Məhkəmə qərarları › İş №1(067)-120/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-120/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-120/2020 18.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, inzibati bina 185-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Nizami küçəsi yeni planlarda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlakı üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda – 465 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 16:10 radələrində polis əməkdaşları tərəfindən X4 stansiyasının ərazisində yaxalanaraq Xaçmaz st. XPŞ-də üstünə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə özü ilə daşıdığı qara rəngli əl çantasının içindəki polietilen torbada aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Abşeron rayonu Xırdalan qəsəbəsi Nizami küçəsində yeni planlarda yaşayır. 2019-cu ilin yay aylarında pul qazanmaq məqsədilə Xaçmaz rayonunun Armudpadar kəndinə gəlib kənd təsərrüfatı işlərində işləmiş, təxminən sentyabr ayında işlədiyi sahənin yaxınlığındakı ərazidə yabanı halda bitmiş çoxlu sayda çətənə bitkilərinin olduğunu müşahidə etmiş, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etdiyindən həmin yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını toplayıb qurudaraq şəxsi istifadəsi üçün saxlamaq qərarına gəlmişdir. O, çətənə bitkilərinin yabanı halda bitdiyi ərazidə onları kökündən çıxarıb sərmiş, bir neçə gündən sonra həmin yerə gəlib artıq qurumuş yarpaqları toplayaraq özü ilə gətirdiyi sellofan torbaya yığaraq Armudpadar kəndi yaxınlığındakı meşəlik ərazidə gizlətmişdir. 2019-cu ilin sentyabr ayının axırlarında kənd işləri yekunlaşdığı üçün Abşeron rayonuna evinə qayıtmış, gizlədib saxladığı marixuana isə elə həmin yerdə qalmışdır. 2020-ci ilin fevral ayında yenidən kənd təsərrüfatı işlərində işləmək məqsədilə Xaçmaz rayonunun Armudpadar kəndinə gəlmiş və xx xxxx 2020-ci il tarixə kimi Xaçmaz rayonunda gecəqondu evlərdə qalıb işləmişdir. xx xxxx 2020-ci il tarixdə evinə getmək qərarına gəlmiş, şəxsi istehlakı üçün gizlədib saxladığı marixuananı da özü ilə aparmaq üçün gizlətdiyi əraziyə gedib çətinliklə də olsa həmin marixuananı gizlətdiyi yeri taparaq polietilen torbada olan marixuananı üstündə daşıdığı qara rəngli əl çantasının içərisinə qoymuşdur. Avtomobil yolu ilə gedəcəyi halda yolda koronavirus xəstəliyi ilə əlaqədar qurulmuş karantin postlarında yaxalanmasından qorxduğundan xx xxxx 2020ci il tarixdə, saat 16 radələrində tanımadığı yol avtomobili ilə X6 Vağzalına gəlmişdir ki, oradan qatarla Bakı şəhərinə evinə getsin. Stansiyanın ərazisinə daxil olduğu vaxt iki nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək onu X5 şöbəsinə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xaçmaz st. XPŞ-nin inzibati binasına getmiş, orada adını sonradan bildiyi Nadir adlı təhqiqatçı onun barəsində əməliyyat məlumatı olduğunu bildirərək barəsində şübhəli şəxs kimi tutma qərarı çıxarmış, üstündə şəxsi axtarış keçirmək istədiklərini bildirmişdir. O, üstündə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməsi zamanı videoçəkiliş aparılmış, axtarış zamanı polis əməkdaşları da iştirak etmişlər. Şəxsi axtarış zamanı o, üstündə olan əşyalarla yanaşı, gəzdirdiyi əl çantasında şəxsi istehlakı üçün saxladığı polietilen paketdəki qurudulmuş marixuananı təqdim etmiş, polis əməkdaşlarına həmin marixuananı evinə apardığını demişdir. Aşkar edilmiş həmin marixuana paketə qablaşdırılmış, üzəri möhürlənmişdir. O, əvvəlcə paketin üzərinə, daha sonra isə tərtib olunmuş protokolla tanış olub imza etmişdir. Onun narkotik vasitə satmaq fikri olmamış, heç vaxt narkotik vasitə satmamışdır. Narkotik vasitə istifadəçisi olduğundan marixuananı şəxsi istehlakı üçün saxlamış, başqa heç bir yerdə narkotik vasitəsi olmamış, çətənə bitkilərinin bitdiyi yeri və onda aşkar edilmiş marixuananı qurudaraq əldə etdiyi çətənə yarpaqlarını gizlətdiyi yer yadında qalmadığından həmin yeri əyani olaraq göstərə bilməmişdir. Xaçmaz rayonunun Armudpadar kəndində konkret olaraq kimin torpaq sahəsində işlədiyini bilməmişdir. Belə ki, müxtəlif şəxslərin sahəsində işləmiş və onların adlarını soruşmamışdır. Xaçmaz rayonunda harada oldu yaşamış, gecəqondu evlərdə qalmış, həmin ünvanlar da yadında qalmadığından onları da göstərə bilməmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, 2-ci qrup əlilliyinin olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz st. XPŞ-də X2 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən Rəsul adlı şəxsin tez-tez X6 stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatı əldə etmiş, həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra raportla rəhbərliyə məruzə etmişdir. Daha sonra tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş və əməliyyat tədbirinin keçirilməsinə başlanmışdır. O, polis əməkdaşları Şahid2 və Şahid3 ilə birgə X6 stansiyasının ərazisində müşahidə aparmağa başlamış, saat 16:10 radələrində iş üzrə Təqsirləndirilən şəxs dəmir yol stansiyasının ərazisində peyda olmuşdur. O və iş yoldaşı Fərdi dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək əldə olunmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə sonuncunu Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz st. XPŞ-nə gəlmiş, o, raport tərtib edərək Təqsirləndirilən şəxs yaxalanması barədə rəhbərliyə məruzə etmişdir. Materialın sonrakı icrası təhqiqatçı Nadir Məmmədova həvalə olunmuş, təhqiqatçı onun, Şahid2 və Şahid3 iştirakı ilə iş üzrə təqsirləndirilən şəxsə müraciət edərək Xaçmaz st. XPŞ-nə əməliyyat məlumatı daxil olduğunu, üstündə şəxsi axtarış keçiriləcəyini bildirmiş və Rəsulun barəsində şübhəli şəxs kimi tutma qərarı çıxarmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, təqsirləndirilən şəxs üstündə gəzdirdiyi əl çantasından şəxsi əşyaları ilə yanaşı, bir ədəd polietilen paket çıxardaraq təqdim etmiş, həmin paketdə qurudulmuş marixuana olduğunu, şəxsi istehlakı üçün saxladığını, evinə aparmaq istədiyini bildirmişdir. Həmin paket açıldıqda içərisində spesifik iyə malik bitki mənşəli kütlə olduğu aşkar olunmuşdur. Həmin kütlə müvafiq qaydada qablaşdırılmış və paketlərin üzəri möhürlənmişdir. Daha sonra protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi tərtib olunmuş protokolla tanış olub imza etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsin üzərinə qəfləti baxış keçirilməsi haqqında qərardan, həmin tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş CD diskə kompyuter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki, qeyd olunan tarixdə Xaçmaz st. XPŞ-də Təqsirləndirilən şəxs özü ilə daşıdığı əl çantasının içindəki polietilen torbadan bitki mənşəli kütlə aşkar edilir, təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, Armudpadar kəndi ərazisində, yabanı halda yetişən çətənə bitkisinin yarpaqlarını qurudaraq əldə etdiyini və özünün şəxsi istehlakı üçün saxlayaraq daşıdığını bildirir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/115 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs məxsus...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,2 qram sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 464,8 qram təşkil etmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 465 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumilikdə 464,8 qram qalan qurudulmuş marixuana Xaçmaz st. Xətt Polis şöbəsində saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1646 №-li rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunmuşdur. Həmçinin iş materiallarında olan Bakı şəhər Narkoloji Dispanserin xx xxxx 2020-ci il tarixli məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 2008-ci ilin aprel ayından opioidlərin qəbulu nəticəsində yaranan asılılıq diaqnozu ilə həmin Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar əməliyyat tədbirləri keçirilərək Təqsirləndirilən şəxs 2019 cu il ərzində və 2020-ci ilin 31 mart tarixinə qədər olan müddətdə Xaçmaz rayonu ərazisində günəmuzd işlərdə işləyib, yaşaması, Armudpadar kəndi yaxınlığında yabanı halda bitən çətənə bitkilərinə rast gəlib yarpaqlarını qurudaraq marixuana hazırlaması faktı öz təsdiqini tapmamış, onun naməlum mənbədən şəxsi istifadəsi üçün qurudulmuş marixuana əldə etməsi və yaşadığı Bakı şəhərinə getmək məqsədilə xx xxxx 2020-ci il tarixdə X6 stansiyasına gəlməsi haqqında əməliyyat məlumatı əldə olunmuşdur. Həmçinin narkotik vasitə istifadəçisi olması, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olmadığı müəyyən edilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 465 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satması halı müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixuananın ümumilikdə xalis çəkisi 465 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlakı üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda – 465 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 16:10 radələrində polis əməkdaşları tərəfindən X4 stansiyasının ərazisində yaxalanaraq Xaçmaz st. XPŞ-də üstünə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə özü ilə daşıdığı qara rəngli əl çantasının içindəki polietilen torbada aşkar edilərək götürülmüşdür Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışının (SER TSE-01№ 050473) təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ikinci qrup əlildir. İş materiallarında olan Binəqədi RİHB-nın M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, 2-ci qrup əlilliyinin olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallarkimi nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin234.1-cimaddəsinin sanksiyasında cəzanövükiminəzərdə tutulmuşazadlıqdan məhrumetmə növündə cəzanıntəyin edilməsiməqsədə müvafiqdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və “Tutmadan azad etmə və təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxx 2020-ci il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1646 №-li rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunmuşdur. Lakin Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq ona hazırda narkomaniyadan məcburi müalicə tətbiq olunması mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının 3.2-ci maddəsinə görə, narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə məcburi müalicə tətbiq edilmir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlilliyi səbəbindən narkomaniyadan məcburi müalicə təyin edilməli deyildir. O, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilmiş 465 qram qurudulmuş marixuanadan tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq 464,8 qram təşkil edir. İş materiallarında olan maddi sübut kimi tanıma barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə xalis çəkisi 465 qram olmuş kustar üsulla hazırlanmış narkotik vasitə - marixuananın ekspertiza tədqiqatından sonra qalan 464,8 qramı Xaçmaz st. Xətt Polis şöbəsində saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz st. Xətt Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə xalis çəkisi 464,8 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənazadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz st. Xətt Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra ümumilikdə xalis çəkisi 464,8 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 82 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar