Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-125/2025 09.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1993-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 74-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda psixotrop maddəni üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 mart 2025-ci il tarixdə, saat 20:55-21:18 müddətində ünvan 1 ünvanın qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində daşıdığı 01 ədəd kibrit qutusundakı sellofan bükümdə 0,246 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz şəhərində qohumları olduğundan gəlib-getmişdir. O, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Hazırkı iş üzrə üzərində saxladığı psixotrop maddə aşkar edilən gün o, Xaçmaz şəhərində aptekdən anası üçün dərman almağa getdikdə “Sevimli soba” restoranının qarşısından piyada keçərkən yerdə olan kibrit qutusuna ayağı ilə toxunduqda boş olmadığını hiss etdiyindən həmin qutunu götürüb içərisində metamfetamin psixotrop maddəsi olduğunu görmüş, cibinə qoyaraq özünün istifadəsi üçün saxlamış, sonra isə polis əməkdaşları tərəfindən saxlanılaraq onun üstü yoxlanılmış və üzərində saxladığı metamfetamin aşkar edilmişdir. Həmçinin bildirdi ki, o, hazırkı iş üzrə üzərindən aşkar edilmiş metamfetamini heç kimdən almamış, təsadüfən yerdən tapmışdır. O, saxlanılaraq üstü yoxlanılarkən videoçəkilişdən istifadə olunmuşdur. Onun atası 2022-ci ildə Ukraynada ölmüş, o, səhhətində xəstəliyi olan anası ilə birlikdə ikisi yaşayır, anasına ondan başqa baxan digər şəxs yoxdur, narkomaniya xəstəsi olduğundan məcbur olaraq narkotik vasitə, psixotrop maddədən istifadə edir, lakin o, fəhləlik edərək qazanc əldə edib ilk növbədə anasının dərmanlarını alır. Qeyd olunan ların nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 2 ünvanında ailə üzləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, 2021-ci il tarixdən indiyə qədər narkotik vasitə olan qurudulmuş marixuana və 2024-cü il tarixdən psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 17 radələrində Xaçmaz şəhərinə apteklərə anası üçün təzyiq dərmanı almaq məqsədilə gəlmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 19:50 radələrində Xaçmaz şəhərində yerləşən “Sevimli soba” restoranının qarşısı ilə piyada hərəkət edərkən yerdə kibrit qutusu tapmışdır. Həmin qutuda kibrit olacağını düşünərək içinə baxdıqda 01 ədəd baş hissəsi sındırılmış şüşə ampul və 01 ədəd sellofan bükümdə metamfetamin olmasını aşkar etmişdir. Belə ki, o, psixotrop maddə metamfetamin istifadəçisi olduğu üçün həmin kibrit qutusunu içərisində olan 01 ədəd baş hissəsi sındırılmış ampul və 01 ədəd sellofan bükümdə metamfetamin ilə birlikdə əynindəki qara rəngli gödəkçəsinin cibinə daha sonra istifadə etmək məqsədilə qoymuşdur. O, xx.xx.2025ci il tarixdə, saat təxminən 20:55 radələrində Xaçmaz şəhəri, X2 küçəsi ilə piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq öz xidməti vəsiqəsini təqdim edib Xaçmaz RPŞ- nin əməkdaşları olmalarını qeyd etmişlər və bildirmişlər ki, o, narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinir, ona görə də üstü yoxlanılmalıdır. Bu zaman üstünü yoxlayan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd kibrit qutusunu aşkar etmişlər. Həmin vaxt polis əməkdaşlarından biri videoçəkiliş aparırdı. Polis əməkdaşları kibrit qutusuna baxış keçirmişlər, kibrit qutusunun içərisində olan 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd baş hissəsi sındırılmış ampulu aşkar etmişlər, daha sonra isə içərisində metamfetamin olan sellofan büküm və baş hissəsi sındırılmış şüşə ampul hər biri ayrı zərflərdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərflərin üzərinə onların ad və soyadları yazılmış, o və digər iştirakçılar zərfin üzərini imzalamışlar. Daha sonra isə polis əməkdaşları onu Xaçmaz RPŞ-yə gətirmişlər. Xaçmaz RPŞ-də təhqiqatçı tərəfindən onun və həmin polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunaraq qablaşdırılmış metamfetaminə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində 01 ədəd büküm olması aşkar edilmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Həmin metamfetamin büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. O, bir daha bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamindir, ona məxsusdur və həmin metamfetamini bir ədəd kibrit qutusunun içərisində xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Sevimli Soba” restoranın qarşısından yerdən taparaq və gələcəkdə özünün istifadə etməyi üçün üzərində saxlamışdır. Bundan sonra təhqiqatçı tərəfindən digər zərfə açılıb baxılmış və içərisində bir ədəd sınmış ampulun olması aşkar edilmiş və o, həmin bir ədəd sınmış şüşə ampulu da həmin vaxt tapdığını bildirmişdir. Daha sonra həmin metamfetamin və sınmış ampul təhqiqatçı tərəfindən təkrar qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Habelə bir ədəd DVD diskə köçürülmüş videogörüntüyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, yuxarıda ifadəsində bildirdiyi kimi, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini və baş hissəsi sınmış bir ədəd şüşə ampulu xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Sevimli Soba” restoranının qarşısından piyada hərəkətdə olan zaman bir ədəd kibrit qutusunun içərisində olmaqla yerdən tapmış, özü narkotik vasitə və psixotrop maddə metamfetamin istifadəçisi olduğu üçün kibrit qutusunun içərisindəki sellofan bükümdə olan maddənin metamfetamin olduğunu başa düşmüş və buna görə də kibrit qutusu ilə birlikdə götürüb öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır, həmin psixotrop maddədən heç kəsə verməmişdir. O, narkotik vasitə və psixotrop maddə metamfetamin istifadəçisi olsa da, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, saxlanılarkən və ya Xaçmaz RPŞ-də gətirilildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixoloji təsir və ya fiziki zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və tez-tez Xaçmaz şəhəri ərazisinə gəlməsi barədə ona daxil olan əməliyyat məlumatı tərəfindən raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra 15 mart 2025-ci il tarixdə, saat 20:55 radələrində Xaçmaz şəhəri, X2 küçəsi 5 nömrəli ünvanın qarşısında baş əməliyyat müvəkkili Şahid2 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunan əşya varsa, təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin üst sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxardaraq onlara təqdim edərək içərisində sellofan bükümdə ağ rəngli psixotrop maddə metamfetamin və bir ədəd sınmış ampul olduğunu və həmin maddəni və ampulu bir ədəd kibrit qutusunun içərisində 15 mart 2025-ci il tarixdə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Sevimli Soba” restoranının qarşısında yerdən tapdığını bildirmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kibrit qutusuna açıb baxış keçirilən zaman içərisindən bir ədəd sellofan büküm, bir ədəd baş hissəsi sındırılmış süşə ampul aşkar edilmişdir. Həmin bükümün içərisinə baxılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlənin olması müəyyən edilmişdir. Onun tərəfindən həmin büküm elektron tərəzidə çəkilmiş, bu zaman içərisindəki maddə ilə birlikdə bükümün çəkisi 0,34 qram olması müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman üzərindən içərisində siqaret dənələri olan bir qutu “West” markalı siqaret qutusu, cib darağı və “Samsung J2” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm onun tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanmış və aşkar olunmuş sınmış ampul bir ədəd zərfə qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən həmin zərflərin üzəri imzalandıqdan sonra götürülmüşdür. Aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baş əməliyyat müvəkkili Şahid2 tərəfindən baxış əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra Xaçmaz RPŞ-də təhqiqatçı Kamran Zeynalov tərəfindən onların da iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış metamfetaminə sonuncunun da iştirakı ilə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində 01 ədəd büküm olması müəyyən edilmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin metamfetamin büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur və həmin metamfetamini və sınmış şüşə ampulu bir ədəd kibrit qutusunun içərisində xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Sevimli Soba” restoranının qarşısında yerdən tapmış və metamfetamini gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Bundan sonra təhqiqatçı tərəfindən digər zərfə açılıb baxılmış və içərisində bir ədəd sınmış şüşə ampulun olması aşkar edilmişdir. Daha sonra həmin metamfetamin və sınmış ampul təhqiqatçı tərəfindən təkrar qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələrindən müəyyən edilir ki, onlar Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 15 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə ünvan 4 ünvanın qarşısında, 15 mart 2025-ci il tarixdə, saat 20:55-də iş üzrə Təqsirləndirilən şəxs saxlanılaraq üstü yoxlanılmışdır. Belə ki, yuxarıda adları qeyd olunan əməliyyat müvəkkilləri videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə edib saxlaması və daşımasında şübhəli olmasını bildirmişlər və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin üst sol yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək içərisində sellofan bükümdə ağ rəngli psixotrop maddə metamfetamin və bir ədəd baş hissəsi qırıq ampul olduğunu, həmin maddəni və ampulu bir ədəd kibrit qutusunun içərisində 15 mart 2025-ci il tarixdə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Sevimli Soba” restoranının qarşısında yerdən tapdığını bildirmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kibrit qutusuna açıb baxış keçirilən zaman içərisindən bir ədəd sellofan büküm və bir ədəd baş hissəsi sındırılmış üzərində “novokain” yazı olan boş şüşə ampul aşkar edilmişdir. Həmin bükümün içərisinə baxılan zaman içərisində psixotrop maddə - metamfetaminə bənzər ağ rəngli kütlənin olması müəyyən edilmişdir. Şahid1 tərəfindən həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,34 qram olması müəyyən edilmişdir. Bundan sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman içərisində siqaret dənələri olan “West” markalı bir siqaret qutusu, cib darağı və “Samsung J2” markalı telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm qablaşdırılaraq möhürlənmiş və aşkar olunmuş qırıq ampul da bir ədəd zərfə qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən həmin zərflərin üzəri imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar isə onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması yekunlaşdıqdan sonra o, rayon polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan 15 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən 02 ədəd zərf təhqiqata təqdim edilərək həmin zərflərin içərisində olan predmetləri Təqsirləndirilən şəxs götürüldüyünü və içərisində 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlənin və 01 ədəd baş hissəsi sındırılmış şüşə ampul olduğunu bildirmişdir. Təqdim edilmiş 01 ədəd zərf möhürlənmişdir və üzərinə “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd “novokain” ampul, 1. Şahid3, 2. Şahid2, 3. Təqsirləndirilən şəxs, 4. Şahid1” sözləri yazılaraq imza ediimişdir. Təqdim edilmiş digər 01 ədəd zərf möhürlənmişdir və üzərinə “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotikə bənzər kütlə, 1. Şahid3, 2. Şahid2, 3. Təqsirləndirilən şəxs, 4. Şahid1” sözləri yazılaraq imza edilmişdir. Təhqiqatçı tərəfindən zərflər qayçı ilə yan hissədən kəsilərək içərilərinə baxılmış və zərflərdə olan 0,34 qram çəkidə 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin, 01 ədəd baş hissəsi sındırılmış şüşə ampulun olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan 02 ədəd zərfdə olan 01 ədəd sellofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, onu və 01 ədəd baş hissəsi kəsilmiş ampulu Xaçmaz şəhəri ərazisində yerləşən “Sevimli Soba” restoranının qarşısında 01 ədəd kibrit qutusunun içərisində aşkar etdiyini və metamfetamini gələcəkdə özünün istifadə etməsi üçün saxlamasını bildirmişdir. Təqdim olunan 02 ədəd zərfdə olan 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd baş hissəsi kəsilmiş ampul təhqiqatçı tərəfindən götürülmüşdür. Əməliyyat müvəkkiii tərəfindən təqdim olunan DVD diskə təhqiqatçı tərəfindən baxılan zaman məlum olmuşdur ki, əməliyyat-axtarış tədbirləri keçirilən zaman həmin proses əvvəldən axıradək fasiləsiz videogörüntüyə alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 5(067)-81/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat tədbirlərinin keçirilməsi haqqında 15 mart 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional bölməsinin 16 mart 2025-ci il tarixli, 20/94 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “AR DİN “Zərflər üçün N 58” möhür əksi, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd baş hissəsi qoparılmış ampula”... əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,246 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 01 ədəd baş hissəsi qırıq vəziyyətdə olan şüşə ampulun içərisində hər hansı bir narkotik vasitə, güclü təsir edən maddə və ya psixotrop maddələrin izləri yoxdur. Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,196 qram təşkil etmişdir. İş materiallarında olan 17 mart 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,246 qram təşkil etmiş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,196 qram çəkidə qalıq qalmış həmin psixotrop maddə, habelə baş hissəsi sınmış ampul Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 08 may 2025-ci il tarixli, 2690 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Onun psixotrop maddəni kimdənsə alması müəyyən edilməmişdir. Həmin psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 03 iyun 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsin üstünün yoxlanılmasının videoçəkilişi köçürülmüş DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,246 qram, yəni xeyli miqdarda olmuşdur.. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmlərin, qərarların, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın surətlərindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(101)-537/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli CM-nin 126.1-ci maddəsinə tövsif edilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı Əfv Sərəncamına əsasən (CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş) cəzasının çəkilməmiş hissəsindən azad edilmiş; Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-100/2020 saylı qərarı ilə onun CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraata CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş; Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(027)-167/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluqları ödənilmiş, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)- 164/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 20 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Quba Rayon İHB-nın Quba şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır. İş materiallarından, Quba Rayon İHB-nın Quba şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, tibbi sənədlərin, ölüm haqqında şəhadətnamənin surətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs subaydır, onun atası vəfat etmiş, himayəsində səhhətində Hepatit A xəstəliyi olan 1964-cü il təvəllüdlü anası vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xəstə anasının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 15 mart 2025-ci il tarixli protokoldan, “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 17 mart 2025-ci il tarixli qərardan və xx.xx.2025-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə (xx.xx.2025-ci il tarixli) əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını məqsədə müvafiq sayır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki, həmin iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs tiryək opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar edilmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmiş, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan hazırkı iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli narkoloji rəydən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Quba Rayon Mərkəzi Xəstəxanasında F19.2 diaqnozu ilə dispanser qeydiyyatadır. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji kabinetində “F19” diaqnozu ilə 2021-ci ildən qeydiyyatdadır. Məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə (yenidən) qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,246 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,196 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. Odur ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,196 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə və 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə (yenidən) qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,196 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-125/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-125/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver