Məhkəmə qərarları › İş №1(067)-121/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-121/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-121/2022 31.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə xx.xx.1994-cü ildə Tacikistan Respublikası Qurgonteppa şəhəri, Xatlon vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Tacikistan Respublikası Suqd vilayəti, Vorux qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçə bilmədiyi üçün qanunsuz yol ilə Rusiya Federasiyasına getmək məqsədi ilə, 21 may 2022-ci il tarixdə saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunun 1-ci sərhəd zastavasının 8-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, 2022-ci il tarixdə Türkiyə Respublikasından qeydiyyatdan keçə bilmədiyinə görə deportasiya olunmuşdur. Belə ki, ona Türkiyə Respublikasının ərazisini tərk etməyi üçün 10 gün müddətində vaxt verilmişdir.18 may 2022-ci il tarixdə axşam radələrində Türkiyə Respublikasının İstanbul şəhərindən İğdır şəhərinə getmiş, 19 may 2022-ci ildə İğdır şəhərindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasına rəsmi qaydada dövlət sərhədini keçmişdir. Naxçıvan Muxtar Respublikası X9. Bakı şəhəri X12 Hava Limanına gəlmiş, X12 Hava limanınan avtobusla Nizami rayonu, Koroğlu metro stansiyasına getmişdir. Koroğlu metro stansiyasında tanımadığı bir şəxsdən pulunun olmadığını və onu metroya minməyi üçün keçirtməyini xahiş etmişdir. Metro ilə Koroğludan 28 May metro stansiyasına gəlmiş, oradanda 28 May metro stansiyasından çıxdıqdan sonra iş axtararaq bir iki tikinti gedən yerlərə yaxınlaşaraq, santexnik kimi işləmək istədiyini bildirmişdir. Lakin həmin tikinti gedən yerlərdə ona ehtiyac olmadığını bildirmişdirlər. Daha sonra, o 28 May metro stansiyası tərəfdə tanımadığı bir Azərbaycan Respublikası vətədaşı Novruz adlı şəxs ilə tanış olmuş və gecəni onunla Beynəlxalq Avtovağzalın gözləmə zalında qalmışdır. O, Novruza Rusiya Federasiyasına getmək istədiyini bildirmiş və ora necə gedəciyi barədə soruşmuşdur Novruz ona Quba rayonunan Rusiya Federasiyasına gertmək mümkün olduqunu demişdir. Novruz ona avtomobillərin hardan getdiyini və onunla ora qədər gelib kömək edəcəyini bildirmişdir. 21 may 2022-ci il tarixdə Novruz onu Quba rayonuna gedən avtobillərin yanına gətirmişdir. Həmən tanımadığı Azərbaycan Respublikası vətəndaşı Novruz Quba rayonuna getmək üçün taksi sürücüsü ilə danışmış, ona taksi sürücüsünün Quba rayonuna 10 (on) AZN-ə aparacaqını demişdir. O, bununla razılaşaraq taksiyə minmişdir. Həmən tanımadığı adını xatırlamadığı Azərbaycan Respublikası vətəndaşı o, taksiyə mindikdən sonra onunla sağollaşdıqdan sonra oradan uzaqlaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Rusiya Federasiyasının Moskva şəhərindən dostu və Taciksitan Respublikası vətəndaşı qardaşı İlhom Xokimjona “Zolotoy korona” vasitəs ilə ona Azərbaycan məzənnəsi ilə 110 (yüz on) AZN göndərmişdir. O, bu pulu 21 may 2022-ci il tarixdə təxminən saat 09 radələrində tanımadığı Azərbaycan Tespublikası vətəndaşı ilə birlikdə adını xatırlamadığı bank vasitəsilə götürmüşdür. Taksiyə mindikdən sonra o, yuxuya getmişdir. Yol gedərkən daha bir nəfər tanımadığı şəxsin onunla birlikdə Quba rayonu istiqamətinə getdiyini ifadəsində göstərmişdir. Havanın işıqlı vaxtı Quba rayonu avtovağzalına qeyd etdiyi tarixdə gəlib çatmışdır. Əvvəlcə Quba rayonunda iş axtarmaq qərarına gəlmiş, daha sonra bu qərardan imtina edərək, qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən Rusiya Federasiyasına keçməyi planlaşdırmışdır. İstintaqa bildirmişdir ki, o, dövlət sərhədini qanunsuz keçməyi üçün mobil telefonundakı “navigotor” proqramıyla baxdıqdan sonra, Quba-Qusar marşurtu ilə Qusar rayona getmişdir. Qusar rayonundan marşurutla Yalama istiqamətinə, oradan piyada hərəkət edərək dövlət sərhədinə tərəf hərəkət etmişdir. Təxminən 1 saat piyada hərəkət etdikdən sonra, meşəliyə girmiş və gün batana qədər meşəlikdə hərəkət etmişdir. Təxminən 2-3 saat bəlkə də, çox meşəlik ərazidə olduğunu demişdir. Daha sonra düşünmüşdür ki, geri qayıtsın, lakin mobil telefonunun enerjisi olmadığından geri qayıda bilməmişdir. Meşənin içində hərəkət etdikdə dirəklər görmüşdür. Həmən dirəklərinin birini üstündə “30” rəqimi yazıldığını demişdir. O, Rusiya Federasiyası istiqamətində hərəkətini davam etdirərkən, sərhədçilər tərəfindən saxlanılmışdır.Törətdiyi əməllərdən peşiman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş N nömrəli hərbi hissənin 1-ci sərhəd zəstavasının 1-ci qrupu atıjı əsgəri Şahid3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 19:30dan - xx.xx.2022-ci il saat 00:00-dək əsgər Şahid2lə birlikdə “Sərhəd Gözətçisi” xidmətinə təyin olunmuşdur. Xidmət sahələri 21-23-cü sahələr olmuş, müvafiq olaraq saat 19:30-da əsgər Şahid2lə birlikdə zastavadan çıxmış və xidməti sahəyə yola düşmüşdür. Təxminən saat 20:05 radələrində 7-ci sahədə olarkən, 60-70 metr onlardan aralıda bir nəfər naməlum şəxsin onlara tərəf gəldiyini görmüşdür. Daha sonra dərhal Şahid2lə birlikdə maskalanmış və o, rabitə vasitəsi ilə bu barədə zastavaya məlumat vermişdir. Məlumat verdikdən sonra maskalnmış şəkildə həmin şəxsə istiqamətində hərəkət etmiş və təxminən 5 dəqiqə sonra “Dayan” komandası verərək onu saxlamışdır. Həmən şəxs göstərişə uyğun tabe oldu və onlar onu saxlamışdır. Təxminən 10-15 dəqiqə sonra həyəcan qrupu hadisə yerinə gəlmiş və sərhəd pozucusunu məntəqəyə aparmışdırlar. Məhkəmədə şahid qismində ifadə vermiş N nömrəli hərbi hissənin 1-ci sərhəd zəstavasının 2-ci qrupun pulemuyotçusu Şahid2, Şahid3 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, 20 may 2022ci ildə Nizami rayonu, Koroğlu metro stansiyasında bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq onun rus dilində bilib-bilməməyi barədə soruşmuşdur. Sonra rus dilində onan hara gedəcəyi barədə soruşmuş, Şahid1 ona Əcəmi metro stansiyasına gedəcəyini demişdir. Sonra o, ona Bakı şəhərin gəzmək istədiyini və bu barədə kömək etməyini ondan xahiş etmişdir. O, onunla razılaşaraq Bakı şəhərini gəzmək məqsədi ilə Sahil metrosuna gətmişdirlər. Şəhəri gəzərkən ondan Azərbaycan Respublikasına niyə gəldiyini soruşmuş, o, onaTukiyə Respublikasından Rusiya Federasiyasının Moskva şəhərinə gedə bilmədiyindən birbaşa hava uçuşu olmadıqı üçün, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasına gəldiyini demişdir. Naxçıvan Muxtar Respublikasında olduğu zaman dediyinə görə pasportu və 300 (uç yüz) ABŞ dolları oğurlanıb. O, pasportu və pullarının harda oğurlandığının ondan soruşmuş, o, X2rlandığını bildirmişdir. Daha sonra o, Tacikistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxslə Memar Əcəmi metro stansiyasına oradanda dəmir yolu avtovağzalına getmişdir. Qosımjon Şahid1 mobil telefonu ilə xaricdə yaşayan yaxınlarından əlaqə saxlayaraq ona pul göndərilməsini istəmişdir. Onun bank kartına göndərilməsini istəmiş, daha sonra bu mümkün olmadıqda Təqsirləndirilən şəxs qohumları bank vasitəsi ilə “Zolotoy Korona” ilə köçürəciklərini ona mobil telefon vasitəsi ilə bildirdilər. O, Qosımjonla gecəni dəmir yolları avtovağzalında qalmış və 21 may 2022ci ildə Şahid1, dostu Novruzla Qosımjona Bakı şəhəri Nəsimi rayonu ərazisində Şamaxinkada yerləşən Azərpoçtdan onun hesabına göndərilən pulu götürmüşdürlər. Pulu götürdükdən sonra o, ona bir qutu siqarət almış, sonra isə Təqsirləndirilən şəxs onları qonaq edərək 20 yanvarda yerləşən bir kafedə oturmuş və yemək yemişdirlər. Kafedən çıxdıqdan sonra Qosımjon özünə ayaqqabı, corab, üz qırxan almaq istədiyini demiş, Şahid1 və dostu Novruz ona 20 yanvardakı “Bravo” hipermarketə aparmışdırlar. Marketdən istədiklərini aldıqdan sonra, onlar 20 yanvarda dayanan Bakı-Quba isiqamətində fəaliyyət göstərən taksilərlə Qosımjonı yola salmış, daha sonra onlar Təqsirləndirilən şəxs ayrılmışdırlar. İş materiallarında olan Azərbayjan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunun 1-ci sərhəd zastavasının 8-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişdir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin ( quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüduqlarını müəyyən edən xətt və bu xətt üzrə keçn şaquli xətdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Əməlin cinayət olmasını araan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tədbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmaısna xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi onun islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə olunmuş 21 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdi inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş 22 may 2022-ci il tarixli Şübhəli şəxsin tutulması haqqında qərarından görünür ki,Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 21 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədləri təmin oluna bilər, ona görə də Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əcnəbi olduğundan, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə cəza tətbiq edilməyən şəxslər kateqoriyasına daxil olmadığından, onun barəsində əlavə cəza təyin edilməli və o, əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 21 may 2022-ci il tarixdən hesablansın. X5 barəsində secilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə məhkumlar apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Vüsalə Qasımova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar