Məhkəmə qərarları › İş №1(067)-123/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-123/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-123/2023 20.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonunun Sabir-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Sabir-oba kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2016-cı ildə 4 GB tutumuna malik “HP” markalı “flash card” tipli yaddaş qurğusunun daxilinə internet vasitəsilə “Dostluq və Düşmənlik 1-2”, “X1 4 Cihadin Hukmu ve Cesitleri” və “X1 9 X15 tarafindan Desteklidir 4 Allaha Dua” başlıqlı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran audiofayllar yazaraq, həmin faylları və onların yazıldığı yaddaş qurğusunu yaşadığı Xaçmaz rayonunun Sabir-oba kəndindəki evində saxlamışdır. Həmin audiofaylların yazıldığı “HP” markalı “flash card” tipli yaddaş qurğusu 11 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Sabir-oba kəndindəki evə baxış keçirilərkən aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ittihamda qeyd olunan audiofaylları yaddaş qurğusuna digər audiofayllarla birlikdə yükləmiş, lakin o, həmin audiofayllara qulaq asmamış, yalnız yükləyərək saxlamış, həmçinin həmin audiofaylların onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola biləcəyini bilməmişdir. Həmçinin bildirdi ki, həmin audiofaylları internetdən o özü yükləmiş, lakin hansı saytlardan yüklədiyini xatırlamır. O, həmin audifaylları bir qədər dinləmiş və ona aid olmadığını bilərək daha dinləməmiş, yaddaş kartında atılıb qalmış, silməmişdir. Həmin audifayllardan ondan başqa kimsənin xəbəri olmamışdır. O, namaz qılaraq ibadət edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, həmin audiofaylları heç yerdə yaymamış, onun evində belə audiofaylların olmasını haradan bildikləri barədə heç nə bilmir. O, həmin audiofaylları yalnız özünün istifadəsi üçün yükləmiş, onları dinlədikdə ona aid olmadığını görmüş, lakin silməyərək adlarını “Quran” yazaraq saxlamışdır. İbtidai istintaq zamanı o, müdafiəçi ilə təmin edilmişdir. O, həmin audiofaylları 2016-cı ildə yükləmişdir. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək, ona cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 11 yanvar 2023-cü il tarixdə yaşadığı Xaçmaz rayonu, Sabir-oba kəndindəki evə baxış keçirilərkən aşkar olunaraq götürülmüş daxilində dini və dini ekstremist məzmunlu audiofayllar olan 2 ədəd “flash card” tipli yaddaş qurğusu ona məxsus olmuşdur. Həmin yaddaş qurğularının daxilindəki dini məzmunlu audiofaylları 2016-cı ildə internetdən şəxsən özü yükləmişdir. Lakin hansı kompüter vasitəsilə və hansı saytlardan yüklədiyini xatırlamamışdır. Bu audiofayllar arasında quran ayələri, quranın izahı, habelə müxtəlif mövzulara aid Abu Hanzala adlı Türkiyədə yaşayan şəxsin dini möizələri və izahları olmuşdur. Bu audiofaylları yalnız özü üçün yükləmişdir. Məqsədi İslam dini barədə daha çox bilik əldə etmək olmuşdur. Lakin bir sıra audiofayllarda Abu Hanzalanın dini ekstremist fikirlər irəli sürdüyünü görüb, onlara daha qulaq asmamışdır. Son illər bu yaddaş qurğularında olan audiofayllardan yalnız Qurani Kərimin ayələrinə qulaq asmışdır. Qeyd edilən yaddaş qurğularındakı audiofaylları kiməsə verməmiş və satmamış, yəni onları yaymamışdır. Özündən başqa həmin fayllara heç kim qulaq asmamışdır. Bu yaddaş qurğularıdan həmin faylları başqa heç bir yaddaş qurğusuna köçürməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə DTX əməkdaşlarının dəvəti ilə könüllü olaraq Xaçmaz rayonu, Sabir-oba kəndində Zaur adlı şəxsin iki evinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Birinci baxış təxminən saat 18:30 radələrində başlanmış və təxminən saat 20:00 radələrində başa çatmışdır. İkinci evə baxış isə saat 20:30 radələrində başlanmış, saat 22:00 radələrində başa catmışdır. Baxışların keçirilməsində daha bir nəfər - Xaçmaz rayonu, Nərəcan kənd bələdiyyəsinin sədri Şahid2 də hal şahidi qismində iştirak etmişdir. Birinci evə baxış başlanmamışdan əvvəl evin həyətinin qapısı döyülmüş və qapını adının Zamir olduğunu və Zaur adlı şəxsin oğlu olduğunu bildirən şəxs açmışdır. DTX-nın əməkdaşı həmin şəxsin yaşadıqları evə və həyətyanı sahəyə baxış keçirmək üçün qərar olduğunu demiş və həmin qərarı bu şəxsə elan etmişdir. Sonra Zamir və hal şahidlərinə, yəni ona və Şahid2 baxış keçirilərkən malik olduqları hüquq və vəzifələr izah edilmişdir. Bundan sonra Zamirə yaşadığı evdə və həyətyanı sahədə odlu silah, döyüş sursatı, partlayıcı maddələr, habelə qanunsuz saxladığı digər əşyalar olduğu təqdirdə onları vermək təklif olunmuşdur. Zamir belə əşyaların onda olmadığını bildirmiş və baxışın keçirilməsi üçün DTX əməkdaşlarını və hal şahidlərini, yəni onu və Şahid2 evin həyətinə dəvət etmişdir. Bundan sonra DTX əməkdaşları və hal şahidləri, yəni o və Şahid2 evin həyətyanı sahəsinə daxil olmuş və baxış başlanmışdır. Baxış aparılan evin həyətyanı sahəsi təxminən 12 sot təşkil etmişdir. Həyətyanı sahədə və evdə iş üzrə əhəmiyyətli heç bir əşya və ya sənəd aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və o, həmin protokolla tanış olub, doğru tərtib olunduğunu müəyyən edib, imzalamışdır. Bundan sonra Zaur adlı şəxsin Xaçmaz rayonu, Sabir-oba kəndində yerləşən ikinci evinə baxış keçirmək üçün həmin evə getmişlər. DTX əməkdaşı Zamir və hal şahidlərinə, yəni ona və Şahid2 yenidən baxış keçirilərkən malik olduqları hüquq və vəzifələri izah etmişdir. Bundan sonra Zamirə yenidən baxış keçiriləcək evdə və həyətyanı sahədə odlu silah, döyüş sursatı, partlayıcı maddələr, habelə qanunsuz saxladığı digər əşyalar olduğu təqdirdə onları vermək təklif olunmuşdur. Zamir belə əşyalar olması barədə məlumatı olmadığını demiş və baxışın keçirilməsi üçün DTX əməkdaşlarını və hal şahidlərini, yəni onu və Şahid2 evin həyətinə dəvət etmişdir. Evə baxış keçirilərkən isə çardaqda yerləşən uşaq otağından iki ədəd ov tüfəngi, bir ədəd planşet, bir ədəd noutbuk tipli kompüter, 5 ədəd yaddaş kartları, iki ədəd CD disk aşkar edilmişdir. Aşkar edilmiş əşyalar DTX əməkdaşı tərəfindən xüsusi qaydada qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra keçirilmiş baxış barədə protokol tərtib olunmuşdur. O, həmin protokolla tanış olub, doğru tərtib olunduğunu müəyyən edib imzalamışdır. Həmçinin bildirdi ki, o, Xaçmaz rayon İHB-nın Nərəcən kənd İƏD üzrə nümayəndəsi işləyir. Təqsirləndirilən şəxs onun nümayəndəsi olduğu ərazidə yaşayır, təqsirləndirilən şəxs özünü ərazidə intizamlı aparmış, onun barəsində hər hansı şikayət olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsin hər iki evində hal şahidi kimi iştirak etmiş, hər iki evə baxış zamanı təqsirləndirilən şəxsin oğlu da yaxından iştirak etmiş, onların yanında olmuşdur. Təqsirləndirilən şəxsin evlərinə baxış eyni gündə keçirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, iş üzrə təqsirləndirlən şəxsin oğludur, atası və əmisi Samir Seyidovla birlikdə Xaçmaz-Xudat yolunda yerləşən “Bərəkətli” marketin yaxınlığında yerləşən ət mağazasında işləmişlər. 11 yanvar 2023-cü il tarixdə yaşadığı Xaçmaz rayonunun Sabir-oba kəndindəki iki evə DTX əməkdaşları tətəfindən hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Birinci evə baxış təxminən saat 18:30 radələrində başlanmış və təxminən saat 20:00 radələrində başa çatmışdır. İkinci evə baxış saat 20:30 radələrində başlanmış, saat 22:00 radələrində başa çatmışdır. Baxışların keçirilməsində iki hal şahidi və ev yiyəsi kimi o iştirak etmişdir. Hal şahidləri kimi kənd bələdiyyəsinin sədri Şahid2 və ərazi nümayəndəsi Şahid1 iştirak etmişlər. Baxış keçirilməzdən əvvəl baxışın keçirilməsi barədə qərar ona elan edilmiş və evdə, habelə həyətyanı sahədə odlu silah, döyüş sursatı, partlayıcı maddələr, habelə qanunsuz saxlanılan digər əşyalar olduğu təqdirdə onları vermək təklif olunmuşdur. O da belə əşyaların onda olmadığını bildirmişdir. DTX əməkdaşları ona və hal şahidlərinə hüquqlarını elan etmişdir. Birinci evdə baxış zamanı hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. ikinci evdə axtarış zamanı çardaqda yerləşən uşaq otağından iki ədəd ov tüfəngi, bir ədəd planşet, bir ədəd noutbuk tipli kompüter, 5 ədəd yaddaş kartları, iki ədəd CD disk aşkar edilmişdir. Aşkar edilmiş əşyalar DTX əməkdaşı tərəfindən xüsusi qaydada qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra, keçirilmiş baxış barədə protokol tərtib olunmuşdur. O, həmin protokolla tanış olub, doğru tərtib olunduğunu müəyyən edib imzalamışdır. Baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd “Lenovo” markalı planşet, bir ədəd “Toshiba” markalı noutbook tipli kompüter, beş ədəd yaddaş kartları, iki ədəd CD atası Zaurun özünə məxsus olmuşdur. Həmin baxış zamanı aşkar edilərək götürülmüş iki ədəd ov tüfəngindən 12 kalibrli “MP 27EM1C” markalı olmaqla üzərində “1527 20076” nömrəsi qeyd edilmiş tüfəng vəfat etmiş babası Buludxan Seyidovdan miras qalmış və nənəsi Tamara Seyidovaya məxsus olmuş, həmin ov tüfəngi sonuncunun adına rəsmi olaraq sənədləşdirilmişdir. 16 kalibrli “TOZ-BM” markalı “193993-58” nömrəli ov tüfəngi də babası Buludxan Seyidovdan miras qalmış, lakin bu ov tüfəngi hələ sənədləşdirilməmişdir. O, atası Təqsirləndirilən şəxs hər hansı qanunsuz əməllər törətməsindən xəbərsiz olmuş, heç vaxt ona dini və ya dini ekstremist məzmunlu kağız və elektron daşıyıcılarında hər hansı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa materiallar verməmişdir. Təqsirləndirilən şəxs bu cür ədəbiyyat, mal və məmulatları digər şəxslərə verməsi, istehsal etməsi, satması və ya yayma məqsədi ilə ölkəyə idxal etməsi barədə məlumatı yoxdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan 03 may 2013-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs və qeyriləri barələrində olan 922 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır. İş materiallarında olan 07 may 2013-cü il tarixli qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası MTN Antiterror Mərkəzindən daxil olmuş ilkin materiallar əsasında 06 aprel 2012-ci ildə MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 29,120.2.7, 28,214.2.1, 28,214.2.3, 228.3, 279.3, 234.4.3 və 315.2-ci maddələrilə başlanılaraq icraata qəbul edilmiş 922 saylı cinayət işinin materiallarından X4, Təqsirləndirilən şəxs və qeyriləri barəsində 28,214.2.1, 28,214.2.3, 228.3, 274, 278 və 279.1-ci maddələri ilə ayrıca icraat ayrılmışdır. (№ 1016) İş materiallarında olan 16 fevral 2017-ci il tarixli qərardan müəyyən edilir ki, 1016 saylı cinayət işində X4, Təqsirləndirilən şəxs və qeyriləri barəsində 28,214.2.1, 28,214.2.3, 228.3, 274, 278 və 279.1-ci maddələri ayrıca icraata ayrılmışdır. (№ 1365) İş materiallarında olan 31 mart 2017-ci il tarixli qərardan müəyyən edilir ki, 1016 saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyinə görə dayandırılmışdır. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində olan 1365 saylı cinayət işi üzrə icraatın təzələnərək ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan 11 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs və qeyriləri barələrində olan 1365 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan olunması qərara alınmışdır. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 11 yanvar 2023-cü il tarixli qərardan müəyyən edilir ki, 1365 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs avtomobilində və evlərində silah və digər predmetlərin olmasına dair əməliyyat məlumatları mövcud olduğundan onun evlərinə və istifadə etdiyi avtomobilə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli baxış protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən bir ədəd “Kral-Arms” modelli, “12-K-15856” nömrəli 12 çaplı təklüləli ov tüfəngi, 70 ədəd 12 kalibrli ov tüfənginin patronları, kəsici hissəsinin üzərində “BOWNİNG” qeydi olan ov bıçağı, 051- ***-**-** saylı mobil telefon nömrəsi, bir ədəd “Model İJ 58” və “K-04164” qeydləri olan qoşalüləli ov tüfəngi, 254 ədəd 16 kalibrli ov tüfənginin patronları, ** XY *** dövlət qeydiyyat nişanlı “BMW 5281” markalı avtomaşının qeydiyyat şəhadətnaməsi, ** SZ *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtomaşının qeydiyyat şəhadətnaməsi, “İJ 58” modelli BB-4949 nömrəli 16 çaplı qoşalüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün verilmiş 27227- S №-li şəhadətnamə, 4098 №-li ovçuluq bileti, “Hərbi Ovçuluq İttifaqı” tərəfindən verilmiş 004098 №-li ovçuluq bileti, AF 323381 saylı sürücülük vəsiqəsi, “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında (VÖEN) ********** №-li şəhadətnamə, 3314 4246 4001 saylı X14, “Kapital Bank”a məxsus 6768 6753 5861 8591 saylı plastik kart, “Access Bank”a məxsus 4268 6312 3150 7683 saylı plastik kart, bir ədəd kəsici hissəsinin üzərində “STAİNLESS STEEL.U.S.A.” qeydləri olan bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli baxış protokollarından müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Sabir-oba kəndindəki iki evə DTX əməkdaşları tətəfindən hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Birinci evə baxış təxminən saat 18:30 radələrində başlanmış və təxminən saat 20:00 radələrində başa çatmışdır. İkinci evə baxış saat 20:30 radələrində başlanmış, saat 22:00 radələrində başa çatmışdır. Birinci evdə baxış zamanı hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. İkinci evə baxış zamanı bir ədəd “Lenovo” markalı planşet, bir ədəd “Toshiba” markalı noutbook tipli kompüter, beş ədəd “flash card” (yaddaş kartları), iki ədəd CD disk, Tamara Seyidovanın adına sənədləşdirilmiş üzərində “1527 20076” nömrəsi qeyd edilmiş “MP 27EM1C” markalı 12 kalibrli ov tüfəngi, bir ədəd sənədsiz “TOZ-BM” markalı “193993-58” nömrəli 16 çaplı qoşalüləli ov tüfəngi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 10 mart 2023-cü il tarixli, 3-32/2-377/2023 saylı məktubu ilə daxil olmuş arayışdan müəyyən edilir ki: a) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsindən 1365 nömrəli cinayət işi üzrə dinşünaslıq ekspertizasına təqdim ediİmiş 2 ədəd flash card yaddaş qurğusunun daxilində olan audiomateriallar dini təyinatlıdır; b) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsindən 1365 nömrəli cinayət işi üzrə dinşünaslıq ekspertizasına təqdim edilmiş 4 gb tutuma malik “HP” markalı flash card tipli yaddaş qurğusunun daxilindəki "Dostluq və Düşmənlik 1-2”, “X2 4 Cihadin Hukmu ve Cesitleri” və “X2 9 X15 Tarafindan Desteklidir 4 Allaha Dua” başlıqlı audiomateriallarda dini-ekstremist məzmuna malik informasiyalar mövcuddur; c) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsindən 1365 nömrəli cinayət işi üzrə dinşünaslıq ekspertizasına təqdim edilmiş 4 gb tutuma malik "HP” markalı flash card tipli yaddaş qurğusunun daxilində olan audiomateriallardan Qurani-Kərim tilavəti ilə əlaqədar audiofayllar istisna olmaqla, digərlərinin istehsalı, satış və yayma məqsədi ilə idxal edilməsi, satışı və ölkədə yayılması məqsədəuyğun hesab edilmir və buna Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli, 4/438 nömrəli ekspert rəyindən müəyyən edilir ki: 1) Tədqiqata təqdim edilmiş iki ədəd “flash card” yaddaş qurğusunun daxilində olan audiomateriallar dini təyinatlıdır. 2) Məhkəmədinşünaslıq ekspertizasına təqdim edilmiş 4 GB tutuma malik “HP” markalı “flash card” tipli yaddaş qurğusunun daxilindəki “Dostluq və Düşmənlik 1-2”, “X1 4 Cihadin Hukmu ve Cesitleri” və “X1 9 X15 tarafindan Desteklidir 4 Allaha Dua” başlıqlı audiomateriallarda dini ekstremist məzmuna malik informasiyalar mövcuddur; 3) Tədqiqata təqdim edilmiş 4 GB tutma malik “HP” markalı “flash card” tipli yaddaş qurğusunun daxilində olan audiomateriallardan Qurani-Kərim tilavəti ilə əlaqədar audiofayllar istisna olmaqla, digərlərinin istehsalı, satış və yayma məqsədilə idxal edilməsi, satışı və ölkədə yayılması məqsədəuyğun hesab edilmir və buna Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilərək götürülmüş daxilində dini təyinatlı audiofayllar olan 01 ədəd “flash card” tipli yaddaş qurğusu və daxilindəki audiofayllarda dini ekstremist məzmuna malik informasiyalar olan 01 ədəd “HP” markalı “flash card” tipli yaddaş qurğusu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2011-ci ilin noyabr ayında Vüqar Padarov, Samir Sanıyev və Elmir Nurəliyev tərəfindən yaradılaraq rəhbərlik edilmiş qanunsuz silahlı birləşmələrin tərkibində iştirakına, müsbət halda fəaliyyətinə dair əlavə sübut əhəmiyyətli məlumatlar əldə edilməmişdir. İş materiallarında olan şəhadətnamənin və biletlərinin surətlərindən müəyyən edilir ki, “İJ 58” modelli BB-4949 nömrəli 16 çaplı qoşalüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Azərbaycan Respublikası DİN Xaçmaz RPŞ tərəfindən Təqsirləndirilən şəxs adına 27227-S №-li şəhadətnamə verilmiş, həmçinin onun adına 4098 nömrəli ovçuluq bileti vardır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert 14 mart 2023-cü il tarixli, 3/381 saylı ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs məxsus olan kəsici hissəsinin üzərində “STAİNLESS STEEL.U.S.A.” qeydləri olan bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.1 və 228.4-cü maddələrilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan müəyyən edilir ki, 1365 nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan “flash card” yaddaş qurğusunu, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma həmin Məcəllənin 167-3.1-ci maddəsinin tərkibini yaradır. “Dini ekstremizmə qarşı mübarizə haqqında” 04 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, dini ekstremizmin (dini ekstremist fəaliyyətin) əsas əlaməti onun dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində həyata keçirilməsidir. Həmin Qanunun 1.0.1.8-ci maddəsinə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması dini ekstremizmin təzahür formalarındandır. Dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar dedikdə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsini, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılmasını, həmin birləşmə və ya qruplarda iştirakı, terror fəaliyyətinin həyata keçirilməsini, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakı, milli, sosial və ya dini nifrətin salınmasını, milli ləyaqətin alçaldılmasını, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsini, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsini, habelə sadalanan fəaliyyətlərə açıq çağırışların edilməsini ehtiva edən kağız vərəqələr, kağız və ya elektron məktublar, internet infomasiya ehtiyatlarında sosial şəbəkələrdə yazılı, görüntülü, səsli paylaşımlar, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, bəyanatlar və sair bu kimi materiallar başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə görə: İ. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İİ. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə görə, irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə görə, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin surətlərindən və Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2007, xx.xx.2015 və xx.xx.2017 təvəllüdlü olmaqla üç yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü sakit, intizamlı bir vətəndaş kimi aparmışdır. Nümayəndəliyə onu tanıyanlardan yaxın qohumlarından heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 03 may 2013-cü il tarixli qərara əsasən axtarış elan olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 11 yanvar 2023-cü il tarixdə saxlanılaraq məhkəmənin qeyd olunan qərarına əsasən həbsə alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Əşyalar barəsində məsələnin həll edilməsi haqqında” 15 may 2023-cü il tarixli qərarlardan və həmin tarixli protokollardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd “Kral-Arms” modelli “12- K-15856” nömrəli 12 çaplı təklüləli ov tüfəngi, 70 ədəd 12 kalibrli ov tüfənginin patronları, kəsici hissəsinin üzərində “BOWNİNG” qeydi olan ov bıçağı və 051 ***-**-** saylı mobil telefon nömrəsi X7 məxsus olduğundan ibtidai istintaq zamanı onun özünə qaytarılmış; bir ədəd “Model İJ 58” və “K-04164” qeydləri olan qoşalüləli ov tüfəngi, 254 ədəd 16 kalibrli ov tüfənginin patronları, ** XY *** dövlət qeydiyyat nişanlı “BMW 5281” markalı avtomaşının qeydiyyat şəhadətnaməsi, ** SZ *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtomaşının qeydiyyat şəhadətnaməsi X5 məxsus olduğundan ibtidai istintaq zamanı onun özünə qaytarılmış; “İJ 58” modelli BB-4949 nömrəli 16 çaplı qoşalüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün verilmiş 27227-S №-li şəhadətnamə, 4098 №-li ovçuluq bileti, “Hərbi Ovçuluq İttifaqı” tərəfindən verilmiş 004098 №-li ovçuluq bileti, AF 323381 saylı sürücülük vəsiqəsi, “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında (VÖEN) ********** №-li şəhadətnamə, 3314 4246 4001 saylı X14, “Kapital Bank”a məxsus 6768 6753 5861 8591 saylı plastik kart, “Access Bank”a məxsus 4268 6312 3150 7683 saylı plastik kart, bir ədəd kəsici hissəsinin üzərində “STAİNLESS STEEL.U.S.A.” qeydləri olan bıçaq, həmçinin Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd “Lenovo” markalı planşet, bir ədəd “Toshiba” markalı noutbuk tipli kompüter, üç ədəd yaddaş kartı, iki ədəd CD disk ibtidai istintaq zamanı X5 təhvil verilmiş; Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş X6 adına sənədləşdirilmiş üzərində “1527 20076” nömrəsi qeyd edilmiş “MP 27EM1C” markalı 12 kalibrli ov tüfəngi ibtidai istintaq zamanı onun özünə qaytarılmışdır. İş materiallarında olan “Əşyalar barəsində məsələnin həll edilməsi haqqında” 16 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş, onun adına 27227-S nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmiş “İJ 58” modelli BB-4949 nömrəli 16 çaplı 01 ədəd qoşalülə ov tüfəngi və 01 ədəd sənədsiz “TOZ-BM” markalı 193993-58 nömrəli 16 çaplı qoşalülə ov tüfəngi barələrində müvafiq qərar verilməsi üçün həmin ov tüfəngləri Xaçmaz Rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olmayan, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş və onun adına 27227-S nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmiş “İJ 58” modelli BB-4949 nömrəli 16 çaplı 01 ədəd qoşalülə ov tüfəngi Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasının sonu ilə, yaxud cəzadan vaxtından əvvəl azad edildikdən sonra onun özünə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olmayan, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd sənədsiz “TOZ-BM” markalı 193993-58 nömrəli 16 çaplı qoşalülə ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilərək götürülmüş daxilində dini təyinatlı audiofayllar və daxilindəki audiofayllarda dini ekstremist məzmuna malik informasiyalar olan “flash card” tipli yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT (SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 167-3.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmayan, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş və onun adına 27227-S nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmiş “İJ 58” modelli BB-4949 nömrəli 16 çaplı 01 ədəd qoşalülə ov tüfəngi Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasının sonu ilə, yaxud cəzadan vaxtından əvvəl azad edildikdən sonra onun özünə qaytarılsın. İş üzrə maddi sübut olmayan, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd sənədsiz “TOZ-BM” markalı 193993-58 nömrəli 16 çaplı qoşalülə ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilərək götürülmüş daxilində dini təyinatlı audiofayllar və daxilindəki audiofayllarda dini ekstremist məzmuna malik informasiyalar olan “flash card” tipli yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT (SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar