Məhkəmə qərarları › İş №1(067)-124/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-124/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-124/2022 28.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2002-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 fevral 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra dəmir materialdan hazırlanmış tor hasarın üzərindən keçməklə həmin evin həyətinə, daha sonra isə sağ yan tərəfdə plastik materialdan olan pəncərəni əli ilə itələyib açmaqla evə qanunsuz daxil olaraq təmirsiz olan böyük otaqdan 100 manat dəyərində bir ədəd “Samsung” markalı, 2005-ci ildən istifadə olunmuş, 45 kvadrat metrlik pəncərə tipli kondisioneri, 100 manat dəyərində bir ədəd “Güven” markalı, Türkiyə istehsalı, 24 litrlik su qızdırıcısını, 40 manat dəyərində olmaqla “Protodur H07V-k” markalı, Türkiyə istehsalı olan, mis materialdan hazırlanmış, 1x4,0 mm2 ölçülü, 100 metr uzunluğunda göy rəngli elektrik naqilini, 20 manat dəyərində olmaqla “Protodur H05VV-F” markalı, Türkiyə istehsalı olan, mis materialdan hazırlanmış, 2x6,0 mm2 ölçülü, 20 metr uzunluğunda olan ağ rəngli elektrik naqilini, təmirsiz olan digər balaca otaqdan 200 manat dəyərində bir ədəd “ASTRAKOERA” markalı, 3 kilovatt gücündə generatoru, 190 manat dəyərində bir ədəd “DRİLLER DZ52CC” markalı quyuqazan aparatı, 80 manat dəyərində bir ədəd “ALİOĞLU” markalı odundoğrayan mişar olmaqla, ümumilikdə 730 manat dəyərində olan əşyaları qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra tor hasarın üzərindən aşmaqla həmin evin həyətinə, daha sonra isə ön sağ tərəfdə plastik materialdan olan pəncərəni əli ilə itələyib açmaqla evə qanunsuz daxil olaraq qonaq otağından 220 manat dəyərində bir ədəd “Sony” markalı, “KDL-32R433B” model, 32 dioqonallı televizoru, 20 manat dəyərində bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatını, yataq otağında olan paltar dolabının içərisindən 25 manat dəyərində bir ədəd “ИHTEPCKOЛ” markalı, “ДY 13/650 ЭP” modelli direli, həmin otaqda çarpayının altından 200 manat dəyərində, bir ədəd “Bosch” markalı, “GBH 240 (2- 24) DRE PERFORTOR 2,8kq 790W SDS PLUS modelli perforatoru, 45 manat dəyərində bir ədəd “LEPSE” markalı, 2200W gücündə laqondanı, mətbəxində olan mebelin üzərindən 60 manat dəyərində bir ədəd iki litrlik somavarı, təmirsiz olan kiçik otaqdan 40 manat dəryərində bir ədəd “AMPN” markalı elektron tərəzi olmaqla, ümumilikdə 610 manat dəyərində olan əşyaları qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 may 2022-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasarın üzərindən keçməklə həmin evin həyətinə, daha sonra isə qapını açmaqla evə qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabının sağ tərəfdə olan üst rəfindən 170 manat pul, həmin dolabda olan sellofan torbanın içərisindən 3000 manat dəyərində, 583 əyarlı, 24,38 qram çəkidə sarı rəngli 1 ədəd qızıl boyunbağı, 1000 manat dəyərində, 583 əyarlı, 10,20 qram çəkidə üzərində rəngsiz, şəffaf və ümumilikdə 3 ədəd yaşıl rəngli qaşlar olan sarı rəngli 1 dəst sırğa cütü-üzük, 500 manat dəyərində, 585 əyarlı, 5,93 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar və 1 ədəd yaşıl rəngli qaş olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük, 500 manat dəyərində, 583 əyarlı, 4,36 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük, 500 manat dəyərində, 583 əyarlı, 4,74 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan və 1 ədəd yaşıl rəngli qaş olan sarı rəngli 1 ədəd qızıl üzük, 300 manat dəyərində, 585 əyarlı, 3,15 qram çəkidə, üzərində ərəb və ya fars dilində yazılar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl kulon olmaqla ümumilikdə 5800 manat dəyərində qızıl-zinət əşyalarını və 170 manat pulu, cəmi 5970 manat dəyərində olan özgənin əmlakını qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda cinayət əməllərini necə törətdiyi yadında qalmamışdır. Onun ifadəsi iş materiallarında var və o, həmin ifadəsini təsdiq edir. İtiham aktında qeyd olunalarla razıdır, ittihamı tam olaraq qəbul edir. Həmçinin bildirmişdir ki, ittiham aktında qeyd olunan, zərərçəkmiş şəxslərdən oğurlanan həmin əmlakların hamısını oğurlamışdır, qeyd olunan həmin əmlaklarla, onların dəyəri ilə bağlı hər hansı etirazı olmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Nərəcan kəndində yaşayır. Ona elan eilmiş ittihamla özünü təqsirli bilir. O, anadan olduğu vaxtdan Xaçmaz rayonu, Nərəcan kəndində yaşamışdır. Onun atası 2020-ci ildə xəstəliklə əlaqədar dünyasını dəyişmişdir. Bundan başqa, bacıları da xəstəliklə əlaqədar kiçik yaşlarında dünyasını dəyişmişlər. X2 Bakı şəhərində, restoranların birində qabyuyan işləyir deyə, o, həmişə nənəsi Şahid6 və babası X7 ilə birlikdə Nərəcan kəndində, nənə və babasına məxsus evdə yaşamışdır. Hazırda da Nərəcan kəndində nənə və babası ilə yaşayır. Nərəcan kəndində onun yaşadığı evdən təxminən 300-400 metr aralıda, içərisində taxtadan ev olan torpaq sahəsi vardır. Həmin evdə heç vaxt daimi yaşayış olmamışdır. 2018-ci ildən əvvəl həmin torpaq sahəsinin sahibinin kim olması barədə bir məlumatı olmamışdır. Ancaq 2018-ci ildən sonra həmin torpaq sahəsini Bakı şəhərində yaşayan Əli adlı şəxs gəlib almışdır. Əli də həmin torpaq sahəsinin əvvəlki sahibi kimi orada daimi olaraq yaşamış və demək olar ki, Əlini hər həftənin sonu Nərəcan kəndində, həmin torpaq sahəsində işləyən görmüşdür. Əli həmin torpaq sahəsində işləyən zaman o, Əlini bağ sahəsində odundoğrayan mişardan, quyuqazan aparatdan istifadə etdiyini görmüşdür. Ancaq son zamanlar, yəni 2022-ci ilin yanvar ayının ortalarından sonra Əlini Nərəcan kəndində görməmişdir. O da fikirləşmişdir ki, Əli yəqin, qış aylarında daha gəlməyəcəkdir. O hərdən fəhlə işləyərək dolanışığını təmin etmişdir. Ancaq fevral ayında demək olar ki, iş tapa bilməmiş və siqaret almağa belə, pulu olmamışdır. 2022-ci ilin fevral ayının sonlarında onun maddi vəziyyətində çətinlik yarandığı üçün fikirləşmişdir ki, Əlinin aldığı torpaq sahəsinə gedərək orada olan taxta evin naqillərini kəsib oğurlasın və sataraq pul əldə etsin. Bu məqsədlə 25 fevral 2022-ci il tarixdə hər ehtimala qarşı Əlinin evini nəzarətdə saxlayıb Əlinin evdə olmadığına əmin olduqdan və hava tam qaraldıqdan sonra həmin gün axşam saat 20 radələrində Əliyə məxsus evin yaşayış olmayan baş tərəfindəki tor hasarın üstündən aşaraq əvvəlcə evin həyətyanı torpaq sahəsinə daxil olmuşdur. O, evin həyətyanı torpaq sahəsinə daxil olduqdan sonra fikirləşmişdir ki, evin içərisinə də baxsın, əgər evin içərisində də oğurlaya biləcəyi nə isə varsa onları da oğurlasın. Bu məqsədlə, o, evin təmirsiz olan tərəfindən giriş qapısının yanında yerləşən, evin həmin tərəfində təmirsiz kiçik otağına baxan ağ rəngli plastmas materialdan olan pəncərədən içəriyə, əlində olan alışqanın arxa tərəfindəki fənər ilə işıq verərək baxan zaman görmüşdür ki, həmin otaqda bir ədəd elektron tərəzi vardır. Bundan sonra o, həmin pəncərəni sağ əlinin içərisi ilə vurmuş və pəncərə açılmışdır. Pəncərə açıldıqdan sonra həmin pəncərədən otağa daxil olmuşdur. Otağa daxil olan zaman görmüşdür ki, həmin otaqda elektron tərəzidən başqa heç bir şey yoxdur. Bundan sonra o, digər təmirsiz otağa keçəndə görmüşdür ki, orada bir ədəd “Samsung” markalı pəncərə tipli kondisioner, bir ədəd “Güven” markalı su qızıdırıcısı və iki top elektrik naqili vardır. Elektrik naqilləri olan toplardan biri böyük, digər isə balaca olmuşdur. Bundan sonra o, həmin otağın baş tərəfində yerləşən qapıdan bayıra çıxan zaman görmüşdür ki, çıxışdan sol tərəfdə kiçik anbar tipli otaq vardır. Həmin otağın qapısının qarşısında, topa halda rezin borular qoyulmuşdur ki, qapı açılmasın. O, həmin borunu qapının qarşısından götürüb yan tərəfə qoyub qapını açanda görmüşdür ki, otağın içərisində kisələr vardır. Həmin kisələr dolu göründüyünə görə əlini vurub baxanda görmüşdür ki, kisələrin içərisində bükülmüş boş kisələr vardır. Ancaq altda olan kisələrin küncündən görünmüşdür ki, orada bir ədəd qutu vardır. O, kisələri kənara edib qutuya baxan zaman görmüşdür ki, qutunun içərisində quyuqazan aparat vardır. Bundan sonra kisələri kənara edib oraya baxanda görmüşdür ki, orada bir ədəd generator və əlavə olaraq da bir ədəd odundoğrayan mişar vardır. O, fikirləşmişdir ki, həmin əşyaları gücü çatan qədər oğurlasın. Buna görə də birinci növbədə anbarda olan odun doğrayan mişarı götürüb evin həmin tərəfdə olan giriş qapısının yanına gəlmişdir. Qapının yanına yaxınlaşanda görmüşdür ki, qapını içəri tərəfədən açmaq üçün açara ehtiyac yoxdur, belə ki, açarsız açmaq üçün burularaq açılan kilid yeri vardır. O, qapını açaraq odun doğrayan mişarı əlinə götürüb həmin qapıdan evdən çölə çıxmışdır. O, oğurluq etmək üçün həyətə keçdiyi yerə, yəni məftildən olan tor hasarın yanına gedib odun doğrayan mişarı orada olan fındıq ağacının altına qoymuşdur ki, əgər yoldan keçən olarsa kimsə görməsin. Bundan sonra, o yenə də evin içərisinə qayıdıb anbarda olan generatoru götürərək gətirib odun doğrayan mişarın yanına qoymuşdur. Daha sonra yenə də evə qayıdıb anbarda olan quyu qazan aparatı götürərək gətirib həmin fındıq ağacının yanına qoymuşdur. Bundan sonra yenə də evə qayıdıb təmirsiz olan böyük otaqdakı iki top elektrik naqillərini və su qızdırıcısını götürərək gətirib həmin fındıq ağacının altına qoymuşdur. Daha sonra yenə də evin içərisinə qayıdıb pəncərə tipli kondisioneri gətirib fındıq ağacının altına qoymuşdur. O, həyətə keçdiyi yerdə olan məftildən hazırlanmış tor hasarı aşağıya doğru əyib keçdiyi üçün haras əyilmişdir. O, həmin əşyalardan birinci, odun doğrayan mişarı Əliyə məxsus evin həyətindən götürərək tor hasarın üstündən aşıb, yol ilə gedib, yaşadığı evin həyətində yerləşən boş toyuq hininə qoymuşdur. Sonra ardıcıllıqla generatoru, quyu qazan aparatı, naqili, su qızdırıcısını və kondisioneri götürərək aparıb yaşadığı evin həyətində olan boş toyuq hininə, odun doğrayan mişarın yanına qoymuşdur. O, həmin gün toyuq hininin içərisində kondisioner və su qızıdırıcısının içərisində olan misi çıxarıb ayrı qoymuşdur. Bundan sonra oğurladığı naqilləri, həyətdə ocaq qalayıb ocağın içərisinə atmışdır. Naqilləri də tam əritdikdən sonra soyumağını gözləyib kisənin içərisinə yığmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə babası X7 həyəti gəzən zaman toyuq hinində saxladığı əşyaları görmüşdür. Daha sonra gəlib babası nənəsindən toyuq hinində olan əşyaların nə olduğunu soruşmuş, ona görə də səhər tezdən nənəsi onun yanına gələrək ondan toyuq hinində olan əşyaların nə olduğunu soruşmuşdur. O da nənəsinə demişdir ki, “tanış uşaqlarındı, onlardan nisyə almışam, müştəri tapıb satacam, xeyirimi götürdükdən sonra uşaqların pulunu verəcəyəm”. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində əmisi oğlu Şahid4 zəng edərək yaşadığı evə dəvət etmişdir. Mərahimin “VAZ 2106” markalı avtomobili vardır və sonuncu taksi fəaliyyəti ilə məşğul olmuşdur. Mərahim onların evinə gəldikdən sonra o, Mərahimə demişdir ki, “həyətdə bir ədəd generator vardır və onu aparıb satmaq lazımdır”. Bu zaman Mərahim generatoru haradan əldə etdiyini soruşmuş, o da Mərahimə demişdir ki, “uşaqlar verib”. Mərahim isə ona inanmayaraq soruşmuşdur ki, “haradansa oğurlamısan?”, o da Mərahimə cavab vermişdir ki, “sənə nə var haradan əldə etmişəm, sənə deyirəm ki, uşaqlar verib də, səni bura taksi kimi dəvət etmişəm, istəyirsən apar, istəyirsən aparma, aparmırsansa mən başqası ilə aparım”. Mərahim onu aparmağa razı olmuşdur. O, Mərahimin avtomobilinin yük yerinə əvvəlcə gətirib generatoru, daha sonra isə kondisioner və su qızdırıcısının içərisindən çıxardığı misləri, daha sonra isə içərisində əritdiyi naqillərdən alınan mis olan kisəni gətirib yığmışdır. O, əvvəlcə Nərəcan kəndində yaşayan Səhman adlı şəxsin yanına getmişdir. Səhman ustadır və kənddə usta kimi fəaliyyət göstərmişdir. Ona görə də generatoru Səhmanın yanına aparıb demişdir ki, əlində bir ədəd yaxşı vəziyyətdə generator vardır, əgər istəyirsə ucuz qiymətə ona sata bilər. Səhman ondan generatorun oğurluq olub-olmadığını soruşmuş, o da oğurluq olmadığını, xeyli müddətdir onların evində belə bir generatorun olduğunu bildirib Səhmanı generatorun oğurluq olmadığına inandırdıqdan sonra həmin gün, saat 09:30 radələrində generatoru Səhmana 80 manata satmışdır. Daha sonra Mərahimin idarə etdiyi avtomobil ilə saat 10 radələrində Xaçmaz rayonu, Qusarçay kəndinə gələrək orada olan metal qəbulu yerinə gəlib kondisionerdən çıxardığı misi 10 manata, su qızdırıcısından çıxardığı misi isə 12 manata, naqillərdən alınan misin çəkisi isə bir kiloqramdan bir az çox olduğuna görə onu da 12 manata satmışdır. O, əmisi oğluna taksi pulu kimi həmin puldan 5 manat benzin pulu vermişdir. Daha sonra Mərahim onu yaşadığı evə gətirib düşürdükdən sonra çıxıb getmişdir. Həmin vaxt saat 10:30 radələri olmuşdur. O, oğurlayaraq yaşadığı evin həyətindəki toyuq hinində saxladığı odun doğrayan mişarı satmaq üçün 26 fevral 2022-ci il tarixdə, saat 11 radələrində həmkəndlisi Mövsüm adlı şəxsə zəng edib bildirmişdir ki, onda bir ədəd odun doğrayan mişar vardır, əgər almaq istəyirsə ucuz qiymətə ona sata bilər. Mövsüm ikinci əl təsərrüfat əşyalarının alqı-satqısı ilə məşğul olduğuna görə o, Mövsümə demişdir. Telefonla danışan zaman Mövsüm odun doğrayan mişarın oğurluq olub-olmadığını soruşmuş, o da oğurluq olmadığını, anasının Bakı şəhərindən pul göndərdiyini, bir müddət əvvəl bağda istifadə etmək üçün aldığını, indi isə pula ehtiyac olduğu üçün satdığını demişdir. Onun zəngindən bir saat sonra Mövsüm yaşadığı evə gəlmiş və o, həyətdə saxladığı odun doğrayan mişarı Mövsümə göstərmişdir. Mövsüm bir az odun doğrayan mişara baxdıqdan sonra neçəyə satdığını soruşmuşdur. O, 30 manata satdığını dedikdən sonra Mövsüm ona 30 manat verib odun doğrayan mişarı əlinə götürüb çıxıb getmişdir. Bundan sonra həmin gün saat 14 radələrində yenidən əmisi oğlu Mərahimə zəng edib onu yenə də taksi kimi yaşadığı evə dəvət etmişdir ki, onu idarə etdiyi avtomobil ilə quyu qazan aparatı satmağa aparsın. Mərahim yenə də idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə onun yanına gəlmişdir. Bu dəfə o, toyuq hinində saxladığı quyu qazan aparatı götürüb Mərahimin avtomobilinin yük yerinə qoymuşdur. O, Mərahimə demişdir ki, onu Xaçmaz- Xudat yolunun, Qımılıqışlaq kəndi ərazisində yerləşən svetoforu Xudat şəhəri istiqamətində keçdikdən 20 metr sonra, yolun sağ tərəfində yerləşən təsərrüfat malları satılan mağazaya aparsın ki, həmin quyu qazan aparatı sata bilsin. Mərahim ondan quyu qazan aparatı haradan əldə etdiyini soruşduqda, o, uşaqlardan nisyə aldığını, satıb pul qazanacağını demişdir. Mərahim onu həmin yerə apardıqdan sonra o, Mərahimin atomobilindən enib quyu qazan aparatı avtomobildən götürüb mağazaya aparıb mağazanı işlədən şəxsə həmin aparatı satmaq istədiyini bildirmişdir. Mağazanı işlədən şəxs aparata baxıb təzə olduğunu görən kimi ona demişdir ki, “nə üçün satırsan, oğurluqdurmu”, o da cavab vermişdir ki, “oğurluq deyil, özümə məxsusdur, qardaşım əsgərlikdədir, ona pul lazımdır deyə satıram”. Həmin şəxs ona inandıqdan sonra 45 manata həmin aparatı satmışdır. Həmin vaxt saat 15 radələri olmuşdur. Quyu qazan aparatı satıb əldə etdiyi puldan 5 manatını əmisi oğlu Mərahimə taksi pulu vermiş, 40 manatı isə özünə götürmüşdür. Beləliklə, xx.xx.2022-ci il tarixdə Əliyə məxsus evdən oğurladığı əşyaların hər birini satmışdır. Bundan sonra həmin gün, yəni 26 fevral 2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus bir gün əvvəl oğurluq etdiyi evdən yenidən oğurluq etmək fikri ağlına gəlmişdir. O, yenidən həmin gün saat 17 radələrində yenə də Əlinin evinin həyətyanı sahəsinin yanına gedib bir gün əvvəl keçdiyi yerdən, yəni məftildən hazırlanmış tor hasarın üzərindən aşaraq əvvəlcə Əliyə məxsus evin həyətyanı torpaq sahəsinə, daha sonra evin qabaq tərəfində, yaşayış üçün yararlı olan tərəfə keçib evin qarşı tərəfində olan pəncərəyə yaxınlaşmışdır. Pəncərənin açılan hissəsinə əlinin içərisi ilə vurub açdıqdan sonra qalxaraq həmin pəncərədən evin içərisinə daxil olmuşdur. Daxil olan zaman görmüşdür ki, həmin otaq qonaq otağıdır. Otağa göz gəzdirən zaman görmüşdür ki, otağın baş tərəfində bir ədəd “Sony” markalı televizor və bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatı vardır. O, televizor və peyk aparatını çıxanda oğurlayar deyə fikirləşib qonaq otağının giriş qapısına yaxınlaşmışdır. Qonaq otağının giriş qapısı plastmas materialdan olan qapı olmuş və həmin qapını qonaq otağı tərəfdən açmaq üçün açara ehtiyac olmamışdır. Belə ki, qapını içəri tərəfdən açmaq üçün burulub açılan kilid yeri olmuşdur. O, həmin qapını açıb digər otağa daxil olanda görmüşdür ki, həmin otaq mətbəxdir. O, mətbəxə göz gəzdirəndə görmüşdür ki, orada məişət əşyaları ilə bərabər mətbəx mebelinin üzərində bir ədəd iki litrlik samovar vardır. O, həmin samovarı oradan götürüb qonaq otağına daxil olduğu pəncərəsinin qarşısına qoymuşdur. Daha sonra yenidən mətbəxə qayıdıb oradan da mətbəxə girişdən sol tərəfdə yerləşən digər otağa daxil olmuşdur. Həmin otağa daxil olan zaman görmüşdür ki, həmin otaq yataq otağıdır və orada bir ədəd çarpayı və bir ədəd paltar dolabı vardır. O, əvvəlcə, paltar dolabının qapısını açıb içərisinə baxanda görmüşdür ki, dolabın içərisində bir ədəd direl vardır. Bundan başqa dolabın içərisində oğurlayıb satmaq üçün yararlı nə isə tapmamışdır. Daha sonra otaqda olan çarpayının üstündəki örtüyü kənara çəkib çarpayının altına baxanda görmüşdür ki, çarpayının altında bir ədəd laqonda və bir ədəd də perforator qutusu vardır. O, laqondanı götürmüş, daha sonra perforator qutusunu da götürüb qapağını açıb içərisinə baxanda görmüşdür ki, qutunun içərisində təzə perforator vardır. O, dolabdan götürdüyü direli də perforator olan qutunun içərisinə birtəhər sıxışdırıb qapısını bağlayıb onları da götürüb evə daxil olduğu pəncərənin qarşısına içəri tərəfədən qoymuşdur. Bundan sonra qonaq otağında olan “Sony” markalı televizoru və “Веко” markalı rəqəmsal peyk aparatını götürüb pəncərənin qarşısına qoymuşdur. Bundan sonra evin mətbəxindən bir ədəd sarı rəngli torba və bir ədəd ağ rəngli sellofan torba tapıb direl, perforator və laqondanı həmin sarı rəngli torbanın içərisinə qoyub pəncərədən aşağı əyilib təxminən yarım metr hündürlükdən yerə atmışdır. Daha sonra samovarı evdən götürdüyü ağ rəngli sellofan torbanın içərisinə qoymuş, sonra da “Веко” markalı rəqəmsal peyk aparatını samovarın yanına, sellofan torbanın içərisinə qoyub oları da pəncərədən əyilib yerə atmışdır. Daha sonra otaqda olan oturacağı götürüb otağın içərisinə pəncərəsinin qarşısına qoyub, televizoru da həmin oturacağın üzərinə qoymuşdur ki, pəncərədən çölə çıxdıqdan sonra televizora əli çatsın. O, ehmalca pəncərədən çölə çıxdıqdan sonra əllərini uzadaraq evin içərisindən televizoru çölə çıxarmışdır. O, həmin əşyaları oğurlayaraq evdən çıxarana qədər artıq hava tam qaralmışdır. Daha sonra evdən çıxardığı əşyalardan əvvəlcə içərisində laqonda, direl və perforator olan sarı rəngli torbanı və digər əlinə içərisində samovar və rəqəmsal peyk aparatı olan ağ rəngli sellofan torbanı üzərindən aşaraq həyətə keçdiyi tor hasarın yanında olan fındıq ağacının altına qoymuşdur. Sonra isə televizoru götürərək aparıb həmin yerdə gizlətmişdir. О, 25 fevral 2022-ci il tarixdə Əliyə məxsus evə girən zaman evin təmirsiz olan kiçik otağında bir ədəd elektron tərəzi görmüşdür. O, həmin tərəzini oğurlamaq məqsədi ilə təmirsiz hissənin qapısından içəriyə daxil olaraq orada olan elektron tərəzini götürmüşdür. Təmirsiz hissənin qapısını bir gün əvvəl açdığına görə qapı açıq olmuşdur. Ona görə də elektron tərəzini rahatlıqla tez bir zamanda evdən çıxarıb onu da digər əşyaların yanına, fındıq ağacının altına qoymuşdur. Bundan sonra o, bir əlinə içərsində laqonda, direl və perforator olan sarı rəngli torbanı və digər əlinə içərisində samovar və rəqəmsal peyk aparatı olan ağ rəngli sellofan torbanı götürüb hasarın üzərindən küçəyə keçib evə doğru yola düşmüşdür. O, yaşadığı evə çatıb əlində olan əşyaları həyətdə olan toyuq hininin içərisinə qoymuşdur. Sonra yenə də həmin yerə qayıdaraq fındıq ağacının altına qoyduğu televizor və elektron tərəzini hərəsini bir əlinə götürüb yaşadığı evə gətirmişdir. O, həyətə daxil olan kimi tərəzini toyuq hininin içərisinə qoymuşdur. Televizoru və rəqəmsal peyk aparatını yaşadığı evə aparmışdır. Televizor və rəqəmsal peyk aparatını yaşadığı evə aparanda nənəsi və babası televizoru görmüşlər. Nənəsi və babası ondan televizoru haradan əldə etdiyini soruşduqda o özləri üçün aldığını demişdir. Çünki bir müddət əvvəl evdə olan televizoru satmışdır. 27 fevral 2022-ci il tarixdə, səhər saat 10 radələrində Nərəcan kəndində yaşayan Mövsüm adlı şəxsə zəng edib demişdir ki, onda bir ədəd direl, bir ədəd laqonda və bir ədəd perforator vardır, əgər almaq istəyirsə ucuz qiymətə sata bilər. Mövsüm də ona cavab vermişdir ki, həmin əşyaları götürüb tez onun iş yerinə gəlsin, orada bir adam vardır, əgər yaxşı olarsa, həmin şəxs alacaqdır. O da Nərəcan kəndində yaşayan əmisi oğlu Mərahimə zəng edib taksi kimi onu aparması üçün yaşadığı evə dəvət etmişdir. Təxminən 10 dəqiqə sonra Mərahim onun evinə gəlmişdir. O, həyətdən laqonda, direl və perforatoru götürüb Mərahimin avtomobilinin arxa oturacağına qoymuşdur. Mərahim onu Mövsümün iş yerinə aparmışdır. O, çatanda görmüşdür ki, Mövsümün yanında bir nəfər yaşlı kişi vardır. Danışığından başa düşülmüşdür ki, həmin şəxs Xaçmaz rayon sakini deyildir. Həmin şəxs onun apardığı direl, laqonda və perforatora baxdıqdan sonra bəyəndiyini demiş və özünün olub-olmadığını, əgər oğurluq maldırsa almaq istəmədiyini bildirmişdir. O, oğurluq olmadığını bildirdikdən sonra direl, laqonda və perforatoru hansı qiymətə satdığını soruşmüşdür. O, həmin adamla qiymət barədə razılaşaraq direl, laqonda və perforatoru ümumilikdə 40 manata həmin şəxsə satmışdır. Həmin vaxt saat 10:30 radələri olmuşdur. Daha sonra həmin puldan 3 manat əmisi oğlu Mərahimə taski pulu verib qalan pulu da özündə saxlamışdır. 28 fevral 2022-ci il tarixdə, saat 09:30 radələrində yenidən Mövsümə zəng edərək bir ədəd “Sony” markalı televizor və bir ədəd rəqəmsal peyk aparatı olduğunu bildirərək ucuz qiymətə satdığını bildirmişdir. Mövsüm təxminən 1 saat sonra gəlib yaşadığı evin həyətində baxacağını bildirmişdir. O, həyətdə oturaraq Mövsümün gəlməsini gözləmişdir. Təxminən 1 saat sonra Mövsüm onun yaşadığı evin həyətinə gəlmiş, o, televizoru və rəqəmsal peyk aparatını evdən çıxarıb ona göstərmişdir. Həmin vaxt nənəsi evdə olmuş, ancaq nənəsinə demişdir ki, televizoru və peyk aparatını satmalıdır, adam gəlib baxacaqdır, evdən çıxmasın. Mövsüm televizora və rəqəmsal peyk aparatına baxdıqdan sonra ondan oğurluq olub-olmadığını soruşmuş, o da oğurluq olmadığını bildirmişdir. Bundan sonra Mövsüm ondan televizoru neçəyə satdığını soruşmuş, o da bildirmişdir ki, 30 manata satır. Mövsüm ona demişdir ki, bir az fikirləşdikdən sonra xəbər edəcəkdir, daha sonra isə çıxıb getmişdir. Mövsüm getdikdən bir saat sonra o, Mövsümə zəng edərək televizoru alıb-almayacağını soruşmuşdur. Mövsüm yarım saat sonra gəlib götürəcəyini bildirmişdir. Həmin vaxtdan yarım saat keçməmiş Mövsüm onun yaşadığı evə gələrək ona 30 manat verib “Sony” markalı televizoru və “Веко” markalı rəqəmsal peyk aparatını götürmüşdür. Bundan sonra həmin gün, yəni 28 fevral 2022-ci il tarixdə, saat 14 radələrində toyuq hinində gizlətdiyi iki litrlik samovarı, ağ rəngli sellofan torbaya qoyaraq əlində Xaçmaz-Xudat yolunun kənarına çıxarıb taksi gözləmişdir. Bir neçə dəqiqə sonra taksi kimi faəliyyət göstərən, tanımadığı şəxsin idarə etdiyi açıq yaşıl rəngli “VAZ 21015” markalı avtomobilə əyləşmiş və ona Qusarçay kəndinə getdiyini demişdir. O, həmin taksi ilə saat 15 radələrində Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisində yerləşən, Xudat şəhəri istiqamətində yolun sağ kənarında yerləşən metal qəbulu məntəqəsinin yanına gedib orada avtomobildən enmişdir. Metal qəbulu yerində oğurladığı samovarı 20 manata satmışdır. Bundan sonra 01 mart 2022-ci il tarixdə, saat 11 radələrində yenidən Mövsümə zəng edərək bir ədəd elektron tərəzisinin olduğunu, həmin tərəzini meyvə sezonu vaxtı alaraq işlətmək üçün keçən il aldığını, indi isə ehtiyacının olmadığını, ona görə də satdığını bildirmişdir. Mövsüm ona demişdir ki, tərəzini yanına gətirsin. O da əmisi oğlu Mərahimə zəng edərək yaşadığı evə dəvət etmişdir. Bir neçə dəqiqə sonra Mərahim onun yaşadığı evə gəlmişdir. O, tərəzini həyətdən götürüb Mərahimin avtomobilinə qoyaraq Mövsümün iş yerinə aparmışdır. Mövsümün işlədiyi yerə gedib tərəzini göstərmiş və tərəzini Mövsümə 10 manata satmışdır. Həmin puldan əmisi oğlu Mərahimə heç bir şey verməmişdir. Bundan başqa, bildirmişdir ki, o, həmişə nənəsi Şahid6 və babası X7 ilə birlikdə Nərəcan kəndində, nənə və babasına məxsus evdə yaşamışdır. Nərəcan kəndində yaşadığı evdən 200 metr uzaqda, eyni küçədə nənəsinin bacısı Afət yaşamışdır. Afət həmin evdə oğlu Elvin İsmayılovla birlikdə yaşayır. Afət xalası da taxta evdə yaşamışdır. O, demək olar ki, hər gün Afət xalasının evinə gedib gəlmişdir. Afət də tez-tez onların yaşadığı evə gəlib getmişdir. Afət xalası ona ana kimi davranmış və Afətin oğlu Elvinlə də yaxın münasibəti olmuşdur. O, bilmişdir ki, xalası Afət pul yığaraq özünə qızıllar almışdır. Afət xalasının evində bir ədəd paltar dolabı vardır. Həmin dolab Elvinin yataq otağında yerləşmişdir. Afətin evi iki otaqlı evdir. Bilmişdir ki, Afət bütün qiymətli əşyalarını və pullarını həmin paltar dolabının içərisində saxlayır. 11 may 2022-ci il tarixdə, saat 11 radələrində o, Nərəcan kəndində yerləşən marketdən göyərti aldıqdan sonra xalası Afətgilə gedib göyərtiləri göstərib nənəsinin göy qutabı bişirməsi üçün göyərti aldığını, ona gedib nənəsinə kömək etməsini, birlikdə qutab bişirmələrini demişdir. Afət də onunla razılaşaraq getməyə razı olmuşdur. O, Afətlə birlikdə sonuncunun evindən çıxmış və ikisi birlikdə onların evinə getmişlər. Yaşadıqları evə çatıb göyərtini nənəsinə vermiş və Afət xalası nənəsi ilə birlikdə qutab bişirməyə başlamışdır. O da nənəsi və Afətin qutab bişirdiklərini görüb yaşadığı evdən küçəyə çıxmışdır. Onun həmin vaxt pula ehtiyacı olmuşdur. Çünki 2022- ci il fevral ayında Nərəcan kəndindən Zərərçəkmiş şəxs2 məxsus evdən əşyalar oğurlamışdır və həmin adama maddi ziyan ödəməli olmuşdur. Küçəyə çıxıb bir az dayandıqdan sonra ağlına gəlmişdir ki, Afət xalasının evindən sonuncunun qızıllarını oğurlayıb sataraq pul əldə etsin. Bu məqsədlə həmin gün, yəni 11 may 2022-ci il tarixdə, saat 12 radələrində Afətə məxsus Nərəcan kəndində yerləşən evə getmişdir. Afət onunla birlikdə gedən zaman görmüşdür ki, Afət evin giriş qapısını açıq saxlamış, ancaq evin həyətinin giriş qapısını qıfıl ilə bağlamışdır. O, piyada Afətin yaşadığı evə getmiş, sonuncunun evinin həyətinə çatanda küçəyə baxıb heç kimin olmadığına əmin olduqdan sonra mişar daşından tikilmiş hasarın üzərindən evin həyətinə keçmişdir. Evin həyətinə keçdikdən sonra evin qapısı açıq olduğu üçün çətinlik çəkmədən evin içərisinə daxil olub, yataq otağına getmişdir. Yataq otağında olan dolabın sağ qapısını açıb üst rəfdə olan paltarların arasını axtarmağa başlamışdır. Paltar dolabının həmin yerini axtaran zaman, paltarların arasından 170 manat pul tapmışdır. O, həmin yerdən 03 ədəd 50 manatlıq pul əsginazı və 01 ədəd 20 manatlıq pul əsginazı tapmışdır. Həmin pulları götürüb əynində olan gödəkçənin cibinə qoymuşdur. Bundan sonra həmin yerdə olan paltarları axtarmayıb, paltar dolabının sol qapısını açıb, orada ən üstdə olan qara rəngli sellofan torbanı götürüb içərisində olan paltarları yerə tökmüşdür. Bu zaman paltarların arasından bir ədəd sellofan torbaya bükülmüş qızıllar otağın döşəməsinə düşmüşdür. O tez sellofanı açıb içərisinə baxanda görmüşdür ki, sellofan torbanın içərisində 01 ədəd qızıl boyunbağı, 01 ədəd kulon, 04 ədəd üzük, 01 cüt sırğa və bir ədəd sadə, yəni qızıl olmayan qolbağ vardır. O, həmin qolbağın qızıl olmadığını bildiyi üçün, qızıl olanları sellofan torbanın içərisindən götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoyub, qızıl olmayan bir ədəd qolbağı isə həmin sellofan torbanın içərisinə qoyub yenidən sellofan torbanın içərisinə yığıb, sellofan torbanı da paltar dolabının içərisinə qoymuşdur. Bundan sonra oradan çıxmış və küçə ilə kənddə olan çayçı tərəfə getməyə başlamışdır. Yanacaqdoldurma məntəqəsinin yanında həmkəndlisi Şahid5 görmüş və sonuncu uca səslə yanına çağırmışdır. Onun Mətləblə yaxın münasibəti olmuşdur. Mətləb onun yanına gələndə cibindən qızıl boyunbağını çıxarıb göstərərək demişdir ki, “bu boyunbağını xalam qızı mənə verib ki, mən bunu satıb borclarımı ödəyəcəyəm, sənin vəsiqənlə gedib sataq”. Bu zaman Mətləb ondan boyunbağının oğurluq olub-olmadığını soruşmuş, o da özünə inandırmaq üçün oğurlamadığını, xalası qızının öz istəyi ilə verdiyini demişdir. Ancaq Mətləb ona demişdir ki, “o, aliment ödəyir, vəsiqəsini harasa qoya bilməz, daha sonra demişdir ki, istəyirsə Əzizə zəng etsin”. O özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Əzizin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib telefonla danışıq zamanı demişdir ki, “əlimdə bir ədəd boyunbağı vardır, gəl onu sənin vəsiqən ilə banka qoyub pul götürək”. Əziz də ondan həmin boyunbağının oğurluq olub-olmadığını soruşanda, o demişdir ki, “boyunbağını xalam qızından götürmüşəm, borclarımı ödəmək üçün xalam qızı mənə verib”. Əziz də onunla getməyə razı olmuşdur. Çünki o, Əzizə demişdir ki, əgər onunla gedib vəsiqəsini qoysa, ona da pul verəcəkdir. Əziz də ona demişdir ki, onun pula ehtiyacı vardır, ona görə də onunla qızılı satmağa gedəcəkdir. O, orada dayanıb Əzizi gözləmişdir. Bir neçə dəqiqə sonra Əziz şəxsiyyət vəsiqəsi ilə birlikdə Mətləblə onun yanına gəlmişdir. Onlar üçü birlikdə Xaçmaz şəhərinə, “Finoko” bank olamayan kredit təşkilatına gəlib, orada qızıl qoyub pul götürmək istədiyini demişdir. Orada onlardan qızıl boyunbağını haradan əldə etdiklərini soruşduqda, o, xalası qızına məxsus olduğunu demişdir. Bundan sonra Əzizin şəxsiyyət vəsiqəsi ilə qızıl boyunbağını orada qoyub oradan ümumilikdə 974,70 manat pul götürmüşlər. Pulu götürdükdən sonra, oradan çıxan kimi Əzizə 40 manat pul vermişdir. Onun əvvəldən Mətləbə də borcu olduğu üçün həmin puldan Mətləbə olan 50 manat borcunu da qaytarmışdır. Daha sonra isə yaşadıqları Xaçmaz rayonu, Nərəcan kəndinə gəlmişlər və birlikdə pivə içmişlər. Bundan sonra isə axşam yaşadıqları evə getmişlər. 2022-ci ilin may ayının 12-də, axşam saat 20 radələrində Afət xalasının yaşadığı evə gedib ona demişdir ki, “anam Bakı şəhərindən nənəmgilə gəlmişdir, gəl sən də anamla otur, onu gör”. Afət əvvəlcə demişdir ki, o xəstədir, səhhətində problemlər vardır, ona görə də getmək istəmir. Lakin sonradan o çox israr etdiyinə görə Afət onunla getməyə razı olmuşdur. Həmin gün saat 21 radələrində Afət onunla birlikdə onun yaşadığı evə getmişdir. O, Afəti yaşadığı evə ötürdükdən sonra küçəyə çıxmış və dostlarının yanına getmişdir. O, dostlarının yanında olan zaman Afət ona zəng etmiş, anasının harada olduğunu soruşmuş, o da Afətə demişdir ki, anası bir azdan gələcəkdir. O da elə bilmişdir ki, anası gələcəkdir. Afət xx.xx.2022-ci il, saat 01 radələrindək onların evində oturub anasının gəlməsini gözləmişdir. Ancaq həmin gün anası rəfiqəsigildə qaldığından onlara gəlməmişdir. xx.xx.2022-ci il, saat 01 radələrində Afət onların evindən getmək üçün küçəyə çıxanda o, Afətin oğlu Elvin və əmisioğlu Mərahim onların evinin həyətinin giriş qapısının qarşısında küçədə oturub söhbət etmişlər. Afət onların evindən çıxıb Elvinə demişdir ki, “gecdir, evə gedək”. Elvin də anası ilə birlikdə yaşadığı evə getmişdir. O da həmin vaxtdan 15-20 dəqiqə sonra yaşadığı evə girib yatmışdır. Həmin gün gecə saat 02 radələrində Afət həyəcanlı halda onun yataq otağına gəlib ona demişdir ki, “nə üçün mənim qızıllarımı oğurlamısan, gətir mənim qızıllarımı da, pullarımı da özümə qaytar”. O da Afətə demişdir ki, o heç nəyi oğurlamamışdır. Afət ondan israrla soruşmuşdur ki, oğurlamışdırsa gətirib qaytarsın. O da and içərək Afəti inandırmağa çalışmışdır ki, o oğurlamamışdır. Bundan sonra Afət polisə müraciət edəcəyini deyib onların evindən çıxıb getmişdir. Afət gedən kimi o, yatdığı yerdən durub gödəkçəsinin cibində olan qızılları götürüb yaşadığı evin həyətində olan ağacın yanında, mişar daşının altında gizlətmişdir. Həmin gecə saat 04 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlib onu yuxudan oyadıb Afətin qızıllarını oğurlayıb-oğurlamadığını soruşmuşlar. O da polis əməkdaşlarını görüb qorxduğu üçün həqiqəti etiraf edib qızılları oğurladığını bildirmiş və həyətdə mişar daşının altında gizlətdiyi qızılları təhqiqatçıya təqdim etmişdir. Bundan sonra polis əməkdaşları izahat almaq üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişdir. O, polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlib izahat vermiş və əməlindən peşman olduğunu bildirmişdir. O, anadan olduğu vaxtdan Xaçmaz rayonu, Nərəcan kəndində yaşamışdır. 2018-ci ilədək Zərərçəkmiş şəxs2 onun yaşadığı kənddə olmamışdır. Zərərçəkmiş şəxs2 2018-ci ildə onun oğurluq etdiyi evi və bağ sahəsini almışdır. Zərərçəkmiş şəxs2la hər hansı ədavət və ya düşmənçiliyi, həmçinin hər hansı bir yaxın münasibəti də olmamışdır. O, Zərərçəkmiş şəxs2 evindən 25 yanvar 2022-ci il tarixdə, axşam saat 20 radələrində, evin yerləşdiyi torpaq sahəsinin kənarında yerləşən tor hasarın üzərindən aşaraq əvvəlcə həyətə, oradan da pəncərəni açma yolu ilə evin içərisinə daxil olaraq oğurluq etmişdir. Bundan başqa, 26 fevral 2022-ci il tarixdə, saat 17 radələrində o, yenə də eyni qaydada Zərərçəkmiş şəxs2 evinin həyətinə eyni yerdən keçərək, daha sonra evin içərisinə pəncərəni açma yolu ilə daxil olaraq oğurluq etmişdir. O, 25 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 evinə ilk dəfə idi ki, oğurluq etməyə getmişdir. Həmin gün o, evdən bir ədəd generator, bir ədəd odun doğrayan mişar, bir ədəd quyu qazan aparat, bir ədəd “Samsung” markah pəncərə tipli kondisioner, iki top naqil və bir ədəd su qızdırıcısı oğurlamışdır. O, 26 fevral 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən evə pəncərəni açma yolu ilə qanunsuz daxil olub, oradan bir ədəd “Sony” markalı televizoru, bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatını, bir ədəd direl, bir ədəd perforator, bir ədəd laqonda, bir ədəd elektron tərəzi və bir ədəd somavar oğurlamışdır. O, oğurladığı generatoru 26 fevral 2022-ci il tarixdə saat 09:30 radələrində əmisi oğlu Mərahimin avtomobili ilə aparıb, Nərəcan kəndində, Səhman adlı şəxsə 80 manata satmışdır. Bundan başqa, oğurladığı “Samsung” markah, pəncərə tipli kondisionerin içərisindən çıxardığı misi 10 manata, oğurladığı su qızdırıcısmm içərisindən çıxardığı misi 12 manata və naqilləri əritdikdən sonra əldə etdiyi misi 12 manata, 26 fevral 2022-ci il tarixdə, saat 10 radələrində əmisi oğlu Mərahimin avtomobili ilə Xaçmaz rayonu, Qusarçay kəndinə aparıb Xaçmaz- Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissədə, Xudat şəhəri istiqamətində yolun sağ kənarında yerləşən metal qəbulu yerinə aparıb satmışdır. Bundan başqa, oğurladığı odun doğrayan mişarı 26 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Nərəcan kəndində, yaşadığı evin həyətində Nərəcan kənd sakini Mövsüm adlı şəxsə 30 manata satmışdır. Bundan başqa, oğurladığı quyu qazan aparatı 26 fevral 2022-ci il tarixdə, saat 15 radələrində əmisi oğlu Mərahimin avtomobili ilə Xaçmaz-Xudat yolunun Qımıl-qışlaq kəndi ərazisindən keçən hissədə, kəndin girişində yerləşən svetofordan 20 metr Xudat şəhəri istiqamətində, yolun sağ kənarında yerləşən təsərrüfat malları satılan mağazaya 45 manata satmışdır. Bundan başqa, oğurladığı direl, perforator və laqondanı 27 fevral 2022ci il tarixdə saat 10:30 radələrində Xaçmaz rayonu, Nərəcan kəndində, Mövsümün iş yerinin yanında tanımadığı şəxsə ümumilikdə 40 manata satmışdır. Bundan başqa, oğurladığı “Sony” markalı televizoru və “Веко” markalı rəqəmsal peyk aparatını 28 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Nərəcan kəndində, yaşadığı evin həyətində Nərəcan kənd sakini Mövsüm adlı şəxsə 30 manata satmışdır. Bundan başqa, oğurladığı samovarı 28 fevral 2022-ci il tarixdə, saat 15 radələrində tanımadığı şəxsin idarə etdiyi VAZ 21015 markalı avtomobil ilə Qusarçay kəndinə aparıb misləri satdığı yerə 20 manata satmışdır. Bundan başqa, oğurladığı elektron tərəzini 01 mart 2022-ci il tarixdə, saat 11:30 radələrində Mərahimin avtomobili ilə Mövsümün iş yerinə apararaq sonuncuya 10 manata satmışdır. O, oğurladığı əşyaların hər birini satan zaman əşyaların özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. Çünki bilmişdir ki, həmin şəxslər əşyaların oğurluq olduğunu bilsələr ondan almayacaqlar. Ona da pul lazım olduğu üçün yalan danışaraq əşyaları alan şəxsləri inandırmışdır. O, əmisi oğlu Mərahimə əşyaların oğurluq olduğunu deməmişdir. Demişdir ki, uşaqlarındır, satmaq üçün ona vermişdirlər. Mərahim də ona inandığından onu dediyi yerlərə aparmışdır. O da Mərahimə taksi pulu kimi 3-5 manat pul vermişdir. O, birinci dəfə oğurluq etdikdən somu, oradan ikinei dəfə oğurluq etmək fikri olmamışdır. Lakin 26 fevral 2022-ci il tarixdə oğurladığı əşyaları satıb qurtardıqdan sonra görmüşdür ki, Əlinin evindən oğurluq etməsindən heç kimin məlumatı olmamışdır, ona görə də 26 fevral 2022-ci il tarixdə yenidən girib həmin evdən oğurluq etmişdir. O, Zərərçəkmiş şəxs1 evindən qızılları və pulu 11 may 2022-ci il tarixdə, saat 12 radələrində oğurlamışdır. O, Zərərçəkmiş şəxs1 evindən 170 manat pul, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl kulon, bir cüt qızıl sırğa və 04 ədəd qızıl üzük oğurlamışdır. O, oğurladığı qızılların içərisindən bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl kulonu 11 may 2022-ci il tarixdə, saat 14 radələrində həmkəndlisi Əziz və Mətləb adlı şəxslərlə satmışdır. Əziz və Mətləb adlı şəxslərin heç biri boyunbağı və kulonun oğurluq olduğunu bilməmişdirlər. Sonuncular qorxduqları üçün ikisi də ondan boyunbağı və kulonun oğurluq olub-olmadığını soruşduqda, o, ikisini də aldadaraq xalası qızına aid olduğunu demişdir. O, qızıl boyunbağını satdıqdan sonra əldə etdiyi pul və 170 manat nağd pulu öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşayırlar, təqsirləndirilən onun bacısı Pakizərin nəvəsidir. 11 may 2022-ci il tarixdə, səhər saatlarında o, yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs əlində bir ədəd içərisində göyərti olan sellofan torba götürüb həmin sellofan torbanı ona göstərərək demişdir ki, o, onlara, yəni Tofiqgilə getsin, nənəsi Pakizərlə birlikdə göy qutabı bişirməyə köməklik etsin. O da Tofiqin sözünü yerə salmayıb bacı Pakizərə köməklik etmək üçün həmin vaxt Tofiqlə birlikdə Pakizərgilə getmək qərarına gəlmişdir. Bu məqsədlə 11 may 2022-ci il tarixdə bacısı Pakizərgilə gedəndə evin giriş qapısını bağlamamış, ancaq evin həyətinin giriş qapısını qıfıl ilə bağlamışdır. Həmin gün o, Pakizlərlə birlikdə göy qutabı bişirmişlər, saat 14 radələrindək Pakizərgildə olmuşdur. Tofiq onunla birlikdə Pakizərgilə gəldikdən sonra oradan çıxıb getmişdir. O da xx.xx.2022-ci il tarixdə, günorta saatlarında yaşadığı evə qayıtmışdır. O, həmin gün evə qayıdanda evdə hər hansı bir şübhə çəkən şey görməmişdir. Çünki o, həmin gün paltar dolabına baxmamışdır. Evin digər yerləri isə səliqəli olmuş, ona görə də heç bir şey başa düşməmişdir. 13 may 2022-ci ildə gecə saatlarında otağa keçib otağın işiğını yandırdıqdan sonra həmin otaqda olan paltar dolabından yatmaq üçün geyinməyə paltar götürəndə dolabın üst hissəsində olan rəfindəki paltarların dağınıq olduğunu görüb şübhələnmişdir. Çünki o həmin hissəyə istifadə etmədiyi paltarları yığdığı üçün ora həmişə səliqəli olmuş və orada oğlu Elvinə də aid hər hansı bir şey olmamışdır. O, həmin hissəyə paltarların arasına 170 manat nağd pul və iki ədəd plastik bank kartı qoymuşdur. O, həmin yerə paltarlarının arasına baxanda görmüşdür ki, plastik kartlar orada olsa da, 170 manat pul yerində yoxdur. Bu zaman tez dolabın qızılları yığdığı hissəsinə baxmış, qızıllar yığılan çantanı götürüb otağın ortasına tökəndə görmüşdür ki, sellofana bükdüyü qızıllar da yerində yoxdur. Bu zaman onun ağlına bu işi Tofiqin edəcəyi gəlmişdir. Bu məqsdələ həmin gecə saat 02 radələrində tək Tofiqgilə getmişdir. Tofiqgilin yaşadığı evə gedib Tofiqin yataq otağına girib demişdir ki, “mənim qızıllarımı və pulumu nə üçün oğurlamısan, gətir indi hamısını qaytar”. Tofiq də həmin vaxt and içərək bildirmişdir ki, onun pulunu və qızıllarını oğurlamamışdır. O, Tofiqə demişdir ki, “etiraf etmirsənsə və qaytarmırsansa o zaman polisə müraciət edəcəyəm”. Tofiq də qızıllarını oğurlamadığını bildirmişdir. O da oradan çıxıb saat 03 radələrində DİN- in 102 xidmətinə zəng edib yaşadığı evdən qızıllarını və nağd pulunun oğurlandığını bildirmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs onun evindən ittiham aktında qeyd olunan məbləğdə pulu və qızılzinət əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi olmadığını, təqsirləndirilən şəxsin onun bacısının nəvəsi olmasını bildirərək təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin ibtidai istintaqda verdiyini ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən evindən 2022ci ilin fevral ayında kondisioneri, su qızdırıcısını, iki topda olan elektrik naqillərini, generatoru, quyuqazan aparatı, odundoğrayan mişarı, televizoru, rəqəmsal peyk aparatını, direli, perforatoru, laqondanı, samovarı, elektron tərəzini, yəni ittiham aktında qeyd olunan əmlaklarını oğurlamışdır. Hazırda isə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək təqsirləndirilənin gənc olması səbəbindən sonuncuya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini istədiyini bildirmişdir. Həmçinin iş materiallarında olan ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 21, mənzil 15-də yaşayır. Onun rəsmi iş yeri olmasa da, Bakı şəhərində özünə məxsus olan ətriyyat mağazsı vardır və dolanışığım ətriyyat satışı vasitəsi ilə təmin edir. Onun iki övladı vardır. Övladlarından qızının 26 yaşı, oğlunun isə 16 yaşı vardır. Onun Bakı şəhərində yaşayan Vüqar adlı dostu vardır. Vüqarın da Zaur adında dostu olmuşdur. Ancaq onun Zaurla yaxın münasibəti olmamışdır. X16 rayonu Nərəcən kəndində 01 hektar torpaq sahəsi olmuşdur. Belə ki, onlar ikisi birlikdə Nərəcan kəndində bir hektar torpaq sahəsi alaraq yarıya bölmüşdürlər. Həmin torpaq sahəsinin 50 sotu Vüqarın, 50 sotu isə Zaurun payına düşmüşdür. 2016-cı ildə Zaurun maddi vəziyyətində çətinlik olduğuna görə sonuncu Nərəcan kəndində yerləşən özünə məxsus torpaq sahəsini, yəni 50 sot torpaq sahəsini satmaq qərarına gəlmişdir. Dostu Vüqar bu barədə ona dedikdə, o, fikirləşərək Zaura məxsus olan, Nərəcan kəndi ərazisində yerləşən 50 sot torpaq sahəsini almaq qərarına gəlmişdir. Beləliklə, 2Ö16-cı ildə, o, 50 sot torpaq sahəsini Zaurdan alaraq öz adına rəsmiləşdirmişdir. Həmin toraq sahəsinə şaftalı ağacları əkilmiş və bağ sahəsi salınmışdır. Onun daimi yaşayış yeri Bakı şəhəri olduğu üçün, fikirləşmişdir ki, 50 sot torpaq sahəsinə görə Bakı şəhərindən tez-tez gəlib-getməyə dəyməz. Ona görə də. Xaçmaz rayonu, Nərəcan kəndi və ona yaxın olan digər kəndlərdən torpaq sahələri axtarmağa başlamışdır. Bir müddət axtardıqdan sonra, 2017-ci ildə Xaçmaz rayonu, Ağtala kəndində 50 sot torpaq sahəsi tapıb almış və həmin torpaq sahəsini anası X4 adma sənədləşdirmişdir. Bundan sonra, yenə də 2017-ci ildə Ağtala kəndində 01 hektar torpaq sahəsi taparaq almış və həmin torpaq sahəsini öz adıma rəsmiləşdirmişdir. O, yenə də almaq üçün torpaq sahələri axtarmışdır. Təxminən 2018-ci ildə öyrənmişdir ki. Xaçmaz rayonu, Nərəcan kəndində 12 sot torpaq sahəsi satılır və həmin torpaq sahəsində taxtadan ev və gilas ağacları vardır. O, gedib həmin torpaq sahəsinə baxmış və görmüşdür ki, torpaq sahəsində bir ədəd taxta ev vardır. Həmin evin beş otağı vardır. Otaqların üçü təmirli olmuş və yaşayış üçün yararlı hesab olunmuşdur. Ancaq digər iki otaq isə tam təmirsiz olmaqla yaşayış üçün yarasız olmuşdur. Evin təmirli üç otağı olan hissəsinin girişi ilə, təmirsiz olan iki otağın girişi ayrı-ayrı yerlərdəndir. Həmin girişlərin biri evin bir baş hissəsində, digəri isə o biri baş hissəsində yerləşmişdir. Hər iki girişdə olan qapılar plastmas materialdan olan qapılar olmuşdur. Həmin qapılar çöl tərəfdən açarla bağlanan olsa da, içəri tərəfdən bağlamaq üçün açara ehtiyac olmamış və əl ilə burub bağlamaq üçün kilit yeri olmuşdur. Evin yaşayış üçün yararlı hesab olunan hissəsində pilləkənlə qalxan kimi qarşıda hamam və sanitar qovşağı vardır. Pilləkənlə qalxıb sağa dönüb evə girdikdən sonra, evin giriş qapısı mətbəxə açılmışdır. Mətbəxə daxil olduqdan sonra, girişdən sağda, qonaq otağının qapısı yerləşmiş, mətbəxdə, girişin qarşısında olan divarda isə, yataq otağının qapısı vardır. Evin təmirsiz olan hissəsində isə, pilləkənlə qalxan kimi, qarşıda kiçik otaq vardır. Pilləkənlə qalxdıqdan sonra sol tərəfə dönərək içəriyə daxil olduqda, böyük otaq yerləşmişdir. Həmin otağa daxil olduqdan sonra girişdən solda həmin hissədə olan digər otağın qapısı vardır. Evin təmirli hissəsində, mətbəxin bir pəncərəsi, yataq otağınını bir pəncərəsi, qonaq otağının isə üç pəncərəsi vardır və həmin pəncərələrin hər biri bayıra baxır. Evin təmirsiz olan hissəsində isə, büyük otaqda iki ədəd çölə baxan, kiçik otaqda isə ikisi evin qarşısına, bir isə evin qapı olan baş hissəsinə baxan pəncərəsi vardır. Bu tərəfdə də olan pəncərələrin hər biri çölə baxır. Evdə olan pəncərələrin hər biri plastmas materialdan olmaqla içəriyə açılmışdır. Torpaq sahəsinin qalan hissəsində isə, gilas ağacları əkilmişdir. Beləliklə, həmin torpaq sahəsi onun xoşuna gəldiyi üçün torpaq sahəsini evlə birlikdə almaq qərai'ina gəlmiş və 2018-ci ildə həmin torpaq sahəsini alaraq öz adma rəsmiləşdirmişdir. O, 4-5 ildir ki, yəni Xaçmaz rayonunda torpaq sahələri aldığı vaxtdan bir qayda olaraq hər il avqust ayının 1-də ailəso ilə birlikdə Bakı şəhərindən Xaçmaz rayonuna gəlib qalmış, avqust ayının 25-də isə yenidən ailəsi ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Qalan vaxtlarda isə, demək olar ki, bağ sahələrinə nəzarət etmək məqsədi ilə, heç olmasa hər ayın 3 həftəsinin şənbə və bazar günləri gəlib bağda qalmışdır. Bakı şəhərindən gələrkən, yaşamaq üçün torpaq sahəsində yerləşən taxta evin təmirli hesab olunan üç otağına məişət əşyaları və digər elektrik əşyaları alıb yerləşdirmişdir. Belə ki, yaşadığı evin mətbəxində ona məxsus olan iki litrlik, içərisində odun yandırılaraq qızdırlan somavar, yataq otağında olan çarpayının altında bir ədəd “Bosch” markalı, “GBH 240 (2-24) DRE PERFORTOR 2,8kq 790W SDS PLUS modelli, 120 manat dəyərində olan perforator, bir ədəd 30 manat dəyərində olan “ИНТЕРСКОЛ” markalı, ДУ 13/650 ЭР modelli direl, oir ədəd “LEPSE” markalı, 2200W güeündə, 75 manat dəyərində laqonda olmuşdur. Bundan başqa həmin evin qonaq otağında bir ədəd 32 dioqonal, 300 manat dəyərində olan “Sony” markalı televizor, bir ədəd, 40 manat dəyərində olan “Веко” mai'kah rəqəmsal peyk aparatı olmuşdur. Həmin əşyaları ev aldıqdan sonra, istifadə etmək üçün almışdır. Həmçinin, onun Xaçmaz rayonunda fındıq ağacları əkilmiş bağ sahəsi olduğuna görə, eləcə də, ona məxsus olan bağ sahələrində istifadə etmək üçün bir ədəd, 190 manat dəyərində “DRİLLER DZ52CC” markalı quyu qazmaq üçün istifadə olunan aparat, bir ədəd, 100 manat dəyərində “ALİOĞLU” markalı odun doğrayan mişar, bir ədəd “ASTRAKOERA” markalı, 3 kilovot gücündə, 300 manat dəyərində olan genarator, bir ədəd 100 kiloqramlıq, 45 manat dəyərində “AMPN” markalı elektron tərəzi alıb qoymuşW. O, quyu qazmaq üçün istifadə olunan aparatı, odun doğrayan mişarı və generatoru evin təmirsiz olan hissəsində, pilləkənlə üzbəüz olan, anbar kimi istifadə etdiyi otağa qoymuşdur. Elektron tərəzini isə, təmirsiz hissədə olan kiçik otağa qoymuşdur. Anbar kimi istifadə olunan otaqda, aparatların üzərinə kisələr yığmışdır ki, həmin əşyalar görünməsin. O, anbar kimi istifadə etdiyi otaqda, göstərdiyi aparatların üzərinə qoyduğu kisələrin içərisinə boş kisələri yığdığı üçün, həmin kisələr dolu kimi görünmüşdür. Beləcə, sadaladığı aparatları o, içərisində bükülmüş kisələr olan dolu 15 ədəd kisənin altına qoymuşdur ki, birdən kimsə həmin otağa girəndə, həmin aparatları tapa bilməsin. Bundan başqa, evin təmirsiz olan böyük otağında bir ədəd “Samsung” markalı, pəncərə tipli 2005-ci ildən istifadə etdiyi, 45 kvadrat metrlik, 150 manat dəyərində olan kondisoner, bir ədəd “Güven” markalı, Türkiyə istehsalı, 24 litrlik su qızdırıcısı, bundan başqa, həmin otaqda 100 metr uzunluğunda, 57 manat dəyərində, Türkiyə istehsalı, 04 mm qalınlığında elektrik naqili, bundan başqa, 20 metr uzunluğunda, 22 manat dəyərində, 6 mm qalınlığında iki qath, Türkiyə istehsalı elektrik naqili olmuşdur. O, sonuncu dəfə Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən bağ sahəsindəki evdə, 2022-ci ilin yanvar ayının 9-da olmuşdur. Həmin vaxt oraya gələrkən, Bakı şəhərində evində olan yuxarıda göstərdiyi kondisioneri qoymaq üçün gəlmişdir. O, 9 yanvar 2022-ci il tarixdə gəlib kondisioneri evə qoyduqdan sonra, evin digər otaqlarına və otaqlarda olan əşyalara göz gəzdirib, hər birinin yerində olduğunu bildikdən sonra, elə həmin gün Bakı şəhərinə qayıdıb getmişdir. O, Bakı şəhərində olduğu müddətdə, Nərəcan kəndində olan evə heç kim nəzarət etməmişdir. Bakı şəhərində yaşadığı evi təmir etdirdiyi üçün ona perforator lazım olmuşdur. Onun da Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən evində perforatoru olduğu üçün, fikirləşmişdir ki, həm evə nəzarət edər, həm də perforatoru götürüb Bakı şəhərinə qayıdar. 27 fevral 2022-ci i! tarixdə o, tək, Bakı şəhərindən özünə məxsus olan avtomobil ilə Nərəcan kəndinə gəlmişdir. Nərəcan kəndindəki evə çatıb, yaşayış olan hissədə olan, evin giriş qapısını açıb içəriyə daxil olaraq, perforatoru götürmək üçün yataq otağına daxil olub çarpayının altına baxanda görmüşdür ki, çaıpayınm altına qoyduğu “ИНТЕРСКОЛ” markalı, ДУ 13/650 ЭР modelli direl, “LEPSE” markalı, 2200W gücündə laqonda, və “Bosch” mai'kalı, “GBH 240 (2-24) DRE PERFORTOR 2,8kq 790W SDS PLUS BOSCH” modelli perforator yerində yoxdur. O, perforatoru yeni almış və çarpayının altına qutusu ilə birlikdə qoymuşdur. Daha sonra qonaq otağına keçmək üçün açarla qapını açmaq istəyəndə görmüşdür ki, qapı bağlıdır. О, qapını açarla açıb qonaq otağına daxil olanda görmüşdür ki, “Sony” markalı 32 dioqonal televizor və televizorun yanında olan, 40 manat dəyərindəki, “Веко” markalı rəqəmsal peyk aparatı qonaq otağında yerində yoxdur. Bu zaman o, pəncərədə olan pərdəni çəkərək baxanda görmüşdür ki, qonaq otağının plastmas materialdan olan pəncərəsi açıqdır. O, qonaq otağı ilə mətbəxin arasında olan qapını açarla bağlamışdır. Ancaq giriş qapısında olduğu kimi, həmin qapını da qonaq otağı tərəfdən açmaq üçün açara ehtiyac yoxdur. Sonra mətbəxə daxil olanda görmüşdür ki, iki litrlik samovar da mətbəxdə yerində yoxdur. Bundan sonra, o, evin təmirsiz olan hissəsinə keçib baxmağa başlamışdır. Təmirsiz hissədə olan tərəfdə evin giriş qapısını açarla bağlamışdır. Həmin qapını açmaq üçün açar salanda görmüşdür ki, qapı açıqdır. Bundan sonra anbar kimi istifadə olunan, pilləkənlə üzbəüz yerləşən otağa gedib orada olan əşyaların yerində olub-olmadığına baxmışdır. Həmin otağın qapısı əvvəldən açıq olmuşdur. O, anbar tipli otağın qapısını açıb kisələrin altına baxan zaman görmüşdür ki, həmin otaqda olan “ASTRAKOERA” markalı, 3 kilovot gücündə, 300 manat dəyərində olan genarator, “ALİOĞLU” markalı odun doğrayan mişar və “DRİLLER DZ52CC” markalı quyu qazmaq üçün istifadə olunan cihaz orada yoxdur. Bundan sonra təmirsiz olan böyük otağa daxil olanda görmüşdür ki, həmin otağa qoyduğu “Samsung” markalı pəncərə tipli kondisioner, 100 metr uzunluğunda, 57 manat dəyərində, Türkiyə istehsalı, 04 mm qalınlığında elektrik naqili, bundan başqa, 20 metr uzunluğunda, 22 manat dəyərində, 6 mm qalınlığında iki qath, Türkiyə istehsalı elektrik naqili və “Güven” markalı, 24 litlik su qızdırıcısı orada yoxdur. Bundan sonra təmirsiz hissədə olan kiçik otağa daxil olanda görmüşdür ki, həmin otağa qoyduğu 45 manat dəyərində, 100 kiloqramlıq elektorun tərəzi də orada yoxdur. O, özümə məxsus olan əşyaların evdə olmadığını görən kimi bilmişdir ki, kimsə evə daxil olai'aq yuxarıda göstərdiyi əşyaları oğurlamışdır. Buna görə də, o, orada DİN 102 zəng mərkəzi xidmətinə müraciət edərək evdən oğurluq edilməsi barədə məlumat vermişdir. Bir qədər sonra, Nərəcan kəndində yerləşən evə. Xaçmaz RPŞ-nin əməkdaşları gəlmişlər. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən evə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin, evindən oğurluq edilməsi ilə bağlı ərizə də yazaraq şikayətini bildirmişdir. Ona məxsus Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən evdən 150 manat dəyərində olan, “Samsung” markalı, 2005-ci ildən istifadə olunmuş, 45 kvadrat metrlik, pəncərə tipli bir ədəd kondisioner, 140 manat dəyərində olan “Güven” markalı, Türkiyə istehsalı, 24 litrlik bir ədəd su qızdırıcısı, 300 manat dəyərində olan “ASTRAKOERA” markalı, 3 kilovot gücündə bir ədəd generator, 190 manat dəyərində olan “DRİLLER DZ52CC” markalı bir ədəd quyu qazmaq üçün istifadə olunan aparat, 100 manat dəyərində olan “ALİOĞLU” markalı bir ədəd odun doğrayan mişar, 300 manat dəyərində olan “Sony” markalı, 32 dioqonal bir ədəd televizor, 40 manat dəyərində olan “Веко” markalı bir ədəd rəqəmsal peyk aparatı, 120 manat dəyərində olan “Bosch” markalı, “GBH 240 (2-24) DRE PERFORTOR 2,8kq 790W SDS PLUS modelli, qutusu ilə birlikdə bir ədəd perforatorator, 30 manat dəyərində olan “ИНТЕРСКОЛ” markalı, “ДУ 13/650 ЭР” modelli bir ədəd direl, 75 manat dəyərində olan “LEPSE” markalı, 2200W gücündə laqondanı, 60 manat dəyərində olan iki litrlik bir ədəd somavar, 45 manat dəyərində “AMPN” markalı, 100 kiloqramlıq bir ədəd elektron tərəzi, “Protodur H07V-k” markalı, Türkiyə istehsalı, mis materialdan hazırlanmış, 04 mm qalınlığında 100 metr uzunluğunda göy rəngli elektrik naqili və “Protodur H05VV-F” markalı, Türkiyə istehsalı, mis materialdan hazırlanmış, 06 mm qalınlığında, iki qatlı, 20 metr uzunluğunda ağ rəngli elektrik naqili oğurlanmışdır. Oğurlanan əşyaların hər biri ona məxsusdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Cavadın nəvəsi kimi tanımışdır. O, Xaçmaz rayonunun Nərəcan kəndində ikinci əl məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs telefonla ona zəng edərək Cavadın nəvəsi olduğunu bildirmiş və ona ittiham aktında qeyd olunan əşyaları satmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən ona həmin əşyaları satanda sonuncudan həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, təqsirləndirilən isə oğurluq olmdığını, özünə məxsus olduğunu bildirmişdir. Həmçinin iş materiallarında olan ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Nərəcan kəndində yaşayır. O, Nərəcan kəndində ikinci əl məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. 26 fevral 2022-ci il tarixdə tanımadığı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gələrək Nərəcan kənd sakini Cavadın nəvəsi Tofiq olduğun bildirmişdir. O, Tofıqin özünü tanımasa da, babası Cavadı tanımışdır. Telefonla danışıq zamanı Tofiq ona bildirmişdir ki, onun bir ədəd odun doğrayan mişarı vardır, ucuz qiymətə həmin odun doğrayan mişarı satır. O da Tofiqə gəlib baxacağını demişdir. Tofiq ona zəng edən zaman saat 11 radələri olmuşdur. Həmin gün saat 12 radələrində o. Cavadın yaşadığı evə getmişdir. Tofiq həmin vaxt qapıda dayanıb onun gəlməsini gözləmişdir. O, Cavadın yaşadığı evin qapısına çatıb, Tofiqlə həyətə daxil olanda görmüşdür ki, Tofiq odun doğrayan mişarı içəri tərəfdən qapının arxasına qoymuşdur. O, Tofiqdən odun doğrayan mişarı hansı qiymətə satdığını soruşduqda Tofiq 30 manata satdığını bildirmişdir. O, orada odun doğrayan mişarı əlinə götürüb baxmış, görmüşdür ki, həmin odun doğrayan mişarı 30 manata almağa dəyər. O, Tofiqdən həmin odun doğrayan mişarın oğurluq olub-olmadığını soruşduqda Tofiq oğurluq olmadığını, anasının Bakı şəhərindən ona pul göndəriyini, bir müddət əvvəl bağda istifadə etmək üçün həmin pula aldığını, indi isə pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan sonra o, elə orada Tofiqə 30 manat verib odun doğrayan mişarı oradan götürüb çıxıb getmişdir. Bundan sonra 27 fevral 2022-ci il tarixdə saat 10 radələrində o, Nərəcan kəndində yerləşən, ikinci əl təsərrüfat əşyaları satdığı yerdə dayanan zaman əvvəlcədən tanıdığım, Yalama kəndində yaşayan, adını Qatlan kimi tanıdığı şəxs onun yanma gəlmişdir. Qatlan taksi sürücüsüdür və hərdən onun yanına gələrək onunla söhbət etmişdir. Həmin vaxt həmkəndlisi Cavadın nəvəsi Tofiq, əmisi oğlu Mərahimə məxsus qara rəngli avtomobil ilə onun iş yerinin yanma gəlib direl, laqonda və perforator satdığını bildirmişdir. Bu zaman Qatlan adlı şəxs Tofıqin yanma gedərək bir daha nə satdığını soruşmuşdur. Tofiq direl, laqonda və perforator satdığını bildirib həmin əşyaları Qatlana göstərmişdir. Qatlan Tofıqdən həmin əşyaların oğurluq olub-olmadığım soruşduqda, sonuncu oğurluq olmadığını bildirmişdir. Bundan sonra Qatlan Tofıqdən həmin əşyaları hansı qiymətə satdığını soruşduqda, sonuncu üçünü birgə 40 manata satdığını bildirmişdir. Qatlan da həmin vaxt Tofıqə 40 manat verib direl, laqonda və perforatoru Mərahimin avtomobilindən götürüb öz avtomobilinə qoyub çıxıb getmişdir. Bundan sonra 28 fevral 2022-ci il tarixdə saat 09:30 radələrində Tofiq yenə də onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək bir ədəd televizor və bir ədəd rəqəmsal peyk apaatı satdığını bildirmişdir. O da demişdir ki, bir saat sonra gəlib baxacaqdır. O, Tofıqə dediyi kimi ona zəng etdiyi vaxtdan 1 saat sonra Tofıqin yaşadığı evə getmişdir. Həmin vaxt Tofiq həyətdə olmuşdur. Tofiq onu yaşadığı evin həyətinin giriş qapısında qarşılayıb evin yanına aparmışdır. Evin yanında ona bir ədəd “Sony” markalı televizor və bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatı göstərib demişdir ki, bunlar özlərinə məxsusdur, pula ehtiyacları olduğu üçün satır. O da Tofiqdən hansı qiymətə satdığını soruşduqda, sonuncu ikisini birlikdə 30 manata satdığını bildirmişdir. O da Tofıqə demişdir ki, yarım saat sonra gəlib hər ikisini alacaqdır. Bundan sonra oradan çıxıb getmişdir. Həmin gün saat 12 radələrində o, yenidən Tofiqin yaşadığı evə gedərək Tofıqə 30 manat pul verib ondan bir ədəd “Sony” markalı televizor və bir ədəd “Веко” markalı rəqəmsal pe^k aparatını almışdır. O, Tofiqdən aldığı əşyaları aparıb yaşadığı evin həyətinə yığmışdır. Bundan sonra 01 mart 2022-ci il tarixdə saat 11 radələrində Tofiq ona zəng etdikdən sonra onun yanına, yəni işlədiyi yerə bir qara rəngli “VAZ 2106” markalı avtomobil ilə gəlib bir ədəd elektron tərəzi gətirmişdir. O da həmin tərəzinin Tofiqdə haradan olduğunu soruşduqda sonuncu bildirmişdir ki, meyvə sezonu vaxtı istifadə etmək üçün almışdır, indi isə pula ehtiyacı olduğu üçün satacaqdır. O da tərəzini hansı qiymətə satdığını soruşduqda Tofiq 10 manata satdığını bildirmişdir. O da həmin tərəzini Tofiqə 10 manat verib satın almışdır. O, Tofiqdən aldığı əşyaların oğurluq olduğunu bilməmişdir. O, Tofiqdən aldığı əşyaları bir neçə gün sonra polis əməkdaşlarına təqdim etmişdir. Tofiq arıq bədənli, qarabuğdayı, orta boylu, saçı nisbətən qısa, təxminən 20 yaşlarında cavan oğlandır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, onun əsl adı Həsrət olsa da, onu Səhman adı ilə tanıyırlar. 2022-ci ilin fevral ayında, səhər saatlarında o, pay torpaq sahəsindən yaşadığı evə gələn zaman görmüşdür ki, tanımadığı bir nəfər cavan oğlan, yəni sonradan tanıdığı iş üzrə təqsirləndirilən şəxs taksi ilə onun yaşadığı evin qarşısında dayanıb nə isə satdığını deyir. O həmin avtomobilə yaxınlaşıb nə satılması ilə maraqlanmışdır. O görmüşdür ki, təqsirləndirilən şəxs generator satır. O, təqsirləndirilən şəxsdən generatoru hansı qiymətə satdığını soruşduqda, sonuncu 80 manata satdığını bildirmişdir. O da baxmışdır ki, yaxşı generatordur, 80 manat pul verməyə dəyər, ona görə də generatoru almaq qərarına gəlmişdir. O, generatoru almazdan əvvəl, təqsirləndirilən şəxsdən soruşmuşdur ki, birdən oğurluq olar, əgər oğurluqdursa almasın. Həmin şəxs də and içərək cavab vermişdir ki, generator oğurluq deyildir. Bundan sonra təqsirləndirilən şəxsə generatoru alacağını bildirmişdir. O, bunu dedikən sonra təqsirləndirilən şəxs gedib taksidən generatoru qucağına götürüb gətirib ona vermişdir. O da evdən 80 manat götürüb təqsirləndirilənə vermişdir. Daha sonra o, generatoru yaşadığı evin həyətinə qoymuşdur. Təqsirləndirilən şəxs generatoru taksi ilə gətirsə də, taksi sürücüsü onlardan aralıda olduğu üçün o, taksi sürücüsünün kim olmasını bilməmişdir. Həmçinin iş materiallarında olan ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X7 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Nərəcan kəndində arvadı Şahid6 ilə birlikdə yaşayır. Nəvəsi olan Təqsirləndirilən şəxs da onlarla birlikdə həmin kənddə yaşayır. Tofiqin anası Bakı şəhərində kafelərin birində qabyuyan işləyir, hərdən də onlara 15-20 manat pul göndərir ki, onlar da dolansınlar. 2022-ci ilin fevral ayında, səhər saatlarında həyəti gəzən zaman görmüşdür ki, həyətdə bir ədəd generator vardır. O, bu barədə gedib arvadından soruşmuş, Pakizər də bilmədiyini deyib Tofiqdən soruşacağını bildirmişdir. Bir neçə dəqiqə sonra Pakizər gəlib ona demişdir ki, “Tofiq gətirib, deyir ki, uşaqlar verib”. Həmçinin həmin gün həyətdə bir ədəd kondisioner də görmüşdür. Səhəri gün Tofiq generatoru həmkəndlisi Səhman adlı şəxsə satmışdır. Bundan başqa, həmin gün Tofiq evə bir ədəd qara rəngli televizor və bir ədəd rəqəmsal peyk aparatı gətirmişdir. Həmçinin həmin gün Tofiqin əlində bir ədəd laqonda da görmüşdür. O, Tofiqə laqondanı satmamasını demiş, Tofiq də laqondanın başqa adamın olduğunu, ona görə də satacağını bildirmişdir. O və arvadı Tofiqdən televizor və peyk aparatını haradan əldə etdiyini soruşduqda Tofiq uşaqlardan ev üçün aldığını bildirmişdir. Daha sonra Tofiq televizoru həmkəndlisi Mövsümə satmışdır. Həyətdə olan toyuq hinində başqa əşyalar da olmuş, ancaq onların hansı əşyalar olması onun yadında qalmamışdır. O, həmin əşyaların oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid6 şahid Cavad Cavadovla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalasıqızının oğludur. 2022-ci ilin fevral ayında Tofiqin xahişi ilə, o, taksi kimi Tofiqin xahişi ilə generator, direl, laqonda, perforator və digər əşyaları satması üçün Tofiqin yaşadığı evdən avtomobilinə yükləyib aparmış, Tofiq həmin əşyaları satdıqdan sonra ona taksi kimi beş manat vermişdir. O, həmin əşyaları avtomobilinə yükləməzdən əvvəl Tofiqdən həmin əşyaları haradan əldə etməsini, oğurluq olub-olmamasını soruşmuş, sonuncu isə uşaqların verdiyini, oğurluq olmadığını bildirmişdir. Həmçinin iş materiallarında olan ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 iş materiallarında olan ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Nərəcan kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs onun xalasıqızının oğludur. Ancaq onlar bir-birilərinə əmi oğlu deyə müraciət etmişlər. O özünə məxsus olan “VAZ 2106” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ancaq maddi imkanı zəif olduğu üçün həmin avtomobili 2022-ci ilin mart ayının sonlarında satmışdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Tofiq ona zəng edərək onu yaşadığı evə dəvət etmişdir. O da taksi fəaliyyəti ilə məşğul olduğu üçün Tofıqin zəngindən sonra sonuncunun yaşadığı evə getmişdir. O, Tofiqin yanma gəldikdən sonra, Tofiq mənə demişdir ki, həyətdə bir ədəd generator vardır və həmin generatoru aparıb satmaq lazımdır. Bu zaman o, Tofiqdən generatoru haradan əldə etdiyini soruşmuş, sonuncu da ona demişdir ki, uşaqlar vermişdir. O da Tofıqə inanmayıb demişdir ki, “haradansa oğurlamısan?”, bu zaman Tofiq cavab vermişdir ki, “sənə nə var haradan əldə etmişəm, sənə deyirəm ki uşaqlar veribdə, səni bura taksi kimi dəvət etmişəm, istəyirsən apar, istəyirsən aparma, aparmırsansa mən başqası ilə aparım”. O da dolanışığını taksi fəaliyyəti ilə məşğul olaraq təmin etdiyi üçün Tofiqi aparmağa razı olmuşdur. Tofiq onun avtomobilinin yük yerinə əvvəlcə gətirib generatoru, daha sonra isə mis materialdan olan metalları, daha sonra isə bir ədəd içərisində metallar olan kisəni gətirib yığmışdır. Onlar avtomobilə əyləşdikdən sonra Tofiq ona demişdir ki, onu həmkəndliləri Səhman adlı şəxsin yaşadığı evin qarşısına aparsın. O da Tofiqi Səhman adlı şəxsin yaşadığı evin qarşısına aparmışdır. Səhman ustadır və kənddə usta kimi fəaliyyət göstərir. Ona görə də Tofiq generatoru Səhmanın yanma aparıb generatoru Səhmana göstərmişdir. Səhman generatora baxıb bəyənmiş və oğurluq olub-olmadığım soruşmuşdur. Tofiq isə generatorun oğurluq olmadığını bildirib Səhmanı generatomn oğurluq olmadığına inandırdıqdan sonra, həmin gün, saat 09:30 radələrində generatoru Səhmana 80 manata satmışdır. Daha sonra Tofiq ona demişdir ki, onu Xaçmaz rayonu, Qusarçay kəndində olan metal qəbulu məntəqəsinə aparsın. O da Tofiqi həmin yerə aparmış və Tofiq avtomobilin yük yerinə qoyduğu metalları həmin yerdə satmışdır. Daha sonra o Tofiqi yaşadığı evə gətirmişdir. Tofiq ona 5 manat benzin pulu vermiş və o çıxıb getmişdir. Daha sonra həmin gün saat 14 radələrində yenidən Tofiq ona zəng edib onu yaşadığı evə dəvət etmişdir. O, Tofıqin çağırışı ilə yaşadığı evə getmişdir. O, Tofıqin yaşadığı evə çatdıqdan sonra, avtomobildə oturub sonuncunu gözləyəndə Tofiq yaşadığı evin həyətindən gətirərək avtomobilin yük yerinə quyu qazan aparatı qoymuşdur. O, həmin aparatı haradan əldə etdiyini soruşduqda Tofiq bildirmişdir ki, uşaqlardan almışdır, satıb mayasını uşaqlara verdikdən sonra qalan xeyir də özünün olacaqdır. O da Tofıqə inanmışdır. Tofiq ona demişdir ki, onu Xaçmaz-Xudat yolunun, Qımılıqışlaq kəndi ərazisində yerləşən svetoforu Xudat şəhəri istiqamətində keçdikdən 20 metr sonra, yolun sağ tərəfində yerləşən təsərrüfat malları satılan mağazaya aparsın. O, Tofıqi həmin yerə aparmışdır. Tofiq həmin aparatı orada 45 manata satmışdır. Həmin vaxt saat 15 radələri olmuşdur. Tofiq quyu qazan aparatı satıb əldə etdiyi puldan 5 manatını ona benzin pulu kimi vermişdir. 27 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində Tofiq ona zəng edərək onu yaşadığı evə dəvət etmişdir. O, Tofiqin zəngindən bir neçə dəqiqə sonra yaşadığı evə getmişdir. O, avtomobildə oturub Tofıqi gözləyən zaman sonuncu yaşadığı evin həyətindən laqonda direl və perforatoru götürüb onun avtomobilinin arxa oturacağına qoymuş və avtomobilə əyləşdikdən sonra Tofıqi həmkəndliləri Mövsümün yanına aparmasını demişdir. O, Tofıqdən direl, laqonda və perforatoru haradan əldə etdiyini soruşduqda sonuncu uşaqların verdiyini, satmağa apardığını bildirmişdir. Onlar Mövsümün yanına çatdıqdan sonra Tofiq avtomobilə qoyduğu direl, laqonda və perforatoru Mövsümün yanında olan şəxsə göstərmişdir. Həmin şəxs əşyaların oğurluq olub-olmadığını soruşmuş, Tofiq isə oğurluq olmadığını bildirmişdir. Bundan sonra Tofiq həmin direl, laqonda və perforatoru orada həmin adama 40 manata satmışdır. Tofiq, əldə etdiyi 40 manat puldan 3 manatını ona vermişdir. Bundan sonra o, 01 mart 2022-ci il tai'ixədək Toflqi görməmişdir. Həmin gün saat 11 radələrində Tofiq yenidən ona zəng edərək yaşadığı evə dəvət etmişdir. O bu dəfə Tofiqin yanına gedəndə bu satdığı əşyaları haradan əldə etdiyini, əgər haradansa oğurlayıbsa aparmayacağımı bildirmiş. Tofiq də anasının canına and içərək əşyaların oğurluq olmadığını, pul qazanmaq üçüp bir şəxsdən alıb digər şəxsə satdığını, hər satdığı əşyadan ona 5-6 manat pul qaldığını bildirmişdir. Bundan sonra Tofiq gətirib avtomobilin yük yerinə bir ədəd elektron tərəzi qoymuş və onu Mövsümün yanma aparmasını demişdir. O da Tofıqi Mövsümün yanma aparmış və Tofiq həmin tərəzini Mövsümə satmışdır. Ancaq həmin güno Tofiqdən pul almamışdır. O, Tofiqin satdığı əşyaların oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qusarçay kəndində ailəsi ilə birlikdə yaşayır. O, Qusarçay kəndində babasına məxsus metal qəbulu yerində işləyir. Həmin yer, Xaçmaz- Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində, “Kristal” ticarət mərkəzindən 200 metr Xaçmaz şəhəri istiqamətinə, yolun sağ kənarında yerləşir. Babası yaşlı olduğu üçün demək olar ki, mütəmadi olaraq orada insanları o qarşılamış və gətirdikləri metalları o qəbul etmişdir. 26 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində o həmin yerdə olan zaman bir nəfər oğlan qara rəngli “VAZ 2106” markalı avtomobil ilə onun yanına gələrək yandırılmış mis materialdan olan metalları gətirmişdir. Həmin oğlan avtomobilin yük yerindən kisələrdə mis metalları gətirib onun yanma qoyan zaman o həmin oğlandan gətirdiyi metalların oğurluq olub-olmadığını, əgər oğurluqdursa ondan uzaq olmasını demişdir. Misləri gətirən oğlan adının Tofiq olduğunu, Nərəcan kəndində yaşadığını bildirmiş və hətta ona şəxsiyyət vəsiqəsini də göstərmişdir. O da Tofıqin qonşu kənddə yaşadığını görüb gətirdiyi metlları Tofiqdən almışdır. Tofıqin gətirib verdiyi bir top misə görə 10 manat, ikinci top misə görə yenə 12 manat, yandırıbmış misə görə isə 12 manat pul vermişdir. Beləliklə həmin gün Tofıqə ümumilikdə 34 manat pul vermişdir. Bundan sonra Tofiq gəldiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Həmin gündən iki gün sonra, yəni təxminən 28 fevral 2022-ci il tarixdə Tofiq “VAZ 21015” markalı avtomobil ilə onun yanına gəlmişdir. Tofiq həmin avtomobildən bir ədəd samovar da endirmişdir. Tofiq avtomobildən endikdən sonra avtomobil oradan çıxıb getmişdir. Tofiq somavarı gətirib özlərinə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Somavar təxminən iki litrlik olmuşdur. Tofıqin gətidiyi somavara baxdıqdan sonra 20 manat verə biləcəyini demişdir. Tofiq də onunla razılaşmış və o, Tofıqə 20 manat verib somavarı satın almış, daha sonra Tofiq oradan çıxıb getmişdir. Ondan aldığı metalları və somavarı bir neçə gün sonra Bakı şəhərinə metal qəbulu məntəsinə satmışlar. O, Tofıqin satdığı malların oğurluq olduğunu bilməmişdir. Tofiq arıq bədənli, qarabuğdayı, orta boylu, saçı nisbətən qısa, təxminən 20 yaşlarında cavan oğlandır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Nərəcan kəndində yaşayır. O, Təqsirləndirilən şəxs uşaqlıq vaxtından bəri tanımışdır. Tofiq ondan 8 yaş balacadır. Əvvəl, Tofiqlə o qonşu evlərdə yaşamış, indi isə onların evindən bir az aralıda, Nərəcan kəndində başqa evdə yaşayır. O, əvvəllər evli olub sonradan isə boşanmışdır. Onun 3 yaşlı övladı vardır. Övladı anası ilə birgə qalır. O da həmin uşağa görə aliment ödəyir. Tofıqlə onun bir qonşu kimi münasibəti vardır. Hərdən Tofiqlə kənddə görüşüb çayxanada oturub çay içib söhbət etmişlər. 11 may 2022-ci il tarixdə o. Xaçmaz rayonu, Nərəcan kəndində olan yanacaq doldurma məntəqəsiniun yanında olan zaman Tofiqin onu çağırdığını eşitmişdir. O, Tofiqin səsini eşidib Tofiqi gözləmiş və Tofiq onun yanma gəlib çatmışdır. Onlar salamlaşıb hal- əhval tutduqdan sonra Tofiq cibindən bir ədəd boyunbağı və bir ədəd kulonu çıxarıb ona göstərərək demişdir ki, onları xalası qızı ona vermişdir ki, satıb əvvəlki etdiyi oğurluğun maddi ziyanını ödəsin. Daha som-a ona demişdir ki, o, özünün şəxsiyyət vəsiqəsini itirdiyi üçün onun şəxsiyyət vəsiqəsi ilə aparıb lombardda satmaq istəyir. O da övladı üçün ödədiyi alimenti hərdən gecikdirdiyi üçün, lombarda gedib qızıl qoyub pul götürməkdən qorxmuş, buna görə də Tofiqə bu işi edə bilməyəcəyini demişdir. Bundan sonra o Tofiqə demişdir ki, bu barədə Əzizə desin. Həmin vaxt Tofiq Əzizə zəng edib sonuncuya bu barədə bildirmiş. Əziz də razı olmuşdur. Bir neçə dəqiqə sonra Əziz onların yanma gəlmişdir. Tofiq cibindən bir ədəd boyunbağını və bir ədəd kulonu çıxarıb Əzizə gösətrib bildirmişdir ki, onlai'i xalası qızı ona vermişdir ki, satıb əvvəlki etdiyi oğurluğun maddi ziyanını ödəsin, ancaq onun vəsiqəsi itdiyi üçün o, qızılları öz vəsiqəsi ilə lombarda girov qoya bilmir, ona görə də Əzizin vəsiqəsi ilə qoymaq istəyir. Əziz ona demişdir ki, bir şərtlə razı olar, hansı ki, qızılı lombarda qoyub pul götürdükdən sonra, Tofiq ona olan borcunu ödəsin. Tofiq də onunla razı olmuşdur. Həmin vaxt o da Tofıqə demişdir ki, pulu götürdükdən soni'a onun da borcunu ödəsin. Tofiq onunla də razılaşmışdır. Belə ki, Tofiq onun somavarımı götürüb satıb borcunu ödəmiş, ona görə də Tofıqin ona da 50 manat borcu olmuşdur. X14 də borcu olmuşdur. Ümumiyyətlə Tofıqin demək olar ki, kənddə hər cavana oğlana borcu vardır. Onlar birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Finoko” adlanan lombardın yanına gəlmişlər. Onun əynində olan paltarlar köhnə olduğu üçün o, lombarda girməmişdir. Əzizlə Tofiq içəriyə girib təxminən yarım saat sonra çıxmışlar. Qızıla görə Tofiqə 900 manatdan çox pul verilmişdir. Tofiq lombarddan pulu götürdükdən sonra Əzizin 40 manat, onun isə 50 manat borcunu ödəmişdir. Sonra onlar yenidən Nərəcan kəndinə qayıtmışlar. Daha sonra isə Tofiqi Nərəcan kəndində yerləşən kafedə pivə içən görmüşdür. Həmin gün axşam saat 17 radələrindən sonra isə Tofiqin nə etməsi və haraya getməsi barədə bir məlumatı olmamışdır. O, həmin qızıl boyunbağının və qızıl kulonun oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Nərəcan kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Onun dayısıgil Nərəcan kəndində yaşadığı üçün, həmçinin o əvvəllər Nərəcan kəndində yerləşən soyuducuda fəhlə işlədiyi üçün Nərəcan kəndində çox olmuşdur. Ancaq onun daimi yaşayış yeri Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsində yerləşən 2 nömrəli evdir. O, Nərəcan kəndində olanda hərdən Tofıqlə görüşüb çay içib söhbət etmişdir. Ona görə də Tofiqlə normal münasibətləri yaranmışdır. 11 may 2022-ci il tarixdə Tofiq onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ondan harada olduğunu soruşmuşdur. O da Nərəcan kəndində olduğunu bildirəndə Tofiq onu yanına dəvət etmişdir. O, Tofiqdən harada olduğunu soruşduqda sonuncu Nərəcan kəndində olan yanacaq doldurma məntəqəsinin yanında olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra o, Tofıqin yanına getmişdir. Tofiqin yanma çatanda görmüşdür ki, Mətləb də Tofiqin yanındadır. O, Tofiqin yanına çatan kimi Tofiq ona demişdir ki, xalası qızı ona bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl kulon vermişdir ki, o, həmin qızılları satıb Zərərçəkmiş şəxs2 evindən oğurluq etdiyinə görə sonuncuya dəymiş maddi ziyanı ödəsin. Bu sözləri deyib Tofiq cibindən həmin qızılları çıxarmışdır. Daha soma Tofiq ona demişdir ki, həmin qızılları onun şəxsiyyət vəsiqəsi ilə aparıb lombarda girov qoyub pul götürmək istəyir. O da Tofıqlə bir şərtlə razılaşmışdır ki, Tofiq ona olan 40 manat borcunu ödəməlidir. Tofiq də onunla razılaşmışdır. Həmin vaxt Mətləb də demişdir ki, Tofiq ona olan 50 manat borcunu da ödəsin. Tofiq də razılaşaraq pulu götürdükdən sonra ödəyəcəyini bildirmişdir. Beləliklə onlar həmin vaxt üçü birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Finoko” adlı lombarda gəlib, orada onun şəxsiyyət vəsiqəsi ilə Tofiqdə olan bir ədəd qızıl boyunbağını və bir ədəd kulonu girov qoyub 900 manatdan çox pul götürmüşlər. Həmin vaxt Mətləb küçədə dayanıb onları gözləmişdir. Lombarddan çıxdıqdan sonra Tofiq ona 40 manat. Mətləbə də 50 borcunu qaytarmışdır. Daha sonra onlar Nərəcan kəndinə qayıtmışlar. Bundan sonra Tofiqin nə etməsi ilə bağlı hər hansı bir məlumatı olmamışdır. O, həmin qızıl boyunbağının və qızıl kulonun oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz-Xudat yolunun Qımıl-Qışlaq kəndi ərazisindən keçən hissəsində olan svetoforun yanında, Xudat şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən təsərrüfat malları mağazasını işlədir. Hərdən vətəndaşlar gətirəndə ikinci əl təsərrüfat əşyalarını da alıb satır. 26 fevral 2022-ci il tarixdə işlətdiyi həmin mağazada olan zaman bir nəfər əvvəllər adını Tofiq kimi tanıdığı oğlan onun yanma gələrək əlində bir ədəd quyu qazan aparat olduğunu bildirmişdir. Tofiq həmin vaxt onun yanına qara rəngli “VAZ 2106” markalı avtomobil ilə gəlmişdir. Tofiq onun yanma gəlib quyu qazan aparat olduğunu dedikdə, o, həmin aparatı gətirməsini demişdir. Tofiq quyu qazan aparatı onun yanına gətirəndə görmüşdür ki, aparat təzə vəziyyətdədir. O, Tofiqdən həmin aparatı neçəyə satdığını soruşmuşdur. Sonda o bildirmişdir ki, həmin aparatı 45 manata satır. Həmin aparatın təzə vəziyyətdə qiyməti 150 manatdan baha olduğu üçün bu hal onda şübhə yaratmışdır. O, Tofıqdən həmin aparatın oğurluq olub-olmadığını soruşmuşdur. Tofiq də aparatın oğurluq olmadığını, özlərinin olduğunu, qardaşı əskərlikdə olduğundan pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O da Tofıqə inandığı üçün həmin aparatı Tofiqdən 45 manata almaq qərarına gəlmişdir. Beləliklə, Tofiqə 45 manat verərək quyu qazan aparatı sonuncudan almışdır. Bundan bir neçə gün sonra yanına polis əməkdaşları gəlmişlər və ondan Tofiq adlı şəxsdən quyu qazan aparat alıb-almadığını soruşmuşlar. O da elə bir aparatı Tofiq kimi tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra o həmin aparatı könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. O, həmin cihazın oğurluq olduğunu bilməmişdir. Tofiq arıq bədənli, orta boylu, qarabuğdayı, qısa saçlı, seyrək saqqallı, təxminən 20-22 yaşlarında cavan oğlandır. İş materiallarında olan raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək Xaçmaz rayonunun Nərəcan kəndində ona məxsus olan evindən müxtəlif təsərrüfat alətlərinin, televizorun, rəqəmsal peyk aparatının, elektrik naqillərinin və s. oğurlanması barədə bildirərək həmin əmlakları oğurlayan naməlum şəxsi və ya şəxsləri müəyyən edərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən fərdi yaşayış evidir. Evin ətrafı mişar daşı, tor hasar və dəmir materialdan olan dam örtükləri ilə hasarlanmışdır. Evin giriş qapısı iki laylı dəmir materialdan olan qapı olmaqla yaşıl rənglidir. Evin həyətinin giriş qapısından içəriyə girdikdən sonra 15 metr irəli taxta materialdan tikilmiş birmərtəbəli ev müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs2 icazəsi ilə evə daxil olduqdan sonra aşağıdakılar müşahidə edilmişdir: Həmin evin beş otağı vardır. Otaqların üçü təmirli olmuş və yaşayış üçün yararlı olmuşdur. Digər iki otaq isə tam təmirsiz olmaqla yaşayış üçün yarasız olmuşdur. Evin təmirli üç otağı olan hissəsinin girişi ilə, təmirsiz olan iki otağın girişi ayrı-ayrı yerlərdən olmuşdur. Həmin girişlərin biri evin bir baş hissəsində, digəri isə o biri baş hissəsində yerləşmişdir. Hər iki girişdə olan qapılar plastmas materialdan olan qapılar olmuşdur. Həmin qapılar çöl tərəfdən açarla bağlanan olsa da, içəri tərəfdən bağlamaq üçün açara ehtiyac yoxdur və əl ilə burub bağlamaq üçün kilit yeri var. Evin yaşayış üçün yararlı hesab olunan hissəsində pilləkənlə qalxan kimi qarşıda hamam və sanitar qovşağı yerləşmiş, pillləkənlə qalxıb sağa dönüb evə girdikdən sonra evin giriş qapısı mətbəxə açılır. Mətbəxə daxil olduqdan sonra girişdən sağda, qonaq otağının qapısı yerləşir. Mətbəxdə, girişin qarşısında olan divarda isə yataq otağının qapısı yerləşir. Evin təmirsiz olan hissəsində isə pilləkənlə qaxan kimi qarşıda kiçik otaq var. Pilləkənlə qalxdıqdan sonra sol tərəfə dönərək içəriyə daxil olduqda böyük otaq yerləşir, Həmin otağa daxil olduqdan sonra girişdən solda həmin hissədə olan digər otağın qapısı yerləşir. Evin təmirli hissəsində mətbəxin bir pəncərəsi, yataq otağınını bir pəncərəsi, qonaq otağının isə üç pəncərəsi var və həmin pəncərələrin hər biri bayıra baxır. Evin təmirsiz olan hissəsində isə böyük otaqda iki ədəd 3 çölə baxan, kiçik otaqda isə ikisi evin qarşısına, biri isə evin qapı olan baş hissəsinə baxan pəncərəsi var. Həmin tərəfdə də olan pəncərələrin hər biri çölə baxır. Evdə olan pəncərələrin hər biri plastmas materialdandır və içəriyə açılır. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, evin mətbəxində ona məxsus olan iki litrlik, içərisində odun yandırılaraq qızdırılan samovar, yataq otağında olan çarpayının altında bir ədəd “Bosch” markalı, “GBH 240 (2-24) DRE PERFORTOR 2,8kq 790W SDS PLUS modelli, 120 manat dəyərində olan preforator, bir ədəd 30 manat dəyərində olan “ИНТЕРСКОЛ” markalı, ДУ 13/650 ЭР modelli direl, bir ədəd “LEPSE” markalı, 2200W gücündə laqonda, evin qonaq otağında bir ədəd 32 dioqonal, “Sony” markalı televizor, bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatı olmuşdur. Bundan başqa, həmin evdə bir ədəd, “DRİLLER DZ52CC” markalı quyu qazmaq üçün istifadə olunan aparat, bir ədəd “ALİOĞLU” markalı odundoğrayan mişar, bir ədəd “ASTRAKOERA” markalı, 3 kilovot gücündə genarator, bir ədəd 100 kiloqramlıq, “AMPN” markalı elektron tərəzi olmuşdur. O, quyu qazmaq üçün istifadə olunan aparatı, odun doğrayan mişarı və generatoru evin təmirsiz olan hissəsində, pilləkənlə üzbəüz olan, anbar kimi istifadə etdiyi otağa, elektron tərəzini isə təmirsiz hissədə olan kiçik otağa qoymuşdur. Bundan başqa, evin təmirsiz olan böyük otağında bir ədəd “Samsung” markalı, pəncərə tipli 2005-ci ildən istifadə etdiyi 45 kvadrat metrlik kondisoner, bir ədəd “Güven” markalı, Türkiyə istehsalı, 24 litrlik su qızdırıcısı (pitiminutka), bundan başqa, həmin otaqda 100 metr uzunluğunda, Türkiyə istehsalı, 04 mm qalınlığında elektrik naqili, bundan başqa, 20 metr uzunluğunda, 6 mm qalınlığında iki qatlı, Türkiyə istehsalı elektrik naqili olmuşdur. Zərərçəkmiş şəxs2 baxış zamanı bildirdi ki, həmin əşyaların hər biri özünə məxsusdur və onların hər biri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 evindən oğurlayaraq Şahid1 satdığı “ALİOĞLU” markalı odundoğrayan mişar, 100 kiloqramlıq “AMPN” markalı elektron tərəzi, 32 dioqonallı “Sony” markalı televizor, “Веко” markalı rəqəmsal peyk aparatı Şahid1 tərəfindən Xaçmaz RPŞ-yə təqdim edilmiş, Zərərçəkmiş şəxs2 baxaraq həmin əşyaların onun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 evindən oğurlayaraq Şahid2 satdığı bir ədəd “ASTRAKOERA” markalı, 3 kilovot gücündə genarator Şahid2 tərəfindən Xaçmaz RPŞ-yə təqdim edilmiş, Zərərçəkmiş şəxs2 baxaraq həmin əşyanın onun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 evindən oğurlayaraq Şahid7 Suleyman oğluna satdığı bir ədəd “DRİLLER DZ52CC” markalı quyu qazmaq üçün istifadə olunan aparat Şahid7 tərəfindən Xaçmaz RPŞ-yə təqdim edilmiş, Zərərçəkmiş şəxs2 baxaraq həmin əşyanın onun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olmaqla oğurladığı təsərrüfat və məişət əşyalarından satdığı Şahid1 dörd ədəd müxtəlif şəxslərin fotoşəkilləri təqdim edilməklə Təqsirləndirilən şəxs fotoşəkli tanınmaya təqdim edilən zaman Şahid1 çətinlik çəkmədən Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq sonuncunun ona bir ədəd odundoğrayan mişarı, bir ədəd elektron tərəzini, bir ədəd televizoru və bir ədəd rəqəmsal peyk aparatını satdığını təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olmaqla oğurladığı təsərrüfat və məişət əşyalarından satdığı Şahid2 dörd ədəd müxtəlif şəxslərin fotoşəkilləri təqdim edilməklə Təqsirləndirilən şəxs fotoşəkli tanınmaya təqdim edilən zaman Şahid2 çətinlik çəkmədən Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq sonuncunun ona bir ədəd generator satdığını təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olmaqla oğurladığı elektrik naqillərindən, kondisionerdən, su qızdırıcısından əldə etdiyi mis metallarını və bir ədəd samovarı metal kimi satdığı Şahid8 dörd ədəd müxtəlif şəxslərin fotoşəkilləri təqdim edilməklə Təqsirləndirilən şəxs fotoşəkli tanınmaya təqdim edilən zaman Şahid8 çətinlik çəkmədən Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq sonuncunun ona metal qəbulu məntəqəsində mis metalı və bir ədəd samovar satdığını təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olmaqla oğurladığı təsərrüfat və məişət əşyalarından satdığı Şahid7 Suleyman oğluna dörd ədəd müxtəlif şəxslərin fotoşəkilləri təqdim edilməklə Təqsirləndirilən şəxs fotoşəkli tanınmaya təqdim edilən zaman Şahid7 çətinlik çəkmədən Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq sonuncunun ona bir ədəd quyuqazan aparat satdığını təsdiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-nin MSY-dən çıxarılaraq avtomobilə əyləşdikdən sonra ona oğurluq etdiyi evi göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, oğurluq etdiyi ev Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdir. Polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlərdə gedilmiş, həyətinin girişində yaşıl rəngli, iki laylı qapısı olan evin qarşısında X10 həmin evi göstərərək oğurluq etdiyi ev olduğunu bildirmiş. Bundan sonra iştirakçılar evin sahibi Zərərçəkmiş şəxs2 icazəsi ilə evin həyətyanı sahəsinə daxil olmuşlar. Orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 həmin evindən oğurluq etməsinə dair ifadəsində bildirdiyi xüsusatları əyani göstərərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 may 2022-ci il tarxli, 9/3040 nömrəli rəyindən müəyyən edilir ki, “Samsung” markalı, 2005-ci ildən istifadə olunmuş, 45 kvadrat metrlik, pəncrə tipli kondisionerin qiyməti 100 manat; “Güven” markalı, Türkiyə istehsalı, 24 litrlik su qızdırıcısının qiyməti 100 manat; “ASTRAKOREA” markalı, 3 kilovatt gücündə generatorun qiyməti 200 manat; “ALİOĞLU” markalı odun doğrayan mişarın qiyməti 80 manat; “Sony” markalı, “KDL-32R433B model, 32 dioqonal televizorun qiyməti 220 manat; “Веко” markalı rəqəmsal peyk aparatının qiyməti 20 manat; “Bosch” markalı, “GBH 240 (2-24) DRE PERFORTOR 2,8kq 790W SDS PLUS modelli, qutusu ilə birlikdə perforatorun qiyməti 200 manat; “ИНТЕРСКОЛ” markalı, ДY 13/650 ЭР modelli direlin qiyməti 25 manat; “LEPSE” markalı 2200W gücündə laqondanın qiyməti 45 manat; “AMPN” markalı, 100 kiloqramlıq elektron tərəzinin qiyməti 40 manat; “Protodur H07V-k” markalı, Türkiyə istehsalı, mis materialdan hazırlanmış, 1x4,0 mm2 ölçülü, 100 metr uzunluğunda göy rəngli elektrik naqilinin qiyməti 40 manat; “Protodur H05VV-F” markalı, Türkiyə istehsalı, mis materialdan hazırlanmış, 1x6,0 mm2 ölçülü, 20 metr uzunluğunda ağ rəngli elektrik naqilinin qiyməti 20 manat müəyyən edilmişdir. Analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkillərdə göstərilən 12 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayında olan orta bazar qiyməti ilə ümumi nəzəri qaydada təxminən 1090,00 manat müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-əmtəəşünaslıq ekspertizasının yuxarıda qeyd olunan rəyi ilə tanış olduqdan sonra bildirmişdir ki, o, həmin ekspertiza rəyində göstərilmiş qiymətlərlə tam razıdır. Lakin həmin rəydə “DRİLLER DZ52CC” markalı bir ədəd quyu qazmaq üçün istifadə olunan aparatın və iki litrlik samovarın qiyməti müəyyən edilmədiyindən, Zərərçəkmiş şəxs2 həmin əşyaların qiymətini ifadəsində göstərərək, samovarın qiymətinin 60 manat, quyu qazan aparatın qiymətinin isə 190 manat, cəmi isə 250 manat olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək Xaçmaz rayonunun Nərəcan kəndində ona məxsus olan evindən ona məxsus qızıl-zinət əşyalarının və nağd pulun oğurlanması barədə bildirərək həmin əmlakları oğurlayan şəxsi taparaq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən fərdi yaşayış evidir. Evin ətrafı mişar daşı ilə hasara alınmışdır. Evin ümümi giriş qapısı taxta materialdan olmaqla qəhvəyi rəngdədir. Evin həyəti betonla örtülmüşdür. Evin içəri giriş qapısı taxta materialdan olmaqla ağ rəngdədir. Yaşayış evi 2 otaqdan və bir mətbəxdən ibarətdir. Evin yataq otağında paltar dolabı, çarpayı yerləşir. Paltar dolabı 3 qapılıdır. Paltar dolabının hər üç qapısını açdıqda rəflər vardır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, evdə olmadığı zaman paltar dolabının üst hissəsində olan rəfdə əl-üz dəsmallarının arasında saxladığı nağd pul, aşağı hissəsində qara rəngli sellofan torbanın içərisində saxladığı qızıl-zinət əşyaları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin qızıl-zinət əşyaları 04 ədəd üzük, 01 cüt sırğa, 01 ədəd boyunbağı və 01 ədəd kulondan ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 evindən oğurlayaraq təqsirləndirilən şəxsin öz yaşadığı evin həyətyanı torpaq sahəsində mişar daşının altında gizlədərək saxladığı və oradan çıxararaq təqdim 04 ədəd üzüyü və 01 cüt sırğanı təqdim etmiş, təqdim etdiyi həmin dörd ədəd qızıl üzüyün alt hissəsində 585 rəqəmləri yazılmış, üç ədədinin üst hissəsi uzunsov olmaqla, üzərlərində yaşıl rəngli bir ədəd qaş vardır, bir ədəd üzüyün üst hissəsi isə yumru formada olmaqla, üzərində 06 ədəd brilianta bənzər qaşlar vardır. Təqdim edilmiş həmin bir cüt sırğanın alt hissəsində 585 rəqəmləri yazılmış, üst hissələrində isə yaşıl rəngli bir ədəd qaş vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən, girov müqaviləsindən və aktdan (girov müqaviləsinə əlavə) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evindən oğurlayaraq Şahid3 sonuncunun şəxsiyyət vəsiqəsi ilə təqsirləndirilən şəxs üçün lombarda 01 ədəd boyunbağı (qırıq) və 01 ədəd kulonu girov qoymuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 evindən oğurladığı 01 ədəd boyunbağına və 01 ədəd kulona baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin boyunbağını və kulonu xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 evindən oğurladığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-nin MSYdən çıxarılaraq avtomobilə əyləşdikdən sonra ona oğurluq etdiyi evi göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, oğurluq etdiyi ev Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdir. Polis əməkdaşları ilə Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlərdə gedilmiş, Zərərçəkmiş şəxs1 evinin qarşısına çatdıqda təqsirləndirilən şəxs evi göstərərək həmin evdən oğurluq etdiyini bildirmişdir. Bundan sonra orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həmin evindən oğurluq etməsinə dair ifadəsində bildirdiyi xüsusatları əyani göstərərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2022-ci il tarxli, 6/2979-9/3835 nömrəli rəyindən müəyyən edilir ki, üzərində rəngsiz, şəffaf və ümumilikdə 3 ədəd yaşıl rəngli qaşlar olan, sarı rəngli 1 dəst sırğa cütü-üzük. Dəstin elementlərinin üzərlərində 583 damğası vardır, çəkisi 10,20 qramdır, qiyməti 867 manatdır; Üzərində rəngsiz, şəffaf qaşlar və 1 ədəd yaşıl rəngli qaş olan, qırmızımtıl sarı rəngli 1 ədəd üzüyün üzərində 1 ədəd qaş yeri boşdur, çəkisi 5,93 qramdır, qiyməti 504 manatdır; Üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli, 1 ədəd üzüyün halqasının üzərində 583 damğası vardır, çəkisi 4,36 qramdır, qiyməti 370 manatdır; Üzərində rəngsiz, şəffaf qaşlar olan və 1 ədəd yaşıl rəngli qaş olan, sarı rəngli 1 ədəd üzüyün halqasının üzərində 583 damğası vardır, çəkisi 4,74 qramdır, qiyməti 402 manatdır; Üzərində ərəb və fars dilində yazılar olan, qırmızımtıl sarı rəngli 1 ədəd kulonun asılqan hissəsində 585 damğası vardır, çəkisi 3,15 qramdır, çəkisi 267 manatdır; Sarı rəngli 1 ədəd boyunbağının qulaqcığında 583 damğası vardır, çəkisi 24,38 qramdır, qiyməti isə 2072 manatdır (Cədvəl 1). Tədqiqata təqdim edilmiş 1 dəst sırğa cütü-üzük, 1 ədəd kulon və 1 ədəd boyunbağının hər biri 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş məmulatların üzərlərində qaş olanların qaşları qiymətli qaşlara aid deyildir. Tədqiqata təqdim edilən məmulatların modeli və digər gösətriciləri nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4482,0 manat müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxs İsmayılova X5 Mərkəzinin həmin rəyində onun qızıllarının ümumi qiyməti 4482 manat göstərilmişdir. Ancaq rəydən də görünür ki, onun qızıllarının bəzilərinin qaşları yoxdur. Ona görə də qaşları olan vəziyyətdə onun qızıllarının ümumi qiyməti 4482 manatdan çoxdur. Belə ki, onun 3000 manat dəyərində olan bir ədəd qızıl boyunbağısı, 1000 manat dəyərində olan üzük və sırğa dəsti (bir ədəd üzük və bir cüt sırğa), hər birinin qiyməti 500 manat olan 03 ədəd qızıl qadın üzüyü, 300 manat dəyərində olan bir ədəd qızıl kulonu oğurlanmışdır. Onun qızıllarının ümumi qiyməti 5800 manatdır. O, ilkin olaraq zərərçəkmiş şəxs qismində ifadə verən zaman tam olsun deyə 6000 manat demişdir. Lakin ona dəymiş ziyanın ümumi məbləği 5970 manatdır. O, ilkin ifadə verən zaman özünə məxsus olan qızıl-zinət əşyalarının əyarlarının hamısı 585 olduğunu bildirsə də, o, həmin ekspert rəyi ilə razılaşaraq əyarların rəydə göstərildiyi kimi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qızıl-zinət əşyalarının adlarını, çəkilərini və əyarlarını həmin ekspert rəyində göstərilənlər kimi, həmin qızıl-zinət əşyalarının qiymətinin isə 5800 manat olduğunu bildirmişdir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın miqdarı 5970 ( beş min doqquz yüz yetmiş) manat məbləğində olmasının, Zərərçəkmiş şəxs2 məxsus evdən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “DRİLLER DZ52CC” markalı quyu qazan aparatın qiymətinin 190 manat, iki litrlik somarın qiymətinin isə 60 manat kimi nəzərə alınması qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Şahid8, Şahid1, X7, Şahid6, Şahid2, Şahid7, Şahid5, Şahid3 və Şahid4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 6/2979-9/3835 nömrəli ekspert rəyində olan Cədvəl 1in 2-ci siyahısındakı qızıl üzüyün əyarının 585 kimi hesab edilməsi qərara alınmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Xaçmaz rayon məhkəməsinin hökmündən və qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs X9 əvvəllər məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü sakit, intizamlı bir vətəndaş kimi aparmışdır. Nümayəndəliyə onun barəsində onu tanıyanlardan, yaxın qohumlardan heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 17 avqust 2022-ci il tarixli ərizəsindən və Zərərçəkmiş şəxs1 14 sentyabr 2022-ci il tarixli ərizəsindən, həmçinin zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara vurulmuş ziyan təqsirləndirilən tərəfindən tamamilə ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmalarını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Xaçmaz rayon məhkəməsinin hökmündən və qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Xaçmaz rayon Məhkəməsinin qeyd olunan hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2022-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 05 aprel 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 14 may 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 16 may 2022-ci il tarixli 4(067)-66/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 05 iyul 2022-ci il tarixli qərardan və qəbzlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “ASTRAKOERA” markalı, 3 kilovatt gücündə bir ədəd generator; bir ədəd “ALİOĞLU” markalı odun doğrayan mişar; bir ədəd “Sony” markalı, “KDL-32R433B” model, 32 dioqonallı televizor; bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatı; bir ədəd “AMPN” markalı elektron tərəzi; bir ədəd “DRİLLER DZ52CC” markalı quyu qazan aparat; 583 əyarlı, 10,20 qram çəkidə üzərində rəngsiz, şəffaf və ümumilikdə 3 ədəd yaşıl rəngli qaşlar olan sarı rəngli 1 dəst sırğa cütü-üzük; 585 əyarlı, 5,93 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar və 1 ədəd yaşıl rəngli qaş olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük; 583 əyarlı, 4,36 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük; 583 əyarlı, 4,74 qram çəkidə üzərində rəngsiz, şəffaf qaşlar olan və 1 ədəd yaşıl rəngi qaş olan sarı rəngli 1 ədəd qızıl üzük; 585 əyarlı, 3,15 qram çəkidə, üzərində ərəb və ya fars dilində yazılar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl kulon; 583 əyarlı, 24,38 qram çəkidə, sarı rəngli 1 ədəd qızıl boyunbağı maddi sübut kimi tanınmışdır. “ASTRAKOERA” markalı, 3 kilovatt gücündə bir ədəd generator, bir ədəd “ALİOĞLU” markalı odun doğrayan mişar, bir ədəd “Sony” markalı, “KDL-32R433B” model, 32 dioqonallı televizor, bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatı, bir ədəd “AMPN” markalı elektron tərəzi, bir ədəd “DRİLLER DZ52CC” markalı quyu qazan aparat Zərərçəkmiş şəxs2 qaytarılmışdır. 583 əyarlı, 10,20 qram çəkidə üzərində rəngsiz, şəffaf və ümumilikdə 3 ədəd yaşıl rəngli qaşlar olan sarı rəngli 1 dəst sırğa cütü-üzük; 585 əyarlı, 5,93 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar və 1 ədəd yaşıl rəngli qaş olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük; 583 əyarlı, 4,36 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük; 583 əyarlı, 4,74 qram çəkidə üzərində rəngsiz, şəffaf qaşlar olan və 1 ədəd yaşıl rəngi qaş olan sarı rəngli 1 ədəd qızıl üzük; 585 əyarlı, 3,15 qram çəkidə, üzərində ərəb və ya fars dilində yazılar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl kulon; 583 əyarlı, 24,38 qram çəkidə, sarı rəngli 1 ədəd qızıl boyunbağı isə Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş üzrə maddi sübutlar - “ASTRAKOERA” markalı, 3 kilovatt gücündə bir ədəd generator, bir ədəd “ALİOĞLU” markalı odun doğrayan mişar, bir ədəd “Sony” markalı, “KDL-32R433B” model, 32 dioqonallı televizor, bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatı, bir ədəd “AMPN” markalı elektron tərəzi, bir ədəd “DRİLLER DZ52CC” markalı quyu qazan aparat Zərərçəkmiş şəxs2; 583 əyarlı, 10,20 qram çəkidə üzərində rəngsiz, şəffaf və ümumilikdə 3 ədəd yaşıl rəngli qaşlar olan sarı rəngli 1 dəst sırğa cütü-üzük; 585 əyarlı, 5,93 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar və 1 ədəd yaşıl rəngli qaş olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük; 583 əyarlı, 4,36 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük; 583 əyarlı, 4,74 qram çəkidə üzərində rəngsiz, şəffaf qaşlar olan və 1 ədəd yaşıl rəngi qaş olan sarı rəngli 1 ədəd qızıl üzük; 585 əyarlı, 3,15 qram çəkidə, üzərində ərəb və ya fars dilində yazılar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl kulon; 583 əyarlı, 24,38 qram çəkidə, sarı rəngli 1 ədəd qızıl boyunbağının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT (SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - “ASTRAKOERA” markalı, 3 kilovatt gücündə bir ədəd generator, bir ədəd “ALİOĞLU” markalı odun doğrayan mişar, bir ədəd “Sony” markalı, “KDL-32R433B” model, 32 dioqonallı televizor, bir ədəd “Веко” markalı rəqəmsal peyk aparatı, bir ədəd “AMPN” markalı elektron tərəzi, bir ədəd “DRİLLER DZ52CC” markalı quyu qazan aparat Zərərçəkmiş şəxs2; 583 əyarlı, 10,20 qram çəkidə üzərində rəngsiz, şəffaf və ümumilikdə 3 ədəd yaşıl rəngli qaşlar olan sarı rəngli 1 dəst sırğa cütü-üzük; 585 əyarlı, 5,93 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar və 1 ədəd yaşıl rəngli qaş olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük; 583 əyarlı, 4,36 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl üzük; 583 əyarlı, 4,74 qram çəkidə üzərində rəngsiz, şəffaf qaşlar olan və 1 ədəd yaşıl rəngi qaş olan sarı rəngli 1 ədəd qızıl üzük; 585 əyarlı, 3,15 qram çəkidə, üzərində ərəb və ya fars dilində yazılar olan qırmızımtıl sarı rəngli 1 ədəd qızıl kulon; 583 əyarlı, 24,38 qram çəkidə, sarı rəngli 1 ədəd qızıl boyunbağının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT (SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar