Məhkəmə qərarları › İş №1(067)-126/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-126/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-126/2025 02.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xaçmaz rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2da yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə axşam saatlarında tanışı Şahid5 sonuncunun yaşadığı Xaçmaz şəhəri, X14, 61-ci ərazidə yerləşən nömrəsiz evin qarşısında 30 manat pul vəsaiti qarşılığında satış məqsədi olmadan təmiz çəkisi 0,910 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt o, 28 mart 2025-ci il tarixdə, saat 00:35-00:53 müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Şahid5 yaşadığı Xaçmaz şəhəri, X14, 61 -ci ərazidə yerləşən nömrəsiz evin qarşısında yaxalanıb üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı «Magna» markalı siqaret qutusunun içərisində 02 ədəd sellofan bükümdə 0,558 qram və 0,352 qram olmaqla, ümumi təmiz çəkisi 0,910 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həmin gün o, qonşusu Şahid5 avtomobili olmaması və evinin mağazadan uzaq məsafədə yerləşməsinə görə sonuncunun xahişi ilə taksi fəaliyyəti ilə məşğul olduğundan ərzaq aparmışdır. Həmin məqsədlə getdiyi Şahid5 həyətində olduqları zaman sonuncu ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin vaxt Şahid5 evində həyat yoldaşı və uşaqları olduğu üçün Namiq özünü itirərək narkotiki ona özünün satdığını bildirməklə ibtidai istintaq zamanı da eyni sözləri qeyd etmişdir. Lakin narkotiki ona Namiq satmamışdır. Narkotik vasitə Şahid5 evinə getməzdən əvvəl elə onun üzərində olmuşdur. X6 almağını inkar etməsi barədə ona heç kim təzyiq göstərməmişdir. Bundan başqa narkotik vasitədən Namiqlə sonuncuya məxsus evdə istifadə etməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə baxmayaraq, ittiham aktında keçən narkotiki Namiqdən 30 manata almağı hissəsilə razı deyil. O, narkotiki polis əməkdaşları tərəfindən saxlanılmazdan iki gün əvvəl “Şəfəq” restoranın yanında yerdən şübhələnərək götürdüyü “Maqna” siqaret qutusunun içərisindən aşkar etmişdir. Onun siqaret qutusunun içərisindəki metamfetamini tanımasına səbəb isə əvvəldən 4-5 dəfə istifadə etməsi olmuşdur. Eyni zamanda taparaq üzərində gəzdirdiyi həmin narkotikin Şahid5 həyətindən aşkar edilmiş narkotiklə kimyəvi tərkiblərinə görə eynilik təşkil etməsinin səbəbini isə bilmir. O, hazırda subaydır. Lakin nişanlıdır, etdiyi cinayət əməlinə görə isə özünü təqsirli bilmiş və peşmandır. Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verərək növbəti məhkəmə baxışı iclasında Şahid5 ona narkotik vasitəni satmadığını, lakin pulsuz verdiyini (bağışladığını) bildirmişdir. Təqsirləndirilən şəxs sonuncu məhkəmə baxışı iclasında isə yenidən ifadəsini dəyişdirərək bildirmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən və Natiq Ələkpərovun evi mağazadan uzaq məsafədə yerləşdiyindən həmin gecə Natiqin sifarişi ilə sonuncunun evinə ərzaq aparmışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt isə narkotiki tapdığını demişdir. Lakin Şahid5 həmin vaxt sərxoş vəziyyətdə olduğundan narkotiki ona özünün satdığını bildirmiş, lakin narkotik vasitəni ona Şahid5 verməmişdir. Onlar narkotikdən birlikdə istifadə etmişlər. Həmçinin o, bundan əvvəl bəzi məclislərdə təsadüfən olub ki, narkotikdən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təzyiq göstərilməmişdir. Eyni zamanda ötən məhkəmə prosesində sualı səhv anlayaraq narkotik vasitəni Namiqin ona verdiyini (bağışladığını) demişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki,2025-ci ilin fevral ayının sonlarından psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Şahid5 tanımış, ədavəti və ya düşmənçiliyi olmamışdır. 26 mart 2025-ci il tarixdə axşam saatlarında tanışı Şahid5 yaşadığı Xaçmaz şəhəri, X14, 61-ci ərazidə yerləşən evinin qarşısına gələrək ondan istifadə etmək üçün psixotrop maddə metamfetamin istəmiş, Namiq də 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin kütləsini 30 manat müqabilində satmağa razılaşmışdır. Həmin kütləni, yəni psixotrop maddə metamfetamini Namiq yaşadığı evin qarşısında həmin tarixdə 30 manata satmışdır. Evdə həmin kütləni iki ədəd sellofan bükümə ayırmış və üzərimdə olan “Maqna” markalı siqret qutusunun içərisinə qoyub, gələcəkdə istifadə etmək üçün üzərində saxlayıb daşımağa başlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 00 radələrində Şahid5 yaşadığı evin qarşısında Namiqlə birgə dayanan zaman mülki geyimli şəxslər yaxınlaşaraq Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd etmiş və ilkin olaraq narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımada şübhəli olmasını bildirmişdirlər. Həmin vaxtı siqaret qutusu da üzərində olmuşdur. Bundan sonra könüllü surətdə əynindəki qış gödəkçəsinin sol yan cibində saxladığı “01” ədəd “Magna” markalı siqaret qutusunu çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin qutunun içərisində psixotrop maddə olan metamfetamin kütlələri olmasını bildirmişdir. Polis əməkdaşlarından biri videoçəkiliş aparmışdır. Polislər “01” ədəd siqaret qutusuna baxış keçirmiş və içərisindəki 02 ədəd sellofan bükümlərdəki psixotrop maddə-metamfetamin kütləsini aşkar etmişdirlər. Həmin bükümlər elektron tərəzidə çəkildikdə çəkilərinin 0,64 qram və 0,42 qram olmaları müəyyən edilmiş və bundan sonra həmin bükümləri içərisindəki psixotrop maddə-metamfetamin kütlələri ilə birlikdə kağız zərfə qoyaraq möhürləyərək qablaşdırıb götürmüşdürlər. Həmin kütlələri haradan əldə etdiyi soruşulduqda, kütlələri Namiqin 30 manat qarşılığında satmağını bildirmişdir. Buna görə polis əməkdaşları tərəfindən Namiqin üstü yoxlanılmış, üzərindən qadağan olunmuş predmet aşkar edilməmiş və Namiq, yaşadığı ünvanda psixotrop maddə olan metamfetamin kütləsi saxladığını bildirdikdən sonra yaşadığı evin həyətinə daxil olaraq, yarımçıq tikilidə yerləşən stolun üzərindəki qutunun içərisindən sellofan bükümü təqdim etmişdir. Büküm elektron tərəzidə çəkilmiş və 0,42 qram müəyyən edilmiş, daha sonra isə Xaçmaz RPŞ-yə gətirilmişdirlər. Bu zaman polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən həmin 02 ədəd zərfə baxış keçirildikdən sonra təkrar olaraq həmin zərfi möhürləyərək qablaşdırıb götürdülər. Bundan sonra Xaçmaz RPŞ-də təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə ibtidai istintaqda verdiyi ifadəsi araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə aşağıdakı sadalanan şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə baxışı iclaslarında təqsirlənirilən şəxs müxtəlif ziddiyyətli ifadələr verərək metamfetamini Şahid5 almadığını bildirsə də, iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə ifadələri qismən təkzib edildiyindən, təqsirləndirilən şəxsin həmin ifadələri işin faktiki hallarına uyğun olmayan və Şahid5 barəsində müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin metamfetamini kimdən və hansı şəraitdə əldə etməsi cinayət məsuliyyətindən yayınmasına təsir etməməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin cinayət əməli şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 27 mart 2025-ci il tarixdə Xaçmaz RPŞ-yə Namiq adlı şəxsin narkotik vasitələrin istifadədi, saxlanması və Oktay adlı şəxsə satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və qrup rəhbəri kimi o təyin olunmuşdur. Həmin şəxslərin ola biləcəkləri yerlərə baxış keçirilmiş və Şahid5 evinin qarşısında oturduqları müəyyən edilmişdir. Onlar yaxınlaşaraq Şahid5 və Təqsirləndirilən şəxs özlərini təqdim edərək hansı səbəbdən yaxınlaşmaları barədə məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan siqaret qutusunu çıxardaraq onlara təqdim etmişdir. Onlar həmin siqaret qutusunun içərisində iki ədəd büküm olmasını müəyyən etmişlər. Oktay həmin bükümlərin metamfetamin olmasını vəbir gün əvvəl Namiqdən aldığını onlara demişdir. Oktayın dediyinə görə həmin gün Namiqin yanına getməkdə məqsədi Namiq üçün ərzaq aparması olmuşdur. Daha sonra Namiq adlı şəxs onları həyətə dəvət etmiş və onlar həyətə daxil olduqlarında həyətdə olan stolun üstündə daha bir büküm olduğunu görmüşlər. Namiq həmin bükümün özünə məxsus olmasını etiraf edərək könüllü onlara təqdim etmişdir. Onlar saxlanılan şəxsləri PŞ-ya gətirərək sənədləşdirib aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin o, Xaçmaz RPŞ-də işlədiyi uzun müddət ərzində Namiqin Ələkpərovun narkotik satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Oktaq Qasımovla əlaqədar Xaçmaz RPŞ-nin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuş və rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Eyni zamanda Şahid5 barəsində narkotik vasitələrin istifadəsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Hər ikisinin Şahid5 evinin yanında olmaları müəyyən olunduqdan sonra çəkilişlə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra nə ilə saxlanılmaları barədə Namiq və Oktaya izah etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri könüllü olaraq təqdim etməsini bildirdikdən sonra sonuncu onlara gödəkçəsinin cibində olan siqaret qutusundakı iki ədəd metamfetaminə bənzər kütlələri təqdim edərək yanında olan Şahid5 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onlara həmin metamfetaminləri iki gün əvvəl bir büküm halında aldığını və sonradan iki ayrı bükümlərə böldüyünü bildirmişdir. Onlar həmin bükümləri sənədləşdirib qablaşdırdıqdan sonra Şahid5 onlara həyətində olan yarımtikilidə, stolun üstündə narkotikin olmasını bildirmişdir. Onlar Şahid5 razılığı ilə həyətə daxil olduqdan sonra, Şahid5 onlara bir ədəd narkotikə bənzər kütləni təqdim etmişdir. Onlar həmin kütləni qablaşdıraraq götürmüşlər. Daha sonra Şahid5 özü də bildirmişdir ki, Oktay adlı şəxsə iki gün əvvəl narkotik vasitə satmışdır. Həmçinin o, təqsirləndirilən şəxsə hər hansı təzyiq göstərməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 da eyni məzmunlu ifadə verərək digər şahidlər Şahid2 və Şahid4 ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxsla birlikdə həyətində oturub yemək yediyi vaxt polis əməkdaşları həyətə daxil olaraq oturduqları yeri axtarmağa başlamışlar. Lakin polis əməkdaşları oradan nəsə aşkar edə bilməmişlər. Daha sonra həmin polis əməkdaşları Təqsirləndirilən şəxs avtomobilində olan gödəkçəsinin cibindən narkotik vasitə aşkar etmişlər. Həmin narkotik vasitələr iki ədəd ayrı büküm halında olmuşdur. Polis əməkdaşları həmin narkotikləri stolun üstünə qoyub bir bükümü onun, digərini isə Oktayın adına sənədləşdirərək, ona Oktayda olan narkotik vasitəni də onun satdığını demişlər. Lakin narkotik vasitəni Oktaya o satmamışdır. Həmçinin onun həyətində əlavə olaraq narkotik vasitə aşkar edilməmiş, ümumi olaraq iki büküm Oktayın gödəkçəsinin cibindən aşkar edilən narkotiklər olmuşdur. Əvvəl polis əməkdaşlarına Oktaya həmin narkotik vastəni satmağını bildirməyinə səbəb evdə qızının və həyat yoldaşının olmasını, polis şöbəsinə aparılmamaları məqsədi olmuşdur. Həmçinin o şübhəli şəxs qismində saxlanıldığı zaman müdafiəçi ilə təmin olunmuş və ona hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı Şahid5 ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2025-ci ilin fevral ayının sonlarından psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Əvvəllər narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs tanımış, ədavəti və ya düşmənçiliyi olmamışdır, Oktay ilə dost münasibətində olmuşdur. 26 mart 2025-ci il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, X14, 61-ci ərazidə yerləşən ünvana gələrək istifadə üçün psixotrop maddə metamfetamin istəmiş, Oktaya 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin kütləsini 30 manat müqabilində satmağa razılaşmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs 30 manat pul vermiş, bundan sonra yaşadığı evin qarşısında bir büküm psixotrop madə metamfetamini Oktaya satmışdır. xx.xx.2025-ci il tarixdə, saat 00 radələrində yaşadığı evin qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birgə dayanan zaman mülki geyimli şəxslər yaxınlaşaraq Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd etmiş və ilkin olaraq Oktaya narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımada şübhəli bilindiyini qeyd etmişdirlər. Bundan sonra Oktay könüllü surətdə qış gödəkçəsinin sol yan cibində saxladığı “01” ədəd “Magna” markalı siqaret qutusunu çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin qutunun içərisində psixotrop maddə olan metamfetamin kütlələri olmasını bildirmişdir. Polis əməkdaşlarından biri videoçəkiliş aparmışdır. Polislər “01” ədəd siqaret qutusuna baxış keçirmiş və içərisindəki 02 ədəd sellofan bükümlərdəki psixotrop maddə-metamfetamin kütləsini aşkar etmiş, həmin bükümlər elektron tərəzidə çəkildikdə çəkilərinin 0,64 qram və 0,42 qram olmaları müəyyən edilmişdir. Bundan sonra həmin bükümləri içərisindəki psixotrop maddə-metamfetamin kütlələri ilə birlikdə kağız zərfə qoyaraq möhürləyərək qablaşdırıb götürülmüş, Oktaydan həmin kütlələri haradan əldə etdiyi soruşulduqda, Oktay psixotrop maddə metamfetamini onun satmağını bildirmişdir. Buna görə polis əməkdaşları tərəfindən üstü yoxlanılmış, üzərindən qadağan olunmuş predmet aşkar edilməmiş və yaşadığı ünvanda psixotrop maddə olan metamfetamin kütləsi saxladığını bildirdikdən sonra yaşadığı evin həyətinə daxil olaraq, oradakı tikilidə yerləşən stolun üzərindəki qutunun içərisindən sellofan bükümü təqdim etmişdir. Büküm elektron tərəzidə çəkilmiş və 0,42 qram olması müəyyən edilmiş, daha sonra isə Xaçmaz RPŞ-yə gətirilmişdir. Burada polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən həmin 02 ədəd zərfə baxış keçirildikdən sonra təkrar olaraq möhürləyərək qablaşdırıb götürmüşdürlər. Sonra müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Həyəcanlı olduğu üçün baxış keçirilən zaman Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin pay verməyini demiş, faktiki olaraq Oktaya metamfetamini 30 manata satmışdır. İstifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs satdığı psixotrop maddə metamfetamini tanımadığı İran vətəndaşından yadında qalmayan qiymətə satış məqsədilə Bakı şəhərində yadında qalmayan ünvandan götürmüş, həmin şəxslə bağlı hazırda heç bir əlaqəsi olmamış mobil nömrəsini və ya kimliyi bəlli deyildir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində olmaqla, polis leytenantı rütbəsindədir. Xaçmaz şəhəri, X14 61-ci ərazidə nömrəsiz evdə yaşayan Şahid5 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, yaşadığı ünvanda saxlaması və Xaçmaz şəhəri, S.Bəhlulzadə küçəsi ev 59 ünvanında yaşayan Təqsirləndirilən şəxs satması ilə əlaqədar əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan həmin şəxsləri saxlamamaq üçün Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən 27 mart 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilərək, o, Şahid2, Xaçmaz RPŞ-nin CAB-nin ə/müvəkkili polis baş leytenantı Şahid4 və Xaçmaz RPŞ-nin CAB-nin ə/müvəkkili polis mayoru Şahid1 ibarət əməliyyat qrupunun yaradılmasını xahiş etmiş, buna görə həmin tarixdə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 00:35-də onlar videoçəkiliş aparılmaqla Şahid5 yaşadığı Xaçmaz şəhəri, X14 61-ci ərazidə yerləşən nömrəsiz evin qarşısında Təqsirləndirilən şəxs və Şahid5 yaxınlaşaraq özlərini təqdim etdikdən və həmin şəxslərə hüquq və vəzifələri izah edildikdən sonra Şahid5 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib saxlaması və Təqsirləndirilən şəxs satmasında şübhəli olmasını bildirərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd “Magna” markalı siqaret qutusunu təqdim edərək içərsində 2 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin olmasını və həmin kütləni Şahid5 yaşadığı evin qarşısında sonuncudan 2 gün əvvəl 1 büküm şəklində almasını, özünün istifadə etmək məqsədi ilə iki yerə böldüyünü bildirmişdir. Təfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd sellofan bükümün içərisinə baxılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan bükümlər elektron tərəzidə çəkilən zaman çəkilərinin ayrı ayrılıqda 0,64 qram və 0,42 qram olması müəyyən edilmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxılan zaman üzərindən qanunsuz heç bir predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan bükümlər qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sorğu zamanı Şahid5 həmin psixotrop maddəni Təqsirləndirilən şəxs özü satmasını, həmçinin yaşadığı evin həyətindəki tikilidə də həmin metamfetamindən olmasını, onu təqdim edə bilməsini, evə həyətə daxil olmasına etirazının olmamasını bildirmişdir. Bundan sonra onlar Şahid5la birlikdə həyətə daxil olmuşlar. Həyətə girdikdən sonra sağ tərəfdə olan tikiliyə daxil olaraq Şahid5orada masanın üzərindəki qutudan 1 ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində psixotrop maddə olmasını bildirmişdir. Həmin büküm Nemət Xuşudov tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş içərisində psixotropmaddə olan metamfetaminə bənzər kütlə olan sellofan bükümlər tərəflərindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs və Şahid5 üstünün yoxlanılması, habelə Şahid5 yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilməsinin görüntüləri əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə fasiləsiz qeydə alınmışdır. Bundan sonra həmin şəxslər Xaçmaz RPŞ-nə dəvət edilmiş, təhqiqatçı tərəfindən onların iştirakları ilə Təqsirləndirilən şəxs və Şahid5 üstünün yoxlanılması, habelə Şahid5 yaşadığı evin həyətindəki tikiliyə baxış keçirilməsi zamanı aşkar edilən kütlələrə baxış keçirilmiş və yenidən qabalaşdırılaraq təhqiqatçı tərəfindən kütlələr götürülmüş, bundan başqa görüntülərin köçürüldüyü bir ədəd “DVD” formatlı diksə təhqiqatçı tərəfindən baxış keçirilərkən görüntünün fasiləsiz qeydə alınması aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin şəxslər müdafiəçi ilə təmin edilməklə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə cinayət işi başlanması və icraatına qəbul edilərək istintaqı aparılması barədə qərar qəbul olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan, audio-video diskdən və “Əməliyyat–axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokol”dan (cild 01, vərəq 08-13) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin, bundan başqa Şahid5 yaşadığı evin həyətindəki tikilidəki stolun üzərindəki konserv üçün nəzərdə tutulmuş metal qabdan 01 ədəd şəffaf sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin olan kütlələr aşkar edilərək götürülmüşdür. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 29) müəyyən edilir ki, QasımovOktay Vaqif oğlu 28 mart 2025-ci il tarixdə, saat 02:10-datutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 28 mart 2025-ci il tarixli, 20/132 nömrəli ekspert rəyindən (cild 01, vərəq 65) müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 58” möhür əksi, “Şahid5 yaşadığı ünvandan aşkar olunan 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə; 1) /imza/ Şahid5; 2) /imza/ Şahid3; 3) /imza/ Şahid1; 4) /imza/ Şahid4; 5) /imza/ Şahid2; 6) /imza/ Təqsirləndirilən şəxs; xx.xx.2025” əl-yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,343 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,293 qram qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 28 mart 2025-ci il tarixli, 20/133 nömrəli ekspert rəyindən (cild 01, vərəq 68) müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Arayışlar № 58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ Şahid4; 3) /imza/ Şahid3; 4) /imza/ Şahid2; 5) /imza/ Şahid1; 6) /imza/ NamikƏləkpərov; Tərtib etdi: Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı /imza/ K.Zeynalov; 28.03.25” əl yazıları olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,558 qr; 0,352 qram; ümumi təmiz təmiz çəkisi: 0,910 qram olan ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmçinin həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamindən tədqiqata 0,1 qram (hər.ob.0,05 qr) sərf edildikdən sonra qalıq çəkisi 0,810 qram qalmışdır. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 89) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 89) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən Şahid5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 121-123) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Xaçmaz rayon məhkəməsinin 5(067)-90/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (cild 01, vərəq 151) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 27 mart 2025-ci il tarixli “Əməliyyat –axtarış tədbirlərinin keçirilməsi barədə” 27 mart 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 5(067)-92/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından (cild 01, vərəq 172) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətlərdə daxil olan-çıxan zənglərin, SMS-lərin siyahısı və mətni, göstərilən nömrələrlə aparılmış danışıqların konkret hansı ərazilərdə olması, yəni ötürücü antenlərin cədvəli barədə məlumatlar ələ keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 170) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. - xx.xx.2025-ci il tarixli “Əməliyyat tapşırığı”ndan və xx.xx.2025-ci il tarixli məktubdan (cild 01, vərəq 93, 203) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, müəyyən edilmişdir ki, Şahid5 yaşadığı evin həyətindəki tikilidən aşkar edilmiş psixotrop maddə metamfetaminin mənbəyi müəyyən edilməmiş, Şahid5 Təqsirləndirilən şəxs 30 manat məbləğində pul qarşılığında psixotrop maddə metamfetamin satmış, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. - xx.xx.2025-ci il tarixli “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş məktubdan müəyyən edilir ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də həkim-narkoloqun və həkim psixatrın qeydiyyatında yoxdur. - xx.xx.2025-ci il tarixli “Elektron daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 183) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən icraatında Azərbaycan Resoublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi üzrə telefon danışıqlarının ələ keçirilməsi məqsədilə göndərilən xx.xx.2025-ci il tarixli, 3-1379/2-1234/2025 nömrəli sorğuya cavab olaraq DİN BİKİ tərəfindən təqdim edilən içərisində məlumatlar olan bir ədəd CD-R formatlı diskə baxış keçirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 30 aprel 2025-ci il tarixli, 20/217 nömrəli ekspert rəyindən (cild 01, vərəq 186) müəyyən edilir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid5 yaşadığı ünvandan aşkar olunan 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki metamfetamin ilə, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr...” yazılar və imzalar olan kağız paketdəki metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamindən tədqiqata cəmi 0,06 qram (hər obyektdən 0,02 qram götürüldü) sərf edildikdən sonra qalıq çəkisi 0,273 qram, (1№ob.) – 0,770 qram (2-3 № ob) qalmışdır. - xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 190, 232) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş, habelə Şahid5 yaşadığı evin həyətindəki yarımtikiliyə baxış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış iki ədəd kağız paketdə qablaşdırılan 0,273 və 0,770 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər maddi sübut hesab edilməklə saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üstünün yoxlanılması və Şahid5 yaşadığı evin həyətindəki yarımtikiliyə baxış zamanı videogörüntülərin köçürüldüyü 01 (bir) ədəd (DVD) formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Xaçmaz RİHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 194) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 PHŞin 1998 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən (cild 01, vərəq 195) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “Elektron daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 204) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, habelə Şahid5 yaşadığı evin həyətindəki yarımtikiliyə baxışın görüntülərinin köçürüldüyü 01 ədəd “DVD” diskə 14 may 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək, psixotrop maddəni ona satmış Şahid5 tanıyaraq, psixotrop maddə metamfetamin almasını bir daha təsdiq etmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan (cild 01, vərəq 243) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İBnin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən Şahid5 barəsində hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraatına qəbul edilmişdir. - Xaçmaz RİHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 76) müəyyən edilir ki, Şahid5 Xaçmaz şəhəri, X14, 61-ci ərazidə yerləşən nömrəsiz evdə yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Qanunun 21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,910 qram yəni xeyli miqdarda olmuşdur. Qeyd olunan siyahılara əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “İctimai xasiyyətnamə”dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, yəni ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eyni zamanda, digər şəxsin cinayət məsuliyyətindən yayınmasına nail olmaq məqsədilə ziddiyyətli ifadələr verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 28 mart 2025-ci il tarixdən 29 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 02 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,770 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı videogörüntülərin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından həbs edilsin. (hökmün bu hissədə də icrası Xaçmaz rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun.) Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,770 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı videogörüntülərin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə olunması təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar