Məhkəmə qərarları › İş №1(067)-13/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-13/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-13/2025 05.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də ofisant işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 6, mənzil 46-da yaşayan barəsində “başqa yerə getməmək aqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ofisiant işlədiyi Xaçmaz rayonu, Seyidli kəndində fəaliyyət göstərən “Atlant” İstirahət Mərkəzinə 14 iyun 2023-cü il tarixdə istirahət etmək üçün gələn Şahid3, Şahid2, Şahid4 və Şahid1 həmin istirahət mərkəzinin 28 nömrəli qonaq otağının eyvanında qeyd edilən tarixdə saat 19 radələrində kart dəsti gətirib qida və içki məhsulları təqdim edərək pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri- müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq qeyd edilən şəxslərin həmin saatdan etibarən kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən ofisiant işlədiyi Xaçmaz rayonu, Seyidli kəndində fəaliyyət göstərən ‘Atlant” İstirahət Mərkəzinə 14 iyun 2023-cü il tarixdə istirahət etmək üçün gələn Şahid3, Şahid2, Şahid4 və Şahid1 həmin istirahət mərkəzinin 28 nömrəli qonaq otağının eyvanında 15 iyun 2023-cü il tarixdə saat 19 radələrində kart dəsti gətirib qida və içki məhsulları təqdim edərək pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq qeyd edilən şəxslərin həmin saatdan etibarən kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 iyun 2023-cü il tarixdə saat 20:13-də həmin zaman istirahət mərkəzində olan Şahid6 razılığı, sonuncunun və onun iştirakı ilə qeyd edilən qonaq otağının eyvanına baxış və götürmə aparılan zaman orada Şahid3, Şahid2, Şahid4 və Şahid1 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 156 manat məbləğində pul vəsaiti və 1 ədəd oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilkin ifadəsində özünü təqsirli bilməsə də, xx.xx.2025-ci il tarixdə təkrar dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən Xaçmaz rayonu, Seyidli kəndində yerləşən “Atlant” istirahət mərkəzində ofisiant olaraq işə başlamışdır. O, orada fəaliyyət göstərən “Milli” adlı restoranda ofisiant işləmişdir. Həmçinin o, koteclərə də sifarişlər çatdırırmış. xx.xx.2023-cü il tarixdə axşam saatlarında 28 nömrəli kotecdən sifariş daxil olmuşdur. O, həmin kotecə yaxınlaşdıqda orada 4 nəfər oğlan var imiş. Onlar müxtəlif sifarişlər vermişdirlər. O, həmin şəxslərə sifarişlərini çatdırmışdır. Onlara qulluq etdikcə aralarında münasibət yaranmışdır. Həmin şəxslər ona qumar oynamaq istədiklərini demişdirlər. Onlar havanın isti olduğu üçün kotecin içərisində oynamağın çətin olması səbəbindən kottecin eyvanında kartlar ilə qumar oyunu oynamaq istədiklərini bildirmişdirlər. O, qonaqların rahat kart oynamaları üçün kotecin eyvanında şərait yaratmış, stol-stul gətirmişdir. Həmin şəxslər ondan problem ola biləcəyini soruşduqda o, həmin şəxslərə narahat olmamalarını bildirmişdir. Onlar ona şərait yaratdığı üçün 20 manat verəcəklərini demişdirlər. Həmin şəxslər onunla razılaşaraq verdiyi oyun kartı ilə kottecin eyvanında qumar oynamağa başlamışdırlar. Onlar qumar oynadığı müddətdə sifariş verdikcə o da onlara xidmət edirmiş. Həmin şəxslər kottecin eyvanında açıq şəkildə qumar oynamışdırlar. Onlar səhəri gün də, yəni 15 iyun tarixində də qumar oynamışdır və o da onlara qulluq etmişdir. Belə ki, kotecin eyvanında qumar oynanılması üçün heç bir şərait yox imiş. Həmin şəxslərin qumar oynaya bilməsi üçün o, masa və stullar gətirmiş, üzərini silərək səliqəli vəziyyətə gətirmişdir. xx.xx.2023-cü il tarixdə 28 nömrəli kottecdə qalan şəxslərin qumar oynamasını təşkil etdiyi üçün 20 manat pul vəsaiti əldə etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, dostları ilə birlikdə istirahət etmək üçün Nabranda yerləşən istirahət mərkəzinə gedmişlər. Onlar orada iki gün qalmışlar. Orada qaldıqları iki gün ərzində istirahət edib qumar oynamışlar. Şahid qismində ifadə vermiş Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində dostları Şahid2, Əli Ağaməliyev və Şahid3 ilə birlikdə Xaçmaz rayonu, Seyidli kəndində yerləşən “Atlant” istirahət mərkəzinə gəlmişdir. Onlar istirahət mərkəzinə daxil olduqda gecələmək üçün onlara iki günlük 28 nömrəli kottec verilmişdir. Dostları ilə birlikdə həmin istirahət mərkəzinə gəlməkdə məqsədləri həm istirahət etmək, həm orada qumar oyunu oynamaq imiş. Çünki onlara məlum imiş ki, Atlant istirahət mərkəzində qumar oynanılması üçün yer təşkil edilirmiş və qumar oynanılmasına icazə verilirmiş. 28 nömrəli kottecdə onlara Nəcəf adlı ofisiant qulluq etmişdir. Həmin ofisiant ilə aralarında münasibət yarandıqdan sonra Nəcəfə qumar oynamaq istədiklərini, lakin kottecdə qumar oynanılması üçün heç bir şəraitin olmadığını bildirmişdirlər. Nəcəf adlı ofisiant qumar oynamaq üçün onlara yer təşkil edə biləcəyini bildirmişdir. Nəcəf onlardan kottecin çölündə, yoxsa içərisində qumar oynamaq istədiklərini soruşduqda hava isti olduğundan kottecin içərisində oynamağın çətin olacağını, buna görə də kottecin eyvanında qumar oynamaq istədiklərini bildirmişdirlər. Onlar Nəcəfə oyun kartı ilə qumar oynamaq istədiklərini bildirmiş və hər hansı problem yaşana baş verib-verməyəcəyini maraqlanmışdırlar.Bu zaman Nəcəf adlı ofisiant çox rahat şəkildə Atlant istirahət mərkəzinin rəhbərliyinin qumar oyununa icazə verdiyini, buna heç bir problem olmyacağını bildirmişdir. Nəcəfdən oynamaq üçün kart təşkil edə biləcəyini soruşduqda Nəcəf özündən razı şəkildə əlbəttə təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra Nəcəf başqa yerdən masa və stullar gətirmiş, onların üzərilərini silib kottecin eyvanında yerləşdirmişdir. Bundan sonra Nəcəf oyun kartı gətirib onlara vermişdir. Nəcəfin onlara qumar oynamaq üçün yer təşkil etməsi səbəbindən ona 20 manat pul vermişdirlər. Bundan sonra rahat şəkildə gecə saatlarına qədər kottecin eyvanında qumar oynamışdırlar.Onlar qumar oynadıqları müddətdə Nəcəf onlara qulluq edirmiş, sifarişlərini gətirirmiş.Onlar gecə saatlarına qədər qumar oynamışdırlar. Oyun bitdikdən sonra Nəcəf gətirdiyi masa və stulları oradan aparmış, kartı da götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yenidən Nəcəfə qumar oynamaq istədiklərini bildirmişdir. Nəcəf yenə də eyni qaydada kotecin eyvanına masa və stullar gətirib düzmüş, sonra isə oyun kartı gətirmişdir. Belə ki, onlar qumar oynamağa başlamışdırlar. Qumar oyunu zamanı Nəcəf yenə də onlara qulluq edirmiş, sifarişlərini gətirmiş. Saat təxminən 20:13 radələrində kotecə yaxınlaşan mülki geyimdə olan şəxslər polis əməkdaşları olmalarını bildirərək masadan kənarda durmalarını, masaya əl vurmamalarını, masadan heç nə götürməmələrini bildirmişdirlər. Onlar kənara çəkilmiş, polis əməkdaşlarının istəyi ilə özlərini təqdim etmişdirlər. Polis əməkdaşlar, oraya gələrkən Nəcəf də orada imiş. Polis əməkdaşları masa üzərində olan pul vəsartiərmrvə oyun kartını götürmüşdürlər. Belə ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Nəcəfdən xahiş etmişdirlər ki, qumar oynamaqlarına şərait yaratsın. Çunkı onların qaldıqları 28 nömrə kotecdə qumar oynamağa şərait yox imiş. Nəcəf başqa yerdən bir ədəd masa, dord ədəd s gətirmişdir. Həmin masanı və dörd stulu kottecin eyvan hissəsinə qoymuş, masa və stulların tozunu silib təmizləmişdir. Onlar Nəcəfə onlarda kart dəsti olmadığını bildirərək onun kart dəsti təşkil edə biləcəyini soruşmuşdurlar. Nəcəf isə gülərək onlara kart dəsti gətirə biləcəyini bildirmişdir. Nəcəf başqa yerdən kart dəsti gətirib onlara vermişdir. Onlar qumar oynadıqları ərəfədə Nəcəf tez-tez kottecə daxil olub-çıxırmış, onlar qumar oynadıqları müddətdə çay, sərinləşdirici içkilər, eləcə də siqaret gətirirmiş. Onlar Nəcəfə 20 manat pul vermişdirlər. Nəcəfə 20 manat pulu ona görə vermişdirlər ki, o, kottecin eyvan hissəsini qumar oyunu oynamaq üçün hazır vəziyyətdə gətirmiş, oranı masa, stul və kartla təmin etmiş, qumar oyunu zamanı onlara qulluq etmişdir. Onlar 14 iyun 2023-cü il tarixində və 15 iyun 2023-cü il tarixlərində, yəni 2 dəfə Xaçmaz rayonu, Seyidli kəndində yerləşən “Atlant” adlı istirahət mərkəzinin 28 nömrəli kottecinin eyvanında qumar oynamışdırlar. Hər iki dəfəsində də qumar oynamalarını Nəcəf təşkil etmişdir. Məhkəmədə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki, Yayda o, dostları ilə birlikdə istirahət etmək üçün Nabranda yerləşən «Atlant» istirahət mərkəzinə gedmişlər. Orada istirahət etdikləri zaman qumar oynamışlar. Qumar oynadıqları zaman polis əməkdaşları oraya gələrək onları saxlamışlar. Məhkəmədə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, onlar dörd nəfər dostdular.Taksiyə əyləşərək istirahət etmək üçün Nabrana gəlmişlər. Nabranda baseyndə çimdikdən sonra axşam tərəfi gedib yemək yemişlər. Ofisant stolu yığdıqda ona çay sifariş verib ondan burada qumar oynamaq mümkün olduğunu soruşduqda, o, onlara oynamaq mümkün olduğunu bildirdi. Onlar ondan problem olub-olmadığını soruşduqda o, onlara problem olmadığını bildirdi.Sonra onlar orada iki gün qumar oynamışlar. Oynadıqlarının ikinci günü axşam tərəfi polis əməkdaşları gəlib onları saxlamışlar. Məhkəmə istintaqı zamanı dindirilən şahidlər Şahid4, Şahid3 və məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 bildirdi ki, hadisə baş verən zaman o, restoranda yemək yemiş və həmin vaxt əməliyyatcılar onu gəlib götürüb kotecin qabağına aparmışlar. Orada ona bildirmişlər ki, burda qumar oynayıblar, çəkiliş olmuş və həmin çəkiliş ona göstərilmişdir. O, özüdə cox təcüblənmişdir. O, istirahət mərkəzində neçə illərdi administrator işləmiş və belə bir hallar olmamışdır. Ora ailəvi istirahət mərkəzidi. Kotecdə kimlərinsə qumar oynaması barədə onun heç bir məlumatı olmamışdır. Şahid qismində ifadə vermiş Şahid6 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, «Atlant» istirahət mərkəzində menecer olaraq işləyir. «Atlant» MMS-də onun fəaliyyəti müştərilərin cəlb olunması,təşkilatı məsələlər, müəssisənin reklamından ibarətdir. Fəaliyyəti ilə əlaqədar 650 manat əmək haqqı alırmış. Yay sezonu müddətində, yəni iyunun 1-dən sentyabrın 1-nə qədər o, mütamadi olaraq «Atlant» istirahət mərkəzində olurmuş və orada qalırmış. Həmin vaxt sezon yeni başladığı üçün yalnız giriş qapısına nəzarət edirmiş. Koteclərə, yaşayış olan binalara, əyləncə mərkəzlərinə nəzarət edən xüsusi şəxslər yox imiş. Bir müddət sonra üçün həmin şəxslərin olması nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində o, qeydiyyat şöbəsində işləyən X3 ilə birlikdə «Atlant» istirahət mərkəzinin həyətində olarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişdirlər və onlardan də özlərini təqdim etmələrini istəmişdirlər. O və Bəkir özlərini təqdim etdikdən sonra polis əməkdaşları “Atlant” istirahət mərkəzində mütəmadi olaraq qumar oyunlarının keçirilməsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatlarına əsasən baxış keçirilməsi zərurəti ilə əlaqədar gəldiklərini bildirmişdirlər. O da baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra video çəkilişdən istifadə olunmasına etirazının olubolmaması soruşulduqda buna etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar təqdim edilmiş və o, həmin qərarla tanış olmuşdur. Bundan sonra ondan 28 nömrəli kottecin harada olması soruşulduqda o, həmin kotteci təqdim etmişdir. Polis əməkdaşları ilə birlikdə kottecə yaxınlaşdıqda kottecin eyvanında dörd nəfər şəxsin masa ətrafında əyləşərək qumar oynaması müəyyən edilmişdir. Masa üzərində olan pul vəsaitləri və qumar oynanılması üçün istifadə olunan kart dəsti polis əməkdaşları tərəfindən götürülmüşdür. Qumar oynayan şəxslər özlərini təqdim edərək qumar oynadıqlarını etiraf etmişdirlər. Daha sonra qumar oynanılan zaman orada olan ofisiant Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Məhkəmədə istintaqı zamanı şahid qismində ifadə vermiş BaŞahid5 bildirdi ki, o, Atlant istirahət mərkəzində restoran administratoru işləyir. O, restoranda baş verən hadisəyə cavabdehdir. Kotecdə nə baş veribsə məlumatı olmayıb. Bildiyinə görə orada qumar oyunu təşkil edilib. Bəle bir şey olmayıb orda və olada bilməzdi. Şahid qismində ifadə vermiş BaŞahid5 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 2019-cu ildə Xaçmaz rayonu, Seyidli kəndində yerləşən “Atlant” adlı istirahət mərkəzində ofisiant olaraq işə başlamışdır. İstirahət mərkəzində müxtəlif restoranlar vardır. O, orada olan 3 ədəd restoranın administratoru imiş. Belə ki, onun tabeçiliyində 25 nəfər ofissiant var imiş. Onların bütün fəaliyyətinə şəxsən o özü nəzarət edirmiş. Belə ki, 14 iyun 2023-cü il tarixdə 4 nəfər şəxs restorana yaxınlaşmış və sifarişlər vermişdirlər. Onlar sifarişlər versələr də, ödənişi qabaqcadan etməmişdirlər və bildirmişdirlər ki, səhər tezdən bütün ödənişləri ödəyəcəklər. Əslində o, həmin şəxslərin bu hərəkətindən narahat olmuş, lakin onlarla razılaşmışdır ki, sabah ödəniş edərlər. Belə ki, həmin şəxslər bütün sifarişlərin otağa çatdırılmasını istəmişdirlər. O da həmin şəxslərə qulluq etmək üçün ofisiantarın içərisindən Təqsirləndirilən şəxs təyin etmişdir. İlk əvvəl Nəcəf onlara qulluq etmək istəməmişdir, demişdir ki, onların deyəsən pulu yoxdur, ödəniş də etməyəcəklər. Lakin sonradan Nəcəf gəlib demişdir ki, hər şey əladır, onların ciblərində yaxşı pul da var. Odur ki, onlara sona kimi qulluq etmək istədiyini demişdir və onlara otaqda xidmət etmişdir. O, restoranın administratoru olsa da, ofissiantların bütün hərəkətlərinə nəzarət edə bilmirmiş. Ona sonradan məlum olmuşdur ki, həmin şəxslər qaldıqları otaqda qumar oynamışdırlar yə bunun üçün Təqsirləndirilən şəxs müraciət etmişlər və Nəcəf də həmin şəxslərə qumar oynamaq üçün şərait yaratmış və onları lazımi avadanlıqlarla təchiz etmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərin qumar oynamaları ilə bağlı şəxsən ona heç bir məlumat verməmişdir. Əgər Nəcəf ona məlumat versəymiş, o, heç vaxt icazə verməzmiş və hətta bu barədə müvafiq tədbir də görərmiş. İş materiallarında olan İstintaq və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib olunmuş baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayonu, Seyidli kəndində yerləşən «Atlant» istirahət mərkəzində yerləşən iyirmi səkkiz nömrəli kottecin eyvan hissəsində yerləşdirilən masanın üzərində 01 ədəd 50 manatlıq, 03 ədəd 20 manatlıq, 04 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq əskinasları və 01 dəst oyun kartları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 5(067)-131/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Daxili İşlər Nazirliyinin əməliyyat müvəkkili Eltay Mikayılovun “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 15 iyun 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X2 cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinn 244-1.1-ci maddəsindən həmin Məcəllənin 244-1.2.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ofisiant işlədiyi Xaçmaz rayonu, Seyidli kəndində fəaliyyət göstərən “Atlant” İstirahət Mərkəzinə 14 iyun 2023-cü il tarixdə istirahət etmək üçün gələn Şahid3, Şahid2, Şahid4 və Şahid1 həmin istirahət mərkəzinin 28 nömrəli qonaq otağının eyvanında qeyd edilən tarixdə saat 19 radələrində kart dəsti gətirib qida və içki məhsulları təqdim edərək pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri- müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq qeyd edilən şəxslərin həmin saatdan etibarən kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən ofisiant işlədiyi Xaçmaz rayonu, Seyidli kəndində fəaliyyət göstərən ‘Atlant” İstirahət Mərkəzinə 14 iyun 2023-cü il tarixdə istirahət etmək üçün gələn Şahid3, Şahid2, Şahid4 və Şahid1 həmin istirahət mərkəzinin 28 nömrəli qonaq otağının eyvanında 15 iyun 2023-cü il tarixdə saat 19 radələrində kart dəsti gətirib qida və içki məhsulları təqdim edərək pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq qeyd edilən şəxslərin həmin saatdan etibarən kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 iyun 2023-cü il tarixdə saat 20:13-də həmin zaman istirahət mərkəzində olan Şahid6 razılığı, sonuncunun və onun iştirakı ilə qeyd edilən qonaq otağının eyvanına baxış və götürmə aparılan zaman orada Şahid3, Şahid2, Şahid4 və Şahid1 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 156 manat məbləğində pul vəsaiti və 1 ədəd oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Onun barəsində cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi Kibercinayətkarılıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 156 manat məbləğində pul dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi Kibercinayətkarılıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan, 01 ədəd oyun kartları məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə verdiyi ifadənin əks olunduğu 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisinin hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Kibercinayətkarılıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 156 manat məbləğində pul dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi Kibercinayətkarılıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan, 01 ədəd oyun kartları məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə verdiyi ifadənin əks olunduğu 02 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar