Məhkəmə qərarları › İş №1(067)-123/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-123/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-123/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1973-cü ildə Xaçmaz rayonu Alıc-qışlaq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Xaçmaz rayonu Alıc-qışlaq kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri F.Kərimzadə küçəsi yeni yaşayış massivində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı Xaçmaz şəhəri F.Kərimzadə küçəsi yeni yaşayış massivində yerləşən evinin həyətində çətənə bitkisi toxumlarından 04 ədədini bir ədəd plastik materialından olan vedrədə, 05 ədədini isə torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə xeyli miqdarda, yəni ümumilikdə 09 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evin həyətinə baxış zamanı 04 ədədi plastik vedrədə və 05 ədədi torpaq sahəsində olmaqla yaş vəziyyətdə ümumi çəkisi 9,552 qram olan əkilibbecərilməsi qadağan olunmuş 02 (iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi və 07 (yeddi) ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülmüşdür. Bununla da o, qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu Alıc-Qışlaq kəndində qeydiyyatda olsa da, hazırdaailəüzvləriiləbirlikdəXaçmaz şəhəri F.Kərimzadə küçəsində, yeni yaşayış massivində yaşayırvərəsmi olaraq heç yerdə işləmir. 2006-cı ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2019-cu ilin sentyabr ayında Xaçmaz rayonunda, zolaq meşə massivi adlanan ərazidə özünə məxsus heyvanları otararkən oradan 01 ədəd təxminən 20 sm uzunluğunda narkotik xassəli çətənə bitkisi tapmış və həmin çətənə bitkisini torpaqdan çıxarıb yaşadığı evə gətirmişdir. Çətənə bitkisini iki gün saxladıqdan sonra onun qurumuş yarpaqlarını əli ilə əzib siqaret tütünü ilə qarışdıraraq siqaretə doldurub çəkməklə istifadə etmiş və həmin çətənə bitkisindən 12 ədəd toxum əldə edərək özündə saxlamışdır. 2020-ci ilin aprel ayında gələcəkdə şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə həmin 12 ədəd çətənə bitkisinin toxumlarından 05 ədədini ağ rəngli plastik materialdan olan vedrənin içərisində, 07 ədədini isə özünə məxsus evin həyətində əkmişdir. Bir neçə gündən sonra vedrədə əkdiyi toxumlardan 04 ədədinin, torpaq sahəsində əkdiyi toxumlardan isə 05 ədədinin bitib inkişaf etdiyini görmüş, bundan sonra 04 ədədi vedrədə, 05 ədədi isə torpaq sahəsində olmaqla ümumilikdə 09 ədəd çətənə bitkilərinə qulluq etməyə başlamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində evdə olduğu zaman Xaçmaz RPŞ-nin əməkdaşları evnə gələrək ona yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkilər əkməsi barədə məlumatın olduğunu və bu səbəbdən özünün iştirakı ilə evinin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, etiraz etməmiş, bundan sonra polis əməkdaşları özünün və aqronomun iştirakı ilə videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı 04 ədədi ağ rəngli plastik vedrənin içərisində, 05 ədədi isə torpaq sahəsində olmaqla ümumilikdə 09 ədəd çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına həmin bitkiləri 2020-ci ilin aprel ayının əvvəllərindən əkib-becərdiyini etiraf etmişdir. Lakin evinin həyətində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsindən nə ailə üzvlərinin, nə də ki, başqa heç kimin məlumatı olmamışdır. Xaçmaz rayonu Alıc-qışlaq kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri Fərman Kərimzadə küçəsi yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin aparılması, yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə icazə verilməsindən ötrü xx xxx 2020-ci il tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla əməliyyat qrupu yaradılmışdır. CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qrupun tərkibinə daxil edilmiş və faktla bağlı araşdırma aparılması isə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 həvalə olunmuşdur. Həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid3 mütəxəssis qismində şöbəyə dəvət ediləndən sonra həmin tarixdə saat 12 radələrində hamı birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs özü onları qarşılamış, ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olduğundan videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmiş və bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini və buna görə də şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkibbecərdiyini etiraf edərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı torpaq sahəsinin sağ yan tərəfində yerləşən toyuq hininin yanındakı taxtanın üzərinə qoyulmuş ağ rəngli plastik materialından olan vedrənin içərisində 04 ədəd, dəmir torla əhatəyə alınmış torpaq sahəsində, qoz ağacının dibində isə 05 ədəd olmaqla ümumilikdə 09 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərildiklərini bildirmiş və bununla bağlı rəy yazmışdır. Bundan sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq bir ədəd polietilen torbaya qablaşdırılmış və ağzı möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs arabir narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini və həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərin də tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu bildirmişdir. Belə ki, 2019-cu ilin sentyabr ayında Xaçmaz rayonunda, zolaq meşə massivi adlanan ərazidə özünə məxsus heyvanları otararkən oradan 01 ədəd çətənə bitkisi tapdığını və həmin çətənə bitkisini torpaqdan çıxarıb yaşadığı evə gətirdiyini, onun qurumuş yarpaqlarını əzib siqaret tütünü ilə qarışdıraraq çəkməklə istifadə etdiyini və həmin çətənə bitkisindən 12 ədəd toxum əldə edərək özündə saxladığını, 2020-ci ilin aprel ayında şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə həmin 12 ədəd çətənə bitkisinin toxumlarından 05 ədədini ağ rəngli plastik materialdan olan vedrənin içərisində, 07 ədədini isə torpaqda əkdiyini, bir neçə gündən sonra vedrədə əkdiyi toxumlardan 04 ədədinin, torpaq sahəsində əkdiyi toxumlardan isə 05 ədədinin bitib inkişaf etdiyini gördüyünü və bundan sonra 04 ədədi vedrədə, 05 ədədi isə torpaq sahəsində olmaqla ümumilikdə 09 ədəd çətənə bitkilərinə qulluq göstərməklə becərdiyini bildirmişdir. Faktla bağlı təhqiqatçı Əhməd Muradov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmış və bir ədəd CD diskə köçürülərək materiala əlavə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid3 bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır və hazırda Xaçmaz rayon Mənzil İstismar İdarəsində aqronom vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 mütəxəssis təyin olunmasına dair qərarına əsasən şöbəyə dəvət olunmuş, təhqiqatçı Əhməd Muradov ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Fərman Kərimzadə küçəsində, yeni yaşayış massivi adlanan ərazidə yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini demiş və həmin baxışda mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və bundan sonra həmin tarixdə saat 12 radələrində Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid1, polis kapitanı Şahid2 və təhqiqatçı Əhməd Muradovla birlikdə qeyd olunan ünvana getmişdir. Həmin ünvanda bir şəxs onları qarşılamış və onları qarşılayan şəxsin Təqsirləndirilən şəxs olması orada ona məlum olmuşdur. Şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olduğundan videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmiş və bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini və buna görə də şəxsi istifadəsi üçün marixuana hazırlamaq məqsədi ilə yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərdiyini etiraf edərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı torpaq sahəsinin sağ yan tərəfində yerləşən tikilinin yanındakı taxtanın üzərinə qoyulmuş ağ rəngli plastik materialından olan vedrənin içərisində 04 ədəd, dəmir torla əhatəyə alınmış torpaq sahəsində, qoz ağacının dibində isə 05 ədəd olmaqla ümumilikdə 09 ədəd 8-35 sm hündürlüklərdə tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar olunmuşdur. Polis əməkdaşları ona aşkar olunmuş bitkiləri nəzərdən keçirib onların hansı növ bitkilərə aid olmasını və onlara aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etməyi təklif etdiyindən o, həmin bitkilərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirmişdir. Həmin bitkilərin dibləri suvarılmış və digər aqrotexniki qulluqlar göstərilməklə becərildiyinə görə o, aşkar olunmuş bitkilərin əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olması və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərilməsi barədə rəy yazaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq bir ədəd polietilen torbaya qablaşdırılmış və ağzı möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs arabir narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini və həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərin də tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu bildirmişdir. Bundan sonra faktla bağlı təhqiqatçı Əhməd Muradov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki, rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada avtomobil çilingəri işləyərək ailələrinin dolanışığına köməklik göstərir. Təqsirləndirilən şəxs doğma atasıdır və ata-oğul kimi onunla münasibəti yaxşıdır və aralarında ədavət və ya qərəzli münasibət olmamış, hazırda da yoxdur. xx xxx 2020-ci il tarixdə polis əməkdaşlarının yaşadıqları evin həyətyanı torpaq sahəsinə baxış keçirmələri və baxış zamanı 09 ədəd narkotik tərkibli bitki şitilləri aşkar edərək götürmələri sonradan ona məlum olmuşdur. Lakin şəxsən özü narkotik tərkibli bitkiləri tanımamış və atası Təqsirləndirilən şəxs da belə iş tutacağını gözləməmişdir. Sonradan atası Gülağa ilə görüşüb bu barədə maraqlananda o, ona spirtli içki qəbul etməməsindən ötrü özünün istifadəsi üçün narkotik vasitə hazırlamaq məqsədi ilə həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli bitkilər əkdiyini demiş və bu əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən həyətyanı torpaq sahələrindən aşkar edilərək götürülmüş narkotik tərkibli bitki şitillərinin atası Gülağa tərəfindən əkildiyini bilmişdir. Lakin şəxsən özü hər gün səhər tezdən evdən çıxıb işə getmiş və hava qaralandan sonra işdən evə qayıtdığı üçün həyətyanı torpaq sahəsinə keçməyə vaxtı olmamış, buna görə də həyətyanı torpaq sahəsindən aşkar edilmiş narkotik tərkibli bitkiləri görməmiş, həmçinin atası Gülağanın narkotik vasitə qəbul etməsini hiss etməmiş və bu barədə heç nə bilməmişdir. İş materiallarında olan video diskə məhkəmə tərəfindən baxış keçirilmiş və təqsirləndirilən şəxsin yaşadığı Xaçmaz şəhəri F.Kərimzadə küçəsi yeni yaşayış massivində yerləşən evinin həyətində çətənə bitkisi toxumlarından 04 ədədini bir ədəd plastik materialından olan vedrədə, 05 ədədini isə torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloji və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. İş materiallarında olan Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid3 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli rəydən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Fərman Kərimzadə küçəsində yerləşən evin həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı plastik vedrənin içərisində 01 ədəd 10 sm, 03 ədəd 08 sm hündürlükdə 04 ədəd, torpaq sahəsinin içərisində qoz ağacının dibində 01 ədəd 35 sm, 03 ədəd 12 sm və 01 ədəd 08 sm hündürlükdə 05 ədəd olmaqla ümumilikdə 09 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar edilmiş, həmin bitkilərin dibləri suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilməklə becərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 7/234 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş və tədqiqata təqdim olunmuş polietilen torbada 02 (iki)ədəd, 32 və 12 sm ölçüdə, yaş vəziyyətdə ümumi çəkisi 6,796 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş həmin polietilen torbada 07 (yeddi) ədəd, dörd ədəd 9 sm, iki ədəd 6 sm, bir ədəd 4 sm ölçüdə, yaş vəziyyətdə ümumi çəkisi 2,756 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən ümumi sayı 09 (doqquz) ədəd olan çətənə (kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2–X6 Ekspert Komissiyasının xx xxxx 2020-ci il tarixli, 1661 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Aşağı-zeyid kənd X7 üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən, görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı Xaçmaz şəhəri F.Kərimzadə küçəsi yeni yaşayış massivində yerləşən evinin həyətində çətənə bitkisi toxumlarından 04 ədədini bir ədəd plastik materialından olan vedrədə, 05 ədədini isə torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə xeyli miqdarda, yəni ümumilikdə 09 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «Marixuana – Kannabis» olan narkotik vasitənin qurudulmuş halda şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmüinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü və ölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən göstərilən halları nəzərə alıb, hesab edir ki, onun islah olunması cəmiyyətdən təcrid edilmədən də mümkündür. Odur ki, məhkəmə, ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması növündə cəzının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə ona əsaslanır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməyi əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxscəzaçəkməmüddətininəvvəli xx xxxxxxxx 2020ciiltarixdənhesablanmalı, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Məjlum oğluərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-nin anbarında saxlanılan, 9,512 qram çəkidə 09 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi və 02 (iki) ədəd zərfə qablaşdırılıb möhürlənmiş şitillər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə məhkəmə xərci 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınmaqla, üzərində qəti olaraq 10 (on) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində sejilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-ninanbarında saxlanılan, 9,512 qram çəkidə 09 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi və 02 (iki) ədəd zərfə qablaşdırılıb möhürlənmiş şitillər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə məhkəmə xərci 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs evinin həyətində axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar