Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-128/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər bir neçə dəfə məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 130 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 30.05.2021-ci il tarixdə, saat 22:20-23:15 müddətində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, X7 yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, həmin evin yataq otağında çarpayının döşəyinin altından bir ədəd sini qabda təmiz çəkisi 130 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə - qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir və narkotik vasitələrdən istifadə etməsinə görə 2014-cü ildə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 30 may 2021-ci il tarixdə, təxminən saat 22 radələrində o, yaşadığı evin həyətində olarkən həmin həyətə polis əməkdaşları gəlmiş, həmin polis əməkdaşları ona narkotik vasitə qəbul etdiyini və qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu və evində narkotik vasitə saxladığını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan evə baxış keçirmək üçün etirazının olub-olmadığını soruşmuş, o, evinə baxış keçirilməsinə etiraz etməmişdir. O, evinə baxış keçirilməsinə etirazı olmamasına dair ərizə verdikdən sonra polis əməkdaşları videoçəkilişlə onun evinə baxış keçirilməsinə başlamış və ona evində narkotik vasitə varsa, təqdim etməsini bildirmişlər. Bundan sonra isə o öz istifadəsi üçün yataq otağındakı çarpayının döşəyinin altında saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş, qanunusuzluq olmamış və heç bir hüquqları pozulmamışdır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin NMQnın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30.05.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Xaçmaz şəhəri, X7 yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O dərhal bu məlumatı Xaçmaz rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və işlədiyi şöbənin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Daha sonra əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 30.05.2021-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, X7 yerləşən evinin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin hətəyinə girmiş, ardınca onlar da sonuncunun həyətinin giriş qapısına yaxınlaşaraq, onu yanlarına dəvət edib özlərini təqdim etdikdən sonra, narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs da həqiqətən narkotik vasitə istifadəçisi olduğunu və evində narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Elxan Allahverdiyev Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, müstəntiq E.Allahverdiyev videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs evində və ya üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun yaşadığı evdə ona məxsus yataq otağında çarpayının döşəyinin altında ona məxsus olan narkotik vasitə vardır. Bundan sonra müstəntiq E.Allahverdiyev onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı evə baxış keçirmək üçün evə daxil olmuşlar, evə daxil olan zaman Təqsirləndirilən şəxs özünə məxsus olan yataq otağını göstərmiş, yataq otağına daxil olduqda girişdən sağ tərəfdə yerləşən çarpayıya yaxınlaşıb çarpayının baş tərəfindən döşəyi qaldırıb içərisində qurudulmuş bitki kütlələri olan sini qab çıxarıb göstərmişdir ki, həmin qabın içərisində olan bitki qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs həmin sini qabın içərisində olan kütləni X4ə vermişdir. Daha sonra həmin sini qabdakı kütlə müstəntiq E.Allahverdiyev tərəfindən sellofan paketə boşaldılıb qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. X4 həmin qablaşmanı ekpertizaya təqdim etmək üçün götürmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən hər hansı başqa qanunsuz əşya, predmet aşkar edilməmişdir. Baxış prosesi əvvəldən sonadək videokamera ilə qeydə alınmış və baxış bitdikdən sonra çəkiliş də dayandırılmışdır. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 30 may 2021-ci il tarixli “yaşayış evində baxış keçirilməsi haqqında” protokoldan və həmin baxışın qeyd olunduğu CD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri “Qrand Oil” yanacaq doldurma məntəqəsinin arxa tərəfində yerləşən X7 olan evində baxış keçirilmişdir. Evin qarşısında təqsirləndirilən şəxsdən üzərində, yaxud evdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, təqsirləndirilən şəxs yaşadığı həmin evdə narkotik vasitə saxladığını bildirmiş, təqsirləndirilən şəxsdən evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və etirazı olmamış, bundan sonra polis əməkdaşları evə daxil olmuş, təqsirləndirilən şəxs narkotik vasitəni gizlədərək saxladığı öz yataq otağındakı çarpayısının üzərindəki döşəyin altından bir ədəd sini qabda təqdim etmiş, həmin qabın içərisində yaşıl rəngli bitki kütləsi olduğu müəyyən edilmiş, təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə - qurudulmuş marixuana olduğunu, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş həmin bitki kütləsi qablaşdırılaraq möhürlənmiş və qablaşdırılma iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 7/506 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “imza Sadıxov...” sözləri yazılmış kağız paketdə bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 130,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 129,95 qram təşkil etmişdir. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan və 30 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 130 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 129,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi, onun narkotik vasitə satması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd olunan hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 18 iyun 2021-ci il tarixli, 1961 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 130 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 130 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 30.05.2021-ci il tarixdə, saat 22:20-23:15 müddətində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, X7 yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, həmin evin yataq otağında çarpayının döşəyinin altından bir ədəd sini qabda təmiz çəkisi 130 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə - qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 09 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 32.5, 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3 və 69.3-cü maddələrinə əsasən 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.06.2013-cü il tarixli qərarı ilə hökmdən 170.1-ci maddəsi xaric edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılaraq azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 24.04.2014-cü ildə cərimə cəzasını tam ödəmişdir; Bundan başqa, o, Xaçmaz rayon məhkəməsinin 13 yanvar 2015ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 07.08.2015-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur; Bundan başqa, o, Xaçmaz rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 1(067)-135/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 07 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Xaçmaz RİH başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri X7 yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində həmin Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 1(067)-135/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 07 dekabr 2020-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Bununla da təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 30 may 2021-ci il tarixli protokoldan və şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunmasına dair 01 iyun 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 1(067)-128/2021 saylı qərarından və Xaçmaz RPŞ-nin “axtarışda olan şəxsin tutulması barədə” 09 oktyabr 2021-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 30.09.2021-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 09 oktyabr 2021-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 130 qram qurudulmuş marixuanadan tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 129,95 qram təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 130 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə 129,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra çəkisi 129,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra çəkisi 129,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-128/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-128/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver