Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-130/2022 31.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1982-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 5-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəstəliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə sonuncunun yaşadığı Xaçmaz rayonu, Yeni- Sudur kəndindəki evində 3500 manat, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndindəki evində 500 manat, cəmi 4000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir, Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs5 xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs5 2019cu ilin may ayında sonuncunun yaşadığı Xaçmaz rayonu Ləcət kəndində yerləşən evində 6000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs7 arvadı Elnarə Osmanovanı xəstləliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin oktyabr ayında sonuncunun yaşadığı Xaçmaz rayonu Pirqulu-Oba kəndində yerləşən evində 2000 manat, 2019-cu ilin dekabr ayında Xaçmaz rayonu, Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən “Panarama” adlı çay evində 1500 manat, cəmi 3500 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs6 xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyun ayında günorta vaxtı sonuncunun yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndində yerləşən evində 2500 manat, 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndində yerləşən evində 500 manat, cəmi 3000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs3 anası Arzu Cəlilovanı xəstəliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin dekabr ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında 4000 manat, 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” yanacaq doldurma məntəqəsi yaxınlığında 800 manat, cəmi 4800 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs8, arvadı Məryəm Tayıbovanı xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs8 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Dubay” marketin yanında 3000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Xüsusi Xilasetmə Xidmətinə işə düzəltmək məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu, Xudat şəhəri, mərkəzi bazarın yanında 3000 manat, 2021-ci ilin fevral ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında 3000 manat, cəmi 6000 manat pul vəsatini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Xüsusi Xilasetmə Xidmətinə işə düzəltmək məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla F.Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu, Xudat şəhəri, mərkəzi bazarın yanında 3000 manat, 2021ci ilin fevral ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” doldurma məntəqəsinin qarşısında 3000 manat, cəmi 6000 manat pul vəsatini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs9 xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs9 vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yanvar ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Dubay” marketin yanında 4000 ABŞ dolları, 2021-ci ilin mart ayında Xaçmaz rayonu, Xudat şəhərində yerləşən mərkəzi avtovağzalın yanında 4000 ABŞ dolları, 2021-ci ilin aprel ayında Xaçmaz rayonu, Xudat şəhərində dəmiryolu vağzalının yanında 2000 ABŞ dolları, cəmi 10.000 ABŞ dolları olmaqla ümumilikdə 17.000 manat pul vəsatini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs4 xəstəliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən avtovağzalda 5000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs1 övladını Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 2021-ci ilin aprel ayında özünün yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Azərbaycan küçəsi dalan 2, 5 №-li evin qarşısında 8000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş (bütün epizodalar üzrə) Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildən 2021-ci ilədək olan müddətdə Xaçmaz rayonu Xudat şəhərində işıq idarəsində nəzarətçi-mühəndis işləmişdir. İşlədiyi müddətdə “Topaz” və “1xbet” mərc oyunlarına pul qoymuş, mütəmadi uduzmuş, buna baxmayaraq bu vərdişdən əl çəkə bilməmişdir. 2019-cu ildə düşünmüş ki, tanışlarından işə düzəltmək, pensiya düzəltmək adı ilə pul alsın və mərc oyunu oynayıb pul udsun. Buna görə Xaçmaz rayonu Yeni Sudur kəndində yaşayan Əli adlı tanışına və bir neçə başqa şəxslərə demiş ki, “işə düəlmək istəyən olsa, pensiya almaq istəyən olsa həll edə bilərəm.” Tanışları da hərəsi öz tanıdığı adamlara bu barədə danışmışdır, lakin o, heç kimə onları aldatmaq niyyətinin olması barədə heç nə deməmişdir. Bir neçə gün sonra artıq müxtəlif kəndlərdən ona pensiya və iş düzəltmək üçün təkliflər gəlmişdir, o, da özlüyündə hər iş üçün məbləğlər fikirləşmiş ki, iş istəyən adamlara desin. Beləliklə o, tamahlanıb tanıdığı şəxsləri aldadıb pul almağa başlamışıdır. İlk dəfə o, tamah niyyətilə, Xaçmaz rayonu Yeni-Sudur kəndində yaşayan Zərərçəkmiş şəxs1 əlilliklə əlaqədar təqaüdə çıxaracağına dair vəd verib aldatmaqla xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evdə Zümrüddən 3500 manat almışdır. Bir müddət sonra özünü inandırıcı etmək üçün Zümrüddən etibarnamə alıb özü Kapitalbank ASC-dən Zərərçəkmiş şəxs1 adına debet kart almış, kartı 17 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evdə Zümrüdə verərərk demişdir ki, “pensiyanı bu kartla alacaqsınız, əlavə xərclər üçün isə mənə 500 manat pul verməlisiniz.” O, həmin gün Zümrüddən əlavə xərc adı ilə 500 manat da almışdır. Kart hesabına isə bir neçə ay özü 230 manat pul qoymuşdur ki, Zümrüdgil və digər şəxslər də onun həqiqətən iş görməyinə inansınlar. Lakin o, nə Zümrüdə pensiya düzəltmiş, nə də pulunu qaytarmış, aldığı pulu da mərc oyunlarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 da aldatmışdır. O, 2019-cu ilin mart ayında görmüş ki, Zənfira işıq pulunu ödəməkdə çətinlik çəkir, başa düşmüş ki, maddi durumu yaxşı deyil. Buna görə Zənfiraya demişdir ki, “əgər istəyirsənsə sənə pensiya düzəldim.” Zənfira da onunla razılaşmış və bunun üçün 6 min manat pul lazım olduğunu demişdir. Zənfira ilk öncə pulunun olmamasını desə də, kredit götürməsini bildirmişdir və Zənfira onunla razılaşmışdır. Zənfiranı pensiya düzəltmək adı ilə aldadıb 2019-cu ilin may ayının əvvəllərində ondan yaşadığı Xaçmaz rayonu Ləcət kəndində yerləşən evində 6 min manat pul almışdır. Lakin o, pensiya düəlztmək üçün heç bir iş görməmişdir. Yalan vədlər verməklə vaxtı uzatmış, aldığı pulu isə mərc oyunlarına və yeyib-içməklərə xərcləmişdir. Bundan başqa o, Xaçmaz rayonu Pirqulu-Oba kəndində yaşayan Zərərçəkmiş şəxs7 arvadı Elnarə Osmanovanı xəstləiklə əlaqədar təqaüdə çıxaracağıma dair yalan vəd verib aldatmaqla 2019-cu ilin oktyabr ayında Xaçmaz rayonu Pirqulu-Oba kəndində yaşadığı evdə Şahlardan 2000 manat, 2019-cu ilin dekabr ayında isə Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən “Panarama” adlı çay evində Şahlardan 1500 manat almaqla ümumilikdə 3500 (üç min beş yüz) manat pul vəsaitini alaraq ələ keçirmişdir. O, həmin pulu ələ keçirib öz şəxsi ehtiyaclarına, mərc oyunlarına və s. xərcləmişdir. Pensiya düzəltmək üçün isə ümumiyyətlə heç bir iş görməmişdir. Bu günədək onun da pulunu qaytarmamışdır. Bundan başqa o 2020-ci ilin iyun ayında Xaçmaz rayonu, Yeni-Sudur kəndində yaşayan Zərərçəkmiş şəxs6 da pensiya düzəltmək adı ilə aldadaraq ümumilikdə 3 min manat pulunu alıb ələ keçirmişdir. belə ki, 2020-ci ilin iyun ayında Xaçmaz rayonu, Yeni-Sudur kəndində işıq pullarının ödənməsinə nəzarət edən zaman Zərərçəkmiş şəxs6 ilə danışmış, söhbət əsnasında ona demişdir ki, özünə pensiya düzəltmək istəyir. O, da Zəminəyə yalandan demişdir ki, “mənim nazirlikdə tanışım var, sənə asanlıqla pensiya düzəldə bilərəm.” Onlar danışıb razılaşmış, 2020-ci ilin iyun ayında günorta saatlarında Zəminənin yaşadığı evdə ondan 2500 manat nağd pul və xəstəliyinə aid sənədləri götürüb getmişdir. 2020-ci ilin sentyabr ayında isə Zəminəyə demiş ki, “artıq işin düzəlib, gələcəkdə illik yoxlamalara getməmək üçün 500 manat da ver, birdəfəlik daimi pensiya al.” Zəminə də inanıb 2020-ci ilin sentyabr ayında yaşadığı evdə ona 500 manat da pul vermiş, beləliklə Zəminədən ümumilikdə 3 min manat almış olmuşdur. Lakin o, Zəminəyə pensiya düzətmək üçün heç bir iş görməmişdir, pulları da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Xaçmaz rayonu Qoçaqlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 anası X1 təqaüdə çıxaracağına dair yalan vəd verib aldatmaqla Cəfərdən 2020-ci ilin dekabr ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” YDM-nin qarşısında 4000 (dörd min) manat, 2021-ci ilin yanvar ayında isə Xaçmaz rayonu Xudat şəhərində 800 (səkkiz yüz) manat olmaqla ümumilikdə 4800 manat pul vəsaitini ələ keçirmişdir. O, hər zaman olduğu kimi həmin pulları da öz ehtiyaclarına, yeyib-içməklərə, mərc oyunlarına xərcləmişdir. Aldığı 4800 manatı ondan bir neçə dəfə istəsələr də Cəfərgilə qaytarmamış, təqaüd düəltmək üçün isə heç bir iş görməmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Ləcət kənd sakini Zərərçəkmiş şəxs8 arvadı Məryəm Tayıbovaya pensiya düzəltmək adı ilə aldadaraq 3 min manat pulunu ələ keçirmiş. belə ki, 2020-ci ilin dekabr ayında aldararaq pul aldığı Raziya onunla telefonla danışıb Məryəm Tayıbovaya pensiya düəltmək barədə məlumat vermişdir. O, inandırıcı görünməsi üçün Zənfiraya yalandan demiş ki, “artıq bayram günləridir, bayramdan sonra, yəni 2021-ci ilin yanvar ayının əvvəllərində 3 min manat pul, pensiya almaq istəyən adamın şəxsiyyət vəsiqəsi və xəstəlik kağızlarını götürüb gələrsiniz görüşərik, həll edərik.” Onlar razılaşdığı kimi də etmişlər, 06 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Dubay” marketin yanında Zərərçəkmiş şəxs8 ilə görüşmüşdür. Lakin Ədalətin yanında ondan əvvəl aldadaraq pul aldığı Raziya və Zənfira da var olmuşdur. Ədalət orada ona 3 min manat pul, Məryəm Tayıbovaya aid şəxsiyyət vəsiqəsi və xəstəlik kağızlarını vermişdir. O, da Ədalətə yalandan demişdir ki, 3-5 ay ərzində pensiya hazır olacaq. Sonrakı günlərdə o, Məryəm Tayıbovaya məxsus şəxsiyyət vəsiqəsini Ədalətə qaytarmış, lakin pensiya düəltmək üçün heç bir iş görməmış, pulu da mərc oyunları və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 FHN-nin Xaçmaz Rayon Xüsusi Xilasetmə Xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu Xudat şəhəri, mərkəzi bazarın yanında 3000 (üç min) manat, 2021-ci ilin fevral ayında isə Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” YDM-nin qarşısında 3000 (üç min) manat olmaqla ümumilikdə 6000 (altı min) manat pul vəsatini alaraq ələ keçirmişdir. Pulu ələ keçirən vaxt bütün şəxslərə yalan vədlər vermişdir, zaman keçdikcə isə müddət qazanmaq üçün “narahat olmayın”, “işiniz düzəlmək üzrədir”, “işiniz demək olar ki, düzəlib” kimi sözlər demişdir. O, aldığı həmin 6 min manatı da öz ehtiyaclarına xərcləmişdir, iş düəltmək üçün heç bir görməmişdir. Bundan başqa o, Xaçmaz rayonu Qoçaqlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 FHNnin Xaçmaz Rayon Xüsusi Xilasetmə Xidmətinə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla Zərərçəkmiş şəxs2 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu Xudat şəhəri, mərkəzi bazarın yanında 3000 (üç min) manat, 2021-ci ilin fevral ayında isə Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” YDM-nin qarşısında 3000 (üç min) manat olmaqla ümumilikdə 6000 (altı min) manat pul vəsatini alaraq ələ keçirmişdir. Famildən aldığı pulu da mərc oyunlarına, yeyib-içməklərə xərcləmişdir. Pul ona tam əziyyətsiz gəldiyindən əldə etdiyi kimi də qısa müddətə xərcləyib qurtarmışdır. Bundan başqa o, Xaçmaz rayonu, Qoçaqlı kənd sakini Zərərçəkmiş şəxs9 də pensiya düzəltmək adı ilə aldadaraq hissə-hissə olmaqla 10 min ABŞ dolları alıb ələ keçirmişdir. Belə ki, 2021-ci ilin yanvar ayında Rafik onunla danışan zaman özünə pensiya düzəltdirmək istədiyini demişdir. O, da Rafikə demiş ki, bunun üçün 10 min ABŞ dolları lazımdır. Rafik də onunla razılaşmışdır, 2021-ci ilin yanvar ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Dubay” marketin yanında Rafikdən şəxsiyyət vəsiqəsinin surətini və 4 min ABŞ dolları almışdır. 2021-ci ilin mart ayında isə Rafiqə yalandan demişdir ki, guya işlər düəlmək üzrədir, pulun qalan hissəsindən də vermək lazımdır. Rafik də 2021-ci ilin mart ayında Xudat şəhərində avtovağzalın yanında onunla görüşmüş və Rafiqdən 4 min ABŞ dolları almışdır. Bundan sonra isə 2021-ci ilin aprel ayında Rafikə demiş ki, “artıq iş bitmək üzrədir, qalan 2 min ABŞ dollarını da ver.” Rafik də həmin ay Xaçmaz rayonu, Xudat şəhərində dəmiryolu vağzalının yanında onunla görüşüb 2 min ABŞ dollarını ona vermişdir. Beləliklə Rafikdən ümumilikdə pensiya düzəltmək üçün 10 min ABŞ dolları (17 min manat) almışdır. Lakin o, Rafiki də aldadıb pulunu xərcləmişdir. Bundan başqa o, Xaçmaz rayonu Qoçaqlı kənd sakini Zərərçəkmiş şəxs4 xəstəliklə əlaqədar təqaüdə çıxaracağına dair yalan vəd verib aldatmaqla xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən avtovağzalda Zərərçəkmiş şəxs4 5000 (beş min) manat pul vəsaitini alaraq ələ keçirmişdir. Ayrı-ayrı şxəslərdən pul alıb yalan vədlər versə də, adamların sayı artdıqca iş və ya pensiya düəzltmək üçün digər şəxslər ona daha çox inanmağa başlamışlar və onlardan bir neçəsi özləri gəlib ona müraciət etmişlər. O, Zərərçəkmiş şəxs4 da təqaüdə çıxaracağına dair yalan vəd verməklə aldığı beş min manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir, təqaüd ilə bağlı heç bir iş görməmiş, ələ keçirdiyi pulu da qaytarmamışdır. Bundan başqa o, Xaçmaz rayonu Yeni-Sudur kəndində yaşayan Zərərçəkmiş şəxs1 aldatmış ki, guya oğlunu FHN-nə işə düzəldəcəkdir. O, yalan vəd verib 2021-ci ilin aprel ayında yaşadığı ünvan 1 ünvanında yerləşən evinin qarşısında Zümrüddən 8000 (səkkiz min) manat pul vəsaitini alaraq ələ keçirmişdir və həmin pulu da mərc oyunlarında uduzmuş, bir hissəsini də şəxsi ehtiyaclarına xərcləmişdir, Zərərçəkmiş şəxs1 oğlunu işə düzəltmək vədi də tamamailə yalan olmuş, bunun üçün də heç bir iş görməmişdir. O, ələ keçirdiyi bütün pulları yeyib-içməklərə, şəxsi ehtiyaclarına və mərc oyunlarına xərcləmişdir. Düşünmüşdür ki, oyunların birini udar, xeyli pul qazanar və hamının pulunu qaytarıb vəziyyətdən çıxar. Lakin bu mümkün olmamış, aldatdığı adamlar da artıq ondan şikayətlər etməyə başlamışdır. O, da işlədiyi işdən çıxmışdır, Bakı şəhərinə işləmək üçün getmiş, lakin gəlirli iş tapa bilmədiyi üçün sonra da Rusiya Federasiyasına getmişdir ki, orada işləsin. Lakin işləri yaxşı getmədiyindən Azərbaycana qayıtmış və xx.xx.2021-ci il tarixdə səhər saat 06 radələrində təyyarə ilə Bakı şəhəri H.Əliyev adına aeroporta enmiş, sənədləri yoxlanan zaman onu saxlamışlar və sonra da Xaçmaz Rayon Polis Şöbəsinə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, törədiyi dələduzluq cinayətlərində ona kömək edən olmamış, o bunları təkbaşına etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu Yeni-Sudur kəndində ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs kəndinn elektrik sayğaclarına nəzarət edən işçi kimi tanımışdır, Ruzi ilə heç bir yaxın dostluq münasibəti olmamışdır. 2019-cu ilin mart ayında Ruzi elektrik sayğaclarını yoxlayan zaman əri Nizami Ruzini çay içmək üçün evə dəvət etmişdir. Evdə oturub çay içən zaman Ruzi onun qadın xəstəliyi ilə əlaqədar əməliyyat olunduğunu öyrənmişdir. Belə ki, həmin vaxt onun ağrıları olmuş, çətinliklə hərəkət edirmiş. Ruzi xəstəliyini öyrəndikdən sonra Ruzi onlara demiş ki, “mən sənin əlilliklə əlaqədar pensiya almağına kömək edə bilərəm, mənim yaxşı əlaqələrim var, hər yerdə tanışım var.” Onlar da Ruziyə inanmışlar və nə qədər pul lazım olmasını soruşanda Ruzi onlara demişdir ki, “3500 manat pul lazımdır, bundan başqa xəstəlik kağızlarını və şəxsiyyət vəsiqəsinin surətini də verməlisiniz.” O, da razılaşmış və Ruzini yola salmışlar. Sonrakı günlər ərzində özlərinə məxsus olan 7 baş dananı sataraq və 2000 (iki min) manat pul düzəltmişlər. 1500 manatı isə Xaçmaz şəhərində yerləşən “Respublika” bankından kredit götürmüşlər, həmçinin xəstəlik kağızlarını da xəstəxanadan almış və şəxsiyyət vəsiqəsinin surətini çxıartdırmışıdr. Sonra da sənədlər və pullar hazır olduğundan əri Şahid3 Ruzinin xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək hər şeyin hazır olmasını demişdir. 17 mart 2019-cu il tarixdə Ruzi yaşadıqları evə gəlmişdir. Evdə əri Nizami onun yanında sayaraq 3500 manat pulu və sənədləri Ruziyə vermişdir. Ruzi də pulu götürüb çıxıb getmişdir. Ruzi bir müddət işi uzatmışdır, “gözləyin”, “işiniz tezliklə hazır olacaq”. 2020-ci ilin iyul ayının əvvəlllərində Ruzi ona demişdir ki, “pensiya kartını götürmək üçün mənə etibarnamə verməlisən.” O, da razılaşmış və Xaçmaz Notariat Kontorunda Ruziyə etibarnamə vermişdir. 17 iyul 2020-ci il tarixdə isə Ruzi əri Nizaminin mobil telefonuna zəng edərək demişdir ki, “kartı gətirirəm, mənə qonaqlıq hazırlayın.” Həmin gün onlar evdə süfrə açmışlar, Ruzi onların evinə gələrək oturub yemək yemiş, həmçinin Kapital Bank ASC-yə aid olan bank kartını da ona verərək demişdir ki, “aylıq 230 manat pensiya alacaqsan.” Həmçinin Ruzi işin düzəlməsi üçün əlavə xərclər çəkdiyini demiş və onlardan əlavə olaraq 500 manat da pul istəmişdir. Onlar da həmin vaxt meyvə (gilas) satdığımız üçün evdə pul olduğundan əri 500 manatı götürüb Ruziyə vermişdir. Həmçinin söhbət əsnasında Ruzi oğlu Ağakərimin işsiz olmasını görüb onlara demişdir ki, “mənim general dostum var, istəsəniz oğlunuzu FHN-ə işə düzəldə bilərəm.” O, Ruziyə iş üçün nə qədər pul lazım olmasını soruşanda Ruzi demişdir ki, “başqasına bahadır, lakin sizin üçün 10 min manata işi həll edərəm.” Onlar da Ruziyə demişlər ki, “fikirləşib sənə cavab deyərik.” 2021-ci ilin aprel ayında Ruzi sayğacları yoxlayan zaman onlara gələrək nə düşündüklərini, nə qərara gəldiklərini soruşmuşdur. Onlar da Ruziyə demişlər ki, “razıyıq, lakin 8 min manat düzəldə bilərik.” Ruzi də demiş ki, “onda oğlunun atestatının, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və sürücülük vəsiqəsinin surətini çıxarıb mənə verin.” 2-3 gün ərzində onlar həmin sənədlərin surətini çıxarıb Ruziyə vermişlər. Təxminən 2 həftə sonra Ruzi onların evinə gələrək demişdir ki, “tez pulu hazırlayın, aprel ayının 29-da qəbul olacaq, 1 ay sonra da oğlunuz işə çıxacaq.” Onlar da razılaşmış və oğluna məxsus olan “Vaz 2107” markalı, **-ZX-*** d.q.nişanlı avtomobili, həmçinin bir baş inəyi və bir baş dananı satıb 8 min manat pul düzəltmişlər. 2021-ci ilin aprel ayının sonlarında əri Nizami ilə birlikdə 8 min manat pulu götürüb Ruzinin yaşadığı Xaçmaz rayonu Xudat şəhərində yerləşən evinə getmişlər. Ruzigilin evlərinin qarşısında 8 min manatı Ruziyə vermişlər. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Ruzi onlara demiş ki, “evdə qonağım var, amma gəlin sizə bir çay verim.” Onlar isə içəri girməmiş və pulu Ruziyə verib çıxıb getmişlər. 2021-ci ilin may ayında Ruzinin ona verdiyi karta pul köçməmişdir. Buna görə əri X13 bu barədə soruşanda bankdan demişlər ki, “bu pensiya kartı deyil, adi kartdır.” Bundan sona onlar başa düşmüşlər ki, Ruzi onları aldadmışıdır. O, əri ilə birlikdə Ruzinin evinə getmiş, 1-2 dəfə Ruzini tapa bilməsələr də, sonradan Ruzini evdə tapmışlar. Ruzi anasının və arvadının yanında onlara demiş ki, “2-3 gün vaxt verin pulunuzu tam qaytaracağam.” Aradan bir neçə gün keçsə də Ruzi pulunu qaytarmamışdır. Onların evinə təkrar gedən zaman Ruzinin atası onlara demişdir ki, “Ruzi evdə yoxdur, gedin şikayət edin.” Buna görə o, da ərizə yazaraq şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs yalnız işıq sayğaclarına nəzarət edən şəxs kimi tanımışdır. Ruzi ilə başqa heç bir əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs pulu verən zaman orada yalnız o, və əri Nizami olmuş, başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona verdiyi plastik kart vasitəsilə 10-12 ay pul almış, aylıq 230 manat pul almış, ümumilikdə 2875 manat pul almışdır. Təhqiqat bölməsində izahat verən zaman kartdan nə qədər pul çıxardığını dəqiq bilməmiş, lakin sonradan bank vasitəsilə öyrənmişdir ki, kart üzrə ümumilikdə 2875 manat pul çıxarmışdır. Təqsirləndirilən şəxs ona verdiyi plastik kartı istintaqa təqdim edir. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu, Yeni sudur kəndində doğulub, yaşamış, orta təhsilini Xaçmaz rayonu Pirqulu-oba kəndində azərbaycan bölməsində almışdır. Barasində şikayət etdiyi Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından işıq idarəsinin nəzarətçisi kimi tanımış. Aralarında ədavət və düşmənçilik olmamışdır. O, işıq pulu ödəməyə imkanı olmadığı üçün, ödənişlərində çətinlik yaranmışdır. 2019-cu ilin mart ayında söhbət əsnasında Ruzi ona bildirmişdir ki, “görürəm pulun yoxdur, çətinlik çəkirsən ödəniş etməyə, istəyirsən səni xəstəliklə əqədar təqaüdə çıxarım”. O, Ruziyə bildirdiş ki, “təqaüd alsam yaxşı olardı, özüm də əməliyyat olunan adamam, işləyə bilmirəm.” Ruzi ona bildirmişdir ki, “əməliyyat olma barədə sənədləri ver mənə baxım, sənə köməklik edərəm.” Ruzi ona bunun müqabilində 6000 manat pul lazım olduğunu bildirmişdir. O, Ruziyə bildirmiş ki, “mənim pulum yoxdur.” Ruzi isə ona bildirmişdir ki, “pulun yoxdursa, kredit götür, qohumlardan al, sonra qaytararsan.” O, da Ruzinin bu təklifi ilə razışlaşmışdır. Bu məqsədlə o, həyətyanı bağ sasəsindən yığılmış 800 kiloqram fındıq məhsulunu sataraq pul əldə etmişdir, həmçinin xx.xx.2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən “Kapital” bankdan qardaşı X2 adına 1800 manat məbləğində kredit götürmüş və ümumilikdə 6 min manat pul düzəltmişdir. Təxminən bir həftə sonra, yəni 2019-cu ilin may ayında əvvəlcədən razışlaşdığı kimi Xaçmaz rayonu, Ləcət kəndindəki yaşadığı evdə onu təqüdə çıxarması məqsədilə Ruziyə sayaraq 6000 (altı min) manat nağd pul vermişdir. Ruzi onui əmin edərək bildirmişdir ki, “3 ay ərzində kartın hazır olacaq və təqüd alacaqsan, arxayın ol, təqaüd alanda kreditini ödəyərsən.” O, da Ruziyə inanmış və düşünmüş ki, 3 aya təqaüd alacağdır. Bundan sonra xeyli vaxt keçsə də Ruzi onu təqaüdə çıxarmamış, müxtəlif bəhanələr gətirərək, onu inandırmış ki, yaxın vaxtlarda düzələcək. O, çox müddət keçdiyini görüb Ruzidən pulunu tələb etdikdə 2020-ci ilin dekabr aynın əvvəlində Ruzi ona bildirmişdir ki, “bir ay sonra, mənim şəxsiyyət vəsiqəni götür get notariusa mənim adıma etibarnamə al, gətir ver mənə, bundan sonra bir ay ərzində sənin təqaüd kartını gətirəcəm, pul alacaqsan, artıq işlərin də hazırdır.” Bu sözlərdən sonra o, yenə də Ruziyə inanmış və düşünmüş ki, ona həqiqətən də təqaüd düzəldir. Hətta həmin vaxtlarda qohumu Raziya ilə söhbət edən zaman ünvanlı sosial yardım düzəltdirmək istədiyini deyəndə Ruzi ilə danışıb Raziyaya köməklik etməsini də xahiş etmişdir. Bunun üçün də Ruziyə inanaraq 2021-ci ilin fevral ayında Xaçmaz şəhərində yerləşən notarial kontora gedərək Ruzinin ona bildirdiyi kimi, öz adından bankda kart hesabı açdırmaq üçün Ruziyə etibarnamə yazdırmışdır. Həmin etibarnaməni gətirib Ruziyə vermişdir. Ruzi ona bildirmişdir ki, “bir aya kartın gələcək, narahat olma.” Lakin bir ay keçsədə kartını gətirməmiş, o, da Ruziyə zəng edərək bu barədə soruşduqda ona cavab vermiş ki, “yaxın vaxtlarda düzələcək,” yalan vədlər verərək vaxtı uzatmışdır. Daha sonra o, başa düşmüşdür ki, Ruzi onu aldadaraq 6000 manat pulunu alaraq ona qarşı dələduzluq etmişdir. Həmçinin 2020-ci ilin dekabr ayında həmkədlisi olan Raziya Babayeva sosial yardım düzəltmək adı ilə Ruziyə 500 manat pul vermişdir. Digər həmkəndlisi Ədalət Taibov isə arvadını xəstəliklə bağlı təqaüdə çıxarmaq adı ilə 2021-ci ilin yanvar ayında onun yanında Xudat şəhəri yerləşən “Dubay marketin qarşısında avtomobildə Ruziyə 3000 manat pul vermişdir. Ruzi onları da aldaraq pulunu ələ keçirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 6000 (altı min) manat pulu yaşadığı evdə vermiş, həmin vaxt yanlarında başqa şəxslər olmamışdır. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Ruzi Xudat şəhərində işıq idarəsində işləmiş, Ruzini düzgün, səmimi və işgüzar bir adam kimi tanımışdır, yaşadığı kəndin ərazisində işıq pulunun yığılmasına nəzarət etmişdir. O, xəstəliyilə əlaqədar 4 dəfə əməliyyat olunduğundan özünə pensiya düzəltmək istəmişdir. 2020-ci ilin iyun ayında Ruzi ilə söhbət edən zaman ona təsadüfən özünə pensiya düzəltmək istədiyini demişdir. Ruzi bunu eşidən kimi ona “ay xala bəs sən bilmirsən ki, mən hamıya pensiya düzəldirəm?, mənim nazirlikdə adamım var, sənə köməklik edə bilərəm” sözlərini demişdir. O, da Ruzi ilə danışan zaman inanmış, o, Ruzi ilə razılaşmış ki, xəstəlik sənədlərini və 2500 (iki min beş yüz) manatı Ruziyə versə ona pensiya düzəldəcək. Bu səbəbdən 2020-ci ilin iyun ayında, günorta saatlarında yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndində yerləşən evində Ruziyə 2500 manat pul vermişdir. Ruzi də onun sənədlərinin surətini götürüb getmişdir. 3 ay sonra Ruzi ona demişdir ki, “xala 500 manat da ver, sənin pensiyan artıq düzəlib, gələcəkdə 3 ildən bir yoxlamaya da getməyəcəksən, ömürlük pensiya alacaqsan.” O, da inanıb 2020-ci ilin sentyabr ayında günorta saatlarında yaşadığı evdə Ruziyə yenidən 500 manat vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçsə də Ruzi ona nə pensiya düzəltməmiş, nə də dəfələrlə istəsə də pulunu qaytarmamışdır. Buna görə şikayət etmək üçün şöbəyə gəlmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 3000 (üç min) manat pulu ayrı-ayrı vaxtlarda yaşadığı evdə vermiş, həmin vaxt yanlarında başqa şəxs olmamışdır. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu Qoçaqlı kəndində valideynlərilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Barəsində şikayət etdiyi Ruzi adlı şəxsi 2020-ci ilin dekabr ayında qonşu kənd olan Xaçmaz rayonu Sudur kəndində yaşayan Əli adlı şəxsin vasitəsilə tanımışdır. Belə ki, Əli, atasılə söhbət əsnasında atasını anasını təqaüdə çıxarmaq istədiyini deyəndə Əli atasına bildirmişdir ki, Xudat şəhərində Ruzi adlı şəxs var və həmin şəxs, anası X1 pul müqabilində təqaüdə çıxara bilər. Atası, bu barədə evdə danışmış, bundan bir neçə gün sonra, atasıla birlikdə Xaçmaz rayonu Pirquluoba kəndində olan mağazanın yanına getmişlər ki, Əli adlı şəxsi görüb onunla bu barədə bir daha söhbət etsinlər. Çünki Əli daim həmin mağazanın yanında çayxanada və ya ətrafda olur. Onlar, Əli ilə mağazanın yanında görüşmüşlər. Onlar Əli ilə anasını təqaüdə çıxarma barəsində söhbət edərkən Əli atasına bildirmişdir ki, “Ruzi adlı şəxs var Xudat şəhərində işıq idarəsində işləyir, gedib onunla söhbət etməliyik.” Daha sonra o, atası və Əli, birlikdə atasının avtomobili ilə Xudat şəhərinə getmişlər və Xudat şəhər bazarının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Ruzi onların avtomaşına oturmuş və Əli Ruziyə demiş ki, onun anasının təqaüdə çıxmasında köməklik etmək lazımdır. Ruzi də anası X1 xəstəliklə əlaqədar təqaüdə çıxarmaqda köməklik edə bilcəyini bildirərək atasına və ona bu məsələnin 4000 manat xərci olduğunu və bu işin 2-3 aya düzələcəyini demişdir. Onlarda da Ruzi ilə razılaşmışlar. Daha sonra Ruzi avtomaşından düşərək getmiş, onlar da Əlini Xaçmaz rayonu Pirquluoba kəndində düşürərək evə getmişlər. 3 gündən sonra, 2020-ci ilin dekabr ayında o, atasıla birlikdə Ruzi ilə Xudat şəhərinin girəcəyində “Lukoil” YDM-nin yaxınlığında görüşmüş və avtomaşında o, 4000 manatı Ruziyə vermişdir. Həmin vaxt söhbət əsnasında o, Ruziyə iş barəsində danışıb demiş ki, “işsizəm, məni işə düzəltməyə də kömək edərsənmi.” Ruzi də ona harada işləmək istədiyi barədə soruşanda o, Ruziyə dedim ki, Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayonu Xüsusi Xilasetmə Xidmətində işləmək istədiyini bildirmiş, Ruzi də, bu yaxınlarda bir nəfəri həmin yerə işə düzəltdiyini və 6000 manat pul müqabilində onu də oraya işə düzəldə biləcəyini demişdir. O, yenə də Ruziyə inanmış və razılaşmışdır. Ruzi anasının təqaüdə çıxarması üçün ona verdiyi 4000 manat pulu götürüb avtomaşından düşmüş və onlarda evə qayıtmşlar. 2021-ci ilin yanvar ayında Ruzi atasına zəng edib bildirmişdir ki, anasını təqaüdə çıxarması üçün 800 manat da əlavə pul lazım olacaq. O, da elə həmin ayda, yəni 2021-ci ilin yanvar ayında atasıla birlikdə Xudat şəhərinin girəcəyində “Lukoil” YDM-nin yaxınlığında Ruzi ilə görüşərək avtomaşında 800 manat pulu Ruziyə vermişdir. Bundan 1-2 gün sonra o, əmisioğlu Famil ilə birlikdə söhbət edərkən iş barəsində danışanda Familə bildirmişdir ki, “Ruzi adlı şəxs 6000 manat müqabilində məni FHN-nin Xaçmaz Rayon Xüsusi Xilasetmə Xidmətinə işə düzəldəcək.” Famil özünün də orada işləmək istədiyini ona bildirmiş və o, atası, Famil və Familin atası Camal ilə birlikdə 2021-ci ilin yanvar ayında Xudat şəhəri, M.F.Axundov küçəsində mərkəzi bazarın yaxınlığında Ruzi ilə görüşmüşlər. O, 6000 manat pulu Ruziyə vermiş və demiş ki, “3000 manat mənim pulum, 3000 manat da əmim oğlu Familin puludur, qalan 6000 pulu da iş düzələndən sonra ona verəcəyik.” Ruzi də onlarla razılaşmış və avtomaşından düşmüş, onlarda da evlərinə qayıtmışlar. Təxminən bir həftə sonra Ruzi ona zəng vuraraq “sənin işin düzəlir, Familin işi isə yarımçıqdır, qalan 6000 manatı gətirin ki, hər iki iş tam olsun” sözlərini demişdir. Bundan təxminən 15 gün sonra, yəni 2021-ci ilin fevral ayında o, əmisi oğlu Famil ilə birlikdə Xudat şəhərinə getmişlər və şəhərin girəcəyində “Lukoil” YDMnin yaxınlığında Ruzi ilə görüşərək 6000 manat pulu Ruziyə vermişdir. Ruzi də onları arxayın olmağını bildirərək işin düzələciyini demişdir, onlar da evinə qayıtmışlar. Bundan bir müddət sonra o, hər dəfə Ruzi ilə telefon danışığı apardıqda Ruzi ona anasının və onun, həmçinin Familin işinin tezliklə düzələcəyini vəd verərək arxayın olmağını demişdir və işin düzəlməsi müddətini uzatmışdır. Sonuncu dəfə o, 2021-ci ilin may ayında Xaçmaz rayonu Qusarçay kəndində yerləşən kafedə Famil ilə birlikdə Ruzi ilə görüşmüşlər və Ruzi onları yenə arxayın edərək vaksin vurdurmalı olmaqlarını onlara bildirmişdir. Onalar ertəsi gün Famil ilə birlikdə Xaçmaz şəhərinə gələrək xəstəxanada vaksin vurdurmuşlar və o Ruziyə zəng vuraraq vaksini vurdurmaqlarını bildirmiş, Ruzi kiminləsə danışıb ona özü zəng vuracağını demşi və telefonu söndürmüşdür. Təxminən 2 dəqiqədən sonra Ruzi ona zəng vuraraq bildirmişdir ki, 2 iyun 2021-ci il tarixində iş üçün Bakı şəhərinə getməliyik. O. da, artıq Ruzinin bu işi uzatmaqla vaxt qazanmasını hiss edərək Ruziyə bildirmiş ki, pulunu qaytarsın, daha heç bir iş lazım deyil. O, Ruziyə bildirmiş ki, “anamın təqaüdə çıxmasına görə, mənim və Familin işə girməsi üçün sənə verdiyimiz ümumilikdə 16800 manat pulu geri qaytar.” Ruzi onunla razilaşmış və sabah Bakıa gedib pulu götürüb ona verəcəyini bildirmişdir. Səhəri gün yenidən Ruzi ilə əlaqə saxlamışdır. Ruzi, Bakidaki həmin adamın kredit alacağını və pulu ona verəcəyini, o da sabah pulu ona verəcəyini bildirmişdir. O, çarəsiz qalıb Ruzi ilə razılaşmış, lakin həmin telefon danışığından sonra səhəri gün o, Ruziyə zəng vurduqda onun mobil nömrəsinə zəng çatmamışdır. O, bundan sonra da Ruziyə dəfələrlə zəng etməyinə baxmayaraq Ruzinin nömrəsinə zəng çatmamışdır. Buna görə də onlar şikayət etmək qərarına gəlmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir əlaqəsi olmamış, Ruzini Sudur kənd sakini Əlinin vasitəsilə tanımışdır. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadə verərək göstərmişdir ki, Təhsilini Xaçmaz rayonu Ləcət kənd orta məktəbində Azərbaycan dilində almışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışıdır. 2020-ci ildə Ruzi haqqında bacısı Raziya Babayevadan və qohumu Zərərçəkmiş şəxs5 eşitmişdir, onlar ona demişlər ki, “Ruzi pensiya düəzldə bilir.” Belə ki, pensiya düəltməsi üçün Zənfira Ruziyə 6000 (altı min) manat pul vermişdir, bacısı Raziya isə ünvanlı sosial yardım düzətməsi üçün Ruziyə 500 manat pul vermişdir. Onun arvadı X4 əməliyyat olduğundan pensiya düzəltmək üçün bacısına və Zənfiraya bu barədə demişdir. 2020-ci ilin dekabr ayının sonlarında Zənfira Ruzi ilə telefonla danışmış və onun arvadına pensiya düzəltmək barədə danışmışdır. Ruzi də Zənfiraya demiş ki, “bayram günləridir, iş günü deyil, yeni il bayramından sonra 2021-ci ilin yanvar ayının əvvəllərində 3000 (üç min) manat götürüb gələrsiniz, həll edərik”. O, da Zənfira ilə razılaşmış və Ruziyə pensiya üçün 3 min manat verməyə hazır olduğunu demişdir. xx.xx.2021-ci il tarixdə Zənfira Ruzi ilə danışmış və Ruzi demişdir ki, “pulu və pensiya alan adamın şəxsiyyət vəsiqəsi ilə xəstəlik kağızlarını götürüb Xudat şəhərinə “Dubay” marketin yanına gəlin.” O, da gedib evdən 3 min manatı götürmüş və bacısı Raziya, qohumu Zənfira ilə həmin yerə getmişlər. Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən “Dubay” marketin qarşısında Ruzi ilə görüşmüşlər, o, Ruzini ilk dəfə orada görmüşdür. Onalar söhbət etmiş, Ruziyə arvadına məxsus olan xəstəlik kağızlarını və şəxsiyyət vəsiqəsini, həmçinin 3 min manat pul vermişdir. Ruzi söz vermiş ki, 3-5 ay ərzində pensiya hazır olacaq. O, da Ruzinin mobil telefon nömrəsini götürmüş və Ruzi ilə sağollaşıb çıxıb getmişlər. Təxminən 3 ay ərzində Ruziyə bir neçə dəfə zəng etmış, ona hər dəfəsində söz vermiş ki, “narahat olma iş düzələcək.” Sonra da arvadının şəxsiyyət vəsiqəsi lazım olduğundan vəsiqəni Ruzidən almışdır. Bir müddət sonra isə Ruzinin mobil telefonuna zəng çatmamışdır. O, maraqlanmış və bilmiş ki, Ruzi xeyli adamı aldadıb, heç kimə iş və ya pensiya düzəltməmiş, hamının pulunu ələ keçirmişdir. Ruzi barəsində xeyli şikayət olmuş, lakin o, qaçıb gizlənmişdir, buna görə şikayət etməyin mənasız olmasını düşünmüşdür. Bir neçə gün əvvəl isə Ruzinin tutulmasını eşitmiş, buna görə şikayət etmək üçün bacısıgillə birlikdə polis şöbəsin gəlmişdir. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu Qoçaqlı kəndində ailəsilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin yanvar ayında əmisi oğlu Cəfər ilə birlikdə söhbət edərkən iş barəsində danışanda Cəfər ona bildirmişdir ki, Ruzi adlı şəxs 6000 manat müqabilində onu FHN-nin Xaçmaz Rayonu Xüsusi Xilasetmə Xidmətinə işə düzəldəcək, əgər istəyirsə Ruzi onu da işə düzəlməyinə köməklik edə bilər. O, da bu barədə atası Kamala danışmış və atası razılıq vermişdir. Həmin ayda o, atası Kamal, Cəfər və Cəfərin atası Ağabala ilə birlikdə avtomaşınla Xudat şəhərinə gedərək orada yerləşən bazarının yaxınlığında Ruzi ilə görüşmüşlər. O, 3000 manat pulu Cəfərə vermiş, Cəfər də özünün 3000 manat pulu ilə ümumilkdə 6000 manat pulu Ruziyə vermiş və demişdir ki, “3000 manat mənim pulum, 3000 manat da Familin puludur, qalan 6000 pulu da iş düzələndən sonra sənə verəcəyik.” Ruzi də Cəfər ilə razılaşmış və pulu götürüb avtomaşından düşmüş, onlar da evinə qayıtmışlar. Təxminən bir həftə sonra Cəfər ona zəng edərək, Ruzinin ona zəng edib işin yarımçıq olduğunu, tezlikə düzələcəyini və qalan 6000 manatı da gətirməli olduqlarını ona bildirmişdir. Bundan təxminən 15 gün sonra, yəni 2021-ci ilin fevral ayında o, əmisiğlu Cəfər ilə birlikdə Xudat şəhərinə getmişlər və şəhərin girəcəyində “Lukoil” YDM-nin yaxınlığında Ruzi ilə görüşmüşlər. X20 6000 manat pulu vermişdir. Ruzi də onları arxayın olmağını bildirərək işin düzələciyini demiş və pulu götürüb getmişdir. Bundan sonra onlar da öz evinə qayıtmışlar. Sonuncu dəfə o, 2021-ci ilin may ayında Xaçmaz rayonu Qusarçay kəndində yerləşən kafedə əmisi oğlu Cəfər ilə birlikdə Ruzi ilə görüşmüşlər və Ruzi onları yenə arxayın edərək vaksin vurdurmalı olduqlarını bildirmişdir. Onalar səhər əmisi oğlu ilə birlikdə Xaçmaz şəhərinə gələrək xəstəxanada vaksin vurdurmuşlar və Cəfər Ruziyə zəng vuraraq vaksini vurdurduqlarını bildirmişdir. Daha sonra Ruzi demiş ki, 2 iyun 2021- ci il tarixində iş üçün Bakı şəhərinə getməlimişlər. Onlar da, artıq Ruzinin bu işi uzatmaqla vaxt qazanmasını hiss etmiş və Cəfər Ruziyə bildirmişdir ki, “pulumuzu qaytarsın, daha heç bir iş lazım deyil.” Bundan sonra, Cəfər hər dəfəsində Ruzi ilə əlaqə saxlayıb pulu istədikdə Ruzi müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Hal-hazırda isə onlar Ruziəlaqə yarada bilmirlər. Ruzinin mobil nömrəsinə zəng çatmamışıdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, o Ruzini qohumu Cəfərin vasitəsilə tanımış, əvvəl heç bir əlaqəsi də olmamışdır. Onlar Cəfər ilə birlikdə birinci 6 min manatı Xudat şəhərində bazarın yanında Təqsirləndirilən şəxs verən zaman yanlarında onun atası Kamal və Cəfərin atası Ağabala olmuş, başqa heç kim olmamışıdır. “Lukoil” YDM-nin yanında isə 6000 manat pulu Ruziyə verəndə yanlarında başqa heç kim olmamış, yalnız Cəfərlə o, olmuşdur. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir, Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Ruzini 2021-ci ilin yanvar ayında tanımışdı, bir neçə nəfərdən eşitmişdi ki, Ruzi pensiya düzəltməkdə sakinlərə kömək edir. O, da Ruzi ilə görüşüb bu barədə danışmış, pensiya almaq istədiyini demişdir. Ruzi da ona demiş ki, “mən həll edərəm, səni xəstəliklə əlaqədar təqaüdə çıxararam, lakin bunun üçün 10 min ABŞ dolları lazımdır.” O, da Ruzi ilə razılaşmış, 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu, Xudat şəhərində, “Dubay” marketin yanında Ruziyə 4 min ABŞ dolları və şəxsiyyət vəsiqənin surətini vermişdir. 2021-ci ilin mart ayında Ruzi ona zəng edərək “sənin işin artıq düzəlməyə doğru gedir, pulun qalanın da gətir” sözlərini demişdir. O, da razılaşıb yenidən 4 min ABŞ dolları götürüb 2021-ci ilin mart ayında Xudat şəhərində, avtovağzalın yanında Ruzi ilə görüşüb ona vermişdir. Ruzi ona demiş ki, “narahat olma yaxın zamanda işin həll olacaq. 2021-ci ilin aprel ayında isə Ruzi ona yenuidən zəng edərək artıq işin bitmə mərhələsində olduğunu deyib qalan 2 min ABŞ dollarını istəmişdir. O, da etiraz etməyib elə həmin ay, Xudat şəhərində dəmiryolu vağzalının yanında görüşüb Ruziyə 2 min ABŞ dolları da vermişdir. Ruzi ona demiş ki, “daha narahat olma qısa müddətə sənə pensiya kartı verəcəyəm.” Lakin həmin vaxtdan xeyli müddət keçsə də Ruzi ona nə pensiya düzəltməmiş, nə də pulunu qaytarmışdır. O, də artıq Ruzinin onu aldatdığını başa düşüb şikayət etmək üçün rayon polis şöbəsinə gəlmişdir. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu Qoçaqlı kəndində ailəsilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs kəndlərinin elektrik sayğaclarına nəzarət edən işçi kimi tanımışdır, heç bir yaxın dostluq münasibəti olmamışdır. O, kəndlərində eşitmişdir ki, Ruzi bir neçə nəfər şəxsə əlilliklə əlaqədar təqaüdə çıxmasına kömək edib, bu işləri asanlıqla görür. Onun da uşaqlıqdan astma xəstəliyi var və xəstəliyinə görə hərbi xidmətə də getməmiş, xidmətə yararsızdır. O, düşünmüş ki, Ruzi başqa şəxslərin təqaüd almasına kömək edə bilibsə onun da təqaüd almağına kömək edə bilər. Buna görədə 2021-ci ilin fevral ayının əvvəllərində Ruzinin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Xudat şəhərində avtovağzalın yanında görüşmüş və Ruzi danışmış, ona xəstəliklə əlaqədar təqaüdə çıxmağına kömək etməsini xahiş etmişdir. Ruzi da ona demiş ki, “narahat olma mənim tanışım var, sənə köməklik edəcəyəm, get 5 min manat düzəlt gəl.” O, da Ruz ilə razılaşmış və sağollaşıb evə getmişdir. 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 17 radələrində dostu X10 ilə birlikdə Xudat şəhərinə gəlmiş, o yenidən Ruzi ilə telefonla danışıb avtovağzalın içərisində görüşmüşdür. O, orada pulu Ruziyə vermişdir, Ruzi ona demiş ki, “şəxsiyyət vəsiqənin surətini və hərbi biletini mənə ver.” O, da şəxsiyyət vəsiqənin surətini çıxarmış və hərbi biletin əslini Ruziyə vermişdir. Sonra da Ruzi ona demişdir ki, “sənin işin qısa müddətə hazır olacaq.” O, da Ruzi ilə sağollaşmış, dostula birlikdə kəndlərinə qayıtmışdır. Bundan 2 gün sonra Ruzi hərbi biletini dostu Arzumanın vasitəsilə ona göndərmişdir. Bundan sonra 2 ay keçsə də Ruzidən bir xəbər çıxmamış, o düşünmüş ki, Ruzi onu aldadıb. Buna görə Xudat şəhərində Ruzi ilə görüşüb pulunu geri qaytarmasını tələb etmişdir. Ruzi isə ona demiş ki, “işi düzəltmək üçün pulu Bakı şəhərində olan tanışına verib, əgər işin düzəlməsini istəmirsənsə bir neçə gün gözlə pulunu qaytarım.” O, da Ruziyə demişdir ki, “işin düzəlməsini istəmirəm, pulu qaytar.” Həmin vaxtdan bir neçə gün keçsə də Ruzi onun pulunu qaytarmamışdır, o bir neçə dəfə Ruziyə zəng etmiş, Ruzi isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmışdır. O, də arıq aldadıldığından əmin olduğu üçün Ruzi barəsində şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs işıq sayğaclarına nəzarət edən şəxs kimi tanımışdır. Ruzi ilə başqa heç bir əlaqəsi olmamışdır. O, pulu Təqsirləndirilən şəxs verən zaman buna şahidi dostu Arzuman Vahabov olmuşdur. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu Pirqulu-Oba kəndində aisilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Barəsində şikayət etdiyi Ruzi adlı şəxsi 2019-cu ildə tanımış, onların ərazisində işıq sayğaclarına nəzarət edirdi. Lakin Ruzinin işə düzəltməklə məşğul olması barədə heç bir məlumatı olmamışdır. 2019-cu ildə qonşu kənd olan Yeni-Sudur kənd sakini Əli adlı şəxsin vasitəsilə Ruzini tanımışdır. Belə ki, Əli, onunla söhbət əsnasında ona demiş ki, “Xudat şəhərində Ruzi adlı şəxs var, adamları işə düzəlməyə kömək edir, istəyirsənsə səni, ya da ailə üzvlərindən kimisə işə düzəldək.” O, da söhbət etdikdən sonra razılaşmış və evə gəldikdən sonra arvadı X9 ilə söhbət etmiş, qərara gəlmiş ki, arvadını işə düzəltsin. 5-10 gün sonra Əli Ruzi ilə birlikdə onların evinə gəlmiş, evin həyətində onu Ruzi ilə tanış etmişdir. O, həmin vaxtadək Ruzini üzdən tanısa da, işə düzəltmək haqqında Ruzi barəsində heç bir məlumatı olmamışdır. Ruzi ilə həyətlərində danışan zaman ona demiş ki, “sənin arvadını Xudat şəhərində yerləşən işıq idarəsinə işə düzəldə bilərəm.” O, da razılaşmış, lakin pul barədə heç bir söhbəti olmamışdır. Təxminən 1 ay sonra Ruzi ona xatırlamadığı mobil telefon nömrəsilə zəng edərək demiş ki, “sənin arvadını işə düzəltmək alınmır, lakin ona xəstəliklə əlaqədar pensiya düzəldə bilərəm, aylıq 250 manat pensiya alacaq.” O, da Ruzi ilə razılaşmış, Ruzi onlara gəlmiş və danışan zaman ona demiş ki, “bu iş üçün 3500 manat pul lazımdır.” 2019-cu ilin oktyabr ayında yaşadığı evin həyətində arvadı Elnarənin yanında Ruziyə 2000 manat pul vermişdir. Həmçinin Ruzi arvadının şəxsiyyət vəsiqəsini, onun müharibə veteranı vəsiqəsini və şəxsiyyət vəsiqəni götürüb getmişdir. Təxminən 1 həftə sonra Ruzi sənədləri qaytarmış və demiş ki, “iş qaydasındadır, düzələcək.” 2019-cu ilin dekabr ayında isə Ruzi ona zəng edərək demiş ki, “qalan 1500 manatı da ver, artıq işin yekunlaşır.” O, da 1500 manat pulu götürüb Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Panarama” adlı çay evinə getmiş, orada Ruzi ilə görüşüb 1500 manat pulu Ruziyə vermişdir. Ruzi 1-2 aya pensiyanın hazır olacağını demiş, lakin zaman keçdikcə Ruzinin heç bir iş görmədiyini görmüş, mütəmadi ona “düzələcək”, “səbr elə”, “narahat olma” kimi sözlər deyərək Ruzi vaxtı uzatmışdır. Hətta sonradan eşitmiş ki, Ruzi bir neçə nəfərdən də pul almışdır. Sonra o, Ruzinin işlətdiyi nömrəyə zəng edəndə telefona başqa adam cavab vermiş və demişdir ki, “bu nömrə işıq idarəsinin nömrəsidir, Ruzi işdən çıxıb.” Həmin vaxtdan sonra o, Ruzzini xeyli axtarsa da tapa bilməmişdir. Buna görə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdaərsinin qaynar xəttinə zəng edərək müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Əlinin Təqsirləndirilən şəxsla əlbir olması barədə dəqiq məlumatı yoxdur, lakin Əlinin öz qohumlarından da Ruzi pul alaraq aldatmışdır. Bildiyinə görə, Təqsirləndirilən şəxs çox adamı aldararaq pulun ələ keçirmiş, lakin konkret olaraq kimlər olmaısını bilmir. O, Xudat şəhərində Təqsirləndirilən şəxs 1500 manat pul verən zaman bunu kənar şəxslərdən görən olmamışdır. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, bir neçə ildir ki, Xaçmaz rayonu, Xudat şəhərində yerləşən "Topaz" idman mərc oyunlarında işləyir, həmin mərc oyununa müxtəlif şəxslər pul qoymaqla uduşlarda iştirak edir. Həmin obyektə mərc üçün pul yazdıran şəxslərdən biri də Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq oyunlara 200-300 manat məbləğində pullar yazdırmışdır. Ruzi oynadığı oyunlarında çoxunu uduzmuşdur. Onda olan məlumata görə Təqsirləndirilən şəxs Xudatda olan digər "Topaz"-a da xeyli pul yazdırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs mütəmadi olaraq mobil telefonla da mərc oyunları oynamışdır. Belə ki, Ruzi daha çox "1Xbet" mobil tətbiqi ilə xeyli məbləğlərdə mərc oyunları oynamışdır. O, özü dəfələrlə buna şahid olmuşdur, hətta tanışları da Ruzinin "1Xbet" tətbiqi vasitəsilə xeyli pul uduzduğunu demişdilər. Bir müddət sonra Təqsirləndirilən şəxs gözə dəyməmişdir. Sonradan xəbər tutmuş ki, xeyli adamı aldadıb pullarını ələ keçirmişdir. O, başa düşmüş ki, Ruzi camaatdan aldadıb aldığı pulları mərc oyunları oynamaqla uduzmuş, həmin adamlar Ruzini axtardığı üçün Ruzi də qaçıb haradasa gizlənirmiş. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs nə qədər pul uduzduğunu bilmir, müştərilərin nə qədər pul udmasını və ya uduzmasının qeydiyyatını aparmırlar. Lakin Təqsirləndirilən şəxs dəfələrlə xeyli məbləğdə pul uduzduğu barədə məlumatı olmuşdur. Məhkəmədə iclasında Şahid3 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu Pirqulu-Oba kəndində aisilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Barəsində şikayət etdiyi Ruzi adlı şəxsi 2019-cu ildə tanımış, onların ərazisində işıq sayğaclarına nəzarət edirdi. Lakin Ruzinin işə düzəltməklə məşğul olması barədə heç bir məlumatı olmamışdır. 2019-cu ildə qonşu kənd olan Yeni-Sudur kənd sakini Əli adlı şəxsin vasitəsilə Ruzini tanımışdır. Belə ki, Əli, onunla söhbət əsnasında ona demiş ki, “Xudat şəhərində Ruzi adlı şəxs var, adamları işə düzəlməyə kömək edir, istəyirsənsə səni, ya da ailə üzvlərindən kimisə işə düzəldək.” O, da söhbət etdikdən sonra razılaşmış və evə gəldikdən sonra arvadı X9 ilə söhbət etmiş, qərara gəlmiş ki, arvadını işə düzəltsin. 5-10 gün sonra Əli Ruzi ilə birlikdə onların evinə gəlmiş, evin həyətində onu Ruzi ilə tanış etmişdir. O, həmin vaxtadək Ruzini üzdən tanısa da, işə düzəltmək haqqında Ruzi barəsində heç bir məlumatı olmamışdır. Ruzi ilə həyətlərində danışan zaman ona demiş ki, “sənin arvadını Xudat şəhərində yerləşən işıq idarəsinə işə düzəldə bilərəm.” O, da razılaşmış, lakin pul barədə heç bir söhbəti olmamışdır. Təxminən 1 ay sonra Ruzi ona xatırlamadığı mobil telefon nömrəsilə zəng edərək demiş ki, “sənin arvadını işə düzəltmək alınmır, lakin ona xəstəliklə əlaqədar pensiya düzəldə bilərəm, aylıq 250 manat pensiya alacaq.” O, da Ruzi ilə razılaşmış, Ruzi onlara gəlmiş və danışan zaman ona demiş ki, “bu iş üçün 3500 manat pul lazımdır.” 2019-cu ilin oktyabr ayında yaşadığı evin həyətində arvadı Elnarənin yanında Ruziyə 2000 manat pul vermişdir. Həmçinin Ruzi arvadının şəxsiyyət vəsiqəsini, onun müharibə veteranı vəsiqəsini və şəxsiyyət vəsiqəni götürüb getmişdir. Təxminən 1 həftə sonra Ruzi sənədləri qaytarmış və demiş ki, “iş qaydasındadır, düzələcək.” 2019-cu ilin dekabr ayında isə Ruzi ona zəng edərək demiş ki, “qalan 1500 manatı da ver, artıq işin yekunlaşır.” O, da 1500 manat pulu götürüb Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Panarama” adlı çay evinə getmiş, orada Ruzi ilə görüşüb 1500 manat pulu Ruziyə vermişdir. Ruzi 1-2 aya pensiyanın hazır olacağını demiş, lakin zaman keçdikcə Ruzinin heç bir iş görmədiyini görmüş, mütəmadi ona “düzələcək”, “səbr elə”, “narahat olma” kimi sözlər deyərək Ruzi vaxtı uzatmışdır. Hətta sonradan eşitmiş ki, Ruzi bir neçə nəfərdən də pul almışdır. Sonra o, Ruzinin işlətdiyi nömrəyə zəng edəndə telefona başqa adam cavab vermiş və demişdir ki, “bu nömrə işıq idarəsinin nömrəsidir, Ruzi işdən çıxıb.” Həmin vaxtdan sonra o, Ruzzini xeyli axtarsa da tapa bilməmişdir. Buna görə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdaərsinin qaynar xəttinə zəng edərək müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Əlinin Təqsirləndirilən şəxsla əlbir olması barədə dəqiq məlumatı yoxdur, lakin Əlinin öz qohumlarından da Ruzi pul alaraq aldatmışdır. Bildiyinə görə, Təqsirləndirilən şəxs çox adamı aldararaq pulun ələ keçirmiş, lakin konkret olaraq kimlər olmaısını bilmir. O, Xudat şəhərində Təqsirləndirilən şəxs 1500 manat pul verən zaman bunu kənar şəxslərdən görən olmamışdır. Məhkəmədə iclasında ifadəsi elan olunmuş şahid X5 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs kəndlərinin elektrik sayağaclarına nəzarət edən şəxs kimi tanımamış, onunla heç bir münasibəti olmamış, ədavət və ya düşmənçiliyi də olmamışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs4 ilə uzun müddətdir ki, dostluq edir. Railin astma xəstəsi olmasını coxdan bilirdi, hətta Raili buna görə hərbi xidmətə aparmamışlar. xx.xx.2021-ci il tarixdə Rail ona bildirmişdir ki, əllik təqaüdü düzəltmək üçün Xudat şəhəri sakini Təqsirləndirilən şəxs ilə görüşüb ona 5000 (beş min) manat pul verməlidir. Bu məqsədlə Rail onunla birlikdə Xudat şəhərinə getməyini ondann xahiş etmişdir. O, da razışlaşmış, həmin günü saat 17 radələrində dostu Raillə birlikdə Xudat şəhərinə gələrək Təqsirləndirilən şəxsla Xudat şəhər avtovaqzalında görüşmüşlər. Rail Ruzi ilə bir qədər təqəüdlə bağlı söhbət etdikdən sonra Rail əvvəlcə şəxsiyyət vəsiqəsinin sürətini və hərbi biletinin əslini Ruziyə verdi, daha sonra 5000 manat puluda Ruziyə onun yanında vermişdir. Ruzi pulu sayaraq Raildən götürdükdən sonra, Railin xəstəliklə əlaqədar təqaüdə çıxmasını tezliklə həll edəcəyini bildirmişdir. Bundan iki gün sonra təsadüfən o, Təqsirləndirilən şəxsla Xudat şəhərində rastlaşmış və Ruzi Railin hərbi biletini ona vermişdir ki, Railə çatdırsın. O, da hərbi bileti aparıb Railə vermişdir. Bundan bir neçə ay sonra Raillə görüşəndə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq təqaüd məsələsini həll etməyib və pulunu da müxtəlif bəhanələr gətirərək qeri qaytarmır. Daha sonra Rail bir neçə dəfə Ruzinin yaşadığı Xudat şəhərində yerləşən ünvanına getsədə Ruzini evdə tapa bilməmişdir. Bundan sonra Rail Ruzi tərəfindən aldanıllaraq pulunu ələ keçirdiyinə əmin olduğundan Ruzi barəsində şikayət etmişdir. Daha sonra yaşadığı kənddə eşitmiş ki, Təqsirləndirilən şəxs ətraf kəndlərin bir sakinin də pulunu alaraq onları altatmış və pullarını qeri qaytarmamışdır, buna görə də Ruzi barəsində cinayət işi açılmışdır. Məhkəmədə iclasında ifadəsi elan olunmuş şahid X3 ifadəsindən görünür ki, Xudat şəhəri, Azərbaycan küçəsi dalan 2, ev 5 ünvanında ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Ruzi ailəsilə birlikdə onlarla qalmışdır. X21 şəhər Elektrik şəbəkəsində sayğaclara nəzarətçi vəzifəsində işləmişdir. Ruzinin nazərətçi işlədiyi zaman, 2019-cu ildən 2021-ci il tarixə kimi yaşadıqları evə tanımadığı şəxslər gələrək oğluna müxtəlif işlərin görülməsi üçün müxtəlif məbləğlərdə pul verdiklərini onlara bildirmişlər. Lakin oğlu Ruzi aldığı həmin pullardan ona, anasına və ailəsinə heç bir məbləğdə pul verməmişdir. O, buna etirazını bildirəndə Ruzi ona “sən işimə qarışma, özüm almışam, özümdə qaytaracam” sözlərini demişdir. Bununla əlaqədar Ruzi ilə aralarında narazılıqlar və söz-söhbət olmuşdur. Ruzi müxtəlif şəxsləri aldadaraq pullarını ələ keçirməsi barədə ona və ailə üzvlərinə bildirməmiş, bu barədə onlar sonradan bilmişlər, yəni həmin şəxslər onların yaşadığı evə gələrək oğlu Ruziyə verdikləri pullarını geri tələb etdikləri zaman məlumatları olmuşdur. Həmçinin oğlu Ruzinin həmin şəxslərə bildirdiyi kimi, heç bir qurumda yaxını və tanışı yoxdur, bu vaxta kimi də heç kimə təqəüdə və ya işə düzəlməkdə köməklik etməmişdir. Lakin sonradan oğlu Ruzi də özü bunları, etdiyi əməlləri onlara etiraf etmiş və həmin şəxslərdən aldaraq aldığı pulları mərc oyunlarına və yeyib-içməklərə, öz kefinə xərclədiyini bildirmişdir. Məhkəmədə iclasında ifadəsi elan olunmuş şahid X7 ifadəsindən görünür ki, onun sol əli aputasiya edildiyi üçün İİ qrup əlildir, 2 övladı isə xəstəlikdən rəhmətə getmişdir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, Ruzini işıq idarəsinin işçisi kimi tanımışdır. 2019cu ilin dəqiq xatırlamadığı tarixində Ruzi ilə danışan zaman ona demiş ki, “sənin 2 övladın rəhmətə gedib və İİ qrup əlilsən sənin arvadına pensiya düzəldə bilərəm.” O, Ruziyə inanmış, lakin bu işi görməsi üçün ona pul verməyə maddi imkanı olmamışdır. Bu səbəbdən Ruziyə pul verə bilməmişdir. Ruzinin sözlərinə isə tam inandığı üçün o, kənd içində bir neçə nəfəri də Ruzi ilə tanış etmiş, Ruzinin pensiya düzəldə bilmək imkanı olmasını həmin şxəslərə təsadüfi söhbət əsnasında demişdir. Məqsədi isə o olmuşdur ki, maddi imkanı zəif olan şəxslər pensiya alsın. Lakin özü həmin şəxslərdən heç birinin Ruzi ilə pul haqq-hesablarında nə iştirak etməmiş, nə də kimdən nə qədər pul almasından xəbəri olmayıb. Ruzinin pensiya düzəltmək üçün kimlərlə əlaqəyə girməsindən heç bir formada məlumatı olmayıb. Zaman keçdikcə o, xəbər tutmuşdur ki, Ruzi bir neçə nəfəri aldadıb dələduzluqla pullarını ələ keçirib, barəsində də cinayət işi başlanıb. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xudat şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi səciyyələndirilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üç yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 xəstəliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə sonuncunun yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndindəki evində 3500 manat, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndindəki evində 500 manat, cəmi 4000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs5 xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs5 2019cu ilin may ayında sonuncunun yaşadığı Xaçmaz rayonu Ləcət kəndində yerləşən evində 6000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs7 arvadı Elnarə Osmanovanı xəstləliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin oktyabr ayında sonuncunun yaşadığı Xaçmaz rayonu Pirqulu-Oba kəndində yerləşən evində 2000 manat, 2019-cu ilin dekabr ayında Xaçmaz rayonu, Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən “Panarama” adlı çay evində 1500 manat, cəmi 3500 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs6 xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyun ayında günorta vaxtı sonuncunun yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndində yerləşən evində 2500 manat, 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndində yerləşən evində 500 manat, cəmi 3000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs3 anası Arzu Cəlilovanı xəstəliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin dekabr ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında 4000 manat, 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” yanacaq doldurma məntəqəsi yaxınlığında 800 manat, cəmi 4800 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs8, arvadı Məryəm Tayıbovanı xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs8 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Dubay” marketin yanında 3000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Xüsusi Xilasetmə Xidmətinə işə düzəltmək məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu, Xudat şəhəri, mərkəzi bazarın yanında 3000 manat, 2021-ci ilin fevral ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında 3000 manat, cəmi 6000 manat pul vəsatini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Xüsusi Xilasetmə Xidmətinə işə düzəltmək məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla F.Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yanvar ayında Xaçmaz rayonu, Xudat şəhəri, mərkəzi bazarın yanında 3000 manat, 2021ci ilin fevral ayında Xaçmaz rayonu, Xudat şəhəri, “Lukoil” doldurma məntəqəsinin qarşısında 3000 manat, cəmi 6000 manat pul vəsatini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs9 xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs9 vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin yanvar ayının ortalarında Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “Dubay” marketin yanında 4000 ABŞ dolları, 2021-ci ilin mart ayında Xaçmaz rayonu, Xudat şəhərində yerləşən mərkəzi avtovağzalın yanında 4000 ABŞ dolları, 2021-ci ilin aprel ayında Xaçmaz rayonu, Xudat şəhərində dəmiryolu vağzalının yanında 2000 ABŞ dolları, cəmi 10.000 ABŞ dolları olmaqla ümumilikdə 17.000 manat pul vəsatini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs4 xəstəliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən avtovağzalda 5000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs1 övladını Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 2021-ci ilin aprel ayında özünün yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Azərbaycan küçəsi dalan 2, 5 №-li evin qarşısında 8000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxsə verilmiş ittiham(bütün epizodlar) tam sübut olunsa da aşağıda sadalanan üç epizod (ittihamın birinci, üçüncü və dördüncü epizodları) üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, həmin epizodlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəstəliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə sonuncunun yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndindəki evində 3500 manat, xx.xx.2020ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndindəki evində 500 manat, cəmi 4000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir.( birinci epizod) Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs7 arvadı Elnarə Osmanovanı xəstləliklə əlaqədar təqaüdə çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin oktyabr ayında sonuncunun yaşadığı Xaçmaz rayonu Pirqulu-Oba kəndində yerləşən evində 2000 manat, 2019-cu ilin dekabr ayında Xaçmaz rayonu, Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən “Panarama” adlı çay evində 1500 manat, cəmi 3500 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir.( üçüncü epizod) Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs6 xəstəliklə əlaqədar pensiyaya çıxarmaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyun ayında günorta vaxtı sonuncunun yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndində yerləşən evində 2500 manat, 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz rayonu, Yeni-Sudur kəndində yerləşən evində 500 manat, cəmi 3000 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir.( dördüncü epizod) Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan üç epizod (ittihamın birinci, üçüncü və dördüncü epizodları) üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ərizə verərək həmin epizodlar (ittihamın birinci, üçüncü və dördüncü epizodları) üzrə də özünü təqsirli bildiyini qeyd edərək həmin epizodlar üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin qeydinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir(o cümlədən cinayət işi başlana bilməz başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.2. Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 43.3-1. Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 43.4. Məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə 3500 manat, xx.xx.2020-ci il tarixdə isə 500 manat, cəmi 4000 manat pul vəsaitini alaraq dələduzluq etməsi, (birinci epizod) yəni etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi epizodu üzrə, bundan başqa Təqsirləndirilən şəxs təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin oktyabr ayında 2000 manat, 2019-cu ilin dekabr ayında isə 1500 manat, cəmi 3500 manat pul vəsaitini alaraq dələduzluq etməsi,( üçüncü epizod) yəni etibardan suiistifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirməsi epizodu üzrə, bundan əlavə Təqsirləndirilən şəxs təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyun ayında 2500 manat, 2020-ci ilin sentyabr ayında isə 500 manat, cəmi 3000 manat pul vəsaitini alaraq dələduzluq etməsi,(dördüncü epizod) yəni etibardan suiistifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə (ittihamın birinci, üçüncü və dördüncü epizodları) cinayət təqibinə (cinayət işi üzrə icraata) bəraətverici əsaslar olmadan xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üç yetkinlik yaşına catmayan uşağının olmasını, əməllərini etiraf etməsini, ilk dəfə məhkum olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən, cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş üzrə zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitini qaytarmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını və ziyanın ödənilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən 07 mart 2022-ci il tarixədək tutulmuşdur (həbsdə olmuşdur). Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 (bir) ay 23 (iyirmi üç) gün müddətdə tutulmuşdur (həbsdə olumuşdur). Odur ki, təqsirləndirilən şəxsin tutulduğu (həbsdə olma) müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını AR CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətiimkan tədbiri həbs qətiimkan tədbiri ilə edilməli ( dəyişdirilməli) və o dərhal həbsə alınmalıdır. «Həbs» qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfləri, üzərinə həbs qoyulmuş əmlak yoxdur və mülki iddia verilməmişdir. Zərərçəkmiş şəxs1 adına verilmiş “Kapital” banka aid 01 ədəd plastik kart hökm qanuni qüvvəsini aldıqdan sonra sonuncuya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən 07 mart 2022-ci il tarixədək tutulduğu 01 (bir) ay 23 (iyirmi üç) gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) ay 23 (iyirmi üç) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin (dəyişdirilsin) və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın.Həbs qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Xacmaz rayon Polis Şöbəsinə, Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə və Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019cu il tarixdə 3500 manat, xx.xx.2020-ci il tarixdə isə 500 manat, cəmi 4000 manat pul vəsaitini alaraq dələduzluq etməsi, (birinci epizod) yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi epizodu üzrə, bundan başqa Təqsirləndirilən şəxs təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin oktyabr ayında 2000 manat, 2019-cu ilin dekabr ayında isə 1500 manat, cəmi 3500 manat pul vəsaitini alaraq dələduzluq etməsi, (üçüncü epizod) yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirməsi epizodu üzrə, bundan əlavə Təqsirləndirilən şəxs təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyun ayında 2500 manat, 2020-ci ilin sentyabr ayında isə 500 manat, cəmi 3000 manat pul vəsaitini alaraq dələduzluq etməsi, ( dördüncü epizod) yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə (ittihamın birinci, üçüncü və dördüncü epizodları) cinayət təqibinə (cinayət işi üzrə icraata) bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Zərərçəkmiş şəxs1 adına verilmiş “Kapital” banka aid 01 ədəd plastik kart hökm qanuni qüvvəsini aldıqdan sonra sonuncuya qaytarılsın. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova.
Məhkəmə qərarları › İş №1(067)-130/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-130/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver