Məhkəmə qərarları › İş №1(067)-127/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-127/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-127/2024 17.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Rusiya Federasiyasının, Severobaykalsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz st. X12 əməkdaşları tərəfindən 06 mart 2024-cü il tarixdə saat 18:00-da Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində saxlanılıb 06 mart 2024cü il tarixdə saat 18:50-dən 19:05-dək olan müddətdə Xaçmaz st. X12 inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol içəri cibində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,651 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq olunmuş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 yaşayır, subaydır, əvvəllər Xaçmaz şəhərində yerlşən "xxxx" MMC-də dəmir yolu vağzalın ərazisində mühafizəçi işləyirdi. Özü bir ildən çoxdur ki narkotik vasitələrdən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 06 mart 2024-cü il tarixdə səhər saatlarında iş yerindən çıxaraq yaşadığı evə gedərəkən yolun kənarından yerdən bir ədəd sellofan büküm görmüş diqqətini cəlb etdiyi üçün bükümü yerdən götürmüş açıb içirəsinə baxmış orada ağ rəngli kütlə yəni metamfetamin olduğunu başa düşmüş və həmmin bükümü əynindəki qara rəngli gödəkçəmin sol iç cibinə qoyaraq öz istifadəsi üçün üzərində saxlamış. 06 mart 2024-cü il tarixdə saat 18:00 radələrində Xaçmaz stansiyasının ərazisindən keçib işə tərəf gəlirmiş. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları ona tərəf yaxınlaşmış özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitələri daşımaqda, saxlamqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz stansiyasının X14 dəvət etmişlər. O, etiraz etməmiş polis əməkdaşalrı ilə birlikdə X14 gəlmiş. X12 inzibati binasında özünü Xaçmaz stansiyasının X12 İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru kimi təqdim edən polis əməkdaşı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə bildirmiş, ona vəkillərin siyahısını təqdim etmişdir. O, da siyahıdan olan vəkillərdən biri ilə təmin edilməyini xahiş etmişdir. Bundan sonra siyahıda olan dövlət hesabına olan vəkillərdən Vüsal Hacıyev ilə təmin etmişlər. Vəkilin iştirakı ilə təhqiqatçı şübhəli şəxs qismində tutulmağı barədə ona protokol tərtib olunmuşdur. Həmin protokolu o, vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı onun vəkili Vüsal Hacıyevin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarışın aparılacağını izah etmişdir. O, üzərimə şəxsi axtarışın aparılasma etiraz etməmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış başladıqda təhqiqatçı ona hüquq və vəzifələrini birdə izah etmiş, bu barədə bildiriş verərək üzərində nə varsa çıxarıb masanın üzərinə qoymağım təklif etmişdir. O, da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, bir ədəd göy rəngli “Prima” siqaret paçkası və əynindəki qara rəngli gödəkçənin sol iç cibindən salafana bükülmüş bir bükümdə olan psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və bildirmiş ki, həmin bir büküm metamfetamini 06 mart 2024-cü il tarixdə səhər saatlarında işdən gedərkən Xaçmaz şəhər ərazisində yolda yerdən tapmış, özü arabir istifadə etdiyindən yerdən tapdığı bükümün içərisində metamfetamin olduğunu tanımış və şəxsi istifadəsi üçün cibinə qoyaraq saxlamış. Həmin vaxt təhqiqatçı metamfetamin olan bükülünün onda hardan əldə etməyini, metamfetamini ona hər hansı bir şəxsin satıb satmadığını soruşmuş, o, da metamfetamini tapdığını bildirmiş və istifadəçisi olduğu üçün üzərində saxlamışdır. Onun həmin metamfetamini kiməsə satmaq və ya vermək niyyəti olmamışdır. Sonra təhqiqatçı üzərindən aşkar olunmuş metamfetamin olan bir ədəd bükümü masanın üstündən götürmüş elektron tərəzidə çəkmiş və ekspertizaya təqdim edilməsi üçün zərfə qoyub möhürləyərək qablaşdırıb maddi sübut kimi götürülmüşdür. Digər əşyalarını onun özünə qaytarılmışdır. Sonda üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə o, da imzalamışdır. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bir ədəd büküm də olan psixotrop maddə metamfetamini taparaq əldə etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, heç kəsdən narkotik vasitə və ya psixotrop maddə almamış və heç kimədə satmamışdır.O, saxlanılarkən və ya X14 gətirildikdən sonra da ona qarşı heç bir qanunsuzluq olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 06 mart 2024-cü il tarixində etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs tez-tez Xaçmaz dəmir yol stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatrı əldə etmişdir. Həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra, raportla rəhbərliyə məruzə etmiş. Daha sonra tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş və əməliyyat tədbirinin keçirilməsinə başlanılmış, O, digər polis əməkdaşları Şahid3 və İslam Vəliyev ilə birgə Xaçmaz dəmir yol stansiyasının ərazisində müşahidə aparmağa başlamış. Saat 18:00 radələrində Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində olması müəyyən olunmuşdur. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, daxil olmuş məlumat əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmiş. O, raport tərtib edərək Təqsirləndirilən şəxs yaxalanması barədə rəhbərliyə məruzə etmişdir. Materialın sonrakı icrası Xaçmaz st. XPŞ-nin baş təhqiqatçı Nəzər Həbibova həvalə olunmuş. X5 xidməti otağında şöbəyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində şöbəyə əməliyyat məlumatı daxil olmasını deyərək Orxana vəkillərin siyahısı təqdim edilmiş vəkil seçməsi təklif edilmiş və Orxan siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə X3 dəvət etmişdi. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Vüsal Hacıyev tərəfindən imzalanmış. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmiş buna onun etirazının olub-olmamasını soruşulmuş. Orxan cavab olaraq bildirmiş ki, üzərinə şəxsi axtarış keçirilməsinə etirazı yoxdur, bundan sonra təhqiqatçı Nəzər Həbibov xidməti otağında Təqsirləndirilən şəxs hüquq vəzifələrini başa salmış ona hüquq vəzifələri ilə bağlı bildiriş vermiş ona müraciət edib üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Prima” siqaret qutusu və gödəkçənin sol içəri cibindən sağ əlin salaraq 1 ədəd selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən çıxartdığı 1 ədəd bükümün içərisində ağ rəngli kristal formada psixotrop maddəyə bənzər kütlənin olduğu aşkar olunmuş. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan kristal formada kütlənin psixotrop maddə metamfetamin olmasını etiraf etmiş, həmin bükümü səhər saatlarında işdən gedərkən yolun qırağından yerdən tapdığını bildirmiş. Həmin psixotrop maddə metamfetamindən o, özü istifadəçi olduğundan üzərində saxladığını bildirmiş. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini kimdənsə alıb almadığını və ya həmin psixotrop maddə metamfetamini satmaq niyyəti olub-olmadığını soruşanda o, təkrarən psixotrop maddə metamfetamini yolun qırağından yerdən tapdığını bildirmiş. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən çıxan və içərisində psixotrop maddə metamfetamin olan büküm elektron tərəziyə qoyularaq çəkilmiş büküm qarışıq 0,80 qram tərəzidə göstərmiş və zərfə qoyularaq qablaşdırılmış, o, digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin PPXM-nm komandiri vəzifəsində xidmət edən polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 06 mart 2024-cü il tarixdə Xaçmaz st. XPŞ-nə Təqsirləndirilən şəxs ADY QSC-nin Xaçmaz stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş. Buna görə də stansiyanın ərazisində əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmış. Həmin tarixdə saat 18:00 radələrində Şahid3, Xaçmaz st. XPŞ-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Xaçmaz st. XPŞ-nin PPXM-nm polis nəfəri polis baş serjantı X4 ilə birlikdə əməliyyat məlumatı əsasında Xaçmaz stansiyasının ərazisinə getmiş orada bir qədər durduqdan sonra Təqsirləndirilən şəxs stansiya ərazisində olduğunu görmüşlər. Bu vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşmış özlərini təqdim edərək, daxil olmuş məlumat əsasən onun narkotik vasitələri qanunsuz olraq əldə etməs və daşımasında şübhəli olduğu üşün Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şxsi axtarışın aparılması təhqiqatçı, polis mayoru Nəzər Həbibova həvalə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri, polis baş serjantı X6 məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə 06 mart 2024-c il tarixdə Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı X16 Qəribovun üzərində qanunla qadağan olunan nə varsa çıxardıb təqdim etməsi təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Prima” siqaret qutusu və gödəkçənin sol içəri cibindən sağ əlin salaraq 1 ədəd selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən çıxartdığı 1 ədəd bükümün içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükülünün içərisində olan kristal formada kütlənin psixotrop maddə metamfetamin olmasını etiraf edərək, həmin bükümü səhər saatlarında işdən gedərkən yolun qırağından yerdən tapdığın bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddə metamfetamin büküm qarışıq elektron tərəziyə qoyularaq çəkilmiş və ümumi çəkisi 0,80 qram tərəzidə göstərmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, tərtib edilmiş şəxsi axtarış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə xx.xx.2024-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınmış və həmin DVD disk cinayət işi materiallarında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə- kimyəvi ekspertizasına dair 07 mart 2024-cü il tarixli 3-16-16/2-6/1371 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN DYNPİ-nin Xaçmaz st. X17 Z.ərflər üçün dairəvi möhür əksləri olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,651 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,651 qram, sərf edildi 0,05 qr, qalıq- 0,601 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd selofan bükümdə təmiz çəkisi 0,651 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və psixotrop maddəmetamfetamin ekspertiza tədqiqatından sonra qalan 0,601 qram qalığının 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 mart 2024-cü il tarixli 1964 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə xx.xx.2024-cü il tarixdə təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 02 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.1 6.2 69.4 cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 4500 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması və 4500 manat cərimə cəzası təyin edilmiş və xx.xx.2021 -ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə, təyin edilmiş 4500 manat cərimə cəzası bir il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.1 -ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğu götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 1 (bir) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs olsa da, residivi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz st. X12 əməkdaşları tərəfindən 06 mart 2024-cü il tarixdə saat 18:00-da Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində saxlanılıb 06 mart 2024-cü il tarixdə saat 18:50-dən 19:05-dək olan müddətdə Xaçmaz st. X12 inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol içəri cibində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,651 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq olunmuş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 06 mart 2024-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 08 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 08 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 17 iyul 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz st. X13 saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,651 qram maddi sübut kimi tanınmış və psixotrop maddəmetamfetamin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,601 qram təşkil edən narkotik vasitə maddə-metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsnda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmənin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz st. X13 saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,651 qram maddi sübut kimi tanınmış və psixotrop maddəmetamfetamin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,601 qram təşkil edən narkotik vasitə maddə-metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxsndan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar