Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-131/2025 01.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Xaçmaz rayonunda balıq vətəgəsində mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2anında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbitdai istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında sərxoş vəziyyətdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs stuldan yerə yıxılmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sol qol nahiyəsinə qəsdən bir təpik zərbəsi vuraraq sonuncuya “sol mil və dirsək sümüklərinin sınıqları” kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, bununla da o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirili bilmədiyini, özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 20 ildən artıq müddətdir kı, qeyri-rəsmi nikah münasibətlərində birgə şəkildə yaşayır. O hazırda Xəzər dənizinin Xaçmaz rayonu, Niyazoba kəndi ərazisindən keçən sahilində yerləşən balıq vətəgəsində mühafizəçi kimi işləyir. Zərərçəkmiş şəxs ilə onun faktiki nikah münasibətlərindən 4 övladları var. xx.xx.2025-ci il tarixdə, saat təxminən 16 radələrində ünvan 4 ünvanında yerləşən evə gəlmişdir. Həmin vaxtı əsəbi olmuşdur. Evə daxil olan zaman Zərərçəkmiş şəxs qonaq otağındakı stuldan yerə yıxıldığını görmüşdür. Əsəbi olduğundan Elnarənin yerə yıxılı vəziyyətdə olduğu zaman təpiklə onun sol qol nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Elnarənin ayağa qalxmasını və cəld şəkildə evi tərk etməsini bildirmişdir. Zərərçəkmiş şəxs yaşadıqları ünvanda olan zaman vurduğu təpik zərbəsinin təsirindən onun sol qolunun mil və dirsək sümükləri sınmışdır. O törətdiyi əməli səmimi olaraq etiraf etmiş və peşmançılıq hissləri keçirmişdir. Hadisəni törədən zaman aşırı dərəcədə sərxoş vəziyyətdə olduğunu demişdir. O aralarında heç vaxt mübahisə baş vermədiyini, hadisə baş verən zaman evdə ikisindən başqa şəxslər olmadığını, həmçinin qonşuluqda yaşayan şəxs və ya şəxslərin bu barədə heç bir məlumat əldə etmədiklərini demişdir. O mübahisənin təxminən 2-3 dəqiqə ərzində başlayaraq və yekunlaşmasını bildirmişdir. Zərərçəkmiş şəxs ilə faktiki nikahlarından 4 uşaqları var. Onlardan ikisi yetkinlik yaşına çatmayanlardı. Hazırda arvadı ilə barışıb və barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 20 ildən artıq müddətdir ki, ailə həyatı qurmuş, lakin indiyə qədər rəsmi nikah bağlamamışlar. Birgə nikahlarından 4 övladları var. xx.xx.2025-ci il tarixdə, saat təxminən 16 radələrındə ünvan 4 ünvanında yerləşən evlərinin qonaq otağında stulda əyləşmişdir. Bu zaman ani olaraq mənzilin qapısının açıldığını və İmranın əsəbi vəziyyətdə içəri daxil olmuşdur. O İmranın əsəbi vəziyyətdə olmasını zənn edərək stuldan qalxaraq digər otağa keçmək istəyən zaman təsadüfən stuldan yerə yıxılmışdır. İmran isə əsəbi olduğundan sol qol nahiyəsinə sağ ayağı ilə təpiklə zərbə vurmuşdur. O qolunda ağrılar yarandığı üçün dərhal ayağa qalxaraq evi tərk etməsini və Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmiş, orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sol qol nahiyəsinə vurmuş olduğu zərbənin təsirindən sol qolunun mil və dirsək sümükləri sınmışdır. Əri Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. O polisə şikayət etdiyi gündən 7 gündən sonra şikayətçi olmadığını və ərizəsinin geri qaytarılmasını xahiş etsə də, polisdən ona demişdirlər ki, işi yalnız məhkəmədə xitam oluna bilər. Ona görə də, hazırda əri Təqsirləndirilən şəxsla barışdığından, cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1, Xaçmaz rayon şöbəsinin (canlı şəxsin) ekspertizasına dair xx.xx.2025-ci il tarixli 71 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq, onun bədəni üzərində aşkar olunan xəsrətlər- sol mil və dirsək sümüklərinin sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İş materaiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokolundan görünür ki. hadisə yeri ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə baxış suni işıqlandırma şəraitində aparılmışdır Mənzilin ümumi sahəsi 70 kvadratmetr olmuşdur.X2 mənzilə daxil olaraq mənzilin qonaq otağına keçmiş və həmin vaxt Zərərçəkmiş şəxs əli ilə stulu göstərərək hadisə vaxtı stulda əyləşdiyini, Təqsirləndirilən şəxs evə daxil olaraq onun üzərinə heç bir əsaslı səbəb olmadan hücum çəkməsini və həmin vaxt stuldan yerə yıxıdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs əli ilə döşəməni göstərərək yerdə olan zaman Təqsirləndirilən şəxs onun sol qol nahiyəsinə təpiklə vuraraq ona xəsarət yetirdiyini göstərmişdir. İş materaiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan əməliyyat tapşırığına əsasən daxil olmuş 07 05 2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, keçirilmiş əməliyyat tədbirləri zamanı xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs ünvan 6 ünvanının qonaq otağında Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında heç bir əsaslı səbəb olmadan sol qol nahiyəsinə təpiklə qəsdən vurmuşdur. Baş vermiş hadisənin şahidlər müəyyən edilməmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ədavət və ya hər-hansı düşmənçiliyin olması barədə heç bir məlumat əldə edilməmişdir. Hadisənin baş verdiyi yerdə müşahidə kameralarının olması müyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumliğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 adında övladları var və onlar ünvan 2anında yaşayırlar. Məhkəmə iş materiallarını, tərəflərin ifadələrini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Osman İmranova CM-nin 127.2.3-cü maddəsi, yəni xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ilə verilmiş ittiham əsassızdır. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” mart 2004-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş materiallarından, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ailə daxilində, şəxsi münasibətlər zəminində 02 fevral 2025-ci il tarixdə, saat 16 radələrində yaşadıqları mənzildə stuldan yerə yıxılmasına görə arvadı Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Həmin vaxtı ətrafda başqa şəxslər olmamış, məişət zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmiş, eləcə də təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərilməmişdir. Göstərilənlərə əsasən, elan edilmiş həmin ittiham üzrə təqsirləndirilən şəxs Osman İmranovun əməllərində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti olmadığından onun əməlinin CM-nin 127.2.3-cü maddəsinə tövsif edilməsi əsassızdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs təqsirlndirilən şəxslə barışması və sonuncudan şikayət və tələbin olmaması isə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir Azərbaycan Respublikası CM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Göründüyü kimi, sadalanan normalar imperativ xarakterli olduğundan, qeyd-şərtsiz tətbiq edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında sərxoş vəziyyətdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs stuldan yerə yıxılması səbəbindən Zərərçəkmiş şəxs sol qol nahiyəsinə qəsdən bir təpik zərbəsi vuraraq sonuncuya “sol mil və dirsək sümüklərinin sınıqları” kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, bununla da o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübutun olmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-131/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-131/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver