Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-127/2021 04.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1973-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu Qorxmazoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı Şahid1 bacısının əri Zərərçəkmiş şəxs2 oğlunun X3 qəbul olunmasını istədiyini bilib, bu işi həll edə biləcək tanışının olduğunu bildirərək sonuncunu aldadıb, bu barədə yalandan vəd verərək etibarından sui-istifadə etmiş və bu məqsədlə vahid qəsdlə əhatə olunmaqla hissə-hissə 2018-ci ilin iyun ayının əvvəlində Quba rayonu Zərdabi kəndi ərazisində “Elnurun çayxanası” adlanan yerdə Zərərçəkmiş şəxs2 1000 manat, 2018-ci ilin iyun ayının ortalarında Quba şəhərində Şahid1 Zərərçəkmiş şəxs2 məxsus 300 manat, 2018-ci ilin iyul ayının ortalarında Quba şəhərində Zərərçəkmiş şəxs2 650 manat, 2018-ci ilin avqust ayında Quba rayonunun Zərdabi kəndi ərazisində Zərərçəkmiş şəxs2 700 manat və 2018-ci ilin sentyabr ayında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Məştinin kafesi” adlanan yerdə Zərərçəkmiş şəxs2 100 manat,cəmi 2750 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 eyni məbləğdə ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, o, təkrar dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək niyyəti ilə tanışı Şahid1 qardaşı Zərərçəkmiş şəxs1 oğlunun X3 qəbul olunmasını istədiyini bilib, bu işi həll edə biləcək tanışının olduğunu bildirərək sonuncunu aldadıb, bu barədə yalandan vəd verərək etibarından sui- istifadə etmiş və bu məqsədlə vahid qəsdlə əhatə olunmaqla hissə-hissə 2018-ci ilin iyun ayının əvvəlində Quba rayonu Zərdabi kəndi ərazisində “Elnurun çayxanası” adlanan yerdə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 məxsus 1000 manat, 2018-ci ilin iyun ayının ortalarında Quba şəhərində Şahid1 Zərərçəkmiş şəxs1 məxsus 300 manat, 2018-ci ilin iyul ayının əvvəlində Quba şəhərində Zərərçəkmiş şəxs1 700 manat, 2018-ci ilin avqust ayının ortalarında Quba rayonu Zərdabi kəndi ərazisində Zərərçəkmiş şəxs1 650 manat və 2018-ci ilin sentyabr ayında Xaçmaz şəhərində Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 məxsus 100 manat, cəmi 2750 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 eyni məbləğdə ziyan vurmaqla özgənin əmlakını ələ keçirmiş, bununla da o, təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Quba rayonu Qorxmazoba kəndində yaşayır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bahəddinin qardaşı Şahid1 vasitəsilə tanımışdır. Bahadırı isə 2017-2018-ci illərdə Barlı bələdiyyəsində vergi agenti kimi işlədiyi zaman tanımışdır. 2018-ci ilin mart-aprel aylarında Bahadırla yeyib içdikləri zaman Bahadır qardaşı oğlu Şahid2 və bacısı oğlu X12 orta məktəbi qurtardıqlarını, onların X1 qəbul olunmalarını istəməsindən söhbət salmışdır. Onun televizor və internetdən X3 qəbul qaydaları barədə məlumatı olduğundan Bahadıra Xaçmaz rayonundakı müraciət edən şəxslərin Xudat şəhərində Hərbi Hissəyə getməli olduqlarını bildirmişdir. Bahadır ondan uşaqların akademiyaya qəbul edilmələrinə köməklik edə bilib bilməyəcəyini soruşduqda, o, X10 tanışlarının olduğunu bunu bacara biləcəyini bildirmişdir. Bahadır bu barədə qardaşı və bacısının həyat yoldaşı ilə məsləhətləşəcəyini bildirmişdir. O, Bahadıra uşaqların hər biri üçün təxminən 2000 manat ətrafında pulun lazım olacağını bildirmişdir. Bundan bir neçə gün sonra Bahadır ona uşaqların qeydiyyatdan keçdiklərini, onların həkim komissiyasına çağırıldıqlarını bildirmişdir. Onlar həmin gün Bahadırla birlikdə onların evində Dəyanətlə görüşmüşlər. Bahəddin işdə olduğundan onunla görüşə bilməmişdir. O, Dəyanətə və Bahadıra uşaqların akademiyaya qəbul edilmələrini bacara biləcəyini vəd etmişdir. Həmçinin daha sonradan Bahəddinə də bu vədi vermişdir. O, test imtahanında, həkim komissiyasında və Sərhəd Qoşunlarında tanış adamların olmasını və uşaqları tapşıraraq keçirəcəklərini bildirmişdir. Bundan bir neçə gün sonra Bahadır ona zəng edərək qardaşı və yeznəsinin həmin pulu verməyə razı olduqlarını bildirmiş və onu Quba rayonu Zərdabi kəndində yerləşən çayxanaya çağırmışlar. O, həmin gün oraya getdikdə Dəyanət hər uşaq üçün 1000 manat olmaqla ümumilikdə ona ilkin olaraq 2000 manat pul vermişdir. Həmin zaman yanlarında Bahadır da olmuşdur. Bundan sonra o onlardan həkim komissiyasından uşaqların keçirilməsi, sənədləşmə işləri, uşaqların imtahandan keçməsi adı ilə hissə-hissə əlavə 3500 manat da almışdır. Ümumilikdə aldığı 5500 manat pulun 2750 manatı Bahəddinin oğlu, 2750 manatı isə Dəyanətin oğlunun akademiyaya qəbul etdirmək üçün ona verilmişdir. Uşaqların işləri ilə əlaqədar olaraq pulları ona ayrı ayrı zamanlarda Bahəddin, Dəyanət və Bahadır vermişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən kimin nə qədər pul verməsini dəqiq xatırlaya bilmir. O ilkin olaraq onlara hər bir uşağın akademiyaya qəbul edilmələri üçün 2000 yəni ümumilikdə 4000 manat pul lazım olduğunu desə də daha sonradan onların hər birindən uşaqların akademiyaya qəbul edilmələri üçün əlavə olaraq 750 yəni ümumilikdə 1500 manat pul da almışdır. O pulları hissə-hissə almışdır. O sonuncu dəfə 200 manatı 2018-ci ilin sentyabr ayının axırları və ya oktyabr ayının əvvəllərində Dəyanətdən Xaçmaz şəhərində yerləşən “Məştinin kafesi” adlanan yerdə almışdır. X19 heç bir tanışı olmamışdır. Sadəcə pula ehtiyacı olduğundan Bahəddin və Dəyanətin uşaqlarını akademiyaya qəbul elətdirmək istədiyini bildikdə fikirləşmişdir ki, əlinə pul gələnə kimi onlardan aldığı puldan istifadə etsin, sonra işləri yaxşı gətirsə, onların pulunu qaytardın. Lakin həmin zaman işləri düz gətirmədiyindən işlədiyi yerdən də çıxmış və başqa iş yeri də tapa bilməmişdir. 19 fevral 2019-cu il tarixdə öz xətti ilə kağız yazıb Bahadır və Dəyanətə verərək Dəyanət və Bahəddindən uşaqların akademiyaya qəbul edilmələri müqabilində pul almağını etiraf etmiş və 3-4 ay müddət istəmişdir. O həmin zaman fikirləşmişdir ki, bir işi olar, onların pulunu qaytara bilər, amma iş, gəlir yeri tapa bilməmişdir. Onlardan uşaqların X3 qəbul edilmələri ilə əlaqədar olaraq hər uşaq üçün 2750 manat olmaqla ümumilikdə hissə hissə 5500 manat pul aldığını qəbul etmiş və pulları qaytarmaqdan imtina etmir. Maddi imkanı yaxşılaşan kimi aldığı pulları qaytaracaqdır. Onun həmin pulları alaraq şəxsi ehtiyacları üçün xərcləməyinin üzərindən uzun müddət keçdiyindən bunu dəqiq xatırlamasam da, xatırladığı qədərilə o ilkin olaraq Bahadır və Dəyanətdən hər uşaq üçün 1000 manat olmaqla ümumilikdə 2000 manat pulu Quba rayonu Zərdabi kəndi ərazisində yerləşən kafedə almışdır. Bundan başqa Bahəddin ona Quba şəhəri ərazisində 700 manat vermişdir. Həmçinin ayrı ayrı zamanlarda Dəyanət, Bahadır və Bahəddin ona 4-5 dəfə Quba rayonu ərazisində 50-700 manat aralığında uşaqların akademiyaya qəbul edilmələri üçün pul vermişlər. Sonuncu dəfə isə Dəyanət ona Xaçmaz şəhərində "Məştinin kafesi” adlanan yerdə 200 manat vermişdir. Ümumilikdə o uşaqların X3 qəbul edilmələri adı ilə Bahəddin və Dəyanətə məxsus olan 5500 manat pulu Bahadır, Dəyanət və Bahəddindən hissə-hissə almışdır. O heç bir şəxslə əlbir olmamışdır. O heç bir zaman sərhəd qoşunlarında işləməmiş və həmçinin heç bir vəzifə tutmamışdır. Sadəcə onları inandırmaq məqsədilə tanışlarının olduğunu bildirmişdir. Onun uşaqları və yaxud hər hansı başqa bir şəxsin X3 qəbul edilməsi ilə bağlı səlahiyyəti olmamışdır. O aldığı pulları şəxsi ehtiyacları üçün almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qisimində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, şikayət etdiyi şəxs yəni Quba rayon Qorxmazoba kənd sakini olan Təqsirləndirilən şəxs 2018-ci ildə Barlı kənd bələdiyyəsinin üzvü işləmişdir. Maqsudu Barlı bələdiyyəsinə daxil olan Amsarqışlaq kəndində yaşayan qaynı X2 vasitəsi ilə tanımışdır. Belə ki, 15.08.2001 -ci il təvəllüdlü oğlu Aqil 2018-ci ildə 11-ci sinifi bitirəcəyindən X1 qəbul olmaq istəmişdir. Həmin ərəfələrdə digər qaynı Zərərçəkmiş şəxs1 da həmçinin öz oğlu Şahid2 X3 qəbul edilməsini istəmişdir. Təxminən həmin ilin, yəni 2018-ci ilin mart- aprel aylarında qaynı Bahadır onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Qaynı Bahadır və Maqsud onun evinə qonaq gəlmişlər. Maqsudla söhbət etdikləri zaman söhbət əsnasında Maqsudun tanışları olduğunu, oğlunun X3 qəbul olunmasına köməkliyi dəyə biləcəyini bilmişdir. O bu barədə Bahəddinə də bildirmişdir. Maqsud qaynı Bahadura uşaqların Xudat şəhərindən qeydiyyatdan keçməli olduqlarını bildirmişdir. Onların razılıqları ilə Bahadur uşaqlarla Xudat şəhərinə getmiş və uşaqlar həmin zaman qeydiyyatdan keçmişlər. Maqsud onlara gəldiyi zaman Bahəddin mal qara arxası ilə getdiyindən həmin gün evdə olmamışdır. Maqsud onunla söhbət edib demişdir ki, oğlunu X3 qəbul etdirmək üçün 2000 manat ətrafında pul lazımdır. O Maqsudun bu təkilifındən sonra Maqsuda bir qədər düşündükdən sonra xəbər edəcəyini bildirmişdir. O aralarında olan bu söhbət haqqında Bahəddinə də bildirmişdir. Onlar təxminən 1-2 gün sonra fikirlərini qətiləşdirərək Maqsudun dediyi ilə razı olduqlarını Bahadura bildirmişlər. Belə ki, Bahəddin də oğlunun akademiyaya qəbul olunması üçün 2000 manat verməyi qəbul etmişdir. Maqsud Bahadura hər bir uşaq üçün ilkin olaraq 1000 manat verməli olduqlarını demişdir. Bahadur Maqsudun bu sözünü ona dedikdə o razı olmuş və bu barədə Bahəddinə bildirdikdə Bahəddin də razı olmuşdur. Belə ki, təxminən 2018-ci ilin iyun ayının, əvvəli o və Bahəddin hər biri 1000 manat olmaqla ümumilikdə 2000 manat pul düzəltmişlər ki, Maqsuda versinlər. Bahəddinin işi olduğundan öz payına düşən 1000 manatı da ona vermişdir ki, Bahəddinin əvəzindən Maqsuda çatdırsın. Belə ki, o və Bahadur həmin gün Maqsudla yaşadığı Quba rayonu Zərdabi kəndində yerləşən “Elnurun çayxanası”nda görüşmüşlər. O həmin 2000 manat pulu Bahadurun yanında Maqsuda vermişdir. Maqsud həmin pulu götürdükdən sonra onlara məlumat verəcəyini bildirmişdir. Maqsud onlara uşaqların sənədləşmə işlərini, həkim komissiyasından keçmələrini, imtahandan keçmələrini özünün həll edəcəyini vəd etmişdir. Uşaqlar qeydiyyatdan keçdikləri üçün həkim komissiyasından keçməli olduqları barədə sərhəd qoşunlarından onlara rəsmi məlumat verilmişdi. Uşaqlar Bahadurla Bakı şəhərində həkim komissiyasından keçmişlər. Bu barədə onlar Maqsuda bildirmişlər. Həmin zaman Bahadur onlara Maqsudun hər uşaq üçün 300 manat istədiyini bildirmişdir. Onlar Bahadura hər biri 300 manat pul vermişlər ki, Maqsuda versin. Bundan sonra Maqsud mütəmadi olaraq uşaqların akademiyaya qəbul edilmələri üçün pul lazım olduqca onlardan pul istəmişdir. Daha sonradan o övladının akademiyaya qəbul edilməsi üçün Maqsuda 2018-ci ilin iyul ayının ortalarında Quba şəhərində tək şəkildə 650 manat, 2018-ci ilin avqust ayında yaşadığı Quba rayonu Zərdabi kəndində tək şəkildə 700 manat pul vermişdir. Bahəddin də bir neçə dəfə Maqsuda oğlunun akademiyaya qəbul edilməsi üçün ümumilikdə 2750 manat pul vermişdi. Onlaar hər uşaq üçün Maqsuda 2750 manat olmaqla ümumilikdə 5500 manat pul vermişlər. Onun oğlu Aqil və Bahəddinin oğlu Elməddin həmin il iyul ayında 2-ci qrupdan imtahan verdikləri zaman keçid balını toplaya bilməmişlər. Onlar bu barədə Maqsuda bildirdikdə Maqsud onlara “narahat olmayın uşaqların ballarını qaldırdacağam deyə” bildirmişdir. Həmin il yəni 2018-ci ilin sentyabr ayında Maqsud ona zəng edərək uşaqların işi üçün hər uşağa görə 100 manat olmaqla təcili şəkildə 200 manatın lazım olduğunu, özünün Xaçmaz şəhərində olduğunu bildirmişdir. O həmin gün onunla Xaçmaz şəhəri ərazisində yerləşən “Məştinin kafesi” adlanan yerdə görüşmüşdür. Onlar orada yemək yedikdən sonra o Maqsuda 200 manat pul vermişdir. Həmin 200 manat pulun 100 manatını Bahəddindən almışdır. Lakin həmin il sentyabr ayından sonra onlar uşaqlarının akademiyaya artıq qəbul edilmələrinin mümkün olmadığını başa düşmüşlər və Maqsudla əlaqə saxlayaraq verdikləri pulları geri qaytarmasını istəmişlər. Maqsuda isə pulularım qaytaracağını bildirmişdir. Bundan sonra bir müddət Maqsuda zəng çatmamışdır. 19 fevral 2019-cu il tarixdə qaynı X24 rayonunda rastlaşmışdır. Bahadur onunla görüşərək ona zəng etmiş və Maqsudla Quba şəhərində olduqlarını bildirmişdir. O dərhal özü də Maqsudla görüşmək üçün Quba şəhərinə getmişdir. Onlar Quba şəhərində adını dəqiq xatırlamadıqları kafedə əyləşmişlər. Bir qədər sonra Bahadurun oğlu olan Vüsal da atası ilə görüşmək məqsədilə oraya gəlmişdir. Onlar kafedə əyləşərək Maqsudla söhbət etmişlər və odan və Bahəddindən aldığı pulları geri qaytarmasını demişlər. Maqsud isə həmin zaman imkanının olmadığını, aldığı pulları hissə-hissə qaytaracağını bildirmiş və uşaqların X1 qəbul etdirməsi məqsədilə onlardan aldığı pulu etiraf etməsi və 3-5 ay ərzində ödəməsinə söz verməsi barədə öz xətti və imzası ilə kağız yazıb vermişdir. Lakin bu günə qədər də Maqsud onların pullarını qaytarmamışdır. Onun oğlu 2019-cu ilin oktyabr ayında əsgərliyə gedmişdir, hal- hazırda MN-nin Naxçıvan MR-da yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdədir. X11 hər hansı bir vəzifəsi və səlahiyyəti olmamışdır. Maqsud sadəcə onlara tanışlarının olduğunu bildirmişdir. Maqsudun hər hansı bir şəxslə əlbirliyi olmamışdır. O ilkin olaraq şikayət verdiyi zaman pulları Maqsuda avqust ayında verdiyini tələsik olaraq bildirmişdir. Lakin həqiqət onun ifadəsində bildirdiyi kimidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qisimində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, şikayət etdiyi şəxs Quba rayon Qorxmazoba kənd sakini olan Təqsirləndirilən şəxs 2018-ci ildə Barlı kənd bələdiyyəsinin üzvü işləmişdir. Maqsudu qardaşı X5 vasitəsi ilə tanımışdır. Belə ki, 11.10.2000-ci il təvəllüdlü oğlu Elməddin 2018-ci ildə 17 yaşı olmuşdur. Elməddin 11-ci sinifi bitirəcəyindən X1 qəbul olmaq istəmişdir. Eləmin ərəfələrdə yeznəsi Zərərçəkmiş şəxs2 da həmçinin öz oğlu Davudov Aqilin X3 qəbul olmasını istəmişdir. Onlar bu barədə qardaşı olan Bahadura da bildirmişlər. Təxminən həmin ilin, yəni 2018-ci ilin mart-aprel ayında X20 Rəcəbovla tanış etmişdir, söhbət əsnasında Dəyanət Maqsudun tanışları olduğunu, oğullarını X1 qəbul olunmasına köməkliyi dəyə biləcəyini bilmişdir. Dəyanət bu barədə ona da bildirmişdir. Belə ki, Maqsud Bahadura uşaqların Xudat şəhərindən qeydiyyatdan keçməli olduqlarını bildirmişdir. Həmin ərəfələrdə Bahadur uşaqları Xudat şəhərinə aprmış və uşaqlar X3 qəbul edilmələri üçün qeydiyyatdan keçmişlər. Onun bildiyi qədərilə Maqsud Bahadurla birlikdə Dəyanətgilin evinə getmiş və Dəyanətlə görüşmüşlər. Lakin həmin gün onun mala qara ilə bağlı işi olduğundan o Maqsudla görüşə bilməmişdir. Maqsud Dəyanətgillə söhbət edərək oğlunu X3 qəbul etdirmək üçün 2000 manat civarında pul lazım olduğunu həmin pulun müqabilində akademiyaya qəbul etdirə biləcəyini bildirmişdir. Dəyanət həmin gün onunla məsləhətləşdikdə onlar azılığa gəlmişlər ki, oğullarını X3 qəbul elətdirməsi üçün Maqsuda hər biriləri 2000 manat pul versinlər. Bu barədə Maqsuda bildirmişlər. Həmin zaman Maqsud Bahadura hər bir uşaq üçün ilkin olaraq 1000 manat pulun Maqsuda verməli olduqlarını demişdir. Bahadur Maqsudun bu sözünü Dəyanətə dedikdə Dəyanət razı olmuş və daha sonra Dəyanət ona dedikdə isə o da razılıq vermişdir. Belə ki, təxminən 2018-ci ilin iyun ayının əvvəllərində o və Dəyanət hər biri 1000 manat olmaqla ümumilikdə 2000 manat pul düzəltmişlər ki, Maqsuda versinlər. Onun işi olduğundan öz payına düşən 1000 manatı da Dəyanətə vermişdir ki, Dəyanət onun əvəzindən pulu Maqsuda çatdırsın. Belə ki, bildiyi qədərilə həmin gün X28 rayonu Zərdabi kəndində yerləşən “Elnurun çayxanasf’nda görüşmüşlər. Dəyanət həmin 2000 manat pulu Bahadurun yanında Maqsuda vermişdir. Maqsud uşaqların sənədləşmə işlərini, həkim komissiyasından keçmələrini, imtahandan keçmələrini özünün həll edəcəyini onlara vəd vermişdir. Uşaqlar qeydiyyatdan keçdikləri üçün onlara həkim komissiyasından keçməli olduqları barədə məlumat verilmişdir. Uşaqlar Bahadurla Bakı şəhərində həkim komissiyasından keçmişlər. Bu barədə onlar Maqsuda bildirmişlər. Həmin zaman Bahadur onlara Maqsudun hər uşaq üçün 300 manat istədiyini bildirmişdir. Onlar Bahadura hər biri 300 manat pul vermişlər ki, Maqsuda versin. Bundan sonra Maqsud mütəmadi olaraq uşaqların akademiyaya qəbul edilmələri üçün pul lazım olduqca onlardan pul istəmişdir. Daha sonradan o övladının akademiyaya qəbul edilməsi üçün Maqsuda 2018-ci ilin iyul ayının əvvəllərində dosdu Samirin yanında Quba şəhərində 700 manat, 2018-ci ilin avqust ayında Quba rayonu Zərdabi kəndində tək şəkildə 650 manat pul vermişdir. Dəyanət də bir neçə dəfəyə olmaqla Maqsuda oğlunun akademiyaya qəbul edilməsi üçün ümumilikdə 2750 manat pul vermişdir. Onlar hər bir uşaq üçün 2750 manat olmaqla Maqsuda ümumilikdə 5500 manat pul vermişlər. Onun oğlu Elməddin və Dəyanətin oğlu Aqil xatırladığı qədərilə həmin il iyul ayında 1 -ci qrupdan imtahan verdikləri zaman keçid balını toplaya bilməmişlər. Onlar bu barədə Maqsuda bildirdikdə Maqsud onlara “narahat olmayın uşaqların ballarını qaldırdacağam deyə” bildirmişdir. Həmin il yəni 2018-ci ilin təxminən avqust-sentyabr ayında Maqsud Dəyanətə zəng edərək uşaqların işi üçün hər uşağa görə 100 manat olmaqla təcili şəkildə 200 manatın lazım olduğunu, özünün Xaçmaz şəhərində olduğunu bildirmişdir. Dəyanət həmin gün Maqsudla Xaçmaz şəhəri ərazisində yerləşən “Məştinin kafesi” adlanan yerdə görüşmüşdür. Dəyanət Maqsuda 200 manat pul vermişdir. Onlar Maqsuda verdikləri sonuncu pul həmin 200 manat olmuşdur. Lakin həmin il sentyabr ayından sonra onlar uşaqlarının akademiyaya artıq qəbul edilmələrinin mümkün olmadığını başa düşmüşlər və Maqsudla əlaqə saxlayaraq verdikləri pulları geri qaytarmasını istəmişlər. Maqsuda isə pullarını qaytaracağını bildirmişdir. Bundan sonra bir müddət Maqsuda zəng çatmamışdır. 19 fevral 2019-cu il tarixdə qardaşı X24 rayonunda rastlaşmış və Dəyanətə zəng etmişdir. Bundan sonra həmin gün X9, Dəyanət və Maqsud birlikdə olduqları zaman Maqsud onların pullarını hissə-hissə qaytaracağını bildirmiş və uşaqların X1 qəbul etdirməsi məqsədilə onlarıdan aldığı pulu etiraf etməsi və 3-5 ay ərzində ödəməsinə söz verməsi barədə öz xətti və imzası ilə kağız yazıb Dəyanətə vermişdir. Lakin bu günə qədər də Maqsud onların pulunu qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Şahid1 onun atası, Zərərçəkmiş şəxs1 əmisi, Zərərçəkmiş şəxs2 bibisinin əri, Şahid2 əmisi oğlu, X18 isə bibisi oğludur. Atası Bahadır rəhmətə gedib. Onlarla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs 2018-ci il tarixdə tanımışdır. Maqsudla da aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Maqsud Aqil və Elməddini X3 qəbul etdirəcəyi adı ilə hissə-hissə əmisi Bahəddinə məxsus 2750 manatı və bibisinin əri Dəyanətə məxsus 2750 manatı almışdır. Maqsud həmin pulların verilməsində iştirak etməmişdir. Maqsud əmisinə və bibisinin ərinə oğullarını akademiyaya qəbul etdirəcəyi, özünün sərhəd qoşunlarında tanışının olduğunu bildirmişdir. Lakin Maqsud pulları aldıqdan sonra nə uşaqları akademiyaya qoydurmuş, nə də ki, pulları geri qaytarmamışdır. Maqsud müəyyən müddət telefonları belə açmamışdır. Həmin ərəfələrdə 19 fevral 2019-cu il tarixdə atası X32 şəhəri ərazisində görmüşdür. Bu zaman, o da atası ilə Quba şəhərində görüşəcəyindən onlarla rastlaşmışdır. Atası bibisinin əri Dəyanətə zəng edərək Maqsudla Quba şəhərində rastlaşdığını bildirdikdə Dəyanət də oraya gəlmişdir. Həmin zaman onlar kafedə əyləşmişlər. Maqsud həmin zaman atasının, onun və Zərərçəkmiş şəxs2 yanında imkanının olmadığını, pulları hissə-hissə qaytaracağını bildirmiş və uşaqları X1 qəbul etdirməsi məqsədilə atalarından aldığı pulu etiraf etməsi və 3-5 ay ərzində ödəməsinə söz verməsi barədə öz xətti və imzası ilə kağız yazıb vermişdir. Lakin bu günə qədər də Maqsud pulları qaytarmamışdır. Əmisi Bahəddin, bibisinin əri Zərərçəkmiş şəxs2 hər biri 2750 manat olmaqla ümumilikdə 5500 manat pulu Elməddin və Aqilin X3 qəbul edilmələri üçün vermişlər. Həmin pulun bir hissəsini atası Bahadır onlardan alaraq Maqsuda versə də, pulların heç bir hissəsi atasına məxsus olmayıb. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun dosdudur. Aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə əvvələr tanımamışdır. Maqsudla da aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. O Bahəddinin və onun bacısı yoldaşı Zərərçəkmiş şəxs2 öz oğullarını X3 qəbul etdirməsi üşün Maqsud adlı şəxs hər birinin 2750 manat verdiklərini bilmişdir. O həmin pulların hamısının verilməsində iştirak etməsə də 700 manat pulun verilməsində Bahəddinlə birlikdə olmuşdur. Belə ki, uşaqların akademiyaya qəbul edilmələri ilə bağlı X21 şəhərində 700 manat pul almışdır. Həmin zaman o onlardan kənarda dayanmışdır. Maqsudun onu görüb görməməsini bilməmişdir. Həmin zaman o da Bahəddinlə birlikdə olduğundan bunu bilmişdir. Həmçinin o daha sonradan Maqsudun Bahəddindən və Dəyanətdən aldığı pulları geri qaytarmadığını və uşaqları da X3 düzəltmədiyini bilmişdir. O Bahəddindən eşitdiyinə görə uşaqların akademiyaya qəbul eidlmələri üçün 2750 manat Bahəddin və 2750 manat isə Dəyanət Maqsuda vermişlər. Həmin pulun kiçik bir hissəsini isə Bahadır Bahəddin və Dəyanətin işləri olduğundan onlardan alaraq Maqsuda vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən Quba rayonunda Bələdiyyə işçisi kimi tanımışdır. Onun özünə məxsus olan Quba rayonu Amsarqışlaq kəndində torpaq sahəsi olmuşdur. O həmin torpaq sahəsinin sənədləşmə işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs tanımışdır. Onların aralarında münasibət yaranmışdır. Belə ki, 2018-ci ilin mart ayında onlar birlikdə yemək yedikləri zaman söhbət əsnasında qardaşı Zərərçəkmiş şəxs1 oğlu Elməddinin və bacısı oğlu X12 orta məktəbi bitirəcəklərini onların X3 qəbul olmalarını istədiyini bildirmişdir. Bu zaman Maqsud ona həmin uşaqları X3 qəbul etdirməyin mümkün olduğunu lakin bunun müqabilində pulun lazım olacağını bildirmişdir. O Maqsuda uşaqların işinin düzəlməsi imkanı varsa yaxşı olar deyə bildirmişdir. Lakin pulun bir qədər az olmasını Maqsuddan xahiş etmişdir. Maqsud ona danışacağını bildirmiş və hər uşaq üçün 2000 manat civarında pulun lazım olacağını bildirmişdir. Maqsud ona uşaqların Xaçmaz şəhəri Xudat şəhəri ərazisində yerləşən hərbi hissədən qeydiyyatdan keçməli olduqlarını demişdir. O həmin zaman Elməddin və Aqillə birlikdə Xudat şəhərində yerləşən hərbi hissəyə getmiş və uşaqlar orada qeydiyyatdan keçmişlər. Belə ki, Maqsud onları orada hər hansı bir şəxsə tapşırmamışdır. Uşaqlar hər il olan illik qəbul vaxtı hamı kimi orada qeydiyyatdan keçmişlər. Maqsud sadəcə bu barədə onlara məlumat vermişdir. 2018-ci ilin təxminən iyun ayında Maqsud onunla əlaqə saxlayaraq uşaqların işləri üçün 2000 manat pul verməli olduğunu demişdir. O bu zaman Dəyanətə və Bahəddinə bu barədə bildirmişdir. Dəyanət və Bahəddin hər biri 1000 manat olmaqla ümumilikdə 2000 manat düzəltmişlər. Dəyanət və o həmin gün Zərdabi kəndində “Elnurun” kafesində Maqsuda 2000 manat pul vermişlər. Bundan təxminən 1 həftə sonra uşaqlara həkim komissiyasından keçmələri barədə məlumat verilmişdir. O uşaqları Bakı şəhərinə apararaq onları həkim komissiyasından keçirtmişdir. Həmin zaman yəni iyun ayının ortalarında o Bahəddin və Dəyanətdən aldığı 600 manat pulu uşaqların işi ilə bağlı Quba şəhərində Maqsuda vermişdir. Guya Maqsud sənəd işlərini həll edəcəkmiş. Bundan sonrakı mərhələlərdə Maqsud qardaşı Bahətdindən və Dəyanətdən müxtəlif vaxtlarda uşaqların işləri ilə əlaqədar olaraq hissə hissə pullar almışdır. Lakin həmin pulların verilməsində o iştirak etməmişdir. O bunu 2018-ci ilin sentyabr ayında bilmişdir. X17 və Bahətdindən onun onların əvəzinə Maqsuda verdiyi pulla birlikdə uşaqların akademiyaya qəbul edilmələri üçün hər birindən 2750 manat olmaqla ümumilikdə 5500 manat pul almışdır. 2000 manat pul o Dəyanətlə birlikdə Maqsuda vermişdir. Digər pulların verilməsində o iştirak etməmişdir. Maqsud uşaqların akademiyaya qəbul edilmələri üçün onları hər hansı bir şəxslə tanış etməmiş, həmçinin uşaqları hər hansı bir şəxsə tapşırmamışdır. Maqsud onlara uşaqları akademiyaya qəbul etdirəcəyini, uşaqların imtahan mərhələsini və həmçinin digər mərhələlərini həll edəcəyini bildirmişdir. Uşaqlar 2018-ci ilin iyul ayında imtahan verdikləri zaman keçid balını toplaya bilməmişlər. Həmin il sentyabr ayından sonra onlar uşaqların artıq akademiyaya qəbul edilmələrinin mümkün olmadığını başa düşmüşlər və Maqsudla əlaqə saxlayaraq verilən pulları geri qaytarmasını istəmişlər. Maqsud isə pulları qaytaracağını bildirmişdir. Bundan bir müddət sonra Maqsuda zəng çatmamışdır. 19 fevral 2019-cu il tarixdə o Maqsudala Quba rayonunda rastlaşmışdır. Bu barədə Dəyanətə bildirmişdir. Dəyanət dərhal onların yanma gəlmişdir. Həmin zaman oğlu da onların yanında olmuşdur. Maqsud həmin gün onun, oğlu Vüsalın və Zərərçəkmiş şəxs2 yanında imkanının olmadığını, pulları hissə- hissə qaytaracağını bildirmiş və onlara Aqillə Elməddini X1 qəbul etdirməsi məqsədilə aldığı pulu etiraf etməsi və 3-5 ay ərzində ödəməsinə söz verməsi barədə öz xətti və imzası ilə kağız yazıb vermişdir. Lakin bu günə qədər də Maqsud pulları geri qaytarmamışdır. Maqsud sadəcə onlara özünün tanışlarının olduğunu və uşaqları akademiyaya qoyacağını bildirmişdir. Maqsudun sərhəd qoşunlarında heç bir vəzifəsi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 göstərmişdir ki, Quba rayon Qorxmazoba kənd sakini olan Təqsirləndirilən şəxs 2018-ci ildə o, və bibisi oğlu X14 X1 qəbul etdirəcəyini bildirməsi və bunun müqabilindən atasından və Zərərçəkmiş şəxs2 ümumilikdə 5500 manat alması ilə əlaqədar tanımışdır. O və Aqil 2018-ci il tarixdə orta məktəbi bitirmişlər. Onlar həmin zaman birlikdə X3 qəbul olmaq istəmişlər. Bu barədə ailələrinə bildirmişlər. Belə ki, həmin zaman ərəfələrində əmisi Bahadır Maqsud adlı şəxsi atası və Zərərçəkmiş şəxs2la tanış etmişdir. Maqsud adlı şəxs onlara bizi X3 qəbul elətdirə biləcəyini bildirmişdi. Maqsud həmçinin onların Xudat şəhərində qeydiyyatdan keçməli olduqlarını demişdir. Onlar Xudat şəhərində qeydiyyatdan Bahadır əmisi ilə birlikdə gedərkən keçmişlər. Maqsud onların akademiyaya qəbul olunmaları məsələsini özünün həll edə biləcəyini bildirmiş, və bunun müqabilində atasından və Zərərçəkmiş şəxs2 ümumilikdə bir neçə dəfəyə 5500 manat pul almışdır. Belə ki, həmin pulun 2750 manatı onun atası digər 2750 manatı isə Aqilin akademiyaya qəbul edilməsi üçün Maqsuda verilmişdir. Həmin pulun bir qədərini Bahadır əmim atam və Dəyanətin əvəzinə Maqsuda vermişdir. Maqsud onların akademiyaya qəbul edilmələri üçün onlarla hər hansı bir şəxsi tanış etməmiş, həmçinin onları hər hansı bir şəxsə tapşırmamışdır. Onlar qeydiyyatdan keçdikdən sonra onlara hərbi hissədən həkim komissiyasına getməli olduqları ilə bağlı məlumat verilmişdir. Həmin zaman o və Aqil həkim komissiyasına getməli olduqlarını ailələrinə bildirmişlər. Ataları isə bu barədə Maqsuda bildirmişlər. Onlar əmisi Bahadırla birlikdə Bakı şəhərində həkim komissiyasına gedərək oradan keçmişlər. O və Aqil ataları Təqsirləndirilən şəxs pul verdikləri zaman onların yanında olmamışlar. Lakin o Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2gilə bir neçə dəfə gəldiyini görmüşlər. Maqsud onun və Aqilin akademiyaya qəbul olunmaları zamanı bütün mərhələləri həmçinin imtahan mərhələsini öz tanışları vasitəsilə almış olduğu 5500 manat pul müqabilində həll edəcəyini atalarına vəd etmişdir. Onlar Aqillə birlikdə 2018-ci ilin iyul ayında imtahan verdikləri zaman keçid balını toplaya bilməmişlər. Həmin il sentyabr ayından sonra onlar akademiyaya artıq qəbul edilmələrinin mümkün olmadığını başa düşmüşlər və ataları Maqsudla əlaqə saxlayaraq verdikləri pulları geri qaytarmasını istəmişlər. Maqsud isə pulları qaytaracağını bildirmişdir. Bundan bir müddət sonra Maqsuda zəng çatmamışdır. 19 fevral 2019-cu il tarixdə Bahadır əmisi Maqsudala Quba rayonunda rastlaşmışdır. Maqsud həmin zaman əmisi Bahadırun, onun oğlu Vüsalın və Zərərçəkmiş şəxs2 yanında imkanının olmadığını, pulları hissə-hissə qaytaracağını bildirmiş və onları X1 qəbul etdirməsi məqsədilə atalarından aldığı pulu etiraf etməsi və 3- 5 ay ərzində ödəməsinə söz verməsi barədə öz xətti və imzası ilə kağız yazıb vermişdir. Lakin bu günə qədər də Maqsud onların pulunu qaytarmamışdır. Atası Zərərçəkmiş şəxs1 və Aqilin atası Zərərçəkmiş şəxs2 hər biri 2750 manat olmaqla ümumilikdə 5500 manat pulu o və Aqilin X3 qəbul edilmələri üçün vermişlər. Həmin pulun bir hissəsini Bahadır əmisi onlardan alaraq Maqsuda vermişdir. Həmin pulları onun bildiyi qədərilə hissə-hissə vermişlər. Maqsud onlara hər hnaı bir sənəd verməmişdir. Sadəcə özünün tanışlarının olduğunu və onları akademiyaya qoyacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş 19 fevral 2019-cu il tarixli iltizam şəkilli sənəddən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkimş şəxslərdən uşaqlarının X1 qoyulması ilə əlaqədar götürmüş olduğu 2750 manat pulu aldığını etiraf edərək öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş 15.03.2021-ci il tarixli təqdim edilmiş vərəqə baxış keçirilməsi haqqında protokoldan görünür ki, vərəqdə “Mən Zərərçəkmiş şəxs1 uşağını X3 qəbul etdirmək üçün 2750 manat pul almışam. Uşaq məktəbə qəbul olunmadı. Aramızda belə söhbət var idi ki, uşaq məktəbə girməsə pullar geri qayıdacaq. X8 uşağını da həmin məktəbə qoymaq üçün 2750 manat pul almışam və ona da demişəm ki, uşağı qəbul olmasa pullar qayıdacaq. Hal hazırda həmin pulu qaytara bilməmişəm. Özüm yazdım, imzamla təsdiq edirəm. Şahidlər Şahid4, Şahid1, Zərərçəkmiş şəxs2. Pulu hissə-hissə ödəyəcəyəm (3-5 ay ərzində) İmza Təqsirləndirilən şəxs, 19.02.2019 sözləri yazılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs riyaziyyat vərəqində olan mətni özünün yazdığını və həmin əlyazmanın və imzanın özünə məxsus olduğunu etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəməxətşünaslıq ekspertizasının 11 iyun 2021-ci il tarixli, 4/747 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərində “Mən Zərərçəkmiş şəxs1 ...” yazıları ilə başlayıb “...19.02.2019-cu il” yazıları ilə bitən dama-dama dəftər vərəqəsindəki yazılar və “Təqsirləndirilən şəxs” yazıları önündəki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti Başçısının Zərqava İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2020-ci il tarixli, 198 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəribağa oğlu yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti Başçısının Zərqava İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2020-ci il tarixli, 199 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qəribağa oğlu evlidir, ailə tərkibi arvadı-1979-cu il təvvəllüdlü X13, oğlu- 1998-ci il təvəllüdlü X15 və oğlu- 2002ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 30.04.2019-cu il tarixdə AR CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq Quba rayon məhkəməsinin hökmü ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması və 01 (bir) il dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və vəzifə tutma hüququndan məhrum edilmə cəzasına məhkum edilmiş, 18.06.2020-ci il tarixdə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmışdır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı Şahid1 bacısının əri Zərərçəkmiş şəxs2 oğlunun X3 qəbul olunmasını istədiyini bilib, bu işi həll edə biləcək tanışının olduğunu bildirərək sonuncunu aldadıb, bu barədə yalandan vəd verərək etibarından sui-istifadə etmiş və bu məqsədlə vahid qəsdlə əhatə olunmaqla hissə-hissə 2018-ci ilin iyun ayının əvvəlində Quba rayonu Zərdabi kəndi ərazisində “Elnurun çayxanası” adlanan yerdə Zərərçəkmiş şəxs2 1000 manat, 2018-ci ilin iyun ayının ortalarında Quba şəhərində Şahid1 Zərərçəkmiş şəxs2 məxsus 300 manat, 2018-ci ilin iyul ayının ortalarında Quba şəhərində Zərərçəkmiş şəxs2 650 manat, 2018-ci ilin avqust ayında Quba rayonunun Zərdabi kəndi ərazisində Zərərçəkmiş şəxs2 700 manat və 2018-ci ilin sentyabr ayında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Məştinin kafesi” adlanan yerdə Zərərçəkmiş şəxs2 100 manat,cəmi 2750 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 eyni məbləğdə ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, o, təkrar dələduzluq, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək niyyəti ilə tanışı Şahid1 qardaşı Zərərçəkmiş şəxs1 oğlunun X3 qəbul olunmasını istədiyini bilib, bu işi həll edə biləcək tanışının olduğunu bildirərək sonuncunu aldadıb, bu barədə yalandan vəd verərək etibarından sui- istifadə etmiş və bu məqsədlə vahid qəsdlə əhatə olunmaqla hissə-hissə 2018-ci ilin iyun ayının əvvəlində Quba rayonu Zərdabi kəndi ərazisində “Elnurun çayxanası” adlanan yerdə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 məxsus 1000 manat, 2018-ci ilin iyun ayının ortalarında Quba şəhərində Şahid1 Zərərçəkmiş şəxs1 məxsus 300 manat, 2018-ci ilin iyul ayının əvvəlində Quba şəhərində Zərərçəkmiş şəxs1 700 manat, 2018-ci ilin avqust ayının ortalarında Quba rayonu Zərdabi kəndi ərazisində Zərərçəkmiş şəxs1 650 manat və 2018-ci ilin sentyabr ayında Xaçmaz şəhərində Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 məxsus 100 manat, cəmi 2750 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 eyni məbləğdə ziyan vurmaqla özgənin əmlakını ələ keçirmiş, bununla da o, təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə mülki iddia qaldıraraq, Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq nəticəsində onlara vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehdən 5500 manat alınaraq onlara verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddiaya münasibət bildirərək, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxslərə maddi ziyan vurulması tam sübuta yetirilir. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Beləliklə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddialar təmin edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 110 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 04 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs 5500 manat məbləğində pul tutularaq, 2750 manatı Zərərçəkmiş şəxs1, 2750 manatı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 110 manat Təqsirləndirilən şəxs tutularaq, ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-127/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-127/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver