməmişdir, lakin məhkəməyə təqdim edə biləcəyini bildirərək məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dəvət edilərək cinayət işinin 16 dekabr 2021-ci il tarixli iclasında dindirilmiş Su Nəqliyyatında Baş Polis İdarəsinin Su NPİ-nin İstintaq bölməsinin müstəntiqi X19 bildirdi ki, hazırkı işin ilkin sənədləşməsi ekologiya idarəsində aparılmış, sonra isə təhqiqatda olmuşdur. Cinayət işini o başlamış, iş onun icraatında təxminən 20 gün olmuş, o, müəyyən sorğular etmişdir. Ekologiya idarəsinin əməkdaşları aktda videoçəkiliş barədə qeyd etmədikləri üçün videoçəkiliş iş materiallarına əlavə edilməmişdir. İş onun icraatında olanda o, şahid dindirməmiş, məhkumluq barədə sorğular verilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dəvət edilərək cinayət işinin 16 dekabr 2021-ci il tarixli iclasında dindirilmiş Su Nəqliyyatında Baş Polis İdarəsinin Su NPİ-nin İstintaq bölməsinin baş müstəntiqi X14 bildirdi ki, təqsirləndirilənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid3 tanımışdır. Hazırkı iş üzrə şahidlərin onun tərəfindən dindirilməsini xatırlamadığını bildirmişdir. Daha sonra bildirdi ki, o, iş üzrə təqsirləndirilən şəxsləri və Şahid3 ayrı-ayrılıqda dindirmiş, bir-birlərinin yanında dindirməmişdir. Ekologiya idarəsindən daxil olmuş hazırkı işin materiallarından təqsirləndirilən şəxslərin, şahidlərin telefon nömrələrini tapıb zəng edib ifadə vermələri üçün polis idarəsinə çağırmış, təqsirləndirilən şəxslər, Şahid3 birlikdə gəlmişlər. Həmin vaxt o bilməmişdir ki, kim kimdir. Onları özünün iş otağına birlikdə dəvət etmiş, dindirməyə başlayanda isə otaqdan çıxarıb birbir dindirmişdir. Onları guya birlikdə dindirmələrini Şahid3 ola bilsin, savadsızlığı səbəbindən belə bildirmişdir. Hadisə yerində traktor olması, traktorçu barədə onun məlumatı olmamış, iş materiallarında da bu barədə qeyd olunmamışdır. O, hadisə yerində olan şəxslər barədə təqsirləndirilən şəxslərə suallar vermiş, DSX-yə sorğular göndərmişdir. Ekologiya idarəsi tərəfindən videoçəkiliş barədə ona bildirilməmiş, yalnız fotoşəkillər təqdim olunmuşdur. O, hadisə yerinə baxış ilə əlaqədar videoçəkilişə ehtiyac olmadığını, CPM-də də belə tələb olmadığını bildirərək bu səbəbdən videoçəkiliş barədə rəsmi sorğu verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X1 qızının ifadəsindən müəyyən edilir ki, o, Azərbaycan Respublikası Məhkəmə X5 ekspertizalar şöbəsinin eksperti vəzifəsində çalışır. Su Nəqliyyatında Pİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Anar Şahverdiyevin 10 aprel 2021-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərarı 14 aprel 2021-ci il tarixdə icraatına daxil olmuşdur. Tədqiqat obyekti HK-1.62 №-li material üzrə ekspertizanın təyin edilməsi haqqında 10.04.2021-ci il tarixli qərar və balıqlar olmuşdur. Tədqiqatın nəticəsi olaraq müəyyən etmişdir ki, balıqlar və digər su bioresursları qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən (ölçüsündən və çəkisindən asılı olmayaraq) 156 ədəd müxtəlif adda balıqların qanunsuz ovlanması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021-ci ilin mart ayına 2442,00 manat təşkil etmişdir. Lakin hesablama apararkən texniki səhv edib adi sıf balığının qiyməti ilə dəniz sıfı balığını hesablamışdır. Belə ki, dəniz sıfı balığının 1 ədədi 275 manat təşkil edir. 2 ədəd dəniz sıfı balığının qiyməti isə 550 manat təşkil edir. Belə olan halda 156 ədəd müxtəlif adda balıqlara görə balıq ehtiyatlarına dəymiş ziyanın 2442,00 manat yox, 2926 manat təşkil etdiyini bildirmişdir. İş materiallarında olan 18 mart 2021-ci il tarixli 68856 saylı Akt-dan, ona əlavə edilmiş fotoşəkillərdən və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 mart 2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki, həmin İdarənin əməkdaşları tərəfindən 18 mart 2021-ci il tarixdə Xəzər dənizi sahil zolağında aparılmış monitorinqlər zamanı Xaçmaz rayonunun Tikanoba kəndi istiqamətində keçirilmiş reyd zamanı iş üzrə təqsirləndirilən şəxslərin AŞA- 8139 bort nömrəli, mühərrikli taxta qayıqla sahilə yan aldıqlarını müşahidə etmişlər, qayığa keçirilmiş baxış zamanı qayıqdan lazımi icazə sənədi olmadan qanunsuz olaraq ovlanmış 140 ədəd adi siyənək balığı, 12 ədəd kütüm balığı və ovlanması qanunla qadağan edilmiş Azərbaycan Respublikası “Qırmızı Kitabı”na daxil edilmiş 02 ədəd vətəgə ölçüsündən kiçik nərə balığı və 02 ədəd dəniz sıfı aşkar edilərək götürülmüşdür. Həmin şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlət Nazirliyi yanında X6 Xidmətinin 14 aprel 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, 14 aprel 2021-ci il tarixə kimi iş üzrə Təqsirləndirilən şəxs1 Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlət Nazirliyi yanında X6 Xidmətinin 17 avqust 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, 17 avqust 2021-ci il tarixə kimi iş üzrə Təqsirləndirilən şəxs2 Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 mart 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslərin qanunsuz olaraq ovladıqları balıqlardan 02 ədədi nərə balığı, 02 ədədi dəniz sıfı balığı, 12 ədədi kütüm balığı və 140 ədədi isə adi siyənək balığıdır. Bu balıqların qanunla balıqovlama bileti olmadan ovlanması qadağandır. İş materiallarında olan “İddia hesabatı”ndan müəyyən edilir ki, 01 ədəd nərə balığının qanunsuz tutulması ilə vurulan ziyan: 01x220=220 manat – 220x02=440 manat; 01 ədəd dəniz sıfı balığının qanunsuz tutulması ilə vurulan ziyan: 01x275=275 manat – 275x02=550 manat; 01 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan: 01x33=33 manat – 33x12=396 manat; 01 ədəd adi siyənək balığının qanunsuz tutulması ilə vurulan ziyan: 01x11=11 manat – 11x140=1540 manat olmaqla, balıq ehtiyatlarına dəymiş cəmi ziyan məbləği 2926 (iki min doqquz yüz iyirmi altı) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/2266 saylı ekspert rəyindən müəyyən edilir ki, balıqlar və digər su bioresursları qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş ”Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən (ölçüsündən və çəkisindən asılı olmayaraq) 156 ədəd müxtəlif adda balıqarın qanunsuz ovlanması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021-ci ilin mart ayına 2442 manat müəyyən edilir: 2 ədəd nərə - 440 manat; 2 ədəd dəniz sıfı – 66 manat; 12 ədəd kütüm – 396 manat; 140 ədəd adi siyənək – 1540 manat. Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. Yuxarıda qeyd olunan ekspertiza rəyini vermiş ekspert X1 qızının iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, hesablama apararkən texniki səhv edib adi sıf balığının qiyməti ilə dəniz sıfı balığını hesablamışdır. Belə ki, dəniz sıfı balığının 01 ədədi 275 manat təşkil edir. 02 ədəd dəniz sıfı balığının qiyməti isə 550 manat təşkil edir. Belə olan halda, 156 ədəd müxtəlif adda balıqlara görə balıq ehtiyatlarına dəymiş ziyanın 2442 manat deyil, 2926 manat təşkil etdiyini bildirmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, yaranmış texniki səhvə görə 08.05.2021-ci il tarixli, 9/2266 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsində balıq ehtiyatlarına dəymiş ziyan 01 ədəd dəniz sıfı balığına görə 275 manat, 02 ədəd dəniz sıfı balığına görə 550 manat, balıq ehtiyatlarına dəymiş ümumi ziyan isə 2926 manat oxunması qərara alınmışdır. İş materiallarında olan “Gəmi Bileti”nin (AA № 08146) təsdiqlənmiş surətindən və hadisə yerində çəkilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslərin hazırkı cinayət əməlini törədərkən istifadə etdikləri nəqliyyat vasitəsi ZB-11 adlı, Mariner 55 markalı mühərriklə təchiz edilmiş, bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan taxta qayıq olmuşdur. İş materiallarında olan etibarnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslərin hazırkı cinayət əməlini törədərkən istifadə etdikləri ZB-11 adlı, Mariner 55 markalı mühərriklə təchiz edilmiş, bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan qayığa dair səlahiyyətləri X4 Pərviz Nəcməddin oğluna, sonuncu isə Təqsirləndirilən şəxs1 etibar etmişdir. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli protokoldan, 19 mart 2021-ci il tarixli aktdan, “Maddi sübut kimi tanıma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” 14.09.2021-ci il tarixli qərarlardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 01 ədəd “Mariner-55” markalı mühərriklə təchiz edilmiş, bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan 01 ədəd özü üzən nəqliyyat vasitəsi sayılan ZB-11 adlı taxta qayıq, 02 ədəd nərə balığı, 02 ədəd dəniz sıfı balığı, 12 ədəd kütüm balığı və 140 ədəd adi siyənək balığı maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün “Dənizçi” kafesinin sahibi X7, qayıq isə saxlanılması üçün sahibi Şahid3 təhvil verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının “Balıqçılıq haqqında” 27 mart 1998-ci il tarixli Qanunun 1-ci maddəsinə görə: balıqçılıq - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemidir; balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, ovlanması, toplanması və akvakultura üçün istifadə edilən təbii və ya süni yaradılmış su hövzələridir; balıq - balıqçılıq su obyektlərində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıqdır. Həmin Qanunun 6-cı maddəsinə görə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi balıqçılıq su obyektidir. Həmin Qanunun 3-cü maddəsinə görə, balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur. Həmin Qanunun 7-ci maddəsinə görə, balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi balıqçılıq sahəsində dövlətin əsas prinsiplərindəndir. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə görə, ətraf mühitə zərərli təsir - ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 №-li qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 1.6-cı bəndinə görə, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu balıqovlama bileti əsasında həyata keçirilir. Həmin Qaydaların 2.5.1-ci bəndinə görə, balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının sənaye ovu qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 256.1-ci maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu cinayət əməli özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə həmin Məcəllənin 256.2.2-ci maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs, yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin Məcəllənin 256.3-cü maddəsinin tərkibini yaradır. Bu cinayətin predmeti balıqlar və digər su bioresurslarıdır. Qeyd olunan cinayət əməlinin obyektiv cəhəti balıqların və digər su bioresurslarının xeyli miqdarda ziyan vurulmasına səbəb olan qanunsuz tutulmasında ifadə olunur. Tutma dedikdə, balıqların və digər su bioresurslarının ovlanmış və ya tutulmuş canlı təbiət obyektlərinin həcmindən asılı olmayaraq, onlara faktiki sahibolma ilə nəticələnən ovlanması, tutulması, öldürülməsi (yemək üçün kəsilməsi) və təbii mühitdən digər formada çıxarılması prosesi başa düşülür. Balıqlar və ya başqa su heyvanlarını qanunsuz tutma dedikdə, bu prosesin həyata keçirilməsi zamanı şəxsin ova dair müvafiq normativ aktlarla müəyyən edilmiş ümumi qadağanları pozması, yaxud balıqları və digər su bioresursları tutmanın predmetini, həcmini, yerini, vaxtını və üsullarını müəyyən edən icazənin şərtlərini pozması başa düşülür. Cinayət Məcəlləsinin 256.2-ci maddəsində qeyd olunan cinayətin özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən istifadə edilməklə törədilməsi ağırlaşdırıcı tərkib əlaməti qismində nəzərdə tutulmuşdur. Özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən istifadə etmə dedikdə, balıqların və digər su bioresurslarının qanunsuz tutulmasında katerlərdən, motorlu qayıqlardan, sair kiçik ölçülü üzən vasitələrdən istifadə olunması başa düşülür. Cinayət Məcəlləsinin 256.3-cü maddəsində qeyd olunan cinayətin xüsusilə ağırlaşdırıcı tərkib əlaməti qismində onun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs, yaxud mütəşəkkil dəstə tərəfindən törədilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 №-li qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə görə, ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən edilir: dəniz sıfı (“Qırmızı kitab”a daxil edilmişdir) – 275 manat; nərə - 220 manat; kütüm – 33 manat; siyənəyin digər növü (adi) – 11 manat. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256-cı maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmdən, Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və iş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin məktubundan və ona əlavə edilmiş “Amnistiya tətbiq edilməsi barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər Xaçmaz rayon məhkəməsinin 11 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndinə əsasən o, Xaçmaz rayon İcra şöbəsinin 22 avqust 2016-cı il tarixli qərarı ilə həmin cəzadan azad olunmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Uzunoba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 özünü tərbiyəli, bacarıqlı bir insan kimi tanıtmışdır. O özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuşdur. Böyük və kiçiklər arasında xüsusi hörmət qazanmışdır. Ünsiyyətli və nəzakətlidir. Həmyaşıd və dostları ilə mehriban münasibətdədir. Qonşularla xoş rəftar edir, hər zaman onlara yardımçı olur. Ümumilikdə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli bank qəbzindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməli nəticəsində vurduğu ziyanla bağlı verilmiş mülki iddia məbləğindən 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini mülki iddiaçının hesabına köçürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Siyəzən RİHB-nın Yenikənd kənd İƏD-də nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 1999-cu ildən hal-hazıra kimi Siyəzən rayonunun Yenikənd kəndinə yşayır. Heç yerdə işləmir, subaydır, hərbi xidmətdə olmamışdır. Onun barəsində Nümayəndəliyə heç bir yazılı və ya şifahi ərizəşikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının 11 avqust 2021-ci il tarixli, 1766 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanla bağlı qismən ödəniş etməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 münasibətdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə isə Siyəzən rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 08.02.2022-ci il tarixli 1(067)- 12/2022 sayl qərarından, Siyəzən rayon polis şöbəsinin 19.02.2022-ci il tarixli məktubundan və Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 19 fevral 2022-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 03 (üç) ay 07 (yeddi) gün müddətdə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı həbsdə olma müddəti, yəni 03 (üç) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 06 (altı) ay 14 (on dörd) gün ona təyin olunacaq əsas cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:30-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:30-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli protokoldan, 19 mart 2021-ci il tarixli aktdan, “Maddi sübut kimi tanıma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” 14.09.2021-ci il tarixli qərarlardan müəyyən edilir ki, iş üzrə maddi sübutlar - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 01 ədəd “Mariner-55” markalı mühərriklə təchiz edilmiş, bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan 01 ədəd özü üzən nəqliyyat vasitəsi sayılan ZB-11 adlı taxta qayıq saxlanılması üçün sahibi Şahid3 təhvil verilmiş, 02 ədəd nərə balığı, 02 ədəd dəniz sıfı balığı, 12 ədəd kütüm balığı və 140 ədəd adi siyənək balığı Xaçmaz rayonu İstisu qəsəbəsində fəaliyyət göstərən “Dənizçi” kafesinin sahibi X7 təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törədərkən istifadə etdikləri vasitə (alət) olan 01 ədəd “Mariner-55” markalı mühərriklə təchiz edilmiş, bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan 01 ədəd özü üzən nəqliyyat vasitəsi sayılan ZB-11 adlı taxta qayığın saxlanılması üçün sahibi Şahid3 təhvil verilməsi nəzərə alınmalı və hökm qanuni qüvvəsini aldıqdan sonra həmin qayıq sahibi Şahid3 saxlanılmalıdır (qaytarılmalıdır). İş üzrə maddi sübut - 02 ədəd nərə balığının, 02 ədəd dəniz sıfı balığının, 12 ədəd kütüm balığının və 140 ədəd adi siyənək balığının “Dənizçi” kafesinin sahibi X7 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxslərin hazırkı cinayət işi ilə bağlı cinayət əməlini törədərkən saxlanılmasının videoçəkilişinin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X8, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş materiallarında olan iddia ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 02 ədəd nərə, 02 ədəd dəniz sıfı, 12 ədəd kütüm və 140 ədəd adi siyənək balıqlarını ovlaması nəticəsində balıq ehtiyatlarına vurulan ziyanın məbləğinin, yəni 2926 (iki min doqquz yüz iyirmi altı) manat məbləğin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq mülki iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına köçürülməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 mart 2021-ci il tarixli aktdan və 29 mart 2021-ci il tarixli bank qəbzindən müəyyən edilir ki, hazırkı cinayət işində qanunsuz olaraq ovlanmış 02 ədəd nərə, 02 ədəd dəniz sıfı, 12 ədəd kütüm və 140 ədəd adi siyənək balıqları ayrı-ayrılıqda bazar qiyməti ilə qiymətləndirilərək ümumi satış məbləği 173 (yüz yetmiş üç) manat təşkil etməklə Xaçmaz rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Dənizçi” kafesinin sahibi X7 təhvil verilmiş və sonuncu həmin balıqların satış qiymətini – 173 (yüz yetmiş üç) manat məbləği bank vasitəsilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına (AZ78CTRE******************** VÖEN: **********) köçürmüşdür. Həmçinin iş materiallarına əlavə edilmiş 25 yanvar 2022ci il tarixli bank qəbzindən müəyyən edilir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməli nəticəsində vurduğu ziyanla bağlı verilmiş mülki iddia məbləğindən 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına (AZ78CTRE******************** VÖEN: **********) köçürmüşdür. Bununla da məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 2053 (iki min əlli üç) manat məbləğində pul alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına ödənilməlidir. Hesab: X9, Kod 210005 VÖEN **********. Müxbir hesab: AZ41NABZO13601**********3944 SWİFT: BİK CTREAZ22. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi: AZ78CTRE******************** VÖEN: **********, Təsnifat kodu: 142582, Səviyyə kodu: 3 Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə balıqovlama fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:30dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə balıqovlama fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı tutularaq həbsdə olduğu 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 06 (altı) ay 14 (on dörd) gün ona təyin olunmuş əsas cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il müddətinə balıqovlama fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:30dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bahdur oğluna təyin edilmiş balıqovlama fəaliyyəti ilə məşğulolma hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübut - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törədərkən istifadə etdikləri vasitə (alət) olan 01 ədəd “Mariner-55” markalı mühərriklə təchiz edilmiş, bort nömrəsi 8139, seriyası AŞA, reyestr nömrəsi 139 olan 01 ədəd özü üzən nəqliyyat vasitəsi sayılan ZB-11 adlı taxta qayığın saxlanılması üçün sahibi Şahid3 təhvil verilməsi nəzərə alınsın və hökm qanuni qüvvəsini aldıqdan sonra həmin qayıq sahibi Şahid3 saxlanılsın (qaytarılsın). İş üzrə maddi sübut - 02 ədəd nərə balığının, 02 ədəd dəniz sıfı balığının, 12 ədəd kütüm balığının və 140 ədəd adi siyənək balığının Xaçmaz rayonu İstisu qəsəbəsində fəaliyyət göstərən “Dənizçi” kafesinin sahibi X7 təhvil verilməsi və həmin balıqların bazar qiyməti olaraq qiymətləndirilmiş 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin X10 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına köçürülməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxslərin hazırkı cinayət işi ilə bağlı cinayət əməlini törədərkən saxlanılmasının videoçəkilişinin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X8, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 2053 (iki min əlli üç) manat məbləğində pul alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına ödənilsin. Hesab: X9, Kod 210005 VÖEN **********. Müxbir hesab: AZ41NABZO13601**********3944 SWİFT: BİK CTREAZ22. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi: AZ78CTRE******************** VÖEN: **********, Təsnifat kodu: 142582, Səviyyə kodu: 3 Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə isə Siyəzən rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar