Məhkəmə qərarları › İş №1(067)-12/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-12/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-12/2025 26.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluöu olmayan, ünvan 1 ünvandayaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş və bir otaqda qalmış Zərərçəkmiş şəxs1 məxsus üzərində "xxxx" MMC- yə aid 7 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not9» model mobil telefonu-cəmi 507 manat dəyərində, Zərərçəkmiş şəxs5 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 250 manat dəyərində «XİOMİ Mİ8» model mobil telefonu, içərisində 50 manat pul, 195 manat dəyərində mobil telefon qulaqcığı, sonuncuya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi olan 60 manat dəyərində pul kisəsini-cəmi 565 manat dəyərində, qaldıqları otaqda olan çarpayının üstündən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:10 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağın qarşısına gəlmiş, qabaqcadan razılaşdıqları kimi Şahid1 otağın qarşısında pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə etməklə yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs2 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 600 manat dəyərində «Samsung Galaxy A32» model mobil telefonu-cəmi 610 manat dəyərində, Zərərçəkmiş şəxs7 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Samsung A-32» model mobil telefonucəmi 505 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs3 məxsus üzərində "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Redmi Not 9S» model mobil telefonu-cəmi 505 manat dəyərində və Zərərçəkmiş şəxs6 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***- ***-**-** nömrəli danışıq kart olan 550 manat dəyərində «Samsung A-71» model mobil telefonu-cəmi 555 manat dəyərində, qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:15 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 qaldıqları otağın qarşısına gəlmiş, qabaqcadan razılaşdıqları kimi Şahid1 otağın qarşısında pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə etməklə yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs8 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli və "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartları olan 550 manat dəyərində göy rəngli “Redmi Not 9” model mobil telefonu-cəmi 560 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs4 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not 9C» model mobil telefonu-cəmi 505 manat dəyərində, qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin iyul ayında Xaçmaz rayonunun, Nabran kəndi ərazisində yerləşən, “Atlant» istirahət mərkəzində işləyən tanışı Babəkin yanına qonaq gedmişdir. O, sonradan elə oldu ki, orada 15 gün qalmalı oldu. Oğurluq hadisəsini o sonuncu gün etmişdir. Oğurluq edən gün o, sərxoş olmuşdur. İçgili olduğundan oğurladığı mobil telefonların modelləri yadında qalmamışdır. Oğurladığı telefonları Bakı şəhərində satmış, lakin həmin yer onun yadında qalmamışdır. Satdığı telefonların pulundan Babəkə pul verməmişdir, hamsın özü xərcləmişdir. Babəkə yalnız həmin telefonlardan birini vermişdir, Babək onun verdiyi telefonu sonradan zərərçəkmiş şəxsə qaytarmışdır. Lakin oğurluq edərkən pul, telefon qulaqcığı və pul kisəsi oğurlamamışdır. Törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Dos- 84, ev 2, mənzil 31-də yaşamışdır. O, əslən Ağdam rayonundan olan Şahid1 2017- ci ilin yay aylarından tanıyır. 2017-ci ilin avqust ayında o, işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. İstanbul şəhərində olarkən o, Babəklə tanış olmuş və onlar təxminən 15-20 gün İstanbul şəhərində olan toxuculuq sexində işləmişlər. Sonradan isə o, Babəkdən ayrılıb İstanbul şəhərində olan başqa fabrikdə işləmiş, sonradan isə qayıdıb Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra o, bilmişdir ki, Babəkdə qayıdıb Azərbaycana gəlib. Sonrakı illərdə o, mütəmadi olaraq Babəklə əlaqə saxlamış və o, nə vaxt Bakı şəhərinə gəlsə Babəklə görüşmüşdür. 2022-ci ilin yaz ayları olardı Bakı şəhərində Babəklə görüşərkən sonuncu ona demişdir ki, Xaçmaz rayonu, Nabran kəndində «Atlant» istirahət mərkəzi var, eşitdiyinə görə həmin istirahət mərkəzində işləyən masa xidmətçiləri yaxşı pul qazanırlar, istəyirsə birlikdə gedib orada işləsinlər. Həmin vaxt o, Babəkə Xaçmaz rayonu, Nabran kəndinə gəlmək istəmədiyini bildirmiş və ondan ayrılıb getmişdir. 2022-ci ilin iyun ayının son günlərində Bakı şəhərində Babəklə görüşərkən ona demişdir ki, birlikdə Xaçmaz rayonu, Nabran kəndinə gedib «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləsinlər. Babək onunla razılaşmış və 2022-ci ilin iyul ayının üçü və ya dördü olardı Babəklə birlikdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmişlər və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün əmək müqaviləsi bağlamadan onu və Babəki masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə Babəklə birlikdə «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişlər. O, və Babəkdən başqa Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Şahid2, Zərərçəkmiş şəxs4, X13 və adlarını xatırlamadığı başqa şəxslərdə «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. Onunla Babəkdə digər masa xidmətçiləri ilə birlikdə restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli binanın birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Babək, İdrak, Nurlan, digər otaqlarda isə başqa masa xidmətçiləri yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində Babəklə birlikdə qaldıqları otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemişlər, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişlər. 14 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində iş vaxtı başa çatdıqdan sonra istirahət mərkəzinin restoranında Babəklə birlikdə yemək yeyərkən bir litrdən çox araq içmişlər, həmin gün saat 06 radələrində isə qaldıqları otağa getmişlər ki, yatıb dincəlsinlər. Otağa daxil olarkən Babəkə demişdir ki, gəl masa xidmətçilərinin mobil telefonlarını və pul kisələrini götürüb Bakı şəhərinə gedək. Babək onunla razılaşmış və onlarla bir otaqda qalan İdrakla Nurlanın mobil telefonlarını və İdrakın pul kisəsini götürdükdən sonra qaldıqları otaqdan bayıra çıxıb Babəklə razılaşmışlar ki, sonuncu gələn olsa ona xəbər etməsi üçün bayırda dayanıb gözləsin, o, özü isə digər masa xidmətçilərinin qaldıqları otaqlara daxil olub onlarında mobil telefonlarını götürsün. Təxminən saat 06:10 radələri olardı Babək bayırda dayanıb ətrafa nəzər yetirmiş, o, isə Elnurun, Pünhanın, İlqarın, Şəhriyarın yatdıqları otağın qapmısı açıb içəri daxil olmuş və otağın pəncərəsini qarşısından Şəhriyara, İlqara, Elnura, Pünhana məxsus mobil telefonları götürdükdən sonra bayıra çıxıb Babəkin yanma gələrək ona demişdir ki, mobil telefonları götürmüşdür. Oğurladığı mobil telefonları saxlaması üçün Babəkə verdikdən sonra təxminən saat 06:15 radələrində o, digər masa xidmətçiləri Vüqarın, Ramişin və Fəridin yatdıqları otağın qapısını açıb içəri daxil olaraq onlara məxsus mobil telefonlarıda götürmüş və bayıra çıxıb Babəkin yanma gələrək ona demişdir ki, həmin otaqdan da mobil telefonları götürmüşdür. Bundan sonra onlar piyada Nabran- Xudat avtomobil yolunun kənarına gələrək tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xudat şəhərinə gəlmişlər. Xudat şəhərində həmin avtomobildən düşdükdən sonra markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinə əyləşib Bakı şəhərinə getmişlər. 15 iyul 2022-ci il tarixdə Babəklə birlikdə 20 Yanvar və Neftçilər metrostansiyasmm yaxınlığında olan mobil telefon satışı mağazalarına Babəkin şəxsiyyət vəsiqəsinin kserosurətlərini təqdim edərək oğurladıqları mobil telefonları satmışlar, əldə etdikləri puluda Babəklə bir yerdə xərcləmişlər. İdraka məxsus pul kisəsində olan bank kartından istifadə etməklə 90 manat məbləğində özünə lazım olan əşyaları almış, sonra isə bank kartını və İdrakın pul kisəsini içərisində olan əşyalarla birlikdə atmışdır. Etdiyi əməldən peşimandır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Ağaverdioba kəndində yaşayır. Yay fəsli olduğu üçün 06 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs7, Şahid2, X5, Zərərçəkmiş şəxs4da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. Adlarını qeyd etdiyi şəxslərdən başqa adlarını Elçin və Babək bildiyi iki nəfərdə «Atlant» istirahət mərkəzində işləmişlər. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə qulluq göstərmişlər. O, özüdə hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Elçin, Babək və İdrak yatmış, digər masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində iş vaxtı başa çatdığı üçün qaldığı otağa gəlib çarpayının üstünə uzanmış və özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Redmi Not9» markalı mobil telefonunu isə başının altında olan yastığa yaxın çarpayının üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində digər otaqda qalan Pünhan onların qaldığı otağa gəlib mobil telefonunu tapa bilmədiyini bildirmişdir. Pünhanın sözündən sonra baxanda görmüşdür ki, onunda mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonlarını və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmağından istifadə edərək mobil telefonları və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Redrni Not9» markalı mobil telefonu 2021-ci ilin mart ayında 700 manata, üzərində olan 077-56607-04 nömrəli danışıq kartını isə 7 manata amışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 500 manat olardı. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, o, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olsada valideyinləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, ev 51-də yaşayır. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin ikinci kurs tələbəsidir. Yay tətili olduğu üçün 01 iyul 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs7, Şahid2, X5, Zərərçəkmiş şəxs4da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan 4-5 gün sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını. Elçin isə Gəncə şəhərində yaşadığını demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özü hər gün istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Elnur, Pünhan, İlqar yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak yatmış, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə gedib hovuz kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. Axşam saat 19 radələrində iş vaxtı başa çatdığı üçün qaldığı otağa gəlib özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Samsung Galaxy A32» markalı mobil telefonunu pəncərənin qarşısına qoyub çarpayının üstünə uzanaraq yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində yuxudan oyananda görmüşdür ki, onunla bir otaqda qalan Pünhan öz mobil telefonunu axtarır. Sonra Elnurda mobil telefonunu tapa bilmədiyini bildirmiş və o, pəncərənin qarşısına baxanda görmüşdür ki, onunda mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlaııt» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər otaqlara daxil olub onların yatmağından istifadə edərək mobil telefonları və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Samsung Galaxy A32» markalı mobil telefonu 30 iyul 2021-ci il tarixdə 780 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 10 manata amışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 600 manat olardı. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs8 ifadəsindən görünür ki, valideyinləri ilə birlikdə Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompyuter mühəndisliyi fakültəsinin üçüncü kurs tələbəsidir. Yay tətili olduğu üçün 05 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra o, həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs7, Şahid2, X5, Zərərçəkmiş şəxs4da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan 4-5 gün sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. O, özüdə hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Fərid, Vüqar, Gündüz, İsmi yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak yatmış, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində iş vaxtı başa çatdığı üçün qaldığı otağa gəlib çarpayının üstünə uzandıqdan sonra özünə məxsus üzərində ***- ***-**-** və ***-***-**-** nömrəli danışıq kartları olan «Redmi Not9» markalı mobil telefonunu otağın pəncərəsinin qarşısına qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində Aslan adlı oğlan gəlib onu yuxudan oyatmış və o, pəncərənin qarşısına baxanda görmüşdür ki, mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonlarını və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmağından istifadə edərək mobil telefonlarını və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Redmi Not9» markalı mobil telefonu 2021-ci ilin dekabr ayında 600 manata, üzərində olan 050864-20-58 və ***-***-**- ** nömrəli danışıq kartlarının hər birini isə ayrı-ayrılıqda 5 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 550 manat olardı. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs7 ifadəsindən görünür ki, o, valideyinləri ilə birlikdə Şabran şəhəri, Nizami küçəsi, ev 5-də yaşayır. 26 iyun 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə getmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin gündən sonra o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, X17, Şahid2, X5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8da gəlib «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan 10-15 gün sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özü də hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli binanın birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Bina ilə üzbəüz dayandıqda sol tərəfdə olan ikinci otaqda o, Pünhan, Elmar yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 13 iyul 2022-ci il tarixdə gecə saat 24 radələrində o, qaldığı otağa gəlib çarpayının üstünə uzanmış və özünə məxsus üzərində 077-577-2040 nömrəli danışıq kartı olan «Samsung A-32» modelli mobil telefonunu isə otağın pəncərəsinin qarşısına qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində Pünhan onu yuxudan oyadıb mobil telefonunu tapa bilmədiyin bildirərək telefonunun onda olub-olmadığını soruşmuş, o, da Pünhana demişdir ki, onun mobil telefonu onda deyil. Pünhanın sözlərindən sonra o, pəncərənin qarşısına baxanda görmüşdür ki, oz mobil telefonu da qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmasından istifadə edərək masa xidmətçilərinin mobil telefonlarını və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Samsung A-32» modelli mobil telefonu 2022-ci ilin may ayında 550 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 5 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 500 manat olardı. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, o, Daşkəsən şəhəri, Mədənçilər küçəsi, ev 4, mənzli 7-də qeydiyyatda olsada Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 114 ünvanında yaşayır. Azərbaycan Respublikası Dövlət Dəniz Akademiyasının dördüncü kurs tələbəsidir. 01 iyul 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə getmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin gündən sonra o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs7 Azadxaıı oğlu, Şahid2, X5, X6 «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan bir neçə gün keçdikdən sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özü də hər gün istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Pünhan, İlqar, Oktay, Şəhriyar, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrıayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə gedib hovuz kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. Axşam saat 19 radələrində iş vaxtı başa çatdığı üçün qaldığı otağa gəlib özünə məxsus üzərində 055484-68-38 nömrəli danışıq kartı olan «Redrni Not 9S» markalı mobil telefonunu çarpayının yaxmlığanda olan şkafın üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində yuxudan oyananda görmüşdür ki, onunla bir otaqda qalan Pünhan öz mobil telefonunu axtarır. O, şkafın üstünə baxanda görmüşdür ki, mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra Şəhriyarda mobil telefonunu tapa bilmədiyini bildirmişdir. Onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər otaqlara daxil olub onların yatmasından istifadə edərək masa xidmətçilərinin mobil telefonlarını və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Redrni Not 9S» markalı mobil telefonu 2021-ci ilin iyul ayında 600 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 5 manata amışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 500 manat olardı. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, o, valideyinləri ilə birlikdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 38- də yaşayır. 2022-ci ilin may ayının əvvəllərində o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək gələn müştərilərə qulluq göstərmişdir. Ondan sonra Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs7, Şahid2, X5, Zərərçəkmiş şəxs8da «Atlant» istirahət mərkəzinə gəlib masa xidmətçisi işləmişlər. 2022-ci ilin iyul ayının əvvəllərində «Atlant» istirahət mərkəzinə tanımadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00- dan axşam saat 19:00dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özüdə hər gün istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Fərid, İsmi və adını xatırlamadığı digər masa xidmətçisi yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə gedib hovuz kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 01 radələrində qaldığı otağa gedib çarpayının üstünə uzanmış və özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Redmi Not 9C» markalı mobil telefonunu isə çarpayının yaxınlığında olan şkafın üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində digər otaqda qalan Pünhan onların yatdığı otağa gəlib mobil telefonunu tapa bilmədiyini bildirmiş, Pünhanın sözündən sonra baxanda görmüşdür ki, mobil telefonu qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışlar. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmasından istifadə edərək masa xidmətçilərinin mobil telefonlarını və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Redmi Not9C» markalı mobil telefonu 2022-ci ilin iyul ayının əvvəllərində 500 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 5 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 500 manat olardı. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, o, valideyinləri ilə birlikdə Bərdə rayonu, Məmmədli kəndində yaşayır. 03 iyul 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu barmen kimi işə qəbul etmişdir. Sonrakı günlərdə o, «Atlant» istirahət mərkəzində işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa X9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs7, Şahid2, X5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan bir neçə gün keçdikdən sonra istirahət mərkəzinə tanmadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə qulluq göstərmişlər. O, özü də hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Babək, Elçin, Nurlan, digər masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə təxminən saat 02 radələrində qaldığı otağa gedib üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «XİOMİ Mİ8» markalı mobil telefonunu və pul kisəsini başının altında olan yastığa yaxın çarpayının üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində digər otaqda qalan Pünhan onların yatdığı otağa gəlib mobil telefonunu tapa bilmədiyini bildirmiş, Pünhanın sözündən sonra baxanda görmüşdür ki, mobil telefonu və içərisində 50 manat pul, şəxsiyyət vəsiqəsi, «Leo» banka aid bank kartı, mobil telefonunun qulaqcığı olan pul kisəsi qoyduğu yerdə yoxdur. Sonra onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləmiş Elçin və Babak adlı şəxslər otaqlara daxil olub yatmalarından istifadə edərək onun mobil telefonunu, pul kisəsini və digər masa xidmətçilərinin mobil telefonlarım oğurlamışlar. O, özünə məxsus «XİOMİ Mİ8» markalı mobil telefonu oğurlanmamışdan iki il əvvəl 500 manata, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını 10 manata, pul kisəsini oğurlanmamışdan iki ay əvvəl 60 manata, mobil telefonunun qulaqcığını oğurlanmamışdan bir ay əvvəl 195 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 250 manat olardı. «Leo» banka aid bank kartı ona pulsuz verilmişdir və həmin bank kartından 90 manat pul çıxarılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 ifadəsindən görünür ki, o, valideyinləri ilə birlikdə Şabran rayonu, Çayqaraqaşlı kəndində yaşayır. 14 iyun 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə getmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin gündən sonra o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Şahid2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8 və başqa adlarını xatırlamadığı şəxslərdə gəlib «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzinə işə qəbul olunduğu vaxtdan bir aya yaxın vaxt keçdikdən sonra istirahət mərkəzinə tanımadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra sonuncu həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özüdə hər gün istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli binanın birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Bina ilə üzbəüz dayandıqda sol tərəfdə olan ikinci otaqda o, İlqar, Elmar, Elnur, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə gedib hovuz kənarında əyləşmiş müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə gecə saat 01 radələrində o, qaldığı otağa gəlib çarpayının üstünə uzanmış və özünə məxsus üzərində ***-***-**-** nömrəli danışıq kartı olan «Samsung A-71» modelli mobil telefonunu otaqda olan şkafın üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 08:30 radələrində yuxudan oyanıb baxanda görmüşdür ki, mobil telefonu qoyduğu yerdə yoxdur. Axtarsada mobil telefonunu tapa bilməyib elə düşünmüşdür ki, kimsə zarafatla onun mobil telefonunu götürüb. Əvvəlcə İlqardan onun mobil telefonunu götürüb-götürmədiyini soruşmuş, İlqar onun mobil telefonunu götürmədiyini bildirdikdə o, digər otaqlara gedib masa xidmətçilərindən mobil telefonunu götürüb-götürmədiklərini soruşmuş, onlarda onun mobil telefonunu götürmədiklərini bildirmişlər. Sonra o, başqa otağa getmiş və başqa otaqda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşdür ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləyən Elçin və Babak adlı şəxslər onların yatmasından istifadə edərək mobil telefonları və pul kisəsini oğurlamışlar. O, özünə məxsus «Samsung A-71» modelli mobil telefonu 2022-ci ilin may ayında 550 manata, üzərində olan 077-56226-09 nömrəli danışıq kartını isə 5 manata almışdır. Oğurlandığı günə mobil telefonunun qiyməti 550 manat olardı. Məhkəmə iclasında şahid qismində dindirilən Elvin İlqar oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxsdən telefonu ola bilər ki, o almışdır, lakin, təqsirləndirilən şəxsin üzü tanış gəlmədiyini bildirmişdir. Şahid Elvin İlqar oğlunun ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Saatlı rayonu, Azadkənd kənddə qeydiyyatda olsada ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayır. Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən mağazada mobil telefonların alqı-satqısı ilə məşğul olur. İşlədiyi mağazaya gəlib mobil telefonlarını satmaq istəyən şəxslərlə razılaşıb mobil telefon alarkən əvvəlcə həmin şəxslərdən şəxsiyyət vəsiqəsi tələb edib kim olduqlarını öyrənir, sonra isə həmin şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini alıb mobil telefonu aldığı tarixi, mobil telefonu satan şəxsin istifadəsində olan mobil telefon nömrəsini, aldığı mobil telefonun İMEİ kodunu şəxsiyyət vəsiqəsinin kserosurətinə qeyd edir və həmin şəxsə mobil telefonun özünə məxsus olduğunu, oğurluq və girov olmadığını yazdırıb imza etdirir. O, Şahid1 əvvəllər tanımamışdır. 15 iyul 2022-ci il tarixdə günorta saatlarında işlədiyi mağazaya tanmadığı bir oğlan gəlmiş və cibindən bir ədəd «Redıııi 9» modelli mobil telefonu çıxarıb özünə məxsus olduğunu deyərək satmaq istədiyini bildirmişdir. O, ondan kim olduğunu soruşduqda demişdir ki, adı Babəkdir. O, Babəkin göstərdiyi «Redıııi 9» modelli ıııobil telefonu əlinə götürüb baxmış və istifadə olunduğunu görüb 350 manata alınaq istədiyini bildirdikdə Babək ıııobil telefonu həıııin qiymətə satmağa razılaşmış və o, mobil telefonu almaq üçün Babəkdən şəxsiyyət vəsiqəsi istəmişdir. Babək şəxsiyyət vəsiqəsini ona vermiş və o, Babəkin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıqdan sonra Babəkin istifadəsində olan ıııobil telefon nömrəsini öyrənib şəxsiyyət vəsiqəsinin kserosurətinə «tarix xx.xx.2022, əlaqə **********, model Redıııi 9, İMEİ **********04376, **********04368» sözlərini və rəqəmlərini yazdıqdan sonra Babəkin özünə «özüıııə məxsus Redıııi 9 telefonu satdım, oğurluq və girov deyil, öz imzamla təsdiq edirəm» yazdırıb imza etdirmiş və 350 manat pul verib «Redıııi 9» modelli mobil telefonu ondan almışdır. Babəkdən aldığı «Redmi 9» modelli mobil telefonun üzərində danışıq kartı olmamışdır. Babəkin şəxsiyyət vəsiqəsinin kserosurətini isə istintaqa təqdim etmişdir. Sonrakı günlərdə o, Babəkdən aldığı «Redıııi 9» modelli mobil telefonu adını xatırlamadığı şəxsə satmışdır. O, Babəkdən «Redmi 9» modelli mobil telefonu alarkən onun özünə məxsus olduğunu bilmiş, ona görə də Babəklə razılaşaraq həıııin ıııobil telefonu almışdır. Əgər Babəkin ona satdığı «Redmi 9» modelli ıııobil telefonun başqa yerdən oğurlandığını bilsəydi heç vaxt onunla razılaşıb almazdı. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, o, valideyinləri ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 42, mənzil 20-də yaşayır. 2022-ci ilin iyun ayının ortalarında o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə getmiş və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün onu masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin gündən sonra o, «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişdir. Ondan başqa Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs7, X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4da «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. 2022-ci ilin iyul ayının əvvəllərində istirahət mərkəzinə tanımadığı iki nəfər cavan oğlan gəlib Əşrəflə söhbət etdikdən sonra Əşrəf həmin oğlanlarıda masa xidmətçisi kimi işə qəbul etmişdir. Həmin oğlanların özlərinin deməsinə görə onlardan birinin adı Elçin, digərinin adı isə Babək idi. Babək Bərdə rayonunda yaşadığını, Elçin isə Gəncə şəhərində yaşadığını onlara demişdir. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00- dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. O, özü də hər gün restorana gəlmiş müştərilərə xidmət göstərmişdir. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli tikilinin birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, adlarını xatırlamadığı masa xidmətçiləri ilə yatmış, digər bir otaqda Babək, Elçin, Nurlan, İdrak, başqa masa xidmətçiləri isə ayrı-ayrı otaqlarda yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində o, qaldığı otaqdan çıxıb əvvəlcə səhər yeməyini yemiş, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişdir. 14 iyul 2022-ci il tarixdə saat 02 radələrində iş vaxtı başa çatdığı üçün qaldığı otağa gəlib özünə məxsus üzərində 051 - ***-**-** nömrəli danışıq kartı olan «Nokia 6212» markalı mobil telefonunu çarpayının yaxınlığanda olan şkafın üstünə qoyub yatmışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində yuxudan oyananda görmüşdür ki, masa xidmətçisi Pünhan öz mobil telefonunu axtarır. Pünhan ondan mobil telefonunun yerində olub-olmadığını soruşmuş və o, şkafın üstünə baxanda görmüşdür ki, onun mobil telefonuda qoyduğu yerdə yoxdur. Sonra o, bilmişdir ki, başqa masa xidmətçiləridə mobil telefonlarını yatmamışdan əvvəl qoyduqları yerdə tapa bilməmişlər. Onlar başqa otaqlara getmişlər və başqa otaqlarda qalan masa xidmətçilərindən bəzilərinin mobil telefonlarının, pul kisəsinin oğurlandığını bilib başa düşmüşlər ki, yatdıqları vaxt kimsə otaqlara daxil olub mobil telefonları və pul kisəsini oğurlamışdır. Bundan sonra İdrak adlı masa xidmətçisi Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonradan onlar bilmişlər ki, «Atlant» istirahət mərkəzində masa xidmətçiləri işləmiş Elçin və Babak adlı şəxslər otaqlara daxil olub onların yatmasından istifadə edərək masa xidmətçilərinin mobil telefonlarını və pul kisəsini oğurlamışlar. Onun özünə məxsus «Nokia 6212» markalı mobil telefonunun oğurlandığı günə qiyməti 25 manat olardı, üzərində olan ***-***-**-** nömrəli danışıq kartını isə 5 manata amışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, Ağdam rayonu, Tərnəft kəndində qeydiyyatda olsada valideyinləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası, 6-cı korpusda yaşayır. O, Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs 2017-ci ilin yay aylarından tanıyır. 2017-ci ilin avqust ayında o, işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. İstanbul şəhərində olarkən o, Elçinlə tanış olmuş və onlar təxminən 15-20 gün İstanbul şəhərində olan toxuculuq sexində işləmişlər. Sonradan o, Elçindən ayrılıb İstanbul şəhərində olan başqa fabrikdə işləmiş, 2017-ci ilin noyabr ayının əvvələrində isə qayıdıb Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra o, bilmişdir ki, Elçində qayıdıb Azərbaycana gəlib. Sonrakı illərdə o, mütəmadi olaraq Elçinlə əlaqə saxlamış və sonuncu nə vaxt Bakı şəhərinə gəlsə onunla görüşmüşdür. 2022-ci ilin yaz ayları olardı Bakı şəhərində Elçinlə görüşərkən ona demişdir ki, Xaçmaz rayonu, Nabran kəndində «Atlant» istirahət mərkəzi var, eşitdiyinə görə həmin istirahət mərkəzində işləyən masa xidmətçiləri yaxşı pul qazanırlar, istəyirsə onlarda gedib orada işləsinlər. Həmin vaxt Elçin ona heç bir söz deməmiş və ondan ayrılıb getmişdir. 2022-ci ilin iyun ayının son günlərində Bakı şəhərində Elçinlə görüşərkən sonuncu ona demişdir ki, Xaçmaz rayonu, Nabran kəndinə gedib «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləsinlər. O, Elçinlə razılaşmış və 2022-ci ilin iyul ayının üçü və ya dördü olardı Elçinlə birlikdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmişlər və istirahət mərkəzində olan restoranların icarədarı Əşrəf adlı şəxslə görüşüb söhbət etdikdən sonra sonuncu həmin gün əmək müqaviləsi bağlamadan onu və Elçini masa xidmətçisi kimi işə qəbul etmişdir. Sonrakı günlərdə Elçinlə birlikdə «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləyərək restorana gələn müştərilərə qulluq göstərmişlər. O, və Elçindən başqa Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Şahid2, Zərərçəkmiş şəxs4, X13 və adlarını xatırlamadığı başqa şəxslərdə «Atlant» istirahət mərkəzində masa xidmətçisi işləmişlər. «Atlant» istirahət mərkəzində olan masa xidmətçilərinin bir qrupu səhər saat 09:00-dan axşam saat 19:00-dək istirahət mərkəzi ərazisində olan hovuzların kənarında əyləşmiş müştərilərə, digər bir qrupu isə səhər saat 10:00-dan gecə saat 02:00-dək istirahət mərkəzi ərazisində olan restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. Onunla Elçində digər masa xidmətçiləri ilə birlikdə restorana gəlmiş müştərilərə xidmət göstərmişlər. İş vaxtı qurtardıqda isə bütün masa xidmətçiləri istirahət mərkəzinin ərazisində olan iki mərtəbəli binanın birinci mərtəbəsində olan otaqlarda yatıb dincəlmişlər. Hər otaqda 4-6 nəfər arası adam qalmışdır. Otaqlardan birində o, Elçin, İdrak, Nurlan, digər otaqlarda isə başqa masa xidmətçiləri yatmışlar. Həmişə olduğu kimi 13 iyul 2022-ci il tarixdə təxminən saat 09 radələrində Elçinlə birlikdə qaldıqları otaqdan çıxıb əvvəlcə səhər yeməyi yemişlər, sonra isə restorana gedib müştərilərə qulluq göstərmişlər. 14 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində iş vaxtı başa çatdıqdan sonra istirahət mərkəzinin restoranında Elçinlə birlikdə yemək yeyərkən bir litrdən çox araq içmişlər, həmin gün saat 06 radələrində isə qaldıqları otağa getmişlər ki, yatıb dincəlsinlər. O, öz çarpayısının üstünə uzanıb yatmaq istəyərkən Elçin yanma gəlib demişdir ki, onlarla bir otaqda qalan İdrakla Nurlanın mobil telefonlarını və İdrakın pul kisəsini götürmüşdür, ayağa durub hazırlaşsın, digər otaqlarda olan masa xidmətçilərinində mobil telefonlarını götürdükdən sonra Bakı şəhərinə getsinlər. O, tez yerindən durub paltarını geyinərək dəhlizə çıxıb ətrafa nəzər yetirmiş, Elçin isə təxminən saat 06:10 radələri olardı Elnurun, Pünhanın, İlqarın, Şəhriyarın yatdıqları otağın qapınısı açıb içəri daxil olmuş və təxminən beş dəqiqəyə yaxın vaxt keçdikdən sonra onun yanma gəlib demişdir ki, mobil telefonları götürmüşdür. Bundan sonra Elçin Vüqarın, Ramişin və Fəridin yatdıqları otağın qapısını açıb içəri daxil olmuş və bir neçə dəqiqə keçdikdən sonra bayıra çıxıb onun yanma gələrək demişdir ki, həmin otaqda olan mobil telefonlarıda götürmüşdür. Bundan sonra onlar piyada Nabran-Xudat avtomobil yolunun kənarına gedi tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Xudat şəhərinə gəlmişlər, Xudat şəhərində həmin avtomobildən düşdükdən sonra isə markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinə əyləşib Bakı şəhərinə getmişlər. 15 iyul 2022-ci il tarixdə Elçinlə birlikdə 20 Yanvar və Neftçilər metrostansiyasmm yaxınlığında olan mobil telefon satışı mağazalarına onun şəxsiyyət vəsiqəsinin kserosurətlərini təqdim edərək oğurladıqları mobil telefonları satmışlar, əldə etdikləri puluda Elçinlə bir yerdə xərcləmişlər. İdraka məxsus pul kisəsi isə içərisində olan əşyalarla birlikdə Elçində qalmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə 23 iyun 2023-cü il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 məcburi gətirilmə haqqında 26 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi və başqa istintaq hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə dəfələrlə Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunsada gəlməkdən boyun qaçırtdıqına görə onun barəsində məcburi qaydada gətirilməsi haqqında qərar çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 əşyaya baxış keçirilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş «Redmi Not9» modelli mobil telefonu 14 iyul 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzindəki otaqdan oğurladıqlarını, Zərərçəkmiş şəxs8 həmin mobil telefonun ona məxsus olduğunu , 14 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində olarkən qaldığı otaqdan oğurlandığını bildirdi. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 maddi sübutun tanınması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 təqdim etdiyi 01 ədəd göy rəngli «Redmi Not9» modelli mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs8 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qəbzdən görünür ki, ona məxsus 01 ədəd göy rəngli «Redmi Not9» modelli mobil telefon Xaçmaz rayon Polis Şöbəsində ona təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında 01 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənərək çağırışa gəlməkdən qəsdən boyun qaçırtdıqına görə barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 10 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində tutularaq Xaçmaz rayon Polis Şöbəsinn növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 10 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 4(067)-136/2023 saylı qərarından görünür ki, X14 barəsində həbs etmənin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanaraq 01 (bir) ay 22 (iyirmi iki) gün həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X1 qiymətləndirilməsi barədə 03 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə elan edilmiş ittiham nəzərə alınmışdır. İş materiallarında olan Xaçmaz rayon prokuroru, baş ədliyyə müşaviri X7 inzibati icraatın başlanılması haqqında 03 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati icraat başlanması haqqında Xaçmaz rayon X16 Bölməsinin baş müstəntiqi, polis mayoru X8 vəsatəti təmin edilmiş və Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 08 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1 -ci maddəsi ilə təqsirli bilinib ÇM-nin 62.1-ci maddəsinə əsasən 100 manat cərimə cəzasına məhkum edilmişdir və təyin olunmuş cəriməni tam ödəmişdir.Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 anası X10 tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, işə onların iştirakı olmadan baxılmasını və onlara dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, o, məhkəməyə gələ bilməyəcəyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş və bir otaqda qalmış Zərərçəkmiş şəxs1 məxsus üzərində "xxxx" MMC- yə aid 7 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not9» model mobil telefonu-cəmi 507 manat dəyərində, Zərərçəkmiş şəxs5 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 250 manat dəyərində «XİOMİ Mİ8» model mobil telefonu, içərisində 50 manat pul, 195 manat dəyərində mobil telefon qulaqcığı, sonuncuya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi olan 60 manat dəyərində pul kisəsini-cəmi 565 manat dəyərində, qaldıqları otaqda olan çarpayının üstündən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:10 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağın qarşısına gəlmiş, qabaqcadan razılaşdıqları kimi Şahid1 otağın qarşısında pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə etməklə yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs2 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 600 manat dəyərində «Samsung Galaxy A32» model mobil telefonu-cəmi 610 manat dəyərində, Zərərçəkmiş şəxs7 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Samsung A-32» model mobil telefonucəmi 505 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs3 məxsus üzərində "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Redmi Not 9S» model mobil telefonu-cəmi 505 manat dəyərində və Zərərçəkmiş şəxs6 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***- ***-**-** nömrəli danışıq kart olan 550 manat dəyərində «Samsung A-71» model mobil telefonu-cəmi 555 manat dəyərində, qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:15 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 qaldıqları otağın qarşısına gəlmiş, qabaqcadan razılaşdıqları kimi Şahid1 otağın qarşısında pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə etməklə yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs8 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli və "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartları olan 550 manat dəyərində göy rəngli “Redmi Not 9” model mobil telefonu-cəmi 560 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs4 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not 9C» model mobil telefonu-cəmi 505 manat dəyərində, qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama həmin Məcəllənin 326.2-ci maddəsinin tərkibini yaradır. Bu cinayət obyektiv cəhətdən rəsmi sənədləri, ştamplan, möhürləri, şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədləri oğurlamada, məhv etmədə, zədələmədə və ya gizlətmədə ifadə olunur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Digər mühüm şəxsi sənəd dedikdə, hərbi bitet, əmək kitabçası, sürücülük vəsiqəsi, təhsil haqqında attestat, diplom, mühafizə olunan obyektlərə buraxılış vəsiqəsi və s. başa düşülür. Bu cinayət obyektiv cəhətdən rəsmi sənədləri, ştamplan, möhürləri, şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədləri oğurlamada, məhv etmədə, zədələmədə və ya gizlətmədə ifadə olunur. Oğurlama dedikdə, cinayətin göstərilən predmetlərinin onun qanuni sahiblərindən və istifadəçilərindən onların iradəsinə zidd olaraq qanunsuz götürülməsi başa düşülür. Oğurlama müxtəlif üsullarla: açıq və ya gizli, güc tətbiq etməklə və ya etməməklə, aldatmaqla, etibardan suiistifadə etməklə və s. kimi üsullarla həyata keçirilə bilər. Əgər oğurlama zamanı həmin üsullardan istifadə edilməsi başqa bir cinayətin tərkibini yaradırsa, onda təqsirkar şəxsin əməli cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır. Bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən birinin edildiyi andan bu cinayət başa çatmış hesab olunur. Nəticə təhlil edilən cinayət tərkibinin zəruri əlaməti deyildir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə cinayət təqibini istisna edən hal olduğundan barəsində həmin maddə üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatı üzrə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti bir ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini üç epizod olmaqla 14 iyul 2022-ci il tarixdə törətmişdir və həmin gündən iki ildən artıq müddət keçmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdikyi gündən iki ildən artıq müddət keçdiyindən cinayət qanunvericiliyinin tələbinə əsasən o, cinayət məsuliyyətinə cəlb edilə bilməz və başlanılmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1, 39.1.3-cü maddələrinin tələbinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək eyni əsaslara istinad etməklə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsini və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi iş üzrə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanları, dövlət ittihamçısının çıxışını, müdafiə tərəfinin fikrini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapsa da, böyük ictimai təhlükə törətməyən həmin cinayət əməlini törətdikləri gündən iki ildən artıq müddət keçdiyindən və cinayət qanunvericiliyinin tələbinə əsasən belə olduğu halda onların Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri yolverilməz olduğundan onun barəsində CM-nin 326.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunundan görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən xitam verilsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar