Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-125/2020 08.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, dalan 4, ev 24-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonunun Mirzəmməd kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan Vaz-21214 markalı ** SN *** qeydiyyat nişanlı avtomobilin salonunda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini daşımaqla saxlamış və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik, kombinə edilmiş, soyuq silah hesab edilən ümumi uzunluğu 205 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcı xassəyə malik, tiyənin sol tərəfində «COLD STEEL 2012 KNİ VES 7cr 17 STEL», sağ tərəfində isə «219» yazısıəks olunmuş qara rəngli kastet-bıçağı gəzdirmiş və bu fakt xx xxx 2020-ci il tarixdə saat 18 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyataxtarış tədbirləri nəticəsində həmin avtomobilə Xaçmaz şəhəri, H.Əliyev prospekti, 63 saylıünvanda yerləşən Xaçmaz RPŞ-nin həyətində baxış keçirilərkən avtomobilin ön sol qapısının içəri tərəfində olan cibdə saxladığı pul kisəsinin içərisində bir ədəd sellofan bükümdə olmaqla 0,170 qram çəkidə narkotik vasitə olan heroin, ön oturacaqların arasında olan saxlanc yerində isə qeyd edilən soyuq silah aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib daşımaqla saxlamış və qanunsuz olaraq soyuq silah hesab edilən kastet-bıçağıəldə edib gəzdirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2010-cu ildə Bakışəhəri Binəqədi rayonu məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2013-cü ilin noyabr ayında cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra Xırdalan şəhərində olan çörək bişirmə sexindəçörək bişirən işləmişdir. O, 2014-cü ildə Xaçmaz rayonu, Mirzəmməd kəndində yaşayan X1 ailə qurmuş və sonuncu ilə olan nigahından 2016-cı il təvəllüdlü Ayan və 2020-ci il təvəllüdlü Aydan adlı qızları vardır. 2019-cu ilin yanvar ayında o, ailəsi ilə birlikdə Xaçmaz rayonuna gəlib Xaçmaz rayonu, Mirzəmməd kəndində qaynatası Bəxtiyara məxsus evdə qalmış, hal-hazırda da ailəsi ilə birlikdə Mirzəmməd kəndində qaynatası Bəxtiyara məxsus evdə yaşayır. Revmatizm xəstəliyi olduğu üçün təxminən bir il olarkı narkotik vasitə olan heroindən istifadə edir. 2020-ci ilin fevral ayının əvvəllərində Bakışəhəri, Səbail rayonu, Nizami küçəsində (Torqovı adı ilə tanınan ərazidə) gəzərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və sellofan bükümü açıb baxanda görmüşdür ki, içərisində narkotik vasitə hesab edilən heroin var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini atmamış vəəynində olan şalvarın cibinə qoyub evə gətirərək sonrakı günlərdə bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə sellofan bükümdə pul kisəsinin içərisinə qoyaraq sonradan istifadə etməsi üçünə saxlamışdır. Pul kisəsini isəözünə məxsus Vaz-2121 markalı ** SN *** qeydiyyat nişanlı avtomobilin ön sol qapısının içəri tərəfində olan cibdə saxlamışdır. 2020-ci ilin mart ayının əvvəllərindəözü tək yaşadığı Mirzəmməd kəndi yaxınlığında olan gölün kənarına gəlmişdir ki, balıq tutsun. Gölün kənarında oturub balıq tutarkən qurumuş otların arasında bir ədəd beşbarmaq olduğunu görmüş və həmin beşbarmağı yerdən götürüb özünə məxsus avtomobilin ön oturacaqlarının arasında olan saxlanc yerinə qoymuş və sonrakı günlərdə tapdığı beşbarmaq ön oturacaqların arasında olan saxlanc yerində qalmışdır. xx xxx 2020ci il tarixdə təxminən saat 16 radələrində özünə məxsus Vaz-2121 markalı ** SN *** qeydiyyat nişanlı avtomobiləəlyəşib Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «202» çayxanasına gəlmiş vəçayxanada tək oturub içməsi üçün çay sifariş vermişdir. Təxminən saat 18 radələrindəçayxanada olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşmışlar və xidməti vəsiqələrini ona göstərib özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşlarından biri onun avtomobilinəəyləşmiş və onlar birlikdə ona məxsus Vaz-2121 markalı ** SN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Xaçmaz RPŞ-nə gəlmişlər. Xaçmaz RPŞ-nin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə polis əməkdaşları ona bildirmişlər ki, video çəkilişləüstünəşəxsi axtarış, avtomobilinə isə baxış keçiriləcək. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində olan əşyalarıçıxarıb təqdim etsin. O, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd 20 manatlıq əskinasıçıxarıb polis əməkdaşlarına təqdim edərək üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onun üzərinə axtarış keçirmişlər vəüzərində heç nə aşkar olunmamışdır. Üzərinəşəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, da protokolu oxuduqdan sonra doğru yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə avtomobilinin olduğu yerə getmişdir. Yenə də ona hüquq və vəzifələri izah olunmuş və videoçəkilişlə idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşları ona təklif etmişlər ki, avtomobilində gəzdirilməsi qanunla qadağan olunmuşəşya varsa təqdim etsin. Polis əmkdaşlarının təklifindən sonra o, bilmişdir ki, avtomobilində olan narkotik vasitəni, soyuq silah hesab edilən beşbarmağı və digər əşyaları təqdim etməsə avtomobilinə baxış keçiriləcək və avtomobilində olan narkotik vasitə, beşbarmaq və digər əşyalar aşkar ediləcək. Bu səbəbdən də o, məcbur olub avtomobilinin ön sol qapısının içəri tərfində olan cibdə saxladığı pul kisəsini, ön oturacaqların arasında olan saxlanc yerində saxladığı bir ədəd beşbarmağı, avtomobilinin ön sol qapısı ilə oturacağın arasında olan yerdə saxladığı beyzbol idman oyun alətini, avtomobilinin yük yerində olan qutunun üst hissəsində saxladığı oyuncaq tapançanıçıxarıb avtomobilinin ön kapotunun üzərinə qoymuşdur. Sonra o, pul kisəsinin üst hissəsində olan kiçik cibi açıb içərisində saxladığı bir ədəd sellofan bükümüçıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sellofan bükümü onun və vəkilin iştirakı ilə açıb içində olan heroini görmüşlər və o, könüllü olaraq etiraf edib bildirmişdir ki, həmin narkotik onundur, istifadə etməsi üçün saxlamışdır. Sonra polis əməkdaşları ondan həmin heroini haradan aldığını soruşmuşlar və həmin anda o, həyacanlı olduğu üçün özünü itirib yalandan demişdir ki, üç ay əvvəl Bakışəhərində olarkən bir balaca uşaq tapmışdır, ondan xahiş edib almışdır. Əslində isə o, heç kimdən narkotik vasitə almamış, avtomobilində saxladığı pul kisəsində aşkar olunmuş heroini isə 2020-ci ilin fevral ayının əvvəllərində Bakışəhəri, Səbail rayonu, Nizami küçəsində gəzərkən yerdən tapmışdır və gələcəkdəözünün istifadə etməsi üçün saxlamışdır. Bundan sonra polis əməkdaşları onun özünə məxsus avtomildə saxladığı pul kisəsində aşkar olunmuş heroini, beşbarmağı, oyuncaq tapançanı və beyzbol idman oyun alətini ayrıayrılıqda qablaşdıraraq protokol tərtib etmişlər, o, da protokolu oxuduqdan sonra doğru yazıldığını görüb protokola və heroinin, beşbarmağın, tapançanın, beyzbol idman oyun alətinin qablaşdırıldığı paketlərin üstünə imza etmişdir. Etdiyi hərəkətlərdən peşimandır. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Özünə məxsus avtomobildə saxladığı pul kisəsində aşkar olunmuş heroini 2020-ci ilin fevral ayının əvvəllərində Bakışəhəri, Səbail rayonu, Nizami küçəsində gəzərkən yerdən tapmışdır və gələcəkdəözünün istifadə etməsi üçün gizlədib saxlamışdır. Avtomobilində aşkar olunmuş beşbarmağı isə 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı Mirzəmməd kəndi yaxınlığında olan gölün kənarından tapmışdır, oyuncaq tapancanı qızıüçün, beyzbol idman oyun alətini isə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olan idman alətlərinin satıldığı mağazadan almışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxx 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin CAB-nə Xaçmaz rayonu, Mirzəmməd kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi vəüstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. O, və CAB-nin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Bakı prospektində olan çayxanada olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən RPŞ-nə gəlməyə razılaşmış və Şahid2 Təqsirləndirilən şəxs məxsus Vaz- 2121 markalı ** SN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobiləəyləşdikdən sonra onlar birlikdə Xaçmaz RPŞ-nə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişləüstünəşəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təklif etmişəlr ki, üzərində olan əşyalarıçıxarıb təqdim etsin. Onların təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd 20 manatlıq əskinasıçıxarıb təqdim etmişdir. Sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Sonra, o, CAB-nin əməliyyat müvəkkili Şahid2, PPXB-nün polis nəfəri Şahid3, KTQ-nun baş inspektor kriminalisti Fariz Muradov, təhqiqatçıƏhməd Muradov, Müdafiəçi və Təqsirləndirilən şəxs birlikdə Xaçmaz RPŞ-nin inzibati binasının həyətinə gəlmişlər. Yenədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin inzibati binasının həyətində olan Vaz- 2121 markalı ** SN *** qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu bildirmiş və təhqiqatçıƏhməd Muradov tərəfindən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi Vaz-2121 markalı ** SN *** qeydiyyat nişanlı avtomobildə gəzdirilməsi qanunla qadağan olunmuşəşya, predmet və ya narkotik vasitə varsa təqdim etsin. Əhməd Muradovun təklifindən sonra Təqsirləndirilən şəxs məcbur olub idarə etdiyi Vaz-2121 markalı ** SN *** qeydiyyat nişanlı avtomobilin ön sol qapısının içəri tərfində olan cibdə saxladığı pul kisəsini, ön oturacaqların arasında olan saxlanc yerində saxladığı bir ədəd beşbarmağı, ön sol qapı ilə oturacağın arasında olan yerdə saxladığı beyzbol idman oyun alətini çıxarıb avtomobilin ön kapotunun üzərinə qoyduqdan sonra avtomobilin yük yerini açmış və yük yerində olan qutunun üst hissəsindəki qara rəngli tapançanıda götürüb avtomobilin ön kapotunun üzərinə qoyduğu əşyaların yanına qoyuraraq həmin tapançanın şarik atdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs özü pul kisəsinin üst hissəsində olan kiçik cibi açaraq içərisindən bir ədəd sellofan bükümüçıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm özünün, vəkilin və onların iştirakı ilə açıldıqda içərisində heroin olduğunu görmüşlər və Təqsirləndirilən şəxs bildirmişdir ki, pul kisəsində aşkar olunmuş kütlə «kakos» kimi tanıdığı narkotik vasitə olan heroindir, özünə məxsusdur və gələcəkdəözünün istifadə etməsi üçün saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2121 markalı ** SN *** qeydiyyat nişanlı avtomobildə aşkar olunmuş sellofan bükümdəki kütlə, beysbol idman oyun aləti, beşbarmaq, oyuncaq tapança ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar protokola və heroinin, beşbarmağın, tapançanın, beyzbol idman oyun alətinin qablaşdırıldığı paketlərin üstünə imza etmişlər. Təqsirləndirilən şəxs üstünəşəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsinin görüntüləri baş inspektor-kriminalist Fariz Muradov tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı ifadə vermişŞahid3, Şahid1 ifadəsi ilə anoloci ifadə vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi iləəlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloci və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/720 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs …» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,170 qr qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxildir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ballistik və trasoloci ekspertizalar şöbəsinin xx xxx 2020-ci il tarixli 3/416; 3/417 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik, kombinə edilmiş kastet-bıçaqdır, soyuq silah hesab edilir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqi iş prinsipinə malik olan 6 mm diametrli plastik güllə atan oyuncaq tapançadır, odlu, soyuq, qaz silahı hesab edilmir, təiynatıüzrə istifadəyə yararlıdır, üzərindəəlavə və dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci X2–X4 Ekspert Komissiyasının xx xxxx 2020-ci il tarixli 1962 nömrəli rəyindən görünür ki, müayinə zamanıTəqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinn olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması iləəlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya Məlumatlarıİdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Binəqədi rayon məhkəməsinin xx xxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5 və 69.3-cü maddələrinəəsasən 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx xxxxxx 2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur.Məhkumluğu ödənilmişdir. İş materiallarında olan, Xaçmaz rayonu, Qımıl-qışlaq kənd İƏD-dən verilmiş xasiyyətnamədən, görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə vəəldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinəşübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları iləTəqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananışəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka vəəşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinəödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanıçətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «Marixuana – Kannabis» olan narkotik vasitənin qurudulmuş halda şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmüinin cinayət məsuliyyətindən azad edilməüçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü vəölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən göstərilən halları nəzərə alıb, hesab edir ki, onun islah olunması cəmiyyətdən təcrid edilmədən də mümkündür. Odur ki, məhkəmə, ona əməlinin tövsif olunduğu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-ninanbarında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2121 markalı ** SN *** qeydiyyat nişanlı avtomobildə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,120 qram olan heroin, bir ədəd kombinə edilmiş kastet-bıçaqhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 214 manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinəəsasən təyin olunmuş cəzaları tam toplamaq yolu iləüzərində qəti cəza 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinəəsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti cəza 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində secilmiş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri iləəvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş özrə maddi sübut, Xaçmaz RPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2121 markalı ** SN *** qeydiyyat nişanlı avtomobildə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,120 qram olan heroin, bir ədəd kombinə edilmiş kastet-bıçaqhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 214 manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-125/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-125/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver