Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-127/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə, xx xxxxxx 1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında, təkrarən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Xaçmaz şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində karantin rejimi qaydalarını pozaraq Xaçmaz şəhəri, “Çənlibel” parkının yaxınlığında olarkən həmin vaxt xidmətdə olan Xaçmaz rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Şahid1 onlara yaxınlaşaraq müvafiq icazələrinin olub-olmadığını soruşub şəxsiyyətlərini təsdiq edən sənədləri tələb etdikdə o, bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərdikləri üçün Şahid1 həmin yerə post patrul xidməti əməkdaşları çağırmış, həmin çağırışa gələn Xaçmaz rayon Polis Şöbəsinin Post patrul xidməti bölük komandirinin müavini, polis mayoru Zərərçəkmiş şəxs2, manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis nəfəri Nurlan Ramiz oğlu tərəfindən karantin rejimi qaydalarını pozmaları səbəbindən polis şöbəsinə getmələri bildirildikdə bir daha polisin qanuni tələbinə məhəl qoymayaraq sonuncuların ünvanlarına nalayiq ifadələr işlətmiş, bir qrup şəxs halında olduğu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 baş zərbəsi vurmağa cəhd etmiş, Zərərçəkmiş şəxs1 təpiklə zərbə endirmiş, daha sonra o, Xaçmaz rayon polis şöbəsinə gətirildikdə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 üzərinə hücum edib onu yerə yıxaraq sol qolunun mil sümüyünün qapalı sınığı kimi sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarət yetirərək, bir qrup şəxs halında hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı təkrarən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs2xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Xaçmaz şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində karantin rejimi qaydalarını pozaraq Xaçmaz şəhəri, “Çənlibel” parkının yaxınlığında olarkən həmin vaxt xidmətdə olan Xaçmaz rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Şahid1 onlara yaxınlaşaraq müvafiq icazələrinin olub-olmadığını soruşub şəxsiyyətlərini təsdiq edən sənədləri tələb etdikdə o, bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərdikləri üçün Şahid1 həmin yerə post patrul xidməti əməkdaşları çağırmış, həmin çağırışa gələn Xaçmaz rayon Polis Şöbəsinin Post patrul xidməti bölük komandirinin müavini, polis mayoru Zərərçəkmiş şəxs2, manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis nəfəri Nurlan Ramiz oğlu tərəfindən karantin rejimi qaydalarını pozmaları səbəbindən polis şöbəsinə getmələri bildirildikdə o, bir daha polisin qanuni tələbinə məhəl qoymayaraq həmin tələbi icra etməmiş, bundan sonra polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs2 qarşı baş zərbəsi vurmağa cəhd etmiş, lakin sonuncu zərbədən yayınmağa nail olmuş, daha sonra o, Post Patrul Xidməti avtomobilinə əyləşdirilərkən tabesizliyini davam etdirərək Zərərçəkmiş şəxs1 qoluna təpiklə zərbə endirmiş, bununla da, bir qrup şəxs halında hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlləri aşağıdakılarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, günorta saatlarında tanışı Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Xaçmaz rayonu ərazisindən keçən “Ağçay” çayına balıq tutmağa getmişlər. Balıq tutduqdan sonra Elnurla yemək yeyib ikisinə 0,5 litr araq içmişlər və yeməklərini yeyib qurtardıqdan sonra piyada Xaçmaz şəhəri istiqamətində qayıtmışlar. Yolda gələrkən Qobu-qırağı kəndi ərazisində Bakı-Xaçmaz yolunun kənarında tanışları Şahid3la rastlaşmışlar. Həmin vaxt şəxsiyyəti sonradan onlara məlum olan polis mayoru Şahid1 yaxınlaşıb onlardan karantin vaxtı haradan gəldiklərini soruşmuş, onlar balıq tutmaqdan qayıtdıqlarını demişlər. Polis mayoru Şahid1 onlardan şəxsiyyət vəsiqələrini istəmiş, onlar vəsiqələrinin üzərlərində olmadığını bildirmiş, Təbriz isə şəxsiyyət vəsiqəsini göstərib ondan getməsi üçün icazə istəmişdir. O, polis mayoru Şahid1 icazə alıb pivə almaq üçün mağazaya getmiş, geri qayıtdıqda Elnurun orada olmadığını, yaxınlıqda hərbi formada olan tanımadığı bir nəfər şəxs dostlarının polis əməkdaşları tərəfindən aparıldığını bildirmişdir. Onu da mağazanın qarşısında olan post patrul xidməti avtomiobilinə əyləşdirib Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt onun əlləri qandallı olmuş, Polis Şöbəsində olarkən sərxoş olub nalayiq ifadələr işlətsə də heç bir polis əməkdaşını vurmamış, heç kimə xəsarət yetirməmişdir. Polis şöbəsində ola bilsin polis əməkdaşı özü sürüşüb yerə yıxılaraq bədən xəsarəti almışdır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, günorta saatlarında tanışı Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs1la birlikdə Xaçmaz rayoniu ərazisindən keçən “Ağçay” çayına balıq tutmağa getmişlər. Balıq tutduqdan sonra Eyubla yemək yeyib birlikdə 0,5 litr araq içmişlər. Yemək yedikdən sonra Xaçmaz şəhəri istiqamətinə qayıtmışlar. Yolda gələrkən Bakı-Xaçmaz yolunun kənarında tanışları Şahid3la rastlaşmışlar. Həmin vaxt şəxsiyyəti sonradan onlara məlum olan polis mayoru Şahid1 onlara yaxınlaşıb karantin dövründə haradan gəldiklərini soruşmuş, ona balıq tutmaqdan qayıtdıqlarını demişlər. Polis mayoru Şahid1 onlardan şəxsiyyət vəsiqələrini istəmiş, onlar vəsiqələrinin üzərlərində olmadığını bildirmişlər. Şahid3 onlarla birlikdə olmadığını bildirib polis mayoru Şahid1 getməsi üçün icazə istəmişdir. Həmin vaxt Eyub pivə almaq üçün mağazaya getmişdir. Az sonra polis əməkdaşları gəlib onu post patrul xidmətinin avtomaşınına əyləşdirib Polis Şöbəsinə gətirmişlər. Bir qədər sonra polislər Eyub və Təbrizi də Polis Şöbəsinə gətirmişlər. O, Polis Şöbəsinə gətirilərkən əlləri qandallı olmuş, Polis Şöbəsində heç bir polis əməkdaşını vurmamış, fiziki zor tətəbiq etməmiş və heç kimə müqavimət göstərməmişdir. Sərxoş olduğu üçün heç bir şeyi xatırlamır, ola bilər nalayiq söyüşlər söymüşdür. Lakin heç kimi vurmamış və xəsarət yetirməmişdir. Məhkəmə istintaqında dindirilən zərərçəkmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün bölük komandirinin müavini Zərərçəkmiş şəxs2 göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Post Patrul Xidmətinin manqa komandiri Zərərçəkmiş şəxs1 və polis nəfəri, polis baş serjantı Nurlan Ramiz oğlu ilə birlikdə saat təxminən 17 radələrində Xaçmaz şəhəri ərazisində olduqları vaxt Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsindən Xaçmaz şəhəri “Çənlibel” parkının qarşısına getmələri tapşırılmış, onlar da xidməti avtomobilləri ilə həmin yerə getdikdə Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Şahid1 və onun yanında bir nəfər şəxsin dayandığını görmüşlər. Avtomobildən düşərək onlara yaxınlaşdıqda sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 sərxoş olduğunu hiss etmiş, Şahid1 onun karantin rejimi qaydalarını pozduğunu, küçədə uca səslə qışqıraraq ictimai asayişi kobudcasına pozduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 yaxınlaşdıqda o, kinayəli şəkildə baxaraq siqaret yandırıb çəkməyə başlamış, ona qarşısında polis əməkdaşı olduğunu, siqareti söndürməsini dedikdə Elnur ünvanına nalayiq ifadələr işlədərək “yaxşı edirəm” deyib ona tərəf kəllə atmış, cəld tərpənib onun bu zərbəsindən yayınaraq əllərini tutub saxlamışdır. Elnur yenə də ucadan onun və polisin ünvanına nalayiq söyüşlər söyməkdə davam etdiyindən onu nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamışdır. Manqa komandiri Zərərçəkmiş şəxs1 köməyə gəldikdə Elnur Zərərçəkmiş şəxs1 bir təpik zərbəsi endirmiş, o, zərbənin nəticəsindən qışqırmış, köməkləşib Elnuru avtomobilə əyləşdirmək istədikdə Elnur onun sifət nahiyyəsindən təpiklə bir zərbə vurmuşdur. Məcbur olub köməyə başqa əməkdaşlar çağırmışlar. Az sonra yaxınlıqda olan mağazadan əlində pivə iki nəfər şəxs çıxmış, adlarının sonradan Təqsirləndirilən şəxs1 və Şahid3 olduqlarını bildiyi şəxslərə yaxınlaşıb Post Patrul Xidməti avtomobilinə əyləşmələrini bildirmiş, bu vaxt Eyub üstünə qışqıraraq, saymazyana şəkildə “sən kimsən ki, məni harasa aparasan” demişdir. Eyub aqressiv olsa da, Təbriz özünü sakit aparmışdır. Çətinliklə Eyyubu sakitləşdirib Post Patrul Xidməti avtomobilinə əyləşdirmişlər. Qeyd edilən şəxsləri isə iki Post Patrul Xidməti avtomobili ilə şöbəyə gətirmişlər. Polis şöbəsində də Eyub və Elnur onların ünvanına nalayiq ifadələr işlətmiş, şöbənin iş rejimini kobud qaydada pozmuşlar. Onlar Polis Şöbəsində polis əməkdaşlarına hücum çəkib onlara yumruq təpik atmışlar. Onlar məcbur olub Eyub və Elnurun əllərini qandallamışlar. Lakin Eyyub və Elnur yenə də sakitləşmək bilməmiş, söyüş söyməyə davam etmişlər. Bir qədər sonra sakitləşdikdə əllərini açmalarını xahiş etmişlər. Onların əllərini açdıqdan sonra Eyub qəflətən ayağa qalxıb Zərərçəkmiş şəxs1 üstünə şığıyaraq onu qaldırıb yerə yıxmış, sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 sol qolu sınmışdır. Eyubla Elnurun qanunazidd hərəkətlərini görüb yenidən məcbur olub onların əllərini qandallamışlar. Sonra Eyub, Elnur və Təbriz barəsində karantin rejimi qaydalarını pozduqlarına görə protokol tərtib edilərək Xaçmaz rayon məhkəməsinə göndərilmiş və onlar 15 gün inzibati həbs cəzası almışlar. Təqsirləndirilən şəxslər barəsində şikayətçidir və barələrində qanuni cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən zərərçəkmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün manqa komandiri Zərərçəkmiş şəxs1 göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Post Patrul Xidmətinin bölük komandarinin müavini, polis mayoru Zərərçəkmiş şəxs2 və polis nəfəri, polis baş serjantı Nurlan Ramiz oğlu ilə birlikdə xidmətdə olmuşlar. Saat təxminən 17 radələrində Xaçmaz şəhəri ərazisində olduqları vaxt rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat daxil olaraq Xaçmaz şəhəri “Çənlibel” parkının qarşısına getmələri tapşırıldığı üçün Post Patrul Xidməti avtomobili ilə həmin yerə getdikdə Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Şahid1 və onun yanında bir nəfər şəxsin dayandığını görmüşlər. Avtomobildən düşərək onlara yaxınlaşdıqda adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildikləri şəxsin sərxoş olduğunu görmüşlər. Şahid1 həmin şəxsin karantin rejimi qaydalarını pozduğunu, küçədə uca səslə qışqıraraq ictimai asayişi kobudcasına pozduğunu bildirmiş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 yaxınlaşdıqda o, siqaret yandırıb çəkməyə başlamış, Zərərçəkmiş şəxs2 ondan siqareti söndürməsini tələb etdikdə Elnur Zərərçəkmiş şəxs2 qarşı nalayiq söyüşlər söyərək “yaxşı edirəm” deyib ona tərəf kəllə atmış, Qasım vaxtında cəld tərpənib zərbədən yayına bilmiş, onun əllərini tutub saxlamışdır. Elnur yenə də ucadan polisin ünvanına nalayiq söyüşlər söyməkdə davam etmiş, yaxınlaşıb onu tutub saxlamağa cəhd etmiş, Elnuru nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamışdır. Elnur qəflətən ona tərəf təpik zərbəsi atmış, zərbə sol qol nahiyyəsindən dəymiş, həmin vaxt ağrıdan qışqırmış, sol qolunda güçlü ağrı hiss etmişdir. Birtəhər köməkləşib Elnuru avtomobilin içərisinə əyləşdirmək istədikdə Elnur bu dəfə Qasımın sifətindən təpiklə vurmuşdur. Məcbur olub köməyə başqa əməkdaşlar çağırmışlar. Bir neçə dəqiqə sonra yaxınlıqda olan mağazadan əlində pivə iki nəfər şəxs çıxmış, Zərərçəkmiş şəxs2 adlarının sonradan Təqsirləndirilən şəxs1 və Şahid3 olduqlarını bildikləri şəxslərə yaxınlaşıb Post Patrul Xidməti avtomobilinə əyləşmələrini bildirdikdə Eyub qışqıraraq “sən kimsən ki, məni harasa aparasan” demişdir. Eyub aqressiv olsa da, Təbriz sakit dayanmışdır. Birtəhər Eyubu sakitləşdirib Post Patrul Xidməti avtomobilinə əyləşdirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs2 da Dövlət Yol Polisi Bölməsinin bölmə rəisi Şahid1lə şöbəyə getmişdir. Qeyd edilən şəxsləri isə iki Post Patrul Xidməti avtomobili ilə şöbəyə gətirmişlər. Polis şöbəsində də Eyub və Elnur onların ünvanlarına nalayiq ifadələr işlətmiş, şöbənin iş rejimini kobud qaydada pozmuşlar, polis əməkdaşlarının üstünə hücum çəkib onlara yumruq təpik atmışlar. Onlar da məcbur olub Eyubla Elnurun əllərini qandalla bağlamışlar. Lakin Eyub və Elnur yenə də sakitləşmək bilməmiş, söyüş söyməyə davam etmişlər. Bir qədər sonra sakitləşdikdə əllərinin açılmasını xahiş etmişlər. Onlara inanıb əllərini açdıqda Eyub ayağa qalxıb onun üstünə şığıyaraq qaldırıb onu yerə yıxmış, yerə düşdükdə bir qədər əvvəl zədə almış sol qolunda şiddətli ağrı hiss etmişdir. Xəstəxanaya aparıldıqda sol qolunun mil sümüyünün qapalı sınığı xəsarəti aldığı məlum olmuşdur. Bundan sonra Eyub, Elnur və Təbriz barəsində karantin rejimi qaydalarını pozduqlarına görə protokol tərtib edilərək Xaçmaz rayon məhkəməsinə göndərilmiş və onlar məhkəmə qərarı ilə 15 gün inzibati həbs cəzası almışlar. Təqsirləndirilən şəxslər barəsində şikayətçi olmaqla barələrində qanuni cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Nurlan Ramiz oğlu ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin bölük komandirinin müavini, polis mayoru Zərərçəkmiş şəxs2 və manqa komandırı, polis baş serjantı Zərərçəkmiş şəxs1 ilə birlikdə Xaçmaz şəhəri ərazisində xidmətə olan zaman saat təxminən 17 radələrində Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat daxil olaraq Xaçmaz şəhəri “Çənlibel” parkının qarşısına getmələri tapşırıldığı üçün Post Patrul Xidməti avtomobili ilə həmin yerə getdikdə Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Şahid1 və onun yanında 1 nəfər şəxsin dayandığını görmüşlər. Avtomobildən düşərək onlara yaxınlaşdıqda adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildikləri şəxsin sərxoş olduğunu görmüşlər. Şahid1 Təqsirləndirilən şəxs2 karantin rejimi qaydalarını pozduğunu, küçədə uca səslə qışqıraraq ictimai asayişi kobudcasına pozduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 yaxınlaşdıqda o, siqaret yandırıb çəkməyə başlamış, Zərərçəkmiş şəxs2 ondan siqareti söndürməsini tələb etdikdə Elnur ona qarşı nalayiq söyüşlər söyərək “yaxşı edirəm” deyib ona tərəf kəllə atmış, Qasım vaxtında cəld tərpənib zərbədən yayına bilmiş və əllərini tutub saxlamışdır. Elnur yenə də ucadan polisin ünvanına küçə söyüşləri söyməkdə davam etmişdir. Elnuru nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamış, qəflətən İbrahimə təpik atmış, zərbə onun sol qolundan dəymiş, həmin an İbrahim ağrıdan qışqırmışdır. Onlar çətinliklə köməkləşib Elnuru avtomobilə əyləşdirmək istədikdə Elnur bu dəfə Zərərçəkmiş şəxs2 sifətindən təpiklə vurmuşdur. Məcbur olub köməyə başqa əməkdaşlar çağırmışlar. Bir neçə dəqiqə sonra yaxınlıqda olan mağazadan əlində pivə iki nəfər şəxs çıxmış, Zərərçəkmiş şəxs2 adlarının sonradan Təqsirləndirilən şəxs1 və Şahid3 olduqlarını bildikləri şəxslərə yaxınlaşıb Post Patrul Xidməti avtomobilinə əyləşmələrini bildirdikdə Eyub qışqıraraq “sən kimsən ki, məni harasa aparasan” deyərək cavab vermişdir. Eyyub aqressiv olsa da, Təbriz sakitcə dayanmış, heç bir artıq hərəkət etməmişdir. Birtəhər Eyubu sakitləşdirib xidməti avtomobilə əyləşdirmişlər. Qeyd edilən şəxsləri iki xidməti avtomobillə şöbəyə gətirmişlər. Polis şöbəsində də Eyyub və Elnur onların ünvanlarına nalayiq ifadələr işlətmiş, şöbənin iş rejimini kobud surətdə pozmuşlar. Polis əməkdaşlarının üstünə hücum çəkib yumruq təpik atmışlar. Məcbur olub onların əllərini qandalla bağlamışlar. Lakin Eyub və Elnur yenə də sakitləşmək bilməmişlər, söyüş söyməyə davam etmişlər. Bir qədər sonra onlar sakitləşərək xahiş etmişlər ki, əllərini açsınlar. Onlara inanıb əllərini açdıqda Eyub ayağa qalxıb İbrahimin üstünə cumaraq qaldırıb onu yerə yıxmışdır. İbrahim yerə düşdükdə yenə də sol qolu üstündə düşdüyündən İbrahimin qolu daha da pis ağrımağa başlamışdır. Dərhal şöbədə olan digər əməkdaşlarla ona yaxınlaşıb kömək edərək təcili-tibbi yardıma xəbər vermişlər, İbrahim xəstəxanaya aparıldıqda sol qolunun mil sümüyünün sınığı xəsarəti aldığı məlum olmuşdur. Bundan sonra Eyub, Elnur və Təbriz barəsində karantin rejimi qaydalarını pozduqlarına görə protokol tərtib edilərək Xaçmaz rayon məhkəməsinə göndərilmiş və onlar 15 gün inzibati həbs cəzası almışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində xidmətdə olduğu vaxt Xaçmaz şəhəri “Çənlibel” parkının yaxınlığında 3 nəfər şəxsin Xaçmaz-Xudat avtomobil yolunun kənarı ilə piyada gəldiklərini görüb onlara yaxınlaşmış, həmin şəxslərin ölkə ərazisində tətbiq edilmiş karantin rejimi qaydalarını pozub-pozmadıqlarını müəyyən etmək üçün onların şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etmələrini bildirmişdir. Lakin həmin şəxslərdən ikisinin, adlarının sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildiyi şəxslərin açıq-aşkar sərxoş vəziyyətdə olduqları görünmüşdür. Onların hər ikisi ucadan qışqıraraq, nalayiq ifadələr işlətmiş, digər adının Şahid3 olduğunu bildiyi şəxs isə sakit dayanmışdır. Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs1 isə öz ad və soyadını yanlış dediyi üçün portal vasitəsilə onların şəxsiyyətini müəyyən edə bilməmişdir. Onların hər ikisi yenə də ünvanına nalayiq ifadələr işlədərək onu ələ salmışlar. O da vəziyyətin bu cür olduğunu görüb məcbur olub şöbənin növbətçi hissəsinə zəng edərək olduğu yerə Post Patrul Xidmətinin əməkdaşlarının gəlmələrini bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs1 ona qarşı hörmətsizlik edərək kinayəli şəkildə “rəis pul ver girim dükandan pivə alım” demişdir. Az sonra Post Patrul əməkdaşları, bölük komandirinin müavini, polis mayoru Zərərçəkmiş şəxs2, digər əməkdaşlar Zərərçəkmiş şəxs1 və Nurlan Ramiz oğlu gəlmişlər, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 yaxınlaşarkən Elnur siqaret yandırıb çəkməyə başlamış, Qasım ondan polis əməkdaşı ilə danışdığını, siqareti söndürməsini bildirdikdə Elnur onun ünvanına nalayiq ifadə işlədərək siqareti söndürməyəcəyini demişdir. Post Patrul Xidmətinin əməkdaşları Elnura xidməti avtomobilə oturmasını bildirdikdə Elnur Qasıma kəllə zərbəsi atmış, lakin Qasım cəld tərpənərək zərbədən yayına bilmiş, köməkləşib Elnuru avtomobilə əyləşdirmək istəyərkən Elnur bu dəfə Zərərçəkmiş şəxs1 qoluna təpiklə zərbə vurmuşdur. Birtəhər Elnuru avtomobilə əyləşdirdikdən sonra Təqsirləndirilən şəxs1 mağazadan çıxmış, Qasım ona da yaxınlaşıb Post Patrul Xidməti avtomobilinə əyləşməsini tələb etdikdə Eyub “sən kimsən ki, məni harasa aparasan” deyərək onun üstünə qışqırmışdır. Polis əməkdaşları Eyubu avtomobilə əyləşdirərək şöbəyə aparmışlar. Həmin şəxslər şöbəyə aparıldıqdan sonra onları görməmiş, lakin sonradan eşitmişdir ki, şöbənin inzibati binasında olarkən Təqsirləndirilən şəxs1 qəflətən Zərərçəkmiş şəxs1 üstünə hücum çəkib onu yerə yıxaraq sol qolunun sınmasına səbəb olmuşdur. Sonradan adlarını qeyd etdiyi hər üç şəxs karantin rejimi qaydalarını pozduqları və xırda xuliqanlıq etdikləri üçün barələrində protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və hər üç şəxs barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, günorta saatlarında yaşadığı evdən çıxaraq Xaçmaz-Xudat avtomobil yolunun kənarı ilə gəzməyə başlamışdır. Bu vaxt tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la rastlaşmış, həmin vaxt onların sərxoş olduğunu başa düşmüşdür. Gəzərək Xaçmz şəhər “Çənlibel” parkının yaxınlığına gəlib çatmışlar. Birlikdə yolun kənarı ilə gəzərkən əsassız yerə qışqırdıqlarından mayor rütbəli polis əməkdaşı onlara yaxınlaşaraq nəyə görə qışqırdıqlarını, karantin dövrü olduğu üçün icazələrinin olub-olmadığını soruşduqda o, icazəsinin olmadığını bildirmişdir. Eyub ilə Elnur isə yenə də yüksək səslə danışmağa davam etmişlər. Onları sakitləşdirməyə çalışsa da, bu mümkün olmamışdır. Vəziyyətin yaxşı olmadığını görüb həmin polis əməkdaşından getmək üçün icazə alıb evi istiqamətində getməyə başlamış, təxminən 5-6 dəqiqə sonra Post Patrul Xidməti xidməti əməkdaşları ona yaxınlaşıb hara getdiyini, icazəsinin olubolmadığını soruşduqlarında icazəsinin olmadığını, evinə getdiyini bildirmişdir. Bu vaxt polis əməkdaşları polis şöbəsinə getməli olduğunu dedikləri üçün Post Patrul Xidməti avtomobilinə əyləşmiş və parkın yaxınlığında yerləşən ərzaq mağazasının qarşısına gedib Eyubu da avtomobilə əyləşdirmişlər və onları polis şöbəsinə aparmışlar. Elnuru isə başqa avtomobillə onlardan əvvəl aparmışlar. Polis şöbəsində onu dəhlizdə saxlamışlar, Eyubla Elnuru isə ayrı-ayrı otaqlara aparmışlar. Sonradan Xaçmaz rayon məhkəməsinin qərarı ilə 15 gün inzibati qaydada həbs edilmişlər. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 225 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol mil sümüyünün qapalı sınığı bərk küt əşya(əşyalar) təsirindən törənməklə yetirilmə müddəti xx xxxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 3(067)-334/2020, 3(067)-334/2020 və 3(067)-334/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, X2 və Şahid3 xx xxxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində müvafiq icazə almadan küçəyə çıxmaqla karantin rejimi qaydalarını pozduqlarına, bu faktı müəyyən edən polis əməkdaşları tərəfindən sənədləşmə işləri aparılması üçün Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında sərxoş vəziyyətdə nalayiq söyüşlər söyməklə şöbənin iş rejimini pozduqlarına görə Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 3(067)-334/2020, 3(067)-334/2020 və 3(067)-334/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 510-cu maddələri ilə təqsirli bilinərək hər birinin barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli tələbnamədən və Xaçmaz rayon məhkəməsiinin xx xxxxxxx 2018-ci il tarixli, 1(067)-127/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 11 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər X8 üzrə nümayəndəsi və Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilirlər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Xaçmaz şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində karantin rejimi qaydalarını pozaraq Xaçmaz şəhəri, “Çənlibel” parkının yaxınlığında olarkən həmin vaxt xidmətdə olan Xaçmaz rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Şahid1 onlara yaxınlaşaraq müvafiq icazələrinin olub-olmadığını soruşub şəxsiyyətlərini təsdiq edən sənədləri tələb etdikdə o, bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərdikləri üçün Şahid1 həmin yerə post patrul xidməti əməkdaşları çağırmış, həmin çağırışa gələn Xaçmaz rayon Polis Şöbəsinin Post patrul xidməti bölük komandirinin müavini, polis mayoru Zərərçəkmiş şəxs2, manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis nəfəri Nurlan Ramiz oğlu tərəfindən karantin rejimi qaydalarını pozmaları səbəbindən polis şöbəsinə getmələri bildirildikdə bir daha polisin qanuni tələbinə məhəl qoymayaraq sonuncuların ünvanlarına nalayiq ifadələr işlətmiş, bir qrup şəxs halında olduğu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 baş zərbəsi vurmağa cəhd etmiş, Zərərçəkmiş şəxs1 təpiklə zərbə endirmiş, daha sonra o, Xaçmaz rayon polis şöbəsinə gətirildikdə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 üzərinə hücum edib onu yerə yıxaraq sol qolunun mil sümüyünün qapalı sınığı kimi sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarət yetirərək, bir qrup şəxs halında hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı təkrarən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmçinin təqsirləndiriləm şəxs Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Xaçmaz şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində karantin rejimi qaydalarını pozaraq Xaçmaz şəhəri, “Çənlibel” parkının yaxınlığında olarkən həmin vaxt xidmətdə olan Xaçmaz rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Şahid1 onlara yaxınlaşaraq müvafiq icazələrinin olub-olmadığını soruşub şəxsiyyətlərini təsdiq edən sənədləri tələb etdikdə o, bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərdikləri üçün Şahid1 həmin yerə post patrul xidməti əməkdaşları çağırmış, həmin çağırışa gələn Xaçmaz rayon Polis Şöbəsinin Post patrul xidməti bölük komandirinin müavini, polis mayoru Zərərçəkmiş şəxs2, manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis nəfəri Nurlan Ramiz oğlu tərəfindən karantin rejimi qaydalarını pozmaları səbəbindən polis şöbəsinə getmələri bildirildikdə o, bir daha polisin qanuni tələbinə məhəl qoymayaraq həmin tələbi icra etməmiş, bundan sonra polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs2 qarşı baş zərbəsi vurmağa cəhd etmiş, lakin sonuncu zərbədən yayınmağa nail olmuş, daha sonra o, Post Patrul Xidməti avtomobilinə əyləşdirilərkən tabesizliyini davam etdirərək Zərərçəkmiş şəxs1 qoluna təpiklə zərbə endirmiş, bununla da, bir qrup şəxs halında hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərmişdir. X7 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilmələrinin əsası kimi ibtidai istintaq və məhkəmə istintaqı zamanı hadisə zamanı nalayiq ifadələr işlətsələr də zərərçəkmiş şəxslər olan polis əməkdaşlarına qarşı hər hansı zor tətbiq etməmələri, onları vurmamaları və bu kimi ifadələrində irəli sürdükləri dəlillər təqsirləndirilən şəxslərin özlərini müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdikləri bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu dəlilləri qəbuledilməzdir və işin faktiki hallarına əsasən müdafiə tərəfinin bu mövqeyi qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən, preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyini və əsaslılığını təmin etməlidir. Məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutların məcmuyu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini tamamilə istisna edir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 315ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə tövsif olunmuşdur. Onların əməllərində həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır və törətdikləri cinayət əməli özlərinin qismən etirafı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət pirinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X5 tərəfindən cinayətin bir qrup şəxs halında və öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsini məhkəmə cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 yenidən qəsdən cinayət törətməklə cinayətlərin residivini, cinayətin onun tərəfindən bir qrup şəxs halında və öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsini məhkəmə cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxslər X11 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini etiraf etməməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etməmişlər və buna cəhd də göstərməmişlər. Onların hərəkətləri cəmiyyətdə mənfi emosiyalar doğurmuş, zərərçəkmiş şəxslər hazırda da şikayətçi olmaqla məhkəmədən E.Əkbərov və Təqsirləndirilən şəxs2 cəzalandırılmasını xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyatına təsirini nəzərə alaraq barələrində təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş video görüntülərin yazıldığı CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Xaçmaz rayon Prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünası İsbəndiyar İskəndərovun xx xxxxxx 2020-ci il tarixli qərarları əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə hər biri 15 iş saatı, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(067)- 127/2020 saylı qərarı əsasında isə məhkəmə istintaqı zamanı hər biri 6 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı göstərdikləri cəmi 21 iş saatı (hər birinə 21 saat olmaqla) hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq hər birinə cəmi 126 manat ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.2.1 maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 1 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı göstərdikləri cəmi 21 iş saatı (hər birinə 21 saat olmaqla) hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq hər birinə cəmi 126 (bir yüz iyirmi altı) manat ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-127/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-127/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver