Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-125/2022 28.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 2001-ci ildə Xaçmaz rayonu, Ortaoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Xaçmaz rayonu, Yalama kəndində qeydiyyatda olan və faktiki olaraq Xaçmaz rayonu, Ortaoba kəndində yaşayan, barəsində “başqa yerə qetməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Ortaoba kəndindəki evin arxa tərəfində olan açıq sahədən keçməklə Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olduqdan sonra əli ilə itələməklə mətbəxin pəncərəsini açıb evə qanunsuz daxil olaraq eyvandan 340 manat dəyərində bir ədəd «SHİVAKİ» markalı, «43SF90G» model, 109 dioqanallı (43 düyüm) televizoru qanunsuz götürüb aparmaqla 340 manat məbləğində oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Ortaoba kəndində yaşayır. 19 yanvar 2022-ci il tarixdə pulu olmadığı üçün qərara gəlmişdir ki, kənd ərazisində gəzsin və yaşayış olmayan ev olarsa daxil olub oğurluq etsin. Bu məqsədlə də həmin gün günorta saatlarında evdən çıxıb yaşadığı küçə ilə getmişdir və yaşadığı evdən təxminən 100 metr aralı məsafdə yerləşən Zəkirənin evinin qarşısına çatanda qərara gəlmişdir ki, Zəkirənin yaşadığı evə daxil olub oğurluq etsin. Çünki o, Zəkirə ilə oğlu Alikin evdə olmadıqlarını bilmişdir. 19 yanvar 2022-ci il tarixdə təxminən saat 15 radələrində o, Zakirənin yaşadığı evin arxa tərəfinə gəlib həmin yerdə olan açıq sahədən keçməklə evin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra o, evin sol yan tərəfinə gəlmiş və həmin tərəfdə olan pəncərəni əl ilə itələyib açdıqdan sonra həmin yerdən içəri daxil olub bütün otaqları axtarsada pul və ya başqa qiymətli əşya tapa bilməyib qərara gəlmişdir ki, eyvanda olan «SHİVAKİ» markalı televizoru oğurlayıb aparsın. O, «SHİVAKİ» markalı televizoru götürdükdən sonra pəncərədən həyətə, sonra isə hasardan keçməklə küçəyə çıxmış və televizoru qonşuluqda yaşayan Xəyalənin evinə apararaq ona demişdir ki, televizor özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Xəyala televizoru neçəyə satdığını soruşmuş, o, ona 130 manata satdığını bildirdikdə Xəyala zəng vurub əri Kamranla danışdıqdan sonra 70 manat pulu olduğunu bildirmiş, o, da Xəyalə ilə razılaşaraq Zəkirənin evindən oğurladığı «SHİVAKİ» markalı televizoru 70 manata Xəyaləyə satmışdır. Xəyalədən aldığı 70 manat pulu isə sonrakı günlərdə öz şəxs ehtiyacları üçün xərcləmişdir. 23 yanvar 2022-ci il tarixdə o, dəvət olunduğu üçün Yalama PB-nə getmişdir. Yalama polis bölməsində olarkən polis əməkdaşları ondan Zəkirənin evindən televizor oğurlayıb-oğurlamadığını soruşmuşlar, o, da etiraf edərək bildirmişdir ki, 19 yanvar 2022-ci il tarixdə qonşusu Zəkirənin evinə daxil olaraq bir ədəd «SHİVAKİ» markalı televizoru oğurlayıb həmkəndlisi Xəyaləyə satmışdır. O, başqa heç bir yerdən oğurluq etməmişdir. O, ancaq həmkəndlisi Zəkirənin yaşadığı evə daxil olaraq bir ədəd «SHİVAKİ» markalı televizoru oğurlamışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, oğlu Aliklə birlikdə Xaçmaz rayonu, Orta-oba kəndində yaşayır. X11 isə 2020-ci ildə xərçəng xəstəliyindən ölmüşdür. Rzaxanov X2 onunla qonşuluqda yaşayır. Onun Şamil və sonuncunun valideyinləri ilə münasibəti yaxşı olmuşdur və aralarında ədavət və ya düşmənçilik olmamışdır. Onun Xaçmaz rayonu, Ortaoba kəndində olan evi bir mərtəbəli olmaqla ön və sağ yan tərədən daş hasarla, digər iki tərədən isə tor hasarla əhatə olunmuşdur, evinin giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. Maddi vəziyyətləri yaxşı olmadığı üçün 2021-ci ilin dekabr ayının əvvəllərində oğlu Aliklə razılaşmışlar ki, Bakı şəhəri, Qala qəsəbəsinə gedib bacısı Səbirənin evində qalsınlar və orada iş tapıb işləsinlər. Bu məqsədlə də 10 dekabr 2021-ci il tarixdə oğlu Aliklə birlikdə evdən çıxıb Bakı şəhərinə gedərkən o, özü evin giriş qapısını və həyət qapısını açarla bağlamış, açarı isə heç kimə verməyib özü ilə aparmışdır. Sonrakı günlərdə oğlu Aliklə birlikdə Bakı şəhəri, Qala qəsəbəsində yaşayan bacısı Səbirənin evində qalmışlar. 2022-ci ilin yanvar ayının ortalarında oğlu Aliklə birlikdə Xaçmaz rayonu, Ortaoba kəndinə gəlib bir gün öz evlərində qalmışlar, səhəri gün isə yenidən evin qapısını və həyət qapısını bağlayıb Bakı şəhərinə getmişlər. Həmin gün evdə olan bütün əşyalar öz yerində olmuş və evdə olan heç bir əşyaya toxunulmamışdır. Sonrakı günlərdə onlar Xaçmaz rayonu, Ortaoba kəndinə gələ bilməmişlər və 20 yanvar 2022-ci il tarixdə Ortaoba kəndində onunla qonşuluqda yaşayan qaynı arvadı Reyhan ona zəng vurub demişdir ki, evinin pəncərəsi açıqdır, deyəsən onun evinə oğru girib. Reyhanla danışdıqdan sonra oğlu Aliklə birlikdə həmin gün Xaçmaz rayonu, Ortaoba kəndində olan evinə gəlmişlər və baxanda görmüşdür ki, evinin sol yan tərəfində olan mətbəxin pəncərəsi açıqdır. O, evin giriş qapısını açıb içəri daxil olmuş və baxanda görmüşdür ki, yataq otağında olan yataq dəstləri dağıdılıb, eyvanda olan «SHİVAKİ» markalı televizor isə yoxdur. Başa düşmüşdür ki, evinə daxil olmuş şəxs mətbəxin pəncərəsini açıb içəri daxil olaraq eyvanda olan «SHİVAKİ» markalı televizoru oğurlamışdır. Bundan sonra o, Xaçmaz rayon polis şöbəsinin Yalama polis bölməsinə gedib ərizə yazaraq evindən «SHİVAKİ» markalı televizorun oğurlanması barədə məlumat vermişdir. Yalama polis bölməsində izahat verdikdən sonra polis əməkdaşları onunla birlikdə Orta-oba kəndinə yaşadığı evə gedib onun iştirakı ilə baxış keçirmişlər. Yalama polis bölməsinə şikayət etdiyi vaxtdan iki-üç gün keçdikdən sonra o, bilmişdir ki, yaşadığı evə həmkəndlisi Şamil daxil olaraq ona məxsus «SHİVAKİ» markalı televizoru oğurlamışdır. Yaşadığı evdən oğurlanmış «SHİVAKİ» markalı televizoru beş ilə əvvəl Xudat şəhərində olan mağazadan 1250 manata almışdır. Oğurlandığı günə həmin televizorun qiyməti 300 manatdan çox olardı. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Ortaoba kəndində yaşayır. O, Xaçmaz rayonu, Ortaoba kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Ancaq onun Şamillə heç bir qohumluq əlaqəsi yoxdur. 19 yanvar 2022-ci il tarixdə təxminən saat 16-17 radələrində yaşadığı evin həyət qapısı döyülmüş və o, qapını açanda görmüşdür ki, qapını döyən Şamildir. Həmin vaxt Şamil qucağında bir ədəd «SHİVAKİ» markalı televizor tutmuşdur. Şamildən nə lazım olduğunu soruşduqda demişdir ki, qucağında tutduğu «SHİVAKİ» markalı televizor özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Şamildən televizoru neçəyə satdığını soruşduqda isə demişdir ki, 130 manat versə həmin televizoru ona satar. Şamilin sözlərindən sonra o, əri Kamrana zəng vurub demişdir ki, Şamil bir ədəd «SHİVAKİ» markalı televizor gətirmişdir, 130 manat satır, istəyirsə həmin televizoru özləri alsınlar. Kamranda ona demişdir ki, onun 70 manat pulu var. O, bu barədə Şamilə bildirdikdə sonuncu «SHİVAKİ» markalı televizoru ona 70 manata satmağa razılaşmışdır. Bir qədər keçdikdən sonra əri Kamran evə gəlib ona 70 manat pul vermiş, o, da həmin 70 manat pulu Şamilə verib onun satdığı «SHİVAKİ» markalı televizoru almışdır. 25 yanvar 2022-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə Yalama PB-nə getmişdir. Yalama polis bölməsində olarkən polis əməkdaşları Şamildən televizor alıb-almadığını soruşmuşlar, o, da bildirmişdir ki, 19 yanvar 2022-ci il tarixdə Şamil bir ədəd «SHİVAKİ» markalı televizoru ona 70 manata satmışdır, həmin televizor isə hal-hazırda evindədir. Polis əməkdaşları Şamilin ona satdığı «SHİVAKİ» markalı televizoru həmkəndlisi Zərərçəkmiş şəxs evindən oğurladığın bildirmişlər, bu səbəbdən də əri Kamran Şamildən aldığı «SHİVAKİ» markalı televizoru aparıb polis əməkdaşlarına təqdim etmişdir. Şamil ona demişdir ki, satdığı «SHİVAKİ» markalı televizor özünə məxsusdur, pul lazım olduğu üçün ucuz qiymətə satır. Şamili tanıdığı üçün inanıb televizoru ondan almışdır. Şamildən aldığı televizorun oğurluq yolu ilə əldə edildiyini bilsəydi heç vaxt Şamillə razılaşıb onu almazdı. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı Şahid3 ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, anası Zərərçəkmiş şəxs ilə birlikdə Xaçmaz rayonu, Orta-oba kəndində yaşayır. X9 isə 2020-ci ildə xərçəng xəstəliyindən ölmüşdür. Rzaxanov X2 onunla qonşuluqda yaşayır. Onun Şamil və sonuncunun valideyinləri ilə münasibəti yaxşı olmuşdur və aralarında ədavət və ya düşmənçilik olmamışdır. Onun Xaçmaz rayonu, Ortaoba kəndində olan evi bir mərtəbəli olmaqla ön və sağ yan tərədən daş hasarla, digər iki tərədən isə tor hasarla əhatə olunmuşdur, evinin giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. Maddi vəziyyətləri yaxşı olmadığı üçün 2021-ci ilin dekabr ayının əvvəllərində anası ilə razılaşmışlar ki, Bakı şəhəri, Qala qəsəbəsinə gedib xalası Səbirənin evində qalsınlar və orada iş tapıb işləsinlər. Bu məqsədlə də 10 dekabr 2021-ci il tarixdə onlar birlikdə evdən çıxıb Bakı şəhərinə gedərkən anası özü evin giriş qapsını və həyət qapısını açarla bağlamış, açarı isə heç kimə verməyib özləri ilə aparmışlar. Sonrakı günlərdə o, anası birliklə Bakı şəhəri, Qala qəsəbəsində yaşayan xalası Səbirənin evində qalmışlar. 2022-ci ilin yanvar ayının ortalarında anası ilə birlikdə Xaçmaz rayonu, Ortaoba kəndinə gəlib bir gün öz evlərində qalmışlar, səhəri gün isə yenidən evin qapısını və həyət qapısını bağlayıb Bakı şəhərinə getmişlər. Həmin gün evdə olan bütün əşyalar öz yerində olmuş və evdə olan heç bir əşyaya toxunulmamışdır. Sonrakı günlərdə onlar Xaçmaz rayonu, Ortaoba kəndinə gələ bilməmişlər və 20 yanvar 2022-ci il tarixdə Ortaoba kəndində onlarla qonşuluqda yaşayan əmisi arvadı Reyhan anasına zəng vurub demişdir ki, evinin pəncərəsi açıqdır, deyəsən onların evlərinə oğru girib. Reyhanla danışdıqdan sonra anası ilə birlikdə həmin gün Xaçmaz rayonu, Ortaoba kəndində olan evlərinə gəlmişlər və baxanda görmüşlər ki, evinin sol yan tərəfində olan mətbəxin pəncərəsi açıqdır. Anası evin giriş qapısını açmış və o, içəri daxil olmuş və baxanda görmüşdür ki, yataq otağında olan yataq dəstləri dağıdılıb, eyvanda olan «SHİVAKİ» markalı televizor isə yoxdur. Başa düşmüşdür ki, evinə daxil olmuş şəxs mətbəxin pəncərəsini açıb içəri daxil olaraq eyvanda olan «SHİVAKİ» markalı televizoru oğurlamışdır. Bundan sonra anası Xaçmaz rayon polis şöbəsinin Yalama polis bölməsinə gedib ərizə yazaraq evlərindən «SHİVAKİ» markalı televizorun oğurlanması barədə məlumat vermişdir. Yalama polis bölməsində izahat verdikdən sonra polis əməkdaşları anası ilə birlikdə Orta-oba kəndinə yaşadığı evə gedib baxış keçirmişlər. Yalama polis bölməsinə şikayət etdiyi vaxtdan iki-üç gün keçdikdən sonra o, bilmişdir ki, yaşadığı evə həmkəndlisi Şamil daxil olaraq onlara məxsus «SHİVAKİ» markalı televizoru oğurlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2022-ci il tarixli 9/4074 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş fotoşəkillərə əsasən bir ədəd «SHİVAKİ» markalı, “43SF90G” model, 109 dioqanallı (43 düym) televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti 340,0 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş İ-12462 saylı Azərbaycan Respublikası Prezidentinin25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə Rzaxanov X6 azad olunmasına görə medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 400 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 30 oktyabr 2017-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona təyin olunmuş 400 manat cəriməni tam olaraq ödəmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən müəyyən olunur ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Ortaoba kəndindəki evin arxa tərəfində olan açıq sahədən keçməklə Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olduqdan sonra əli ilə itələməklə mətbəxin pəncərəsini açıb evə qanunsuz daxil olaraq eyvandan 340 manat dəyərində bir ədəd «SHİVAKİ» markalı, «43SF90G» model, 109 dioqanallı (43 düyüm) televizoru qanunsuz götürüb aparmaqla 340 manat məbləğində oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf edib hərəkətindən peşman olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, barışıq əldə etməsini, ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını, Füzulinin azad olunmasına görə medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməklə və ziyanı ödəməklə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan növbəti gün 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə qetməmək haqqında” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə 340 manat ziyan ödənilməsi nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, eləcə də iş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə 340 manat ziyan ödənilməsi nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : VÜSALƏ QASİMOVA.
Məhkəmə qərarları › İş №1(067)-125/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-125/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver