Məhkəmə qərarları › İş №1(067)-122/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-122/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-122/2024 04.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Xaçmaz rayonunun,Yataqoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, suaby, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonunun,Yataqoba kəndində qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan, barəsində «başqa yerə qetməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə səhər saatlarında Xaçmaz rayonu, Gusarçay kəndi ərazisində yerləşən “Həyat İnşaat” ticarət mərkəzindən şimal-qərb istiqamətində 100 metr aralı məsafədə “Qusarçay” aptekin qarşısında əvvəllər qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə barışaraq yenidən bir yerdə yaşamaları ilə bağlı təklifini rədd etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sağ əli ilə Zərərçəkmiş şəxs boyun nahiyyəsini sıxaraq sol əli ilə sonuncunun sifət nahiyyəsinə qəsdən sillə vurmaqla zərərçəkmiş şəxsə «sol təpə-ənsə nahiyyəsinin hemotoması və sol tərəf sifət nahiyyəsinin qançırı» kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşıdır. Hal-hazırda onunla ayrılmışdır. Bir uşağın saxlanılması üçün Səbinəyə aliment ödəyir.Səbinə ilə o, Qusarçay kəndində yerləşən «Qusarçay» aptekinin yanında görüşdükdə Səbinə uşaq üçün ondan pul istədikdə, onun üstündə pul olmadığını söylədikdə, Səbinə onun rəhmətə gedən atasının qəbrin söymüş, o, da əlini Səbinənin boynuna ataraq dörd barmaqı ilə sifətinin sağ tərəfinə vuraraq «bu ağzıvı heç olmasa yığda qırağdan baxanlar var» demiş və onun bu hərəkəti «Qusarçay» aptekinin kamerasına düşmüşdür. Buna görə də Səbinə səs-küy salmışdır ki, o, onu vurmuşdur. O, Səbinəyə əl qaldırmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Yataqoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və bir övladı var. Özü müxtəlif yerlərdə fəhlə kimi çalışır. 2014-cü ilin avqust ayında Xaçmaz rayon sakini Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Qeyd edir ki, aralarında rəsmi nikah olmamış, sadəcə olaraq dini kəbin olmuşdur. Birlikdə yaşadıqdan sonra da Səbinə ilə münasibətləri heç vaxt yaxşı olmamış, münasibətlərinin 11-ci ayında yola getmədiklərinə görə də ayrılmışlar. Onunla olan qeyri-rəsmi nikahından da 1 övladı var və övladı da anasının himayəsindədir. Ancaq qeyd edir ki, o, Səbinədən ayrıldıqdan sonra peşman olmuşdur, belə ki, Səbinə ilə yenidən barışmaq istəmişdir. Çünki həm Səbinəni sevirmiş, həmdə ki, ondan bir övladı varmış. İstəmir ki, övladı atasız böyüsün. 17 fevral 2024-cü il tarixdə səhər saatlarında yenidən Səbinə ilə barışmaq üçün onun qarşısına çıxmaq istəmişdir. Belə ki, Səbinə Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən "Kristal" ticarət mərkəzində satıcı kimi çalışır. O da Səbinənin hərəkət trayektoriyasını bilirmiş. Buna görə də Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “Həyat İnşaat" ticarət mərkəzindən şimal-qərb istiqamətində 100 metr aralı məsafədə “Qusarçay” aptekin qarşısında onu gözləyirmiş. Səbinəni görən kimi də onun qarşısına çıxmış, bu zaman Səbinə tək imiş. Ondan xahiş eləmişdir ki, “gəl evimizə gedək və barışaq”. Səbinə isə onu nalayiq ifadələrlə təhqir etmiş, buna görə də sağ əli ilə onun boyun nahiyyəsindən sıxaraq yenidən onunla birlikdə yaşamağı və evlərinə getməyi təklif eləmiş, ardınca isə əynindəki gödəkçənin iç sol cibindən toy disklərini çıxardaraq ona göstərmiş və yenidən ondan xahiş eləmişdir ki, “gəl barışaq”. Səbinə isə yenidən onun ünvanına nalayiq ifadələr işlətmiş, o da əsəbləşərək sol əli ilə onun sifətinin sol nahiyyəsinə bir sillə vurmuş, ardıncada mübahisə böyüməsin deyə oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Bostançı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və bir övladı var. 4 ilə yaxındır ki, “Kristal” ticarət mərkəzində satıcı kimi çalışır. 2014-cü ilin avqust ayında Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs ilə könüllü olaraq qoşulub qaçmaqla ailə həyatı qurmuşdur. Qeyd edir ki, aralarında rəsmi nikah olmamış, sadəcə olaraq dini kəbin kəsmişlər. Ailə həyatı qurduqdan sonra Nicatla münasibətləri heç vaxt yaxşı olmamışdır. Belə ki, Nicat tez-tez spirtli içki içərək sərxoş vəziyyətdə onunla mübahisə edirmiş. Buna görə məcbur olub Nicatla olan münasibətinin 11 ayında ondan ayrılmışdır. Onunla olan münasibətindən də 1 övladı var. Nicatla 2015-ci ilin iyul ayından boşandıqdan sonra 4 il ərzində ondan aliment tələb eləməmişdir. 2019-cu ilin axırlarından isə qızı Dənizin maddi xərclərini qarşılaya bilmədiyinə görə ondan alimentin alınması ilə bağlı Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. Müraciətindən sonra da məhkəmə qızı üçün hər ay 100 manat aliment kəsmişdir. Ancaq qeyd edir ki, artıq 5 aya yaxındır ki, Nicat alimenti ödəmir. Alimenti ödəmədiyi son 4-5 aydır ki, Nicat artıq onu mütəmadi şəkildə narahat edirmiş. Narahat etməsinin də səbəbi Nicatın alimenti ödəmək istəməməsi, bundan əlavə yenidən onunla evlənməyini istəməsidir. 17 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq işlədiyi ticarət mərkəzinə gedirmiş. Qusarçay kəndində yerləşən “Həyat inşaat” ticarət mərkəzinin yaxınlığındakı aptekin qarşısından piyada keçən zaman anidən Nicat aptekin arxasından çıxaraq ona yaxınlaşmış və sağ əli ilə boyun nahiyyəni sıxaraq onu yaşadığı evə aparmaq istədiyini söyləmişdir. O,'isə Nicata ondan əl çəkməli olduğunu və onunla yaşamaq istəmədiyimi söyləmişdir. Nicat isə gödəkçəsinin sağ cibindən onların toy disklərini çıxardaraq onu hələ də sevdiyini söyləmişdir. Qeyd edir ki, həmin vaxt Nicat sərxoş imiş. O, isə Səbinəyə yenidən ondan əl çəkməli olduğunu və artıq onu narahat etməməli olduğunu söylədikdə Nicat sol əli ilə sifətinin sol nahiyyəsindən şillə ilə vurmuş, bu zaman o da qışqıraraq ağladığına görə Nicat ondan uzaqlaşaraq getmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şəxsin Xaçmaz rayon şöbəsinin 17 fevral 2024-cü il tarixli 60 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol təpə-ənsə nahiyyəsinin hematoması və sol tərəf sifət nahiyyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarından görünür ki, 26 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 10 aprel 2024-cü il tarixli məcburi gətirilmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınması üçün dəfələrlə Xaçmaz RPŞnin İB-nə dəvət olunsada o, istintaqa gəlməkdən boyun qaçırtdığına görə onun barəsində məcburi qaydada Xaçmaz RPŞ-nin İstintaq Bölməsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından həmin şəxsin tutularaq istintaqın sərancamına verilənə kimi cinayət təqibi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, 30 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Xaçmaz RPŞ-nə gələrək özünü İstintaq Bölməsinə təqdim etdiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin secilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, hərbi xidmətdə olmayıb, subaydır. Yaşadığı kənddə sakinlər ilə xüsusəndə həmyaşıdları il əvə qonşularla yaxşı münasibətdədir. Onun barəsində nümayəndəliyə heç bir mənfi xüsusiyyətli şikayət daxil olmamışdır. İş materiallarında olan 10 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan 18 sentyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görürünr ki, o, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs şikayətci olmadığını, onunla barışdığını və onun barəsində olan cinayət işi icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar