Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-124/2020 24.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:40 radələrində Xaçmaz rayonunun Qobuqırağı kəndində yerləşən məscidin həyətində həmin məscidin imam köməkçisi Zərərçəkmiş şəxs özü barəsində şikayət etmiş şəxsləri nəzərdə tutaraq “şikayət edənlərin anasını ağlar qoyacağam” ifadəsini işlətməsini əsas gətirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlı göstərən, məsciddə olan şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol vermiş, daha sonra şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs üstünə gəlib, hər iki əlinin iç tərəfi ilə qəsdən onun sinəsinə bir dəfə zərbə endirmiş, zərbədən sonra dərhal yaxasından tutaraq silkələmiş və sağ qolundan dirsək zərbəsi ilə, daha sonra diz zərbəsi ilə ayaqlarının arasından bir dəfə vurub, öz hərəkətlərini davam etdirməklə sonuncunun yaxasından tutduğu vəziyyətdə onu sağa-sola yelləyərək kürəyini məscidin həyətinin dəmir darvaza qapısına vurmaqla Zərərçəkmiş şəxs “sağ bazu, sol bud, xayalıq və hər iki kürək nahiyələrinin qançırları” ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıq aşkar hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə məscidə ibadət etməyə gələn şəxslərin rahatlığının və məscidin normal fəaliyyətinin pozulması ilə müşayiət olunmuş xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində hər gün olduğu kimi Xaçmaz rayonunun Qobuqırağı kənd məscidinə namaz qılmağa getmişdir. Təxminən 5 dəqiqə sonra məscidin imamı Elvin əfəndi X3 tərəfindən tərtib edilmiş namaz təqviminə uyğun olaraq imam köməkçisi Zərərçəkmiş şəxs azan verməsini tapşırmışdır. Azan verildikdən sonra Zərərçəkmiş şəxs “qamət” gətirməsini bildirmişdir ki, ardınca namaz qılınsın. İmam Elvin əfəndi camaata axşam namazını həmişəki vaxtından təxminən 15-20 dəqiqə tez, yəni “azan” verilən kimi fasilə saxlamadan qıldırdığı üçün camaatın bir hissəsi gəlməmiş, ona görə də o və onun əqidəsindən olan Şahid1 Elvin əfəndiyə “namazın qılınmasına hələ başlamayaq, bir az gözləyək, yol uzaqdır, gələnlər olacaq” demişdir. Elvin əfəndi isə “namaz X3 tərəfindən tərtib edilmiş təqvim üzrə qılınacaq, X8 üzrə Dövlət Komitəsindən belə tapşırıblar” demişdir. Tez olmasına baxmayaraq imamın sözündən çıxmamış və o da “qamət” gətiriləndən sonra camaatla birlikdə namaz qılmışdır. Namaz qılındıqdan sonra əvvəlcə o, sonra Şahid1 və xatırlamadığı digər onun əqidəsindən olan şəxslər birlikdə məscidin içində olarkən Elvin əfəndiyə “niyə digər camaatı gözləmədən namazı həmişəki vaxtdan tez qıldırdın?” demişlər. Elvin əfəndi cavab vermişdir ki, “komitədən mənə belə tapşırıblar, bundan sonra belə qılınacaq”. O, Elvin əfəndiyə demişdir ki, “5-6 nəfər namaz qılan ağsaqqal götürüb, sən də başda olmaqla komitəyə gedək və xahiş edərək bu məsələni yoluna qoyaq”. Elvin əfəndi cavab vermişdir ki, “getmək mənlik deyil”. Elə həmin vaxt məscidə daxil olan Şahid2 da namaza çatmayan camaatdan biri kimi namazın tez qılınması ilə bağlı Elvin əfəndiyə öz narazılığını bildirmişdir. Bundan sonra imam və imam köməkçisi də daxil olmaqla namazı qılmış bütün camaat məscidin həyətinə çıxmışlar. Namaza çatmayan Şahid2 namazını qılmaq üçün məscidin içərisində qalmışdir. Məscidin həyətində Elvin əfəndi və o, çəkilib bir kənarda namazın tez qılınması ilə bağlı söhbət etmiş, Zərərçəkmiş şəxs və Şahid1 isə onların yaxınlığında dayanıb qulaq asmışlar. O, namazın tez qılınması ilə bağlı Elvin əfəndiyə öz fikirlərini bildirərəkən Zərərçəkmiş şəxs söhbətə müdaxilə edib nəsə demək istəmişdir. O, “sən sakit ol, sənin barəndə camaat tərəfindən şikayət olunub” deyərək, Zərərçəkmiş şəxs söhbətə müdaxilə etməməsini bildirmişdir. Buna cavab olaraq Zərərçəkmiş şəxs onlardan uzaqlaşıb gedərək nəsə demiş, amma o, eşitməmişdir. Zərərçəkmiş şəxs yanında olan Şahid1 demişdir ki, “sən nə söyüş söydün?”. O, başa düşmüşdür ki, Zərərçəkmiş şəxs arxalarınca nalayiq ifadə işlətmişdir. Buna görə də Zərərçəkmiş şəxs yaxınlaşmışdır ki, onların arxasınca söyüş söyməsinin səbəbini öyrənsin. O, yaxınlaşdıqda Zərərçəkmiş şəxs Şahid1 cavab vermişdir ki, “şikayət edənlərin anasını nəzərdə tuturam”. O, bilmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir ay əvvəl barəsində şikayət etmiş şəxsləri, yəni onu, Şahid2 və qeyrilərini nəzərdə tutaraq onların ünvanına nalayiq ifadə işlətmişdir. O, Zərərçəkmiş şəxs yaxasından tutaraq soruşmuşdur ki, “şikayət edənlərdən biri də mənəm”. Zərərçəkmiş şəxs əvvəlcə dediyi sözdən yayınaraq cavab vermişdir ki, “mən başqa şikayət edənlərin anasını ağladacam demişəm”. Öz əqidədaşlarının Zərərçəkmiş şəxs ana söyüşündən qəzəbləndiklərini görüb o, daha da əsəbləşmiş və Zərərçəkmiş şəxs əli, dirsəyi və dizi ilə vurmuş, yaxasından möhkəm tutub itələyərək məscidin həyətindən çıxarmağa başlamışdır ki, camaatla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmasın. Zərərçəkmiş şəxs məscidin həyətinin giriş qapısından küçəyə çıxarıb yaxasını buraxaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və oradan getməsini tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bir taksi avtomobilinə əyləşib getmişdir. Hadisədən sonra məhkəmə istintaqı ərəfəsində təqsirləndirilən şəxsdən etdiyi hərəkətə görə üzr istəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və hal hazırda münasibətləri normaldır. Törətmiş olduğu cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirir, barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxxxx 2017-ci il tarixdən hal-hazıradək Xaçmaz rayonunun Qobuqırağı kənd məscidində mütəvəlli, dini ayinlərin icraçısı- imam köməkçisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində hər gün olduğu kimi o, imam köməkçisi olduğu kənd məscidinə getmiş, təxminən 5 dəqiqə sonra məscidin imamı Elvin əfəndi X3 Tərəfindən tərtib edilmiş namaz təqviminə uyğun olaraq ona tapşırmışdır ki, “azan” versin. O, “azan” verdikdən sonra imam “qamət” gətirməyi bildirmişdir ki, ardınca namaz qılınsın. Bu vaxt Təqsirləndirilən şəxs və Şahid1 Elvin əfəndiyə demişlər ki, “namazın qılınmasına hələ başlamayaq, bir az gözləyək, gələnlər olacaq”. Elvin əfəndi cavab vermişdir ki, “namaz X3 tərəfindən tərtib edilmiş təqvim üzrə qılınacaq, X8 üzrə Dövlət Komitəsindən mənə belə tapşırıblar”. Ona görə də o, “qamət” gətirəndən sonra namaz qılınmağa başlanmışdır. Namaz qılındıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs, sonra Şahid1, həmçinin məscidə yenicə daxil olan Şahid2 məscidin içində imam Elvin əfəndiyə öz etirazlarını bildirərək demişlər ki, axşam namazı 15-20 dəqiqə tez, yəni “azan” verilən kimi fasilə saxlanmadan qılınmış, gec gələn camaatı gözləmək lazım idi. Elvin əfəndi namazın X3 tərəfindən tərtib edilmiş təqvim əsasında qılındığını bir daha onlara izah etmişdir. Həmin vəhabilər “ərəb vaxtı” ilə verilən azanın burada da eyni olmasını istəyirlər. Bundan sonra o, imam Elvin əfəndi və namazı qılmış bütün camaat məscidin həyətinə çıxmışlar. Məscidin həyətində Təqsirləndirilən şəxs, Şahid1 və onların digər əqidə tərəfdaşları namaz vaxtının dəyişdirilməsi ilə bağlı imam Elvin əfəndiyə etiraz etmişlər. Təqsirləndirilən şəxs və qeyriləri narazılıqlarını bildirməklə işlərinə müdaxilə edikləri üçün o, imam Elvin əfəndiyə gülər üzlə demişdir ki, “səbirli ol, gedək bir stəkan çay içək, bu barədə aidiyyatı qurumlara müraciət edərik”. Bu vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, “sən işimizə qarışma, səndən şikayət etmişik, sən bir iki günə zəlil olacaqsan”. O, Təqsirləndirilən şəxs cavab vermişdir ki, “Allah qoysa, məndən şikayət edənin cəzasını dövlət özü verər, anası da yanında ağlayar”. Bu sözdən sonra Təqsirləndirilən şəxs və sonra Şahid1 ucadan qışqırmışlar ki, “sən bizim anamızı söyürsən, şərəfsiz?”. Daha sonra Təqsirləndirilən şəxs üstünə gəlib hər iki əlinin iç tərəfi ilə sinəsindən bir dəfə zərbə endirmiş və zərbədən sonra dərhal hər iki əli ilə yaxasından tutmuşdur. Təqsirləndirilən şəxs yaxasından tutduğu həmin vəziyyətdə sağ qolundan dirsək zərbəsi ilə vurmuş, yaxasından tutduğu vəziyyətdə onu 4-5 dəfə bərk şəkildə silkələmiş, diz zərbəsi ilə də bir dəfə ayaqlarının arasından vuraraq ona xəsarət yetirmiş, yaxasından tutduğu vəziyyətdə onu sağa-sola yelləməklə məscidin həyətindən çıxarmağa başlamış və məscidin həyətinin dəmir darvaza qapısından küçəyə çıxaran zaman itələyərək kürəyini həmin qapıya vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onu küçədə buraxıb onun ünvanına nalayiq ifadələr işlədərək oradan getməsini tələb etmişdir. Bundan sonra o, zəng edərək başına gələn hadisə barədə işlədiyi X8 üzrə Dövlət Komitəsinə məlumat vermiş və taksi avtomobilinə əyləşib Xaçmaz rayon Polis Şöbəsinə gedərək şikayətlə müraciət etmişdir. Təqsirləndirilən şəxs yaxasından tutarkən əynindəki qara rəngli, 35 manat dəyərində olan gödəkçəsi cırılmışdır. Hadisədən sonra məhkəmə istintaqı ərəfəsində Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş zərəri ödəmiş və onlar barışmışlar. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində hər gün olduğu kimi Xaçmaz rayonunun Qobuqırağı kənd məscidinə namaz qılmağa getmişdir. Təxminən 5 dəqiqə sonra məscidin imamı Elvin əfəndi X3 tərəfindən tərtib edilmiş namaz təqviminə uyğun olaraq imam köməkçisi Zərərçəkmiş şəxs tapşırmışdır ki, “azan” versin. Azan verildikdən sonra Zərərçəkmiş şəxs “qamət” gətirməsini bildirmişdir ki, ardınca namaz qılınsın. İmam Elvin əfəndi camaata axşam namazını həmişəki vaxtından təxminən 15-20 dəqiqə tez, yəni “azan” verilən kimi fasilə saxlamadan qıldırdığı üçün camaatın bir hissəsi hələ gəlməmişdir. Ona görə də o və onun əqidəsindən olan Təqsirləndirilən şəxs Elvin əfəndiyə demişlər ki, “namazın qılınmasına hələ başlamayaq, bir az gözləyək, yol uzaqdı, gələnlər olacaq”. Elvin əfəndi cavab vermişdir ki, “namaz X3 tərəfindən tərtib edilmiş təqvim üzrə qılınacaq, X8 üzrə Dövlət Komitəsindən mənə belə tapşırıblar”. Tez olmasına baxmayaraq imamın sözündən çıxmamış və o da “qamət” gətiriləndən sonra camaatla birlikdə namaz qılmışdır. Namaz qılandan sonra əvvəlcə o, sonra Təqsirləndirilən şəxs və xatırlamadığı digər onun əqidəsindən olan şəxslər birlikdə məscidin içində olarkən Elvin əfəndiyə demişlər ki, “niyə digər camaatı gözləmədən namazı həmişəki vaxtdan tez qıldırdın?”. Elvin əfəndi komitədən ona belə tapşırıldığını, bundan sonra belə qılınacağını demişdir. Elə həmin vaxt məscidə daxil olan Şahid2 da namaza çatmayan camaatdan biri kimi namazın tez qılınması ilə bağlı Elvin əfəndiyə öz narazılığını bildirmişdir. Bundan sonra imam və imam köməkçisi də daxil olmaqla namazı qılmış bütün camaat məscidin həyətinə çıxmışlar. Namaza çatmayan Şahid2 namazını qılmaq üçün məscidin içərisində qalmışdır. Məscidin həyətində Elvin əfəndi və Təqsirləndirilən şəxs çəkilib bir kənarda namazın tez qılınması ilə bağlı söhbət etmiş, Zərərçəkmiş şəxs və o isə onların yaxınlığında dayanıb qulaq asmışlar. Təqsirləndirilən şəxs bu barədə Elvin əfəndiyə öz fikirlərini bildirərkən Zərərçəkmiş şəxs onların söhbətinə müdaxilə edib nəsə demək istəmişdir. Təqsirləndirilən şəxs “sən sakit ol, sənin barəndə camaat tərəfindən şikayət olunub” deyərək, Zərərçəkmiş şəxs söhbətə müdaxilə etməməsini bildirmişdir. Zərərçəkmiş şəxs təxminən bir ay əvvəl barəsində şikayət etmiş şəxsləri, yəni Təqsirləndirilən şəxs, Şahid2 və qeyrilərini nəzərdə tutaraq camaatın arasında cavab vermişdir ki, “şikayət edənlərin anasını ağlar qoyacam”. O, bu sözü eşidən kimi Zərərçəkmiş şəxs demişdir ki, “sən niyə görə dindarların anasına nalayiq ifadə işlədirsən?”. Zərərçəkmiş şəxs cavab vermişdir ki, “şikayət edənlərin anasını nəzərdə tuturam”. O, demişdir ki, “şikayət edənlərdən biri də mənəm”. Elə bu vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs yaxasından tutub soruşmuşdur ki, “sən nə dedin?”. Zərərçəkmiş şəxs yenidən cavab vermişdir ki, “şikayət edənlərin anasını nəzərdə tuturam”. Təqsirləndirilən şəxs daha da əsəbləşərək Zərərçəkmiş şəxs yaxasını buraxmamış, onu vurub itələyərək məscidin həyətindən çıxarmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məscidin həyətinin giriş qapısından küçəyə çıxarıb yaxasını buraxaraq demişdir ki, “get, xətanı bizdən uzaq et”. Zərərçəkmiş şəxs yaxası buraxılan kimi yolun əks tərəfində onu gözləyən taksinin yanında dayanaraq qulağına mobil telefonunu qoyub bir neçə dəqiqə danışmış və sonra taksiyə əyləşib getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 1997-ci ildən namaz qılır. O və onun əqidəsindən olan əhli-sünnə camaatı namaz qılmaq üçün Xaçmaz rayonu, Qobuqırağı kənd məscidinə gedirlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Xaçmaz rayonu, Qobuqırağı kənd məscidinə namaz qılmağa getmişdir. Məscidə daxil olanda görmüşdür ki, namaz həmişəki vaxtından 15-20 dəqiqə tez qılınaraq başa çatmışdır. Elə buna görə də orada olan camaat, yəni Təqsirləndirilən şəxs, Şahid1, soyadını bilmədiyi Fərrux və xatırlamadığı digər şəxslər məscidin imamı Elvin əfəndidən namazın tez qılınmasının səbəbini soruşurmuş və bu mövzuda aralarında müzakirə getmişdir. O da namazın tez qılınmasının səbəbini elə məscidin imamı Elvin əfəndidən soruşmuşdur. Elvin əfəndi cavab vermişdir ki, “X8 üzrə Dövlət Komitəsindən ona belə tapşırıblar, bundan sonra belə qılınacaq”. O buna narazılığını bildirmişdir. Bundan sonra imam və imam köməkçisi də daxil olmaqla məscidin içərisindəki bütün camaat məscidin həyətinə çıxmışlar. O, isə məscidin içərisində qalaraq namaz qılmağa başlamışdır. Namaza başlamışdır ki, məscidin həyətindən ucadan mübahisə səsləri gəlmişdir. Əsasən Təqsirləndirilən şəxs səsi eşidilmişdir. Təxminən 5 dəqiqə ərzində o, namazı başa çatdırıb məscidin həyətinə çıxmışdır ki, nə baş verdiyini və Təqsirləndirilən şəxs niyə qışqırdığını öyrənsin. O, əvvəlcə məscidin həyətində dayanmış Şahid1 və sonra xatırlamadığı digər şəxslərdən nə baş verdiyini soruşmuşdur. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və imam köməkçisi Zərərçəkmiş şəxs arasında əlbəyaxa şəkildə mübahisə baş vermiş, mübahisəyə səbəb Zərərçəkmiş şəxs təxminən bir ay əvvəl barəsində şikayət etmiş Təqsirləndirilən şəxs və qeyrilərini nəzərdə tutaraq “şikayət edənlərin anasını ağladacam” ifadəsini məscidin həyətində işlətməsi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 2014-cü ilin sentyabr ayından xx xxxxxx 2020-ci il tarixədək Xaçmaz rayonu, Qobuqırağı kənd məscidinin imamı vəzifəsində işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində hər gün olduğu kimi imamı olduğu Xaçmaz rayonunun Qobuqırağı kənd məscidinə getmiş, təxminən 5 dəqiqə sonra o, X3 tərəfindən tərtib edilmiş namaz təqvimi üzrə imam köməkçisi Zərərçəkmiş şəxs tapşırmışdır ki, “azan” versin. Bundan təxminən 5 dəqiqə sonra da Zərərçəkmiş şəxs “qamət” gətirməsini bildirmişdir ki, ardınca namaz qılınsın. Bu vaxt Təqsirləndirilən şəxs və Şahid1 ona namazın qılınmasına hələ başlamamağı, bir az gözləməyi, qonşu kəndlərdən gələnlər olacağını demişdir. Onlara namazın X3 tərəfindən tərtib edilmiş təqvim üzrə qılınacağını, X8 üzrə Dövlət Komitəsindən ona belə tapşırıldığını demişdir. Qamət gətiriləndən sonra namaz qılınmağa başlanmış, Namaz qılındıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs, sonra Şahid1, həmçinin məscidə yenicə daxil olan Şahid2 ona məscidin içində namazın həmişəki vaxtdan tez qılındığının səbəbini soruşduqda o, namazın X3 tərəfindən tərtib edilmiş təqvim əsasında qılındığını bir daha onlara izah etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs və namazı qılmış bütün camaat məscidin həyətinə çıxmışlar. Namaza çatmayan Şahid2 namazını qılmaq üçün məscidin içərisində qalmışdır. Məscidin həyətində o, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 çəkilib bir kənarda namazın tez qılnması ilə bağlı söhbət etmişlər. Təqsirləndirilən şəxs bu barədə ona öz fikirlərini bildirərəkən Zərərçəkmiş şəxs onların söhbətinə müdaxilə edib nəsə demək istəmişdir. Təqsirləndirilən şəxs “sən sakit ol, sənin barəndə camaat tərəfindən şikayət olunub” deyərək, Zərərçəkmiş şəxs söhbətə müdaxilə etməməsini bildirmişdir. Buna cavab olaraq Zərərçəkmiş şəxs barəsində şikayət etmiş Təqsirləndirilən şəxs, Şahid2 və qeyrilərini nəzərdə tutaraq camaatın arasında demişdir ki, “şikayət edənlərin anasını ağlar qoyacam”. Onunla söhbət edən Təqsirləndirilən şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs yaxasından tutaraq soruşmuşdur ki, “sən nə dedin?”. Zərərçəkmiş şəxs cavab vermişdir ki, “şikayət edənlərin anasını nəzərdə tuturam”. Təqsirləndirilən şəxs “şikayət edənlərdən biri də mənəm” deyərək Zərərçəkmiş şəxs yaxasını buraxmamış və Zərərçəkmiş şəxs yaxasından tutub itələyərək məscidin həyətindən, yəni çöl qapıdan bayıra çıxarmış və oradan getməsini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 və Şahid5 Şixzada oğlu şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloci Anatomiya ETT Birliyinin xx xxxxxx 2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, 1983-ü il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ bazu, sol bud, xayalıq və hər iki kürək nahiyyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlməklə dərəsəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş mteriallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli, AZ-İİ seriyalı, 207810 nömrəli, nikah haqqında şəhadətnamənin, AZE seriyalı, 18425617 və 18425616 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxs ailəli olmaqla xx xxx 2016 və xx xxxxxxxx 2017-c illərdə anadan olmuş iki nəfər azyaşlı uşaqları vardır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:40 radələrində Xaçmaz rayonu, Qobuqırağı kəndində yerləşən məscidin həyətində həmin məscidin imamı köməkçisi Zərərçəkmiş şəxs öz barəsində şikayət etmiş şəxsləri nəzərdə tutaraq “şikayət edənlərin anasını ağlar qoyacağam” ifadəsini işlətməsini əsas gətirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlı göstərən, məsciddə olan şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol vermiş, daha sonra şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs üstünə gəlib, hər iki əlinin iç tərəfi ilə qəsdən onun sinəsinə bir dəfə zərbə endirmiş, zərbədən sonra dərhal yaxasından tutaraq silkələmiş və sağ qolundan dirsək zərbəsi ilə, daha sonra diz zərbəsi iləayaqlarının arasından bir dəfə vurub, öz hərəkətlərini davam etdirməklə sonuncunun yaxasından tutduğu vəziyyətdə onu sağa-sola yelləyərək kürəyini məscidin həyətinin dəmir darvaza qapısına vurmaqla Zərərçəkmiş şəxs “sağ bazu, sol bud, xayalıq və hər iki kürək nahiyələrinin qançırları” ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıq aşkar hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə məscidə ibadət etməyə gələn şəxslərin rahatlığının və məscidin normal fəaliyyətinin pozulması ilə müşayiət olunmuş xuliqanlıq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cinayət əməlini etiraf edib hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə, həmçinin dəymiş zərəri ödəməklə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut olan, cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs Mamali oğlunun hadisə vaxtı əynində olmuş və Təqsirləndirilən şəxs tərəfindən cırılmış 1 ədəd gödəkçə Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X4 xx xxxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 42 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(067)-124/2020 saylı qərarı əsasında isə məhkəmə istintaqı zamanı dövlət hesabına 6 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğindəhaqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 48 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 288 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Proibasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə madd isübut olan, cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs Mamali oğluna məxsus 1 ədəd gödəkçə onun özünə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 48 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 288 manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-124/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-124/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver