Məhkəmə qərarları › İş №1(067)-13/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-13/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-13/2021 15.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1991-ci ildə Naxçıvan MR, Şərur rayonunun Qışlaqabbas kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 1(011)-218/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən barəsində qəti olaraq 02 (iki) il 01(bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Naxçıvan MR, Şərur rayonunun Qışlaqabbas kəndində qeydiyyatda olmaqla, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 03 mart 2019cu il tarixdə, saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan aşmaqla Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətinə, daha sonra plastik materialından olan pəncərəni həyətdən götürdüyü mismarla qarıb açmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı əl çantasının içərisindən Rusiyada zavod üsulu ilə istehsal edilmiş ümumilikdə 540 manat dəyərində hər bir ədədi 3 qram çəkidə olmaqla 03 ədəd ümumilikdə 9 qram çəkidə 583 əyarlı qızıl qadın üzüklərini, Rusiyada zavod üsulu ilə istehsal edilmiş 300 manat dəyərində 01 ədəd 5 qram çəkidə 583 əyarlı qızıl kişi üzüyünü, Rusiyada zavod üsulu ilə istehsal edilmiş 420 manat dəyərində 01 ədəd 7 qram çəkidə 583 əyarlı qızıl qolbağı və Rusiyada zavod üsulu ilə istehsal edilmiş 300 manat dəyərində 01 cüt 5 qram çəkidə 583 əyarlı qızıl sırğanı oğurlamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 1560 (bir min beş yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 24 yanvar 2020-ci il tarixdə, saat 18 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan aşmaqla Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz şəhəri A.Babayev küçəsində yerləşən 6 saylı evin həyətinə, daha sonra plastik materialından olan pəncərəni özündə olan vintaçan alətlə qırıb açmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı termonun siyirməsindən Zərərçəkmiş şəxs3 məxsus 1600,00 manat dəyərində İtaliyada zavod üsulu ilə istehsal olunmuş, ümumi çəkisi 20 qram, 750 əyarlı, qaşsız, qızıl metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-qolbaq dəstini, həmçinin həmin termonun üzərindən Zərərçəkmiş şəxs3 baldızı Zərərçəkmiş şəxs4 məxsus əl çantasının içərisindən Rusiyada zavod üsulu ilə istehsal olunmuş 240 manat dəyərində 4 qram çəkidə 01 ədəd 585 əyarlı ağ rəngli parıltılı sadə qaşlı qızıl metaldan hazırlanmış klonu, Rusiyada zavod üsulu ilə istehsal olunmuş 240 manat dəyərində 4 qram çəkidə 01 ədəd 585 əyarlı ağ rəngli parıltılı sadə qaşlı qızıl metaldan hazırlanmış üzüyü, Rusiyada zavod üsulu ilə istehsal olunmuş 180 manat dəyərində 3 qram çəkidə 01 ədəd 585 əyarlı qaşsız, buruq toxunuşlu qızıl metaldan hazırlanmış qolbağı, 5 manat dəyərində 01 ədəd qızılı rəngli dəmir metaldan hazırlanmış üzüyü və 191 (bir yüz doxsan bir) manat məbləğində nağd pulu oğurlamaqla zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1600 (bir min altı yüz) manat, Zərərçəkmiş şəxs4 isə ümumilikdə 856 (səkkiz yüz əlli altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 15 fevral 2020-ci il tarixdə, saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan aşmaqla Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 evin həyətinə, daha sonra həyətdən götürdüyü dəmir linglə giriş qapısının üzərindəki asma qıfılı qırıb sındırmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı dolabın siyirməsindən Türkiyə istehsalı olan 150 manat dəyərində 2 qram çəkidə 01 ədəd 750 əyarlı qızıl qadın üzüyünü, Rusiya istehsalı olan 96 manat dəyərində 1,6 qram çəkidə 01 ədəd 585 əyarlı qızıl qolbağı və 50 (əlli) manat məbləğində nağd pulu oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 296 (iki yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 03 mart 2020-ci il tarixdə, saat 14 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə darvazanın cəftə yerinə bağlanmış məftili açmaqla Zərərçəkmiş şəxs6 məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətinə, daha sonra plastik materialından olan pəncərəni açmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı sandığın içərisindən Rusiya istehsalı olan 360 manat dəyərində 6 qram çəkidə nar dənəsi formalı üzərində qırmızı rəngli sadə qaşlar olan 01 cüt 585 əyarlı qızıl sırğanı və Türkiyə istehsalı olan 750 manat dəyərində 8 qram çəkidə üzərində ağ rəngli brilliant qaşlar olan 01 ədəd 585 əyarlı qızıl qadın üzüyünü oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 1110(bir min bir yüz on) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 12 mart 2020-ci il tarixdə, saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə darvazanın cəftə yerinə bağlanmış məftili açmaqla X6 məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətinə, daha sonra həyətdən götürdüyü dəmir parçası ilə plastik materialından olan pəncərəni qarıb açmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı paltar dolabında olan əl çantasının içərisindən 30 manat məbləğində nağd pulu, dəsmalların altından isə Türkiyə istehsalı olan 120 manat dəyərində 2 qram çəkidə 01 ədəd 585 əyarlı sarı qızıldan olan qadın boyunbağısını, Rusiya istehsalı olan 600 manat dəyərində ümumilikdə 10 qram çəkidə 02 cüt 583 əyarlı sarı qızıldan olan qadın sırğasını, Rusiya istehsalı olan 120 manat dəyərində 2 qram çəkidə 01 ədəd 583 əyarlı sarı qızıldan olan qadın üzüyünü, Rusiya istehsalı olan 300 manat dəyərində 5 qram çəkidə 01 ədəd 583 əyarlı qızıl kişi üzüyünü və Rusiya istehsalı olan 120 manat dəyərində 2 qram çəkidə 01 ədəd 583 əyarlı qızıl kişi üzüyünü oğurlamaqla zərər çəkmiş şəxs Sevda Ələskərovaya ümumilikdə 1290(bir min iki yüz doxsan manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Naxçıvan MR Şərur rayonunun Qışlaqabbas kəndində qeydiyyatda olsa da, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşamışdır. Belə ki, 2018-ci ildən Türk şirkətləri tərəfindən Xaçmaz rayonu ərazisində çəkilən “İpək yolu”nun tikintisində müqavilə əsasında fəhlə işləmiş, həmin vaxtdan Xaçmaz şəhər sakini Şahid2 ilə qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamış və onunla birlikdə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində kirayədə qalmışdır. İşsiz olduğundan maddi cəhətdən çətinlik çəkmiş və dolana bilmədiyinə görə ayrı-ayrı vaxtlarda Xaçmaz rayonu ərazisində bir neçə evdən müxtəlif qızıl-zinət əşyaları oğurlamışdır. Lakin oğurluq etdiyi evlərin sahiblərini tanımamış, həmin evlərin qapılarında qıfıl olduğunu görüb evdə adam olmadığını bilmiş və ona görə də həmin evlərə daxil olaraq oğurluqlar etmişdir. Birinci oğurluq hadisəsini 03 mart 2019-cu il tarixdə törətmişdir. Belə ki, həmin gün təxminən saat 13 radələrində Xaçmaz şəhərinin mərkəzi hissəsindən yaşadığı Köhnə-Xaçmaz kəndinə tərəf piyada gedərkən Natəvan küçəsinin axırındakı evin, yəni sonradan bildiyi Zərərçəkmiş şəxs5 məxsus evin həyətə giriş qapısının bağlı olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafı nəzərdən keçirib heç kimin olmadığına əmin olandan sonra daş hasardan aşaraq həyətə keçmiş və həyətə keçəndən sonra evin plastik pəncərələrini yoxlamışdır. Pəncərələr bağlı olduğundan həyətdən bir ədəd iri ölçülü mismar tapmış və həmin mismarla pəncərəni qarıb açaraq evin içərisinə daxil olmuşdur. Evə daxil olandan sonra qızıl-zinət əşyaları və pul olmasını güman etdiyi yerləri axtarmağa başlamışdır. Yataq otağındakı yatağın baş tərəfində bir ədəd qadın çantası olduğunu, həmin çantanı götürüb açanda isə içərisində qızıl-zinət əşyalarının olduğunu görmüşdür. Həmin qızıl-zinət əşyalarını götürüb cibinə qoymuş və dərhal evdən çıxmışdır. Evdən çıxandan sonra yaşadığı Köhnə-Xaçmaz kəndindəki evə getmiş, evdə Sevincə oğurluq etməsi barədə heç nə deməmiş, əksinə, yalandan sonuncuya guya atasının onun üçün iş tapdığını və buna görə də onu Bakı şəhərinə çağırdığını demişdir. Bundan sonra elə həmin gün Sevincə Bakı şəhərinə gedəcəyini deyib evdən çıxmış və Xaçmaz şəhər avtovağzalının qarşısından taksiyə oturub Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatandan sonra elə həmin gün oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini təxminən saat 17 radələrində 20 Yanvar metrosu yaxınlığında yerləşən ayrı-ayrı iki lombarda satmışdır. Qızılların bir hissəsini satandan sonra yenidən Xaçmaz şəhərinə qayıtmış və əldə etdiyi pulun müəyyən hissəsinə Xaçmaz şəhərindən ev üçün bazarlıq etmiş, qalan pulu və qızılları cibində saxlamış, lakin evdə bu barədə Sevincə heç bir söz deməmişdir. Bundan bir neçə gün sonra yenidən Bakı şəhərinə getmiş və qalan qızıl əşyalarını da 20 Yanvar metrosu yaxınlığındakı lombardların qarşısında tanımadığı şəxslərə satmışdır. Lakin oğurluq etdiyi evin sahibini tanımamış və hadisədən xeyli müddət keçdiyindən həmin evdən oğurladığı qızıl-zinət əşyalarının konkret olaraq nələrdən ibarət olmasını hazırda xatırlamır. Bundan başqa 24 yanvar 2020-ci il tarixdə, saat 17 radələrində Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndindən çıxıb piyada Xaçmaz-Xudat avtomobil yolu ilə, yəni Xaçmaz şəhəri Bakı prospekti ilə Xaçmaz dairəsi istiqamətində getmiş, həmin yolun kənarında yerləşən X1rşısına çatanda işlədiyi yolun tikintisi müvəqqəti olaraq dayandırıldığından və cibində pulu olmadığından yaxınlıqdakı məhlələrə daxil olmaq və sahibləri evdə olmayan evlərdən oğurluq etməyi fikirləşmişdir. Bu məqsədlə İdman Kompleksi ilə üzbəüz yolun sol tərəfində yerləşən adını bilmədiyi küçələrdən birinə daxil olmuş, bir qədər gedəndən sonra evlərdən birində sakitçilik və həyətə giriş qapısının üstünda qıfıl olduğunu müşahidə etmişdir. Evdə heç kimin olmadığını düşünmüş və buna görə də həmin evə daxil olub əlinə nə keçərsə oğurlamaq qərarına gəlmişdir. Lakin həmin küçəyə birinci dəfə getdiyindən orada heç bir evi və onların sahiblərini tanımamışdır. Sonradan bilmişdir ki, həmin ev Zərərçəkmiş şəxs3 məxsus olmuş və həmin evdən oğurladığı əmlakların bir qismi sonuncuya, bir qismi isə Zərərçəkmiş şəxs4 məxsus olmuşdur. Həmin vaxt artıq saat 18 radələri olmuş, bir qədər küçədə dayanıb ətrafa nəzər salandan və heç kimin olmadığına əmin olandan sonra mişar daşından hörülmüş hasardan aşmaqla evin həyətinə keçmişdir. Birmərtəbəli olan həmin evin qapısının bağlı olacağını bildiyinə görə evin yan tərəfindəki plastik materialından hazırlanmış pəncərəsini özündə olan vintaçanla (otvyortka ilə) qıraraq açmış və həmin pəncərədən içəri keçmişdir. İçəri keçdiyi otağa yorğan-döşək yığıldığından həmin otağın saxlanc otağı kimi istifadə edildiyini və orada oğurlamağa münasib nəsə olmayacağını bilmişdir. Buna görə də həmin otaqdan dəhlizə çıxaraq sol tərəfdən birinci otağa keçmiş, lakin həmin otaqdan da oğurlamağa heç nə tapmamış, bundan sonra sol tərəfdən ikinci otağa keçmiş və axtarmağa başlamışdır. Həmin otaqdakı termonun güzgüsünün qarşısına qoyulmuş dəri materialından olan tünd boz rəngli çanta diqqətini cəlb etmiş, həmin çantanı götürüb içərisinə baxanda orada tünd qəhvəyi rəngli, nabuk materiallı qutu və açıq qəhvəyi rəngli, dəri materialından hazırlanmış pul kisəsinin olduğunu görmüşdür. Qutunu açanda içərisində qızıl əşyaları və bir manat məbləğində pul, pul kisəsində isə ümumilikdə 190 manat məbləğində pul olduğunu görmüşdür. Lakin 190 manat pulun dəqiq hansı əsginaslardan ibarət olmasını xatırlamır. Həmin qızıl əşyalarını, yəni bir ədəd kulonu, bir ədəd qadın üzüyünü, bir ədəd qolbağı, bir ədəd adi üzüyü və ümumilkdə 191 manat pulu götürüb cibinə qoymuşdur. Bundan sonra termonun siyirmələrini axtarmağa başlamış, termonun yuxarıdan birinci siyirməsində bir ədəd qırmızı rəngli zinət əşyaları qutusunun olduğunu, həmin qutunu götürüb açarkən içərisində bir cüt sırğa, bir ədəd üzük, bir ədəd boyunbağı və bir ədəd qolbaqdan ibarət qızıl dəstinin olduğunu görmüşdür. Həmin qızıl əşyalarını da götürüb cibinə qoymuş, daha sonra digər otaqları axtarmış, lakin həmin otaqlardan oğurlamaq üçün heç nə tapmamışdır. Bundan sonra evin giriş qapısını içəri tərəfdən açaraq həyətə çıxmış və həyətdən çıxmasını heç kim görməsin deyə sol tərəfə gedərək evin arxa tərəfindəki hasardan aşaraq küçəyə çıxmışdır. Hadisənin üstünün açılmaması üçün oğurladığı qızıl zinət əşyalarını Bakı şəhərində satmağı planlaşdırmış və bu məqsədlə elə həmin gün Bakı şəhərinə getmişdir. Oğurladığı əşyalara baxanda onlardan bir ədədinin qızıl deyil, adi sarı dəmirdən hazırlanmış üzük olduğunu görmüş və buna görə də həmin üzüyü tullamışdır. Növbəti gün oğurladığı qızıl-zinət əşyalarını satmaq üçün Bakı şəhərində münasib yer və ya adam axtarmağa başlamışdır. Qızıl mağazaları şəxsiyyət vəsiqəsi tələb etdiyindən oğurladığı qızıl əşyalarını onu tanımayan təsadüfi adamlara satmaq qərarına gəlmiş və Bakı şəhərinin müxtəlif yerlərində təsadüfi rastlaşdığı bir neçə şəxsə yaxınlaşsa da, qızıl əşyalarını alan olmamışdır. Bakı şəhəri 20 Yanvar metrosunun yanında dayanmış tanımadığı təxminən 50-55 yaşlarında olan bir kişiyə yaxınlaşaraq yalandan guya xəstəsi olduğunu və buna görə də təcili olaraq özünə məxsus qızıl əşyalarını satmaq istədiyini bildirmişdir. Həmin şəxs qızıl əşyalarını götürüb baxmış və onları neçəyə satdığını soruşmuş, qızıl-zinət əşyalarının hamısını ümumilikdə 800 manata satdığını bildirmiş, həmin şəxs qızıllara 700 manat pul verə biləcəyini deyəndə ona 750 manat verməsini demişdir. Lakin həmin şəxs ona 730 manat verəcəyini bildirmiş, bundan sonra o, dediyi həmin qiymətlə razılaşmış və onlar birlikdə yaxınlıqdakı qızıl mağazalarından birinə getmişlər. Həmin kişi əşyaların qızıl olub-olmamasını yoxlatdırmış, onların qızıl olması müəyyən ediləndən sonra həmin şəxs qızılları almış və sayaraq ona 730 manat məbləğində pul vermişdir. Həmin oğurluqdan əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Bundan başqa, 15 fevral 2020-ci il tarixdə nahar fasiləsindən sonra, təxminən saat 17 radələrində Xaçmaz şəhər mərkəzindən yaşadığı Köhnə-Xaçmaz kəndinə piyada gedərkən F.Xoyski küçəsində bir evin qapısının üstündə asma qıfıl olduğunu görmüş, bir qədər ətrafı nəzərdən keçirib heç kimin olmadığına əmin olandan sonra hasardan aşaraq həyətə keçmiş və həyətdən götürdüyü dəmir linglə qapının üstündəki asma qıfılı qırıb açmaqla evin içərisinə daxil olmuşdur. Evə girəndən sonra dərhal yataq otağına keçmiş və orada olan dolabın siyirmələrini axtarmağa başlamışdır. Dolabın siyirməsində bir ədəd qızıl qadın üzüyü və bir ədəd qızıl qolbaq olduğunu görmüşdür. Həmin qızıl zinət əşyalarını, həmçinin şüşə qabın içərisində olan xırda pulları götürüb cibinə qoyandan sonra oradan çıxıb yaşadığı evə getmiş, evdə xırda pulları saymış və təxminən 20 manat məbləğində pul olduğunu bilmişdir. Lakin oğurluq etməsi barədə heç kimə, o cümlədən Sevincə heç nə deməmiş və sonuncunun bu barədə məlumatı olmamışdır. Növbəti gün, yəni 16 fevral 2020-ci il tarixdə Sevincə Bakı şəhərinə iş axtarmağa gedəcəyini deyib evdən çıxmış və yol maşınları ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatandan sonra Xaçmaz şəhəri F.Xoyski küçəsində yerləşən evdən, yəni sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus evdən oğurladığı qızıl üzüyü və qızıl qolbağı 20 Yanvar metrosu yaxınlığında yerləşən lombardın qarşısında tanımadığı bir şəxsə 160 manata satmışdır. Bundan sonra bir qədər bazarlıq etmiş və həmin gün axşam Xaçmaz rayonuna, yaşadığı evə qayıtmışdır. Evdə Sevinc ondan iş tapıb-tapmadığını soruşanda iş tapa bilmədiyini, lakin yalandan guya atasından bir qədər borc pul aldığını demişdir. Bundan başqa, 03 mart 2020-ci il tarixdə, təxminən saat 13 radələrində yaşadığı evdən çıxıb piyada küçə ilə getmiş və siqaret almaq üçün pulu olmamışdır. Zərərçəkmiş şəxs6 evinin qarşısından keçəndə qapının cəftəsinə məftil keçirildiyini görmüş və evdə heç kimin olmadığını hiss etmişdir. Ona görə də oğurluq etmək üçün həmin evə girmək qərarına gəlmiş, lakin əvvəlcə evdə adam olub-olmamasına tam əmin olmaq üçün darvazanı döyməyə başlamış və həmin vaxt qonşu evdə yaşayan tanımadığı yaşlı bir kişi küçəyə çıxmışdır. Həmin kişidən ev sahiblərinin evdə olub-olmamalarını soruşanda, həmin kişi ev sahiblərinin evdə olmadıqlarını bildirmiş və bundan sonra həmin kişi şübhələnməsin deyə oradan uzaqlaşmışdır. Təxminən yarım saatdan sonra yenidən həmin evin qarşısına qayıtmış və məftil hələ də darvazanın üstündə olduğundan ev sahiblərinin evdə olmadıqlarını bilmişdir. Ətrafı nəzərdən keçirib küçədə heç kimin olmadığına əmin olandan sonra darvazanın cəftə yerinə keçirilmiş məftili çıxarıb darvazanı açmış və evin həyətinə daxil olmuşdur. Bundan sonra evin arxa tərəfinə keçmiş və plastik materialından olan pəncərə açıq vəziyyətdə olduğundan həmin pəncərədən evin içərisinə keçmişdir. Evə daxil olandan sonra yataq otağının sağ yuxarı küncündə bir ədəd sandıq olduğunu, yaxınlaşıb sandığın qapağını açanda onun içərisində üzərində “bravo” sözü yazılmış tünd qırmızı rəngli paket, həmin paketi açdıqda onun da içərisində üzərində “bravo” sözü yazılmış bir ədəd üzük qabı, üzük qabını götürüb açanda isə onun içərisində 01 ədəd qızıl qadın üzüyü olduğunu görmüşdür. Həmin üzüyü götürüb cibinə qoyandan sonra sandığın içərisini axtarmış, lakin oradan üzükdən başqa qiymətli heç nə tapa bilməmiş və bundan sonra başqa otaqları axtarmadan evə daxil olduğu pəncərədən çıxaraq yaşadığı evə getmişdir. Daha sonra elə həmin gün Bakı şəhərinə getmiş və 20 Yanvar metro stansiyası yaxınlığında yerləşən lombardlardan birinə yaxınlaşaraq özünə məxsus xarici pasportu təqdim etməklə oğurladığı üzüyü həmin lombarda vermişdir. Lombardın işçisi tərəfindən üzük tərəzidə ölçüləndə çəkisi 5 qram gəlmiş və həmin üzüyün qramı 72 manata hesablanmaqla üzüyə görə ona 360 manat məbləğində pul verilmişdir. Üzüyü satandan sonra yenidən Xaçmaz şəhərinə qayıtmış və əldə etdiyi pulu ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Bundan başqa, 12 mart 2020-ci il tarixdə günorta saatlarında Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi ilə piyada gedərkən evlərdən birinin, yəni sonradan bildiyi X6 məxsus evin qapısının məftillə bağlı olduğunu görmüş və həmin evdə heç kəsin olmadığına əmin olandan sonra məftili açaraq evin həyətinə daxil olmuşdur. Həyətə daxil olarkən sağ tərəfdə hasarın kənarında yerdə dəmir parçası olduğunu görmüş və həmin dəmir parçasını götürüb evin arxa hissəsinə keçmişdir. Orada evin plastik materialdan olan pəncərə şüşəsini dəmir parçası ilə açaraq evin içərisinə daxil olmuş və yataq otağına keçmişdir. Yataq otağındakı paltar şkafını açanda orada bir ədəd qara rəngli qadın əl çantasının, çantanı açıb baxanda isə içərisində 27 manat məbləğində pul olduğunu görmüş və həmin pulları götürüb cibinə qoymuşdur. Bundan sonra paltar şkafının içərisində ağ rəngli dəsmalın altında bir ədəd sellofan bükülü olduğunu, bükülünü açanda onun içərisində 03 ədəd qızıl üzük, 01 ədəd qızıldan olan boyunbağı və 01 cüt uşaq sırğası olduğunu görmüşdür. Həmin qızıl əşyalarını da oğurlayaraq daxil olduğu üsulla evdən çıxıb oradan uzaqlaşmış, sonradan həmin evdən oğurladığı qızıl zinət əşyalarını ümumilikdə 360 manata satmış və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Sonradan, 19 mart 2020-ci il tarixdə yaşadığı evə polis əməkdaşları gəlib onu Xaçmaz RPŞ-nə dəvət edəndə polisə getməkdən imtina etmiş və buna görə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Xaçmaz RPŞ-də polis əməkdaşları onu qeyd olunan oğurluq hadisələri ilə bağlı sorğu-sual edəndə hər şeyi olduğu kimi etiraf etmiş və Xaçmaz rayonu ərazisində ayrı-ayrı vaxtlarda bir neçə evdən müxtəlif qızıl zinət əşyaları və xırda məbləğlərdə pullar oğurladığını etiraf etmişdir. Lakin oğurluq etdiyi evlərin sahiblərini tanımamış və onlarla onun arasında heç bir münasibət olmamışdır. Oğurladığı həmin qızıl zinət əşyalarının əksəriyyətini demək olar ki, ya hadisəni törətdiyi gün, ya da ki, hadisənin səhəri gün Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən lombardlara, həmçinin lombardların qarşısında tanımadığı ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Həmin qızıl zinət əşyalarından yalnız iki ədədini, yəni bir ədəd kiçik ölçülü qızıl qadın üzüyünü və bir ədəd qızıl boyunbağını Xaçmaz şəhərində qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşadığı Şahid2 qızı Şahid3 vasitəsi ilə satmışdır. Belə ki, oğurladığı 01 ədəd kiçik ölçülü qızıl qadın üzüyünü 2020-ci ilin mart ayının təxminən əvvəllərində Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən qızıl-zinət əşyalarının təmiri köşkünə Zeynəbin vasitəsi ilə 48 manata, bundan bir neçə gün sonra isə bir ədəd qızıl boyunbağını Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən qızıl alqı-satqısı mağazasına Zeynəbin vasitəsi ilə 135 manata satmışdır. Lakin həmin qızıl zinət əşyalarının oğurluq olması barədə Zeynəbə heç nə deməmiş, sonuncu həmin qızıl zinət əşyaları ilə maraqlananda o, yalandan qızıl üzüyü guya Bakı şəhərindən tapdığını, qızıl boyunbağının isə özünə məxsus olduğunu bildirmişdir. Həmin üzük və boyunbağıdan başqa Xaçmaz rayonu ərazisində oğurluq qızıl zinət əşyaları satmamış, qalan qızıl-zinət əşyalarının hamısını Bakı şəhərində satmışdır. Qızıl zinət əşyalarını satdığı lombardların yerləri yadında qalsa da, qızılları ondan alan şəxslərin heç birini tanımır və adlarını belə bilmir. Qızıl zinət əşyalarını satarkən onların özünə məxsus olduğunu demiş və həmin əşyaların oğurluq olması barədə heç kimə heç nə deməmişdir. Həmçinin o, 2021-ci ilin yanvar ayında Bakı şəhərində də bir evdən oğurluq etdiyindən Xətai rayon məhkəməsinin 26.04.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən üzərində qəti olaraq 02 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hazırkı cinayət işinə münasibətdə, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxslərə vurduğu ziyanın tamamilə ödənildiyinin və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığının, psixi xəstəliyinin olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş olsa işləyib ailəsini dolandırır. 03 mart 2019cu il tarixdə Quba şəhər bazarında olarkən evdən arvadı Aişə Şıxbabayeva telefonla ona zəng edərək təxminən saat 12 radələrindən saat 15 radələrinə kimi evdə olmadıqları zaman naməlum şəxsin pəncərəni qarıb açmaqla evə daxil olması və yataq otağındakı əl çantasından onlara məxsus Rusiyada istehsal edilmiş, təxminən 1500-1700 manat dəyərində olmaqla hər biri təxminən 3 qram çəkidə 03 ədəd 583 əyarlı qızıl qadın üzüyü, təxminən 5 qram çəkidə 01 ədəd 583 əyarlı qızıl kişi üzüyü, təxminən 7 qram çəkidə 01 ədəd 583 əyarlı qızıl qolbaq və təxminən 5 qram çəkidə 01 cüt 583 əyarlı qızıl sırğanın oğurlanması barədə məlumat vermişdir. O dərhal evə qayıtmış və baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edib məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs X4 cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid8 ifadəsindən müəyyən olunur ki, o, Zərərçəkmiş şəxs5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında arvadı Ruhanə ilə birlikdə yaşayır. Ehtiyatda olan kapitan rütbəli hərbi zabitdir və 2016-cı ilin dekabr ayında təqaüdə çıxmışdır. Tədaüdə çıxsa da, Xaçmaz rayonunun Palçıq-oba kənd orta məktəbində “gənclərin çağırışa qədərki hazırlıq” fənni üzrə müəllim vəzifəsində işləyir. 22 yanvar 2020-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhərində yaşayan bacanağı Qorxmaz həyat yoldaşı İranə və 20 yaşlı oğlu Fərruxla birlikdə həmin ayın 25-də keçiriləcək digər bacanağı Füzulinin oğlu Rəşadın toy şənliyində iştirak etmək və toy gününə kimi onlarda qalmaq üçün onun evinə qonaq gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə, saat 16 radələrində o, arvadı Ruhanə, bacanağı Qorxmaz, onun arvadı İranə və onların oğlu Fərruxla birlikdə evdən çıxaraq Xaçmaz rayonunun Mehrəli qışlaq kəndində yerləşən toy evinə getmiş və toya hazırlıq işlərində iştirak edib saat 22 radələrində adları çəkilən şəxslərlə birlikdə yenidən onun yaşadığı evə qayıtmışlar. O, dəmir darvazanın kilidini açandan sonra hamı həyətə keçmiş, sonra isə talvarın altından evin mətbəx hissəsinin giriş qapısını açarla açmış və bundan sonra onlar içəri daxil olmuşlar. Yorğan-döşək yığılmış otağa keçəndə həmin otağın plastik materialından olan pəncərəsinin qarşısında, döşəmənin üzərində dəmir parçası olduğunu görmüş, həmin dəmir parçasını götürüb baxanda onun pəncərədən qırılıb düşdüyünü bilmişdir. Dəmir parçasının pəncərənin hansı hissəsindən qırılıb düşdüyünü müəyyən etmək məqsədi ilə pəncərəni açmış və pəncərənin yuxarı içəri hissəsində olan kilidin sındığını görmüşdür. Həmin dəmir parçasını götürüb mətbəxə apararaq arvadına və bacanağıgilə göstərmiş, lakin həmin vaxt onlar heç nədən şübhələnməmiş, yəqin özləri pəncərəni bağlayanda dəmir parçası zəif olduğu üçün təsadüfən qırılıb yerə düşdüyünü fikirləşmişlər. Buna görə də ustaya göstərib yenisini almaq məqsədi ilə həmin dəmir parçasını cibinə qoymuş və bundan sonra onlar yatmışlar. Növbəti gün, yəni 25 yanvar 2020-ci il tarixdə, saat 08 radələrində işlədiyi məktəbə getmiş, arvadı Ruhanə, baldızı İranə və sonuncunun oğlu Fərrux evdə qalmış, bacanağı Qorxmaz isə toyun keçiriləcəyi “Almas” şadlıq sarayına getmişdir. Həmin gün saat 12 radələrində işdə olduğu zaman arvadı Ruhanə ona zəng edərək evdə olan qızıl əşyalarının yerində olmadığını və onun həmin əşyaları götürübgötürməməsi ilə maraqlanmışdır. O, Ruhanəyə qızıl əşyalarını götürmədiyini və bununla bağlı məlumatının olmadığını demişdir. Təxminən 5 dəqiqə sonra arvadı Ruhanə yenidən ona zəng edərək bacısı İranənin əl çantasında olan pul kisəsindən 190 manat məbləğində pul və zinət əşyları qutusunda olan qızıl əşyalarının yerində olmadığını, onların oğurlandığını bildirmişdir. Bundan sonra o, evə qayıtmış, evə çatanda artıq bacanağı Qorxmazın da ondan bir qədər əvvəl evə gəldiyini görmüşdür. Bundan sonra o, həqiqətən də bir gün əvvəl plastik pəncərənin kilidinin sındığı otaqdan evə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən yataq otağndakı termonun siyirməsindəki qızıl əşyaları qutusunda saxladıqları qızıl zinət əşyalarının, həmçinin həmin termonun üzərində olan baldızı İranəyə məxsus əl çantasındakı pul kisəsindən 190 manat məbləğində nağd pulun və qızıl əşyalarının oğurlandığını bilmişdir. Evin digər otaqlarına baxış keçirəndə evdə dağınıqlıq vəziyyəti müşahidə etməmiş və evdəki digər əşyaların yerində olduğunu, yəni evdən başqa heç nəyin oğurlanmadığını müəyyən etmişdir. Evin əsas qiriş qapısını içəri tərəfdən yoxlayanda kilidin açıq olduğunu görmüş, bundan sonra naməlum şəxs və ya şəxslərin evə pəncərədən daxil olmaları və hadisədən sonra evin əsas giriş qapısını içəri tərəfdən açaraq evdən çıxıb getmələri ona məlum olmuşdur. Evin ətrafını və həyəti gəzib baxanda həyətyanı bağ sahəsi tərəfdə pəncərənin qarşısında yerdə ayaqqabı izləri aşkar etmiş və bundan sonra 24 yanvar 2020-ci il tarixdə, saat 16 radələrindən saat 22 radələrinə kimi olan müddət ərzində evdə olmadıqları zaman naməlum şəxsin və ya şəxslərin yaşadığı evə plastik pəncərəni qırmaq yolu ilə daxil olaraq yataq otağındakı termonun siyirməsindən onlara məxsus qırmızı rəngli zinət əşyaları qutusundan 2019-cu ilin dekabr ayında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "Ulduz" otelinin yanındakı qızıl mağazasından 1400 manata aldıqları İtaliyada zavod üsulu ilə istehsal olunmuş, ümumi çəkisi 20 qram 750 əyarlı, qaşsız, qızıl metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-qolbaq dəstinin, həmçinin termonun üzərində olan baldızı İranəyə məxsus qara rəngli əl çantasının içərisindəki zinət əşyaları qutusundan dəyərini və çeşidlərini bilmədiyi qızıl zinət əşyalarının və həmin çantada olan pul kisəsinin içərisindən isə 190 manat məbləğində pulun oğurlanması onlara məlum olmuşdur. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və bundan bir az sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Hazırda təqsirləndirilən şəxs X4 cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid7 ifadəsindən müəyyən olunur ki, o, Zərərçəkmiş şəxs3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında əri və iki oğlu ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, evdar qadındır. Xaçmaz rayonunun Mehrəli-qışlaq kəndində yaşayan bacısı Lalənin oğlu Rəşadın 25 yanvar 2020-ci il tarixdə keçiriləcək toy şənliyində iştirak etmək və toy gününə kimi qalmaq məqsədi ilə 22 yanvar 2020-ci il tarixdə, günorta saatlarında əri Qorxmaz və oğlu Fərruxla birlikdə Xaçmaz şəhərində yaşayan digər bacısı Ruhanənin evinə qonaq gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə, saat 16 radələrində əri Qorxmaz, oğlu Fərrux, bacısı Ruhanə və Ruhanənin əri Fərhadla birlikdə sonuncuların evindən çıxaraq Xaçmaz rayonunun Mehrəli qışlaq kəndində yaşayan bacısı Laləgilə getmiş və toya hazırlıq işlərində iştirak edib həmin tərkibdə saat 22 radələrində yenidən Ruhanəgilin evinə qayıtmışlar. Fərhad dəmir darvazanın kilidini açandan sonra onlar həyətə keçmiş, daha sonra Fərhad evin daxilinə keçmək üçün mətbəxin qapısını açarla açmış və bundan sonra hamı içəriyə daxil olmuşdur. Mətbəxdə oturduqları zaman Fərhad evin yorğandöşək olan boş otağından gələrək əlindəki dəmir parçasını onlara göstərmiş, həmin dəmir parçasını otağın plastik pəcərəsinin qarşısından, döşəmənin üzərindən götürdüyünü, pəncərənin yuxarı içəri hissəsində olan kilidinin sındığını və pəncərələrin zəif düzəldildiyini bildirmişdir. Lakin həmin vaxt onlar heç nədən şübhələnməmiş, özləri pəncərəni bağlayarkən dəmir parçası zəif olduğundan təsadüfən qırılıb yerə düşdüyünü fikirləşmiş və bundan sonra yatmışlar. Növbəti gün, yəni 25 yanvar 2020-ci il tarixdə, saat 08 radələrində Fərhad evdən çıxaraq işə, əri Qorxmaz toy şənliyinin keçirildiyi “Almas” şadlıq sarayına getmiş, o, Rühanə və oğlu Fərrux isə evdə qalaraq toya hazırlaşmağa başlamış, Fərhad işdən gələndən sonra toya birlikdə getməyi planlaşdırmışlar. Bəzənmək məqsədi ilə zinət əşyalarından istifadə etmək üçün qonaq gəldiyi gün yataq otağındakı termonun güzgüsünün qarşısına qoyduğu tünd boz rəngli, dəri materiallı çantasını götürmüş və çantada olan tünd qəhvəyi rəngli, nabuk materiallı, zinət əşyaları qutusunu açıb baxarkən içərisində saxladığı bir ədəd qızıl kulon, bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl qolbaq, bir ədəd qızıla oxşayan, qızıl rəngli, dəmir materiallı üzük və bir manat pulun yerində olmadığını görmüşdür. Bundan sonra şübhələnərək həmin çantada olan açıq qəhvəyi rəngli, dəri materiallı pul kisəsinin içərisinə baxmış və həmin kisədə saxladığı bir ədəd 50, altı ədəd 20 manatlıq, bir ədəd 10 və iki ədəd 5 manatlıq əsginaslardan ibarət olmaqla ümumilkdə 190 manat məbləğində pulunun da yerində olmadığını görmüşdür. Dərhal bacısı Ruhanəni çağırmış və bu barədə ona məlumat vermişdir. Ruhanə onu eşidən kimi dərhal həmin termonun yuxarıdan birinci siyirməsini açıb özlərinin qırmızı rəngli zinət əşyaları qutusuna baxmış və qızıl sırğa cütü-üzükboyunbağı-qolbaq dəstinin yerində olmadığıni bildirmişdir. Ruhanə bunu görən kimi özünü itirmişdir. O, əri Qorxmaza zəng edərək çantasından pul götürüb-götürməməsi barədə soruşanda Qorxmaz ona heç nəyə əl vurmadığını demiş və bundan sonra Ruhanə öz ərinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra əvvəlcə Qorxmaz, ondan bir qədər sonra isə Fərhad evə gəlmiş, onlar bir gün əvvəl plastik pəncərənin kilidinin sındığı otaqdan evə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən yataq otağndakı termonun üzərində olan ona məxsus əl çantasındakı pul kisəsindən 190 manat məbləğində pul və qızıl əşyalarının, həmçinin termonun siyirməsində olan qızıl əşyaları qutusundan Ruhanəgilə məxsus qızıl-zinət əşyalarının yerində olmadığını görmüşlər. Onlar birlikdə evin digər otaqlarına baxış keçirmiş, evdəki digər əşyaların yerində olduğunu, yəni evdən başqa heç nəyin oğurlanmadığını, evdə dağınıqlıq vəziyyətinin müşahidə edilmədiyini müəyyən etmişlər. Lakin onlar evin əsas giriş qapısını içəri tərəfdən yoxlayanda kilidin açıq olduğunu görmüş, bundan sonra bir gün əvvəl naməlum şəxs və ya şəxslərin pəncərədən evə daxil olmaları və hadisədən sonra evin əsas giriş qapısını içəri tərəfdən açaraq çıxıb getmələri onlara məlum olmuşdur. Həyətyanı bağ sahəsi tərəfdə pəncərənin qarşısında yerdə ayaqqabı izləri aşkar edildiyindən onlar 24 yanvar 2020-ci il tarixdə, saat 16 radələrindən saat 22 radələrinə kimi evdə olmadıqları müddət ərzində evə plastik pəncərəni qırmaq yolu ilə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən yataq otağındakı termodan oğurluq edildiyini bilmiş, bundan sonra Fərhad Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, həmçinin göstərmişdir ki, Rusiyada zavod üsulu ilə istehsal olunmuş, ümumi çəkisi 11,7 qram, 585 əyarlı, ağ rəngli parıltılı sadə qaşlı, qızıl metaldan hazırlanmış sırğa cütü-üzük-klon-qolbaq dəstinin bir qramını 65 manatdan olmaqla 765 manata almış, qeyd olunan tarixdə baş vermiş hadisə zamanı həmin dəstdən ağ rəngli parıltılı sadə qaşlı, 4 qram çəkidə qızıl klon və ağ rəngli parıltılı sadə qaşlı, 4 qram çəkidə üzük oğurlanmışdır ki, bir qramının dəyəri 65 manat olmaqla 520 manat təşkil etmiş, oğurlanan digər əşyaları isə 195 manat dəyərində, Rusiya ölkəsində zavod üsulu ilə istehsal olunmuş, 3 qram çəkidə, 585 əyarlı, qaşsız, buruq toxunuşlu qızıl metaldan hazırlanmış bir ədəd qolbaq və bir ədəd qızıla oxşayan, qızıl rəngli, dəmir materiallı üzüyün dəyəri isə 5 manat olmuşdur. Hazırda Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid6 ifadəsindən müəyyən olunur ki, o, Zərərçəkmiş şəxs4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş düşsə işləyib ailəsini dolandırır. 15 fevral 2020-ci il tarixdə, saat 12 radələrində ailə üzvləri ilə birlikdə istirahət etmək üçün Qusar rayonuna getmiş, 16 fevral 2020-ci il tarixdə, saat 18 radələrində qayıdıb evə gələndə kiminsə hasardan aşmaqla evin həyətinə, bundan sonra evin giriş qapısının üstündəki asma qıfılı sındıraraq içəri girməsi və yataq otağındakı dolabdan ümumilikdə 335 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan 750 əyarlı iki qramlıq qadın üzüyünü və bir ədəd 1,6 qram çəkidə Rusiya istehsalı olan 585 əyarlı qızıl qolbağı, həmçinin 50 manat məbləğində nağd pulun oğurlaması onlara məlum olmuşdur. Bundan sonra o dərhal Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, onun telefon zəngindən bir neçə dəqiqə sonra polis əməkdaşları evlərinə gəlmiş və onun özünün iştirakı ilə hadisə yerinə baxış keçirilməklə protokol tərtib edilmişdir. Hazırda təqsirləndirilən şəxs X4 cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 03 mart 2020-ci il tarixdə özü işdə olmuş, ailə üzvləri isə Xaçmaz şəhərində yaşayan bacısı Mehribanın qızı xəstə olduğundan ona baş çəkmək məqsədi ilə həmin gün saat 13 radələrində evin giriş qapısını açarla, həyətə giriş darvazasına isə məftil keçirib bağlamaqla bacısıgilə getmiş və evdə heç kim qalmamışdır. Qeyd olunan tarixdə, saat 18 radələrində ailə üzvləri bacısıgildən evə qayıdandan sonra ona zəng etmiş və evdən oğurluq edildiyi barədə məlumat vermişlər. O, məlumatı alan kimi dərhal evə gəlmiş, həmin vaxt evin yataq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu, pəncərənin qarşısında döşəmənin üzərində ayaq izlərinin olduğunu, otaqda olan sandığın qıfılının sındırıldığını və oradan üç il bundan əvvəl 750 manata aldıqları üzərində ağ rəngli brilliant qaşlar olan bir ədəd 8 qramlıq 585 əyarlı qızıl qadın üzüyünün, həmçinin 35 il bundan əvvəl alınmış Rusiyada istehsal edilmiş nar dənəsi formalı, üzərində qırmızı rəngli sadə qaşlar olan bir cüt 6 qram çəkidə 583 əyarlı qızıl sırğanın oğurlandığını aşkar etmişdir. Bundan sonra elə həmin gün hadisə barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs X4 cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid9 ifadəsindən müəyyən olunur ki, o, Zərərçəkmiş şəxs6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X12 qızı ifadəsində göstərmişdir ki, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Bundan başqa, özlərinə məxsus təsərrüfatda çalışaraq ailəsinin dolanışığına köməklik göstərir. 12 mart 2020-ci il tarixdə, saat 11 radələrində yaşadığı evdən çıxıb evlərindən bir qədər aralıda yerləşən torpaq sahəsinə getmiş, torpaq sahəsində işlədiyi zaman təxminən saat 13 radələrində əri Şahid1 ona zəng edərək evin pəncərəsinin açıq və yataq otağındakı dolabın siyirməsinin çəkilmiş vəziyyətdə olduğunu demiş, evdən çıxanda pəncərəni açıq vəziyyətdə qoyubqoymamasını və yataq otağındakı dolabın siyirməsini çəkib-çəkməməsini soruşmuşdur. O, Tasimə evdən çıxarkən pəncərənin bağlı olduğunu demiş və bundan sonra təxminən saat 15 radələrində işini görüb qurtarıb sahədən evə qayıtmışdır. İçəri daxil olanda həqiqətən evin plastik materialından olan pəncərəsinin açıq və yataq otağındakı dolabın siyirməsinin çəkilmiş vəziyyətdə olduğunu görmüşdür. Evdə olmadıqları müddət ərzində kiminsə evə daxil olduğunu və otaqları axtardığını hiss etmişdir. Buna görə də dərhal yataq otağındakı qızıl zinət əşyalarını və pulları qoyduğu paltar dolabına baxmış, paltar dolabının içərisində olan qara rəngli əl çantasını açıb baxanda onun içərisində saxladığı 30 manat məbləğində nağd pulun və dəsmalların altına qoyduğu qızıl zinət əşyalarının oğurlandığını görmüşdür. Bundan sonra əvvəlcə əri Tasim Ələskərova, sonra isə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra hadisə ilə bağlı Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. O həmçinin göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində evdən ona məxsus 01 ədəd Türkiyə istehsalı olan 02 qram çəkidə 585 əyarlı ümumi dəyəri 150 manat olan qızıl boyunbağı, 02 cüt Rusiya istehsalı olan 583 əyarlı ümumilikdə 10 qram çəkidə ümumi dəyəri 150 manat olan qızıl qadın sırğaları, 01 ədəd Rusiya istehsalı olan 02 qram çəkidə 583 əyarlı ümumi dəyəri 100 manat olan qızıl qadın üzüyü, 01 ədəd Rusiya istehsalı olan 05 qram çəkidə 583 əyarlı ümumi dəyəri 100 manat olan qızıl kişi üzüyü, 01 ədəd Rusiya istehsalı olan 583 əyarlı 02 qram çəkidə ümumi dəyəri 70 manat olan qızıl kişi üzüyü və 30 manat nağd pul oğurlanmışdır. Oğurlanmış qızıl zinət əşyalarının üzərində heç bir xüsusi əlamətləri, həmçinin qiymətli daşlar olmamış, ümumilikdə evindən 570 manat dəyərində qızıl zinət əşyaları və 30 manat məbləğində nağd pulun oğurlanması nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Evindən oğurlanmış qızıl zinət əşyalarını uzun illər bundan əvvəl almış, buna görə də onların qiymətlərini təxmini olaraq göstərmiş və ola bilər ki, bu səbəbdən onun dediyi qiymətlərlə ekspert rəyində olan qiymətlər arasında fərq yaranmışdır. Ekspertlər həmin qızıl zinət əşyalarının qiymətlərini hadisə baş vermiş dövr üçün hesabladıqlarından mümkündür ki, hazırda həmin qızıl zinət əşyalarının qiyməti ekspert rəyində olduğu kimidir. Buna görə də ekspert rəyində göstərilmiş qiymətlərlə bağlı heç bir narazılığı və etirazı yoxdur. Hazırda təqsirləndirilən şəxs X4 cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X9 ifadəsindən müəyyən olunur ki, o, zərərçəkmiş şəxs Sevda Ələskərovanın ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində qızı Şahid3 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin harada iş olsa orada işləməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayından tanımış və sonradan onunla qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamışdır. Belə ki, Təqsirləndirilən şəxs türk şirkəti tərəfindən Xaçmaz rayonu ərazisində çəkilən “İpək yolu” tikintisində müqavilə əsasında işləmiş, 2020-ci ildə işdən çıxandan sonra isə arada işləmək üçün Bakı şəhərinə getmiş və orada pul qazanaraq gəlmiş, Bakı şəhərində bibisi oğlu Nurlanın marşrut taksilərində köməkçi işləyib pul qazandığını demişdir. 16 fevral 2020-ci il tarixdə, nahar fasiləsindən sonra Vurğun yenə işləyib pul qazanmaq məqsədi ilə Bakı şəhərinə getmiş, 17 fevral 2020-ci il tarixdə, səhər saatlarında isə Bakı şəhərindən qayıdıb gəlmiş və evə ərzaq məhsulları alıb gətirmişdir. Pulu haradan əldə etdiyini soruşanda Vurğun ona pulu atası İxtiyardan borc olaraq aldığını və işləyib qaytaracağını bildirmişdir. Həmin gün nahar fasiləsinə yaxın evlərinə polis əməkdaşları gəlmiş və Vurğunu götürüb özləri ilə Xaçmaz RPŞ-nə aparmışlar. Vurğunun arxasınca Xaçmaz RPŞ-nə gələndə onun Xaçmaz şəhərində bir neçə evdən oğurluq hadisələri törətdiyi ona məlum olmuş, sonradan Vurğunla görüşəndə sonuncu özü də oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anası Şahid2 ilə birlikdə yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Anası Şahid2 ilə qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamış Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayından tanımış və onun Xaçmaz rayonu ərazisində çəkilən “İpək yolu” tikintisində türk şirkətlərində müqavilə əsasında işlədiyini sonradan bilmişdir. Özünün də Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuş və hal-hazırda da yaxşıdır. 2020-ci ildə Təqsirləndirilən şəxs işdən çıxması, lakin arada Bakı şəhərinə gedib işləyərək pul qazanması və sonra isə yenidən Xaçmaz rayonuna qayıdıb gəlməsi ona məlum olmuş, evdə anası Sevinclə söhbətlər zamanı Vurğunun ona Bakı şəhərində bibisi oğlu Nurlanın marşrut taksilərində köməkçi işləyib pul qazandığını dediyini bilmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib şəxsiyyət vəsiqəsi üstündə olmadığından qızıl üzüyünü sata bilmədiyini demiş və onun şəxsiyyət vəsiqəsini götürüb Xaçmaz bazarının arxa tərəfində yerləşən ticarət cərgəsinə gəlməsini xahiş etmişdir. O etiraz etməmiş və bir neçə dəqiqə sonra öz şəxsiyyət vəsiqəsini götürüb Vurğunun dediyi yerə gəlmiş, sonra isə onunla birlikdə Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən qızıl təmiri köşkünə getmişdir. Orada Vurğun ona cibindən çıxarıb bir ədəd qızıl qadın üzüyü vermiş, həmin üzüyü Bakı şəhərindən tapdığını və onu satmaq istədiyini demişdir. Vurğunun verdiyi qızıl üzüyün əzik olduğunu görüb onun həmin üzüyü həqiqətən tapa bilməsinə inanmış, ona görə də üzüyü Vurğundan götürüb qızıl təmiri köşkünə girmiş və orada qızıl təmirçisi işləyən şəxsə təklif etmişdir. Təmirçi üzüyü götürüb tərəzidə çəkmiş və onu 48 manata ala biləcəyini demişdir. O, təmirçinin dediyi qiymətlə razılaşmış və heç bir sənəd vermədən üzüyü ona sataraq pulları götürüb köşkdən çıxmışdır. Köşkdən çıxandan sonra pulların hamısını Vurğuna vermiş və Vurğun onu taksi ilə evə yola salmış, özü isə orada qalmışdır. Bundan bir neçə gün sonra Vurğun yenidən ona zəng etmiş və şəxsiyyət vəsiqəsini götürüb Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən beşmərtəbəli yaşayış binalarının qarşısına gəlməsini xahiş etmişdir. O etiraz etməmiş və bir neçə dəqiqədən sonra Vurğunun yanına gəlmişdir. Vurğunla görüşəndə sonuncu boynunda olan bir ədəd qızıl boyunbağını (sepi) çıxarıb ona vermiş, həmin boyunbağının özünə məxsus olduğunu və satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi üstündə olmadığından sata bilmədiyini demişdir. O etiraz etməmiş və boyunbağını Vurğundan götürüb onun göstərdiyi qızıl alqısatqısı mağazasına daxil olmuş, Vurğun özü isə mağazanın qarşısında dayanıb gözləmişdir. Mağazanın satıcısına qızıl boyunbağını satmaq istədiyini deyəndə satıcı sənədsiz qızıl almadıqlarını bildirmiş və buna görə də o, özünün şəxsiyyət vəsiqəsini mağazanın satıcısına təqdim etmişdir. Bundan sonra satıcı onun şəxsiyyət vəsiqəsinin surətini çıxarıb qızıl boyunbağının çəkisini ölçüb götürmüş və ona 135 manat məbləğində pul vermişdir. O, satıcıdan pulu alıb çölə çıxmış və həmin 135 manat məbləğində pulun hamısını Vurğuna vermişdir. Bundan sonra Vurğun onu taksi ilə yola salmış, özü isə orada qalmışdır. Təqsirləndirilən şəxs əvvəllər oğurluq etməsini bilməmiş və bununla bağlı heç bir məlumatı olmamışdır. Lakin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nə aparılandan sonra onun oğurluq etməsi ona məlum olmuş, bundan sonra Vurğunun satmaq üçün ona verdiyi bir ədəd qızıl üzüyün və bir ədəd qızıl boyunbağının oğurluq olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində göstərmişdir ki, 12 mart 2020-cu il tarixdə naməlum şəxsin X6 məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evə qanunsuz daxil olub 600 manat dəyərində qızıl zinət əşyaları və 30 manat məbləğində nağd pulu gizli olaraq talaması faktına görə 17 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli və 15 fevral 2020-ci il tarixdə naməlum şəxsin Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 evə qanunsuz daxil olub 50 manat məbləğində nağd pul və 335 manat dəyərində qızıl zinət əşyalarını gizli olaraq talaması faktına görə 19 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işləri üzrə cinayətləri törətmiş şəxslərin müəyyən edilməsindən ötrü mütəmadi olaraq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hər iki oğurluq hadisəsinin Naxçıvan MR Şərur rayonunun Qışlaqabbas kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşayan və əvvəllər analoji cinayət əməlinə görə məhkum olunmuş xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və bununla bağlı Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 15 fevral 2020-ci il tarixdə, təxminən saat 17 radələrində Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi Fətəlixan Xoyski küçəsində yerləşən bir evdən 01 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbaq və xırda pullardan ibarət təxminən 20 manat məbləğində nağd pul, 12 mart 2020-ci il tarixdə təxminən günorta saatlarında isə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi Fətəlixan Xoyski küçəsində yerləşən başqa bir evdən 27 manat məbləğində nağd pul, 03 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı və 01 cüt qızıl sırğa oğurladığını etiraf edərək həmin evlərin yerlərini göstərmişdir. Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisələrini törətdiyi evlərdən birinin Zərərçəkmiş şəxs2, digərinin isə X6 məxsus olması müəyyən edilmişdir. Aparılmış söhbətlər zamanı Təqsirləndirilən şəxs həmçinin qeyd olunan oğurluq hadisələrindən başqa Xaçmaz rayonu ərazisində daha bir neçə evdən müxtəlif adda qızıl zinət əşyaları və xırda məbləğlərdə pul oğurladığını bildirmiş, o hətta oğurluq etdiyi həmin evlərin yerlərini də onlara göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi evlərdən ikisinin Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşməklə həmin kənd sakinləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 Ağəli oğluna, digərinin isə ünvan 4 ünvanında yerləşməklə Zərərçəkmiş şəxs3 məxsus olması müəyyən edilmişdir. 03 mart 2019-cu il tarixdə naməlum şəxsin Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evə qanunsuz daxil olub 1700 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talaması faktına görə 28 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış və cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından 03 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən icraatı dayandırılmış ********* nömrəli, 24 yanvar 2020-ci il tarixdə naməlum şəxsin Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz şəhəri Ayəddin Babayev küçəsində yerləşən 6 saylı evə qanunsuz daxil olub 1400 manat dəyərində qızıl zinət əşyalarını, baldızı Zərərçəkmiş şəxs4 məxsus 715 manat dəyərində qızıl zinət əşyalarını və 191 manat məbləğində nağd pulu gizli olaraq talaması faktına görə 13 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış və cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından 14 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən icraatı dayandırılmış ********* nömrəli, 03 mart 2020-ci il tarixdə isə naməlum şəxsin Zərərçəkmiş şəxs6 məxsus Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evə qanunsuz daxil olub 600 manat dəyərində 01 ədəd qızıl qadın üzüyünü oğurlaması faktına görə 04 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işləri ilə bağlı Xaçmaz RPŞ-nin CAB-də əməliyyat-axtarış işləri olmuş və həmin cinayət işləri üzrə hadisələri törətmiş şəxslərin müəyyən edilməsindən ötrü mütəmadi olaraq əməliyyat tədbirləri keçirilmişdir. Bundan sonra 29 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd olunan cinayət işləri üzrə dindirilməsindən və digər istintaq hərəkətlərinin yerinə yetirilməsindən ötrü Xaçmaz RPŞ-nin İB-nə təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid11 ifadəsindən müəyyən olunur ki, o, Şahid10 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhəri, M.Ş.Vazeh küçəsi ev 19-da valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada qızıl zinət əşyalarının təmiri ilə məşğul olmaqla atası Nuru Ağayevə məxsus Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən köşkdə qızıl-zinət əşyalarının təmirçisi işləyir. Lakin qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olmur. Vətəndaşlar özlərində olan qızıl zinət əşyalarını təmir etdirmək və ya qırıntı şəklində satmaq üçün ona təklif edir, o da yararsız halda olan qızıl zinət əşyalarını alıb təmir işlərində istifadə edir. Qızıl zinət əşyalarının qırıntılarını tanıdığı şəxslərdən alarkən heç bir qeydiyyat aparmadığından 2020-ci ilin mart ayının əvvəllərində 48 manata təxminən 1 qrama yaxın çəkidə bir ədəd sınıq qızıl üzük alması yadına gəlsə də, bununla bağlı özündə heç bir qeydiyyat aparmadığından həmin üzüyü konkret olaraq kimdən almasını xatırlamır. O həmçinin göstərmişdir ki, Xaçmaz şəhər sakini Şahid3 tanımır və sonuncunun ona bir ədəd üzük verməsi yadına gəlmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonunun Alekseyevka kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin 2009-cu ildən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 66A saylı binanın 1-ci mərtəbəsində yerləşən “Zümrüd” qızıl mağazasını müqavilə əsasında işlədir və həmin mağazada qızıl zinət əşyalarının dövriyyəsi ilə məşğul olur. 14 mart 2020-ci il tarixdə əvvəllər tanımadığı, lakin şəxsiyyəti sonradan ona məlum olan Xaçmaz şəhər sakini Şahid3 onun işlədiyi mağazaya gələrək bir ədəd qızıl boyunbağı təqdim etmiş və pula ehtiyacı olduğundan həmin boyunbağını satmaq istədiyini demişdir. Şahid3 üzərində şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuş, şəxsiyyət vəsiqəsini təqdim edəndən sonra həmin qızıl boyunbağını ölçüb çəkisinin 3 qram olduğunu müəyyən etmiş, həmin çəki və həmin boyunbağıya görə Şahid3 verdiyi 135 manat məbləğində pulu sonuncunun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfində qeyd etməklə həmin qızıl boyunbağını satmaq üçün almışdır. O həmçinin göstərmişdir ki, vətəndaşlardan qızıl zinət əşyalarını metal şəkilində alıb təkrar istehsal üçün satmaqla məşğul olduğundan Şahid3 aldığı qızıl boyunbağını da elə mart ayının axırlarında digər qızıl zinət əşyaları ilə birlikdə satmışdır. Lakin həmin boyunbağının oğurluq olmasını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan 03 mart 2019-cu il tarixli raportdan, həmin tarixli ərizədən, hadisə yerinə baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞnə müraciət edərək, yaşadığı evdən naməlum şəxsin və ya şəxslərin otağın kilidlənmiş pəncərəsini açaraq daxil olmaqla qızıl zinət əşyalarını oğurlaması barədə məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zərərçəkmiş şəxs həmin əmlakların oğurlandığı yeri və naməlum şəxsin oğurluq məqsədilə daxil olduğunu dediyi pəncərəni göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 may 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 evindən oğurluq etməsi ilə bağlı yeri göstərməsi təklif edildikdən sonra təqsirləndirilən şəxslə birlikdə sonuncunun göstərdiyi istiqamətdə gedilmiş, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 evinə necə daxil olduğunu, əşyaları evin hansı hissəsindən oğurladığını əyani şəkildə göstərərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 may 2019-cu il tarxli, 9628 №-li rəyindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs5 oğurladığı qızıl zinət əşyalarına münasibətdə: respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, 1 qram 583 əyarlı qızılın məmulat kimi 2019-cu ilin mart ayına orta bazar qiymətinin 60 manat olması nəzərə alınmaqla, 01 ədəd 583 əyarlı 3 qramlıq qızıl qadın üzüyünün qiyməti 180,0 manat olmaqla 03 ədədinin qiyməti 540,0 manat, 01 ədəd 583 əyarlı 5 qramlıq qızıl kişi üzüyünün qiyməti 300,0 manat, 01 ədəd 583 əyarlı 7 qramlıq qızıl qolbağın qiyməti 420,0 manat və 01 cüt 583 əyarlı 5 qramlıq qızıl sırğanın qiyməti 300,0 manat olmaqla, qeyd olunan qızıl zinət əşyalarının nəzəri qaydada 2019-cu ilin mart ayına olan orta bazar qiyməti təxminən 1560,00 manat müəyyən edilmişdir. İş materiallarında olan 24 və 25 yanvar 2020-ci il tarixli ərizələrdən, 25.01.2020-ci il tarixli raportdan, həmin tarixli hadisə yerinə baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-nə müraciət edərək, Zərərçəkmiş şəxs3 məxsus evdən naməlum şəxsin və ya şəxslərin qızıl zinət əşyalarının və pulun oğurlaması barədə məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zərərçəkmiş şəxslər həmin əmlakların oğurlandığı yerləri göstərmişlər. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 11 may 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evindən oğurluq etməsi ilə bağlı yeri göstərməsi təklif edildikdən sonra təqsirləndirilən şəxslə birlikdə sonuncunun göstərdiyi istiqamətdə gedilmiş, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evinə necə daxil olduğunu, əşyaları evin hansı hissəsindən oğurladığını əyani şəkildə göstərərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyun 2020-ci il tarxli, 9/1295 №-li rəyindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 oğurladığı qızıl zinət əşyalarına münasibətdə: respublikada yerləşən ticarət şəbəkələrində, bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl zinət əşyalarının 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - Zərərçəkmiş şəxs3 məxsus İtaliyada zavod üsulu ilə istehsal olunmuş, ümumi çəkisi 20 qram 750 əyarlı, qaşsız, qızıl metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağıqolbaq dəstinin qiyməti 1600,00 manat; - Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd Rusiyada zavod üsulu ilə istehsal olunmuş, 4 qram çəkidə, 585 əyarlı, ağ rəngli parıltılı sadə qaşlı, qızıl metaldan hazırlanmış klonun qiyməti 240,00 manat, 01 ədəd Rusiyada zavod üsulu ilə istehsal olunmuş, 4 qram çəkidə, 585 əyarlı, ağ rəngli parıltılı sadə qaşlı, qızıl metaldan hazırlanmış üzüyün qiyməti 240,00 manat, 01 ədəd Rusiyada zavod üsulu ilə istehsal olunmuş, 3 qram çəkidə, 585 əyarlı, qaşsız, buruq toxunuşlu, qızıl metaldan hazırlanmış qolbağın qiyməti 180,00 manatdır; 01 ədəd qızılı rəngli dəmir metaldan hazırlanmış üzük haqqında ətraflı məlumat (markası, modeli, istifadədə olub-olmaması və s.) olmadığı üçün qiymətləndirmə aparılması mümkün olmamışdır. Zərərçəkmiş şəxs4 həmin 01 ədəd qızılı rəngli dəmir metaldan hazırlanmış üzüyü 05 manata aldığını bildirmişdir. İş materiallarında olan 16 fevral 2020-ci il tarixli raportdan, həmin tarixli ərizədən, hadisə yerinə baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞnə müraciət edərək, yaşadığı evdən naməlum şəxsin və ya şəxslərin evin qapısının kilidinin sındırılması yolu ilə daxil olmaqla qızıl zinət əşyalarını və pul oğurlaması barədə məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zərərçəkmiş şəxs evindən həmin əmlakların oğurlandığı yerləri və evə oğurluq məqsədi ilə daxil olmuş naməlum şəxs tərəfindən qapının sındırılmış kilid hissəsini göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 30 aprel 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 evindən oğurluq etməsi ilə bağlı yeri göstərməsi təklif edildikdən sonra təqsirləndirilən şəxslə birlikdə sonuncunun göstərdiyi istiqamətdə gedilmiş, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 evinə necə daxil olduğunu, əşyaları evin hansı hissəsindən oğurladığını əyani şəkildə göstərərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 may 2020-ci il tarxli, 9/744 №-li rəyindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 oğurladığı qızıl zinət əşyalarına münasibətdə: -01 ədəd Türkiyə istehsalı olan 750 əyarlı 02 qramlıq qadın üzüyü 150,00 manat; -01 ədəd 1,6 qram çəkidə Rusiya istehsalı olan 585 əyarlı qızıl qolbağı 96,00 manat təşkil etməklə ortada olmayan 02 adda zərgərlik məmulatlarının 15 fevral 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən 246,00 manat müəyyən olunmuşdur. İş materiallarında olan 03 mart 2020-ci il tarixli raportdan, həmin tarixli ərizədən, hadisə yerinə baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs6 tərəfindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-nə müraciət edəilərək, yaşadığı evdən naməlum şəxsin və ya şəxslərin evin pəncərəsini açmaq yolu ilə daxil olmaqla qızıl zinət əşyalarını oğurlaması barədə məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zərərçəkmiş şəxs evindən həmin əmlakların oğurlandığı yerləri və oğurluq etmiş şəxsin daxil olduğunu bildirdiyi pəncərəni göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 04 aprel 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 evindən oğurluq etməsi ilə bağlı yeri göstərməsi təklif edildikdən sonra təqsirləndirilən şəxslə birlikdə sonuncunun göstərdiyi istiqamətdə gedilmiş, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 evinə necə daxil olduğunu, əşyaları evin hansı hissəsindən oğurladığını əyani şəkildə göstərərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyun 2020-ci il tarxli, 9/1465 №-li rəyindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs6 oğurladığı qızıl zinət əşyalarına münasibətdə: Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və xüsusiləşmiş zərgərlik məmulatlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, bir qram 585 əyarlı qızılın məmulat kimi qiyməti 60,00 manat olması nəzərə alınmaqla, tədqiq edilən ortada olmayan bir cüt 35 il bundan əvvəl alınmış, nar dənəsi formalı, üzərində qırmızı rəngli sadə qaşlar olan 585 əyarlı Rusiya istehsalı 6 qramlıq qızıl sırğasının 03 mart 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 360,00 manat müəyyən olunur; tədqiq edilən ortada olmayan 01 ədəd dördkünc formalı, üzərində ağ rəngli brilliant qaşlar olan, 3 il öncə alınmış, 585 əyarlı Türkiyə istehsalı, 8 qramlıq qızıl qadın üzüyünün texniki-keyfiyyət göstəricilərini (o cümlədən təmiz brilliant qaşların çəkisi, təmizliyi, ayrıayrılıqda qızılın çəkisi, ekskluzif sayılıb-sayılmamasını, modeli, təyinatı, istehsal yeri, ili və sairə) ətraflı tədqiq etmək mümkün deyildir. Zərərçəkmiş şəxs6 həmin 01 ədəd dördkünc formalı, üzərində ağ rəngli brilliant qaşlar olan, 3 il öncə alınmış, 585 əyarlı Türkiyə istehsalı, 8 qramlıq qızıl qadın üzüyünü 750 manata aldığını bildirmişdir. İş materiallarında olan 12 mart 2020-ci il tarixli raportdan, həmin tarixli ərizədən, hadisə yerinə baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, zərərçəkmiş şəxs X12 qızı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-nə müraciət edərək, yaşadığı evdən naməlum şəxsin və ya şəxslərin otağın pəncərəsindən daxil olmaqla qızıl zinət əşyalarını və pul oğurlaması barədə məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zərərçəkmiş şəxs həmin əmlakların oğurlandığı yerləri və oğurluq etmiş şəxsin daxil olduğunu dediyi pəncərəni göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 may 2020-ci il tarxli, 9/690 №-li rəyindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs X12 qızından oğurladığı qızıl zinət əşyalarına münasibətdə: -01 ədəd Türkiyə istehsalı 2 qramlıq 585 əyarlı sarı qızıldan olan qadın boyunbağısının 1 qramı 60 manat olmaqla 2 qramı 120 manat; -02 cüt Rusiya istehsalı 583 əyarlı, ümumilikdə 10 qramlıq sarı qızıldan olan qadın sırğalarının 1 qramı 60 manat olmaqla 10 qramı 600 manat; -01 ədəd Rusiya istehsalı 2 qramlıq 583 əyarlı sarı qızıldan olan qadın üzüyünün qramı 60 manat olmaqla 2 qramı 120 manat; -01 ədəd Rusiya istehsalı olan 5 qramlıq 583 əyarlı kişi üzüyünün 1 qramı 60 manat olmaqla 5 qramı 300 manat; - 01 ədəd Rusiya istehsalı 583 əyarlı 2 qramlıq kişi üzüyünün 1 qramı 60 manat olmaqla 2 qramı 120 manat təşkil etməklə qeyd olunan qızıl zinət əşyalarının 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1260,00 manat müəyyən olunmuşdur. İş materiallarında olan 13 may 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən, “qızıl və brilyantların alqı-satqı kitabı”ndan surətləri çıxarılmış alqı-satqı qəbzindən və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən qızıl zinət əşyalarını oğurlayaraq satdığı Bakı şəhərində 20 Yanvar metrostansiyasının yanında yerləşən lombardı əyani şəkildə göstərmiş, polis əməkdaşları ilə birlikdə lombarda gedilərək oradan əldə edilmiş qeyd olunan sənədlərdən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs 03.03.2020-ci il tarixdə özünə aid şəxsiyyət vəsiqəsini təqdim edərək həmin lombarda 330 manata 01 ədəd 750 əyarlı üzük satmışdır. İş materiallarında olan 13 may 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən, “qızıl, gümüş və brilliantların alqı-satqı kitabı”ndan surətləri çıxarılmış alqı-satqı qəbzindən və pasportun surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən qızıl zinət əşyalarını oğurlayaraq satdığı Bakı şəhərində 20 Yanvar metrostansiyasının yanında yerləşən digər lombardı əyani şəkildə göstərmiş, polis əməkdaşları ilə birlikdə lombarda gedilərək oradan əldə edilmiş qeyd olunan sənədlərdən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs 12.03.2020-ci il tarixdə özünə aid pasportu təqdim edərək həmin lombarda 396 manata üzüklər və sırğa satmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 22 iyun 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Şahid3, Şahid2, Şahid4 və Şahid5 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 03 mart 2019-cu il tarixdə, saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan aşmaqla Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətinə, daha sonra plastik materialından olan pəncərəni həyətdən götürdüyü mismarla qarıb açmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı əl çantasının içərisindən Rusiyada zavod üsulu ilə istehsal edilmiş ümumilikdə 540 manat dəyərində hər bir ədədi 3 qram çəkidə olmaqla 03 ədəd ümumilikdə 9 qram çəkidə 583 əyarlı qızıl qadın üzüklərini, Rusiyada zavod üsulu ilə istehsal edilmiş 300 manat dəyərində 01 ədəd 5 qram çəkidə 583 əyarlı qızıl kişi üzüyünü, Rusiyada zavod üsulu ilə istehsal edilmiş 420 manat dəyərində 01 ədəd 7 qram çəkidə 583 əyarlı qızıl qolbağı və Rusiyada zavod üsulu ilə istehsal edilmiş 300 manat dəyərində 01 cüt 5 qram çəkidə 583 əyarlı qızıl sırğanı oğurlamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 1560 (bir min beş yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 24 yanvar 2020-ci il tarixdə, saat 18 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan aşmaqla Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz şəhəri A.Babayev küçəsində yerləşən 6 saylı evin həyətinə, daha sonra plastik materialından olan pəncərəni özündə olan vintaçan alətlə qırıb açmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı termonun siyirməsindən Zərərçəkmiş şəxs3 məxsus 1600,00 manat dəyərində İtaliyada zavod üsulu ilə istehsal olunmuş, ümumi çəkisi 20 qram, 750 əyarlı, qaşsız, qızıl metaldan hazırlanmış sırğa cütü-üzük-boyunbağı-qolbaq dəstini, həmçinin həmin termonun üzərindən Zərərçəkmiş şəxs3 baldızı Zərərçəkmiş şəxs4 məxsus əl çantasının içərisindən Rusiyada zavod üsulu ilə istehsal olunmuş 240 manat dəyərində 4 qram çəkidə 01 ədəd 585 əyarlı ağ rəngli parıltılı sadə qaşlı qızıl metaldan hazırlanmış klonu, Rusiyada zavod üsulu ilə istehsal olunmuş 240 manat dəyərində 4 qram çəkidə 01 ədəd 585 əyarlı ağ rəngli parıltılı sadə qaşlı qızıl metaldan hazırlanmış üzüyü, Rusiyada zavod üsulu ilə istehsal olunmuş 180 manat dəyərində 3 qram çəkidə 01 ədəd 585 əyarlı qaşsız, buruq toxunuşlu qızıl metaldan hazırlanmış qolbağı, 5 manat dəyərində 01 ədəd qızılı rəngli dəmir metaldan hazırlanmış üzüyü və 191 (bir yüz doxsan bir) manat məbləğində nağd pulu oğurlamaqla zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1600 (bir min altı yüz) manat, Zərərçəkmiş şəxs4 isə ümumilikdə 856 (səkkiz yüz əlli altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 15 fevral 2020-ci il tarixdə, saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan aşmaqla Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 evin həyətinə, daha sonra həyətdən götürdüyü dəmir linglə giriş qapısının üzərindəki asma qıfılı qırıb sındırmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı dolabın siyirməsindən Türkiyə istehsalı olan 150 manat dəyərində 2 qram çəkidə 01 ədəd 750 əyarlı qızıl qadın üzüyünü, Rusiya istehsalı olan 96 manat dəyərində 1,6 qram çəkidə 01 ədəd 585 əyarlı qızıl qolbağı və 50 (əlli) manat məbləğində nağd pulu oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 296 (iki yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 03 mart 2020-ci il tarixdə, saat 14 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə darvazanın cəftə yerinə bağlanmış məftili açmaqla Zərərçəkmiş şəxs6 məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətinə, daha sonra plastik materialından olan pəncərəni açmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı sandığın içərisindən Rusiya istehsalı olan 360 manat dəyərində 6 qram çəkidə nar dənəsi formalı üzərində qırmızı rəngli sadə qaşlar olan 01 cüt 585 əyarlı qızıl sırğanı və Türkiyə istehsalı olan 750 manat dəyərində 8 qram çəkidə üzərində ağ rəngli brilliant qaşlar olan 01 ədəd 585 əyarlı qızıl qadın üzüyünü oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 1110 (bir min yüz on) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 12 mart 2020-ci il tarixdə, saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə darvazanın cəftə yerinə bağlanmış məftili açmaqla X6 məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətinə, daha sonra həyətdən götürdüyü dəmir parçası ilə plastik materialından olan pəncərəni qarıb açmaqla qanunsuz olaraq evin içərisinə daxil olmuş, yataq otağındakı paltar dolabında olan əl çantasının içərisindən 30 manat məbləğində nağd pulu, dəsmalların altından isə Türkiyə istehsalı olan 120 manat dəyərində 2 qram çəkidə 01 ədəd 585 əyarlı sarı qızıldan olan qadın boyunbağısını, Rusiya istehsalı olan 600 manat dəyərində ümumilikdə 10 qram çəkidə 02 cüt 583 əyarlı sarı qızıldan olan qadın sırğasını, Rusiya istehsalı olan 120 manat dəyərində 2 qram çəkidə 01 ədəd 583 əyarlı sarı qızıldan olan qadın üzüyünü, Rusiya istehsalı olan 300 manat dəyərində 5 qram çəkidə 01 ədəd 583 əyarlı qızıl kişi üzüyünü və Rusiya istehsalı olan 120 manat dəyərində 2 qram çəkidə 01 ədəd 583 əyarlı qızıl kişi üzüyünü oğurlamaqla zərər çəkmiş şəxs Sevda Ələskərovaya ümumilikdə 1290(bir min iki yüz doxsan manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə oğurluq cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş hökmün və qərarın surətlərindən, həmçinin Şərur rayon İcra və Probasiya şöbəsinin 16.11.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 28.08.2009-cu il tarixli 1(011)- 340/2009 saylı hökmü ilə təyin edilmiş 200 (iki yüz) manat miqdarında cərimə cəzası icra edildiyindən Şərur rayon məhkəməsinin 07.10.2009-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2021ci il tarixli, 1(011)-218/2021 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesabı ilə hesablanmaqla 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 26.04.2021-ci il tarixli hökm üzrə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01(bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Naxçıvan MR Şərur Rayon Qışlaqabbas kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin Nümayəndəliyin apardığı bütün işlərdə iştirak etmiş və ona verilmiş tapşırıqları yerinə yetirmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR-nın Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X5 13 avqust 2020-ci il və 18 fevral 2021-ci il tarixli cavab məktublarından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 07.09.2009-cu il tarixdən “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə həmin Dispanserdə qeydiyyatda dayanır. O, sonuncu dəfə 05.12.2019-cu il tarixdən 25.12.2019-cu il tarixə qədər stasionar müalicədə olmuşdur. Hazırda stasionar müalicə almır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2021ci il tarixli, 1(011)-218/2021 saylı hökmündən müəyyən edilir ki, həmin cinayət işi üzrə verilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının 09.01.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, X12 qızının ərizələrindən, həmçinin notarial qaydada təsdiqlənmiş ərizələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənildiyindən zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkən şəxslərə vurulmuş zərərin ödənilərək zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, həmçinin səhhətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, həmçinin səhhətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2021ci il tarixli, 1(011)-218/2021 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesabı ilə hesablanmaqla 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 26.04.2021-ci il tarixli hökm üzrə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01(bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəza Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(011)-218/2021 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 (iki) il 01(bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 29 mart 2020-ci il tarixli protokoldan və 31 mart 2020-ci il tarixli “başqa yerə getməmək haqqında” iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işinin ibtidai istintaqı zamanı 02 (iki) gün müddət tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, ona təyin olunacaq qəti cəzanın müddətindən çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli 1(067)- 13/2021 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Xaçmaz RPŞ-nin “axtarışda olan şəxsin tutulması barədə” 19.04.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 16.03.2021-ci il tarixli 1(067)-13/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə tutularaq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində hazırkı işlə bağlı seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X7, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(011)-218/2021 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs barəsində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X7, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar