Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-126/2021 26.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən əldə edib saxlamaqla daşımış, bu fakt 07 may 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nin inzibati binasında onun üstünə saat 22:00- 22:15 müddətində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən üzərində «Rothmans» yazısı olan 01 ədəd siqaret qutusunun içərisində 9,280 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş və buna görə də həmin narkotik vasitəni tanıyır. Təxminən bir həftə əvvəl piyada Xaçmaz şəhəri dəmir yolu vağzalının yaxınlığından keçib gedən zaman dəmir yolu xəttinin yaxınlığında yerdə bir ədəd göy rəngli siqaret qutusu olduğunu görmüş və həmin siqaret qutusu diqqətini çəkdiyindən onu yerdən götürüb açmışdır. Qutunu açanda onun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, narkotik vasitə olan qurudulmuş marixuananı tanıdığına və əvvəllər bir neçə dəfə ondan istifadə etdiyinə görə içərisində marixuana olan siqaret qutusunu götürüb şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Həmin vaxtdan içərisində marixuana olan siqaret qutusu əynində olan gödəkcənin cibində qalmış, lakin ondan istifadə etməmiş və onu tapdığı vəziyyətdə cibində saxlamışdır. 07 may 2021-ci il tarixdə saat 21 radələrində Xaçmaz şəhəri Vağzal küçəsi ilə piyada hərəkət edən zaman iki şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demiş, qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, qeyd olunan narkotik vasitə həmin vaxt cibində olsa da, yolda polis əməkdaşları hərəkətlərinə nəzarət etdiklərindən onu özündən kənara tullaya bilməmişdir. Polis Şöbəsinə gəldikdən sonra ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmiş, bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuş və Xaçmaz rayon Hüquq Bürosunun vəkili Nadir Lalayev hüquqlarının müdafiə olunmasından ötrü ona təqdim olunmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və daha sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə müdafiəçi Nadir Lalayevin iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları əynindəki gödəkcənin sağ yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan göy rəngli siqaret qutusunu, şalvarının cibindən isə 01 ədəd 5 manatlıq, iki ədəd 1 manatlıq əskinaslardan və bir ədəd 50 qəpiklikdən ibarət olmaqla ümumilikdə 7,5 manat məbləğində pul aşkar olunmuşdur. Polis əməkdaşları üzərindən götürülmüş siqaret qutusunu açmış və içərisindəki yaşıl rəngli bitki kütləsini iştirakçılar göstərmişlər. Sorğu zamanı o, özü siqaret qutusunun içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmiş, həmin narkotik vasitəni Xaçmaz şəhərində, dəmir yolu vağzalının yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Polis əməkdaşları içərisində marixuana olan siqaret qutusunu bir ədəd kağız zərfə qoyaraq qablaşdırmış və ağzını möhürləyərək götürmüş, üstündən aşkar edilmiş 7,5 manat məbləğində pul isə onun özünə qaytarılmışdır. Bundan sonra faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə o, həmin protokolu və üzərindən aşkar edilərək götürülmüş marixuananın qablaşdırıldığı zərfin tamlığını imzası ilə təsdiq etmişdir. O, həmçinin bildirmişdir ki, narkotik vasitələrdən arabir istifadə etsə də, narkotik vasitələrdən istifadə etdiyini heç kim bilməsin deyə özü tək marixuanadan istifadə etmiş, ona görə də nə ailə üzvlərinin, nə də ki, başqa şəxslərin onun marixuanadan istifadə etməsi və qeyd olunan tarixdə üstündə marixuana olması barədə heç bir məlumatları olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 07 may 2021- ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri Vağzal küçəsi ilə piyada getdiyini müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və o, bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 həvalə olunduğundan onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili X6 şöbəyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunandan və keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 həvalə olunandan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu üçün Xaçmaz RPŞ-nə gətirildiyi, bununla bağlı şübhəli şəxs qismində tutulduğu və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və bundan sonra ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən üzərində «Rothmans» sözü yazılmış 01 ədəd göy rəngli siqaret qutusu çıxarıb təqdim etmiş, onun təqdim etdiyi siqaret qutusu açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindəki kütlənin həqiqətən narkotik vasitə marixuana olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi və hansı məqsədlə üstündə saxlaması soruşulduqda o, həmin narkotik vasitəni Xaçmaz dəmir yolu vağzalının yaxınlığından tapdığını, əvvəllər marixuanadan istifadə etdiyindən şəxsi istifadəsi üçün götürüb üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, əynindəki şalvarın sol yan cibindən 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq əskinaslardan və 01 ədəd 50 qəpiklikdən ibarət olmaqla ümumilikdə 7,5 manat məbləğində pul aşkar olunmuşdur. Lakin onun üstündən başqa narkotik vasitə və digər cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olan siqaret qutusu ekspertizaya göndərilməsindən ötrü 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüş, 7,5 manat məbləğində pul isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid3 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış və faktla bağlı X7 tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaq zamanı elan olunaraq araşdırılmış şahid Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, 07 may 2021-ci il tarixdə saat 22 radələrində Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 ona videoçəkiliş vasitəsi ilə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçiriləcəyini və həmin prosesin video görüntülərini çəkiliş vasitəsi ilə qeydə almaq lazım olduğunu demişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupunun yaradılması, NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 qrupun tərkibinə daxil edilməsi və onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilməsi ona məlum olmuşdur. X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunandan və hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X6 təqdim olunandan sonra ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Xaçmaz RPŞ-nə gətirildiyi, bununla bağlı şübhəli şəxs qismində tutulduğu və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra ona üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən üzərində «Rothmans» sözü yazılmış 01 ədəd göy rəngli siqaret qutusu çıxarıb təqdim etmiş, onun təqdim etdiyi siqaret qutusu açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindəki kütlənin həqiqətən narkotik vasitə marixuana olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etməsi və hansı məqsədlə üstündə saxlaması soruşulduqda o, həmin narkotik vasitəni Xaçmaz dəmir yolu vağzalının yaxınlığından tapdığını, əvvəllər marixuanadan istifadə etdiyindən şəxsi istifadəsi üçün götürüb üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, əynindəki şalvarın sol yan cibindən 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq əskinaslardan və 01 ədəd 50 qəpiklikdən ibarət olmaqla ümumilikdə 7,5 manat məbləğində pul aşkar olunmuşdur. Lakin onun üstündən başqa narkotik vasitə və digər cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olan siqaret qutusu ekspertizaya göndərilməsindən ötrü 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüş, 7,5 manat məbləğində pul isə onun özünə qaytarılmışdır. Faktla bağlı X7 tərəfindən protokol tərtib edilmiş və ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntülərini əvvəldən axıra kimi «Samsung» markalı video kamera vasitəsi ilə qeydə almış və sonradan həmin video görüntüləri 01 ədəd CD diskə köçürərək X7ə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 08 may 2021-ci tarixli, 7/443 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütlə» yazılar və imzalar olan zərfdə bir ədəd üzərində «Rothmans» yazısı olan siqaret qutusunda təmiz çəkisi - 9,280 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2021-ci il tarixli, 1771 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui- istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onun əynindəki gödəkçənin sağ yan cibindən üzərində «Rothmans» sözü yazılmış 01 ədəd siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin və əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilmiş üzərində «Rothmans» sözü yazılmış 01 ədəd siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmasının görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs götürülmüş 9,280 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 09 may 2021-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, onun 0,02 qramının tədqiqata sərf edilməklə istifadə olunması nəzərə alınmış və qalan 9,260 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 01 (bir) ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika informasiya idarəsindən alınmış tələbnamədən və Xaçmaz rayon Məhkəməsindən alınmış hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs X10 rayon Məhkəməsinin 05.03.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 illik sınaq müddəti ilə şərti hesab edilmiş və məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə anadan olub, Azərbaycan Respublikası vətəndaşıdır, elidir, orta təhsillidir, ünvan 1 ünvanda yaşayır və müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən əldə edib saxlamaqla daşımış, bu fakt 07 may 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nin inzibati binasında onun üstünə saat 22:00- 22:15 müddətində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən üzərində «Rothmans» yazısı olan 01 ədəd siqaret qutusunun içərisində 2,280 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (himayəsində azyaşlı uşağın olmasını, əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan 07 may 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Xaçmaz rayon məhkəməsinin 09 may 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 9,260 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdən 09 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 9,260 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-126/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-126/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver