Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-131/2022 28.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Bərəkət” adlı mağazanın arxa hissəsinə keçib orada olan nəfəslik pəncərəsini (pəncərənin nəfəsliyini) sındırıb açmaqla mağazaya, yəni saxlanc yerinə qanunsuz daxil olaraq mağazanın satıcı stolunun üzərində olan dəmir qabın içərisindəki 40 manat dəyərində qəpikləri, ümumilikdə 20 manat dəyərində 10 ədəd 2 manatlıq Azərcell, ümumilikdə 10 manat dəyərində 10 ədəd 1 manatlıq Azərcell, ümumilikdə 20 manat dəyərində 10 ədəd 2 manatlıq Bakcell, ümumilikdə 10 manat dəyərində 10 ədəd 1 manatlıq Bakcell, ümumilikdə 40 manat dəyərində 20 ədəd 2 manatlıq Narmobile markalı danışıq kartlarını, mağazanın siqaret piştaxtasından hər biri 3,60 manat olmaqla ümumilikdə 54 manat dəyərində 15 ədəd qalın Kent 8 markalı, hər biri 3,60 manat olmaqla ümumilikdə 126 manat dəyərində 35 ədəd qalın Kent 4 markalı, hər biri 2,50 manat olmaqla ümumilikdə 75 manat dəyərində 30 ədəd göy Rotmos markalı, hər biri 2,50 manat olmaqla ümumilikdə 57,5 manat dəyərində 23 ədəd boz kompakt Palma markalı, hər biri 2,80 manat olmaqla ümumilikdə 58,8 manat dəyərində 21 ədəd ağ kompakt LD markalı, hər biri 2,80 manat olmaqla ümumilikdə 42 manat dəyərində 15 ədəd göy kompakt LD markalı siqareti, hər biri 2,50 manat olmaqla ümumilikdə 45 manat dəyərində 18 ədəd göy kompakt Vinçester markalı siqareti, hər biri 2 manat olmaqla ümumilikdə 80 manat dəyərində 40 ədəd boz nazik Vikiroy markalı siqaretləri qanunsuz götürüb apararaq ümumilikdə 678,3 manat dəyərində, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar oğurluq, yəni təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Bərəkət” adlı mağazanın arxa hissəsinə keçib orada olan nəfəslik pəncərəsini (pəncərənin nəfəsliyini) sındırıb açmaqla mağazaya, yəni saxlanc yerinə qanunsuz daxil olaraq mağazanın satıcı stolunun üzərində olan dəmir qabın içərisindəki 120 manat dəyərində qəpikləri, 10 manat dəyərində 10 ədəd 1 manatlıq Azərcell, 20 manat dəyərində 10 ədəd 2 manatlıq Azərcell, 20 manat dəyərində 10 ədəd 2 manatlıq Bakcell, 20 manat dəyərində 20 ədəd 1 manatlıq Bakcell və 40 manat dəyərində 20 ədəd 2 manatlıq Narmobile markalı danışıq kartlarını, mağazanın siqaret piştaxtasından hər biri 3,60 manat olmaqla ümumilikdə 90 manat dəyərində 25 ədəd qalın Kent 8 markalı, hər biri 3,60 manat olmaqla ümumilikdə 54 manat dəyərində 15 ədəd qalın Kent 4 markalı, hər biri 2,50 manat olmaqla ümumilikdə 50 manat dəyərində 20 ədəd göy Rotmos markalı, hər biri 2,50 manat olmaqla ümumilikdə 87,5 manat dəyərində 35 ədəd boz kompakt Palma markalı, hər biri 2,80 manat olmaqla ümumilikdə 84 manat dəyərində 30 ədəd ağ kompakt LD markalı, hər biri 2,80 manat olmaqla ümumilikdə 84 manat dəyərində 30 ədəd göy kompakt LD markalı, hər biri 2,50 manat olmaqla ümumilikdə 137,5 manat dəyərində 55 ədəd göy kompakt Vinçester markalı, hər biri 2 manat olmaqla ümumilikdə 90 manat dəyərində 45 ədəd boz nazik Vikiroy markalı, hər biri 3,90 manat olmaqla ümumilikdə 195 manat dəyərində 50 ədəd ağ qalın Sobranie markalı siqaretləri qanunsuz götürüb apararaq ümumilikdə 1102 manat dəyərində təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar oğurluq, yəni təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin avqust ayının ortalarında, günorta vaxtı Xaçmaz rayonu, Xudat şəhəri, X6 küçəsində yerləşən “Qala” şadlıq sarayından Heydər Əliyev küçəsi istiqamətində 100 metr məsafədə yolun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi avtomobil təkərlərinin təmiri sexinə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq sexdə olan rəfin qapısını açıb pulların yığıldığı qutunun içərisindən 1600 manat pul vəsaitini qanunsuz götürüb apararaq, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin sentyabr ayının ortalarında, günorta vaxtı Xaçmaz rayonu, Xudat şəhəri, X6 küçəsində yerləşən “Qala” şadlıq sarayından Heydər Əliyev küçəsi istiqamətində 100 metr məsafədə yolun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi avtomobil təkərlərinin təmiri sexinə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq sexdə olan rəfin qapısını açıb pulların yığıldığı qutunun içərisindən 200 manat pulu və həmin qutunun yanında olan plastik qab kəsiyinə yığılmış 50 manat dəyərindəki qəpikləri, cəmi 250 manat nağd pul vəsaitini qanunsuz götürüb apararaq, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23:20 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, X6 küçəsində yerləşən “Qala” şadlıq sarayından Heydər Əliyev küçəsi istiqamətində 100 metr məsafədə yolun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi avtomobil təkərlərinin təmiri sexinə hasardan aşıb arxa qapısını açmaqla sexə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq sexdə olan rəfin qapısını açıb pulların yığıldığı qutunun içərisindən 370 manat pul vəsaitini qanunsuz götürüb apararaq, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 21:15 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, X6 küçəsində yerləşən “Qala” şadlıq sarayından Heydər Əliyev küçəsi istiqamətində 100 metr məsafədə yolun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi avtomobil təkərlərinin təmiri sexinə hasardan aşıb arxa qapısını açmaqla sexə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq sexdə olan rəfin qapısını açıb pulların yığıldığı qutunun içərisindən 180 manat pul vəsaitini qanunsuz götürüb apararaq, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 “Bərəkət” adlı mağazasına iki dəfə pəncərəsinin nəfəsliyinin şüşəsini sındırmaqla pəncərəni açıb oradan gizli daxil olaraq həmin mağazadan müxtəlif markalı və müxtəlif sayda siqaretləri, mobil telefon danışıq kartlarını, qəpiklərdən ibarət müxtəlif məbləğdə pulları oğurlamışdır. Bundan başqa, o, 2021-ci ilin avqust-sentyabr aylarında olmaqla iki dəfə və 2022-ci ilin fevral-mart aylarında olmaqla iki dəfə, yəni dörd dəfə Zərərçəkmiş şəxs2 avtomobil təkərlərinin təmiri sexinə həmin sexdə heç kimin olmadığını görüb sexin açıq olan arxa qapısından daxil olaraq oradan qəpiklərdən və AZN əsginazlardan ibarət müxtəlif məbləğdə pulları oğurlamışdır. İbtidai istintaqda ifadəsində Arifin sexindən sonuncunun bildirdiyi məbləğdə deyil, həmin məbləğdən az miqdarda pulu oğurladığını bildirsə də, əslində, o, nə qədər pulu oğurladığını bilməmişdir, ola bilər ki, oğurladığı pulun məbləği elə zərərçəkmişin bildirdiyi məbləğdə olmuşdur. O, Məmmədağanın mağazasından oğurladığı mobil telefon danışıq kartlarından bəzilərini münasibətdə olduğu Şahid5 mobil telefon nömrəsinə yükləmiş, lakin Əsmiranın həmin kartların oğurluq olmasından xəbəri olmamış, o, Əsmiraya həmin kartları özünün aldığını bildirmişdir. Oğurladığı həmin danışıq kartlarının bəzilərini yüklədiyi 077 712 44 55 mobil nömrəsi onun doğma bacısı oğlu olan Amil Məmmədovun adına qeydiyyata alınsa da, faktiki olaraq həmin nömrə ona məxsus olmuşdur. Ona cinayət əməlini törətməkdə heç kim köməklik etməmiş, heç kimin onun həmin cinayət əməlindən xəbəri olmamışdır. Törətiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini, zərərçəkmiş şəxsdən oğurladığı pulların məbləğinin az olması ilə bağlı bildirdiyi xüsusat istisna olmaqla, təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona məxsus mağazaya iki dəfə daxil olaraq oğurluq etmişdir. Hazırda isə təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyan tam ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Hadisədən uzun müddət keçdiyindən və yaşı ilə əlaqədar həmin oğurluq hadisəsi ilə bağlı digər halları hazırda xatırlamır. İş materiallarında olan ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, onun Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Bərəkət” adlı ərzaq mağazası var. O, həmin mağazada müxtəlif ərzaq məhsulları və gündəlik ehtiyac malları satır. xx.xx.2021-ci il tarixdə, saat 23:50 radələrində dükanı bağlayaraq evinə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində dükana gələrək daxil olduqda nəfəsliyin şüşəsinin sındırıldığını və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Dükanda rəfin üstünə qoyduğu 30-40 (otuz-qırx) manat qəpiklərin, cəmi 570 450 manat dəyərində 150 (yüz əlli) qutu müxtəlif markalı siqaretlərin və 10 ədəd 2 (iki) manatlıq Sim, 10 ədəd 1 (bir) manatlıq nömrələrini bilmədiyi Sim, 10 ədəd 2 (iki) mantlıq nömrələrini bilmədiyi Cin, 10 ədəd 1 (bir) manatlıq nömrələrini bilmədiyi Cin, 20 ədəd 2 (iki) manatlıq Nar danışıq kartlarının, cəmi 100 manatlıq konturların naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluqla əlaqədar ona cəmi 710 manat maddi ziyan dəymişdir. Bundan başqa, 27 iyul 2021-ci il tarixdə, təxminən saat 23:30 radələrində işlətdiyi ərzaq dükanını bağlayaraq evinə getmişdir. Səhəri gün təxminən saat 07:30 radələrində həmişə olduğu kimi ərzaq dükanına baxmağa gəlmişdir. Həmin vaxt o, dükanın nəfəsliyinin açıq olduğunu, dükanın da dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o dükanından oğurluq olduğunu başa düşmüş və dükanından hansı malların oğurlandığını müəyyən etmək üçün dükanına baxış keçirmişdir. Baxış nəticəsində ona aydın olmuşdur ki, dükanından oğurluq edən şəxs tərəfindən dükanda qabın içərisində saxladığı təxminən 120 manat dəmir pullar, müxtəlif marka siqaretlər və danışıq kartları oğurlanmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə baş vermiş oğurluq zamanı mağazadan 15 ədəd qutuda qalın kent 8 markalı siqaret, 35 ədəd qutuda qalın kent 4 markalı siqaret, 30 ədəd qutuda göy rotmos markalı siqaret, 23 ədəd qutuda boz kompakt palma markalı siqaret, 21 ədəd qutuda ağ kompakt LD markalı siqaret, 15 ədəd qutuda göy kompakt LD markalı siqaret, 18 ədəd qutuda göy kompakt vinçester markalı siqaret, 40 ədəd qutuda boz nazik vikiroy markalı siqaret, 10 ədəd 2 manatlıq nömrələrini bilmədiyi Azərcell danışıq kartları, 10 ədəd 1 manatlıq nömrələrini bilmədiyi Azərcell danışıq kartları, 10 ədəd 2 manatlıq nömrələrini bilmədiyi Bakcell danışıq kartları, 10 ədəd 1 manatlıq nömrələrini bilmədiyi Bakcell danışıq kartları, 20 ədəd 2 manatlıq Nar mobile danışıq kartları oğurlanmaqla ona ümumilikdə 710 manat maddi ziyan dəymişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə baş vermiş oğurluq zamanı mağazadan 25 ədəd qutuda qalın kent 8 markalı siqaret, 15 ədəd qutuda qalın kent 4 markalı siqaret, 20 ədəd qutuda göy rotmos markalı siqaret, 35 ədəd qutuda boz kompakt palma markalı siqaret, 30 ədəd qutuda ağ kompakt LD markalı siqaret, 30 ədəd qutuda göy kompakt LD markalı siqaret, 55 ədəd qutuda göy kompakt vincester markalı siqaret, 45 ədəd qutuda boz nazik vikiroy markalı siqaret, 50 ədəd ağ qalın sobranie, 10 ədəd 1 AZN - lik nömrələrini bilmədiyi Azercell danışıq karları, 10 ədəd 2 AZN-lik nömrələrini bilmədiyi Azercell danışıq kartları, 20 ədəd 1 AZN-lik **********39735- **********39754 nömrəli Bakcell danışıq kartları, 10 ədəd 2 AZN-lik **********53210-**********53219 nömrəli Bakcell danışıq kartları, 20 ədəd 2 AZN-lik nömrələrini bilmədiyi Narmobile danışıq kartları oğurlanmışdır. Ona həmin oğurluq zamanı ümumilikdə 1000 (min) manat maddi ziyan dəymişdir. Ola bilsin, o oğurlanmış kimi qeyd edərək nömrələrini verdiyi danışıq kartlarının bəzilərini daha öncədən satmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 21053/21 nömrəli cavabında qeyd edilənlər düzgündür. Lakin verdiyi danışıq kartı nömrələrində səhvlik etsə də, hadisə zamanı ona dəyən ziyanı yuxarıda qeyd etdiyi kimi olmuşdur. Yəni həmin konturları satmışsa belə eyni məbləğdə nömrələrini bilmədiyi konturları oğurlanmışdır. Nəticədə yenə də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə ona məxsus mağazadan oğurlanan Narmobile kartları 20 ədəddir. Lakin verdiyi nömrələrdə səhvlik etsə də, hadisə zamanı ona dəyən ziyanı yuxarıda qeyd etdiyi kimi olmuşdur. Yəni həmin konturları satmışdırsa belə eyni məbləğdə nömrələrini bilmədiyi konturları oğurlanmışdır. Bundan başqa o əlavə olaraq ifadəsində bildirmişdir ki, cinayət işi üzrə təyin edilərək keçirilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 may 2022-ci il tarixli 9/1676 nömrəli nömrəli rəyində ona məxsus olan iki dəfəyə mağazasında baş vermiş oğurluq zamanı oğurlanmış əşyaların müəyyən edilən qiymətləri ilə razıdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən avtomobil təmiri sexi vardır. Həmin sexdə onunla birlikdə bir nəfər, Mirzə adlı işçi işləyir. Onlar hər gün saat 09 radələrində sexi açır, axşam isə təxminən 20 radələrində sexi bağlayırlar. Onlar gündəlik qazanclarını və həmçinin alacaqları materilların pullarını sexdə olan rəfin içərisindəki karton qutuda saxlayırlar. 2021-ci ilin avqust ayının ortalarında, axşam saat 20 radələrində sexi bağlayaraq yaşadıqları evə getmişlər. Həmin zaman karton qutunun içərisində 1600 manat pul olmuşdur. Növbəti gün səhər işə gəldikdən təxminən iki saat sonra, yəni 11 radələrində pullara baxdığı zaman orada 1600 manat pulun olmadığını görmüşdür. O, həmin zaman heç kimdən şübhələnmədiyi üçün və oğurluq edən şəxsin kim olmasını bilmədiyi üçün polisə şikayət etməmişdir. O, sexə işçisi və özündən başqa heç kimin məlumatı olmadan təhlükəsizlik kamerası quraşdırmışdır. Bundan təxminən 1 ay sonra, yəni 2021-ci ilin sentyabr ayının ortalarında yenidən işə gəldiyi zaman axşamdan karton qutuda olan 200 manat pulun və 50 manat miqdarında qəpiklərin oğurlandığını bilmişdir. Lakin kamera görüntülərinə baxdıqları zaman kamerasnın keyfiyyətsiz çəkiliş aparmasını və hər hansı bir şeyin video görüntüyə düşmədiyini bilmişlər. O, həmin zaman da polisə şikayət etməmişdir ki, oğurluq edən şəxs müəyyən olunana qədər yaxınlıqda olan digər sexlərin işçilərini, yəni iş yoldaşlarını polislər dindirmək üçün bölməyə dəvət edəcəklər. Bu da aralarında inciklik yarada bilər. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən səhər saatlarında işə gəldiyi zaman qutuda saxladığı 370 manatın olmadığını görmüşdür. O, həmin zaman quraşdırdığı kamera görüntülərinə baxmışdır. Kamera görüntülərində xx.xx.2022-ci il tarixdə, təxminən saat 23 radələrində bir nəfər şəxsin sexə girməsi və fanarla pulların olduğu şkafın önündə dayanması və hərəkətlər etməsini görmüşdür. Lakin quraşdırdığı kamera qaranlıqda zəif çəkdiyindən oğurluq edən şəxsin üzü və bədəni aydın şəkildə görünməmiş, sadəcə hərəkətləri görünmüşdür. O yenidən düşünmüşdür ki, oğurluq edən şəxs kimdirsə yenidən gələcək, bu məqsədlə kameranı daha yaxşısı ilə əvəz etmişdir. O, həmin zaman da polisə şikayət etməmişdir. Düşünmüşdür ki, həmin şəxsin kimliyini dəqiqləşdirə bilməsə, iş yoldaşları ilə aralarında inciklik ola bilər. Kameranı dəyişdirdikdən sonra xx.xx.2022-ci il tarixdə yenidən səhər saatlarında işə gəldiyi zaman qutunun içərisində axşam olan 180 manat pulun olmamasını görmüşdür. O, başa düşmüşdür ki, yenidən oğurluq olmuşdur. Bu zaman kamera görüntülərinə baxmışdır. O, kamera görüntülərinə baxdığı zaman xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində həmin oğurluğu Xudat şəhər sakini olan, sexdən ilk oğurluq edilənədək yaxınlıqdakı avtoyumada işləyən Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bundan sonra o həmin görüntülərlə birlikdə Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət etmişdir. Polis əməkdaşları sexə gələrək baxış keçirmişlər və həmçinin videogörüntünü götürmüşlər. Həmin oğurluqlar zamanı ona ümumilikdə 2400 manat maddi ziyan dəymişdir. Bəzi zamanlarda o və işçisi Şahid6 sexdə müştəri və ya görüləsi iş olmadıqda digər sexlərə söhbət etməyə, mağazaya və sair şəxsi işlərini görməyə qısa müddətlik gedirlər. Həmin zamanlarda isə sexi bağlamırlar. Çünki sexdən oğurluq ola biləcəyini düşünməmişlər. Ola bilsin, Təqsirləndirilən şəxs həmin zamanlarda, yəni 2021-ci ilin avqust və sentyabr aylarında oğurluğu günorta saatlarında etmişdir. Onun sexdə quraşdırdığı təhlükəsizlik kameraları zamanı doğru göstərmişdir. Yəni görüntülərdə göründüyü kimi ona məxsus olan sexdə xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi 23:20 radələrində və xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi saat 21:15 radələrində baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilənin cinayət əməli nəticəsində ona vurulmuş ziyan tam ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs ilə dost olaraq mütəmadi olaraq görüşmüşlər. O, Təqsirləndirilən şəxs oğurluq etməsini eşitsə də, haradan nə oğurlamasını bilməmişdir. Onun adına qeydiyyatda olan ********** mobil nömrəsi ona məxsus olmaqla özü tərəfindən istifadə olunur. Bəzi zamanlar Qədir özü onun telefonuna danışıq kartı yükləmişdir. Həmin tarix yadında olmasa da, ola bilsin, Qədir həmin danışıq kartını onunla olduğu zaman yuxarıda qeyd olunan nömrəsinə yükləmiş ya da ki, özünün aldığını bildirərək ona vermiş və o telefonuna yükləmişdir. Lakin o həmin danışıq kartını yükləsə belə, kartın oğurluq olmasını bilməmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əridir. O, əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq etməsini Qədir polis əməkdaşları tərəfindən saxlanıldığı zaman bilmişdir. Qədir həmin mağazadan iki dəfə oğurluq etməklə pul, siqaret, kontur oğurlamışdır. Lakin o daha öncədən Qədirin oğurluq etməsini bilməmişdir. O həmçinin daha sonradan Qədirin Xaçmaz rayonu Xudat şəhərində yerləşən sexdən də pul oğurladığını eşitmişdir. Lakin onun həmin oğurluqlar barədə məlumatı olmamışdır. Adına qeydiyyatda olan ********** mobil nömrəsi ona məxsus olmaqla özü tərəfindən istifadə olunur. Həmin tarix yadında olmasa da, ola bilsin, əri Təqsirləndirilən şəxs həmin konturu özünün aldığını bildirərək ona vermiş və o da telefonuna yükləmişdir. O həmin danışıq kartını yükləsə belə, kartın oğurluq olmasını bilməmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarında ona məxsus olan evdə kirayədə yaşamışdır. Həmin vaxtlarda təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə kirayə pulunu gecikdirdiyinə görə bir dəfə iki manatlıq mobil telefon danışıq kartı yükləmişdir. Lakin o həmin danışıq kartının oğurluq olmasını bilməmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Qədir ona məxsus olan evdə 2021-ci ilin yay aylarında kiryədə qalmışdır. Aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 da Xudat şəhər sakini kimi tanıyır. Sonuncu ilə də aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. O, Təqsirləndirilən şəxs Məmmədağaya məxsus mağazadan və Xudat şəhərində yerləşən sexdən oğurluqlar etməsini eşitmişdir. Lakin onun həmin oğurluqlar barədə məlumatı olmamışdır. Adına qeydiyyatda olan ********** mobil nömrəsi ona məxsus olmaqla özü tərəfindən istifadə olunur. O öz istifadəsində olan yuxarıda qeyd edilən mobil nömrəsinə mütəmadi olaraq danışıq kartı yükləyir. O, işlətdiyi nömrəsinə yüklənən danışıq kartını xatırlamasa da, Təqsirləndirilən şəxs ona məxsus evdə kirayədə qaldığı zaman kirayə pulu gec vermiş, o da Qədirdən pulu verməsini istədiyi zaman Qədir ona bir qədər gözləməsini deyərək 2 manatlıq danışıq kartı vermişdir. O həmin kartı qəbul etmək istəməsə də, Qədirin xahişinə əsasən məcbur qəbul etmişdir. Lakin o həmin danışıq kartının oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma dayısıdır. O, dayısının Xudat şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq etməsini dayısı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı zaman bilmişdir. Lakin o daha öncədən Qədirin oğurluq etməsini bilməmişdir. ********** mobil nömrəsi onun adına qeydiyyatda olsa da, həqiqətdə həmin nömrəni o işlətmir. Belə ki, nömrəni 2019-cu ildə pul verərək dayısı Təqsirləndirilən şəxs almış, lakin onun şəxsiyyət vəsiqəsi yanında olduğundan həmin nömrə onun adına sənədləşdirilmişdir. Həmin zamandan qeyd olunan nömrəni dayısı Təqsirləndirilən şəxs işlətmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarında bir müddət onun işlədiyi sexin yaxınlığındakı avtoyumada işləmişdir. O, Zərərçəkmiş şəxs2 məxsus olan Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən təkər təmiri sexində uzun müddətdir ki, işləyir. Onların işlədikləri sexin yaxınlığında başqa sexlər də vardır. Onlar gündəlik qazanclarını və həmçinin alacaqları materilların pullarını sexdə olan şkafın içərisindəki karton qutuda saxlamışlar. Onlar hər gün saat 09 radələrində sexi açır, axşam isə təxminən 20 radələrində sexi bağlamışlar. 2021-ci ilin avqust ayının ortalarında, axşam saat 20 radələrində sexi bağlayaraq yaşadıqları evə getmişlər. Həmin zaman karton qutunun içərisində 1600 manat pul olmuşdur. Növbəti gün səhər işə gəldikdən sonra, təxminən saat 11 radələrində Arif ondan rəfdəki pulları soruşmuş, lakin o, məlumatının olmadığını bildirmişdir. Daha sonra onlar ikisi özlərinin bildikəkləri yerə kamera quraşdırmışlar. Bundan təxminən 1 ay sonra, yəni 2021-ci ilin sentyabr ayının ortalarında yenidən işə gəldikləri zaman axşamdan karton qutuda olan 200 manat pulun və 50 manat miqdarında qəpiklərin oğurlandığını bilmişlər. Lakin quraşdırılan kamera keyfiyyətli çəkmədiyindən həmin oğurluğun kim tərəfindən törədilməsini bilməmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən səhər saatlarında işə gəldikləri zaman qutuda olan 370 manatın olmadığını Arif müəyyən etmişdir. Həmin zaman quraşdırdıqları kamera görüntülərinə baxmışlar. Kamera görüntülərində xx.xx.2022-ci il tarixdə, təxminən saat 23 radələrində bir nəfər şəxsin sexə girməsi və fanarla pulların olduğu şkafın önündə dayanması və hərəkətlər etməsini görmüşlər. Lakin kamera zəif çəkdiyindən oğurluq edən şəxsin üzü və bədəni aydın şəkildə görünməmişdir. Sadəcə həmin şəxsin hərəkətləri görünmüşdür. Bundan sonra Arif kameranı daha yaxşısı ilə əvəz etmişdir. Kameranı dəyişdirdikdən sonra xx.xx.2022-ci il tarixdə yenidən səhər saatlarında işə gəldikləri zaman qutunun içərisində axşam olan 180 manat pulun olmamasını görmüşlər. Onlar başa düşmüşlər ki, yenidən oğurluq olmuşdur. Bu zaman kamera görüntülərinə baxmışalr. Bu zaman xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində həmin oğurluğu sexdən ilk oğurluq edilənədək yaxınlıqdakı avtoyumada işləyən Təqsirləndirilən şəxs olmasını bilmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 onun əridir. Məmmədağanın Xaçmaz rayonu, Xudat şəhərində işlətdiyi “Bərəkət” adlı mağazası olmuşdur. Onlar həmin mağazaya ailəlikcə nəzarət edir və alış-verişlə məşğul olurlar. xx.xx.2021-ci il tarixdə onlar həmin mağazadan oğurluq olmasını müəyyən etmişlər. O, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları mağazaya gəldikləri zaman əri Məmmədağa bu barədə ərizə ilə müraciət etmişdir. Onların mağazalarından xx.xx.2021ci il tarixdə də oğurluq hadisəsi olmuşdur. Onlar daha sonradan həmin oğurluq hadisələrini Xudat şəhər sakini, özünü və ailəsini də tanıdıqları Təqsirləndirilən şəxs törətməsini bilmişlər. Mağazadan hər iki oğurluqda da konturlar, bir qədər pul, siqaretlər oğurlanmışdır. 1-ci oğurluq zamanı onlara təxminən 710 manat, 2-ci oğurluq zamanı isə təxminən 1000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək Xudat şəhəri, H.Əliyev küçəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə ona məxsus olan ərzaq mağazasının pəncərəsinin nəfəsliyinin şüşəsini sındırmaqla naməlum şəxsin (şəxslərin) həmin mağazaya girərək oğurluq etməsi barədə bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ərzaq dükanıdır. Dükanın qarşı tərəfində asfalt örtüklü avtomobil yolu keçir, sağ və arxa tərəfində fərdi yaşayış evləri, sol tərəfində avtomobilyuma sexi yerləşir. Dükan bir mərtəbəli olmaqla 5 metr enində 2,5 metr uzunluğunda, mişar daşı ilə tikilmiş, damı şifer materialından örtülmüş, ön tərəfində bir-birindən aralı iki ədəd ağ rəngli plastik qapı və pencərələrinin olması, dükanın sağ tərəfində dəmir materialından bir laylı qapının olması, həmin qapıdan içəri qaxil olduqda yerdə plastik butulkalarda müxtəlif suların olması, dükanın sağ divarında iki ədəd ağ rəngli plastik materialdan 40x80 sm ölçülərində nəfəsliklə birlikdə pəncərənin olması və ikinci pəncərənin nəfəsliyinin şüşəsinin sındırılması müşahidə olunmuşdur. Dükanın giriş qapısından içəri daxil olduqda sol tərəfdə çörək məmulatları yığılmış şkafın, mütəlif sular yığılmış iki ədəd soyuducunun olması, ön tərəfdə müxtəlif çeşidli malların yığıldığı şüşəli masaların və divara vurulmuş rəflərin, sağ divara rəflərin bərkidildiyi və üstlərində ərzaq məmulatlarının yığıldı müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs1 əli ilə dükanın sağ divarının yuxarısında yerləşən 40x40 sm ölçüdə olan şüşəsi sındırılmış pəncərənin nəfəsliyini göstərərək xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində dükanın qapısını açaraq daxil olduqda naməlum şəxsin çöldən şüşəni sındıraraq nəfəslikdən içəri daxil olduğunu, dükanda rəfin üstünə qoyduğu 30-40 (otuz-qırx) manat qəpikləri, 150 (yüz əlli) qutu müxtəlif markalı siqaretlərin və 10 ədəd 2 (iki) manatlıq, nömrələrini xatırlamadığı Sim konturunu, 10 ədəd 1 (bir) manatlıq, nömrələrini xatırlamadığı Sim konturunu, 10 ədəd 2 (iki) manatlıq, nömrələrini xatırlamadığı Cin konturunu, 10 ədəd 1 (bir) manatlıq, nömrələrini xatırlamadığı Cin konturunu, 20 ədəd 2 (iki) manatlıq **********61-**********80 nömrəli Nar konturların oğurlandığını müəyyən etdiyini, bunlardan əlavə nömrələrini bilmədiyi təxminən 120 (yüz iyirmi) manatlıq müxtəlif konturların da oğurlandığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli raportdan və həmin tarixli şifahi məlumatın qəbulu barədə protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 tərəfindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edilərək xx.xx.2021-ci il tarixdə gecə saatlarında Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən ona məxsus olan ərzaq mağazasının pəncərəsinin nəfəsliyinin şüşəsini sındırmaqla naməlum şəxsin (şəxslərin) həmin mağazaya girərək oğurluq etməsi barədə bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 pəncərənin nəfəsliyini göstərərək naməlum şəxsin və ya şəxslərin həmin yerdən mağazaya daxil olaraq müxtəlif növ tütün məmulatlarını, mobil telefon danışıq kartlarını oğurladığını bildirmişdir. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 11 ədəd “Bakcell” danışıq kartları müşahidə edilmişdir. Həmin kartların 8 ədədinin 1 manatlıq, 3 ədədinin isə 2 manatlıq danışıq kartları olması görünmüşdür. Belə ki, 1 manatlıq danışıq kartlarının nömrələrinin **********39735, **********39736, **********39737, **********39738, **********39739, **********39742, **********39743, **********39744 olması və 2 manatlıq danışıq kartlarının nömrələrinin **********53217, **********53218, **********53219 olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin danışıq kartlarını xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən “Bərəkət” mağazasından oğurladığını etiraf etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli, AZF/LGL- 21053/21 nömrəli məktubuna əlavə edilmiş danışıq kartlarının yüklənmə siyahısından və iş materiallarından müəyyən edilir ki, **********72 seriya nömrəli danışıq kartı xx.xx.2021ci il tarixdə saat 18:56-da Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ********** mobil nömrəsinə, **********71 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 18:53-də Təqsirləndirilən şəxs dostu olan Şahid5 adına qeydiyyatda olan ********** mobil nömrəsinə, **********70 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 18:48-də Təqsirləndirilən şəxs kirayə yaşadığı evin sahibi olan Şahid3 adına qeydiyyatda olan ********** mobil nömrəsinə yüklənmişdir, **********69 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 23:28-də Təqsirləndirilən şəxs qeyri-rəsmi arvadı Şahid2 adına qeydiyyatda olan ********** mobil nömrəsinə, **********68 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 17:49-da Təqsirləndirilən şəxs doğma bacısı oğlu olan Şahid1 adına qeydiyyatda olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ********** mobil nömrəsinə, **********67 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 17:50-də Təqsirləndirilən şəxs doğma bacısı oğlu olan Şahid1 adma qeydiyyatda olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ********** mobil nömrəsinə, **********66 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 17;48-də Təqsirləndirilən şəxs doğma bacısı oğlu olan Şahid1 adına qeydiyyatda olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ********** mobil nömrəsinə, **********65 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 17:49-da Təqsirləndirilən şəxs doğma bacısı oğlu olan Şahid1 adına qeydiyyatda olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ********** mobil nömrəsinə, **********64 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 17:43-də Təqsirləndirilən şəxs doğma bacısı oğlu olan Şahid1 adına qeydiyyatda olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ********** mobil nömrəsinə, **********63 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 17:44-də Təqsirləndirilən şəxs doğma bacısı oğlu olan Şahid1 adına qeydiyyatda olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ********** mobil nömrəsinə, **********62 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 00:19-da Təqsirləndirilən şəxs doğma bacısı oğlu olan Şahid1 adına qeydiyyatda olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ********** mobil nömrəsinə, **********61 seriya nömrəli danışıq kartı xx.xx.2021-ci il tarixdə saat 17:46-da Təqsirləndirilən şəxs doğma bacısı oğlu olan Şahid1 adına qeydiyyatda olan, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ********** mobil nömrəsinə yüklənmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2022-ci il tarxli, 9/1676 nömrəli rəyindən müəyyən edilir ki, qalın Kent 8 markalı siqaretin 1 ədədi 3,60 manat olmaqla 15 ədədi 54 manat, qalın Kent 4 markalı siqaretin 1 ədədi 3,60 manat olmaqla 35 ədədi 126 manat, göy Rotmos markalı siqaretin 1 ədədi 2,50 manat olmaqla 30 ədədi 75 manat, boz kompakt Palma markalı sfqaretin 1 ədədi 2,50 manat olmaqla 23 ədədi 57,5 manat, ağ kompakt LD markalı siqaretin 1 ədədi 2,80 manat olmaqla 21 ədədi 58,8 manat, göy kompakt LD markalı siqaretin 1 ədədi 2,80 manat olmaqla 15 ədədi 42 manat, göy kompakt Vincester markalı siqaretin 1 ədədi 2,50 manat olmaqla 18 ədədi 45 manat, boz nazik Vikiroy markalı siqaretin 1 ədədi 2 manat olmaqla 40 ədədi 80 manat, 2 manatlıq Azərcell danışıq kartlarının 1 ədədi 2 manat olmaqla 10 ədədi 20 manat, 1 manatlıq Azərcell danışıq kartlarının 1 ədədi 1 manat olmaqla 10 ədədi 10 manat, 2 manatlıq Bakcell danışıq kartlarının 1 ədədi 2 manat olmaqla 10 ədədi 20 manat, 1 manatlıq Bakcell danışıq kartlarının 1 ədədi 1 manat olmaqla 10 ədədi 10 manat, 2 manatlıq Narmobile danışıq kartlarının bir ədədi 2 manat olmaqla 20 ədədi 40 manat, qalın Kent 8 markalı siqaretin 1 ədədi 3,60 manat olmaqla 25 ədədi 90 manat, qalın Kent 4 markalı siqaretin 1 ədədi 3,60 manat olmaqla 15 ədədi 54 manat, göy Rotmos markalı siqaretin 1 ədədi 2,50 manat olmaqla 20 ədədi 50 manat, boz kompakt Palma siqaretin 1 ədədi 2,50 manat olmaqla 35 ədədi 87,5 manat, ağ kompakt LD markalı siqaretin 1 ədədi 2,80 manat olmaqla 30 ədədi 84 manat, göy kompakt LD markalı siqaretin 1 ədədi 2,80 manat olmaqla 30 ədədi 84 manat, göy kompakt Vincester markalı siqaretin 1 ədədi 2,50 manat olmaqla 55 ədədi 137,5 manat, boz nazik Vikiroy markalı siqaretin 1 ədədi 2 manat olmaqla 45 ədədi 90 manat, ağ qalın Sobranie markalı siqaretin 1 ədədi 3,90 manat olmaqla 50 ədədi 195 manat, 2 manatlıq Azərcell danışıq kartlarının 1 ədədi 2 manat olmaqla 10 ədədi 20 manat, 1 manatlıq Azərcell danışıq kartlarının 1 ədədi 1 manat olmaqla 10 ədədi 10 manat, 2 manatlıq Bakcell danışıq kartlarının 1 ədədi 2 manat olmaqla 7 ədədi 14 manat, 1 manatlıq Bakcell danışıq kartlarının 1 ədədi 1 manat olmaqla 12 ədədi 12 manat, 2 manatlıq Narmobile danışıq kartlarının bir ədədi 2 manat olmaqla 20 ədədi 40 manatdır. Eekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin iyun-iyul aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1606,30 manat müəyyən edilir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin müstəntiqi tərəfindən Zərərçəkmiş şəxs1 məxsus olan mağazadan oğurluq etməsi barədə verdiyi ifadəsini əyani şəkildə görtərməsi təklif edilmiş, təqsirləndirilən şəxs polis əməkdaşları ilə və müdafiəçinin iştirakı ilə avtomobili Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsi istiqamətində idarə etməyi bildirmiş, avtomobillə Xaçmaz rayonu Xudat şəhəri, Heydər Əliyev küçəsinə çatan zaman Təqsirləndirilən şəxs avtomobili yolun kənarında saxlamalarını bildirmişdir. Qeyd edilən yerə çatan zaman Təqsirləndirilən şəxs yolun sol kənarında yerləşən, üzərində “Bərəkət” yazısı olan mağazanı, mağazanın arxa hissəsində olan nəfəsliyi göstərərək həmin mağazaya xx.xx.2021-ci il tarixdə, gecə saat 02 radələrində həmin nəfəslikdən daxil olaraq qəpiklər, siqaretlər və konturlar oğurladığını bildirmişdir. Bundan başqa eyni üsulla xx.xx.2021-ci il tarixdə təxminən saat 02 radələrində yenidən həmin mağazaya daxil olaraq oradan yenidən qəpiklər, siqaretlər və konturlar oğurladığını bildirmişdir. O, ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən ona məxsus avtomobil təmiri sexinə 2021-ci ilin avqust ayının ortalarında, 2021-ci ilin sentyabr ayının ortalarında, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərində naməlum şəxsin (şəxslərin) girərək müxtəlif məbləğlərdə pulları oğurlaması barədə bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yerinin Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, X6 küçəsində yerləşən “Qala” şadlıq sarayından Heydər Əliyev küçəsi istiqamətində 100 metr məsafədə yolun sol tərəfində yerləşən avtomobil təkərlərinin təmiri sexi olması müəyyən edilmişdir. Həmin sexin sağ tərəfindən Xudat-Xaçmaz avtomobil yolu keçir. Sexin sol tərəfində digər şəxslərin işlədiyi avtomobil təmiri sexləri, ön tərəfdə avtomobillərin ehtiyat hissələrinin satışı dükanı olmuşdur. Sexin ön qapısı dəmir materialdan düzəldilmiş jalüzdür, içəri daxil olduqda sol tərəfdə təkərlərin, təkər təmiri üçün nəzərdə tutulmuş 2 ədəd dəzgahın, taxta materialdan düzəldilmiş qapısı və içərisində rəflər olan qırmızı rəngli şkafın, divara bərkidilmiş rəfdə avtomobil təkərlərinin düzüldüyü, sağ divara söykədilmiş 02 ədəd dəzgahın, yerdə avtomobil təkərlərinin, divara bərkidilmiş rəfdə avtomobil təkərlərinin düzüldüyü, ön tərəfdə ağ rəngli plastik materialdan düzəldilmiş şüşəli iki laylı qapının və pəncərələrin, həmin qapıdan içəri daxil olduqda otaqda müxtəlif təkərlərin və ehtiyat hissələrinin yığıldığı, sağ tərəfdə sexin yan və arxa tərəfinə çıxmaq üçün ağ rəngli plastik qapının olması müşahidə olunmuş, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 əli ilə giriş qapısının yanında olan qırmızı rəngli şkafı göstərərək bildirmişdir ki, 2021-ci ilin avqust ayında sexdə olan şkafda qutunun içərisinə qoyduğu 1600 (min altı yüz) manat pulların oğurlandığını aşkar etmişdir. Təxminən 1 aydan sonra şkafda şüşə bankanın içərisində olan cəmi 50 (əlli) manat qəpiklərin və qutuda olan cəmi 200 (iki yüz) manat pulun oğurlanmasını da aşkar etmişdir. O, oğrunu özü müəyyən etmək istədiyindən bu barədə polisə müraciət etməmişdir. Bundan sonra o, sexdə sağ divarda yerləşən təkərlərin arasında müşahidə kamerası yerləşdirmiş və xx.xx.2022-ci il tarixdə işə gələndə şkafa qoyduğu 370 (üç yüz yetmiş) manat pulun oğurlandığını görüb müşahidə kamerasına baxış keçirmişdir. Videogörürüntüdə bir nəfər şəxsin fanarla sexin içərisində gəzdiyini görmüşdür, lakin həmin şəxsin sifəti görünməmişdir. xx.xx.2022-ci il tarixdə işə gələndə sexdə şkafın içərisində olan qutudan 180 (yüz səkkən) manat pulun oğurlandığını görüb müşahidə kamerasına baxmışdır. Videogörüntüdə əvvəllər tanıdığı Qədir adlı şəxsin sexdəki şkafın qapısının qarşısında oturub onu açaraq qutunun içərisində olan pulları şkafın üstünə qoyub ayağa qalxıb pulları sayaraq şalvarının cibinə qoyduğunu görmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məxsus sexin videomüşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD diskdəki iki ədəd videofayla açılaraq məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək diskdə olan 1_05_R_**********1400 adlı xx.xx.2022-ci il tarixli videogörüntüdən müəyyən edildi ki, bir nəfər şəxs təkər təmiri sexinin arxa qapısı olan hissəsindən otağa daxil olur. Həmin şəxs sexin ümumiyyətlə hər hansı bir hissəsinə baxmadan pulların daimi olaraq saxlanıldığı rəfə yaxınlaşır. Həmin şəxs sağ cibində olan fənəri çıxararaq sağ əli ilə rəfin içərisini axtarır. Həmin şəxs rəfin içərisindən pulları götürərək üzərində olan şalvarın ön sol cibinə qoyur. Bundan sonra sex daxilində bir qədər hərəkət edərək sexi tərk edir. Baxış zamanı sexdən oğurluq edən şəxsin, yəni videomüşahidə kamerası tərəfindən qeydə alınan şəxsin Təqsirləndirilən şəxs olması görünür. Bundan başqa, qeydə alınmış 1_05_R_**********1800 adlı xx.xx.2022-ci il tarixli videogörüntüdən videomüşahidə kamerasının çəkiliş keyfiyyəti aşağı olduğundan görüntü aydın formada qeydə alınmamışdır. Lakin baxış zamanı müşahidə olunur ki, bir nəfər şəxs (şəxsin silueti) təkər təmiri sexinin arxa qapısı olan hissəsindən otağa daxil olur. Həmin şəxs sexin ümumiyyətlə hər hansı bir hissəsinə baxmadan pulların daimi olaraq saxlanıldığı rəfə yaxınlaşır. Sağ cibində olan fənəri çıxararaq sağ əli ilə rəfin içərisini axtarır. Həmin şəxs rəfin içərisindən pulları götürür. Bundan sonra sex daxilində bir qədər hərəkət edərək sexi tərk edir. Məhkəmə iclasında diskdəki videogörüntülərə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs hər iki videogörüntüdə olan şəxsin özü olduğunu etiraf etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan avtomobil təkərlərinin təmiri sexindən oğurluq etməsi barədə verdiyi ifadəsini əyani şəkildə görtərməsi təklif edilmiş, təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin inzibati binasının qarşısından polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, avtomobilə əyləşdikdən sonra avtomobili Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsi istiqamətində idarə etməyi bildirmiş, avtomobillə Xaçmaz rayonu Xudat şəhəri, M.F.Axundov küçəsinə çatan zaman təqsirləndirilən şəxs avtomobili yolun kənarında saxlamalarını bildirmişdir. Qeyd edilən yerə çatan zaman təqsirləndirilən şəxs yolun sol kənarında yerləşən, üzərində “Təkər Təmiri, Balans” sözləri yazılan sexi göstərərək, daha sonra həmin sexdə olan rəfi göstərərək, həmin yerdən 2021-ci ilin avqust ayında qəpikləri və kağız pulları, xx.xx.2022-ci il tarixdə isə gecə saatlarında sexin hasarını aşaraq sexin açıq olan arxa plastik qapısından sexə daxil olaraq eyni rəfdən pulu oğurlamasını bildirmiş, o, ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyul 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Şahid5, Şahid2, Şahid1 və Şahid3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs Məhməmməd oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə cinayət təqibi başlanması, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə inzibati icraat başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, hadisələrin videogörüntüləri olan bir ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Məhməmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs Məhməmməd oğlunun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Məhməmməd oğlunun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmədən hazırkı cinayəti törətmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs İsayev X4 rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 126 ünvanında ailəsi ilə birgə yaşayır. Üç övladı var. Hərbi xidmətdə olub. Nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və iş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 30 avqust 2022-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizələrindən, həmçinin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara vurulmuş ziyan təqsirləndirilən tərəfindən tamamilə ödənilmiş, onlar təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməsini, zərərçəkmiş şəxslərlə barışmalarını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs İsayev X4 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 02 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə əsas cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 28 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzasının 11 aprel 2022-ci il tarixədək çəkilməmiş qalan müddəti 01 (bir) il 01 (bir) ay 28 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 2021-ci ilin iyul və 2022-ci ilin fevral və mart aylarında olmaqla məhkumluğu ödənilmədən törətmişdir. Lakin təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi halı yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə olmuşdur. Yəni onun CM-nin 263-1.2-ci maddəsi üzrə cinayət əməli təqsirin ehtiyatsızlıq formasında, 264-cü maddəsi üzrə cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs İsayev X4 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 02 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə əsas cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 11 aprel 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli 4(067)-50/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə tutularaq həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 28 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzasının 11 aprel 2022-ci il tarixədək çəkilməmiş qalan müddəti 01 (bir) il 01 (bir) ay 28 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 17 yanvar 2017-ci il il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzasının 11 aprel 2022-ci il tarixədək çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 28 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 11 aprel 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli 4(067)-50/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurladığı telefon danışıq kartlarından 8 ədəd 1 manatlıq “Bakcell” danışıq kartları, 3 ədəd 2 manatlıq “Bakcell” danışıq kartları maddi sübut kimi Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurladığı 8 ədəd 1 manatlıq “Bakcell” danışıq kartları, 3 ədəd 2 manatlıq “Bakcell” danışıq kartları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus sexdə oğurluq əməlini törədərkən videomüşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk (iki ədəd videofayl) cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 17 yanvar 2017-ci il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 28 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurladığı 8 ədəd 1 manatlıq “Bakcell” danışıq kartları, 3 ədəd 2 manatlıq “Bakcell” danışıq kartları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus sexdə oğurluq əməlini törədərkən videomüşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk (iki ədəd videofayl) cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-131/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-131/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver