Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-124/2025 27.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xaçmaz rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əli oğlu satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda narkotik vasitəni üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis X9 Bölməsinin əməkdaşları tərəfindən 16 mart 2025-ci il tarixdə, saat 01:12-01:35 müddətində ünvan 2 ünvanın qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki idman gödəkçəsinin sağ yan cibində daşıdığı 01 ədəd kağız bükümdə 13,008 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərində bir dəfə istifadəlik, bir ədəd siqaret həcmində narkotik vasitə olmuşdur. O, həmin narkotik vasitəni mart ayında küçədə yerdən tapmış və axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin bükümdə olan narkotik vasitədən polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl istifadə etməmişdir. Onda olan marixuanın çəkisi az olmuşdur, ittiham aktında keçən 13,008 qram qurudulmuş marixuana ona məxsus deyil və polis əməkdaşları tərəfindən qəsdən çox miqdarda göstərilmişdir. Narkotik vasitədən daimi olmasa da arabir istifadə etmişdir. O, narkotik vasitənin əkilib-becərilməsi ilə məşğul deyil. Etdiyi əməldən peşmandır və barəsində yüngül həddə cəza növü təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verərək saxlanıldıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı polis əməkdaşları tərəfindən süni şəkildə çox miqdarda göstərilmədiyini bildirmişdir. Məhkəmə təqsirlənirilən şəxsin üzərində olan qurudulmuş marixuanın çəkisinin az biqdarda olmasına dair ifadəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” audio-video diskə baxış keçirilməsi zamanı təqsirləndirilən şəxsin üzrərindən çıxan narkotik vasitənin hadisə yerində elektron tərəzi vasitəsilə çəkildiyi və çəksinin 18,23 qram olduğu müəyyən edilmiş həmçinin, 16 mart 2025-ci il tarixli, 20/93 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 13,008 qram olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirlənirilən şəxsin ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, təqsirləndirilən şəxsin həmin ifadəsi işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri gəzdirməsi barədə Xudat PBya əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında o,Şahid1 və Şahid3la birlikdə Xudat şəhəri, 28 May küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa onlara təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək üzərində olan ağ bükümdə marixuanaya bənzər təxminən 20 qrama yaxın kütləni təqdim etmişdir. Həmin kütlə Şahid1 tərəfindən qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xudat PB-da əməliyyat müvəkkili vəzifəsində işlədiyi zaman təxminən mart ayında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadəsinə dair Xudat PB-ya əməliyyat məlumatı daxil olmuşdur. Dərhal əməliyyat qrupu yaradılmış və onlar Xudat şəhəri, 28 May küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində marixuana olması barədə məlumat daxil olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bir ədəd ağ bükümü onlara təqdim etmişdir. Onlar həmin kütləni sənədləşdirdikdən sonra aidiyyəti üzrə Xaçmaz RPŞyə təqdim etmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 da eyni məzmunlu ifadə verərək digər şahidlər Şahid2 və ŞadiyevTurqut Adil oğlunun ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraatına qəbul edilərək istintaqı aparılması barədə qərar qəbul olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan, audio-video diskdən və “Əməliyyat–axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokol”dan (cild 01, vərəq 10-15) müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 01:12-də Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri işləyən, polis serjantı Şahid3 iştirakı ilə sonuncu tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib saxlaması və daşıması barədə məlumatın daxil olmasını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunan nə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümü onlara təqdim edərək içərisində narkotik vasitə olduğunu və həmin bükümü küçədə yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kağız bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması aşkar edilmişdir. Tərəflərindən həmin büküm elektron tərəzidə çəkilmiş, bu zaman içərisindəki bitki kütləsi ilə birlikdə bükümün çəkisi 18,23 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən çıxaradaraq təqdim etdiyi “Prima” markalı siqaret qutusunun içərisində üç ədəd siqaret dənələrinin olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin onun üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd kağız büküm bir ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs, habelə iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 30) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdə, saat 03:25-də tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 16 mart 2025-ci il tarixli, 20/93 nömrəli ekspert rəyindən (cild 01, vərəq 40) müəyyən edilir ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd kağız bükümün içərisində narkotik maddə marixuanaya bənzər kütlə; 1. /imza/ Təqsirləndirilən şəxs; 2. /imza/ Yusif Talıbov; Tərtib etdi: təhqiqatçı /imza/ Sədi Məmmədov” əl yazıları olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 13,008 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. Marixuanadan tədqiqata 0,02 qram sərf edildikdən sonra qalıq çəkisi 12,988 qram qalmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 PHŞin 2804 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən (cild 01, vərəq 104) müəyyən edilir ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispansrində F12.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - Xaçmaz rayon məhkəməsinin 5(067)-82/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (cild 01, vərəq 52) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı ŞadiyevTurqut Adil oğlunun 15 mart 2025-ci il tarixli qərarına əsasən Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Sabir küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğundan vətəndaşların sorğusu və soraqlaşma, həmçinin baxış keçirilmə növündə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 15 mart 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 55) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 66-68) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 72, 114) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək maddi sübut kimi hesab edilməklə ekspert tədqiqatından sonra qalıq qalmış 12,988 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Xaçmaz RPŞnin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Eyni zamanda “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair bir ədəd (DVD formatlı disk) cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “Əməliyyat tapşırığı”ndan və xx.xx.2025-ci il tarixli məktubdan (cild 01, vərəq 93, 99) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır, onun həmin narkotik vasitəni kimdənsə alması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. - xx.xx.2025-ci il tarixli “Elektron daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 96) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanması zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə Xaçmaz RPŞ-nin İB –nin müstəntiqi, polis mayoru X10 tərəfindən xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 97) və Xaçmaz rayon məhkəməsinin 1(067)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən (cild 01, vərəq 109) müəyyən edilir ki, Ağayev X4 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. - Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 27 avqust 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-59/2024 nömrəli hökmü ilə ona təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının xx.xx.2025-ci il tarixə 01 il 25 gün hissəsi çəkilmiş, 01 il 05 ay 01 gün hissəsi çəkilməmiş qalmışdır. - Xaçmaz RİHB-nin Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 103) müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.1973-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuşdur. ünvan 3 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birgə yaşayır. Subaydır, hərbi xidmətdə olmuşdur. Xudat şəhərində yaşadığı müddətdə barəsində Xudat şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Qanunun 21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üslla hazırlanmış qurudulmuş marixuananın təmiz çəkisi 13,008 qram yəni xeyli miqdarlarda olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 97) və Xaçmaz rayon məhkəməsinin 1(067)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən (cild 01, vərəq 109) müəyyən edilir ki, Ağayev X4 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 27 avqust 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-59/2024 nömrəli hökmü ilə ona təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının xx.xx.2025-ci il tarixə 01 il 25 gün hissəsi çəkilmiş, 01 il 05 ay 01 gün hissəsi çəkilməmiş qalmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nin Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 103) müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.1973-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuşdur. ünvan 3 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birgə yaşayır. Subaydır, hərbi xidmətdə olmuşdur. Xudat şəhərində yaşadığı müddətdə barəsində Xudat şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş 207713№-li vəsiqənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İ qrup Qarabağ əlilidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazi bütövlüyü uğunda gedən döyüşlərdə yaralanaraq İ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bu maddənin mətnindən göründüyü kimi qanun cinayətlərin və hökmlərin məcmusu üzrə həmin maddədə nəzərdə tutulmuş müxtəlif növ cəzaların toplanmasını istisna etmir. Belə halda isə CM-in 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq vahid qəti cəza müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən hallar, yəni, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanaraq İ dərəcəli əlil olmasını və əməlindən peşman olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın aşağı həddə təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-59/2024 nömrəli hökmü üzrə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 (bir) il 05 (beş) ay 01 (bir) gün müddət, 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 02 (iki) gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun hazırda həbs olunduğu vaxtdan, yəni 27 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Odur ki, VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispansrində F12.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 12,988 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mündikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması videoçəkilişinin qeydə alındığı 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq olunmalı əmlakın yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-59/2024 nömrəli hökmü üzrə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 (bir) il 05 (beş) ay 01 (bir) gün müddət 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 02 (iki) gün, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 27 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından həbs edilsin. (hökmün bu hissədə də icrası Xaçmaz rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun.) Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmaması və xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F12.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 12,988 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mündikdən sonra məhv edilsin, cinayət işi materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın, xüsusi müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alətin və vasitələrin, cinayətin predmetlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-124/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-124/2025
27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver