Məhkəmə qərarları › İş №1(067)-122/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-122/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-122/2025 06.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X11 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviriDövlət ittihamçısı Müdafiəçi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cıildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Xaspoladoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, H.B.ünvan 1 ünvanında yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz st. X20 əməkdaşları tərəfindən "xxxx"Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində 15 mart 2025-ci il tarixdə, saat 10:40-11:02 müddətində yaxalanıb üstünün yoxlanması zamanı əynində olan qara rəngli gödəkçənin içərisində arxa-bel hissəsində saxladığı bir ədəd sellofan bağlamada təmiz çəkisi 423 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o,qəbirstanlığın yanında, meşə kənarında 1ədəd kol tapmış, daha sonra həmin koldan apararaq qurutmuş, lakin istifadə etmək imkanı olmadan dəmir yolu ərazisində hərəkət edən zaman polis əməkdaşları tərəfindən yaxalanmışdır. Həmçinin müharibə iştirakçısıdır və döyüşlər zamanı psixoloji sarsıntı keçirdiyi üçün bir dəfə orada narkotik vasitədən istifadə etmiş, müharibədən geri qayıtdıqdan sonra isə yenidən bir dəfə də istifadə etmişdir. Həmçinin ağrı kəsici dərmanlardan istifadə edir. Əməlindən peşmandır və bir daha istifadə etmək fikri yoxdur. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdirki, o, 15 mart 2025-ci il tarixdə Xaçmaz st. XPŞ-də xidmətdə olduğu zaman XPŞ-ya Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz st. XPŞ-nin əməkdaşları ilə birlikdə ərazidə müşahidə aparılmış, dəfələrlə Təqsirləndirilən şəxs Xaçmaz dəmir yolu stansiyası ərazisindən keçən zaman üzərində narkotik vasitənin olmasını onlara bildirmişlər. Həmin tarixdə o, əməliyyat müvəkkili Şahid1lə və polis nəfərləri olan Şahid4lə, həmçinin Şahid3 ilə birlikdə müşahidə apararaq Təqsirləndirilən şəxs dəmir yolu stansiyası ərazisindən tək kəçən zaman saxlamışlar. Sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahidlər Şahid4 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs adlı şəxsin tez-tez Xaçmaz dəmir yol stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatı əldə etmiş. Həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra, raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri polis baş serjantı Şahid2 ilə, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt XPB-nin PPXM-nın polis nəfəri polis kiçik serjantı X15 ilə və Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri polis serjantı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində olmasını müəyyən etmişlər və 15 mart 2025-ci il tarixdə saat 10:30 radələrində Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması barədə Xaçmaz st. XPŞ-nə məlumat daxil olduğunu bildirərək üzərində narkotik vasitələrin olub-olmamasınısoruşmuşdular. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və onun əynində olan qara rəngli gödəkçənin içərisində arxa (bel) tərəfdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi sellofan bağlamada aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bağlamanın içərisində olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və onu qeydiyyatda olduğu Xaçmaz rayonu, Xaspoladoba kəndində qəbristanlıq ərazisindən tapıb şəxsi istifadəsi üçün gödəkçəsində gizlədərək apardığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun üzərindən başqa hər hansısa bir qanunlaqadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitə marixuanaya bənzər bitki tərkibli kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 462,04 qram olması müəyyən edilmişdir. Həmin içərisində narkotik vasitə marixuanaya bənzər bitki tərkibli kütlə qablaşdırılmış, möhürlənərək götürülmüş və qablaşmanın üzəri əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Xaçmaz st. X23 gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra Xaçmaz st. XPŞ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bağlamanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bir daha həmin narkotik vasitə olan qurudlmuş marixuananın özünə məxsus olduğunu və qeydiyyatda olduğu Xaspoladoba kəndində qəbristanlıq ərazisindən taparaq əldə etdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən təkrar qablaşdırılmış möhürlənmiş maddi sübut kimi götürülmüşdür. Bundan sonra təqdim etdiyi bir ədəd video diskə təhqiqatçı tərəfindən baxış keçirilmiş və videoçəkilişin faziləsiz olması müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 16 mart 2025-ci il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz st.X20 İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru X12 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 15 mart 2025-ci il tarixli protokoldan və audio-video diskdən (cild 01, vərəq 11-13) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynində qara rəngli ağ zolaqlı şalvar, qara rəngli gödəkçə və qara rəngli ayaqqabı vardır. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması barədə Xaçmaz st. XPŞ-nə məlumat daxil olduğunu bildirərək, üzərində narkotik vasitə və ya qanunla qadağan olunan əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunan əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirdikdən sonra əynində olan şalvarın arxa sağ cibindən özünə aid sənədləri, plastik bank kartlarını, şalvarının yan sol cibindən cib dəsmalını, qol saatı, qara eynəyi, qıfıl açarını və gödəkçəsinin sol yan cibindən bir ədəd “Prima” siqaret qutusunu çıxarıb təqdim etdi. Bundan sonra Xaçmaz st. X20 axtarış qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən onun əynində olan qara rəngli gödəkçənin içərisində arxa (bel) tərəfdə saxladığı bir ədəd göy rəngli sellofan torba aşkar olundu. Həmin torbanın içində üzəri skoçla sarılmış bir ədəd sarı rəngli içərisində yaşımtıl rəngli spesifik iyə malik marixuanaya oxşar bitki kütləsi aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bağlamanın içərisində olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onu yaşadığı Xaçmaz rayonu, Xaspoladoba kəndində qəbirstanlıq ərazisindən tapıb şəxsi istifadəsi üçün gödəkçəsində gizlədərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Xaçmaz st. X20 axtarış qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun üzərindən başqa hər hansı əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 462.04 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə marixuanaya bənzər bitki tərkibli kütlə qablaşdırılmış və möhürlənərək götürülmüş, həmin qablaşmanın üzəri əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tərəfindən digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz st. X23 dəvət edilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri Xaçmaz st. X20 PPXM-nin polis nəfəri, polis serjantı Şahid4 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd dvd disk protokola əlavə edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 29) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə, saat 11:55-də Xaçmaz st. XPŞ-nin əməkdaşları tərəfindən "xxxx" QSC-nin Xaçmaz dəmir yolu stansiyası ərazisində tutulmuşdur. - Xaçmaz rayon məhkəməsinin 5(067)-79/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərarından (cild 01, vərəq 99) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin CAQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat tədbirinin keçirilməsi barədə 15 mart 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2025-ci il tarixli, 16/91 nömrəli ekspert rəyindən (cild 01, vərəq 44) müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər 1 ədəd sellofan büküm...” yazılar və imzalar olan polietilen torbada, təmiz çəkisi 423 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanadan tədqiqata 0,2 qram sərf edildikdən sonra, 422,8 qram qalıq qalmışdır. - 17 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 49) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Məhərəmov X6. XPŞ-nin İ və TQ-nın baş müstəntiqi, polis mayoru X12 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olnmuşdur. - 17 mart 2025-ci il tarixli “Tutmadan azad etmə və təqsirləndirilən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” qərardan və “İltizam”dan (cild 01, vərəq 61-63) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 19 mart 2025-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” və 20 may 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 72, 107) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 423,0 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 422,8 qram qalığı 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanmışdır. - 19 mart 2025-ci il tarixli “Əməliyyat tapşırığı”ndan və “Əməliyyat tapşırığına cavab”dan (cild 01, vərəq 74) müəyyən edilir ki, əməliyyat-axtarış tədbirləri həyata keçiirlmişdir. 15 mart 2025-ci il tarixdə, saat 10:40-da Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində o, yaxalanıb üstünün yoxlanması zamanı əynində olan qara rəngli gödəkçənin içərisində arxa (bel) hissəsində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 423 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, ona məxsus olan narkotik vasitə olan qurudulmuş marixuananın mənbəsinin müəyyən edilməsi məqsədilə agentlərə şifahi tapşırıqlar verilmiş, X4 yaxın ətrafı araşdırılmışdır. Lakin onun həmin narkotik vasitə olan qurudulmuş marixuananın haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs başqa hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Ambulator X1 xx.xx.2025-ci il tarixli, 1818 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 90) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş 01 aprel 2025-ci il tarixli, 18-1-43/2-478/2025 nömrəli məktubdan (cild 01, vərəq 96) müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-da həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. - Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 809 nömrəli “Arayış”dan (cild 01, vərəq 92) müəyyən edilir ki, Xaçmaz rayonu, Xaspoladoba kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri, H.B.ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.1991-ci il təvəllüdlü həyat yoldaşı X5 və xx.xx.2020-ci il təvəllüdlü qızı X8 adlı ailə üzvləri vardır. - Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 94) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.B.Zərdabi küçəsi 14 saylı evdə yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkrotik vasitə olan qurudulmuş marisuananın təmiz çəkisi 423 qram, yəni xeyli miqdarda olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsifolunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir GGöstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vərəqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş vəsiqənin əsli ilə təsdiq olunmuş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə veteran vəsiqəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası medalının vəsiqəsinin əsli ilə təsdiq olunmuş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə medalı” ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqəsinin əsli ilə təsdiq olunmuş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə medalı” verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqəsinin əsli ilə təsdiq olunmuş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 90) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 809 nömrəli “Arayış”dan (cild 01, vərəq 92) müəyyən edilir ki, Xaçmaz rayonu, Xaspoladoba kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri, H.B.ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.1991ci il təvəllüdlü həyat yoldaşı X5 və xx.xx.2020-ci il təvəllüdlü qızı X8 adlı ailə üzvləri vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 94) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.B.Zərdabi küçəsi 14 saylı evdə yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cəza təyini edərəkən təqsiləndirilən şəxsin vətən mühraribəsi iştirakçısı olmasını, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsinə görə və vətən müharibəsi iştirakçısı medallarla təltif olunmasını, himayəsində olan bir az yaşlı uşaqdan əlavə digər iki uşağına qarşı aliment öhədiyinin olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən hallar olan azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını, məhkumluğunun və barəsində cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən vətən müharibəsi iştirakçısı olmasını, həmçinin, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanılma müddəti, yəni cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator X1 rəyinə əsasən, Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəində dispanser qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nın maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 422,8 qram olan bir ədəd sellofan bükümdə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nın maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 422,8 qram olan bir ədəd sellofan bükümdə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv məhv edilsin, 01 (bir) ədəd audio-video disk daşıyıcıda iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar