Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-128/2022 08.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 vəkili və nümayəndəsi Müdafiəçi1, Paşaliyev (Pashalıev) İsmayıl (İsmaıl) Süleymanoviçin və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xaçmaz RPŞ-nin DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixində polis əməkdaşları ona məruzə etmişdir ki, xidməti vəzifələrini yerinə yetirən zaman X9 adlı şəxs onları təhqir etmişdir. X9 tərəfindən deyilmiş təhqiramiz sözlər polis əməkdaşları üzərində olan səs yazma qurğusu vasitəsi ilə qeydə alınmışdır. Buna görə də polis əməkdaşları həmin şəxsi raportla növbətçi hissəyə təqdim etmişdirlər. O, X1 otağa gedərək, polis şöbəsinə müvafiq raport yazmaq üçün anket məlumatlarını qeydə almışdır. Müvafiq sənədləşdirmə işlərindən sonra həmin gün X9 sərbəst buraxılmışdır. Bir müddət sonra X9 Xaçmaz rayon prokurorluğuna böhtan xarakterli şikayət ərizəsi ilə müraciət etmişdir ki, guya polis şöbəsində o təhqir edilmiş, guya o ona təhqiredici sözlər demişdir. Halbuki belə hal baş verməmişdir. X6 əsassız və böhtan xarakterli şikayəti Xaçmaz rayon prokurorluğunda araşdırılmış və xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi “haqqında qərar ilə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş və qərarın 2-ci bəndi ilə X7 həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, yuxarı prokurora və ya rayon məhkəməsinə şikayət etmək hüququnun olması izah edilmişdir. Lakin X9 qeyd olunan qərardan rayon prokuroruna, yuxarı prokurora və ya rayon məhkəməsinə şikayət etmək hüququ olduğu halda kütləvi informasiya vasitələrində və internet resurslarında onun barəsinə böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Belə ki, “Xural” internet televiziyasının “Youtube” sosial şəbəkə səhifəsində yayılmış X6 27 iyun 2022-ci il tarixli (https: \\www.youtube.com/watch?v=kab2kQqphUY&feature=youtu.be) və 12 iyul 2022-ci il tarixli (https://www.youtube.com/watch?v=YjİFf2GWfAc) müsahibələrində bildirmişdir ki, guya o, X8 kobud söyüşlərlə təhqir etmiş, ona zərbələr vurmuş, bu zaman Axısqa türkü olması məsələsinə görə də guya o təhqir edilmişdir, guya Axısqa türklərinə qarşı onun münasibəti pis olmaqla vəzifə səlahiyyətindən istifadə edərək onları təhqir edərək, onlara düşmənçilik münasibəti bəsləməklə onları təqib edir, bərabərlik hüququnu pozur. Həmçinin guya o və digər polis əməkdaşları bu hərəkəti əlavə olaraq ona görə edirlər ki, ondan və mağaza sahibi olan digər sahibkarlardan rüşvət kimi aylıq pul almaq istəmişlər. Guya onlar hər ay mağaza sahiblərindən rüşvət kimi pul alırlar. Halbuki X6 dedikləri tamamilə yalan və böhtan xarakterli olmuş və bu hal Xaçmaz rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də təsdiq edilmişdir. X3 vəzifə səlahiyyətlərindən sui istifadə, təhqir və milliyyətə görə ayrı-seçkilikdə təqsirləndirərək ona böhtan atmışdır. Halbuki X9 özü xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına qarşı təhqiredici söz dediyi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün idarəyə gətirilmişdir. Bu zaman X4rşı hər hansı təhqiredici söz işlənilməmiş, milliyyət məsələsi qabardılmamışdır. Milliyyət məsələsi polis əməkdaşları tərəfindən heç vaxt qabardıla da bilməz. Onlar milliyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir vətəndaşa, əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə eyni münasibət bəsləyirlər. Lakin X9 Axısqa türkü olması ilə əlaqədar bu məsələni özü qabardaraq müsahibədə onu guya türk xalqlarından biri olan Axısqa türklərinə qarşı pis münasibəti olan, onlara qarşı ayrıseçkilik edən, təqib edən və bərabərlik hüququnu pozan şəxs kimi təqdim etmişdir. X6 böhtan xarakterli məlumatı onun şərəf və ləyaqətini ləkələmiş, onu nüfuzdan salmışdır. Onu guya hər hansı millətə, xüsusən də türk millətinə qarşı şəxs kimi təqdim etməsi, ona böhtan ataraq guya onu təhqir etməkdə və digər ağır cinayətlər törətməkdə günahlandırması onun mənəvi sarsıntı yaşamasına və işgüzar nüfuzuna ciddi xələl yetirilməsinə səbəb olmuşdur. X5 böhtan ataraq, əsassız və qanunsuz olaraq onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsinə nəzərdə tutulmuş təqib (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda), 154.2ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnu pozma (irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 283.2.1 və 283.2.-ci maddələrində nəzərdə tutulmuş milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.2-ci maddəsinə nəzərdə tutulmuş rüşvət alma (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) kimi ağır cinayətlərdə günahlandırmışdır. X9 bu böhtan xarakterli məlumatları və onu ağır cinayətlərdə ittiham etməsi onun şərəf və ləyaqətini ləkələmiş, onu nüfuzdan salmışdır. Odur ki, pozulmuş hüquqlarının bərpası və adının təmizə çıxarılması üçün X9 barəsində qanunvericiliyə uyğun tədbir görülməsini zəruri hesab edir. Göründüyü kimi, guya X8 kobud söyüşlərlə təhqir etməklə, vəzifə səlahiyyətindən sui-istifadə etməklə bağlı X2 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulmuş təqib (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda), 154.2-ci maddəsində nəzərdə tutulmiş bərabərlik hüququnu pozma (irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 283.2.1 və 283.2.-cü maddələrində nəzərdə tutulmuş milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasma və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.2-ci maddəsinə nəzərdə tutulmuş rüşvət alma (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) kimi ağır cinayətlərdə ittiham etməklə X9 bu böhtan xarakterli məlumatları və onu ağır cinayətlərdə ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən, xx.xx.1977-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata başlanılması, cinayət məsuliyyətinə cəlb edilməsi və ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkilinümayəndəsi şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Paşaliyev (Pashalıev) İsmayıl (İsmaıl) Süleymanoviç və onun müdafiəçisi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinə və məhkəmə baxışına təyin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayət vermiş şəxsin doğulduğu il haqqında məlumat şikayətdə göstərilməmişdir. Həmçinin şikayətdə barəsində şikayət verilmiş şəxsin adı və soyadı düzgün göstərilməmişdir. Bundan başqa, şikayətə barəsində şikayət verilmiş şəxsin yaşayış yerini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə görə, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsinə görə, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Odur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətdə özünün doğulduğu il haqqında məlumatı göstərmədiyindən, həmçinin şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin adı və soyadı düzgün göstərilmədiyindən, həmçinin şikayətə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yerini təsdiq edən sənəd əlavə edilmədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-128/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-128/2022
08.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver