Məhkəmə qərarları › İş №1(067)-124/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-124/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-124/2024 23.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024- cü il tarixdə o, Xaçmaz şəhəri, Atatürk küçəsində saxlanılıb həmin gün saat 17:45-dən 18:00dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sol yan cibində saxladığı “Prima” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü folqa bükümündə təmiz çəkisi 0,604 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq olunmuş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olaraq öz dolanışığını təmin edir. O, təxminən 2 ildir ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini yandırıb tüstüsünü çəkməklə istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Xaçmaz şəhərində yerləşən bazar ərazisində olduğu zaman yerdə bir ədəd büküm görmüşdür. Özü psixotrop maddə istifadəçisi olduğundan, maddələrin adətən oxşar formada bükümlərdə saxlanmasını bildiyindən həmin bükümün içərisində narkotik vasitə, yaxud psixotrop maddə olmasından şübhələnmişdir. O, həmin bükümü yerdən götürüb içərisinə baxan zaman psixotrop maddə metamfetamin olmasını görmüşdür. O, həmin bükümü üzərində olan siqaret qutusunun içərisinə qoyaraq üzərində saxlamış ki, nəvaxtsa ürəyi istəyəndə istifadə edər. Bundan sonra yaşadığı Xaçmaz şəhəri, Atatürk küçəsinə getmiş. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Xaçmaz şəhəri Atatürk küçəsində piyada hərəkət etdiyi zaman iki nəfər ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda şübhəli olmağını bildirmişlər və onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, da polis işçilərinin üzərindəki metamfetamindən xəbərdar olduqlarını bilib şöbəyə gəlmişdir. Xaçmaz RPŞ- də ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibində siqaret qutusunda saxladığı bir ədəd metamfetamin bükümü aşkar edilmişdir. O, həmin bükümü tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Büküm elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə bükümlə birlikdə 0,71 qram olması müəyyən olunmuşdur. Həmin büküm müstəntiq tərəfindən götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzəri o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş o, və digər iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Üzərindən qanunsuz başqa heç bir əşya aşkar edilməmişdir, üzərində olan, lakin iş üçün əhəmiyyəti olmayan digər əşyalar isə özünə qaytarılmışdır. Əlavə olaraq qeyd etmişdirki, Üzərindən aşkar edilmiş metamfetamini tapmışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsi alınarkən özünü təqsirli bilməyərək ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, mart ayının 1-i idi səhf etmirsə saat 11 radələrində Pərviz Cavadov ona zəng edərək özünü, rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşı Əfqan bölməyə dəvət ediyi üçün bölməyə gedəcəyini bildirərək tək getməməsi üçün onu da özü ilə birlikdə getməsini ondan istədiyi üçün o, da razı olaraq onunla birlikdə şöbəyə getmişdir. Şöbənin qarşısına çatanda Pərvizin telefonunda danışıq üçün pul qalmadığından o, Əfqan müəllimə zəng edərək ona Pərvizin şöbənin qarşısında dayanaraq onun gözlədiyini demişdir. Bu vaxt Əfqan müəllim ona 10-15 dəqiqə gözləməsini gəlib onu dəvət edəcəyini bildirmişdir. O, 15 dəqiqə onu gözlədikdən sonra Əfqanın onu çağırmadığını görüb yenidən ona zəng etdiyində Əfqan şöbədə olduğunu içəri gəlməsini ona demişdir. Pərviz şöbənin içərisinə keçərkən telefonunu ona verib getmişdir. Bundan sonra o, şöbənin qarşısında dayanıb Pərvizin çıxıb gəlməsini gözləyərkən Orxan müəllim özünə məxsus Mitsubishi Pajero markalı maşını ilə gələrək ona onu axtardığını bildirərək əməliyyatçılardan birini çağıaraq əməliyyatçıya demişdir ki, 234-cü maddənin 2-ci hissəsi ilə bunu rəsmilləşirərək salın içəri. Həmin vaxtı günorta saatları olardı saat 12-13 arası. Ondan sonra onu tutdular bir daha buraxmadılar. Onun üstündə həmin vaxt heçnə olmamışdır o, əli boş cibi boş gəlmişdir şöbəyə o, 234.1-ci maddəsini məcburən götürmüşdür boynuna ki, onu 234.2-ci maddəsi ilə yüklməsinlər deyə. Məhkəmədən xəstəliyini nəzərə alaraq barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X13 Mübarizə Qrupunun əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və qəbul etməsi barədə ona məlumat daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etdi. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etdim və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 rəhbərliyi altında mənim də iştirakım ilə, əməliyyat qrupu yaradıldı. Əməliyyat məlumatı əsasında biz Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdik və xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Xaçmaz şəhəri, Atatürk küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özümüzü təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etdik. Təqsirləndirilən şəxs buna etiraz etməyərək bizimlə birlikdə Polis şöbəsinə gəldi. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxladıq ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞnin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparıldı. Üzərinə şəxsi axtarış zamanı müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olundu və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olundu. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd alışqan, 1 ədəd “Prima” markalı siqaret qutusu, həmin gödəkçənin sol iç sinə cibindən 1 ədəd eynəyi və boz rəngli şalvarın sol yan cibindən 5 ədəd açarı çıxararaq masanın üzərinə qoyaraq təqdim etdi. Siqaret qutusunun içərisinə baxılan zaman orada siqaret dənələrinin və 1 ədəd gümüşü rəngli folqa bükümün olması müəyyən edildi. Həmin bükümün içərisinə baxılan zaman psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristalşəkilli maddə aşkar edildi. Təqsirləndirilən şəxs həmin maddənin “patı” yəni psixotrop maddə metamfetamin olmasını, yerdən tapmasını, şəxsi istifadəçisi üçün üzərində saxladığım və hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamasını və hər hansı şəxsdən almamasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam etdirildi lakin başqa heçnə aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş edilmiş içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm müstəntiq tərəfindən maddi sübut kimi götürüldü və ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri içtirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildi və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, mən və digər iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar götürülməyərək onun özünə qaytarıldı. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X13 Mübarizə Qrupunun baş əməliyyat müvəkili Şahid2 iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X13 Mübarizə Qrupunun əməliyyat müvəkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində göy rəngli gödəkçə, boz rəngli şalvar və göy-qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy gödəkçənin sol yan cibindən 1 ədəd alışqan, 1 ədəd “Prima” markalı siqaret qutusu, həmin gödəkçənin sol iç sinə cibindən 1 ədəd eynəyi və boz rəngli şalvarın sol yan cibindən 5 ədəd açarları çıxararaq masanın üzərinə qoymuş. Siqaret qutusunun içərisinə baxılan zaman orada siqaret dənələrinin və 1 ədəd gümüşü rəngli folqa bükümün olması müşahidə edilmişdir. Həmin bükümün içərisinə baxılan zaman orada ağ rəngli, xarici görünüşünə görə psixotrop maddə metamfetaminə bənzər maddənin olması müşahidə edilmişdir. Elxan Şahgəldiye həmin maddənin “patı” yəni psixotrop maddə metamfetamin olmasını, yerdən tapmasını və şəxsi istifadəçisi üçün üzərində saxladığını bildirmişdir. Elxan Şahgəldiye hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamasını və habelə almamasını bildirmişdir. Aşkar olunmuş həmin bir ədəd içərisində ağ rəngli, 0,71 qram maddə olan büküm ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd ağ- rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür, digər əşyalar götürülməyərək Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı çəkilmiş videogöntülər 01 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM- nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin DVD disk cinayət işi materiallarında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasına dair 02 mart 2024-cü il tarixli 3-16-16/2-6/1274 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58” möhür əksi “Təqsirləndirilən şəxs ...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,604 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 0,604 rq., tədqiqata sərf edildi- 0,05 qr., qalıq 0,554 qr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,604 qram olan psixotrop maddə metamfetamin xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,554 qram qalığının 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə xx.xx.2024-cü il tarixdə təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ- dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MM- nin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarına əsasən qalan cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 2430 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilmasə barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 899 nömrəli arayışdan görünü ki, X1 şəhəri, Atatürk küçəsi ev 93 ünvanında yaşayır subaydır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünü ki, X8 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, təqisləndirilən şəxs X2 məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024- cü il tarixdə o, Xaçmaz şəhəri, Atatürk küçəsində saxlanılıb həmin gün saat 17:45-dən 18:00-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sol yan cibində saxladığı “Prima” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü folqa bükümündə təmiz çəkisi 0,604 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq olunmuş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X4 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxs X4 özünü təqsirli bilməməsi və Pərvizə yoldaşılıq etmək üçün onunla şöbəyə gəldiyini və həmin vaxt üzərində heçnə olmamasına tənqidi yanaşaraq, bu ifadənin özünümüdafiə xarakterli məqsəd daşıdığını hesab edir. Məhkəmə təqsirləndirilən şəxs X4 üzərində şəxsi axtarış aparılması, şahidlə üzləşdirilməsi ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticələrini əsas götürür və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitəsinin özünə məxsus olmaması şöbəyə gələrkən üzərində heç bir narkotik vasitə olmaması kimi verdiyi ifadələri məsuliyyətdən yayınmaq məqsədi ilə verildiyini hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı X4 üzərindən aşkar edilmiş narkotik vasitəsinin özünə məxsus olmaması, şöbəyə gələrkən üzərində heç bir narkotik vasitə olmaması kimi verdiyi ifadələrində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə istintaqında X8 üstündən aşkar edilmiş 01 ədəd gümüşü folqa bükümündə təmiz çəkisi 0,604 qram olan psixotrop maddə metamfetamin özünə məxsus olmamadığını bildirsə də, iş materialları ilə bu tamamilə təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə üzərindən aşkar olunmuş 01 ədəd gümüşü folqa bükümündə təmiz çəkisi 0,604 qram olan psixotrop maddə metamfetaminin özünə məxsus olmaması kimi ifadə verərəkən, törətdiyi CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunacağına ümid etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X4 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Təqsirləndirilən şəxs X4 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 01 mart 2024-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 03 mart 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X8 01 mart 2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 03 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X4 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs X4 cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 23 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, X4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq etmək mümkün olmasa da, o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan X5 aşkar edilərək götürükmüş 0,604 qram maddi sübut kimi tanınmış və psixotrop maddəmetamfetamin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,554 qram təşkil edən narkotik vasitə maddə-metamfetamin məhv edilməlidir. X4 üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul təqsirləndirilən şəxs X5 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X7 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. X4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. X8 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan X5 aşkar edilərək götürükmüş 0,604 qram maddi sübut kimi tanınmış və psixotrop maddəmetamfetamin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,554 qram təşkil edən narkotik vasitə maddə-metamfetamin məhv edilsin. X4 üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul təqsirləndirilən şəxs X3 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar