Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-120/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamcısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəci X4 iştirakı ilə xx xxxxxx 1975-ci ildə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə Azərbaycan Dəmir Yolları QSC-nin Xaçmaz rayonu ərazisində yerləşən X5 Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə "xxxx" MMC-nin adından qəsdən qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizlin, sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, habelə bəyan etməməklə və düzgün bəyan etməməklə guya 29020138 nömrəli dəmiryol vaqonu üzrə dəyəri 5400 ABŞ dolları ekvivalentində 9.180 AZN olan xalis çəkisi 3000 kq nar meyvəsi, dəyəri 30.400 ABŞ dolları ekvivalentində 51.680 AZN olan xalis çəkisi 38000 kq xurma meyvəsi, 29021540 nömrəli dəmiryol vaqonu üzrə dəyəri 32.864 ABŞ dolları ekvivalentində 55.868,8 AZN olan xalis çəkisi 41080 kq xurma meyvəsi, 29021052 nömrəli dəmiryol vaqonu üzrə dəyəri 32.832 ABŞ dolları ekvivalentində 55.814,4 AZN olan xalis çəkisi 41040 kq xurma meyvəsi və 29020153 nömrəli dəmiryol vaqonu üzrə dəyəri 32.816 ABŞ dolları ekvivalentində 55.787,2 AZN olan xalis çəkisi 41020 kq xurma meyvəsi olduğunu bəyan etsə də faktiki olaraq, 29020138 nömrəli dəmiryol vaqonuna tamah niyyəti ilə müvafiq bəyannamələrdə və digər yük müşayiət sənədlərində göstərilməyən dəyəri 32.321,70 ABŞ dolları ekvivalentində 54.946,89 AZN olan xalis çəkisi 17.956,50 kq nar meyvəsini, 29021540 nömrəli dəmiryol vaqonuna dəyəri 3252,43 ABŞ dolları ekvivalentində 5.529,13 AZN olan xalis çəkisi 1.557,50 kq kinkan meyvəsini, 29021052 nömrəli dəmiryol vaqonuna dəyəri 1861,60 ABŞ dolları ekvivalentində 3163,7 AZN olan xalis çəkisi 2.326,25 kq xurma meyvəsini və 29020153 nömrəli dəmiryol vaqonuna dəyəri 2536 ABŞ dolları ekvivalentində 4311,2 AZN olan xalis çəkisi 3.170 kq xurma meyvəsini də yükləyərək, müvafiq gömrük yoxlanışından keçib, gömrük sərhədindən çıxdıqdan sonra 18 yanvar 2021-ci il tarixdə dəmiryol vaqonları Azərbaycan Dəmir Yolları QSC-nin Yalama dəmiryol stansiyasından Rusiya Federasiyası istiqamətinə keçərkən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, qeyd olunan vaqonlara baxış zamanı Təqsirləndirilən şəxs gömrük sərhədindən gömrük nəzarətindən gizlin, sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə, habelə bəyan etməməklə və düzgün bəyan etməməklə, ümumilikdə xeyli miqdarda cəmi 67.950,92 (altmış yeddi min doqquz yüz əlli manat doxsan iki qəpik) AZN dəyərində meyvə məhsullarını qaçaqmalçılıq yolu ilə keçirməsi aşkar edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 18 yanvar 2021-ci il tarixdə "xxxx" MMCnin adına 3 vaqonda xurma, 1 vaqonda isə nar və xurmanın ixracı barədə gömrük rəsmiləşdirməsi həyata keçirmiş, qeyd etdiyi 1 vaqonda 3 ton yarım nar, 36 ton isə xurmanın ixracı barədə gömrük rəsmiləşdirməsi həyata keçirmişdir. Bəzi hallarda ayrı-ayrı sahibkarlar son anda mal göndərməklə bağlı müraciət etmiş, o da müştərilərini itirməməyə görə həmin malları qəbul etmiş və digər malların arasında vaqonlara yükləmiş, bu kimi hallarda bəzən meyvələrin bəyan edilmiş çəkilərində 3-3,5 ton arası fərqlər olması mümkün olmuş, bununla bağlı hər hansı problem olmamış, belə xırda fərqlər olanda gömrük rəsmiləşdirməsində hər hansı dəyişiklik etməmişdir. Lakin 18 yanvar 2021-ci il tarixdə faktiki yüklənən malla gömrükdə bəyan edilmiş malın arasında 20 tondan artıq fərq yarandığı təqdirdə əvvəllər olduğu kimi gömrük orqanlarına müraciət edərək, gömrük bəyannamələrini dəyişdirməklə faktiki yüklənən malları bəyan etməli olduğu olsa da, lakin qeyd etdiyi vaxt səhlənkarlıq edərək malları düzgün bəyan etməmiş, yəni əvvəl bəyan etdiyi meyvə məhsullarına dəyişiklik etməmiş, həmçinin bəzi məhsulları ümumiyyətlə bəyan etməmişdir. 18 yanvar 2021-ci il tarixdə DTX əməkdaşları tərəfindən onun tərəfindən Rusiya Federasiyasına ixrac olunacaq meyvə məhsullarının saxlanıldığı 29020138, 29021540, 29020153 və 29021052 nömrəli vaqonlar gömrük yoxlanışından keçdikdən sonra saxlanılmış, hal şahidlərinin və iştirak edən digər şəxslərin iştirakı ilə baxış keçirilən zaman qeyd etdiyi vaqonlarda gömrük orqanına təqdim edilən bəyannamədə göstəriləndən xeyli artıq meyvə məhsullarının olduğu, eləcə də bəzi meyvələrin bəyannamədə göstəriləndən fərqli meyvə məhsullarının olması, yəni ümumiyyətlə gömrük orqanına düzgün bəyan etməməsi müəyyən edilmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Minetulla oğlu bildirdi ki, 18 yanvar 2021-ci il tarixdə saat 09 radələrində Xaçmaz rayonunun Yalama qəsəbəsində olan zaman özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən adını bilmədiyi şəxs ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermiş, bundan sonra Azərbaycan Dəmiryolları QSC-nin Yalama dəmiryol stansiyasının platformasında saxlanılan, gömrük orqanı tərəfindən möhürlənmiş vəziyyətdə olan 29020138, 29021540, 29020153 və ********* nömrəli qapalı yük vaqonlarının yanına gəlmiş və orada qeyd etdiyi vaqonlardan aşkar edilmiş meyvə məhsullarının baxışında iştirak etmişdir. Baxışda ondan başqa Şahid2 də hal şahidi kimi iştirak etmiş, baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ona, digər hal şahidi Şahid2, eləcə də baxış zamanı iştirak edən şəxslərə elan etməklə ona, digər hal şahidinə, iştirak edən şəxslərə malik olduqları hüquq və vəzifələrinizi izah etmiş, bundan sonra həmin vaqonlara baxış keçirilmiş, 29020138, 29021540, 29020153 və ********* nömrəli dəmiryol vaqonların möhürləri müvafiq qaydada qırılmaqla açılmış və baxış zamanı həmin vaqonlarda olan meyvə məhsullarının gömrük orqanına düzgün bəyan edilmədiyi, aşkar edilmiş meyvə məhsullarının gömrük orqanına təqdim edilən bəyannamədə göstərilən meyvə məhsullarından xeyli artıq olduğu, eləcə də bəzi meyvələrin bəyannamədə göstəriləndən fərqli meyvə məhsullarının olması, yəni ümumiyyətlə gömrük orqanına bəyan edilmədiyi müəyyən edilmiş, belə ki, baxış zamanı qeyd edilən vaqonlar üzrə kinkan meyvəsinin ümumiyyətlə gömrük orqanına bəyan edilmədiyi halda vaqonda kinkan meyvəsinin olması, həmçinin nar meyvəsinin isə bəyannamədə göstəriləndən dəfələrlə artıq olması, bəyannamədə qeyd edilən xurma meyvəsinin isə bəyannamədə qeyd ediləndən xeyli artıq olması aşkar edilmişdir. Qeyd edilən meyvə məhsulları orada olan elektron tərəzidə çəkilməklə çəkiləri müəyyən edilmiş, bundan sonra baxış qurtarmış, baxış qurtardıqdan sonra bu barədə protokol tərtib olunmuş, o, digər hal şahidi, habelə iştirak edən şəxslər həmin protokolu oxuyub orada yazılanların düzgünlüyünə əmin olduqdan sonra həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, təxminən 2 ildir ki, Rusiya Federasiyasına meyvə məsullarının ixracı ilə məşğul olan qohumu Təqsirləndirilən şəxs Xaçmaz rayonun Ləcət kəndində yerləşən ofisində Rusiya Federasiyasına ixrac olunan meyvə məhsullarının ixrac məsələləri ilə əlaqədar nəzarətçi kimi işləmişdir. 17 yanvar 2021-ci il tarixdə gecə radələrində digər işçiləri Emil ona vaqonlara yüklənəcək meyvə məhsullarının şəxslərə görə siyahısını təqdim etdikdən sonra o da yanvarın 17-dən 18-nə keçən gecə meyvə məsulların vaqonlara yüklənməsinə nəzarət etməyə başlamış, ümumiyyətlə onun işi meyvə məhsullarının sahiblərinin adlarına uyğun, həmin şəxslərə aid məhsulları fəhlələrə nəzarət edərərək vaqonlara yüklənilməsini təşkil etməkdən ibarət olmuşdur. Vaqonlara yüklənən meyvə məhsullarının hansı miqdarda gömrük orqanına bəyan edilməsindən, eləcə də məhsulların hansı formada sənədləşdirilməsi işindən xəbəri olmamış, sənədləşmə işləri ilə Əfqan özü məşğul olmuş və meyvə məhsullarını gömrük orqanına Əfqan özü bəyan etmişdir. Həmin gün meyvə məhsulları vaqonlara tam yüklənərək, gömrük orqanının əməkdaşı tərəfindən möhürləndikdən sonra vaqonlar gömrük sərhədindən keçməklə, Yalama dəmiryol stansiyasından Rusiya istiqamətinə yola düşərkən, səhər saatlarında ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yola düşən vaqonlar saxlanılmış, o da Xaçmaz rayonunda yerləşən Yalama stansiyasına getmiş, vaqonların açılmasında və yoxlanılmasında iştirak etmiş, DTX əməkdaşları hal şahidlərinin, onun, Emilin iştirakı ilə vaqonlara baxış keçirmiş, bəyan edilməmiş məhsulları və düzgün bəyan edilməyən çəkisi daha çox meyvə məhsullarını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, vaqonlara yüklənmiş meyvə məhsulları Təqsirləndirilən şəxs tərəfindən gömrük orqanına düzgün bəyan edilməmiş, eləcə də bəzi məhsulları ümumiyyətlə bəyan edilməmişdir. Gömrük orqanlarına məhsulun bəyanetmə prosesini Təqsirləndirilən şəxs həyata keçirmiş, onun bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, 2018-ci ildən meyvə məsullarının ixracı ilə məşğul olan həmkəndlisi Təqsirləndirilən şəxs Xaçmaz rayonunda yerləşən ofisində meyvələrin vaqonlara yüklənməsinə nəzarətçi kimi işləməyə başlamışdır. 17 yanvar 2021-ci il tarixində 14:00 radələrində Əfqan ona meyvələrin siyahısını göndərmiş, 2021-ci il il yanvarın 17-dən 18-nə keçən gecə meyvə ilə dolu maşınlar gəlmiş, o da həmin meyvə məsullarının vaqonlara yüklənməsinə nəzarət etməyə başlamış, mallar yüklənən zaman o bəyannamədən artıq və ya başqa meyvələr olmasını görüb bu barədə Əfqana bildirmiş, sonuncu ona özü gömrüyə malları bəyan edəcəyini, məsələni həll edəcəyini demiş, lakin mallar yükləndikdən sonra vaqon möhürlənmiş, Əfqan isə gömrüyə digər malları bəyan etməmiş, meyvələr vaqonlara yükləndikdən sonra vaqonlar yola gömrük sərhədini keçərək yola düşmüş, səhər saatlarında ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilən zaman yola düşən vaqonlar saxlanılmış, o da Xaçmaz rayonunda yerləşən Yalama dəmiryol stansiyasına getmiş, vaqonların açılmasında və yoxlanılmasında iştirak etmiş, DTX əməkdaşları hal şahidlərinin iştirakı ilə vaqonlara baxış keçirmiş, baxış zamanı bəyan edilməmiş məhsulları və düzgün bəyan edilməyən çəkisi daha çox məhsulları aşkar etmişdir. Gömrük orqanlarına məhsulların bəyanetmə prosesini Təqsirləndirilən şəxs həyata keçirmiş, onun bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli 9/998 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, aşkar edilən malların ümumi dəyəri - 317.363,53 ABŞ dolları ekvivalentində 539.516,30 AZN; Bəyan edilən malların ümumi dəyəri 269.172,00 ABŞ dolları ekvivalentində 457.592,40 AZN; Fərq 48.190,53 ABŞ dolları ekvivalentində 81.923,90 AZN təşkil etmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti tamah məqsədilə törətməsini Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməklə peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirməsini, evli olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına catmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1.-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən cərimə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1.-ci maddəsi ilə təqsirli bilinib, cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında, yəni 27180 (iyirmi yeddi min yüz səksən manat) manat 37 (otuz yeddi qəpik) məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində secilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-120/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-120/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver