Məhkəmə qərarları › İş №1(067)-125/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-125/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-125/2021 27.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, xx.xx.2005-ci ildə Xaçmaz rayonunun Ağ-Çay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Ağçay kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri N.Tağıyev küçəsi ev 12-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədilə 05 yanvar 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Rafaello” ərzaq mağazasının yaxınlığına gələrək mağazanın əvvəlcədən sınmış və yapşdırıcı lentlə bərkidilmiş pəncərə şüşəsinin yapışdırıcı lentini kəsməklə çıxardıb mağazaya, yəni saxlanc yerinə qanunsuz daxil olaraq tütün məmulatlarının saxlanıldığı hissəyə gəlib oradan 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 52.5 manat dəyərində 15 ədəd qutuda qalın kent 8 markalı, 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 52.5 manat dəyərində 15 ədəd qutuda qalın kent 4 markalı, 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 70 manat dəyərində 20 ədəd qutuda nazik kent 4 markalı, 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 70 manat dəyərində 20 ədəd qutuda nazik kent 1 markalı, 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 59.5 manat dəyərində 17 ədəd qutuda kompakt boz kent markalı, 1 qutusunun qiyməti 2.3 manat olmaqla ümumilikdə 39.1 manat dəyərində 17 ədəd qutuda mentol rotmos markalı, 1 qutusunun qiyməti 2.3 manat olmaqla ümumilikdə 50.6 manat dəyərində 22 ədəd qutuda göy rotmos markalı, 1 qutusunun qiyməti 2.5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 20 ədəd qutuda göy nazik palmal markalı siqareti, 1 qutusunun qiyməti 2.5 manat olmaqla ümumilikdə 57.5 manat dəyərində 23 ədəd qutuda boz nazik palmal markalı, 1 qutusunun qiyməti 2.3 manat olmaqla ümumilikdə 20.7 manat dəyərində 9 ədəd qutuda boz kompakt palma markalı, 1 qutusunun qiyməti 2.3 manat olmaqla ümumilikdə 25.3 manat dəyərində 11 ədəd qutuda göy kompakt palma markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 30 manat dəyərində 15 ədəd qutuda göy qalın palma markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 34 manat dəyərində 17 ədəd qutuda boz qalın palma markalı, 1 qutusunun qiyməti 3.7 manat olmaqla ümumilikdə 55.5 manat dəyərində 15 ədəd qutuda göy qalın sobranie markalı, 1 qutusunun qiyməti 3.7 manat olmaqla ümumilikdə 59.2 manat dəyərində 16 ədəd qutuda ağ qalın sobranie markalı, 1 qutusunun qiyməti 3.7 manat olmaqla ümumilikdə 62.9 manat dəyərində 17 ədəd qutuda ağ kompakt sobranie markalı, 1 qutusunun qiyməti 3.2 manat olmaqla ümumilikdə 57.6 manat dəyərində 18 ədəd qutuda boz kompakt vinston markalı, 1 qutusunun qiyməti 3.2 manat olmaqla ümumilikdə 54.4 manat dəyərində 17 ədəd qutuda göy kompakt vinston markalı, 1 qutusunun qiyməti 3.2 manat olmaqla ümumilikdə 64 manat dəyərində 20 ədəd qutuda boz nazik vinston markalı, 1 qutusunun qiyməti 3.2 manat olmaqla ümumilikdə 51.2 manat dəyərində 16 ədəd qutuda göy nazik vinston markalı, 1 qutusunun qiyməti 2.8 manat olmaqla ümumilikdə 47.6 manat dəyərində 17 ədəd qutuda ağ kompakt LD markalı, 1 qutusunun qiyməti 2.8 manat olmaqla ümumilikdə 42 manat dəyərində 15 ədəd qutuda göy kompakt LD markalı, 1 qutusunun qiyməti 2.8 manat olmaqla ümumilikdə 36.4 manat dəyərində 13 ədəd qutuda mentol kompakt LD markalı, 1 qutusunun qiyməti 2.8 manat olmaqla ümumilikdə 61.6 manat dəyərində 22 ədəd qutuda boz nazik LD markalı, 1 qutusunun qiyməti 2.1 manat olmaqla ümumilikdə 37.8 manat dəyərində 18 ədəd qutuda boz nazik vincester markalı, 1 qutusunun qiyməti 2.1 manat olmaqla ümumilikdə 31.5 manat dəyərində 15 ədəd qutuda göy nazik vincester markalı, 1 qutusunun qiyməti 2.1 manat olmaqla ümumilikdə 27.3 manat dəyərində 13 ədəd qutuda göy kompakt vincester markalı, 1 qutusunun qiyməti 2.1 manat olmaqla ümumilikdə 33.6 manat dəyərində 16 ədəd qutuda boz kompakt vincester markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 28 manat dəyərində 14 ədəd qutuda göy qalın Vest markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 32.4 manat dəyərində 18 ədəd qutuda boz kompakt klass markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 37.8 manat dəyərində 21 ədəd qutuda qara kompakt klass markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 30.6 manat dəyərində 17 ədəd qutuda boz uzun klass markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 21.6 manat dəyərində 12 ədəd qutuda göy uzun klass markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 36 manat dəyərində 2 blok şəklində 20 ədəd qutuda boz kompakt maqna markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 36 manat dəyərində 2 blok şəklində 20 ədəd qutuda göy kompakt maqna markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 54 manat dəyərində 3 blok şəklində 30 ədəd qutuda göy nazik maqna markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 36 manat dəyərində 2 blok şəklində 20 ədəd qutuda boz nazik vikiroy markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 72 manat dəyərində 4 blok şəklində 40 ədəd qutuda göy qalın prima markalı, 1 qutusunun qiyməti 1.6 manat olmaqla ümumilikdə 48 manat dəyərində 3 blok şəklində 30 ədəd qutuda göy qalın arqo markalı, 1 qutusunun qiyməti 1.6 manat olmaqla ümumilikdə 32 manat dəyərində 2 blok şəklində 20 ədəd qutuda qırmızı qalın arqo markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 1 blok şəklində 10 ədəd qutuda qırmızı nazik vant markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 1 blok şəklində 10 ədəd qutuda boz nazik vant markalı və 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 18 manat dəyərində 1 blok şəklində 10 ədəd qutuda magna silver markalı olmaqla, ümumilikdə 1856.70 manat (min səkkiz yüz əlli altı manat 70 qəpik) dəyərində siqaretləri Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurlamış, bununla da o, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək 23 sentyabr 2021-ci il tarixli məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımamış, aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. O, təxminən 2020-ci ilin ortalarında, sonradan Zərərçəkmiş şəxs aid olduğunu bildiyi mağazaya ərzaq almaq məqsədilə getmişdir. O həmin zamandan sonra həmin mağazaya bir daha getməmişdir. 05 yanvar 2021-ci il tarixədə gecə saatlarında, yaşadığı evdə olduğu zaman, gecə təxminən 03 radələrində özü üçün siqaret oğurlamaq fikrinə düşmüşdür. Bu məqsədlə Zərərçəkmiş şəxs marketindən oğurluq edə biləcəyini düşünmüşdür. O həmin mağazanın şüşə hissəsinin altında olan plastmas hissəni bıçaqla kəsə biləcəyini düşündüyündən evdən mətbəx bıçağı götürmüş və evdən çıxmışdır. O, evdən çıxdığı zaman ailə üzvləri onun çıxdığını bilməmişlər. O, piyada həmin mağazanın qarşısına gəlmişdir. Belə ki, evləri ilə həmin mağazanın arasında təxminən 30 dəqiqəlik məsafə vardır. O, mağazaya çatdığı zaman ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əlindəki bıçaqla plastması kəsmək istəmişdir. Lakin mağazanın giriş hissəsində sağ tərəfdə olan aynabəndin çatlaq olduğunu görmüşdür. Həmin hissəyə yaxınlaşdığı zaman şüşənin üst hissəsinin qırıq olmasını, alt hissəsinin isə qırılmadığını görmüşdür. O həmin zaman oradan mağazaya girmək fikrinə düşmüş və həmin hissədən şüşəni qıraraq oradan içəriyə daxil olmuşdur. O, mağazaya girdikdən sonra siqaretlər olan hissəyə yaxınlaşmışdır. Oradan ilk öncə iki blok hər blokda 10 ədəd olmaqla Argo markalı siqaret götürmüşdür. Lakin mağazadan çıxmamışdan əlavə olaraq satmaq məqsədilə siqaret oğurlaya biləcəyini düşünmüşdür. Bu məqsədlə mağazadan iki ədəd iri ölçülü göy rəngli sellofan paket götürmüşdür. O həmin paketlərin içərisinə müxtəlif markalı siqaretlərdən yığmışdır. Ümumilikdə o nə qədər siqaret götürdüyünü bilməmişdir, oğurladığı siqaretlərin içərisində kent, sobraniya, vinston, rotmos, LD, pall mall, maqna, vest, prima, vant, palma, argo, vincester, vikiroy, klass markalı siqaretlər olmuşdur. O həmin siqaretləri paketlərə qoyduqdan sonra mağazaya daxil olduğu kimi çıxmışdır. Sonra isə o həmin siqaretləri satmaq istədiyini Nurlana demiş, Nurlan isə onunla razılaşmışdır. O həmin siqaretlərə görə Nurlandan 250-300 manat pul istədiyini bildirmişdir. Nurlan ona siqaretlərin əvəzinə 220 manat pul vermişdir. O, Nurlana az pul verdiyini bildirdikdə Nurlan bu qədər pulu olduğunu bildirmişdir. O, Nurlandan onun üçün idman paltarı da almasını istəmişdir ki, “halallıq olsun”. Nurlan isə bununla razılaşmamışdır. O da Nurlana satdığı siqaretlərin üzərindən bir qədər götürmüşdür. Bu zaman o Nurlanın qonşuları olan Eyyubun idman paltarı satdığını, Eyyubdan həmin paltarı nisyə almaq istədiyini bildirmişdir. Nurlan onunla razılaşmış və Eyyubgilə yollanmışdır. O da Nurlanın arxasınca getmiş, lakin özü bir qədər kənarda dayanmışdır. Bir qədər sonra Nurlan onu çağırmışdır. Həmin zaman orada Eyyub, oğlu Ağarəhim, Nurlan və o olmuşdur. O, paltarı götürdükdən sorna onlara pulu bir neçə günə ödəyəcəyini bildirmişdir. Onlar onunla razılaşmışlar. O həmin gün axşam Nurlanın yanına getmiş və Eyyubgildən aldığı paltarın pulunu siqaretlə ödəyib-ödəyə bilməyəcəyini soruşmuşdur. Bu zaman onlar küçədə olmuşdur. Eyyubun oğlu olan Ağarəhim də küçədə olmuşdur. Onlar Ağarəhimi yanlarına çağırmışlar. Ağarəhim gəldiyi zaman o, aldığı idman paltarının pulunun əvəzinə Ağarəhimə siqaret veribverə bilməyəcəyini soruşmuşdur. Ağarəhim onunla razılaşdıqdan sonra o, Ağarəhimə həmin idman paltarının əvəzinə 24 ədəd argo markalı siqaret vermişdir. O, qeyd olunan oğurluğu tək törətmiş, heç bir şəxsin həmin oğurluq barədə məlumatı olmamış, onun başqa cinayət əməli olmamışdır. Onu cinayət əməlini törətməyə heç kim sövq etməmiş, cinayət əməlini törətməkdə ona heç kim köməklik etməmiş, o, cinayət əməlini özü müstəqil və təkbaşına törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə baxışının sonuncu iclasında əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs oğurladığı siqaretləri oğurluq yolu ilə əldə etməsini Şahid2 və Şahid1 Eyub oğlu da bilmişlər. O həmin siqaretləri oğurladıqdan sonra Şahid2lə və Şahid1la görüşdükdə söhbət əsnasında həmin siqaretləri oğurladığını həmin şəxslərə siqaretləri satmazdan və idman paltarının əvəzinə dəyişməzdən əvvəl bildirmişdir. Həm də onlarla razılaşmışdır ki, onların həmin siqaretlərin oğurluq olmasını bilmələrini polisə söyləməyəcək. Onlar isə həmin siqaretlərin oğurluq olduğunu bilə-bilə siqaretləri ondan almışlar. Belə ki, həmin ərəfədə Şahid2 ailə üzvləri başqa yerdə olduqlarından sonuncunun xahişinə əsasən o, gecəni Nurlangildə qalmışdır. O, siqaretləri oğurladıqdan sonra həmin siqaretləri torbada Şahid2 evinə aparmış və həmin siqaretləri Zərərçəkmiş şəxs mağazasından oğurladığını və oğurladığı siqaretlərin satılmasında ona köməklik etməsini Nurlandan xahiş etmişdir. Şahid2 də oğurlanmış siqaretlərin satılmasında ona köməklik edəcəyini deyərək siqaretləri Ağarəhimə satacağını bildirmişdir. Növbəti gün isə Nurlan Xaçmaz şəhərində mağaza işlədən Şahid1 evinə getmişdir. Sonra isə Şahid1 Şahid2lə birlikdə evə gələrək siqaretlərə baxmış və həmin siqaretlərə ümumilikdə 240 manat pul və bir ədəd 35 manat dəyərində gödəkçə (kurtka) verə biləcəyini deyərək Nurlanla və onunla razılaşmışdır. O, evdə olarkən siqaretləri Ağarəhimə satmazdan əvvəl Ağarəhimə siqaretlərin oğurluq olduğunu demişdir. Sonra isə siqaretlərdən 20-30 ədədini özü üçün saxlayıb qalanını həmin pula və gödəkçə əvəzində Şahid1 satmağa razılaşmışdır. Ağarəhim siqaretləri aparmış və növbəti gün axşam Nurlan 240 manat pulu və gödəkçəni gətirmiş, həmin puldan 20 manatı Nurlan özünə götürmüş, 220 manat pulu və 35 manat dəyərində gödəkçəni isə ona vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclaslarında Nurlan və Ağarəhimi ifşa etməməsinin səbəbini isə belə izah etmişdir ki, Nurlan və Ağarəhim ona söz vermişlər ki, ona cinayət işi üzrə arxa-dayaq olacaqlar, lakin sonradan bu vədlərinə əməl etməmişlər və onu tək qoymuşdurlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Arlarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs onun doğma oğludur. 2021-ci ilin yanvar ayının əvvəllərində oğlu Təqsirləndirilən şəxs yaşadıqları evə gəldiyi zaman özü ilə bir blok siqaret gətirmişdir ki, həmin siqaretləri qardaşı üçün çəzaçəkmə müəssisəsinə göndərmək istəyir. Belə ki, onun çəzaçəkmə müəssisəsində çəza çəkən başqa oğlu da vardır. O, ilk öncə, Mirsadıqdan həmin siqaretlərin haradan olmasını soruşmuşdur. Mirsadıq ona həmin siqaretləri dostunun qardaşı üçün verdiyini bildirmişdir. O, Mirsadıqdan həmin dostun kim olmasını soruşduğu zaman Mirsadıq ona tanımadığını bildirmişdir. O, Mİrsadıqın bu sözünə inanmışdır. Mirsadıq həmin siqareti yaşadıqları evdə saxlamışdır. Bundan bir neçə gün sonra o, Xaçmaz RPŞ-nə çağırılmışdır. O həmin zaman oğlu Mİrsadıqın Zərərçəkmiş şəxs işlətdiyi Xaçmaz şəhəri ərazisində yerləşən mağazadan müxtəlif markalı siqaretlər oğurlamasını bilmişdir. Mİrsadıqın qardaşı üçün evə gətirdiyi bir blok “Magna” markalı siqareti də polis əməkdaşlarına təhvil vermişdir. Onun oğlu Mİrsadıqın oğurluq etməsi barədə məlumatı olmamışdır. O, Mİrsadıqın evə gətirdiyi siqaretlərin oğurluq olmasını bilməmişdir. Mirsadıq yaşadıqları evə həmin bir blok içərisində 10 ədəd olmaqla “Magna” markalı siqaretdən başqa evlərinə siqaret gətirməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Rafaello” adlı mağazanı icarəyə götürməklə işlədir. Belə ki, həmin mağazada özünə məxsus malların satışı ilə məşğul olur. Mağazada yalnız ərzaq malları satır. Hər gün səhər saat 08 radələrində mağazanı açır, axşam isə saat 20 radələrində mağazanı bağlayır. Mağazada ondan başqa heç bir şəxs işləmir. 04.01.2021-ci il tarixdə həmişə olduğu kimi axşam saat 20 radələrində mağazanı bağlayaraq yaşadığı ünvana getmişdir. Səhər saat 08 radələrində mağazaya gəldiyi zaman mağazanın aynabəndinin sınıq vəziyyətdə olmasını görmüşdür. O həmin zaman mağazaya oğrunun girməsindən şübhələnərək DİN-nin 102 xidmətinə zəng etmişdir. O, aynabənddən baxdığı zaman siqaretlərin oğurlanmasını bilmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək mağazaya daxil olmuşlar. O, mağazaya baxdığı zaman oradan hər birinin qiyməti 3.25 manat olmaqla 15 ədəd kent 8, 15 ədəd qalın kent 4, 20 ədəd nazik kent 4, 20 ədəd nazik kent 1, 17 ədəd kompakt boz kent, hər birinin qiyməti 2.15 manat olan 17 ədəd mentol rotmos, 22 ədəd göy rotmos, 20 ədəd göy nazik palma, 23 ədəd boz nazik palma, 9 ədəd boz kompakt palma, 11 ədəd goy kompakt palma, 15 ədəd göy qalın palma, 17 ədəd boz qalın palma, hər birinin qiyməti 3.45 manat olan 15 ədəd göy qalın sobranie, 16 ədəd ağ qalın sobranie, 3.40 manat dəyərində olan 17 ədəd ağ kompakt sobranie, hər birinin qiyməti 3.05 manat olan 18 ədəd boz kompakt vinston, 17 ədəd göy kompakt vinston, 20 ədəd boz nazik vinston, 16 ədəd göy nazik vinston, hər birinin qiyməti 2.45 manat olan 17 ədəd ağ kompakt LD, 15 ədəd göy kompakt LD, 13 ədəd mentol kompakt LD, 2.65 manat dəyərində olan 22 ədəd boz nazik LD, hər birinin qiyməti 2.15 manat olan 18 ədəd boz nazik vincester, 15 ədəd göy nazik vincester, 13 ədəd göy kompakt vincester, 16 ədəd boz kompakt vincester, 1.95 manat dəyərində 14 ədəd göy qalın Vest, hər birinin qiyməti 1.85 manat olan 18 ədəd boz kompakt klass, 21 ədəd qara kompakt klass, 17 ədəd boz uzun klass, 12 ədəd göy uzun klass, hər birinin qiyməti 1.65 manat olan 3 blok şəklində 30 ədəd boz kompakt maqna, 2 blok şəklində 20 ədəd göy kompakt maqna, 3 blok şəklində 30 ədəd göy nazik maqna, 2 blok şəklində 20 ədəd boz nazik vikiroy, 4 blok şəklində 40 ədəd göy qalın prima, hər birinin qiyməti 1.45 manat olan 3 blok şəklində 30 ədəd göy qalın argo, 2 blok şəklində 20 ədəd qırmızı qalın argo, hər birinin qiyməti 2.05 manat olan 1 blok şəklində 10 ədəd qırmızı nazik vant, 1 blok şəklində 10 ədəd boz nazik vant markalı siqaretlərinin oğurlandığını bilmişdir. Həmin oğurluq zamanı ona ümumilikdə təxminən 1945,10 manat maddi ziyan dəymişdir. Hadisədən bir qədər sonra o həmin oğurluq hadisəsini məktəb yaşlarında oğlan uşağının törətməsini bilmişdir. O, oğurluq hadisəsini Mirsadıq adlı şəxs tərəfindən törədilməsini polis şöbəsində öyrənmişdir. O, ilkin olaraq Xaçmaz RPŞ-yə oğurluq barədə ərizə ilə müraciət etdiyi zaman oğurlanmış siqaretləri tam sayını dəqiqləşdirmədən təxmini olaraq bildirmişdir. Lakin oğurlanmış siqaretlərin dəyərini hesabladığı zaman onların təxminən 1945.10 manat olmasını müəyyən etmişdir. O, məhkəmə ekspertiza rəyində siqaretlərin qiyməti ilə bağlı göstərilən məbləğin, yəni 1856,70 manatın əsas götürülməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyindən ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs isə qohumunun evində ailəlikcə kirəyədə qaldıqları üçün tanımışdır. Təqsirləndirilən şəxslə hər hansı bir münaqişə, dava-dalaş və ədavətləri olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində o, evdə olduğu zaman təqsirləndirilən şəxs Mirsadıq onun yaşadığı evə gəlmişdir. Mirsadıq onunla işi olduğunu bildirmiş, ona dostunun atasının mağazasının olduğunu, mağazanın bağlandığını, həmin mağazada olan siqaretləri dostu ilə birlikdə satmaq istədiyini demişdir. O, Mirsadıqdan həmin mağazaları olan şəxsin kim olduğunu soruşmuşdur. Mirsadıq həmin şəxsi tanımadığını bildirmişdir. O, Mirsadıqdan həmin siqaretlərin oğurluq olub-olmamasını soruşmuş, sonuncu isə oğurluq olsa idi siqaretləri gündüz vaxtı gətirə bilməyəcəyini demişdir. Mirsadıq həmin geriyə qalan siqaretləri 200 manat müqabilində ona satmaq istədiyini demişdir. O, Mirsadıqla razılaşmış və siqaretləri götürərək yaşadığı evə aparmışdır. O, Mirsadıqa getməsini və bir qədər sonra siqaretlərin pulunu götürmək üçün gəlməsini bildirmişdir. Mirsadıq onunla razılaşaraq getmişdir. O, pulu olmadığı üçün qonşusu olan X5 yanına gedərək ondan 170 manat borc pul almışdır. Bundan bir-iki saat sonra Mirsadıq onun yaşadığı evə gələrək siqaretlərin pulunu istəmişdir. O, Mirsadıqa aldığı siqaretlərin əvəzinə 170 manat pul vermişdir. Mirsadıq ilk öncə 200 manata razılaşdıqlarını bildirsə də, o bu qədər pulunun olduğunu demişdir. Bu zaman Mirsadıq ondan qonşusu Eyyubun evinin qarşısında satdığı paltarlar içərisindən idman paltarı almaq istədiyini, lakin pulu sonra vermək istədiyini bildirmişdir. Mirsadıq ondan xahiş etmişdir ki, Eyyubdan həmin paltarı Mirsadıqa nisyə verməsini istəsin. O, Mirsadıqla razılaşaraq Eyyubgilə getmişdir. Eyyub həmin zaman evlərinin qarşısında olmuşdur. O, Eyyuba Mirsadıqın idman paltarı bəyəndiyini, götürmək istədiyini, lakin pulu daha sonra vermək istədiyini bildirmişdir. Eyyub idman paltarlarının satışına oğlu Ağarəhimin baxdığını bildirmişdir. O, Eyyuba Ağarəhimi çağırmasını bildirdikdə Eyyub Ağarəhimin yatdığını bildirmişdir. O isə Eyyuba oyatmasını demişdir. Onun sözündən sonra Eyyub Ağarəhimi çağırmışdır. Ağarəhim bir qədər sonra gəlmişdir. O Ağarəhimə Mirsadıqın idman paltarı almaq istədiyini, lakin pulunu sonra verəcəyini bildirmişdir. Ağarəhim onunla razılaşmışdır. Mirsadıq həmin zaman onlardan bir qədər kənarda dayanmış, o, Mirsadıqı çağırdıqda sonuncu onlara yaxınlaşmış və mağazadan idman paltarı almışdır. Bundan sonra Mirsadıq oradan ayrılmışdır. Həmin günün axşamında Mirsadıq yenidən onun yaşadığı evin yaxınlığına gəlmiş və onu çağırmışdır. Mirsadıq ona Ağarəhimgildən aldığı idman paltarının pulunun əvəzinə siqaret verib-verə bilməyəcəyini soruşmuşdur. Bu zaman Ağarəhim onların yaxınlığında imiş. Onlar Ağarəhimi çağırmışlar və Mirsadıq həmin idman paltarının pulunu siqaretlə ödəyib-ödəyə bilməyəcəyini soruşmuşdur. Ağarəhim Mirsadıqa həmin siqaretlərin oğurluq ola biləcəyini bildirmişdir. Bu zaman Mirsadıq Ağarəhimə oğurluq olacağı təqdirdə siqaretləri belə rahat gətirə bilməyəcəyini demişdir. Mirsadıq Ağarəhimə həmin siqaretləri dostunun atasına aid olan mağazadan bağlandığı üçün satmaq məqsədilə götürdüyünü bildirmişdir. Ağarəhim bundan sonra Mirsadıqla razılaşmış və Mirsadıqdan 24 qutu “Argo” markalı siqareti götürmüşdür. Daha sonra Mirsadıq öz evinə getmişdir. Bu hadisədən bir qədər sonra o həmin siqaretləri Mirsadıqın mağazadan oğurladığını bilmişdir. O həmin siqaretlərin oğurluq olmasını bilməmişdir. Onun qeyd olunan oğurluq hadisəsi ilə heç bir əlaqəsi olmamışdır. O, Mirsadıqdan aldığı siqaretlərdən təxminən 20-25 qutusunu xatırlamadığı şəxslərə satmışdır. Geriyə qalanını isə özü çəkmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Şahid2 onun qonşusu, Şahid1 Eyub oğlu isə doğma oğludur. Onlarla aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Onlar yaşadıqları evin qarşısında məişət əşyaları satırlar. 2021-ci ilin yanvar ayının əvvəllərində, təxminən səhər saat 10 radələrində qonşusu Nurlan onun yanına gələrək pula ehtiyacı olduğunu bildirmiş və ondan 170 manat borc pul istəmişdir. O, Nurlanın həmin pulu nə üçün istədiyini soruşmamış və Nurlan tez bir zamanda qaytaracağını bildirdiyindən həmin pulu ona vermişdir. Bundan bir qədər sonra Nurlan yenidən onların piştaxtasının qarşısına gəlmişdir. Nurlan satdıqları uzunqol papaqlı idman paltarını göstərərək həmin paltarın neçəyə olduğunu soruşmuşdur. O həmin paltarın qiymətinin 35 manat olduğunu bildirmişdir. Bundan sonra Nurlan həmin paltarı təqsirləndirilən şəxs Mirsadıqın almaq istədiyini və pulunu sonra verə biləcəyini bildirmişdir. O Nurlana bu barədə oğlu Ağarəhimlə məsləhət etməli olduğunu bildirərək Ağarəhimi evdən çağırmışdır. Ağarəhim bir qədər sonra onların yanına gəlmişdir. Nurlan Ağarəhimə ona dediklərini dedikdə Ağarəhim razılaşmışdır. Həmin zaman Mirsadıq da onların yanına gəlmişdir. Mirsadıq onların satdıqları 35 manat dəyirində idman paltarını almış və pulunu sonra ödəyəcəyini, indi pulu olmadığını, lakin idman paltarına ehtiyacı olduğunu bildirmişdir. Daha sonra Nurlan və Mirsadıq onların yanından uzaqlaşmışlar. Həmin gün axsam saatlarında o, Mirsadıqın aldığı idman paltarının əvəzinə oğluna 24 qutu “ARGO” markalı siqaret verdiyini bilmişdir. Bundan bir neçə gün sonra o həmin siqaretlərin oğurluq olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 Eyub oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Şahid2 onun qonşusu, X6 isə onun doğma atasıdır. Onlarla aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Onlar yaşadıqları evin qarşısında məişət əşyaları satırlar. 2021-ci ilin yanvar ayının əvvəllərində o, evdə olduğu zaman atası onu yanına çağırmışdır. O, atasının yanına getdiyi zaman orada Nurlanın olmasını görmüşdür. Nurlan Təqsirləndirilən şəxs idman paltarı almaq istədiyini və indi pulunun olmadığını bildirmişdir. Nurlan ondan Mirsadıqa paltarı verməyini, daha sonra Mirsadıqın həmin idman paltarının pulunu ödəyəcəyini bildirmişdir. O, Nurlan qonşuları olduğundan razılaşmışdır. Həmin zaman Mirsadıq da onlara yaxınlaşmışdır. Mirsadıq onlardan 35 manat dəyərində idman paltarını almış və uzaqlaşmışdır. Həmin gün axşam saatlarında küçədə olduğu zaman Nurlan və Mirsadıq onu öz yanlarına çağırmışlar. O onların yanına getdiyi zaman Mirsadıq aldığı idman paltarlarının əvəzini siqaretlə ödəyibödəyə bilməyəcəyini soruşmuşdur. O, Mirsadıqdan həmin siqaretlərin haradan olmasını soruşduqda Mirsadıq ona dostunun atasının mağazası olduğunu, oranın bağlandığını, həmin siqaretləri ona verdiklərini bildirmişdir. O, Mirsadıqdan siqaretlərin oğurluq olub-olmamasını soruşduqda Mirsadıq ona oğurluq olsa idi, rahat şəkildə buraya gətirə bilməzdi deyərək bildirmişdir. O, Mirsadıqın pulu olmadığını bilərək ödənişi siqaretlə etməsi barədə razılaşmışdır. Mirsadıq bundan sonra içərisində 10 ədəd olan bir blok və 14 ədəd açıq şəkildə olmaqla ümumilikdə 24 ədəd “ARGO” markalı siqareti vermişdir. O atası və özü siqaret çəkdiyindən həmin siqareti paltarın pulu əvəzinə Mirsadıqdan götürmüşdür. Bundan bir neçə gün sonra həmin siqaretlərin oğurluq olmasını bilmişdir. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs qeyd olunan tarixdə, Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşməklə işlətdiyi “Rafaello” adlı ərzaq mağazasına naməlum şəxs və ya şəxslər tərəfindən pəncərə şüşəsinin sındırılaraq daxil olub müxtəlif markalı siqaretlərin oğurlanması və bununla ona təxminən 1600 manat maddi ziyan dəyməsi barədə müraciət etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 05 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs işlətdiyi Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Rafaello” adlı ərzaq mağazasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin mağaza mişar daşından tikilməklə bir mərtəbəlidir. Mağazanın giriş hissəsi plastik materialdan olan böyük pəncərədən ibarətdir. Mağazaya giriş qapısı plastik materialdan olmaqla iki taylıdır. Giriş qapısının sol tərəfində öncədən sınmış və sonradan yapışqanlı lentlə (skoçla) yapışdırılmışdır. Zərərçəkmiş şəxs naməlum şəxsin və ya şəxslərin həmin şüşəni qırmaqla mağazaya daxil olmasını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 07 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs, anası Qanuni nümayəndə iştirakı ilə, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, iş üzrə zərərçəkmiş şəxsin işlətdiyi “Rafaello” ərzaq mağazasını göstərərək 04.01.2021-ci il tarixdən 05.01.2021-ci il tarixə keçən gecə həmin mağazadan oğurluq etməsini bildirmiş, mağazaya necə daxil olduğunu, mağazadakı siqaretləri haradan götürdüyünü əyani olaraq göstərmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 14 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mağazasından oğurlayaraq yaşadığı evə aparıb saxladığı 01 blok (10 ədəd) “Magna silver” markalı siqaret anası Qanuni nümayəndə tərəfindən Xaçmaz RPŞ-nə təqdim edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 15 mart 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı, Zərərçəkmiş şəxs oğurladığı siqaretlərdən 01 blok (10 ədəd) “Magna silver” markalı siqaret maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 9/854 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 1 blok (10 qutu) “Magna Silver” markalı siqaretin 2021- ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 18 manat müəyyən edilir. Təqdim edilməyən 42 adda müxtəlif adda siqaretlərin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1838.70 manat müəyyən edilir. Bununla da təqsirləndirilən şəxsin cinayət əməli ilə zərərçəkmiş şəxsə vurduğu maddi ziyan 1856 (min səkkiz yüz əlli altı) manat 70 qəpik məbləğində təşkil etmişdir. İş materiallarında ola əməliyyat tapşırığından və ona cavabdan müəyyən edilir ki, hazırkı iş üzrə oğurluq cinayət əməlinin kim, yaxud kimlər tərəfindən törədilməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmişsə, o həmin əməli hər hansı şəxslə birlikdə törədib-törətməməsinin, onun hazırkı cinayət əməlindən başqa cinayət törətməsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini təkbaşına törətməsi, başqa cinayət əməli törətməməsi müəyyən edilmişdir. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 23 iyul 2021ci il tarixli qərardan müəyyən edilir ki, Qanuni nümayəndə, Şahid1 Eyub oğlunun, Şahid2 və X5 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 194.1, 194.2.1 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 05 may 2021-ci il tarixli, 978 saylı rəyindən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna dörə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü madəsinin dispozisiyası şəxsin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndində izah edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci ildə anadan olmaqla, cinayət əməlini törədərkən on beş yaşında olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədilə 05 yanvar 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Rafaello” ərzaq mağazasının yaxınlığına gələrək mağazanın əvvəlcədən sınmış və yapşdırıcı lentlə bərkidilmiş pəncərə şüşəsinin yapışdırıcı lentini kəsməklə çıxardıb mağazaya, yəni saxlanc yerinə qanunsuz daxil olaraq tütün məmulatlarının saxlanıldığı hissəyə gəlib oradan 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 52.5 manat dəyərində 15 ədəd qutuda qalın kent 8 markalı, 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 52.5 manat dəyərində 15 ədəd qutuda qalın kent 4 markalı, 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 70 manat dəyərində 20 ədəd qutuda nazik kent 4 markalı, 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 70 manat dəyərində 20 ədəd qutuda nazik kent 1 markalı, 1 qutusunun qiyməti 3.5 manat olmaqla ümumilikdə 59.5 manat dəyərində 17 ədəd qutuda kompakt boz kent markalı, 1 qutusunun qiyməti 2.3 manat olmaqla ümumilikdə 39.1 manat dəyərində 17 ədəd qutuda mentol rotmos markalı, 1 qutusunun qiyməti 2.3 manat olmaqla ümumilikdə 50.6 manat dəyərində 22 ədəd qutuda göy rotmos markalı, 1 qutusunun qiyməti 2.5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 20 ədəd qutuda göy nazik palmal markalı siqareti, 1 qutusunun qiyməti 2.5 manat olmaqla ümumilikdə 57.5 manat dəyərində 23 ədəd qutuda boz nazik palmal markalı, 1 qutusunun qiyməti 2.3 manat olmaqla ümumilikdə 20.7 manat dəyərində 9 ədəd qutuda boz kompakt palma markalı, 1 qutusunun qiyməti 2.3 manat olmaqla ümumilikdə 25.3 manat dəyərində 11 ədəd qutuda göy kompakt palma markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 30 manat dəyərində 15 ədəd qutuda göy qalın palma markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 34 manat dəyərində 17 ədəd qutuda boz qalın palma markalı, 1 qutusunun qiyməti 3.7 manat olmaqla ümumilikdə 55.5 manat dəyərində 15 ədəd qutuda göy qalın sobranie markalı, 1 qutusunun qiyməti 3.7 manat olmaqla ümumilikdə 59.2 manat dəyərində 16 ədəd qutuda ağ qalın sobranie markalı, 1 qutusunun qiyməti 3.7 manat olmaqla ümumilikdə 62.9 manat dəyərində 17 ədəd qutuda ağ kompakt sobranie markalı, 1 qutusunun qiyməti 3.2 manat olmaqla ümumilikdə 57.6 manat dəyərində 18 ədəd qutuda boz kompakt vinston markalı, 1 qutusunun qiyməti 3.2 manat olmaqla ümumilikdə 54.4 manat dəyərində 17 ədəd qutuda göy kompakt vinston markalı, 1 qutusunun qiyməti 3.2 manat olmaqla ümumilikdə 64 manat dəyərində 20 ədəd qutuda boz nazik vinston markalı, 1 qutusunun qiyməti 3.2 manat olmaqla ümumilikdə 51.2 manat dəyərində 16 ədəd qutuda göy nazik vinston markalı, 1 qutusunun qiyməti 2.8 manat olmaqla ümumilikdə 47.6 manat dəyərində 17 ədəd qutuda ağ kompakt LD markalı, 1 qutusunun qiyməti 2.8 manat olmaqla ümumilikdə 42 manat dəyərində 15 ədəd qutuda göy kompakt LD markalı, 1 qutusunun qiyməti 2.8 manat olmaqla ümumilikdə 36.4 manat dəyərində 13 ədəd qutuda mentol kompakt LD markalı, 1 qutusunun qiyməti 2.8 manat olmaqla ümumilikdə 61.6 manat dəyərində 22 ədəd qutuda boz nazik LD markalı, 1 qutusunun qiyməti 2.1 manat olmaqla ümumilikdə 37.8 manat dəyərində 18 ədəd qutuda boz nazik vincester markalı, 1 qutusunun qiyməti 2.1 manat olmaqla ümumilikdə 31.5 manat dəyərində 15 ədəd qutuda göy nazik vincester markalı, 1 qutusunun qiyməti 2.1 manat olmaqla ümumilikdə 27.3 manat dəyərində 13 ədəd qutuda göy kompakt vincester markalı, 1 qutusunun qiyməti 2.1 manat olmaqla ümumilikdə 33.6 manat dəyərində 16 ədəd qutuda boz kompakt vincester markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 28 manat dəyərində 14 ədəd qutuda göy qalın Vest markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 32.4 manat dəyərində 18 ədəd qutuda boz kompakt klass markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 37.8 manat dəyərində 21 ədəd qutuda qara kompakt klass markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 30.6 manat dəyərində 17 ədəd qutuda boz uzun klass markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 21.6 manat dəyərində 12 ədəd qutuda göy uzun klass markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 36 manat dəyərində 2 blok şəklində 20 ədəd qutuda boz kompakt maqna markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 36 manat dəyərində 2 blok şəklində 20 ədəd qutuda göy kompakt maqna markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 54 manat dəyərində 3 blok şəklində 30 ədəd qutuda göy nazik maqna markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 36 manat dəyərində 2 blok şəklində 20 ədəd qutuda boz nazik vikiroy markalı, 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 72 manat dəyərində 4 blok şəklində 40 ədəd qutuda göy qalın prima markalı, 1 qutusunun qiyməti 1.6 manat olmaqla ümumilikdə 48 manat dəyərində 3 blok şəklində 30 ədəd qutuda göy qalın arqo markalı, 1 qutusunun qiyməti 1.6 manat olmaqla ümumilikdə 32 manat dəyərində 2 blok şəklində 20 ədəd qutuda qırmızı qalın arqo markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 1 blok şəklində 10 ədəd qutuda qırmızı nazik vant markalı, 1 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 1 blok şəklində 10 ədəd qutuda boz nazik vant markalı və 1 qutusunun qiyməti 1.8 manat olmaqla ümumilikdə 18 manat dəyərində 1 blok şəklində 10 ədəd qutuda magna silver markalı olmaqla, ümumilikdə 1856.70 manat (min səkkiz yüz əlli altı manat 70 qəpik) dəyərində siqaretləri Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurlamış, bununla da o, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularlayaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının 23 iyul 2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş Xaçmaz RPŞ-nin “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 27.11.2019-cu il və 30.12.2019-cu il tarixli qərardadlarının, həmin Komissiyanın 28.01.2020-ci il tarixli 03 saylı iclasının protokolunun təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 10.06.2019-cu il və 08.10.2019-cu il tarixlərdə Xaçmaz rayonu ərazisində xırda talama inzibati xətalarını törətmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilərək YYÇ və HM üzrə Komissiyaya tədbir görülməsi üçün göndərilmiş və Komissiya tərəfindən Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onun yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında izah edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını, habelə həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurlayaraq yaşadığı evdə saxladığı siqaretlərdən 01 blok (10 ədəd) “Magna silver” markalı siqaret maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. Odur ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Hacıbala qızından oğurladığı siqaretlərdən Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan 01 blok (10 ədəd) “Magna silver” markalı siqaret hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. Zərərçəkən şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X3, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Hacıbala qızından oğurladığı siqaretlərdən Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan 01 blok (10 ədəd) “Magna silver” markalı siqaret hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X3, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkən şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar