Məhkəmə qərarları › İş №1(067)-13/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-13/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-13/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, xx xxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əməlində cinayətlərin residivi olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbitdai istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib xx.xx.2020-ci ildən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza çəkmə müddəti 06 ay azaldıldığından 13 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməlində cinayətin residivi olmaqla, 13 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində Xaçmaz şəhəri Ah Mustafayev küçəsində yerləşən Rus kilsəsinin yaxınlığında Zərərçəkmiş şəxs onun evində kirayədə qalması təklifini rədd etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun azyaşlı qızı X2 gözü qarşısında özünün üstünlüyünü nümayiş etdirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vurub yerə yıxmaqla ona burun sümüyünün sınığı, burun nahiyəsinin sıyrığı və sol bud nahiyəsinin sıyrığı ilə nəticələnən xəsarətlər yetirib xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126- cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda tək yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada harada iş olsa işləyib özünü dolandırır. Barəsində şikayət ərizəsi verən Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin oktyabr ayından tanıyır. Belə ki, Zərərçəkmiş şəxs, əri Mustafa Bağırov və 4 azyaşlı uşaqları ilə birlikdə küçədə qaldıqları üçün onlara öz evimdə kirayədə qalmağa icazə vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə ona məxsus Xaçmaz şəhəri M.Müşviq küçəsi ev 3, mənzil 1 ünvandakı evində yaşamışlar. O, kirayədə yaşamalarına görə Zərərçəkmiş şəxsgildən pul almamışdır. Sonradan Zərərçəkmiş şəxs Xaçmaz Mənzil Komunal Təsərrüfatı İdarəsində xidmətçi kimi işə düzəlmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə onun evindən çıxıb Xaçmaz şəhəri İzmayılovka qəsəbəsində, dəqiq ünvam bilmədiyi ünvanda ev tutub kirayədə yaşamağa başladıqlarını bilmişdir. 13 fevral 2023-cü il tarixdə saat 14 də o, Xaçmaz şəhəri Alı Mustafayev küçəsində yerləşən Rus kilsəsinin yaxınlığında Ziyafətlə rastlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yanında azyaşlı qızı Şəhanə də olmuşdur. O, yenidən Zərərçəkmiş şəxs təklif etmişdir ki, gəlib onun evimdə yaşasınlar. Lakin Zərərçəkmiş şəxs qışqıraraq imtina edəndə əsəbləşmiş və aralarında mübahisə baş vermişdir. Ona görə də yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir zərbə vurmuşdur. Zərərçəkmiş şəxs burun nahiyəsindən qan gəldiyini görmüş və qaçıb ordan uzaqlaşmışdır. Sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs Xaçmaz MRX-da müayinə olunarkən onun tərəfimdən vurularaq xəsarət aldığını bildirmişdir. Hətta onun tərəfimdən vurularaq xəsarət alması ilə bağlı Xaçmaz RPŞ-nə şikayət ərizəsi də vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə onun evində kirayədə yaşamışdırlar. Həmin vaxt Zərərçəkmiş şəxs yanında onun həyat yoldaşı da olmuşdur. Sonradan Zərərçəkmiş şəxs həyat yoldaşı Quba rayonuna valideyinlərinə məxsus evinə qayıtmış, Ziyafət isə onun yaşadığı evində qalmışdır. Bu arada onların arasında münasibətləri yaranmış və 8 ay bir yerdə ər-arvad kimi yaşamışdırlar. Ziyafət Mənzil Kommunal İdarəsində xadimə işləyir, o isə heç yerdə işləmirdi. Buna görə də, hər səhər onlar bir yerdə evdən çıxaraq Ziyafətin iş yerinə gedirdilər. İşdən sonra isə, o Ziyafətin yanına gəlib və onlar birlikdə evə qayıdırdılar. 13 fevral 2023-cü ildə də o, Ziyafətin iş günün sonunda onun yanına gəlsə də, Ziyafət heçnəyin üstündə onunla mübahisə etməyə başlamışdır. O, Ziyafətin bu hərəkətlərini başa düşməmişdir, çünki Ziyafətlə razılaşıb gəlmişdir. Ziyafət isə onunla kobud danışmağa və mübahisə etməyə davam etmişdir. Mübahisə zamanı Ziyafət onu əsəbləşdirdiyi üçün, o bir dəfə Ziyafətin sifət nahiyəsindən yumruqla vurmuşdur. Zərbədən sonra Ziyafət yerə oturmuşdur. Bütün bunlar Ziyafətin azyaşlı qızı Şəhanənin gözü qarşısında olmşudur. O, Ziyafəti vurduqdan sonra, hadisə yerindən qaçaraq uzaqlaşarkən, Şəhanə yerdən daş götürüb onun dalınca atmışdır. Həmin daş ona dəyməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda əri X4 və 4 azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. Mustafa Bağırov onun ikinci əridir. 2023-cü ilin fevral ayında əri Mustafa Bağırov xəstəxanada yatan zaman əvvəllər evində kirayədə qaldıqları Təqsirləndirilən şəxs onunla rastlaşmış və təklif etmişdir ki, gəlib onun evində yaşasınlar. O, etiraz etmiş və buna görə aralarında mübahisə baş vermişdir. Hətta sonradan da Təqsirləndirilən şəxs onu harada görsə evinə dəvət etməyə başlamışdır. O, Talehə şikayət edəcəyini desə də Taleh heç kimdən qorxmadığını və kimə istəyirsə şikayət edə biləcəyimi demişdir. 13 fevral 2023-cü il tarixdə saat 14:30 da azyaşlı qızı Şahid1 ilə birlikdə kirayədə yaşadığı A.Mustafayev küçəsi ilə işə gələrkən, Rus kilsəsinin qarşısından keçəndə Təqsirləndirilən şəxs onun qarşını kəsmiş və ona əxlaqsız təkliflər edərək qızının yanında ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Talehdən çıxıb getməsini və onları rahat buraxmasını tələb edib dəmir yolu xəttinin üstündən keçmək istəyəmişdir. Aralarındakı mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Bu zaman Taleh onun qarşısını kəsib yumruqla sifət nahiyəsindən bir zərbə vurub onu yerə yıxmışdır. Həmin vaxt o, özü və qızı Şəhanə qışqırmağa başlayanda ətrafda olan tanımadığı dəmir yolunda işləyən bir neçə nəfər fəhlə və yaxınlıqda dayanmış taksi sürücüsü Ramil adlı şəxs yanlarına tərəf gələndə Taleh Ordan qaçıb uzaqlaşmışdır. Həmin vaxt onun burun nahiyəsindən qan gəlsə də yanında olan azyaşlı qızı Şəhanə heç bir xəsarət almamışdır. Sonra təcili tibbi yardım dəvət edib onu Xaçmaz MRX-na aparmışlar. Xəstəxanada müayinə olunarkən ona məlum olmuşdur ki, burun sümüyü sınmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə yaxın münasibəti var, belə o, uşaqları ilə birlikdə Talehin evində yaşayırlar və Talehlə onun arasında faktiki ər-arvad münasibətləri mövcuddur. O, Mənzil Kommunal İdarəsində xadimə işləyir. Taleh işsiz olduğundan, tez-tez onu işə yola salmış və iş saatının sonunda gəlib, birlikdə evə qayıdırdılar. 13 fevral 2013-cü il tarixdə də, Taleh onu iş yerinə qədər yola salmışdır və onlar razılaşmışdırlar ki, Taleh iş vaxtı bitdikdə, təxminən 14 radələrində onun arxasıycan gələcək və onlar birlikdə evə qayıdacaqlar. Lakin həmin gün iş vaxtının sonunda Taleh deyilən vaxt onun arxasıycan gəlsə də, o Talehin bu hərəkətinə əsəbləşib, onun üstünə qışqırmağa başlamışdır. Mübahisəni o özü başlamışdır və mübahisə zamanı Talehi qıcıqlandırmışdır.Bu səbəbdən də, Taleh onu bir dəfə yumruqla sifətindən vurmuşdur. Bu mübahisə zamanı onların ətrafında yalnız azyaşlı qızı Şəhanə olmuşdur, orada başqa heç bir şəxs olmamışdır. Taleh onu vurduqdan sonra hadisə yerində qaçıb getmişdir, o isə özünə gəldikdən sonra taksiyə minib xəstəxanaya getmişdir. Polis əməkdaşı ondan izahat alarkən, izahata imza etmişdir, amma Talehdən şikayəti olmayıb. Buna görə də, heç ərizəyə də imza etməmişdir. Sonra təhqiqatçı onu hadisə yerinə aparmış və orada o, hadisənin harada baş verməsini təhqiqatçıya göstərmişdir. Daha sonra müstəntiqin də yanında olarkən, bütün sənədlərə imza etmişdir,həmin sənədlərdə olan imzalar ona məxsusdur. Amma buna baxmayaraq, onun Talehdən heç bir şikayəti yoxdur. İbtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada özünə məxsus Vaz 2109 markalı **-HR-*** qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər qiyabi olaraq Xaçmaz şəhər sakini kimi tanımışdır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs da əvvəllər qiyabi olaraq tanıs, onunla da aralrmda heç bir ədavət və qərəzli münasibətləri olmamışdır. Onların hər ikisini arada bir yerdə olmalarını da görmüşdür. Belə ki, o, mütamadi olaraq Xaçmaz şəhəri Xanlar küçəsinin dəmir yolu xətti yaxınlığındakı piyada keçidinin qarşısında dayanıb müştəri gözləyir. Bir neçə dəfə Talehlə Ziyafətin birlikdə həmin ərazidən keçdiklərini də görmüşdür. 13 fevral 2023-cü il tarixdə təxminən saat 14 də həmin ərazidə avtomobilində oturub müştəri gözləyirkən Xaçmaz şəhəri Alı Mustafayev küçəsində yerləşən Rus kilsəsi tərəfdən qışqırıq səslərini eşidib həmin əraziyə baxanda əvvəllər də tanıdığı Ziyafətlə Təqsirləndirilən şəxs mübahisə etdiklərini görmüşdür. Bir qədər sonra yenidən qışqırıq və söyüş səsləri eşidib avtomobilindən yerə düşəndə Zərərçəkmiş şəxs sifətini tutub yerə oturduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs yanında azyaşlı qızı da olmuşdur. Həmin ərazidə işləyən bir neçə dəmiryolçu fəhlələr də Ziyafətə tərəf getdiklərini görüb özü də onlara tərəf gəlmişdir. Bu zaman həmin yerdə Ziyafətlə mübahisə edən Təqsirləndirilən şəxs qaçdığını görmüşdür. Ziyafətə yaxınlaşanda bir neçə nəfər tanımadığı dəmir yolu fəhlələri də ora gəlmişlər. Zərərçəkmiş şəxs burnunun qanadığını görənlərdən kimsə zəng edib TTY çağırmışdır. Həmin vaxt müştəri gəldiyi üçün o, oradan çıxıb getmişdir. Sonra nə baş verməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, о, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada özünə məxsus Vaz 2109 markalı **-HR-*** qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər qiyabi olaraq Xaçmaz şəhər sakini kimi tanımışdır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs da əvvəllər qiyabi olaraq tanımışdır, aralarında heç bir ədavət və qərəzli münasibətləri olmamışdır. Taleh və Ziyafəti tez-tez bir yerdə görmüşdür. Belə ki, o, mütamadi olaraq Xaçmaz şəhəri Xanlar küçəsinin dəmir yolu xətti yaxınlığındakı piyada keçidinin qarşısında dayanıb müştəri gözləyir. Bir neçə dəfə Talehlə Ziyafətin birlikdə həmin ərazidən keçdiklərini də görmüşdür. 13 fevral 2023-cü il tarixdə o, həmişə olduğu kimi evdə nahar etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olamaq üçün dəmir yol xətinə yaxınlığına gəldiyi zaman orada Ziyafəti ağladığını, onun yanında qızının və bir neçə nəfər dəmir yolçunun isə dəmir yolu xəttində işlədiklərini görmüşdür. O, Ziyafətdən nəyə görə ağladığını soruşduqda Ziyafət demişdir ki, Taleh onu vurub. Bundan sonra orada olan dəmir yolçulardan biri X11 çağırmış, o, isə müştəri zəng etdiyindən oradan çıxıb getmişdir. Bundan əlavə olaraq o, Taleh ilə Ziyafətin arasında mübahisə baş verməsini və ya həmin mübahisə zamanı Talehin Ziyafəti vurmasını görmədiyini bildirmişdir. Məhkəmə istintaqında Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının aparatında hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçlik Komissiyasının üzvü Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 izahat verərək bildirmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Hal-hazırda heç yerdə oxumur, ibtidai təhsillidir. Zərərçəkmiş şəxs onun doğma anasıdır. Anası ilə münasibətləri yaxşıdır. 13 fevral 2023-cü il tarixdə saat 14 də anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evdən çıxıb anası Ziyafətin işlədiyi əraziyə, yəni Xaçmaz şəhəri Bakı prospektindəki avtomobil dairəsinə tərəf getmişlər. Xaçmaz şəhəri Alı Mustafayev küçəsində, Rus kilsəsinin qarşısından keçərkən Taleh onlara yaxınlaşmışdır. Talehlə onun anası arasında mübahisə başlamışdır. Mübahisənin konkret nəyə görə başlamasını bilmir, amma mübahisə nəticəsində Taleh anasını bir dəfə yumruqla vurmuşdur. Anası Ziyafətin burnu qanamış və yerə yıxılmışdır. Talehin onun anasını vurması ona çox pis təsir etdiyindən, o, qışqıraraq yerdən daş götürmüş və Talehin üstünə tərəf qaçaraq, atmışdır. Taleh isə oradan qaçaraq, uzaqlaşmışdır. Sonra kimsə zəng edib həkim çağırmış və bir neçə dəqiqə sonra TTY avtomobili ilə həkimlər gəlib anası Zərərçəkmiş şəxs və onu Xaçmaz rayon mərkəzi xəstəxanasına gətirmişlər. Həkimlər anası Ziyafətə tibbi yardım göstərəndən sonra polis əməkdaşları da gəlmiş və onları polis şöbəsinə dəvət etmişlər. Anası Zərərçəkmiş şəxs tibbi yardım göstəriləndən sonra xəstəxanadan buraxılmış və birlikdə polis şöbəsinə gəlmişlər. İbtidai istintaq zamanı verilmiş prosessual nöqsanların araşdırılması ilə əlaqədar məhkəmə istintaqına dəvət edilmiş Xaçmaz rayon Polis Şöbəsinin sabiq təhqiqatçısı X3 izahat verərək bildirmişdir ki, bir nəfər şəxsin burun sınığı ilə xəsatəxanaya daxil olması ilə bağlı ona məlumat verilmiş, o, həmin məlumat əsasında xətəxanaya getmək istərkən şəxs özü onun yanına gəldiyindən o, xəstəxanaya getməmişdir. Ziyafət onun yanına ilkin tibbi yardım göstərildikdən sonra gələrək, Təqsirləndirilən şəxs onu yumruqla vurması səbəbindən Talehdən şikayətçi olduğunu bildirmişdir. Ziyafət yazı yazmaqda çətinlik çəkdiyindən, o, şikayəti şifahi ərizə protokolu formasında almışdır. Şifahi ərizə protokolunda imzanın olmaması ona məhkəmə iclasında iş materialları ilə tanış olarkən məlum olmuşdur. Bunu heç cür izah edə bilmir, çünki Ziyafət o vaxtı şikayətçi olmuşdur. Ola bilsin ki, Ziyafətə ərizəni imzalatdırmağı unutmuşdur. Lakin bütün digər sənədlərə Zərərçəkmiş şəxs özü imza etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 78 №-li rəyindən görünür ki, məhkəmə-tibbi və rentgenoloji müayinələr zamanı 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs - burun sümüyünün sınığı, burun nahiyəsinin sıyrığı və sol bud nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2023cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət olmuşdur. İş materiallarında olan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid3 tərəfindən tərtib olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 13 fevral 2023cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və Zərərçəkmiş şəxs Xaçmaz şəhəri Alı Mustafayev küçəsində yerləşən Rus kilsəsinin yaxınlığını göstərərək 13 fevral 2023-cü il tarixdə həmin yerdə Təqsirləndirilən şəxs yumruqla vurub ona xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz TTYS-na daxil olmuş çağırışla bağlı həkim briqadası xəsarət almış Zərərçəkmiş şəxs Xaçmaz şəhəri Alı Mustafayev küçəsi ilə Xanlar küçələrinin kəsişməsində qəbul edib Xaçmaz MRX-nın Acil şöbəsinə Hospitalizasıiya etmişlər. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, natamam orta təhsillidir, subaydır, ünvan 3 ünvanda yaşayır və müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, həmçinin Xaçmaz rayon Məhkəməsindən alınmış hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 16 iyul 2015- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinedə nəzərdə tutulan cinayət əməlini tərətməkdə təqsirli bilinib 03 (üç) il azadlıqdan məhrum etmə, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına və Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsinin 13 avqust 2022-ci il tarixli, 3988 nömrəli arayışından görünür ki, hal-hazırda Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, ondan ötrü ki, o, həqiqətəndə cəzaçəkmə müəssisəsində 14 avqust 2020-ci ildən 13 avqust 2022-ci ilədək cəza çəkmiş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistya Qərarının 4-cü bəndinə əsasən Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq cəza müddəti başa çatdığı üçün cəza sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətdikdən sonra, azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasında baxmayaraq, 13 fevral 2023-cü ildə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivinin olmasına dəlalət edir. Azərbaycan Respublikası CM-nin 18.1, 83.1 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivi vardır. Beləliklə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.2-ci maddə ilə yanaşı 127.2.3-cü maddəsi ilə də ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqəti əks etdirmir. O, ifadəsini təkzib edərək, Təqsirləndirilən şəxs onu bir dəfə vurmasının səbəbi özü ilə əlaqələndirmişdir. Yəni, zərərçəkmişin dediyinə əsasən Taleh onun yanında gəldikdə, o öz təşəbbüsü ilə Talehi qıcıqlandırmış, onu qəsdən əsəbləşdirmiş və özünü vurmağa vadar etmişdir. Nəticədə Taleh onu vursa da, Talehdən heç bir şikayətin olmamasını bildirmişdir. İbtidai istintaq zamanı ona təqdim edilmiş sənədləri oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ümumiyyətlə şikayəti olmamışdır. O, həmin ərizəyə imza etməmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin tərkib əlamətləri olsa da, 127.2.3-cü maddəsinin tərkib əlamətləri mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmaya görə məsuliyyəti müəyyən edir. Ümumiyyətlə xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin məcmusu başa düşülür. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun Qərarının 2-ci maddəsində izah edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyatı olmadıqda, onun təqsirliliyi sübuta yetirmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə yuxarıda sadalanan normaları və işin faktiki halları müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə şəxsi münasibətlər zəminində başlanması, həmin mübahisə zamanı ətrafda digər kənar şəxslərin olmaması, həmçinin təqsirləndirilən şəxsin bir dəfə zərəçəkmiş şəxsi yumruqla vurması, ictimai qaydanı kobud surətdə pozmaması və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər etməməsi onun əməlini xuliqanlıq niyyəti ilə törədilmiş kimi qiymətləndirmək düzgün olmazdı. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin tərkib əlamətlərinin olması ibtidai istintaq zamanı hər hansı bir mötəbər sübutla təsdiq olunmamışdır. Beləliklə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib xx.xx.2020-ci ildən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza çəkmə müddəti 06 ay azaldıldığından 13 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, əməlində cinayətin residivi olmaqla, 13 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində Xaçmaz şəhəri Alı Mustafayev küçəsində yerləşən Rus kilsəsinin yaxınlığında Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış mübahisə zamanı sonuncunun azyaşlı qızı X2 gözü qarşısında bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vurub yerə yıxmaqla ona burun sümüyünün sınığı, burun nahiyəsinin sıyrığı və sol bud nahiyəsinin sıyrığı ilə nəticələnən xəsarətlər yetirib xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126- cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs təqsirə görə məsuliyyət pirinsipi baxımından Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır, həmin Məcəllənin 127.2.3-cü maddəsinə əsasən isə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin tərkib əlamətlərinin olması məhkəmənin fikrincə tamamilə sübuta yetirilir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında xüsusi amansızlıqla törədilən cinayətə anlayış verilərkən qeyd edilmişdir ki, xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə sonuncunun təşəbbüsü ilə başlansa da, Təqsirləndirilən şəxs görüb və dərk etmişdir ki, zərərçəkmişin yanında azyaşlı övladı var. Buna baxmayaraq o, azyaşlının anasını gözü qarşısı vurub yerə yıxmışdır. Azyaşlı Şahid1 isə anasının qisasını almaq üçün yerdən daş götürüb, hadisə yerindən qaçaraq uzaqlaşan Talehin arxasıycan atmışdır. Bütün bunlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin tərkib əlaməti vardır. Məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxsin ümumiyyətlə təqsirləndirilən şəxsdən şikayətçi olmamasını və iş materiallarında olan ərizəyə imza etməməsinə də hüquqi qiymət verərək belə hesab edir ki, həqiqət də iş materiallarında olan Xaçmaz RPŞ-nin təhqiqatçısı Şahid3 tərtib etdiyi 19 fevral 2023-cü il tarixli “X5” görünür ki, Zərərçəkmiş şəxs adından Təqsirləndirilən şəxs barəsində şikayət məzmunlu mətn yazılsa da, bununla bağlı ərizədə şikayətçinin imzası yoxdur. Zərərçəkmiş şəxs məhkəmə istitnaqı zamanı Təqsirləndirilən şəxs barəsində şikayətçi olmadığı bildirsə də, iş materiallarında olan ona aid bütün sənədlərdə (izahatı, hadisə yerinə baxış protokolu, zərərçəkmiş şəxs qismində ifadəsində) şikayət məzmunlu ifadələrə imza etmişdir. Hətta Zərərçəkmiş şəxs qismində dindirilərkən mütəxəssisin köməyindən istifadə etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı o da müəyyən edilmişdir ki, şifahi ərizə protokolunun imzalanmaması ilkin ibtidai araşdırmanı aparan təhqiqatçı Şahid3 səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından baş vermişdir. Yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra polis şöbəsinə gəlməsi, orada izahat, ifadə verməsi, hadisə yerinə baxışın keçirilməsində iştirak etməsi onu təsdiq edir ki, Zərərçəkmiş şəxs faktiki olaraq Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətinin olmaması cəzasını yüngülləşdirən hal, əməlində cinayətlərin residivin olması cəzasını ağırlaşdıran hal kimi qiymətləndirib, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 4(067)-67/2023 saylı xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdan həbs olunmuş və hal-hazırda da həbsdə saxlanılır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni xx.xx.2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə təqsirləndirilməsinə dair ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsrli bilinsin və o, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli həbsə alındığı gündən, yəni 08 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar