Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-131/2021 06.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İlqar oğlu keçmiş arvadı Zərərçəkmiş şəxs əvvəllər ona xəyanət edərək başqa şəxsdən dünyaya gətirib, övladı kimi ona təqdim etdiyindən şübhələndiyi 2017-ci il təvəllüdlü qızı Nuray Nəzirova üçün aliment tələb etməsinə və həmin alimenti ödəməməsi səbəbindən 2020-ci ilin oktyabr ayında 10 gün müddətində inzibati qaydada həbs olunmasını bəhanə gətirib 30 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs satıcı-kassir kimi işlədiyi ictimai yer hesab edilən Xaçmaz şəhəri 20 Yanvar küçəsində yerləşən “Oba” marketə gələrək sonuncunu yanına çağırıb, mağazanın normal fəaliyyətini pozub digər kənar şəxslərin yanında özü ilə gətirdiyi soyuq silah hesab edilməyən - tiyəsinin uzunluğu 85 mm, əsasında eni 15 mm, qalınlığı 1.5 mm, dəstəyinin uzunluğu 100 mm, eni 12 mm-dən 15mm-dək, qalınlığı 10 mm olmaqla ümumi uzunluğu 185 mm olan zavod üsulu ilə hazırlanmış mətbəx bıçağını silah qismində istifadə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs yerə yıxıb sol ayaq nahiyəsinə bir neçə dəfə qəsdən bıçaq zərbələri vurub sonuncuya sağ bazu nahiyəsinin qançırı, sol sağrı və sol budun yuxarı 1/3-nin deşilmiş kəsilmiş yaraları, dərəcəsi təyin olunmayan və sol budun aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bununla da o, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs orta məktəbdə oxuyan vaxtdan tanımış və sonuncu ilə aralarında sevgi münasibətləri olmuşdur. 2017-ci ilin may ayında Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin ilin noyabr ayında bir qız övladları dünyaya gəlmiş və uşağın adı atası Şahid3 istəyi ilə Nuray qoyulmuşdur. Onun İlqarə ilə münasibəti ilk əvvəllər normal olsa da, sonradan ətrafdan eşitdiyi söz-söhbətlərdən İlqarənin başqa şəxslə münasibətdə olduğunu öyrənmişdir. Buna görə də İlqarə ilə aralarında münasibətlər soyumuş, həmçinin İlqarənin geyiminə, davranışına, hara gedib-gəlməyinə qarışdığı üçün İlqarə ona öz iradlarını bildirmişdir. İlqarə ilə artıq evlilik münasibətləri alınmadığından 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs boşanmaq istəyi ilə bağlı Xaçmaz rayon məhkəməsinə etdiyi müraciəti əsasında həmin məhkəmənin qətnaməsi ilə İlqarə ilə aralarındakı nikah münasibətlərinə xitam verilərək uşağa görə hər ay 150 manat məbləğində onun aliment ödəmək öhdəliyi müəyyən edilmişdir. İlqarənin başqa şəxslə münasibətdə olmasını, eləcə də dünyaya gəlmiş qız övladının başqa şəxsdən olmasını bir çox adamdan eşitmişdir. Buna görə də o, alimenti ödəməyi dayandırmış və alimenti ödəmədiyi üçün 2020-ci ilin oktyabr ayında İlqarənin şikayəti ilə Xaçmaz rayon məhkəməsinin qərarı əsasında 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İlqarənin bu hərəkətləri onu çox hiddətlənmiş və sonuncunu cəzalandırmaq qərarına gəlmişdir. 30 yanvar 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən götürdüyü mətbəx bıçağını paltosunun sağ cibinə qoyaraq piyada Zərərçəkmiş şəxs satıcı-kassir işlədiyi Xaçmaz şəhəri 20 Yanvar küçəsində yerləşən “Oba” marketə getmişdir. Marketin qapısından içəriyə daxil olanda qapıdan irəlidə yerləşdirilmiş vitrinlərdə İlqarənin 2 nəfər iş yoldaşı ilə məhsulları yerbəyer etdiyini görərək qapıdan biraz içəriyə addımlayıb əli ilə İlqarəni yanına çağırmış və sağ tərəfdə yerləşən vitrinlərin arasında daxil olmuşdur. İlqarə onun arxasıyca həmin yerə gəlmiş, lakin ona 3-4 metr qalmış dayanaraq daha da yaxınlaşmamışdır. O, İlqarəni bir-iki dəfə yanına çağırsa da, İlqarə “nə deyirsən burda de” deyərək ona yaxın gəlməkdən imtina etmişdir. O, həmin vaxt paıtosunun cibində olan bıçağı çıxararaq İlqarənin üstünə hücum edərək əlindəki bıçaqla sonuncunun bədən nahiyəsinə bir neçə bıçaq zərbəsi vurmağa başlamışdır. O, İlqarənin üstünə hərəkət edəndə sonuncu müvazinətini saxlaya bilməyib yerə yıxılmış və o, yerdə İlqarəyə bıçaq zərbələri vurmağa davam etmişdir. Həmin vaxt adını bilmədiyi marketin işçisi onlara yaxınlaşıb aralarına girmişdir. Həmin adam gəldikdən sonra o, İlqarəyə bıçaq zərbələri endirməyi dayandırmış və biraz geriyə çəkilmişdir. Daha sonra isə əlindəki bıçağı nümayiş etdirərək həmin kişidən geriyə çəkilməsini tələb edərək mağazanın qapısına doğru getmişdir. Həmin an İlqarə də fürsətdən istifadə edib sürünərək geriyə tərəf özünü çəkib aparmışdır. Daha sonra o, sərbəst şəkildə qapıya yaxınlaşıb bıçağı marketin daxilinə ataraq marketi tərk etmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Hazırda öz əməlindən peşman olmaqla ona güzəşt edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2020-ci ilin sentyabr ayından “Oba” marketdə satıcı-kassir işləyir. 2005-ci ildən 2015-ci ilədək Xaçmaz şəhərində yerləşən 3 nömrəli tam orta məktəbdə orta təhsilini almış, Təqsirləndirilən şəxs da həmin vaxtdan tanımışdır. Təqsirləndirilən şəxsla məktəbdə oxuyan vaxtlar aralarında sevgi münasibətləri yaranmış və 2017-ci ilin may ayında evlənmişlər. 2017-ci ilin noyabr ayında Raufla birgə nikahdan bir qız övladları dünyaya gəlmiş və qayınatası Şahid3 istəyi ilə uşağın adını Nuray qoymuşlar. Evliliklərinin ilk əvvəllərində Raufla normal yola getsə də, bir müddət sonra sonuncu ilə dolana bilməmişlər. Belə ki, Rauf əsassız olaraq onu qısqanmış, geyimlərinə, davranışına, harasa gedib-gəlməyinə çox qarışmışdır. Buna görə də artıq Raufla yola gedə bilmədiyi üçün 2019-cu ilin oktyabr ayında Xaçmaz rayon məhkəməsinə ünvanladığı ərizə əsasında məhkəmənin qərarı ilə nikahlarına xitam verilmiş və Raufa hər ay 150 manat məbləğində aliment ödənilməsi öhdəliyi qoyulmuşdur. Ayrılandan sonra Rauf ödəməli olduğu alimenti ödəməmiş, buna görə də Xaçmaz rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında 2020-ci ilin oktyabr ayında Xaçmaz rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 30 yanvar 2021ci il tarixdə saat 15 radələrində “Oba” marketdə şirniyyat bölməsində tanımadığı bir nəfər qadın müştəriyə xidmət göstərərkən Təqsirləndirilən şəxs mağazadan içəriyə girərək əli ilə işarə edib onu yanına çağırmış və mağazanın qeyri-qida məhsullarının yerləşdiyi bölməyə keçmişdir. O, Raufun arxasınca həmin bölməyə gələrək təxminən 4-5 metr qalmış dayanmışdır. Bu vaxt Rauf ona yaxınlaşıb paltosunun cibindən çıxardığı bıçaqla ona tərəf bıçaq zərbələri vurmağa başlamışdır. Rauf onun üzərinə hücum edib bıçaqla onu vurması nəticəsində müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. O, yerə yıxılan vaxt da Rauf bıçaqla ona zərbələr endirməyə davam etmişdir. Raufun vurduğu bıçaq zərbələri sol bud nahiyəsinə dəyərək ona xəsarət yetirmişdir. Hadisə zamanı marketdə satıcı-kassir işləyən Şahid1 yanlarına gəlib aralarına girmiş və bu vaxt Rauf biraz geriyə çəkilmişdir. Raufun mağazanın qapıya doğru hərəkət etməsindən fürsət tapıb özünü geriyə doğru atmış, bu zaman Rauf ona bir təpik zərbəsi vuraraq ünvanına nalayiq ifadələr işlədərək bıçağı marketin daxilinə atıb oranı tərk etmişdir. Rauf getdikdən sonra mağazanın administratoru Şahid2 bu barədə TTY-na məlumat vermiş və oraya gəlmiş təcili tibbi yardım avtomobili ilə onu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına təxliyyə etmişlər. Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərilərək evə buraxılmışdır. Hazırda səhhəti ilə bağlı heç bir problemi yoxdur. Təqsirləndirilən şəxsla barışmışdır, sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2021-ci ilin yanvar ortalarından “Oba” marketdə satıcı-kassir işləyir. Zərərçəkmiş şəxs da həmin iş yerindən tanımışdır. 30 yanvar 2021-ci il tarixdə saat 15 radələrində “Oba” marketin daxilində şirniyyatların yerləşdiyi bölmədə məhsulların üzərinə qiymətləri yapışdırmaqla məşğul olarkən Zərərçəkmiş şəxs da yaxınlığında tanımadığı qadın müştəriyə köməklik göstərmişdir. Bu vaxt marketə ortaboylu əynində qara rəngli palto geyinmiş tanımadığı bir oğlan daxil olaraq İlqarəni yanına çağırıb qeyri-qida məhsullarının yerləşdiyi bölməyə keçmişdir. İlqarə də həmin şəxsin arxasıyca getmişdir. Bir müddət sonra marketin daxilində İlqarənin qışqırıq səslərini eşidərək İlqarənin nərdivandan yıxıldığını düşünüb səs gələn tərəfə, yəni marketin giriş qapısının yaxınlığına getmişdir. Həmin vaxt İlqarənin yerdə uzanmış vəziyyətdə olduğunu, marketə girən həmin oğlanın əlində bıçaqla İlqarənin bud nahiyəsinə bıçaqla zərbələr endirdiyini görmüşdür. O, dərhal onların arasına girib oğlanı İlqarədən uzaqlaşdırmışdır. Həmin vaxt İlqarə də bundan fürsət tapıb geriyə doğru sürünüb özünü geriyə atmışdır. Oğlan da əlində bıçağı nümayiş etdirərək mağazanın giriş qapısına doğru hərəkət edib bıçağı marketin daxilinə ataraq mağazanı tərk edib getmişdir. Baş vermiş hadisə barədə dərhal DİN-nin “102” xidmətinə və TTY-a məlumat verilmiş, bir müddət sonra mağazanın qarşısına gələn təcili tibbi yardım avtomobili ilə Zərərçəkmiş şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 2017-ci ilə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və onların birgə nikahdan 1 qız övladı dünyaya gəlmişdir. Onun istəyi ilə uşağın adı Nuray qoyulmuşdur. Rauf ilə İlqarə evlilik müddətində yol getmədikləri üçün 2019-cu ildə aralarında nikah münasibətləri pozulmuşdur. 30 yanvar 2021-ci il tarixdə saat 15-16 radələrində evdə olan zaman Rauf onun mobil nömrəsinə zəng edərək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. O, ilk öncə Raufun belə bir hadisə törətməsinə inanmayaraq sonuncunun onları qəsdən qorxutmasını düşünmüşdür. Ancaq bir müddət keçdikdən sonra hazırda adlarını xatırlamadığı Xaçmaz rayon polis şöbəsinin bir neçə əməkdaşı yaşadığı evə gələrək Raufun harda olduğunu soruşmaqla Raufun Zərərçəkmiş şəxs “Oba” marketdə bıçaqla xəsarət yetirdiyini demişlər. Bundan sonra Raufun belə bir hadisə törətməsinə inanmış və polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon polis şöbəsinə getmişdir. Oraya çatanda Raufa zəng edib harada olduğunu, polis şöbəsinə gəlib təslim olmasını demişdir. Rauf da, onun sözünə əməl edib, polis əməkdaşlarına təslim olmuşdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 30.01.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən “OBA” market adlanan mağazadır. Baxış zamanı müəyyən olundu ki, mağazanın giriş qapısından mağazaya daxil olan zaman sol tərəfdə kassa yerləşir, mağazanın satış mərkəzi 3 cərgədən olmaqla müxtəlif növ ərzaq məhsulları yerləşmişdir. Adminstrator Şahid2 həmin gün saat 15 radələrində mağazanın satıcı kassiri olan Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirərək şəxsən təqdim etdi. İş materiallarında olan baxış keçirilməsi haqqında 09 aprel 2021-ci il tarixli protokoldan görünür ki, video görüntü 01:10 dəqiqədən ibarətdir. Həmin videoda “Oba” marketin çöldən giriş qapısının qarşısı, həmçinin marketin daxili əks olunur. Videonun 00:13 saniyəsində Təqsirləndirilən şəxs marketə daxil olaraq Zərərçəkmiş şəxs əli ilə işarə etməklə yanına çağırır və sol tərəfdəki vitrinlərin arasına doğru gedir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arxasınca getsə də, sonuncuya yaxınlaşmır. Videonun 00:41 saniyəsində Təqsirləndirilən şəxs cibindən çıxardığı bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum edib ona bıçaqla zərbələr endirməyə başlayır. Bu vaxt Zərərçəkmiş şəxs yerə yıxılır. 00:46-cı saniyədə Şahid1 onlara yaxınlaşıb Təqsirləndirilən şəxs aralaşdırır. Təqsirləndirilən şəxs əlində bıçağı nümayiş etdirərək qapıya doğru addımlayır. Bu vaxt Zərərçəkmiş şəxs sürünərək Təqsirləndirilən şəxs uzaqlaşır. Daha sonra isə Təqsirləndirilən şəxs marketin qapısından çıxaraq marketi tərk edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 03 fevral 2021-ci il tarixli, 64 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ bazu nahiyəsinin qançırı bərk küt əşya, sol sağrı və sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 30.01.2021-ci il tarixə uyğun gəlir və bu xəsarətlərdən qançır və sol sağrı, sol budun yuxarı 1/3-nin deşilmiş kəsilmiş yaraları sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir, sol budun aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasıa səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə trasoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli, 136/2021-MTKŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş şalvarın arxa səthinin sol yarısında bir ədə, sol ayağının arxa səthində bir ədəd və sol yarısının bayır səthində 1 ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Təqdim olunmuş şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Təqdim olunmuş şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, Zərərçəkmiş şəxs bədəninin sol sağrı və sol bud nahiyələrində olan deşilmişkəsilmiş xəsarətlər yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04.06.2021-ci il tarixli, 1188 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs qərarın təsvir hissəsində göstərilən cinayəti törədərkən hər hansı bir ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabilliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman güclü ruhi həyəcan, fizoloji affekt vəziyyətində olmamışdır. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törətməzdən əvvəl Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik yaranmış, hadisə baş verən gün keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etməyindən şübhələnməsi, onun başqa şəxslərlə görüşdüyünü, övladının da başqa şəxsdən olduğunu düşünməsi, özünün olmayanan (deməsinə görə) uşaq üçün İlqarənin ondan aliment alması, aliment verməkdən imtina etməsi səbəbindən keçmiş həyat yoldaşının ondan şikayətçi olması, on sutka müddətində həbsdə olması və s. ilə bağlı onu cəzalandırmaq fikrinə düşmüş, həmin düşüncə Təqsirləndirilən şəxs hadisə zamanındakı davranışını müəyyən etmişdir. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı tələbi yoxdur, gələcəkdə də ona qarşı heç bir iddiası və şikayəti olmayacaqdır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİNin BƏSİİ-dən alınmış 06.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, 24 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İlqar oğlu keçmiş arvadı Zərərçəkmiş şəxs əvvəllər ona xəyanət edərək başqa şəxsdən dünyaya gətirib övladı kimi ona təqdim etdiyindən şübhələndiyi 2017-ci il təvəllüdlü qızı Nuray Nəzirova üçün aliment tələb etməsinə və həmin alimenti ödəməməsi səbəbindən 2020-ci ilin oktyabr ayında 10 gün müddətində inzibati qaydada həbs olunmasını bəhanə gətirib 30 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs satıcı-kassir kimi işlədiyi ictimai yer hesab edilən Xaçmaz şəhəri 20 Yanvar küçəsində yerləşən “Oba” marketə gələrək sonuncunu yanına çağırıb, mağazanın normal fəaliyyətini pozub digər kənar şəxslərin yanında özü ilə gətirdiyi soyuq silah hesab edilməyən - tiyəsinin uzunluğu 85 mm, əsasında eni 15 mm, qalınlığı 1.5 mm, dəstəyinin uzunluğu 100 mm, eni 12 mm-dən 15mm-dək, qalınlığı 10 mm olmaqla ümumi uzunluğu 185 mm olan zavod üsulu ilə hazırlanmış mətbəx bıçağını silah qismində istifadə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs yerə yıxıb sol ayaq nahiyəsinə bir neçə dəfə qəsdən bıçaq zərbələri vurub sonuncuya sağ bazu nahiyəsinin qançırı, sol sağrı və sol budun yuxarı 1/3nin deşilmiş kəsilmiş yaraları, dərəcəsi təyin olunmayan və sol budun aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bununla da o, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasının yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş bir ədəd şalvar iş üzrə Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş bir ədəd bıçaq məhv edilməlidir. İş üzər mülki iddia və məhkəmə xərсləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci ildən 30 avqust 2021-ci il tarixədək, yəni 07 (yeddi) ay həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 07 (yeddi) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkməsinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş bir ədəd şalvar iş üzrə Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMDƏZADƏ
Məhkəmə qərarları › İş №1(067)-131/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-131/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver