Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-124/2023 06.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi X2 iştirakı ilə xx xxx 1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, 15 may 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz rayonu Bakı prospektində yerləşən «Şimal Mall» geyim paltarları ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs ilə yaşadığı həyətdən motorlu ot biçən aparatının götürülməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan özünü ətrafdakılara qarşı qoyub onlara qarşı laqeyidliyini ifadə etməklə bir neçə dəfə yumruq və təpiklə Zərərçəkmiş şəxs vuraraq ona alın-burun nahiyələrinin əzilmiş yaraları, burun sümüklərinin yerdəyişən sınıqları, burun çəpərinin ikili sınığı və deformasiyası, sağ baldırının qançırı ilə nəticələnən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, atası Vahid Xəlilov ondan həyətlərində olan motorlu otbiçən aparatının kiməsə verib-vermədiyini soruşmuş, atasına otbiçəni heç kimə vermədiyini bildirdikdə, atası otbiçənin həyətdə olmadığını, kiminsə xəbərsiz həyətə daxil olaraq motorlu otbiçəni oğurladığından şübhələnməsini bildirmiş, həmin vaxt qonşuları Şahid4 həyətlərindən bir nəfər tanımadığı orta yaşlı şəxsin əlində ot biçənlə gedərkən görməsini ona bildirdiyini atasına dedikdə atası həyətə çıxaraq Xaçmaz şəhəri Bakı prospekti istiqamətinə qaçmağa başlamışdır. O da idarə etdiyi «Ford Tranzit» markalı avtomobilinə əyləşərək atasının arxasınca həmin istiqamətə hərəkət etmiş, Bakı prospektində yerləşən «Şimal Mall» ticarət mərkəzinin qarşısına çatdıqda Zərərçəkmiş şəxs əlində motorlu otbiçənlə «Köhnə Avtovoğzal» istiqamətində piyada hərəkət etdiyini görmüş, atası isə «Lukoil» yanaçaq doldurma məntəqəsinin qarşısında həmin şəxsi axtarmış, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb aşağı enəndən sonra Rövşən əlində motorlu otbiçənlə gəlib ona çatmış, o, Rövşəndən nə səbəbdən həyətlərindən motorlu otbiçəni oğurladığını soruşmuş, sonuncu heç nə oğurlamadığını bildirmiş, bundan sonra o, şillə ilə bir dəfə Zərərçəkmiş şəxs sifətindən vurmuş, Rövşən isə onun yaxasından tutaraq dartaraq buraxmadığı üçün o, başının alın nahiyəsilə Rövşənin sifətindən bir dəfə vurmuş və vurduğu baş zərbəsindən Rövşən sifətini tutaraq yaxasından buraxmış və ondan аyrılmış, bundan sonra motorlu otbiçəni yerdən götürərək idarə etdiyi avtomobilə qoymuş, az sonra atası da onun yanına gəlib çatmış və birlikdə avtomobilinə əyləşərək yaşadığı ünvana getmişdir. Həmçinin bildirmişdir ki, o, atası ilə birlikdə yaşayır. Onun Zərərçəkmiş şəxslə tanışlığı olmamış, sonuncunu əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Qeyd olunan motorlu otbiçəni təxminən bir il yarım bundan əvvəl almış, həmin otbiçəndən müntəzəm olaraq istifadə etmişlər. Ona atası otbiçənin yerində olmadığını bildirmiş, o, evdən çölə çıxdıqda qonşusu Adil ona istiqaməti göstərərək demişdir ki, bir az əvvəl əlində otbiçənlə getmişdir. O da gedərək zərərçəkmiş şəxsə «Şimal Mall» ticarət mərkəzinin qarşısında çatmış, o, zərərçəkmişdən ilk olaraq əlindəki otbiçəni hara apardığını soruşmuş, sonuncu ona “heç yerə” deyərək cavab vermiş, zərərçəkmiş şəxsdən tələb etsə də, sonuncu otbiçəni əlində saxlayaraq ona qaytarmamış, bundan sonra bir-biri ilə yaxalaşmışlar. O, zərərçəkmişi sonuncuya çatan kimi vurmamış, otbiçənlə bağlı soruşmuş, lakin zərərçəkmiş otbiçəni könüllü olaraq qaytarmamış, əksinə, onun yaxasından tutmuşdur. Otbiçən o, zərərçəkmişi vurduqdan sonra sonuncunun əlindən yerə düşmüşdür. Zərərçəkmiş şəxs otbiçəni ona tələb etdiyi anda qaytarsaydı, o, zərərçəkmişi vurmazdı. Atası da evdən çıxaraq otbiçəni oğurlayana çatmaq, tapmaq üçün getmiş, o, atasından sonra avtomobillə gedərək atasından əvvəl həmin şəxsə çatmış, atası o artıq otbiçəni götürərək avtomobilinə qoyanda atası da onun yanına gəlib çatmışdır. Onun zərərçəkmişi vurduğu yerdə ətrafda heç kim olmamış, onlara heç kim yaxınlaşmamış və ayırmamış, o, zərərçəkmişə yumruq və təpiklə vurmamış, sonuncunu yerə yıxmamış, o, zərərçəkmişə bir dəfə şillə ilə, bir dəfə də başı ilə sifət nahiyəsinə vurmuşdur. Hadisənin baş verməsinin qeydə alındığı videogörüntülər də mövcuddur. Zərərçəkmiş şəxs həmin otbiçəni oğurlaması ilə bağlı sonuncu inzibati məsuliyyətə cəlb edilmiş, lakin barışdıqları üçün icraata xitam verilmişdir. Həmin otbiçəni təxminən yüz altmış manata almışlar, dəfələrlə istifadə etmiş, qeyd olunan inzibati iş üzrə icraat zamanı həmin otbiçən səksən manat qiymətləndirilmişdir. Əlavə olaraq bildirmişdir ki, ittihamda zərərçəkmişin ifadəsində göstərilmişdir guya onunla zərərçəkmiş şəxs o, “Xəzər” marketə avtomobili ilə mal gətirib təhvil verəndə tanış olmuşlar və o, guya zərərçəkmiş şəxsə borc olaraq pul vermişdir. Lakin bu, həqiqət deyildir. Belə ki, o heç vaxt həmin marketə mal təhvil verməmişdir, yəni həmin marketlə işləməmişdir, bu hal hətta sorğu edilərək, araşdırılaraq da öz təsdiqini tapar. Həmçinin o, zərərçəkmişi tanımamış, sonuncuya heç vaxt borc pul verməmişdir. O, zərərçəkmişi ilk dəfə olaraq, otbiçəni oğurlaması ilə bağlı görüb tanımışdır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Dədəli kəndində qeydiyyatda olaraq Xaçmaz şəhəri Əliağa Vahid küçəsində yerləşən fərdi evdə yaşayır, X5 doğma atasıdır, onunla birlikdə bir evdə yaşayır, «X12 Bərəkət» Şirkətində Şimal Bölgəsi üzrə ekspeditor işləyir, fəaliyyəti Xaçmaz rayonunda yerləşən dükanlara kolbasa və sosislər, yəni ət məmulatlarının çatdırılmasını təmin etməkdir. Аtası Vahid Xəlilova məxsus ağ rəngli «Ford Tranzit» markalı, ** PH *** qeydiyyat nişanlı avtomobili vardır, o, avtomobili etibarnamə əsasında idarə edir, həmin avtomobillə «X12 Bərəkət» Şirkətinə məxsus ət məhsullarını Xaçmaz rayonu ərazisində yerləşən dükanlara təhvil verir. O, Rövşəni tanımamış, hadisədən sonra bilmişdir ki, Zərərçəkmiş şəxsdur, onunla heç bir münasibəti olmamış, düşmənçiliyi və ədavəti yoxdur. «X12 Bərəkət» Şirkətinə məxsus avtomobillərlə məhsullar gətirilərək səhər saat 09 radələrində yaşadığı ünvanda ona təhvil olunur. Həmin məhsulları Xaçmaz rayonunda yerləşən dükanlara təhvil verir. Тəxminən 2021-ci il tarixdə motorlu ot biçən aparatını atası 100-150 manata almış, məqsədi həyətdə otları təmizləmək olmuş, həmin motorlu ot biçən aparatından atası Vahid istifadə etmişdir. Şahid4 Fəttah oğlu qonşuluqda yaşayır, onunla münasibəti normaldır, düşmənçiliyi və ədavəti yoxdur. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi tanıyır, onunla arasında heç bir münasibət, ədavət və ya düşmənçilik olmamış, lakin qonşulardan və tanıdığı şəxslərdən Rövşənin tüfeyli həyat sürən və oğurluq etməyə meylli şəxs оlmasını eşitmişdir. 15 may 2022-ci il tarixdə, saat 09:45 radələrində şirkətə aid məhsulları təhvil vermək istəmiş, atası Vahid Xəlilov ondan həyətlərində olan motorlu ot biçən aparatını kiməsə verib-vermədiyini soruşmuş, atasına ot biçəni heç kimə vermədiyini bildirdikdə, sonuncu ot biçənin həyətdə olmadığını, kiminsə xəbərsiz həyətə daxil olaraq motorlu ot biçəni oğurladığından şübhələnməsini bildirmiş, qonşuları Şahid4 həyətlərindən bir nəfər tanımadığı orta yaşlı şəxsin əlində ot biçənlə çıxdığını görməsini ona bildirdiyini atasına bildirdikdə sonuncu həyətə çıxaraq Xaçmaz şəhəri Bakı prospekti istiqamətinə qaçmağa başlamışdır. İdarə etdiyi «Ford Tranzit» markalı, ** PH *** qeydiyyat nişanlı avtomobilinə əyləşərək atasının arxasınca həmin istiqamətə hərəkət etmiş, Bakı prospektində yerləşən «Şimal Mall» ticarət mərkəzinin qarşına çatdıqda Zərərçəkmiş şəxs əlində motorlu ot biçənlə «Köhnə Avtovoğzal» istiqamətində piyada hərəkət etdiyini görmüş, atası isə «Lukoil» yanaçaq doldurma məntəqəsinin qarşısında həmin şəxsi axtarmış, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb aşağı enəndən sonra Rövşən əlində motorlu ot biçənlə gəlib ona çatmış, ondan «motorlu ot biçəni hara apardığını» soruşmuş, Rövşən onu görən kimi həyəcanlаnmış və ona heç bir cavab verməmiş, ondan nə səbəbdən həyətlərindən motorlu ot biçəni oğurladığını soruşmuş, sonuncu heç nə oğurlamadığını bildirmiş, bundan sonra şillə ilə iki dəfə Zərərçəkmiş şəxs sifətindən vurmuş, yaxasından tutaraq dartaraq buraxmadığı üçün başının alın nahiyəsilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə vurmuş və vurduğu baş zərbəsindən Rövşən sifətini tutaraq yaxasından buraxmış və ondan аyrılmış, bundan sonra motorlu ot biçəni yerdən götürərək idarə etdiyi avtomobilə qoyaraq yaşadığı ünvana gəlmişdir. Həmin vaxt kənarda heç kimi görməmiş, Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməyi qısa zaman ərzində baş vermiş, Röşvən Səfərəliyevə yaxınlaşan zaman ondan kəskin spirtli içkinin qoxusu gəldiyindən onun spirtli içki qəbul etdiyini düşünmüşdür. Xaçmaz rayonu Əliağa Vahid küçəsində yerləşən həyət evinin zirzəmisində saxladıqları motorlu ot biçən aparatını Zərərçəkmiş şəxs 15 may 2022-ci il tarixdə, saat təxminən 09:40 radələrində həyət qapısı qıfılla bağlı olmadığından həyətə daxil olaraq zirzəmidən oğurlayaraq aparmışdır. Həmçinin Rövşəni ona görə vurmuşdur ki, Rövşən onun yaxasından tutaraq dartıb, etdiyi oğurluğa görə üzr istəməyərək yaxasından dartaraq onu vurmaq istəmiş, hal-hazırda Zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödədiyindən sonuncu ondan şikayətçi deyildir. Zərərçəkmiş şəxsin etdiyi qanunsuz əməllərə görə, yəni oğurluq edərək yaxasından dartaraq vurmaq istəyərək davadalaşın yaranmasına ilkin o yaratdığından aralarında onun neqativ işlərinə görə və onun təşəbbüsü ilə dava başladığı üçün özünü təqsirli hesab etmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı onun əlində otbiçən olmamışdır, hadisənin qeydə alındığı videogörüntülər də mövcuddur. Təqsirləndirilən şəxslə aralarında borc pul məsələsi olmuş, mübahisə və dalaşma da bu səbəbdən baş vermişdir. Həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəldən, Xaçmaz rayon sakini kimi tanımışdır. Onunla təqsirləndirilən şəxsin arasında yaxın münasibət olmamışdır. O, təqsirləndirilən şəxsdən yüz səksən manat olmaqla borc pul təxminən iki il əvvəl almışdır. O, həmin borcu ehtiyacı olduğundan almış, hazıradək qaytarmamışdır. Onun təqsirləndirilən şəxsin evinə gediş-gəlişi olmamış, heç vaxt həmin evdə olmamışdır. O, təqsirləndirilən şəxsin evindən otbiçən motoru götürməmişdir. O və təqsirləndirilən şəxs Xaçmaz şəhərində, “Şimal Mall” ticarət mərkəzinin qarşısında təsadüfən rastlaşmışlar, aralarında borc pulla bağlı mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs “Şimal Mall” ticarət mərkəzinin yanında ona yaxınlaşanda ondan ilk olaraq otbiçəni niyə götürməsi barədə soruşmuş, o isə götürmədiyini demişdir, bundan sonra nə barədə danışdıqlarını xatırlamır. O, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə cəza təyin edilməsini istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu İlqar Fərzəliyev küçəsi ev 14-də valideynləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmuş və Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsasən 2500 manat pulu ödədikdən sonra cəzadan azad olunmuşdur. 2000-ci il tarixdə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Xəzər parkının arxasındakı «Xəzər» marketində 2019-cu ilədək anbarda fəhlə işləmiş, Təqsirləndirilən şəxs həmin marketə firmaya məxsus kolbasa və sosis məmulatlarını idarə etdiyi ağ rəngli «Ford Tranzit» markalı avtomobillə gətirərək təhvil vermiş, həmin məmulatlar «Xəzər» marketin anbarına yığılmış və bu əsasda Təqsirləndirilən şəxsla tanış olmuşdur. Onunla münasibəti yaranmış, aralarında düşmənçilik və ədavət olmamış, həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəni ona verməyərək ancaq həmin marketdə görüşərək münasibət saxlamış, Təqsirləndirilən şəxs harada yaşamasını bilmir, onun yaşadığı ünvanda heç bir zaman olmamışdır. Pula ehtiyacı olduğu üçün 2022-ci il ilin yanvar-fevral aylarında, saat təxminən 15-16 radələrində Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində yerləşən «Xəzər» marketin yanında olan avtoyuma sexinin qarşısında Təqsirləndirilən şəxsla görüşərək borc olaraq təxminən 150 manat pul istəmiş, Ramin ona 150 manat pulu borc olaraq vermiş, 150 manat pulu Ramin ona verən zaman yanında heç kim olmamışdır. Əvvəllər Ramindən borc almamış, həmin pulu bir həftə ərzində qaytaracağını bildirmişdir. 15 may 2022-ci il tarixdə, səhər tezdən Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Çeşmə» restoranının yanında yerləşən atasına məxsus 50 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmişdir. Saat 10 radələrində «Lukoil» yanacaqdoldurma Məntəqəsindən 1 litr benzin almış, daha sonra «Şimal Mall» ticarət mərkəzinin yaxınlığında «Köhnə Avtovağzal» adlanan yerdə taksi duracağının yanından piyada keçən zaman Təqsirləndirilən şəxs həmin yerdə dayanıb onu gözlədiyini görmüş, sonuncu ona «hara gedirsən» sözlərini deyib ünvanına nalayiq sözlər işlətmiş, həmin vaxt Təqsirləndirilən şəxs Xaçmaz rayonu Bakı prospektində «Köhnə Avtovağzal»ın yaxınlığında yerləşən dayanacaqda ağ rəngli «Ford Tranzit» markalı avtomobilin sürücü tərəfindən ona yaxınlaşaraq söyüş söydükdən sonra heç bir səbəb göstərmədən yumruqla bir neçə dəfə onun sifətindən vurmuşdur. Həmin vaxt əynində ağ rəngli nazik köynək, onun üstündən boz rəngli kurtka və şalvar olmuşdur. Zərbədən sonra özünü itirərək yerə yıxılan zaman Ramin təpiklə yenidən zərbə vurmuş, həmin vaxt onun kurtkasından tutaraq yumruqla sifətinə vurmuş, həmçinin həmin yumruqları vurandan sonra üzündən qan axdığınа görə onu buraxdığı üçün yaxınlıqda olan əl-üz yuyulan yerdə sifətinin qanını yumuş, həmin vaxt Raminin vurduğu yumruq zərbələri sifətinə dəyərək burnunu zədələmiş, Raminin ona vurduğu 2-ci zərbəsi sifət nahiyəsinə dəyərək zərbədən yerə yıxılaraq ayağa qalxmışdır. Yaxınlıqdan keçən polis əməkdaşları ona yaxınlaşaraq onu şöbəyə gətirmişlər, lakin burnundan və sifətindən qan axdığı üçün xəstəxanaya aparmışlar. Həmin polis əməkdaşlarını tanımır, polis şöbəsinin inzibati binasında şifahi olaraq ondan otbiçən aparat barədə soruşmuşlar, lakin sifətindən qan axdığı üçün onlara cavab verə bilməmişdir. Bir müddət xəstəxanada müalicə almış, Təqsirləndirilən şəxs yumruqla vuraraq sifətinə xəsarət yetirən zaman əynində olan paltarları zədələnməmiş, həmçinin burnundan aldığı xəsarətlə bağlı şəkillər çəkmişdir. Təqsirləndirilən şəxs evininin həyətindən otbiçən motoru oğurlamamış, «Lukoil» yanacaq doldurma məntəqəsindən yanacaq alıb «Çeşmə» restoranın yanında yerləşən bağ sahəsinə getmək istəmiş, Təqsirləndirilən şəxs yaşadığı ev Xaçmaz şəhəri, «5 mərtəbə» adlanan tərəfdə, yəni «Peşə Liseyi» tərəfdə yerləşir, aralarında olan dava-dalaş zamanı əlində otbiçən аparat olmamış, Ramin ona 155 manat borc vermişdir. 15 may 2022-ci il tarixdə, saat 10 radələrində ağ rəngli «Ford Tranzit» markalı avtomobilin sürücü tərəfdən arxa tərəf olan hissəsinin qarşısında onu Təqsirləndirilən şəxs yumruqla vuraraq xəsarət yetirmiş, həmin vaxt sərxoş vəziyyətdə olmamış, Rəmin Xəlilovun yaşadığı ünvandan motorlu otbiçən götürməmiş, 15 may 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri Ə.Vahid küçəsində olmamış, videomüşahidə kameralarından götürülmüş video diskə baxış keçirən zaman 15 may 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri Bakı prospekti ərazisində ağ rəngli «Ford Tranzit» markalı avtomobilin arxasında yerdə sifətindən yumruqla bir neçə dəfə vuran şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan məhkəmə iclasında elan edilmiş ifadəsinin düzgün olduğunu bildirərək, hadisənin həmin ifadədə olduğu kimi baş verdiyini təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, o, həqiqətən də, Zərərçəkmiş şəxs əlində otbiçən aparatla təqsirləndirilən şəxsin evindən çıxdığını görmüşdür. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda həyət evində yaşayır, Zərərçəkmiş şəxs isə rayon sakini kimi tanıyır. 15 may 2022-ci il tarixdə, saat təxminən 09:45 radələrində «Mercedes Benz» markalı avtomobillə yaşadığı ünvana gələrkən yaşadığı ünvanın qabağına çatanda iki nəfərin yolla getdiyini görmüş, həmin şəxslərdən birinin əlində motorlu otbiçən aparatı olmuşdur. Digər şəxs onun yanı ilə yolla gedərək onunla söhbət etməmiş və kənardan baxan zaman onunla münasibəti olmayaraq yolla gedən şəxs olduğu görülmüş, əlində motorlu otbiçən şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüş, qarşısına çıxan Vahid Xəlilov ondan motorlu otbiçən aparatla keçən şəxsi görüb-görməməsini soruşmuş, əlində motorlu otbiçən aparan şəxsin qarşısından keçərək «Köhnə Avtovağzala» tərəf getdiyini bildirmiş, Vahid Xəlilov onun arxasınca getdikdən sonra oğlu Təqsirləndirilən şəxs da yaşadığı ünvandan çıxaraq atasının аrxasınca gedərək həyətlərindən motorlu otbiçənin oğurlandığını bildirmiş, motorlu otbiçəni oğurlayan və atasının arxasınca Xaçmaz rayonu Bakı prospektində yerləşən «Köhnə Avtovağzal»ın yanında yerləşən «Şimal Mall» Ticarət mərkəzinin yanına getmiş, оnа məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən motorlu otbiçəni alaraq bаşı ilə Rövşənin sifətindən vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsla görüşəndə sifətindən qan axdığını görərək ondan bu barədə soruşmuş, sonuncu motorlu otbiçən аparatını oğurlayan Rövşəni başı ilə sifətindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Тəxminən 10-15 gün keçəndən sonra Rövşənin atası Şahid5 ona yaxınlaşaraq oğlu Rövşənin Təqsirləndirilən şəxs evindən motorlu otbiçən apardığını bildirməsi ilə bağlı ona iradını bildirmiş, оnа oğlu Rövşənin Ramin Хəlilova məxsus motorlu otbiçən aparatını əlində apardığını gördüyünü bildirməsini göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur. X11 tərəfindən döyülmüş, onlar bu barədə şikayət etmişlər, lakin sonradan barışmışlar, təqsirləndirilən şəxs zərəri ödəmiş, şikayətləri yoxdur. Həmçinin bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsi ev 14-də ailəsi ilə birlikdə yaşayır, “Azərbaycan Dəmir Yolları» QSC-nin X3 maşinist köməkçisi işləyir. İşi növbəliklə əlaqədar bir gün 08 radələrindən 20 radələrinə kimi və bir gün saat 20 radələrindən 08 radələrinə kimi davam edir. Zərərçəkmiş şəxs onun doğma oğludur və X1 onun arvadıdır. Axşam yaşadığı ünvana gəldikdə görmüşdür ki, oğlu Zərərçəkmiş şəxs burnundan aldığı xəsarətlə bağlı Xaçmaz rayon mərkəzi xəstəxanasında əməliyyat olunduqdan sonra evə buraxılmış, evdə o, oğlundan nə olduğunu soruşmuş və Rövşən ona demişdir ki, kolbosa işi ilə məşğul olan Təqsirləndirilən şəxs bu gün, yəni 15 may 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Şimal Mall» ticarət mərkəzinin sağ tərəfində çoxlu sayda camaatın gözü qarşısında nalayiq söyüşlərlə onu təhqir edərək sifətindən bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Almış olduğu xəsarətlə bağlı orada olan polis əməkdaşları onu xəstəxanaya aparmışlar. Onu vuran zaman ətrafda olan şəxslər və səs-küyə oraya yığışan şəxslər olmuş, lakin həmin şəxslərdən heç kimi tanımır. Sonradan burnunda olan ağrılarla bağlı Rövşəni o arvadı Ceyranla birlikdə Qusar rayon mərkəzi xəstəxanasına apararaq müalicə etdirmişlər. Həmin müalicə zamanı təxminən 1000-1500 manat xərcləri çıxmışdır. Bundan əlavə, Rövşəni vurduğu yerin yaxınlığında onun adına torpaq sahəsi vardır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirdi ki, Xaçmaz şəhərində, Quba yolu istiqamətində yerləşən “Çeşmə” restoranının yaxınlığında ərazidə digər polis əməkdaşları ilə birlikdə əməliyyatla bağlı olduqları zaman bir nəfər şəxsin üzü qanlı vəziyyətdə olduğunu görmüşlər, həmin vaxt onlarla birlikdə olmuş polis əməkdaşı Şahid2 həmin şəxsin Rövşən adlı şəxs olduğunu, qeyd olunan restoranın arxa tərəfində torpaq sahələrinin olduğunu bildirmiş və onlar Zərərçəkmiş şəxs yaxınlaşıb nə baş verdiyini soruşmuşlar, sonuncu Ramin adlı şəxs tərəfindən “köhnə avtovağzal”ın yaxınlığında döyüldüyünü bildirmişdir. Bundan sonra onlar zərərçəkmişi polis şöbəsinə, daha sonra isə xəstəxanaya aparmışlar. Həmçinin bildirmişdir ki, onlar zərərçəkmişi polis şöbəsinə gətirdikdə sonuncudan döyülməsinin səbəbi barədə soruşmuşlar, zərərçəkmiş səbəbini deməmişdir, onlar raportla məruzə etmişlər və iş təhqiqata verilmişdir. Bundan sonra onun zərərçəkmiş şəxsin necə, nəylə döyülməsi barədə məlumatı olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2005-ci ildən X7 xidmət edir, 2016-cı ildən Xaçmaz rayon polis şöbəsinin cinayət аxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Zərərçəkmiş şəxs tanımamış, heç bir münsаibəti olmamış, Təqsirləndirilən şəxs isə kolbasa alveri ilə məşğul olan Xaçmaz rayon sakini kimi tanıyır, onunla münasibəti yoxdur. 15 may 2022-ci il tarixdə, təxminən saat 10:30 radələrində iş yoldaşları Xaçmaz rayon polis şöbəsinin cinayət аxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 və Şahid2la birlikdə Xaçmaz rayonu Bakı prospekti «Çeşmə» restoranının arxasında bağ sahəsində olmuş, bu vaxt bir nəfər sifəti qanlı şəxsin həmin ərazidə gəzdiyini görmüş, Şahid2 həmin şəxsin Rövşən olduğunu bildirmiş və sifətinin nə səbəbdən qanadığını soruşmuş, Rövşən onu vuran şəxsin kolbosa işi ilə məşğul olan Təqsirləndirilən şəxs оlduğunu və onun tərəfindən saat 10 radələrdə Xaçmaz rayonu Bakı prospektində yerləşən «Köhnə Avtovağzal» ərazisində yumruqla vurularaq yetirdiyini bildirmiş, lakin nə səbəbdən Raminin onu vurduğunu deməmişdir. Оnu avtomobillərinə mindirərək əvvəl Xaçmaz rayon polis şöbəsinə gətirmişlər, daha sonra isə onu Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. Sonradan isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralarında oğurluqla bağlı yaranmış narazılıq əsasında Xaçmaz rayonu Bakı prospektində yerləşən «Köhnə Avtovağzal» ərazisində yumruqla vuraraq xəsarət yetirdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirdi ki, hazırkı iş üzrə hadisə baş verən gün o, digər polis əməkdaşları ilə Xaçmaz şəhərində yerləşən “Çeşmə” restoranının yaxınlığında əməliyyatla bağlı olduqları zaman bir nəfər şəxsin, yəni iş üzrə Zərərçəkmiş şəxs üzünün qanlı olduğunu görmüşlər və sonuncudan nə baş verdiyini soruşmuşlar, zərərçəkmiş onlara “köhnə avtovağzal”ın yaxınlığında Ramin adlı şəxsin onu döydüyünü bildirmişdir. Bundan sonra onlar zərərçəkmişi polis şöbəsinə aparmışlar, lakin zərərçəkmişin üzündən qan axması davam etdiyi üçün onu xəstəxanaya aparmışlar. Sonradan isə iş təhqiqata verilmişdir. Həmçinin bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Onlar zərərçəkmişi polis şöbəsinə gətirdikdə sonuncudan Ramin adlı şəxsin onu niyə vurmasını soruşmuşlar, lakin zərərçəkmiş onlara cavab verməmiş, daha sonra zərərçəkmişi xəstəxanaya aparmışlar. O, polis şöbəsində sonradan eşidib bilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs Ramin adlı şəxs tərəfindən döyülməsinin səbəbini Raminin evindən otbiçəni oğurladığı üçün olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, onun həmin ifadəsi məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə və Şahid1 ibtidai istindaq zamanı verdiyi ifadə ilə oxşar məzmunludur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 15 may 2022-ci il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2022ci il tarixdə, saat 14:40 radələrində Xaçmaz RMX-nın tibb bacısı Cavadova Xaçmaz RPŞ-yə zəng edərək Zərərçəkmiş şəxs “Burun yəhərinin əzilmiş-cırılmış yarası” diaqnozu ilə xəstəxanaya daxil olması və xəstənin Xaçmaz şəhəri, Bakı prospektində, “Çeşmə” restoranının yolu tərəfdə onu tanımadığı şəxsin döydüyünü bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 15 may 2022-ci il tarixli şifahi ərizə protokolundan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Çeşmə” restoranının yanında tanımadığı şəxsin onu yumruqla vuraraq yerə yıxıb təpiklə vurulması barədə bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında 16 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi müstəntiqin, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi Xaçmaz rayon vəkil bürosunun vəkili Avçixan Avçixanovun iştirakı ilə yerində yoxlanılmış və müəyyən edilmişdir ki, hadisə yeri Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Şimal Mall» geyim paltarları ticarət mərkəzinin sağ tərəfi, magistral yolun sağ tərəfi, magistral yolun sağ tərəfindən yol gedərək axırında yol qurtarır. Həmin yolun axırında «Köhnə Avtovağzal» yerləşir. Taksi sürücüləri «Şimal Mall» ticarət mərkəzinin sağ tərəfində dayanırlar. Əsas Xaçmaz-Xudat magistral olunun sağ tərəfində By dönər dükanı yazılmış mağaza vardır. Zərərçəkmiş şəxs əl-üzünü yuduğu yer By dönər dükanının qarşısında yerləşən 5 ədəd avtoyuma sexləridir. Torpaq sahələri avtoyuma sexinin arxasında yerləşir. Zərərçəkmiş şəxs şifahi olaraq bildirmişdir ki, yeməsi üçün dönəri Xaçmaz rayonu Bakı prospektində yerləşən By dönər dükanından almış, sonradan isə 15 may 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz rayonu Bakı prospekti «Şimal Mall» geyim paltarları ticarət mərkəzinin sağ tərəfində taksi sürücüləri və digər şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söyərək təhqir edib yumruqla heç bir səbəb olmadan sifətindən bir neçə dəfə vurmuş, həmin yumruq zərbələrindən onun burun və sifət nahiyəsinə xəsarət yetirmişdir. Almış olduğu xəsarətdən sonra avtoyuma sexlərinin kənarında olan su ilə üzünü yumuş və atası Şahid5 məxsus torpaq sahəsində uzanmış və orada olan polis əməkdaşları tərəfindən müəyyən edilərək Xaçmaz rayon Polis şöbəsinə və oradan xəstəxanaya aparılmışdır. Məhkəmə istintaqı zamanı iş materiallarında olan hazırkı iş üzrə cinayət hadisəsinin videogörüntüsünün köçürüldüyü CD diskə baxış keçirilərək, həmçinin zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin ifadələri, iş materiallarında olan hadisə yerinin fotoşəkilləri, ifadənin yerində yoxlanılması barədə protokol qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilir ki, hadisənin baş verdiyi yer Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Şimal Mall» geyim paltarları ticarət mərkəzinin yaxınlığıdır. Həmin ərazidə, avtomobillərin dayanması üçün olan yerdə ağ rəngli «Ford Tranzit» markalı avtomobil dayanmış vəziyyətdədir. Müşahidə kamerası videogörüntüləri həmin avtomobilin sağ, yəni qabaq sərnişin yeri olan tərəfindən qeydə almışdır. Videogörüntü 01 dəqiqə 39 saniyə davam edir, 09-12-ci saniyələrdə həmin avtomobilin sürücü tərəfindən, yəni sol arxa tərəfindən iki nəfər şəxsin yaxalaşaraq bir-birini dartması müşahidə edilir. Videogörüntüdə bundan sonra həmin şəxslərin bir-birinə qarşı hansı hərəkətlər etmələri müşahidə edilmir. Videogörüntünün 50-60-cı saniyələri zamanı bir nəfər şəxs həmin avtomobilin (Ford Tranzit) sağ qabaq tərəfinə gələrək sərnişin yerinin qapısını açır, qalxaraq içəri daxil olur və avtomobilin qapısını örtür, bundan sonra (01 dəqiqə 01-ci saniyədə) həmin avtomobil idarə edilərək hadisə yerindən gedir. Təqsirləndirilən şəxs ifadələrində videogörüntüdəki həmin avtomobilin ona məxsus olduğunu, yaxalaşan (tutaşan) həmin iki nəfər şəxsin biri onun özü, digərinin isə Zərərçəkmiş şəxs olduğunu təsdiq edərək həmin vaxt zərərçəkmişə əvvəlcə bir dəfə şillə vurduğunu, bundan dərhal sonra zərərçəkmişin onun yaxasından tutaraq yaxalaşdıqlarını, bundan sonra bir dəfə başı ilə zərərçəkmişin sifət nahiyəsinə zərbə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs videogörüntüdə yaxalaşan (tutaşan) həmin iki nəfər şəxsin biri onun özü, digərinin isə Təqsirləndirilən şəxs olduğunu bildirərək təsdiq etmişdir. Şahid5 videogörüntüdə sərnişin yerinə əyləşən şəxsin onun özü olduğunu təsdiq etmişdir. Videogörüntüdən həmçinin hadisə yerinin yaxınlığından keçən avtomobil yolundan avtomobillərin, bir neçə nəfər piyadanın hərəkətdə olması, lakin hərəkətin dayanmadığı, hadisə yerinə insanların toplaşmadığı müşahidə edilir. İş materiallarında olan əməliyyat tapşırığı və ona cavabdan müəyyən edilir ki, 15 may 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Avtovağzal yaxınlığında olan «Şimal Mall» ticarət mərkəzinin sağ tərəfində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi ilə bağlı ətrafda olan, onları görən şəxsləri müəyyən etmək mümkün olmamış, həmçinin hadisə zamanı «Şimal Mall» Ticarət mərkəzinin sağ tərəfində hadisənin şahidi ola biləcək taksi fəaliyyəti ilə məşğul olan şəxsləri müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında əvvəllər bu kimi halların baş verməməsi və onların əvvəllər münasibətlərinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 18 may 2022-ci il tarixli, 278 nömrəli rəyindən müəyyən edilir ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq, onun bədənində aşkar edilmiş xəsarətlər - alın-burun nahiyələrinin əzilmiş yaraları, burun sümüklərinin yerdəyişən sınıqları, burun çəpərinin ikili sınığı və deformasiyası, sağ baldırın qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan 05 may 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlaməti olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 9/1465 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan oğurladığı və ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadə olunmuş “Уралзид” markalı, “Уд-62С” modelli, 62 kvt otbiçən aparatın 2022-ci ilin may ayına olan orta bazar qiyməti 80 manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olduğundan qeyd olunan xüsusat üzrə material ayrılaraq inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılmasından ötrü Xaçmaz RPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30 may 2023-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə olan inzibati xəta haqqında iş üzrə icraata barışıq ərizəsinə əsasən xitam verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə” törətmiş olması barədə yanlış qənaətə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsini şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində izah edilir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Lakin iş materiallarından, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması əməlinin motivini xuliqanlıq niyyəti təşkil etməmişdir. Belə ki, iş materiallarında olan 15 may 2022-ci il tarixli raportdan (Xaçmaz MRX), həmin tarixli şifahi ərizə protokolundan, həmçinin şahidlərin (polis əməkdaşları) ifadələrindən müəyyən edilir ki, zərərçəkmiş şəxs hazırkı hadisə baş verən gün polis şöbəsində və xəstəxanada olduqda onu vuran şəxsi tanımadığını və onu hansı səbəbdən vurduğunu bilmədiyini göstərmişdir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhərində «Şimal Mall» ticarət mərkəzinin yaxınlığında «Köhnə Avtovağzal» adlanan yerdə taksi duracağının yanından piyada keçən zaman Təqsirləndirilən şəxs həmin yerdə dayanıb onu gözlədiyini görmüş, sonuncu ona «hara gedirsən» sözlərini deyib ünvanına nalayiq sözlər işlətmiş, həmin vaxt Təqsirləndirilən şəxs Xaçmaz rayonu Bakı prospektində «Köhnə Avtovağzal»ın yaxınlığında yerləşən dayanacağda ağ rəngli «Ford Tranzit» markalı avtomobilin sürücü tərəfindən ona yaxınlaşaraq söyüş söydükdən sonra heç bir səbəb göstərmədən yumruqla bir neçə dəfə onun sifətindən vurmuşdur. Həmin vaxt əynində ağ rəngli nazik köynək, onun üstündən boz rəngli kurtka və şalvar olmuşdur. Zərbədən sonra özünü itirərək yerə yıxılan zaman Ramin təpiklə yenidən zərbə vurmuş, həmin vaxt onun kurtkasından tutaraq yumruqla sifətinə vurmuş, həmçinin həmin yumruqları vurandan sonra üzündən qan axdığınа görə onu buraxdığı üçün yaxınlıqda olan əl-üz yuyulan yerdə sifətinin qanını yumuşdur. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirmə protokolundan müəyyən edilir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdikləri ilə qismən razı olduğunu bildirərək onun otbiçəni oğurlamadığını, onun təqsirləndirilənin yaxasından dartaraq tutduğunu və bundan sonra təqsirləndirilənin onu vuraraq az ağır xəsarət yetirməsini qeyd etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən müəyyən edilir ki, o, zərərçəkmişi əvvəllər heç vaxt tanımamış, heç bir münasibəti olmamış, zərərçəkmişə pul verməmiş, sonuncu ilə aralarında mübahisələri zərərçəkmişin onun evindən otbiçəni oğurlaması ilə bağlı baş vermişdir. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, məhkəmə iclasında ilk olaraq onun və təqsirləndirilən şəxsin Xaçmaz şəhərində, “Şimal Mall” ticarət mərkəzinin qarşısında təsadüfən rastlaşdıqlarını, aralarındakı mübahisənin borc pulla bağlı yarandığını bildirmiş, ona iş materiallarına əlavə edilmiş barəsində olan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə icraata barışıqla bağlı xitam verilməsinə dair qərarın olduğu xatırladıldıqdan sonra (elan edildikdən) o, bildirmişdir ki, təqsirləndirilən şəxs “Şimal Mall” ticarət mərkəzinin yanında ona yaxınlaşanda ondan ilk olaraq otbiçən aparatı niyə götürməsi barədə soruşmuş, o isə götürmədiyini demişdir, bundan sonra nə barədə danışdıqlarını xatırlamır. Bundan başqa, zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxsin onu yumruqla bir neçə dəfə sifətindən vurmasını, (həmin vaxt əynində ağ rəngli nazik köynək, onun üstündən boz rəngli kurtka və şalvar olmuşdur), zərbədən sonra özünü itirərək yerə yıxılan zaman Raminin onu təpiklə yenidən zərbə vurmasını, həmin vaxt onun kurtkasından tutaraq yumruqla sifətinə vurmasını bildirmiş, təqsirləndirilən şəxs isə zərərçəkmişi sifətindən iki dəfə şillə ilə vurduğunu, zərərçəkmişin onun yaxasından tutub dartaraq buraxmadığı üçün başının alın nahiyəsilə bir dəfə sifətindən vurduğunu və vurduğu baş zərbəsindən sonra zərərçəkmişin sifətini tutaraq yaxasından buraxdığını və ondan аyrıldığını bildirmişdir. Bundan əlavə, iş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd köynək və 1 ədəd kurtkaya keçirilmiş baxış zamanı onların üzərində heç bir cırılma zədələri və qan ləkələri aşkar edilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilən zaman əynində həmin 1 ədəd köynək və 1 ədəd kurtkanın olmasını, təqdim etdiyi paltarlarda cırılma zədəsinin, qan ləkələrinin və ümumiyyətlə zədə və qan ləkələrinin olmadığını bildirmişdir. Bununla da məhkəmə istintaqında müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı evin zirzəmisindən onlara məxsus motorlu otbiçən aparatın yerində, yaşadığı ünvanda olmadığını bilmiş, həmin vaxt qonşusu Şahid4 bir qədər əvvəl yaşadığı evin qarşısına çatanda sonuncunun tanıdığı Rövşən adlı şəxsin əlində otbiçən aparatla “Köhnə Avtovağzal” tərəfə getdiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs atası piyada qaçaraq, o isə öz avtomobili ilə həmin istiqamətdə gedərək, səhər saatlarında onun evinə daxil olaraq əmlakını oğurlamış şəxsi tutaraq əmlakını geri alsın. O, zərərçəkmiş şəxsin yolun kənarı ilə əlində onlara məxsus otbiçən aparatla getdiyini görərək, sonuncudan həmin əmlakı niyə oğurladığını soruşmuş və həmin əmlakı zərərçəkmişdən tələb etmiş, zərərçəkmiş şəxs isə əməlini etiraf etməməyə çalışmış və oğurladığı əmlakı təqsirləndirilənə vermək istəməmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bu hərəkətlərindən sonra sonuncuya şillə ilə vurmuş, bundan sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yaxasından tutaraq dartmış və bundan sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vuraraq sağlamlığına qəsdən az ağır xəsarət yetirmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə aralarındakı mübahisənin pul borcuna görə olması barədə bildirdiyi xüsusat həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış (təkzib edilmiş), mübahisənin təqsirləndirilən şəxsin onun evindən oğurluq etmiş zərərçəkmiş şəxsi yol ilə gedərkən aşkar etdikdən sonra yaranması və vuraraq xəsarət yetirməsi isə təsdiqini tapmışdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosesual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması(CPM-nin 33.2-ci maddəsi), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyet verilməsi yolverilməzdir (CPM-nin 33.4-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil və bir-biri ilə müqayisə edilir, yəni toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkülüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna işə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin ittiham olunduğu həmin cinayət əməlini törətməsini və təqsirini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilmiş işin yuxarıda sadalanan faktiki hallarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələri iş materiallarında olan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunmur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən işin halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticənin həqiqətə uyğunluğu barədə öz mövqeyini yetərincə əsaslandırmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində işin faktiki hallarına (sübutların kifayət etməməsinə) yetərincə diqqət yetirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması (xuliqanlıq niyyəti olmadan) təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş işin digər materialları ilə tam təsdiq olunur. Lakin əməlin hüquqi tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, ibtidai istintaq orqanı düzgün olmayaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın uzun müddət pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə isə ümumi əmək qabiliyyətinin 10%-dən 33%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz rayonu Bakı prospektində yerləşən «Şimal Mall» geyim paltarları ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs ilə sonuncunun bir qədər əvvəl onun yaşadığı həyətdən motorlu otbiçən aparatını götürməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı bir neçə dəfə yumruq və təpiklə Zərərçəkmiş şəxs vuraraq sonuncuya alın-burun nahiyələrinin əzilmiş yaraları, burun sümüklərinin yerdəyişən sınıqları, burun çəpərinin ikili sınığı və deformasiyası, sağ baldırının qançırı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirlidir, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan 14 mart 2023-cü il tarixli, notarial qaydada tərtib edilmiş ərizədən, həmçinin zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam ödənildiyini, onun təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmadığını, Təqsirləndirilən şəxs cəza təyin edilməsini istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəməklə barışmalarını nəzərə alaraq barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, həmçinin onun əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, hazırkı iş üzrə cinayət hadisənin videogörüntüsünün (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd CD disk, həmçinin zərərçəkmiş şəxsin xəsarətlərini əks etdirən 04 ədəd fotoşəkil cinayət işində saxlanılmalıdır. İş materiallarından olan 17 fevral 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və sübutların qiymətləndirilməsi barədə 05 may 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi 01 ədəd “Уралзид” markalı, “Уд-62С” modelli, 62 kvt otbiçən aparat maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Уралзид” markalı, “Уд-62С” modelli, 62 kvt otbiçən aparat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs özünə qaytarılmalıdır. İş materiallarında olan 01 aprel 2023-cü il tarixli protokoldan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi, hazırkı iş üzrə cinayət hadisəsi zamanı əynində olmuş 01 ədəd gödəkçə (kurtka) və 01 ədəd köynək ibtidai istintaq orqanı tərəfindən istintaqın sonuna kimi saxlanılmasından ötrü zərərçəkmiş şəxsin özünə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi, hazırkı iş üzrə cinayət hadisəsi zamanı əynində olmuş, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsə istintaqın sonuna kimi saxlanılması üçün verilmiş 01 ədəd gödəkçə (kurtka) və 01 ədəd köynəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə məhkəmə (ekspertiza) xərcinin olmasının (50 manat) göstərilməsi ilə bağlı qeyd edir ki, həmin ekspertiza xərci hazırkı cinayət işi üzrə məhkəmə xərci hesab olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 9/1465 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan oğurladığı və ekspertiza tədqiqatına təqdim edilmiş istifadə edilmiş 01 ədəd istifadə olunmuş “Уралзид” markalı, “Уд-62С” modelli, 62 kvt otbiçən aparatın 2022-ci ilin may ayına olan orta bazar qiyməti 80 manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi barədə 05 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olduğundan qeyd olunan xüsusat üzrə material ayrılaraq inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılmasından ötrü Xaçmaz RPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30 may 2023-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə olan inzibati xəta haqqında iş üzrə icraata barışıq ərizəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, qeyd olunan ekspertiza inzibati xəta haqqında iş üzrə icraatla əlaqədar, Zərərçəkmiş şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197-ci maddəsinin tələblərinə əsasən 50 (əlli) manat məbləğində ekspertiza xərci hazırkı cinayət işi üzrə məhkəmə məsrəflərinə aid edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, hazırkı iş üzrə cinayət hadisənin videogörüntüsünün (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd CD disk, həmçinin zərərçəkmiş şəxsin xəsarətlərini əks etdirən 04 ədəd fotoşəkil cinayət işində saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Уралзид” markalı, “Уд-62С” modelli, 62 kvt otbiçən aparat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs özünə qaytarılsın. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi, hazırkı iş üzrə cinayət hadisəsi zamanı əynində olmuş, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsə istintaqın sonuna kimi saxlanılması üçün verilmiş 01 ədəd gödəkçə (kurtka) və 01 ədəd köynəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-124/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-124/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver