Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-122/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sabirabad rayonununda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2aşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,301 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 31 yanvar 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, H.Əliyev prospektində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 31 yanvar 2023-cü il tarixdə saat 16:55-dən 17:05-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindəki “Viceroy” markalı siqaret qutusundan 1 ədəd gümüşü rəngli içərisində kustar üsulla hazırlanmış 0,301 qram təmiz çəkili narkotik vasitə heroin olan kağız büküm aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, mütəmadi narkotik vasitə heroindən istifadə edir. 30 yanvar 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, Vağzal küçəsində piyada hərəkət edirmiş. O həmin küçədə hərəkət edən zaman yerdə göy rəngli "Viceroy" markalı siqaret qutusu görmüşdür. O siqaret qutusunu yerdən götürmüş və içərisində siqaret dənələri olmasını görmüşdür. Qutunun içərisində həmçinin gümüşü rəngli kağız büküm olmuşdur. O həmin kağız bükümünü çıxarıb açmış və içərisinə baxanda orada narkotik vasitə heroin olmasını görmüşdür. O düşünmüşdür ki, həmin heroini və qutuda olan siqaretləri özü istifadə edər. Buna görə qutunu öz üzərində saxlamışdır. 31 yanvar 2023-cü il tarixdə saat 16 radələrində o H.Əliyev prospekti ilə piyada hərəkət edən zaman orada polis işçiləri ona yaxınlaşmışlar. Həmin vaxt bir gün əvvəl tapdığı siqaret qutusu heroinlə birlikdə üzərində, əynindəki gödəkcənin sol cibində olmuşdur, lakin siqaretləri çəkib qurtarmışdır. Polis işçiləri ona yaxınlaşdıqdan sonra ona qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının üzərindəki narkotikdən məlumatlı olmalarını başa düşüb etiraz etməmiş, onlarla razılaşıb rayon polis şöbəsinə gəlmişdir. Onlar şöbəyə gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuş və müstəntiq müdafiəçinin iştirakı ilə videoçəkilişə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı o üzərində narkotik vasitə olmasını etiraf edib gödəkcəsinin sol cibində olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin siqaret qutusuna baxılan zaman 01 ədəd bükümdə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin heroin bükümü qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzlanmışdır. O heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. O üzərindən aşkar edilmiş narkotik vasitəni tapmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq edilməmiş və hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçdirdiyini, himayəsində xərçəng xəstəliyindən əziyyət çəkən anasının olduğunu bildirməklə barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis leytenantı rütbəsindədir. Sabirabad şəhəri, Fizuli küçəsi dalan 2, ev 25-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, H.Əliyev prospekti ev 36-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 31 yanvar 2023-cü il tarixdə saat 16:00-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Əliyev prospektində olmasını müəyyən etmişlər və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞnə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan gödəkçənin sol yan cibindən bir ədəd siqaret paketini çıxararaq stolun üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində bir ədəd kağız bükümün olması müəyyən edilmişdir. Həmin bükümün içərisinə baxılan zaman orada qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Daha sonradan həmin maddənin narkotik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmasını və yerdən tapmasını bildirərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə heroin olan büküm ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı bir məlumat yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə Xaçmaz RPŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindəki “Viceroy” markalı siqaret qutusunun içərisindəki gümüşü rəngli kağız bükümdən daha sonradan narkotik vasitə heroin olması müəyyən edilən maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 10 may 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon PŞ-nin inzibati binasında RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən X3 üzərinə şəxsi axtarış keçirilərkən o, müdafiəçinin iştirakı ilə üzərində olan gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunu çıxararaq təqdim edir. Həmin siqaret qutusunun içərisinə baxılan zaman orada bir ədəd alışqanın və bir ədəd gümüşü rəngli kağız bükümün olması müəyyən edildi. Həmin bükümün içərisinə baxıldıqda orada qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmiş və həmin narkotik vasitə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə - kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli 6/593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,301 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 14 fevral 2023-cü il tarixli 806 saylı məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0,301 qram olan narkotik vasitə heroin və bir ədəd içərisində şəxsi axtarış videogörüntüsü olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlarla maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,251 qram qalığının saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və İctimai Xasiyyətnamədən görünür ki, Sadığov X4 rayonunda qeydiyyatda olsa da, ailəsi ilə (arvadı və azyaşlı övladı ilə) birlikdə Xaçmaz rayonu, H.Əliyev 36 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AA3853945 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin xx.xx.20222-ci il təvəllüdlü X6 adlı bir azyaşlı övladı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,301 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 31 yanvar 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, H.Əliyev prospektində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 31 yanvar 2023-cü il tarixdə saat 16:55-dən 17:05-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindəki “Viceroy” markalı siqaret qutusundan 1 ədəd gümüşü rəngli içərisində kustar üsulla hazırlanmış 0,301 qram təmiz çəkili narkotik vasitə heroin olan kağız büküm aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(067)- 12/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə saat 16:15-də tutulmuş, 01 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsində imtina edilmiş və həmin tarixdə saat 17:30-da müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,301 qram heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,301 qram heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-122/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-122/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver