Məhkəmə qərarları › İş №1(067)-129/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-129/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-129/2021 23.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu Köhnə-ünvan 1 ünvanında yerləşən X4 şagird yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə qonaq olaraq qaldığı doğma bibisi Zərərçəkmiş şəxs məxsus olan Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndi ərzisində yerləşən evin yataq otağındakı sandığı, yəni saxlanc yerini qanunsuz olaraq açarla açmaqla sandığın içərisində olan pul qabından 2020-ci ilin oktyabr ayının birinci həftəsində 50 manat, 2020-ci ilin oktyabr ayının ikinci həftəsində 50 manat, 2020-ci ilin oktyabr ayının sonu 100 manat, 2020-ci ilin noyabr ayının əvvəlində 150 manat, 2020-ci ilin noyabr ayının ikinci həftəsində 100 manat, 2020ci ilin noyabr ayının üçüncü həftəsində 50 manat, 2020-ci ilin noyabr ayının sonuncu həftəsində 300 manat, 2020-ci ilin dekabr ayının əvvəlində 50 manat, 2020-ci ilin dekabr ayının ortalarında 100 manat, 2020-ci ilin dekabr ayının sonunda 150 manat, 2021-ci ilin yanvar ayının ilk həftəsində 150 manat, 2021-ci ilin yanvar ayının ortalarında 200 manat, 2021-ci ilin fevral ayının əvvəlində 200 manat, 2021-ci ilin fevral ayının ortalarında 100 manat, 2021-ci ilin fevral ayının sonunda 200 manat, 2021-ci ilin mart ayının ortalarında isə 1 ədəd 2310 manat dəyərində 583 əyarlı 33 qramlıq qızıl boyunbağını, 1 ədəd 350 manat dəyərində 583 əyarlı, 5 qramlıq qızıl üzük (barmaqça), 1 cüt 350 manat dəyərində 583 əyarlı 5 qramlıq qızıl sırğa, 1 ədəd 280 manat dəyərində 583 əyarlı 4 qramlıq qızıl üzük, 1 ədəd 140 manat dəyərində 2 qramlıq qızıl kulon, 2550 manat pulu içərisində olduqları 2 manat dəyərində pulqabı ilə birlikdə vahid niyyətlə gizli olaraq talayaraq oğurlamış və Zərərçəkmiş şəxs ümumilikdə 7932 manat maddi ziyan vurmuş, bununla da o, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq xeyli miqdarda talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bibisidir. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. 2020-ci ilin sentyabr ayının sonlarında bibisi oğlu olan Şahid2 ona evilərində qalmağı, birlikdə vaxt keçirmələrini təklif etmişdir. Elvin ona özünün evdə darıxdığını bildirmişdir. Elvin ona birlikdə mobil oyunlar oynamağı təklif etmişdir. O isə Elvinlə razı olmuşdur. Bibisi Tamilanın həyat yoldaşı təxminən 20 ildir ki, dünyasını dəyişmişdir. O təxminən 4-5 ay ərzində bibisigildə qalmışdır. O bibisigilin yaşadığı evin yataq otağında qalmışdır. Bibisi həmin otaqda çarpayıda bibisi oğlu Elvin və o isə yerdə yatmışlar. O 2020-ci ilin sentyabr ayında bibisigilə getdiyi ilk günlərdə yataq otağında çarpayının kənarında yerdə açar olduğunu görmüşdür. O həmin zaman otağa diqqət etdikdə otaqda sandığın olmasını görmüş və həmin açarın sandığın açarı ola biləcəyini düşünmüşdür. O həmin zaman açarı sandığın kilidinə saldıqda sandığın açıldığını görmüşdür. Sandığın içərisinə baxdığı zaman orada köhnə paltarların və bir ədəd gümüşü rəngli pul qabının olmasını görmüşdür. O həmin pul qabının içərisinə baxdıqda əsas cibdə pulların olmasını görmüşdür. O həmin gün pul oğurlamamışdır. Bundan sonra o sandığı açdığı kimi bağlamış və açarı otaqda tapdığı yerə qoymuşdur. O sandığı açmağı barədə heç kimə bildirməmişdir. Bunun üzərindən 3-4 gün keçdikdən sonra yenidən evlərinə qayıtmışdır. Lakin Elvin bir neçə gün sonra yenidən onu öz evlərinə çağırmışdır ki, onlarla birlikdə qalsın. Həmin ərəfələrdə digər bibisi oğlu olan Şahid1 hərbi çağırışla əlaqədar olaraq hərbi xidmətə yollanmışdır. O həmin zaman Elvinlə razılaşaraq Elvingilin evinə getmişdir. Növbəti gün səhər saatlarında Elvin işə getmişdir. Bibisi isə ev işləri ilə məşğul olmuşdur. Həmin zaman yerdə sandığın açarının olduğunu görmüşdür. O həmin zaman pula ehtiyacı olduğu üçün nəfsinə sahib ola bilmədiyindən sandıqda gördüyü pulları götürmək qərarına gəlmişdir. Bu məqsədlə sandığı açarla açmış və pulqabında olan pullardan 50 manat pulu götürmüş və sandığı eyni qaydada bağlayaraq açarları tapdığı yerə geri qoymuşdur. O həmin pulu şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan sonra o eyni üsulla ümumilikdə təxminən 2021-ci ilin mart ayının ortalarınadək 16 dəfə həmin pul qabından pul götürmüşdür. O oradan 4 dəfə 50 manat, 4 dəfə 100 manat, 3 dəfə 150 manat, 3 dəfə 200 manat, 1 dəfə 300 manat və sonuncu dəfə isə 2021-ci ilin mart ayının ortalarında həmin pul qabını tamamilə sandıqdan götürmüşdür. O həmin gün günorta radələrində həmin pulqabını götürdükdən sonra yaşadığı evə gəlmişdir. O evdə həmin pulqabının içərisinə baxdığı zaman orada əsəs cibin içərisində 500 manat pul və balaca cibdə isə 1 ədəd üzük və bir cüt sırğa olmasını görmüşdür. O həmin üzük və sırğanın qızıl olub olmamasını dəqiq bilməmişdir. Üzük və sırğaları salfetkaya bükərək cibinə qoymuş və həmin 500 manat pulun 50 manatını götürmüş geriyə qalan 450 manatını isə otağında saxlamışdır. O evdən marketə getmiş və özünə siqaret və kontur almışdır. Marketdən çıxaraq yaşadığım evə gəldiyi zaman salfetkaya bükdüyü bir ədəd qızıl üzüyü və sırğaları tutulacağından qorxaraq zibil yeşiyinə atmışdır. Pul qabını isə həmin günün axşamı yaşadığı Xaçmaz şəhəri N.Nərimanov prospekti 68 A ünvanında yerləşən X4 şagird yataqxanasının padvalına boş vəziyyətdə atmışdır. O, həmin oğurluğu tək etmiş, hər hansı bir şəxslə əlbir olmamışdır. Onun həmin cinayət əməlini törətməsindən heç kimin məlumatı olmamışdır. O, oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bibisigildən sadəcə ayrı-ayrı zamanlarda ümumilikdə 2450 manat pulu vahid niyyətlə götümüşdür. Orada 4500 manat pul olmamışdır. Həmçinin oradan sadəcə bir ədəd üzük və bir cüt sırğa götürmüşdür. Bundan başqa orada hər hansı bir məbləğdə pul və başqa qızıl olmamışdır. O bibisi Zərərçəkmiş şəxs evində qonaq kimi qaldığı zamanlarda yataq otağındakı sandığı gizli olaraq həmin otağdakı açarla açmaq yolu ilə oradan ümumilikdə 2450 manat pul, bir ədəd üzük, bir cüt sırğa və pulqabını oğurlamışdır. Belə ki, o 2020-ci ilin oktyabr ayının birinci həftəsində pulqabından 50 manat, 2020-ci ilin oktyabr ayının ikinci həftəsində 50 manat, 2020-ci ilin oktyabr ayının sonu 100 manat, 2020-ci ilin noyabr ayının əvvəlində 150 manat, 2020-ci ilin noyabr ayının ikinci həftəsində 100 manat, 2020-ci ilin noyabr ayının üçüncü həftəsində 50 manat, 2020-ci ilin noyabr ayının sonuncu həftəsində 300 manat, 2020-ci ilin dekabr ayının əvvəlində 50 manat, 2020-ci ilin dekabr ayının ortalarında 100 manat, 2020-ci ilin dekabr ayının sonunda 150 manat, 2021-ci ilin yanvar ayının ilk həftəsində 150 manat, 2021-ci ilin yanvar ayının ortalarında 200 manat, 2021-ci ilin fevral ayının əvvəlində 200 manat, 2021-ci ilin fevral ayının ortalarında 100 manat, 2021-ci ilin fevral ayının sonunda 200 manat, 2021-ci ilin mart ayının ortalarında isə içərisində olan 500 manat pul, bir ədəd üzük və bir cüt sırğa ilə birlikdə həmin pulqabını tamamilə götürmüşdür. O həmin pul qabından pulları hissə-hissə götürmüşdür ki, bibisi bilməsin. Sonda ondan şübhələnəcəklərini bilmişdir. Buna görə bir dəfəlik olaraq oğurluq etməmişdir. O, oğurladıqlarını vahid niyyətlə oğurlamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, ona görə də oğurluq etməklə bibisinə vurduğu maddi ziyanın dəyərini bibisinə atası ödəmiş və bibisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Hazırda bibisi Tamilə Məmmədovanın ondan heç bir şikayəti və tələbi yoxdur. Bibisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, ilə dəfə cinayət əməli törətməsini, bir daha cinayət əməllərinə yol verməyəcəyini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən ata evində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur. Amil və Amilin ailəsi ilə aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Amil 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayının sonunadək onların evində qalmağa başlamışdır. Onların yaşadıqları ev 2 otaqdan ibarət olduğu üçün Amil, onun oğlu Şahid2 və o bir otaqda qalmışlar. Həmçinin onun həmin otaqda anadan qalma içərisinə əşyalar qoyduğu sandığı olmuşdur. Onun həmin sandığın içərisində 4500 manat pul və təxminən 2000 manat dəyərində qızıl zinət əşyaları olmuşdur. O həmin pulları və qızıl zinət əşyalarını özünə məxsus olan bir ədəd pul qabının içərisinə qoyaraq həmin sandıqda saxlamışdır. Sandığın özünün qıfılı olmuşdur. Həmin qıfılın açarını yatdığı çarpayıdakı yastığının altında başqa bir pul qabının içərisində saxlamışdır. O sonuncu dəfə həmin sandıqda olan pulunun üstündən 500 manat götürmüşdür. Həmin zaman pulu saymasa da pul qabında 4500 manat pul qaldığını düşünmüşdür. Çünki pul qabında 500 manatı götürməmişdən öncə 5000 manat pul olmuşdur. Sonuncu dəfə pulqabına baxdığı zaman qızıllar da orada olmuşdur. O 2021-ci ilin aprel ayında sandığı açaraq orada olan qızıllarını istifadə etmək istəmişdir. Lakin həmin zaman sandığın içərisində pul qabının olmadığını və həmçinin pullarla qızılların da sandıqda olmadığını görmüşdür. Bundan sonra o bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonradan o özünə məxsus olan pulları və qızılları pulqabı ilə birlikdə Təqsirləndirilən şəxs oğurlamasını bildirmişdir. Onun yaşadığı evdəki yataq otağında olan açarla bağladığı sandığın içərisindən 4500 manat pul, 1 ədəd 583 əyarlıq 33 qramlıq qızıl boyunbağı, 1 ədəd 583 əyarlıq, 5 qramlıq qızıl üzük (barmaqça), 1 cüt 583 əyarlıq 5 qramlıq qızıl sırğa, 1 ədəd 583 əyarlıq, 4 qramlıq qızıl üzük və 1 ədəd 583 əyarlıq 2 qramlıq qızıl kulon oğurlanmışdır. Oğurluq baş verən sandığın açarı sadəcə onda olurmuş, sandığın içərisinə ondan başqa heç bir şəxs baxa bilməzmiş. Oğurlanmış pulqabı onda uzun müddət dir ki olmuşdur. Həmin pulqabının üzərində heç bir markası olmamışdır. Pul qabı parlaq qara gümüşü rəngdə olmuşdur. Üzərindəki emblemdə iki ədəd qaş düşmüşdür. O sonuncu dəfə özünə məxsus olan pul qabından pul götürdüyü zaman orada pullar qaldığından pulları saymamışdır. Ola bilsin ki, Amil həmin günədək yəni 05.02.2021-ci il tarixədək pulların bir hissəsini götürsün, lakin pulqabında pulun miqdarı çox olduğundan azalmasını saymadan bilməyi mümkün deyildir. Çünki o tələsik olaraq həmin pulu pulqabından götürmüş və ötəri olaraq pulların yerində olmasını görmüşdür. Bəlkə də, həmin zaman pulları saysa idi oradan pulların bir hissəsinin oğurlanmasını biləcəkdi. O ilkin olaraq verdiyi ifadəsində oğurlanmış qızıl zinət əşyalarının ümumilikdə 2000 manat olduğunu bildirsə də sonradan iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 02 iyul 2021-ci il tarixli 9/3676 saylı rəyində həmin qızılların ümumilikdə 3430 manat dəyərində olmasının qeyd olunmasına hər hansı bir etirazının olmadığını, həmin qızılların uzun müddətdir ki onda olduğunu, bu səbəbdən qızılların bazar qiymətini bilmədən təxmini olaraq ümumilikdə 2000 manat dəyərində olduğunu bildirdiyini demişdir. O ilkin olaraq verdiyi ifadəsində oğurlanmış pulqabının təxmini dəyərinin 5 manat olmasını bildirsə də sonradan iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 02 iyul 2021-ci il tarixli 9/3866 saylı rəyində həmin pul qabının 2.0 manat dəyərində olmasının qeyd olunmasına hər hansı bir etirazı yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin qiyməti təxmini olaraq göstərmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb edir və bu barədə mülki iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Lakin təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini istəmir. Məhkəmə çıxışı zamanı Zərərçəkmiş şəxs qardaşı oğlu olan Təqsirləndirilən şəxs ilə barışmasını, sonuncunun evindən oğurluq etməklə ona vurduğu maddi ziyanla bağlı aralarında razılıq əldə etmələrini, təqsirləndirilən şəxsin doğma qardaşı Şakir Məmmədovun oğlu olmasına görə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq öz dolanışığını təmin edir. Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs isə onun dayısı oğludur. Amillə aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. O qardaşı Şahid1 və anası Zərərçəkmiş şəxs ilə Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evlərində birlikdə qalır. Onlar özləri üçün torpaq almaq məqsədilə işlərindən əldə etdikləri pulları və anasının qızıllarını yaşadıqları evdə saxlamışlar. Həmin pulları və qızılları anası evdə gizlətdiyindən o onların harada gizlədildiyini bilməmiş, həmçinin bununla maraqlanmamışdır. Orada bir ədəd qızıl boyunbağı, boyunbağının üzərində bir ədəd qızıl kulon, bir ədəd qızıl üzük barmaqça, bir cüt sırğa və bir ədəd qızıl üzük olmuşdur. Həmin pullara ehtiyac olduqca anası oradan götürürmüş. Təqsirləndirilən şəxs həmişə onların evinə gəlib getmişdir. Lakin qardaşı çağırışla hərbi xidmətə getdikdən sonra o Amilə onların evində qalmasını təklif etmişdir. Amil də bununla razılaşaraq mütəmadi olaraq onların evində qalırmış. Qardaşı hərbi xidmətdən qayıtdıqdan sonra da Amil onların evinə gəlib getmişdir. 05.02.2021-ci il tarixdə səhər saatlarında o və anası Tamila səhətində yaranan nasazlıqla əlaqədar olaraq Bakı şəhərinə getmişlər. Bakı şəhərinə getdikləri zaman anası evdə olan pulun üzərindən 500 manat pul götürmüşdür ki, xərcləsin. Anası həmin gün 500 manat pulu götürdüyü zaman ümumilikdə pulların hamısını saymadığını sonradan onlara bildimişdir. Qardaşı Fəryaz onlar Bakı şəhərinə getdikdən sonra işləmək məqsədilə Xaçmaz rayonu Nabran kəndinə getmişdir. Onlar təxminən 3-4 gündən sonra geri qayıtmışlar. 10.04.2021-ci il tarixdə saat 21-22 radələrində o qardaşı Fəryaz və anası ilə birlikdə evdə olduqları zaman pula ehtiyacları yarandığından anası pul götürmək istəmişdir. Lakin anası yataq otağına getdikdən sonra onu və qardaşını çağırmışdır. Onlar otağa getdikləri zaman anası sandıqdakı pulqabının yerində olmadığını bildirmişdir. O həmin zaman bilmişdir ki, anası pulları sandıqdakı pulqabında saxlayır. Onlar diqqətlə baxmasını analarına dedikdə anaları yəni Tamila bütün sandığı axtarsa da pul qabının olmadığını bildirmişdir. Onlar pulqabının içərisində olan qızıllar və pullarla birlikdə oğurlandığını bilmişlər. Bundan sonra Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişlər. Bir qədər sonra polis əməkdaşları gələrək evə baxış keçirmişlər. Onlar daha sonadan bilmişlər ki, evlərindən oğurluq edən şəxs dayısı oğlu Təqsirləndirilən şəxsdur. Onların yaşadıqları evdən 4500 manat pul və yuxarıda adlarını qeyd etdiyi qızıl zinət əşyaları içərisində olduqları pulqabı ilə birlikdə oğurlanmışdır. Onların evdə sadəcə bir yataq otağı vardır. Həmin sandığın açarı daimi olaraq yataq otağındakı çarpayının üzərindəki yastığın altında olurmuş. Həmin sandığı sadəcə anası açırmış. Təqsirləndirilən şəxs həmin sandığı açmaq üçün heç vaxd icazəsi olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD tərəfindən tərtib olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəməəmtəəşünaslıq ekspertizasının 02 iyul 2021-ci il tarixli 9/3676 saylı rəyinə əsasən tədqiqata təqdim edilməmiş 1 ədəd 583 ayarlı, 33 qramlıq qızıl boyunbağının 2310 manat, 1 ədəd 583 əyarlı, 5 qramlıq qızıl üzüyün 350 manat, 1 cüt 583 əyarlı 5 qramlıq qızıl sırğanın qiyməti 350 manat, 1 ədəd 583 əyarlı, 4 qramlıq qızıl üzüyün qiyməti 280 manat, 1 ədəd 583 əyarlı, 42 qramlıq qızıl kulonun qiyməti 140 manat olmaqla ümumilikdə 5 ədəd qızıl zinət əşyalarının 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3430 manat müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyul 2021-ci il tarixli 9/3866 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd üzərində markalanmasına, istehsal yerinə dair heç bir məlumat olmayan parlaq qara-gümüşü rəngli, 25x16 sm ölçülü, süni dəri materialından olan çantanın 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 2.0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinə əsasən bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini, törətdiyi əməldən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxs olan bibisi Zərərçəkmiş şəxs onun tutulmasını istəməməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, doğma bibisi olan Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onun tutulmasını istəməməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan 1 ədəd pul qabı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibət bildirərək qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən mülki iddiaya dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən və zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, mülki iddiaçıya istədiyi halda mülki iddia qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Məmmədov X3 Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 may 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək həbsdə olduğu 07 (yeddi) ay 10 (on) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 10 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş həbs qətimkan tədbiri dəyişidirələrək başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə keçirilimiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan 1 ədəd pul qabı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Mülki iddiaçıya iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar