Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-126/2023 15.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xaçmaz şəhəri, Natəvan küçəsi, ev 27A, mənzil 15-də qeydiyyatda olan və yaşamış, hazırkı cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda digər cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və həmin cinayət işinin baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz şəhəri, Natəvan küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis X12 Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 03 mart 2023-cü il tarixdə, saat 13:40-13:50 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunun içərisində 01 ədəd gümüşü rəngli folqa kəsiyi bükümündə 0,471 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırkı iş üzrə onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini o, yerdə olan siqaret qutusunun içərisindən tapmışdır. Hazırda hadisəni tam təfərrüatı ilə xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmçinin bildirdi ki, o, təxminən iki il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. Onun yerdən tapdığı həmin narkotik vasitəni onun üçün kimsə qoymamış, ona bu barədə bildirməmiş, o, həmin heroini təsadüfən özü yerdən tapmışdır. O, həmin heroindən istifadə etməyə imkan tapmadığından istifadə etməmişdir. Tapdığı həmin narkotik vasitə siqaret qutusunun içərisində bir büküm olmuş, o, heroini elə siqaret qutusu ilə birlikdə götürmüşdür. Tapdığı həmin siqaret qutusunun içərisindən heroin bükümündən başqa borucuq şəklinə salınmış 01 manatlıq əskinas da olmuş, həmin əskinas da o, siqaret qutusunu taparkən onun içərisində olmuşdur. O, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, təxminən 1 ildir ki, kakos kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. 02 mart 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evin yerləşdiyi Xaçmaz şəhəri, Natəvan küçəsində olduğu zaman yolun kənarında “Rothmans” markalı siqaret qutusunun olmasını görmüşdür. O, həmin qutunu ayağı ilə vuran zaman qutu açılmış və içərisindən bükümün çıxmasını görmüşdür. Özü narkotik vasitə heroin istifadəçisi olduğundan düşünmüşdür ki, həmin bükümün içərisində narktoik vasitə ola bilər. Bu məqsədlə siqaret qutusunu və bükümü əyilib yerdən götürmüşdür. Bükümün içərisinə baxdığı zaman orada narkotik vasitə heroinin olmasını görmüşdür. Düşünmüşdür ki, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün götürüb özündə saxlasın. Belə ki, içərisində heroin olan bükümü həmin siqaret qutusunun içərisinə qoyaraq əynində olan şalvarın cibinə qoymuşdur. Həmin gün tapdığı narkotik vasitə heroindən istifadə etmək üçün bir manatlıq pul əskinasını boru halına salmış və heroini yandıraraq həmin boru vasitəsi ilə tüstüsünü çəkmişdir. Həmin borunu və bükümdə qalan heroini yenidən eyni siqaret qutusunun içərisinə qoyaraq əynində olan şalvarın cibinə qoymuşdur. 03 mart 2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı evin yerləşdiyi Xaçmaz şəhəri, Natəvan küçəsində olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olmağını bildirmişlər. O, polis əməkdaşlarının dəvəti ilə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-də ona müdafiəçi təqdim edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu və bir ədəd alışqanı çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən tapdığı, içərisində narkotik vasitə heroin olan bir ədəd büküm və boru halına saldığı 1 manatlıq pul əskinası aşkar edilmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən içərisində 10 ədəd siqaret dənəsi olan bir ədəd “LD” markalı siqaret qutusu, əynindəki şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 8 ədəd 5 manatlıq və 20 ədəd 1 manatlıq pul əskinasları aşkar edilmişdir. Bunlardan başqa onun üzərindən hər hansı predmet aşkar edilməmişdir. O, içərisində heroin olan həmin bükümü tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və borudan da heroinin tüstüsünü nəfəsinə çəkmək üçün istifadə etdiyini bildirmişdir. Həmin büküm və boru halında olan pul əskinası polis əməkdaşı tərəfindən götürülərək müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılmışdır. Zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilən əşyalar və pul əskinasları əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış prosesi əvvəldən axıradək videoçəkilişlə qeydə alınmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, heç bir vaxt satış məqsədi olmamışdır və satmamışdır. Polis əməkdaşları onu saxladıqları zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, səhv xatırlamırsa 2023-cü ilin mart ayının əvvəlləri iş üzrə təqsirləndirilən şəxsin barəsində narkotik vasitələrin istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onlar təqsirləndirilən şəxsə Xaçmaz şəhərində yaxınlaşaraq Xaçmaz RPŞ-yə dəvət edərək gətirmişlər, həmin polis şöbəsində təqsirləndirilənin üzərinə müstəntiqin iştirakı ilə axtarış keçirilmiş, bu zaman təqsirləndirilənin üzərindən bir bükümdə narkotik vasitə olan heroin və bir ədəd borucuq formasına salınmış kağız aşkar edilmişdir. Bundan başqa üzərindən siqaret və beş-üç manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini özü də etiraf etmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur, yanında kimsə olmamışdır. Polis şöbəsində təqsirləndirilən şəxs narkotik vasitəni cibindən özü çıxararaq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, o, dərhal bu məlumatı Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Xaçmaz RPŞ-nin rəisinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin Yalama PB-nin sahə rəisi vəzifəsində işləyən Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinə, yəni Şahid2 və ona hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 03 mart 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Natəvan küçəsində olduğunu müəyyən etmişlər və Təqsirləndirilən şəxs yanına gedib sonuncuya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra barəsində Xaçmaz RPŞ-nin Yalama PB-nə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifi ilə razılaşıb onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi İstintaq bölməsinin müstəntiqi Nemət Xasayevə həvalə olunmuşdur. X11 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, sonuncuya dövlət büdcəsi hesabına müdafiəçi təqdim edilmiş və onun müdafiə hüquqları təmin edilib üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış başlayan zaman X11 özünü, daha sonra onlar da özlərini təqdim etdikdən sonra X11 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitləri əldə etməsi, daşıması, gəzdirməsi və istifadə etməsi barədə Xaçmaz RPŞ-nin Yalama PB-nə əməliyyat məlumatı daxil olduğunu bildirib sonuncudan şəxsi axtarışın göstərilən şəxslərin iştirakı ilə keçirilməsinə etirazının olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs də hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra X11 Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoymasını tələb etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd alışqan və bir ədəd “Rothmans” markalı siqaret qutusu çıxararaq otaqda olan masanın üzərinə qoymuşdur. X11 tərəfindən həmin siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə olan bir ədəd gümüşü rəngli folqa kəsiyi bükümü, üzərində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli izlər olan boru halına salınmış 1 manatlıq pul əskinası və boş folqa kəsiyinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müvafiq suallara cavab olaraq bükümün içərisində olan qəhvəyi rəngli maddənin “kakos”, yəni narkotik vasitə heroin olmasını, boru halına saldığı pul əskinası vasitəsi ilə həmin narkotik vasitəni tüstüsünü çəkmək üçün istifadə etdiyini və həmin narkotik vasitə adlandırdığı maddəni tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə X11 tərəfindən şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən içərisində 10 ədəd siqaret dənəsi olan bir ədəd “LD” markalı siqaret qutusu, əynindəki şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 8 ədəd 5 manatlıq və 20 ədəd 1 manatlıq pul əskinası aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunduğu zaman yıxılması və gözündən zədə almasını, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməməsini və zor tətbiq olunmamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində qəhvəyi rəngli maddə olan büküm və boru halına salınmış pul əskinası X11 tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən əşyalar və pul əskinasları əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış prosesi Xaçmaz RPŞ-nin Yalama PB-nin manqa komandiri X9 tərəfindən videoçəkiliş vasitəsi ilə əvvəldən axıradək qeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X3 RPŞ-nin Yalama PBnin baş əməliyyat müvəkkili Şahid1, həmin polis bölməsinin sahə rəisi Şahid2, həmin polis bölməsinin manqa komandiri X9, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd alışqan və bir ədəd “Rothmans” markalı siqaret qutusu çıxararaq otaqda olan masanın üzərinə qoyur. Həmin siqaret qutusunun içərisinə baxılan zaman orada içərisində narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli maddə olan bir ədəd gümüşü rəngli folqa kəsiyi bükümü, üzərində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli izlər olan boru halına salınmış 1 manatlıq pul əskinası və boş folqa kəsiyinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan qəhvəyi rəngli maddənin “kakos”, yəni narkotik vasitə heroin olmasını, boru halına saldığı pul əskinası vasitəsi ilə həmin narkotik vasitənin tüstüsünü çəkmək üçün istifadə etdiyini və həmin narkotik vasitəni tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən içərisində 10 ədəd siqaret dənəsi olan bir ədəd “LD” markalı siqaret qutusunun olması, əynindəki şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 8 ədəd 5 manatlıq və 20 ədəd 1 manatlıq pul əskinasları olması müəyyən edilmişdir. Bundan başqa onun üzərindən hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində qəhvəyi rəngli maddə olan büküm və boru halına salınmış pul əskinası müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılıb möhürlənərək götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən əşyalar və pul əskinasları əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır. Şəxsi axtarış prosesinin videoçəkilişi əvvəldən axıradək X9 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2023-cü il tarixli, 6/1309 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,471 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd boru şəkilli 1 manatlıq pul əskinasının üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,421 qram təşkil etmişdir. İş materiallarında olan 09 mart 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,471 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,421 qram təşkil edən heroin narkotik vasitəsi və üzərində heroin izləri olan bir ədəd boru halında olan 1 manatlıq pul əskinası maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 15 mart 2023-cü il tarixli, 1526 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 5(067)- 58/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə haqqında” 03 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürüldüyü 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,471 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmdən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(067)-70/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs subaydır, onun barəsində MKTİ-yə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. İş materiallarından, həmçinin Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(067)-70/2023 saylı hökmündən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə cinayət əməlini 16 noyabr 2022-ci il tarixdə törətmiş, hazırkı cinayət işi üzrə cinayət əməlini isə 03 mart 2023-cü il tarixdə törətmişdir. Bununla da məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran cinayətlərin təkrar törədilməsi halını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci madəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmamasını, barəsində cəzasını ağırlaşdıran cinayətlərin təkrar törədilməsi halının olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(067)-70/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəza Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(067)-70/2023 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03 mart 2023-cü il tarixli protokoldan, şəxsin tutmadan azad olunmasına dair 05 mart 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olma müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə qəti cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(067)-70/2023 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində hazırkı cinayət işi üzrə “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,471 qram heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,421 qram heroin təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,471 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,421 qram təşkil edən heroin narkotik vasitəsi və üzərində heroinin izləri olan borucuq formasına salınmış bir ədəd “1” manatlıq pul əskinası maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,421 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, üzərində narkotik vasitə heroinin izləri olan borucuq formasına salınmış bir ədəd “1” manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz Rayon Məhkəməsinə təqdim edilərək cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(067)- 70/2023 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs barəsində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona hazırkı hökmlə qəti olaraq təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 04 (dörd) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs digər cinayət işi ilə əlaqədar hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,421 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, üzərində narkotik vasitə heroinin izləri olan borucuq formasına salınmış bir ədəd “1” manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz Rayon Məhkəməsinə təqdim edilərək cinayət işində saxlanılsın (əlavə edilsin). İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-126/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-126/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver